Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-353/2020 13.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi və İddiaçı (bundan sonra iddiaçı) iştirakı ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Göyçay Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması, onların torpaq sahəsinə yenidən daxıl olmasına qadağa qoyulması və 86.000 manat məbləğində əldən çıxmış gəlirin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilmiş, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 144 (bir yüz qırx dörd) manat 39 (otuz doqquz) qəpik və ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat xərcin iddiaçıdan tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. İddiaçı qətnаmədən аpellyаsiyа şikаyəti verərək, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmaqla, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdırki, o, Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin mülkiyyətçisidir. Həmin torpaq sahəsi onun mülkiyyətində olduğu halda cavabdehlər 2004-cü ildən heç bir razılaşma olmadan qanunsuz olaraq bu torpaq sahəsindən qanunsuz istifadə edirlər. Cavabdehlərdən zəbt olunmuş torpağın boşaldılmasını tələb etsə də, onun tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini, torpağın qanunsuz zəbtini davam etdirir. O 2004-cü ildən bu günə kimi mübahisəli torpaq sahəsindən təyinatı üzrə istifadə etdiyi halda, hər ay 500 manat məbləğində gəlir əldə edərdi. Bunun nəticəsi olaraq o, 86.000 manat qazancından məhrum olunmuşdur. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, Göyçay Rayon Məhkəməsi Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin mülkiyyətçisi olmağımı, həmin torpaq səhəsi mülkiyyətimdə olduğu halda cavabdehlərin 2004-cü ildən heç bir razılaşma olmadan qanunsuz olaraq bu torpaq sahəsindən qanunsuz istifadə etmələrini bildirməyimi, cavabdehlərdən zəbt olunmuş torpağın boşaldılmasını tələb etməyimi, cavabdehlərin tələblərimə məhəl qoymadıqlarını, öz qanunsuz hərəkətlərini davam etdirdiklərini, 2004-cü ildən bu günə kimi hər ay 500 manat gəlir edə biləcəyimi, cəmi 86.000 manat qazancımdan məhrum olunmağımı və iddia tələbimin təmin olunmasını xahiş etməyimi qanunsuz olaraq nəzərə almamışdır. Həmin torpaq sahəsində dəyəri 25000 manat olan talvar tikdirmişəm. Bu barədə Göyçay Rayon Məhkəməsi qətnamə də qəbul etmişdir. 2004-cü ildə dəyəri 3000 manat olan daş doğrayan aparat və ölçüləri 3x3 olan budka quraşdırmışam. 2018-ci ildə gücü 100 kilovat olan trasfarmator quraşdırmışam. Əmirovlar ailəsinin heç bir sənədi yoxdur. Necə olur ki, məhkəmə qanunsuz olaraq belə qətnamə çıxarır. Bu məsələ ilə əlaqədar əvvəllər dəfələrlə Şəki İnzibati-İqlisadi Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəmə cavabdehlərin iddialarını rədd edib. Göyçay rayon Potu bələdiyyəsi həmin torpaq sahəsinin mənə verilməsi barədə sənəd vermişdir. Daşınmaz Əmlak İdarəsinin 16 saylı reyestr xidməti bütün lazımi sənədləri və çıxarışı mənim adıma verməsinə baxmayaraq, Göyçay Rayon Məhkəməsi qanunsuz olaraq torpaq sahəsinə baxış keçirərkən həmin idarənin nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə iclasına dəvət olunmamışdır. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarınа baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasınn iclasına iclasına gəlməmişlər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 72.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunmalı və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları kifayət qədər araşdırmamış və mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən, Göyçay rayonunun Potu kəndində 0,05 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli bank qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, mübahisəli torpaq sahəsində heç bir kənd təsərrüfatı bitkiləri əkib-becərilmədiyi üçün ötən 14 il ərzində əldə edə biləcəyi gəlirin ümumi məbləğini hesablamaq mümkün deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komtəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqululuşu X2 LTİ-nin mütəxəssis rəyindən və rəyə əlavə olunmuş sxemdən görünür ki, iddiaçının təqdim etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus olan Göyçay rayonu Potu kəndində yerləşən 0,05 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətinə aid deyildir. Aparılmış tədqiqatın dəyəri 144 manat 39 qəpik təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli, 15488 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komtəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqululuşu LayihəX5 LTİ-nin mütəxəssis rəyindən və rəyə əlavə olunmuş sxemdən görünür ki, iddiaçının təqdim etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən ona məxsus olan Göyçay rayonu Potu kəndində yerləşən 0,05 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilibedilməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətinə aid deyildir. Lakin mütəxəssis rəyinə əlavə olunmuş sxemdən görünür ki, cavabdehin naturada istifadəsində olan 0,1185 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən kənarda yerləşir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Şəki İnzibati Məhkəməsindən məhkəmə kollegiyasına daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-506/2020 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı DƏDRX-nin 16 saylı X6rşı “Göyçay rayonu, Potu kəndində yerləşən, xx.xx.2003-cü il tarixli Göyçay rayonu, Potu bələdiyyəsindən aldığı 0,05 ha torpaq sahəsinin AA 000865 saylı **********76 reyestr nömrəli plan və ölçü sənədində torpaq sahəsinin koordinatlarının ilkin yerquruluşu sənədlərində koordinatla uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)- 506/2020 nömrəli qərarı xx.xx.2020-ci ildə qanuni qüvvəyə minmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7 üzərinə Göyçay rayonunun Potu kəndində yerləşən, İddiaçı tərəfindən xx xxxxxx 2003-cü il tarixdə Göyçay rayonu Potu bələdiyyəsindən alınan 0,05 ha torpaq sahəsinin AA 000865 saylı **********76 reyestr nömrəli plan və ölçü sənədində torpaq sahəsinin koordinatlarının ilkin yerquruluşu sənədlərində olan koordinatlarla uyğunlaşdırılması öhdəliyi qoyulmuşdur. Məhkəmə kollegiyası mübahisənin obyektiv, qanuni və ədalətli həll edilməsi məqsədilə Göyçay rayonunun Potu kəndində yerləşən mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə bаxış keçirmiş və bu zaman müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi şimaldan və qərbdən məzarlıqla, cənubdan fərdi yaşayış evi, şərqdən isə Ucar-Göyçay yolu ilə əhatə olunmuşdur. Torpaq sahəsi üzərində talvar tikilmişdir. Talvarın altında qəbirüstü abidələr hazırlanır. İddiaçı həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsində olduğunu bildirdi. Cavabdeh Əmirov isə bunu belə izah etdi ki, həmin torpaq sahəsi onun atasına məxsusdur və uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edirlər. Bu torpağın iddiaçıya aidiyyəti yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7 xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, sözügüdən torpaq sahəsi şimaldan və qərbdən məzarlıqla, cənubdan fərdi yaşayış ev, şərqdən isə Ucar-Göyçay yolu ilə əhatə olunmuşdur. Torpaq sahəsi üzərində talvar tikilmişdir və hazırda digər şəxs tərəfindən istifadə edilir. Beləliklə, məhkəmə kollegiyasının iclasındatədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2003-cü il tarixdə Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin xüsusi mülkiyyətçisi İddiaçı olmasına baxmayaraq, qanunsuz olaraq həmin torpaq sahəsindən istifadə edirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, keçirilmiş ekspertiza rəyinə əsasən Göyçay rayonunun Potu kəndində 0,05 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmamışdır. Apellyasiya şikayətinin isə əsas dəlili ondan ibarətdir ki, Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi mülkiyyətimdə olduğu halda cavabdehlər 2004cü ildən heç bir razılaşma olmadan bu torpaq sahəsindən qanunsuz istifadə edirlər, məhkəmə qanunsuz olaraq belə qətnamə çıxarır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iş üzrə yekun nəticəyə gələrkən sadəcə ekspert rəyinə əsaslanıb iddia tələbini təmin etməməklə səhvə yol vermişdir. Belə ki, yerli müayinə, baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin üzərində talvar tikilmişdir. Torpaq sahəsi bir tərəfdən yaşayış evi, bir tərəfdən magistral yol, digər iki tərəfdən isə məzarlıqla əhatə olunmuşdur. Hazırda torpaq sahəsindən iddiaçı yox, cavabdehlər istifadə edrlər. Cavabdehlərin iddiaçının iradəsinə zidd olaraq mübahisəli torpaq sahəsindən qanunsuz istifadə etmələri məhkəmə tərəfindən keçirilmiş yerində müayinə, baxış zamanı müəyyən edilməklə yanaşı, DƏDRX-nin 16 saylı X7 məktubu ilə də öz təsdiqini tapır. Digər tərəfdən, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya məxsus AA 000865 saylı **********76 reyestr nömrəli planı və ölçüsü sənədində torpaq sahəsinin koordinatlarının ilkin yerquruluşu sənədlərində olan koordinatlarla uyğunlaşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş və bundan sonra xx xxxxxxxx 2020-ci ildə DƏDRX-nin 16 saylı X10 tərəfindən iddiaçıya verilmiş AA seriyalı 542371 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin sənəddən müəyyən olunur ki, Göyçay rayonunun Potu kəndində İddiaçı mülkiyyətində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,05 ha torpaq sahəsi vardır. Plan ölçü sənədinin tərtib edilməsinə əsas: Keçmiş DTXK-nın Göyçay rayon şöbəsinin torpaq sahəsinin planı və ölçüsü sənədi, 202. xx.xx.2008; Göyçay rayon Potu bələdiyyəsinin qərarı, 11, xx.xx.2003; Göyçay rayon Potu bələdiyyəsinin torpaqların alqısatqısına dair aktı, 79, xx.xx.2003; Şəki İnzibati Məhkəməsinin qərarı, 2-1(116)-506/2020, xx.xx.2020. Beləliklə, məhkəmənin tədqiq etdiyi sübutlar belə qənaətə gəlməyə əsas verir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsini qanunsuz və əsassız olaraq tutmaqla iddiaçını mülkiyyət hüququndan məhrum etmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin, Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır (mad. 6). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (mad. 152.1). Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (mad. 153.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (mad. 157.2). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (mad. 157.8). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (mad. 157.4). Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir (mad. 239.2). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (Həmin Məcəllənin 111-ci maddəsi). MPM-in 218.1-ci maddəsində göstərilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işdə olan digər mötəbər sübutlarla müqayisədə həm yerində müayinə aparılan zaman, həm də DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin qeyd olunan cavabında cavabdehlərin iddiaçının torpaq sahəsini zəbt etməsi və qanunsuz olaraq onu mülkiyyətindən məhrum etmələri tam təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yalnız xx.xx.2019-cu il tarixli 15488 nömrəli ekspert rəyini həlledici sübut kimi qəbul edib iddia tələbini təmin etməməsi qanuni və əsaslı hesab edilə bilməz. Çünki, MPM-ə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (mad. 76). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (mad. 103). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni istinad olunan ekspert rəyi ilə əsaslandırarkən nəzərə almamışdır ekspertin rəyi məhkəmə üçün məcburi deyil və həqiqətə nail olmaq, obyektiv gerçəkliyi müəyyən etmək, işin həqiqi hallarını və tərəflərin qarşılıqlı münasibətlərini aydınlaşdırmaq üçün mübahisəli yeri müayinə etmək, baxış keçirmək, əlavə və ya təkrar ekspertizalar təyin etmək, digər sənədləri tələb etmək və s. vasitələrlə mübahisəni həll edə bilərdi, lakin bunları etməmişdir. Ona görə də məhkəmə kollegiyası xx.xx.2019-cu il tarixli 15488 nömrəli ekspert rəyinin həlledici sübut olması ilə razılaşa bilmir. Apellyasiya şikayəti və iddia tələbinin digər dəlili əldən çıxmış fayda ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən mübahisəli torpaq sahəsində heç bir kənd təsərrüfatı bitkiləri əkib-becərilmədiyi üçün ötən 14 il ərzində əldə edə biləcəyi gəlirin ümumi məbləğini hesablamaq mümkün deyildir. İddiaçı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi illər ərzində məhz 86000 manat pul qazancından məhrum olunmasını sübut edə bilməmişdir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlarla yanaşı, işdən o da müəyyən olunur ki, iş üzrə 144 manat 39 qəpik mütəxəssis 100 manat ekspertiza xərci vardır. MPM-in 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-in 119.1-ci maddəsi). Ona görə də iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 144 (bir yüz qırx dörd) manat 39 (otuz doqquz) qəpik və ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat xərc cavabdehlərdən tutularaq müvafiq olaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə (Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ43CTRE********************, büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesaba) ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə çıxarıldığından, apelyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti olan torpaq sahəsindən çıxarılmalı, onların torpaq sahəsinə yenidən daxil olmasına qadağa qoyulmalıdır. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iddia tələbi qismən təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 AA seriyalı 542371 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən mübahisə predmeti olan 0,05 hektar torpaq sahəsindən çıxarılsın və onların torpaq sahəsinə yenidən daxil olmasına qadağa qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mütəxəssis və ekspertiza xərci olan 200 manat cavabdehlərdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə (Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ43CTRE********************, büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesaba) keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-353/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-353/2020
13.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver