Məhkəmə qərarları › İş №2(107)-354/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-354/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-354/2022 06.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(035)-744/2021 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxır İşin halları Ərizəçi 1980-1993, 1995, 1996-cı illərdə Zərdab rayonunun sabiq “Kalinin” kolxozunda işləmişdir. Qızlıq soyadı Umarova olmuş, ailə qurduqdan sonra ərinin soyadına uyğun Alıyeva soyadını qəbul etmişdir. Rəsmi adı Ayybə olsa da, kənd arasında onu Aybəniz adı ilə çağırmışlar. Bu səbəbdən kolxozda işlədiyi müddətdə əmək haqqı cədvəllərində adı və soyadı müəyyən illərdə Ömərova Aybəniz, Əliyeva Aybəniz, Alıyeva Aybəniz və X8 kimi yazılmışdır. Bu hal ona Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 197 saylı arxiv arayışında da əksini tapmışdır. Zərdab rayonunun sabiq “Kalinin” kolxozu islahat nəticəsində ləğv olunduğu üçün sözügedən uyğunsuzluğun başqa qaydada aradan qaldırılması mümkün deyildir. Arxiv sənədlərinin təhvil verildiyi Zərdab Rayon Dövlət Arxivi isə sözügedən uyğunsuzluğun aradan qaldırılmasının onların səlahiyyətinə aid olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 197 saylı arxiv arayışında göstərilən Ömərova Aybəniz, Əliyeva Aybəniz, Alıyeva Aybəniz və X8 ilə AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizəsi göndərərək Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair 2(035)-744/2021 nömrəli iş üzrə ərizəsinin MPM-nin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, 1980-1993, 1995, 1996-cı illərdə Zərdab rayonunun sabiq “Kalinin” kolxozunda işləmişdir. Qızlıq soyadı Umarova olmuş, ailə qurduqdan sonra ərinin soyadına uyğun Alıyeva soyadını qəbul etmişdir. Rəsmi adı Ayybə olsa da, kənd arasında onu Aybəniz adı ilə çağırmışlar. Bu səbəbdən kolxozda işlədiyi müddətdə əmək haqqı cədvəllərində adı və soyadı müəyyən illərdə Ömərova Aybəniz, Əliyeva Aybəniz, Alıyeva Aybəniz və X8 kimi yazılmışdır. Zərdab rayonunun sabiq “Kalinin” kolxozu islahat nəticəsində ləğv olunduğu üçün sözügedən uyğunsuzluğun başqa qaydada aradan qaldırılması mümkün deyildir. Arxiv sənədlərinin təhvil verildiyi Zərdab Rayon Dövlət Arxivi isə sözügedən uyğunsuzluğun aradan qaldırılmasının onların səlahiyyətinə aid olmadığını bildirmişdir. Qeyd edilən uyğunsuzluğun onun gələcəkdə əmək pensiyasına çıxmasında, daha doğrusu pensiyaya çıxmaq üçün iş stajının hesablanmasında müəyyən çətinlik yarada biləcəyini nəzərə alıb hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ərizəçinin qızlıq soyadı Umarova olmuş, ailə qurduqdan sonra ərinin soyadına uyğun olaraq Alıyeva soyadını qəbul etmiş, rəsmi adı isə Ayybədir. Lakin, ərizəçi kənd arasında Aybəniz adı ilə çağrıldığından onun Zərdab rayonunun sabiq “Kalinin” adına kolxozunda işlədiyi müddətdə əmək haqqı cədvəllərində soyadı səhvən bəzən Ömərova, bəzən Əliyeva, bəzən Alıyeva, adı isə Aybəniz kimi yazılmışdır. Nəticədə ərizəçiyə məxsus digər sənədlərlə (şəxsiyyət vəsiqəsi və s.) onun kolxoxzda işləməsinə dair sənədlər (arxiv arayışı) arasında uyğunsuzluq yaranmışdır. Ərizəçinin fikirincə bu hal gələcəkdə ərizəçinin pensiyaya çıxmaq üçün iş stajının hesablanmasında müəyyən çətinlik yarada biləcəkdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, o, hazırkı ərizəni verməkdə hüquqi baxımdan haqlı olmuşdur. Məhkəmə maraqlı şəxsin ərizəyə qarşı etirazı ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab etmişdir ki, maraqlı şəxs öz etirazında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında müəyyənləşdirdiyi hüquqi mövqeyə istinad edərək hazırkı ərizənin baxılmamış saxlanmasını xahiş etməkdə haqlı deyildir. Belə ki, maraqlı şəxs ərizəyə qarşı etirazını onunla əsaslandırmışdır ki, işdə hüquq müəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımı sənədlərin alına bilməməsini, yaxud həmin sənədlərin mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin yuxarıda müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarındakı hüquqi mövqeyi ilə tam uzlaşır və sənəddəki uyğunsuzluğun aradan qaldırıla bilməsi üçün Ali Məhkəmənin adı çəkilən qərarında müəyyən etdiyi zəruri şərtlərin hamısı hazırkı halda mövcuddur. Belə ki, birincisi ərizəçinin Zərdab rayonunun sabiq “Kalinin” kolxozunda işləməsi barədə arxiv arayışındakı adı və soyadı ilə ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddəki adı və soyadı ilə düz gəlmir. İkincisi sözügedən arayış ərizəçiyə gələcəkdə pensiyaya çıxmaq üçün iş stajının hesablanmasına əsas verən (hüquq verən) sənəd olmaqla hüquqmüəyyənedici sənəddir. Üçüncüsü həmin hüquqmüəyyənedici sənədi verən Zərdab rayonunun sabiq “Kalinin” kolxozu islahat nəticəsində ləğv olunduğu üçün sözügedən uyğunsuzluğun başqa qaydada aradan qaldırılması artıq mümkün deyildir. Arxiv sənədlərinin təhvil verildiyi Zərdab Rayon Dövlət Arxivi isə sözügedən uyğunsuzluğun aradan qaldırılmasının onların səlahiyyətinə aid olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizəçinin sözügedən sənəddəki uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq imkanı yoxdur. Ona görə də ərizəçiyə gələcəkdə pensiyaya çıxmaq üçün iş stajının hesablanmasına əsas verən (hüquq verən) Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 197 saylı arxiv arayışında göstərilən Ömərova Aybəniz, Əliyeva Aybəniz, Alıyeva Aybəniz və X8 ilə AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi eyni şəxs olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Zərdab Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(035)-744/2021 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) ərizə təmin olunmuş, Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 197 saylı arxiv arayışında göstərilən Ömərova Aybəniz, Əliyeva Aybəniz, Alıyeva Aybəniz və X8 ilə AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305, 307.1 və 307.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 197 saylı arxiv arayışından görünür ki, Zərdab rayonunun sabiq “Kalinin” kolxozunun üzvü olmuş Ərizəçi 1980-1993, 1995, 1996-cı illərdə həmin kolxozda işləmiş, əmək haqqı cədvəllərində onun adı Ömərova Aybəniz, Əliyeva Aybəniz, Alıyeva Aybəniz və X8 kimi yazılmışdır. İşdə olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin (ərizəçinin) soyadı, adı, atasının adı Ərizəçi kimi qeyd edilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən 07.09.2021-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, arayış sahibinin (ərizəçinin) adı, soyadı və atasının adı Ərizəçi kimi yazılmışdır. İşdə olan Şıxbağı icra hakimiyyəti tərəfindən 08.01.1993-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 və X7 arasında 08.01.1993-cüil tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Alıyev, arvada Alıyeva soyadı verilmişdir. İşdə olan Zərdab Rayon Dövlət Arxivi tərəfindən 07.10.2021-ci il tarixdə Ərizəçi ünvanlanmış 64 nömrəli məktubdan görünür ki, Kalinin adına kolxozun şəxsi hesab kitablarında Ərizəçi ad və soyadında qeyd edilmiş uyğunsuzluqlar onun əmək fəaliyyəti barədə tərtib edilmiş arayışda öz əksini tapmışdır. Həmin uyğunsuzluğun aradan qaldırılması onların səlahiyyəti çərçivəsində deyil. Qeyd edilmiş ad və soyadların ərizəçiyə məxsus olmasını təsdiq etmək üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Qətnаmədən nаrаzı qаlаn maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ərizəçi 1980-ci il tarixdən 1993-cı il tarixinə,həmçinin 1995, 1996-cı illərdə Zərdab rayonu “Kalinin” kolxozunda işlədiyini iddia edir. Lakin ərizəçinin qeyd olunan dövrlərdə kolxozda işləməsi faktı əmək kitabçasnda öz əksini tapmamışdır. Ərizəçi iddia etdiyi illər üzrə işləməsi ilə bağlı Zərdab rayon Dövlət Arxivi tərəfindən əməkhaqqı arayışı təqdim olunmuşdur. Təqdim olunan 06.09.2021-ci il tarixli 197 saylı arxiv arayışında ərizəçinin adı Ərizəçi deyil, Alıyeva Aybəniz, Əliyeva Aybəniz, Ömərova Aybəniz kimi qeyd olunmuşdur. Qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olrnadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Qanunvericilik normalarının tələblərindən də aydın olduğu kimi Ərizəçi 1980-ci il tarixdən 1993-cı il tarixinə,həmçinin 1995, 1996-cı illərdə Zərdab rayonu “Kalinin” kolxozunda işlədiyi dövrlər üzrə əmək haqqı cədvəllərində qeyd olunan Alıyeva Aybəniz, Əliyeva Aybəniz, X3 Ayybə Musa qız lə eyni şəxs olması faktı yalnız onunla birgə kolxozda işləyən və onun işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayan şahidlərin ifadələri əsasında təsdiq edilə bilərdi. Zərdab rayon Dövlət Arxivi tərəfindən təqdim olunan 06.09.2021 -ci il tarixli 197 saylı arxiv arayışında Alıyeva Aybəniz, Əliyeva Aybəniz, Ömərova Aybəniz, X6 Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilərkən Zərdab Rayon Məhkəməsi tərəfindən Ərizəçi “Kalinin” kolxozunda işlədiyi dövrlər üzrə hər hansı bir şəxs şahid qismində işə cəlb olunmamış, eyni zamanda həmin iş üzrə dindirilməmişdir. Məhkəmə yekun qərar qəbul edərək işi hərtərəfli, tam və obyektiv araşdırmamış, qanunvericilik normalarının tələblərinə baxmayaraq məhkəmə tərəfindən buna əməl olunmamışdır. Belə ki, Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair 2(035)-744/2021 nömrəli iş üzrə Zərdab Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yalnız ərizəçinin 07.09.2021-ci il tarixli doğum haqqında arayışına, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə və 08.01.1993-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnaməsinə istinad olunmuşdur. Lakin ərizəçinin tələbindən də aydın olduğu kimi sənədin şəxsə məxsus olması faktı onun Zərdab rayonu “Kalinin” kolxozunda işlədiyi dövrlər üzrə əmək haqqı cədvəllərində qeyd olunan adlardakı uyğunsuzluqla bağlıdır. Həmin uyğunsuzluğun aradan qaldırılmasında yalnız yuxarıda adı çəkilən sənədlərə istinad olunaraq məhkəmə tərəfindən qətnamə qəbul edilməsi isə yolverilməzdir. Ona görə də, Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair Zərdab Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il 2(035)-744/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə etiraz olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Ərizəçi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasına və təxirə salınmış iclaslarına gəlməyən Ərizəçi məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qərarlar: Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin ... həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il 2(035)-744/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizəni təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olrnadıqda, əmək stajının məhkəmə qaydasında müəyyən edilə bilməsi, Ərizəçi 1980-ci il tarixdən 1993-cı il tarixinə, həmçinin 1995, 1996-cı illərdə Zərdab rayonu “Kalinin” kolxozunda işlədiyi dövrlər üzrə əmək haqqı cədvəllərində qeyd olunan Alıyeva Aybəniz, Əliyeva Aybəniz, X3 Ayybə Musa qız lə eyni şəxs olması faktının yalnız onunla birgə kolxozda işləyən və onun işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayan şahidlərin ifadələri əsasında təsdiq edilə bilməsi, Zərdab rayon Dövlət Arxivi tərəfindən təqdim olunan 06.09.2021 -ci il tarixli 197 saylı arxiv arayışında Alıyeva Aybəniz, Əliyeva Aybəniz, Ömərova Aybəniz, X6 Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilərkən Zərdab Rayon Məhkəməsi tərəfindən Ərizəçi “Kalinin” kolxozunda işlədiyi dövrlər üzrə hər hansı bir şəxs şahid qismində işə cəlb olunmaması, eyni zamanda həmin iş üzrə dindirilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, işin yuxarıda müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarındakı hüquqi mövqeyi ilə tam uzlaşır və sənəddəki uyğunsuzluğun aradan qaldırıla bilməsi üçün Ali Məhkəmənin adı çəkilən qərarında müəyyən etdiyi zəruri şərtlərin hər biri hazırkı halda mövcuddur. Əvvəla, ərizəçinin Zərdab rayonunun sabiq “Kalinin” kolxozunda işləməsi barədə arxiv arayışındakı adı və soyadı ilə ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddəki adı və soyadı ilə düz gəlmir. İkincisi, sözügedən arayış ərizəçiyə gələcəkdə pensiyaya çıxmaq üçün iş stajının hesablanmasına əsas verən (hüquq verən) sənəd olmaqla hüquqmüəyyənedici sənəddir. Üçüncüsü, həmin hüquqmüəyyənedici sənədi verən Zərdab rayonunun sabiq “Kalinin” kolxozu islahat nəticəsində ləğv olunduğu üçün sözügedən uyğunsuzluğun başqa qaydada aradan qaldırılması artıq mümkün deyildir. Arxiv sənədlərinin təhvil verildiyi Zərdab Rayon Dövlət Arxivi isə sözügedən uyğunsuzluğun aradan qaldırılmasının onların səlahiyyətinə aid olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi ərizəçinin sözügedən sənəddəki uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq imkanı omadığından, ərizəçiyə gələcəkdə pensiyaya çıxmaq üçün iş stajının hesablanmasına əsas verən (hüquq verən) Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 197 saylı arxiv arayışında göstərilən Ömərova Aybəniz, Əliyeva Aybəniz, Alıyeva Aybəniz və X8 ilə AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi eyni şəxs olması faktı məhkəmə qaydasında müəyyən etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nüçayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(035)-744/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(035)-744/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar