Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-357/2022 05.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4, Abasova (İsayeva) Sevil Cəfər qızı, Abasova (Kərimova) Almaz Cəfər qızı, Abasova (Həsənova) Nərgiz Cəfər qızı, X24 və İddiaçı2 cavabdehlər X5, X12 və üçüncü şəxs Cavabdeh2nə qarşı “miras əmlakın qəbul edilməsi üzrə müddətin uzadılması və miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlakın qəbul edilməsi üzrə müddətin uzadılması və miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13 iddiaçılar İddiaçı4, Abasova (İsayeva) Sevil Cəfər qızı, Abasova və X10 nümayəndəsi X3 (həmçinin İddiaçı5 vəkili) və cavabdehlər X5, X8 iştirakı ilə İddiaçılar İddiaçı4, Abasova (İsayeva) Sevil Cəfər qızı, Abasova (Kərimova) Almaz Cəfər qızı, Abasova (Həsənova) Nərgiz Cəfər qızı, X24 və İddiaçı2 cavabdehlər X5, X12 və üçüncü şəxs Cavabdeh2nə qarşı “miras əmlakın qəbul edilməsi üzrə müddətin uzadılması və miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(016)-891/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı4, Abasova (İsayeva) Sevil Cəfər qızı və X24 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: 1.İşə əlavə edilmiş sənədlə müəyyən edilir ki, X28 ilə X2 arasında nikah 31.08.1949-cu ildə qeydə alınmışdır. 2.İddiaçı4 verilmiş arayışdan görünür ki, onun mərhum atası X28 04.08.2002-ci ildə vəfat etməklə İddiaçı4, İddiaçı5, X20, X25, X17, X14 (vəfat edib) və X6 (vəfat edib) ibarət tərkibdə vərəsələri qalmışdır.
3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23.07.1997-ci il tarixdə ölmüşdür.
4. Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 19.12.1991-ci ildə vəfat etmişdir.
5. Ölüm haqqında şəhadətnamədən görünür ki, X18 03.11.1998-ci ildə vəfat etmişdir.
6. Ölüm haqqında şəhadətnamədən görünür ki, X28 04.08.2002-ci ildə vəfat etmişdir.
7. Çıxarışdan görünür ki, Ağsu şəhəri, Y.Əliyev küçəsi 15 saylı ev və 0.06 ha torpaq sahəsi X21 adına 28.08.2020-ci il tarixdə **********110 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
8. Cavabdeh2 tərəfindən İddiaçı4 ünvanlanan 17.06.2021-ci il tarixli, 1277 saylı məktubdan görünür ki, ərizəçiyə mərhumun ölümündən sonra mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünü nəzərə alaraq mirasın açıldığı yerin müəyyən edilməsi, vərəsələrin dairəsinin müəyyən edilməsi və mirasın qəbulu üzrə buraxılmış müddətin bərpası üçün aidiyyətı üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9.İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasını və miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsini xahiş etmişlər. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları X28 04 avqust 2002-ci il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi atalarına məxsus olmuş və ataları rəhmətə getdikdən sonra həmin torpaq sahəsi miras qalmışdır. X1 23.07.1997-ci il tarixdə vəfat etmişdir. Anaları rəhmətə getdikdən sonra ataları tək yaşamış və mövsümü işlə əlaqədar olaraq tez-tez Rusiyaya gedib-gəlmişdir. Ailədə 7 övlad, 4 bacı və 3 qardaş olmuşlar. Qardaşlarından ikisi - X14 1991-ci ildə, X22 isə 1998-ci ildə vəfat etmişdir, digər övladlar isə sağdırlar. Atalarının vəfatından sonra miras əmlak faktiki olaraq vərəsələr tərəfindən qəbul edilmiş, lakin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə qəbul edilməmişdir. Belə ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın vərəsələr arasında paylara bölünməsinə dair vaxtında bir neçə notariat orqanlarına şifahi qaydada müraciət edilmiş, lakin notariat orqanları tərəfindən miras əmlakın hüquqmüəyyənedici sənədlərinin hazırlanmasından sonra müraciət edilməsi bildirilmişdir. Belə ki, miras əmlakın dövlət qeydiyyatı ilə bağlı sənədləri olmamışdır. Notariat orqanlarının tövsiyyəsindən sonra miras əmlaka dair tərəflərindən atası X21 adına çıxarış alınmışdır. Bundan sonra atalarından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar Cavabdeh2nə müraciət edilmişlər. Lakin həmin notariat ofisi 17.06.2021-ci il tarixli, 1277 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətin ötürüldüyünü əsas gətirərək ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. 11.Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 11 oktyabr 2021-ci il tarixli, 2(016)- 891/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçılar əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamaları barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. İddiaçılar iddialarının əsası kimi istinad etdikləri halları məhkəmə iclasında sübut edə bilməmişlər. Belə ki, göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İddiaçılar isə mirasın yalnız bir hissəsinə sahiblik etmələrinə dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.
13. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdikləri barədə ərizə verməmiş, əmlaka sahiblik və ya əmlakı idarə etməmiş, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirmələrinə dair hər hansı bir hərəkət etməmiş, bununla da miras əmlakı qəbul etməmişlər. Belə olduğu halda, iddiaçıların iddia tələbləri təmin edilə bilməz.
14. İşin hallarından, eyni zamanda iddia ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, iddiaçılar iddia ərizələrində tələblərini atalarının vəfatından sonra bir neçə dəfə notariat orqanına şifahi müraciət etmələrini, lakin miras əmlaka dair hüquqmüəyyənedici sənədin hazırlanmasından sonra müraciət edilməli olmasını bildirmişlər. İş materiallarından görünür ki, mərhum Cəfər Abasov 04.08.2002-ci ildə vəfat etmiş, miras əmlaka dair hüquqmüəyyənedici sənəd olan reyestrdən çıxarış isə 28.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Ötən müddət ərzində də iddiaçıların miras əmlaka dair hüquqmüəyyənedici sənəd hazırlanmaları da ağılabatan mühakimə deyildir. Belə olan halda, iddiaçılar mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüşlər və gecikmənin səbəbi üzrlü səbəblərlə əlaqədar deyildir. 15.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1151.1, 1243, 1246 və 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı4, Abasova (İsayeva) Sevil Cəfər qızı və X24 apellyasiya şikayəti vermişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, tətbiq edilməli olan maddi və prosessual hüquq normaları tətbiq edilməmişdir. Qeyd edilər ki, qardaşları X25 1996-cı ildən Rusiya Federasiyasının Volqoqrad vilayətindədir və oranın vətəndaşıdır, mirası da qəbul etməyib. Onun oğlu hazırki iş üzrə cavabdeh X23 isə mirası qəbul edə bilməzdi. Çünki o nəvədir, 2-ci dərəcəli vərəsədir. Cavabdeh Abasov Ceyhun zəlzələdən sökülmüş köhnə evin əvəzinə dövlət tərəfindən yeni ev tikildikdən sonra indiki vərəsələrə bildirmişdir ki, guya ev onundur. Hər kəsə məlumdur ki, mirası qəbul etmək üçün notariat kontorlarına müraciət edən hər bir şəxsdən notariuslar tərəfindən xüsusi ərizə formasının doldurulması tələb edilir ki, həmin ərizə forması vasitəsilə də vətəndaşlar notariuslardan qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsi müvafiq sənədləri əldə edə bilmədiyi üçün vətəndaşın müddəti ötürməsinin üzürlü səbəb hesab etməmişdir, halbuki bu sənədlərsiz mirası qəbul edib, qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması qeyri-mümkündür. İddiaçı 6 ay ərzində notariat kontoruna müraciət etdikdə savadsız olduğu üçün onda müvafiq sənədlərin olmadığı halda belə yazılı müraciət etməli olduğundan xəbərsiz olmuşdur. Notarius da iddiaçılara bu qaydanı izah etməmiş, yalnız lazımi sənədlər toplanıb gətirildikdən sonra məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Qeyd edilən xüsusatlar ətraflı araşdırılmadığından hesab edirlər ki, qətnamə əsasızdır və ləğv edilməlidir. Ona görə də Ağsu Rayon Məhkəməsinin 2(016)-891/2021 saylı 11 oktyabr 2021-ci il tarixli qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı4, Abasova (İsayeva) Sevil Cəfər qızı, Abasova və X10 nümayəndəsi X9 (həmçinin İddiaçı5 vəkili) apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, tətbiq edilməli olan maddi və prosessual hüquq normaları tətbiq edilməmişdir. İddiaçıların atası 2002-ci ildə vəfat edəndən sonra, sonuncular mütəmadi olaraq həmin evə gəlmiş və hərdən orada qalmışlar. Miras qoyan öləndən sonra iddiaçılar hətta həyətin uçmuş hasarını da düzəltmişlər. İddiaçı tərəf mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməsələr də, faktiki olaraq miras əmlakı qəbul etmişlər. Qeyd edilən xüsusatlar ətraflı araşdırılmadığından hesab edir ki, qətnamə əsasızdır və ləğv edilməlidir. Ona görə də Ağsu Rayon Məhkəməsinin 2(016)-891/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
19. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçılar atalarının sağlığında həmin evdən çıxaraq, özlərinə məxsus evdə yaşamışlar. 30 ildən çoxdur ki, həmin evdə onlar yaşayır. Bu illər ərzində evin bütün kommunal xərcini onlar ödəmişdir. Ona görə də Ağsu Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
20. Məhkəmə iclasında iştirak edən cavabdeh X23 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli evdə daim onlar yaşamış, bütün kommunal xərcləri onlar ödəmişdir. İddiaçılar hərdənbir qonaq kimi gəlib getmişlər. Cavabdeh sonda ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər iddiaçılar və 3-cü şəxsin nümayəndəsi səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (maddə 1248.1). Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir (maddə 1248.2) Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.
24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri
25.Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 26.Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(016)-891/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(016)-891/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 28.Məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə xüsusi diqqət yetirilməlidir. 29.Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X28 04.08.2002-ci ildə vəfat etmişdir.
30. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. 31.Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X28 04.08.2002-ci ildə tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1146-cı maddəsi). Miras qoyan daimi olaraq Ağsu rayonunda yaşadığından və miras əmlak Ağsu rayonunda yerləşədiyindən mirasın açıldığı yer Ağsu rayonu hesab edilir (həmin Məcəllənin 1147-ci maddəsi). Miras əmlaka X28 öldüyü məqamadək malik olduğu ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi daxildir. Məhkəmə kollegiyasının araşdırması zamanı miras qoyanın vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. 32.Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıların ataları (İddiaçı2 və Zoya Abasovanın ərlərinin atası) X21 mülkiyyətində olmuşdur. Cəfər Abasov 04.08.2002-ci ildə ölmüşdür.
33. Lakin həmin vaxtdan 20 ilə yaxın müddət keçməsinə baxmayaraq iddiaçılar atasının öldüyünü bildiyi bir halda sonuncudan miras qalmış əmlakın qəbulu ilə bağlı hər hansı addım atmamış, bununla bağlı notarait kontoruna rəsmi qaydada müraciət etməmiş, nə də ki, məhkəmədə hər hansı bir mübahisə açmamışdır. Belə olan halda iddiaçı tərəfin bu mövqeyi başa düşülən deyil. 34.Əvvəla ona görə ki, iddiaçılar öz atalarının 2002-ci il tarixdə ölməsini bilirdi və bu işin mübahisəsiz halıdır, sübuta ehtiyacı yoxdur. 35.İkincisi, apellyasiya kollegiyası qeyd edir ki, hazırki apellyasiya şikayətlərinin dəlilləri iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanması barədə mövqe qanuni və əsaslı olardı. 36.Üçüncüsü, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Vərəsəlik hüququ qanunda göstərilən müvafiq müddət ərzində vərəsə mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədikdə həmin hüququ itirməsini ehtiva edir. 37.Dördüncü, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. İşə baxmış məhkəmə bu baxımdan işin hallarını araşdırmış və iddiaçının atası vəfat etdikdən sonra qanunvericiliklə müəyyən olunmuş müddət ərzində (altı ay müddətində) ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etmədiyini, mirası faktiki olaraq qəbul etmədiyini müəyyən etmişdir. Məhkəmə təqdim olunmuş sübutları təhlil edib qiymətləndirməklə nəticəyə gəlmiş, gəldiyi nəticəni əsaslandırmışdır 38.Göründüyü kimi mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. 39.Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
40. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. 41.Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kollegiyanın qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır. Hazırki işdə iddiaçılar tərəfindən belə bir sübut məhkəməyə təqdim edilmədiyindən, birinci instansiya məhkəməsinin də mövqeyi düzgün olmuşdur. 42.Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi iddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində hərəkətsizlik göstərməklə, qanunvericiliklə onlara verilmiş müddətdən səmərəli istifadə etməmişlər. 43.Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraq qeyd edir ki, miras açıldığı anadan vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağrılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hər bir şəxsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(016)-891/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar İddiaçı4, Abasova (İsayeva) Sevil Cəfər qızı və X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(016)-891/2021 nömrəli qətnaməsi İddiaçı4, Abasova (İsayeva) Sevil Cəfər qızı və X16 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov