Məhkəmə qərarları › İş №2(107)-360/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-360/2022

09.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-360/2022 09.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbi, Cavabdeh2, Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi və X4 Xidmətinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(025)- 352/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(025)-352/2021 saylı qətnаməsi ilə (hakim Elman İsayev) İddiaçı cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhər 2 saylı tam orta məktəbinin 01 iyul 2017-ci il tarixli, 57 saylı əmrin ləğv edilməsi, həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə işə bərpa edilməyi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 01 sentyabr 2008-ci il tarixdə təyinatla Dızaxlı kənd tam orta məktəbinə dil-ədəbiyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. 15 sentyabr 2015-ci il tarixdə öz ərizəsinə əsasən Qəbələ şəhəri 2 saylı tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə köçürülmüşdür. Bundan sonra 01 iyul 2017-ci il tarixdə heç bir əsas olmadan işdən azad olunmuşdur. Elə həmin gün 01 iyul 2017-ci il 57 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ancaq onunla bağlanmış olan əmək müqaviləsinə olan dəyişikliklər və müdaxilələr onun xəbəri olmadan aparılmışdır. Əmək müqaviləsinə xitam verilməsi birtərəfli qaydada aparılmışdır. Ancaq o, bildiyi qədər ilə əgər əmək müqaviləsinə xitam verilirsə, hər iki tərəfində məlumatlı olması gərəkir. Əgər hər hansı bir əsaslı səbəb, məhkəmə tərəfindən qəbul edilmiş bir qərar və bu kimi, başqa əsaslı hallar olarsa onun işinə birtərəfli xitam verilməsi qanuna uyğun olardı. Ən əsası da odur ki, onun müəllimə işlədiyi dövrdə heç bir qayda pozuntusu olmamışdır ki, bu səbəbdən əmək müqaviləsinə xitam verilib. Ancaq bu sadaladığı halların heç biri olmadığı üçün o, işinə xitam verilməsini qanunsuz hesab edir. Çünki, onun işinə xitam verilərkən, məktəb tərəfindən ona heç bir bildiriş və ya bu işlə bağlı yəni, onun işdən azad edilməyi ilə əlaqədar ona heç bir qanuni sənəd verilməyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hər hansısa maddəsinə istinad etməmiş və əmək müqaviləsinə niyə, hansı səbəbdən birtərəfli xitam verilməsini şərh edən əsaslar ona təqdim edilməmişdir. Bütün bu səbəblərə görə o işdən çıxarılmağını qanunsuz və qanunlara zidd sayır. Özü ali təhsilli müəllimədir. 9 il çalışmış və üzərinə düşən müəllimlik öhdəliklərini layiqincə və şərəflə yerinə yetirmişdir. İşdən azad edilməyi ilə bağlı dəfələrlə məktəbin direktoru ilə danışığı olub. Ancaq işi ilə maraqlanmayıb. Ona heç bir əsaslı səbəb göstərməyib. Bütün sadalananlara əsasən hesab edir ki, o işdən qanunsuz çıxarılmışdır. Əmək hüququnun pozulduğunu bilən kimi də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı iddiası tamamilə əsassızdır. İddiaçı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 15.09.2015-ci ildə işə qəbul edilərək müddətli əmək müqaviləsi imzalanmışdır. Bununla da o, Qəbələ RTŞ-nın 2246 №-li məktubuna əsasən iddiaçını məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq köçürmüşdür. Müqavilə 14 iyun 2017-ci il tarixədək bağlanmışdır. 01.07.2017-ci il tarixdə iddiaçının öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Son haqqhesab 2017- ci ildə verilmişdir. Məhkəmədən iddia əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X5 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı ilə 2015-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, bu elektron bazada qeydiyyatdan keçirilmişdir. 2017-ci ildə iddiaçının öz ərizəsi ilə işdən azad edilmişdir. İşdən çıxarılmasına dair əmr veriləndən 1 ay müddətinə şikayət edə bilərdi. Lakin, iddiaçı 3 il sonra məhkəməyə şikayət etmişdir. Məhkəmədən iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1048/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov sədrlik edən və məruzəçi) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021ci il tarixli, 2(025)-352/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikаyəti vermişdir. AR Ali Məhkəməsinin 24.11.2021-ci il tarixli 2(102)-5881/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1048/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsində istinad etdiyi dəlillərlə əsaslandıraraq Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tаrixli, 2(025)-352/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında X4 Xidmətinin nümayəndəsi X3 apellyasiya şikayəti ilə razı olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbinin, Cavabdeh2, Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndələri işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən cavabdeh Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə apellyasiya şikayətinə etirazını bildirərək təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, AR Ali Məhkəməsinin 24.11.2021-ci il tarixli 2(102)-5881/2021 nömrəli qərarındakı göstərişləri icra edib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(025)-352/2021 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbi, Cavabdeh2, Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi və X4 Xidmətinə qarşı 01 iyul 2017-ci il tarixli, 57 saylı əmrin ləğv edilməsi, həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməli, 01 iyul 2017-ci il tarixli, 57 saylı əmr ləğv edilməli, iddiaçı Zalova X2 şəhər 2 saylı tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə işə bərpa edilməli və məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməlidir. İşdə olan 03.09.2008-ci il tarixdə doldurulmuş ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı Zalova X2 rayon Dızaxlı kənd tam orta məktəbinin direktoru M.Mirzəliyevin 01.09.2008-ci il tarixli 07 saylı əmri ilə həmin məktəbə dil-ədəbiyyat müəllimi təyin edilmiş, 14.09.2015-ci il tarixli 8 saylı əmri ilə İddiaçı öz ərizəsi əsasında işdən azad edilmişdir. Həmçinin Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə 15.09.2015-ci il tarixli 226 saylı əmri ilə iddiaçı Qəbələ şəhər 2 saylı tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə köçürülmüşdür, 01.07.2017-ci il tarixli 57 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv olunmuş və sonuncu haqq-hesabı ödənilmişdir. İşdə olan Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə 15.09.2015ci il tarixli 226 saylı Əmri ilə Zalova X2 şəhər 2 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə köçürülmüşdür. İşdə olan 15.09.2015-ci il tarixdə tərəflər (məktəb direktoru və iddiaçı) arasında bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçı Zalova X2 şəhər 2 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə 15 sentyabr 2015-ci il tarixdən 14 iyun 2017-ci il tarixədək müddətsiz bağlanmışdır. Mülki işin 25-ci vərəqində olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Qəbələ şəhər 2 saylı tam orta məktəbi arasında 15.09.2015-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin bildiriş 12.11.2015-ci ildə elektron qaydada sistemə daxil edilmişdir. İşdə olan Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə 01.07.2017ci il tarixli 57 saylı Əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.03.2016-cı il tarixli 165 §4. Saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 286-cı maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon Dızaxlı kənd tam orta məktəbinin direktoru M.Mirzəliyevin 01.09.2008-ci il tarixli 07 saylı əmri ilə həmin məktəbə dilədəbiyyat müəllimi təyin edilmiş, 14.09.2015-ci il tarixli 8 saylı əmri ilə İddiaçı öz ərizəsi əsasında işdən azad edilmişdir. 15.09.2015-ci il tarixli 226 saylı Əmri ilə Zalova X2 şəhər 2 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmiş, həmin tarixdə məktəb direktoru və iddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Məktəb direktorunun 01.07.2017-ci il tarixli 57 saylı Əmri ilə Əmək Məcəlləsinin 68.d bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axırıncı hesabı verilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz. Bundan başqa iddiaçı 01.07.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, iddia müddətini ötürərək, yalnız 01.02.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 01.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, həmçinin iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddəti tətbiq etməklə iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zalova X2 rayon Dızaxlı kənd tam orta məktəbinin direktoru M.Mirzəliyevin 01.09.2008-ci il tarixli 07 saylı əmri ilə həmin məktəbə dil-ədəbiyyat müəllimi təyin edilmiş, 14.09.2015-ci il tarixli 8 saylı əmri ilə o, öz ərizəsi əsasında işdən azad edilmişdir. 15.09.2015-ci il tarixli 226 saylı əmri ilə Zalova X2 şəhər 2 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə köçürülmüş, həmin tarixdə məktəb direktoru Nümayəndə və İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin məktəbin direktoru Nümayəndə 01.07.2017-ci il tarixli 57 saylı Əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.03.2016-cı il tarixli 165 §4. Saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axırıncı hesabı verilmişdir. İddiaçı tərəfindən Qəbələ şəhər 2 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsindən azad edilməklə bağlı hər hansı ərizə verilməmişdir. Həmçinin, onunla həmin məktəb arasında müddətli əmək müqaviləsi bağlanmamışdır. Eyni zamanda İddiaçı hazırki iş üzrə iddiasına məhkəmədə baxılarkən cavabdeh tərəfindən iddianın rədd edilməsi üçün iddia müddəti tətbiq edilməsi ilə bağlı ərizə məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydasını müəyyən edən Əmək Məcəlləsinin 10-cu fəslində və əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydalarına riayət edilməmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinə istinadən qeyd etmişdir ki, iddiaçı, iddia müddətini ötürmüşdür. Ona görə də bu əsasla iddia rədd edilmişdir. Nəzərə alınmamışdır ki, iddia müddətinin tətbiqi cavabdehə məxsus olan müdafiə vasitəsidir. Bu baxımdan həmin hüquqi vasitədən məhz cavabdeh istifadə etdikdə iddia müddəti tətbiq oluna bilər. Ona görə də, qanunverici nəzərdə tutmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (§ 21). Hazırkı işdə isə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi aşkar edilmir və məhkəmə də belə bir ərizənin varlığına istinad etməmişdir. Bu hal isə Mülki Məcəllənin 375.1-ci maddəsinin düzgün tətbiq olunmadığını göstərir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, cavabdeh Qəbələ şəhər 2 saylı tam orta məktəbi iddiaçı ilə əmək müqaviləsini ləğv edərkən Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydalarına dair 83-cü maddəsinin, bu barədə işəgötürənin əmrinin məzmununa dair 84cü maddəsinin tələblərinə riayət etməmişdir. Bu da öz-özlüyündə mübahisələndirilən əmrin qanunsuzluğuna dəlalət edir. Bələliklə, birinci instansiya məhkəməsi tərəfindən də müəyyən edilmişdir ki, iddiaçının işdən azad edilməsinə dair Qəbələ şəhər 2 saylı tam orta məktəbin 01.07.2017ci il tarixli, 57 nömrəli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun çıxarılmamışdır. Başqa sözlə, İddiaçı əmək hüququ pozulmuşdur. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək və AR Ali Məhkəməsinin 24.11.2021-ci il tarixli 2(102)-5881/2021 nömrəli qərarındakı göstərişləri icra edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(025)-352/2021 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbi, Cavabdeh2, Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi və X4 Xidmətinə qarşı 01 iyul 2017-ci il tarixli, 57 saylı əmrin ləğv edilməsi, həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməli, 01 iyul 2017-ci il tarixli, 57 saylı əmr ləğv edilməli, iddiaçı Zalova X2 şəhər 2 saylı tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə işə bərpa edilməli və məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(025)-352/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbi, Cavabdeh2, Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi və X4 Xidmətinə qarşı 01 iyul 2017-ci il tarixli, 57 saylı əmrin ləğv edilməsi, həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilsin. 01 iyul 2017-ci il tarixli, 57 saylı əmr ləğv edilsin. İddiaçı Zalova X2 şəhər 2 saylı tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə işə bərpa edilsin və məcburi işburaxma günləri üçün əmək haqqı ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Günay Cavadova Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar