Məhkəmə qərarları › İş №2(107)-356/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-356/2023

04.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-356/2023 04.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı (açar sözlər: Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiаçı - İddiaçı оğlunun, Cavabdeh - Cavabdeh2 оğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qismən ləğv edilməsi, qanun üzrə birinci növbədə vərəsə kimi mirasın onun tərəfindən də qəbul edilməsinin müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 dekаbr 2022-ci il tаrixli, 2(037)-1362/2022 saylı qətnаməsindən İddiaçı оğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxx 1960-cı ildə doğulmuş İddiaçı atası X18, anası isə X1r.

2. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 26 sentyabr 0222-ci il tarixli arayışından görünür ki, X5 14 fevral 1989-cu il tarixdə vəfat etmişdir.

3. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 ilə X11 arasında bağlanmış nikah 1991-ci ilin mart ayının 11-də İsmayıllı rayon Mican kənd XDS İcraiyyə Komiitəsinin nikah akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir.

4. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1993-cı ildə doğulmuş Cavabdeh2 atası X18, anası isə X7r.

5. İşdə olan 04 sentyabr 2020-ci il tarixli AZ-İİ №112002 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 15 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir.

6. İşdə olan 17 iyun 2015-ci il tarixli AZ-İ №729785 nömrəli şəhadətnamənin surətindən görünür ki, X16 17 iyun 2015-ci il tarixdə vəfat etmişdir.

7. İşdə olan İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 14 aprel 2015-ci il tarixli 2322 nömrəli arayışından görünür ki, X11 vəfat etdiyi günə qədər ailə üzvləri X18 və Cavabdeh2 ilə birlikdə yaşamışdır.

8. İşdə olan İcbari Tibbi Sığorta üzrə X29 Ərazi Bölmələrinin İdarəetmə Birliyi İsmayıllı rayon X19 Hüquqi Şəxsin 20 dekabr 2021-ci il tarixli 11144 nömrəli arayışından görünür ki, Cavabdeh2 İsmayıllı rayon X2 Poliklinika Şöbəsinin “ruhi-əsəb” kabinetində yüngül dərəcəli əqli gerilik və davranış pozuntuları diaqnozu ilə qeydiyyatdadır.

9. İşdə olan X12 adına tərtib edilmiş 19 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndində 0,08 hektar həyətyanı torpaq sahəsində yerləşən iki mərtəbəli, ümumi sahəsi 271 kv.metr olan yaşayış evi X12 tam mülkiyyətində, torpaq isə X18, X11 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir.

10. İşdə olan Cavabdeh2 adına tərtib edilmiş 28 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndində 0,08 hektar həyətyanı torpaq sahəsində yerləşən iki mərtəbəli, ümumi sahəsi 271.3 kv.metr olan fərdi yaşayış evi X12 tam mülkiyyətində, torpaq isə X18, X11 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir.

11. İşdə olan 20 dekabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 01 iyun 2015-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi oğlu Cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak 19 mart 2015-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, ümumi sahəsi 271.3 kv.metr olan fərdi yaşayış evindən və həmin çıxarışa əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, ümumi sahəsi 0,08 hektar olan torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir.

12. İşdə olan 20 dekabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 14 sentyabr 2011-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi oğlu Cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak 19 mart 2015-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, ümumi sahəsi 0,08 hektar olan torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir.

13. İşdə olan İsmayıllı rayon Notariat Ofisinin İddiaçı ünvanlanmış 06 sentyabr 2022ci il tarixli 928 nömrəli məktubunda qeyd edilmişdir ki, 01 iyun 2015-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlaka vərəsələrdən birinə miras paya tam şəhadətnamə verilmişdir.

14. İşdə olan İsmayıllı rayon Notariat Ofisinin 03 noyabr 2022-ci il tarixli 1354 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 1989-cu ildə vəfat etmiş X3 adına vərəsəlik işi açılmamış, 2015-ci ildə vəfat etmiş X9 miras qalmış əmlaka dair Cavabdeh2 qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir.

15. İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 adına İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, 1989-cu ildə vəfat etmiş anası X8 və 2015-ci ildə vəfat etmiş atası X9 miras qalan, İsmayıllı şəhəri, keçmiş İsmayıllı kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsində 1983-cü ildə inşa edilmiş, ümumi sahəsi 271.3 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evindən və 0,08 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət mirasın onun tərəfindən də qəbul edilməsinin və mirasın fərdi yaşayış evinə dair hissəsində mərhum anasının da payı nəzərə alınmaqla, Cavabdeh2 ilə onun arasında paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, anası X8 14 fevral 1989-cu il tarixdə vəfat etdikdən sonra atası X18 ikinci dəfə X11 ilə rəsmi nikahla ailə qurmuşdur. Atasının ikinci nikahından 1993-cü ildə Cavabdeh2 adlı övladı doğulmuşdur. Atasınının ikinci həyat yoldaşı X11 2011-ci ildə, atası Bəhrəm Tarverdiyev isə 01 iyun 2015-ci il tarixdə vəfat etmişdir. Atası hələ ikinci ailə qurmamışdan əvvəl onun anası ilə birgə nikah dövründə, 1983-cü ildə İsmayıllı şəhəri, keçmiş İsmayıllı (Yuxarıbaş) kəndində 0,08 hektar həyətyanı torpaq sahəsində ümumi sahəsi 271,3 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. Həmin ev mərhum valideynlərindən miras qalmışdır. Anası atasından bir neçə il əvvəl vəfat etdiyindən və atası yaşlı olduğundan, habelə atasının ikinci həyat yoldaşından doğulmuş Cavabdeh2 ruhi xəstə olduğundan sonunculara o qulluq etmişdir. Atasının vəfatından sonra da iki il ögey qardaşı Cavabdeh2 o nəzarət etmiş və mirasın qorunub saxlanmasını təmin etmişdir. Atasının vəfatından təqribən iki ay sonra miras qalan həyətyanı torpaq sahəsi və fərdi yaşayış evini qanuni dövlət rüsumlarını öz vəsaitindən ödəməklə daşınmaz əmlakın dövlət reyestrindən atasının adına çıxarış almışdır. O, həm xəstə olan ögey qardaşı Cavabdeh2 tək buraxmamış, həm də mirası qoruyub saxlamışdır. Bununla da, mirası faktiki olaraq o qəbul etmişdir. O, həm anasının, həm də atasının vəfat etdiyi günədək onların qayğısını çəkmiş və qulluqlarında durmuşdur. Anasının vəfatından sonra atası başqası ilə ailə qursa da onunla yaşadığı müddətdə heç bir əsaslı tikinti inşa işləri görməmişdir. Atası vəfat etdiyi günədək əqli cəhətcə tam sağlam olmuş və hərəkətlərini tam dərk etmişdir. Atasının ondan miras qalacaq əmlakı Cavabdeh2 vəsiyyət etmək niyyəti olmamışdır. Atası ondan qalan mirasa bütün övladlarının sahib çıxmasını istəmişdir. Atasının vəfatından iki il sonra Cavabdeh2 Bakı şəhərində yaşayan dayısı X25 ona müraciət edərək pensiyaçı olmasını, bir müddət rayonda yaşamaq istəməsini, icazə verdiyi təqdirdə bacısı oğlu Məhərrəmlə bir evdə yaşayıb onun da qayğısına qalmaq istədiyini bildirmişdir. O, İlyas Məsimovun bu istəyinə etiraz etməmiş və 2021-ci ilin iyul ayında gəlib atasından qalan miras evdə yaşamağa başlamışdır. Atasının sağlığında qaldığı, bütün geyiminin, sənədlərinin yerləşdiyi evin açarı onda olmuşdur. Bir müddət sonra Cavabdeh2 dayısı İlyas Məsimov ondan evin otağının açarlarını və evin sənədlərini istəmişdir. O, İlyas Məsimovdan nə üçün bunu istədiyini soruşduqda o buna mükəmməl izah verə bilməmişdir. O, İlyas Məsimova bildirmişdir ki, evdə yaşasın, lakin sənədlərlə və başqa işlərlə işi olmasın. O, hər bir halda bu günədək atasının evinə gedibgəlmiş, ögey qardaşının səhhəti ilə maraqlanmışdır. Bir müddət sonra təsadüfən ögey qardaşı Məhərrəm və dayısı İlyasın notariat ofisindən çıxdıqlarını görmüş və bundan o şübhələnmişdir. Məsələ ilə maraqlandıqda ona məlum olmüşdur ki, Məhərrəmin dayısı İlyas onu notariat ofisinə gətirərək Məhərrəmin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa nail olmuşdur. İsmayıllı rayon Notariat Ofisinin xüsusi notariusu mirasın rəsmi qəbulu olmadığı halda və vərəsələrin dairəsi müəyyən edilmədiyi halda əsassız olaraq Məhərrəmin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bununla da onun və digər qanun üzrə birinci növbədə vərəsələrin hüquqları pozulmuşdur. Mirasın qanun üzrə birinci növbədə vərəsə kimi onun tərəfindən də faktiki olaraq qəbul edilməsi təkzib olunmaz sübutlarla öz təsdiqini tapmış, birinci növbədə vərəsə kimi anasından qalan miras əmlakın 75%-i, atasından qalan mirasın isə 50%-i ona çatmalıdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, anası X11 2011-ci ildə, atası X18 isə 2015-ci ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra o, atası ilə yaşamışdır. Atası vəfat etdikdən sonra ona dayıları baxmışdır. Ögey bacı və qardaşları ilə əlaqəsi yoxdur.Ögey bacı və qardaşları mübahisəli evdə gəlməmiş və orada yaşamamışlar O, ailənin sonuncu övladı olaraq atası vəfat edəndən sonra mirası faktiki olaraq qəbul etmişdir. O, İsmayıllı rayon Notariat Ofisinə ərizə ilə müraciət edərək ana və atasından miras qalmış əmlaka dair 20 dekabr 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. O, ayda 416 manat təqaüd alır və gələcəkdə ailə qurmaq fikri var. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 nümayəndəsi Vəkil Cavabdeh2 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

19. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə mahiyyəti üzrə münasibətini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxmışdır.

20. Birinci instansiya məhkəməsinin iclasında şahid X13 ifadə verərək göstərmişdir ki, Fərrux onun doğma, Məhərrəm isə ögey qardaşıdır. Məhərrəm ruhi xəstə olduğundan anası vəfat etdikdən sonra onların himayəsində olmuşdur. O, Bakı şəhərində yaşadığından Məhərrəmə qardaşı Fərrux baxmışdır. Atası vəfat etdikdən sonra mübahisəli evdə qardaşı Ərəstun və onun övladları qalmışdır.

21. Birinci instansiya məhkəməsinin iclasında şahid X21 ifadə verərək göstərmişdir ki, o, iddiaçının atasının xalası oğludur. Bəhrəm Tarverdiyev vəfat etdikdən sonra Cavabdeh2 iddiaçı baxmışdır. O, və iddiaçı Məhərrəmin yanında növbə ilə qalmışdır.

22. Birinci instansiya məhkəməsinin iclasında şahid X14 ifadə verərək göstərmişdir ki, o, iddiaçının həmkəndlisidir. Bəhrəm Tarverdiyev vəfat etdikdən sonra Məhərrəmə qardaşları Ərəstun və Fərrux baxmışdır.

23. Birinci instansiya məhkəməsinin iclasında şahid X26 ifadə verərək göstərmişdir ki, o, Cavabdeh2 dayısıdır. 2013-cü ildə bacısı Südabə Tarverdiyeva vəfat etdikdən sonra Məhərrəmə çox vaxt o baxmış və onun işlərinə köməklik etmişdir. Bəhrəm Tarverdiyev vəfatından on gün əvvəl ona demişdir ki, oğulları Məhərrəmə baxan deyil, ona dayılıq etsin. Bəhrəm Tarverdiyev vəfat etdikdən sonra Məhərrəm kimsəsiz qalmış, ona qardaş və bacıları baxmamışdır. Məhərrəmin qardaşları ona ögey münasibət bəsləmiş və qardaş arvadları ona “mundar” deyərək baxmaq istəməmişlər. Məhərrəm xəstə olanda onu xəstəxanaya aparmışdır. O, Məhərrəmə beş il baxmışdır. 2020-2022-ci illərdə Məhərrəmə qardaşı İlyas Məsimov baxmışdır.

24. Birinci instansiya məhkəməsinin iclasında şahid X25 ifadə verərək göstərmişdir ki, o, Cavabdeh2 dayısıdır. Atası vəfat etdikdən sonra Məhərrəm kimsəsiz qalmışdır. Məhərrəm ögey qardaş olduğundan digər qardaş və bacıları ona ögey münasibət bəsləmiş və baxmamışlar. Qardaş arvadları da ona “mundar” deyərək baxmaq istəməmişlər. Məhərrəmə bir müddət o baxmışdır. 2022-ci ilin avqust ayında iddiaçı və qardaşı Tahir onun yanına gələrək evi satmaq istədiklərini və qarşılığında 20000 manat pul verəcəklərini bildirmişlər. Məhərrəmin qardaşları mübashiəli evi satmaq niyyətindədirlər. Məhərrəm həmin evin bütün xərclərini öz pensiyasından ödəmişdir. 2020-ci ildə həmin evin həyətyanı torpaq sahəsində abadlıq işlərini o görmüşdür.

25. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 15 dekаbr 2022-ci il tаrixli, 2(037)-1362/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı Cavabdeh2 adına İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, 1989-cu ildə vəfat etmiş anası X8 və 2015-ci ildə vəfat etmiş atası X9 miras qalan, İsmayıllı şəhəri, keçmiş İsmayıllı kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsində 1983-cü ildə inşa edilmiş, ümumi sahəsi 271.3 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evindən və 0,08 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət mirasın onun tərəfindən də qəbul edilməsinin və mirasın fərdi yaşayış evinə dair hissəsində mərhum anasının da payı nəzərə alınmaqla, Cavabdeh2 ilə onun arasında paylara uyğun bölünməsinə dair iddia tələbi rədd edilmişdir.

26. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı atasının vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, mirası qəbul etməsinə dair hər hansı bir zəruri hərəkətləri yerinə yetirməmiş, mirasın qəbul edilmə müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı atası vəfat etdikdən sonra miras evdə yaşamamış, əmlak vergisini, kommunal xidmətlər üçün haqları ödəməmiş, miras əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş və bunlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. İddiaçı özü tərəfindən vərəsəliyin qəbul edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 ilkin olaraq atasından qalan əmlakı qəbul etmiş, atasının vəfatından sonra birinci növbəli vərəsə kimi Notariat Ofisinə müraciət etmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırkı halda Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi üçün əsaslar mövcud deyil.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1243.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a və Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına istinad etməklə əsaslandırmışdır.

28. İddiаçı İddiaçı оğlu İsmayıllı Rayon Məhkəməsinin 15 dekаbr 2022-ci il tаrixli, 2(037)-1362/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

29. Apellyasiya şikayətininin dəlilləri iddia ərizəsində göstərilənlərlə eyni məzmunda olmuş, əlavə olaraq onun tərəfindən atasından və anasından miras qalan mübahisəli fərdi yaşayış evinin atasının vəfatından sonra onun tərəfindən faktiki qəbul edilməsi faktı onun izahatı və şahidlərin ifadələri ilə tam təsdiq edilməsinə baxmayaraq məhkəmə bu halı heç bir əsas olmadan nəzərə almamışdır. Məhkəmə onun izahatında və şahidlərinin ifadələrində qeyd edilən, atasının vəfatından sonra iki il müddətində evin kommunal xərclərinin onun və qardaşı, mərhum Tarverdiyev Ərəstun vasitəsi ilə öz vəsaitləri hesabına ödənildiyi barədə ifadələr qətnamədə öz əksini tapmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, qərəzsizlik prinsipini pozmuş, işi tam və hərtərəfli araşdırmamışdır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 15 dekаbr 2022-ci il tаrixli, 2(037)- 1362/2022 saylı qətnaməsinin tamamilə ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iddiаçı İddiaçı оğlu apellyasiya şikayətinin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin 15 dekаbr 2022-ci il tаrixli, 2(037)- 1362/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

32. Məhkəmə kollegiyasının iclsasında Cavabdeh2 оğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 15 dekаbr 2022-ci il tаrixli, 2(037)-1362/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

33. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh İsmayıllı rayon Notariat Ofisinin nümаyəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin nümаyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

36. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

37. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

38. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiy məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 15 dekаbr 2022-ci il tаrixli, 2(037)-1362/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

51. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

52. İlk növbədə məhkəmə kollegiyası onu qeyd edir ki, iş üzrə Cavabdeh2 məhkəmə iclasında öz fikirlərini sərbəst şəkildə ifadə etmiş, işin mahiyyəti üzrə verilmiş suallara dolgun cavablar vermişdir.

53. Müəyyən olunmuşdur ki, İddiaçı İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatdadır. İddiaçının atası X18, anası X4r. Asiya Tarverdiyeva 14 fevral 1989-cu il tarixdə vəfat etmişdir. Asiya Tarverdiyeva vəfat etdikdən sonra Bəhrəm Tarverdiyev ikinci dəfə X11 ilə rəsmi nikaha girmişdir. Bəhrəm Tarverdiyevin ikinci nikahından 1993-cü ildə Cavabdeh2 adlı övladı doğulmuşdur. Südabə Tarverdiyeva 15 sentyabr 2011-ci il tarixdə, Bəhrəm Tarverdiyev isə 01 iyun 2015-ci il tarixdə vəfat etmişdir. Mübahisəli əmlak İsmayıllı rayonu İsmayıllı kəndində yerləşir. Mübahisəli əmlaka dair X12 adına tərtib edilmiş 19 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu İsmayıllı kəndində 0,08 hektar həyətyanı torpaq sahəsində yerləşən iki mərtəbəli, ümumi sahəsi 271 kv.metr olan yaşayış evi X12 tam mülkiyyətində, torpaq isə X18, X11 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olmuşdur. Mübahisəli əmlaka dair Cavabdeh2 adına tərtib edilmiş 28 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu İsmayıllı kəndində 0,08 hektar həyətyanı torpaq sahəsində yerləşən iki mərtəbəli, ümumi sahəsi 271.3 kv.metr olan fərdi yaşayış evi X12 tam mülkiyyətində, torpaq isə X18, X11 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Cavabdeh2 İsmayıllı rayon Notariat Ofisinə ərizə ilə müraciət edərək 20 dekabr 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. 20 dekabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnaməyə əsasən 01 iyun 2015-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi oğlu Cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak 19 mart 2015-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, ümumi sahəsi 271.3 kv.metr olan fərdi yaşayış evindən və həmin çıxarışa əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, ümumi sahəsi 0,08 hektar olan torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. 20 dekabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnaməyə əsasən 14 sentyabr 2011-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi oğlu Cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak 19 mart 2015-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, ümumi sahəsi 0,08 hektar olan torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. İddiaçı Cavabdeh2 adına İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, 1989-cu ildə vəfat etmiş anası Asiya Tarverdiyeva və 2015-ci ildə vəfat etmiş atası Bəhrəm Tarverdiyevdən miras qalan, İsmayıllı şəhəri, keçmiş İsmayıllı kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsində 1983-cü ildə inşa edilmiş, ümumi sahəsi 271.3 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evindən və 0,08 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət mirasın onun tərəfindən də qəbul edilməsinin və mirasın fərdi yaşayış evinə dair hissəsində mərhum anasının da payı nəzərə alınmaqla, Cavabdeh2lə onun arasında paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməmiş və rədd edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Brrinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

54. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür.

55. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir.

56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

57. Vərəsəliyin obyekti mülki qanunvericilikdə miras əmlak anlayışı ilə əhatə olunur. Qanunun mənasına görə miras əmlak dedikdə, ölən şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. O da qeyd edilməlidir ki, ölmüş şəxslərin vərəsələrinə yalnız əmlak xarakterli mülki hüquq və vəzifələr keçə bilər. Digər tərəfdən, vərəsəlik qaydasında o, əmlak keçə bilər ki, həmin əmlak qanuni əsaslarla miras qoyana məxsus olmuş olsun. Miras kifayət qədər geniş və əhatəli anlayış olub özündə əmlak hüquqlarını, əmlak vəzifələrini və bəzi şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Bel bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqs di güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.

59. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), torpağın becərilməsi, ona qulluq edilməsi, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər. Miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və s. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

60. Müəyyən edilmişdir ki, iddiaçı qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbulu və miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmişdir. Yəni, mirası rəsmi qaydada qəbul etməmişdir.

61. Həmçinin, müəyyən edilmişdir ki, X12 vərəsələrindən yalnız Cavabdeh2 həmin miras əmlakı faktiki qəbul etmiş, ataları Bəhrəm Tarverdiyevin ölümündən əvvəl və sonra miras əmlakı idarə edərək faktiki olaraq həmin əmlaka sahibliyini nümayiş etdirmişdir.

62. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçının anası Asiya Tarverdiyeva 14 fevral 1989-cu il tarixdə, atası Bəhrəm Tarverdiyev isə 01 iyun 2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı atasının vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, mirası qəbul etməsinə dair hər hansı bir zəruri hərəkətləri yerinə yetirməmiş, mirasın qəbul edilmə müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. İddiaçı atası vəfat etdikdən sonra miras evdə yaşamamış, əmlak vergisini, kommunal xidmətlər üçün haqları ödəməmiş, miras əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş və bunlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. İddiaçı özü tərəfindən vərəsəliyin qəbul edilməsini təsdiq edən heç bir sübutu məhkəmələrə təqdim etməmiş və edə bilməmişdir.

63. Ona görə də iddia tələblərinin qanun üzrə birinci növbədə vərəsə kimi mirasın iddiaçı tərəfindən də qəbul edilməsinin müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair hissəsi əsassızdır.

64. Cavabdeh2 ilkin olaraq atasından qalan əmlakı qəbul etmiş, atasının vəfatından sonra birinci növbəli vərəsə kimi Notariat Ofisinə müraciət etmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi üçün əsaslar mövcud deyil.

65. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsində göstərilənləri təkrarlamaqla onunla eynilik təşkil edir.

66. Məhkəmə kollegiyası mübahisəli yaşayış evininin iddiaçının valideynlərinin birgə nikah dövründə inşa edilməsi və həmin yaşayış evinin ½ hissəsinin iddiaçının anası Asiya Tarverdiyevanın payı olması barədə dəlili ilə əlaqədar qeyd edir ki, yuxarıda qeyd olunan 19 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisə predmeti olan yaşayış evi iddiaçının atasının X12 tam mülkiyyətində, həmin yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi isə X18, X11 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir.

67. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində alınmış şahid ifadələri ilə bağlı qeyd edir ki, əvvala şahidlər müvafiq olaraq tərəflərin mənafeyinə uyğun ifadə vermişlər. İkincisi, həmin şahid ifadələri də dolayısı ilə mirasın iddiaçı tərəfindən deyil, faktiki olaraq cavabdeh Məhərrəm Tariverdiyev tərəfindən qəbul edildiyini təsdiq edir.

68. Göstəriənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

69. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

70. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

71. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

72. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 15 dekаbr 2022-ci il tаrixli, 2(037)-1362/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiаçı İddiaçı оğlu tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 15 dekаbr 2022-ci il tаrixli, 2(037)-1362/2022 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar