Məhkəmə qərarları › İş №2(107)-363/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-363/2024

02.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-363/2024 02.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evə köçürülmə, istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1411/2023 nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2007-ci ildə evlənmişlər. xx.xx.2007-ci ildə də Ağdaş rayon Qeydiyyat şöbəsində nikahlarını 178 saylı akt ilə rəsmi qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X8 doğulmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehin uyğunsuz hərəkətləri, ailəsinə baxmaması səbəbindən aralarında problemləri başlamışdır. Cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsinə görə onlar eyni ünvanda ayrı yaşayırlar. Həmçinin nikahın pozulması ilə bağlı Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Övladlarının hər ikisi onun himayəsindədir. Ancaq cavabdehin onlara yaşatdığı problemləri bununlada bitməmişdir. Cavabdeh xeyli müddətdir ki, övladları ilə ona qeydiyyatda olduqları evdə yaşamağa imkan vermir. Onları evdən qovur. O, və övladları gəlin köçdüyü gündən ünvan 2 ünvanda qeydiyyatdadırlar. Övladları da doğulduğu tarixdən ünvan 3 ünvanda qeydiyyatdadır. Cavabdeh hazırda qeydiyyatda olduqları və illərlə yaşadıqları evlərində yaşamaqlarına imkan vermir. Cavabdeh hər dəfə onlara problem yaradanda qohumlarının evində və himayəsində qalırlar. Ancaq havalar soyuduqca onların qalacaq ümid yerləri olmayacaq. Artıq qohumlarının evində belə qalmağa utanırlar. Onların bütün ev və gündəlik tələbat əşyaları evlərindədir. Hesab edir ki, illərlə Ağdaş şəhəri, N.Nərimanov küçəsi ev 19 ünvanındakı yaşayış evində yaşamağı, həmçinin övladları ilə birlikdə onun qeydiyyatlarının həmin evdə olmasını, övladlarının doğulduğu gündən Ağdaş şəhəri, N.ünvan 4 ünvanda olduğunu nəzərə alaraq onların həmin yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməlidir. Onların 16 il yaşadıqları və qeydiyyatda olduqları ünvanda, həmin evdə yaşamaq və istifadə etmək hüquqları olsa da, cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq, evdə yaşamaqlarına maneələr törədərək imkan vermirlər. Onların bütün əşyaları da yaşayış evindədir. Göstərilənlər əsasən iddiaçının və övladları X9 və X8 nun 1 il yaşadıqları və qeydiyyatda olduqları yaşayış evi və yaşayış sahəsindən istifadə hüquqları tanınmaqla, qeydiyyatda olduqları Ağdaş şəhəri, N.Nərimanov küçəsi ev 19 ünvanındakı yaşayış evi və yaşayış sahəsinə köçürülmələri və həmin yaşayış evinin bugünədək istifadələrində olan 1 qonaq otağı, 2 yataq otağı, 1 mətbəx, sanitar qovşağından və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə birlikdə yaşamaq istəmir. Sözügedən ev ata nənəsinin adınadır. İddiaçı həmin ünvanda qeydiyyata düşməsinə nənəsi razılıq verib. İddiaçı evdən qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edəcəklər. Buna görə də iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı onun gəlinidir. Sözügedən ev mərhum anasının adınadır. İddiaçının həmin evdə qeydiyyata düşməsinə mərhum anası razılıq verib. Hazırda iddiaçının həmin evdən qeydiyyatdan çıxarılmasına dair məhkəməyə müraciət etmələri üçün sənədlər hazırlanır. İddiaçı ilə oğlu faktiki ayrılmışlar və İddiaçı oğlu Cavabdeh1la aralarında bağlanmış nikahın pozulması üçün Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ilə eyni evdə yaşamaq istəmirlər. Buna görə də iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, gəlini İddiaçı oğlu Cavabdeh1 birgə yaşadıqları dövrdə 2 övladları doğulmuşdur. Lakin onlar birgə yaşadıqları dövrdə heç bir yaşayış evi tikdirməmişdirlər. Onlar anası X1 ona miras qalmış evdə yaşamışlar. İndi isə gəlini onlardan ev iddiası edir. Odur ki, gəlinin ev iddiasının əsassız olduğunu nəzərə alınmasını xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh3 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1411/2023 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeydiyyatda olduğu yaşayış evinə köçürülməsi, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı mənzildən 2007-ci ildən istifadə etməyə başlamış və o, həmin mənzilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, konkret yaşayış sahəsindən istifadə hüququndan fayda həmin sahədə yaşamaqdan ibarətdir.

11. İddiaçının mübahisəli ünvanda xx.xx.2010-cu il tarixdən qeydiyyatda olması barədə iddia ərizəsinin dəlili həmin tələbin əsaslı hesab olunması üçün hüquqi əhəmiyyəti yoxdur.

12. Məhkəmə həmçinin müəyyən etmişdir ki, İddiaçı mənzili mülkiyyət hüququna dair sənədləri adına olan X4 və onun birinci dərəcəli vərəsəsi olan hazırkı iş üzrə Cavabdeh2 qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

13. Tərəflərin mübahisəli yaşayış sahəsi ilə bağlı hüquq münasibətləri onların yalnız həmin ünvana qeydiyyata alındıqları vaxtla deyil, həmçinin də həmin sahədə yaşayan şəxslər arasında qeyd olunan sahədən istifadə qaydasını və şərtlərini özündə əks etdirən hallarla müəyyən olunur. Həmin məsələ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsində öz əksini tapmışdır. Qeyd olunan qanunun normasına əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

14. Yaşayış binasının tərkib hissəsindən digər ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur.

15. İddiaçının mübahisəli ünvan üzrə qeydiyyatı onun üçün hüquqi nəticələr yaratmamaqla, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi üçün əsas hesab oluna bilməz.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində həmin ünvanda qeydiyyatda olmasını əsas kimi göstərsə də, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi mənzilə köçürülmə tələbinə dair hissədə əsassız olduğu kimi, həmin əsaslarla yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi hissələrində də əsassızdır.

18. Məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, 152.1, 152.3, 228.2, 228.5-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1 və 5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2007-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları-xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. Toylarından sonra o, cavabdehlərin hazırda yaşadıqları, Cavabdeh2 mərhum anasına məxsus olan mübahisəli yaşayış evinə gəlin köçmüş və özünə məxsus bütün cehiz əmlaklarını həmin evə yerləşdirmişdir. Hazırki cavabdehlər və mərhum ev sahibi onu qeyd-şərtsiz ailə üzvü kimi qəbul etmişlər və onu həmin evə paspot qeydiyyatına aldırmışlar. Bundan sonra o, ailə üzvü kimi digər cavabdehlrlə təsərrüfatı birgə idarə etmişlər. Bununla da o, kirayəçinin ailə üzvü kimi eyni hüquq və vəzifələrə malik olmaqla, həmin yaşayış sahəsindən burada yaşayan digər ailə üzvləri ilə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. O, həmin evə gəlin köçən zaman mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmamışdır. Yaşayış evinin mülkiyyətçisi olmadığına görə o, həmin evdə yaşamağı ilə bağlı notariat qaydasında rəsmiləşdirilmiş müqavilə bağlamaq mümkün olmamışdır. Həmin vəziyyətdə müqavilə bağlansaydı belə heç bir hüquqi qüvvəsi ola bilməzdi və etibarsız müqavilə hesab edilərdi. Cavabdeh1la ailə qurduqdan və həmin evə köçdükdən sonra aralarında ər və arvad hüquq və vəzifələri yaranmışdır. Onunla birgə nikahlarından doğulmuş hər iki övladları da həmin mübahisəli yaşayış evində anadan olmuşlar və qeydiyyatdadırlar. Cavabdeh1la ailə münasibətləri pozulduğundan onunla faktiki olaraq ayrılmışlar və bütün ər-arvad münasibətləri kəsilmişdir. Cavabdehlə ayrıldıqdan sonra o digər cavabdehlərlə onu azyaşlı uşaqları ilə birlikdə dəfələrlə həmin evdən məcburi çıxarmışlar. Onun uşaqları ilə birlikdə başqa yaşayış yeri olmadığına görə həmin evə qayıtmış və hazırda həmin evdə yaşayır. Yaşayış sahəsi ilə cavabdehlərlə aralarında daim mübahisə yarandığına görə o, həmin yaşayış evində istifadə hüququ yarandığından mübahisənin birdəfəlik həlli məqsədi ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin göründüyü kimi işə baxan Ağdaş Rayon Məhkəməsi ona qarşı qərəzli mövqedə olmuş, onun və uşaqlarının həmin evdə qeydiyyatda olmağının hələ evdən istifadə hüququ qazanmadığını və evin hazırda Cavabdeh2 xüsusi mülkiyyətində olmasını əsas göstərərək ona qarşı haqsızlıq etmiş, birtərəfli mövqe tutaraq iddia tələbi əsaslı olduğu halda, təmin edilməməsi qənaətinə gəlmişdir.

22. Halbuki, mülki qanunvericiyin tələbinə görə o, 2007-ci ildən bu günədək həmin evdə yaşadığına, evə köçən zaman orada yaşayan ailə üzvləri tərəfindən qeydşərtsiz ailə üzvü kimi qəbul edildiyinə və evin mülkiyyətçisi olmadığına görə müqavilə bağlaya bilmədiyinə və ailə üzvü kimi təsərrüfatı cavabdehlərlə birgə idarə etdiyinə görə həmin yaşayış sahəsindən istifadə hüququ qazanmışdır. Mübahisəli yaşayış sahəsi o, həmin evə köçəndən, yəni həmin yaşayış sahəsindən istifadə hüququ qazandıqdan bir neçə il sonra mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Lakin işə baxan məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yaşayış sahəsindən istifadə vəevə köçürmə ilə bağlı qətnaməsində göstərdiyi qərarlarına istinad edərək onu və uşaqlarını bu hüquqdan məhrum etmişdir. Hesab edir ki, işə baxan məhkəmə mübahisəni araşdırarkən və qətnamə qəbul edərkən cavabdehlərlə aralarında mübahisəli hüquq münasibətləri 2000-ci ldən sonra yarandığına və o mübahisə olunan evdə yaşayarkən həmin ev müvafiq dövlət qeydiyyatına alınmadığına görə, anoloji münasibətləri tənzimləyən hüquq norması kimi 01 оktyаbr 2009-cu il tаrixədək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin mаddələrinin nоrmаlаrını tətbiq etməli idi.

23. Lakin göründüyü kimi işə baxan Ağdaş Rayon Məhkəməsi bütün yuxarıda göstərilən işin faktiki hallarını nəzərə almamış, iddia tələbi üzrə çox səthi araşdırma aparmış, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmamış, qeyd edilən hüquq normasına əsaslanmadan, işin hallarını cavabdehlərin xeyrinə saxtalaşdırmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz hesab etdiyi 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə onu qanuni yolla əldə etdiyi həmin yaşayış sahəsindən istifadə hüququndan məhrum etmiş və bununla da aşağıda qeyd etdiyi maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmuşdur. Ona görə də hesab edirə ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə aşağıda qeyd etdiyi maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığından ləğv edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

24. O, Cavabdeh1la 2007-ci ildə ailə qumağı ilə əlaqədar mübahisə predmeti olan yaşayış evinə köçərkən evin mülkiyyətçisi olmadığına görə onunla müqavilə bağlaya bilmədiyinə, həmin evdə yaşayan ailə üzvləri onu qeyd-şətrsiz ailə üzvü kimi qəbul etdiklərinə görə, o, kirayəçinin ailə üzvü kimi eyni hüquq və vəzifələrə malik olmaqla, həmin yaşayış sahəsindən burada yaşayan digər ailə üzvləri ilə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə Konstitusiyanın həmin müddəalarının tələblərini kobudcasına pozmaqla və iddia tələbini təmin etməməklə onu azyaşlı uşaqları ilə birlikdə həmin yaşayış sahəsindən istifadə hüququndan, qanunsuz olaraq məhrum etmiş, onun və uşaqlarının hüquq və azadlıqlarının pozulmasına səbəb olmuşdur.

25. Cavabdehlərlə aralarında hüquq münasibətləri 2000-ci ilin 01 sentyabrından sonra, yəni 2007-ci ildə yarandığından MM-nin 228-cimaddəsiilə tənzimlənməli olduğu, lakin həmin Məcəllənin 228-ci maddəsində söhbət daşınmaz əmlakın mülkiyyətçisindən getdiyinə görə, mübahisəli yaşayış sahəsinə köçən zaman evin mülkiyyətçisi olmadığına görə işə baxan məhkəmə işə baxılarkən və qətnamə qəbul edərkən qeyd edilən normanı tətbiq etməli idi. Lakin göründüyü kimi işə baxan məhkəmə bu normanı tətbiq etməməklə onun hüquqlarını məhdudlaşdırmış və normanın tələbini pozmuşdur.

26. Mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində yalnız 2023cü ilin noyabr ayında Cavabdeh2 adına qeydiyyata alınmışdır.

27. Göründüyü kimi o Cavabdeh1la evlənərək cavabdehlərin yaşadıqları mübahisəli yaşayış evinə köçən zaman orada yaşayan ailə üzvləri, o cümlədən cavabdehlər onu qeyd-şərtsiz ailə üzvləri kimi qəbul etdiklərindən və 2023-cü ilədək onlarla birgə təsərrüfat apardığından mübahisəli evdə yaşayış sahəsindən onlarla bərabər istifadə etmək hüququ əldə etmişdir.

28. Cavabdeh1la evlənərək onun və digər cavabdehlərin yaşadıqları evə gəlin köçən zaman mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olmadığına görə işə baxan Ağdaş Rayon Məhkəməsi mübahisəni həll edən zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə yox, bu normanın tələbinə uyğun olaraq analoji münasibətləri tənzimləyən yuxarıda qeyd etdiyi maddi hüquq normalarına müraciət etməli idi.

29. İşə baxan məhkəmə onun iki nəfər azyaşlı uşaqlarıyla birlikdə mübahisəli yaşayış sahəsindən istifadə hüququ əldə etməyinə dair kifayət qədər mötəbər sübutlarını məhkəməyə təqdim etməyinə baxmayaraq həmin sübutları çox səthi araşdırmış, demək olar ki, həmin sübutlardan istifadə etməmişdir.

30. O, iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi sübutlarını məhkəməyə təqdim etdiyi, cavabdehlər isə etirazlarının əsasını təşkil edən sübutlarını məhkəməyə təqdim etmədiyi halda, işə baxan məhkəmə yalnız 2023-cü ildə alınmış çıxarışa əsaslanaraq iddia tələbini rədd etməklə normanın həmin tələbini pozmuşdur.

31. İddiaçı tərəf mübahisəli yaşayış sahəsindən yuxarıda göstərilən əsaslarla istifadə hüququnun əldə olunmasını təsdiq edən kifayət qədər sübutlarını məhkəməyə təqdim etsə də, işə baxan məhkəmə həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara yuxarıda qeyd etdiyi hüquq normalarına uyğun qiymət verməmişdir.

32. İşə baxan məhkəmə qətnaməsində iddiaçı mübahisəli evə gəlin köçən zaman cavabdehlər tərəfindən onun qeyd-şərtsiz ailə üzvü kimi qəbul etmələrinin, həmin evə köçdükdən sonra təsərrüfatı cavabdehlərlə birgə etmələrinin, həmin vaxt mübahisəli yaşayış evinin mülkiyyətçisi olmadığından tələb olunan müqavilənin bağlanmasının mümükün olmamasının, hər iki uşaqlarının həmin evdə anadan olmalarının, bununla da mübahisəli yaşayış evindən cavabdehlərlə bərabər yaşamaq və istifadə hüququ əldə etməsinin, qarşı tərəfin mübahisəli yaşayış sahəsinin ailə qurulan zaman mülkiyyətçisinin olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdimedə bilməmələrinin, nəhayət iddiaçı həmin evə qeyd şərtsiz ailə üzvü kimi qəbul edildiyindən tərəflərin ailə üzvləri olduğunun işin faktiki halları olduğundan qətnaməsini həmin hallara uyğun əsaslandırmalı olduğu halda, bunu etməmiş, nəticədə iddia tələbini təmin etməməklə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmuşdur.

33. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmamasını qarşı tərəfdən mübahisəli yaşayış sahəsinin 01 oktyabr 2009-cu il tarixədək mülkiyyətçisinin olmasını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilmədiyindən həmin yaşayış sahəsinin xüsusi mülkiyyətdə olması sübut edilməmişdir.

34. İşə baxan məhkəmə iddia tələbinin rədd edilməsi barədə qəbul etdiyi qətnaməsi, iddiaçının həmin evə gəlin köçən zaman cavabdehlər tərəfindən qeyd-şərtsiz ailə üzvü kimi qəbul edilməsi, həmin vaxt evin mülkiyyətçisi olmadığından və ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından tərəflər arasında müqavilənin bağlanmasının mükün olmaması, iddiaçı həmin evə köçdükdən sonra cavabdehlərin onu ailə üzvü kimi qəbul etdikləri və 2023-cü ilə kimi təsərrüfatı ailə üzvü kimi cavabdehlərlə birlikdə idarə etməklə həmin yaşayış sahəsindən cavabdehlərlə bərabər yaşamaq və istifadə hüququ əldə etməsi kimi hallarına uyğun gəlmir.

35. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbi”nə dair 2(014)-1411/2023 nömrəli iş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin əsaslı olduğundan təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1411/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, 2007-ci ildə ailə quraraq gəlin köçdüyü, əvvəllər mərhum X3 məxsus olmuş fərdi yaşayış evindən uşaqları ilə birlikdə istifadə hüquqları tanınmaqla, həmin evə köçürülmələri, qeyd edilən evdən istifadə hüquqlarının tanınması və istifadə qaydalarının müəyyən edilməsinə dair iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1411/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında İddiaçı 2007-ci ildə oğlu Pərvinlə ailə quraraq gəlin gəldiyi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasport üzrə əvvəllər anası X3 məxsus olduğunu, anasının 29 may 2008-ci il tarixdə vəfat etdiyini, 25 oktyabr 2023cü il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən sonra isə evin onun mülkiyyətinə rəsmiləşdirildiyini, anasının vəfatından sonra ona məxsus evdə iddiaçının istifadə hüququnun tanınmasına, iddiaçının ona məxsus evə köçürülməsinə, istifadə qaydasının müəyyən edilməsinə etiraz etdiyini göstərmişdir.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1411/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

42. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Qərarlar:

43. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarı.

45. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

46. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.

47. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X15 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunubolunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

49. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1411/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

51. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1411/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

54. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2007-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, ailə qurub, cavabdehlərdən Cavabdeh2 mərhum anası X2 gözlənilən mülkiyyətində olan, yəni adına texniki pasportun işlənildiyi Ağdaş şəhəri N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evinə köçmüşdür. X6 29 may 2008-ci il tarixdə vəfat etmişdir. İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. İddiaçı ilə Cavabdeh1 ailə münasibətləri pisləşdiyindən İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Birinci instansiya məhkəməsində hazırkı mübahisə üzrə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra isə mübahisəli fərdi yaşayış evi 02 noyabr 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mərhum X2 adına qeydiyyata alınmış, 18 noyabr 2023-cü il tarixdə Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, 29 noyabr 2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mübahisəli fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətinə rəsmiləşdirilmişdir. İddiaçı cavabdehlər tərəfindən mübahisəli evdə onun və övladlarının yaşamalarına maneçilik törədildiyindən iddianın təmin edilməsini xahiş etsə də cavabdehlər tərəfindən iddia tələbi qəbul edilməmişdir. İddiaçı iddia ərizəsinin yekununda mübahisəli fərdi yaşayış evinin Ağdaş şəhəri N.Nərimanov küçəsi 19-da yerləşən fərdi yaşayış evi olduğunu göstərsə də iddia ərizəsinin məzmununda həmçinin övladlarının ünvan 5 ünvanında yaşadıqlarını və qeydiyyatda olduqlarını göstərmişdir. İddiaçının özünün məhkəmə iclasında verdiyi izahatından, ö cümlədən cavabdehlərin izahatlarından iddiaçının gəlin köçdüyü evin məhz 29 may 2008-ci il tarixdə vəfat etmiş X3 məxsus olan ev olması, iddiaçının hazırda da məhz həmin evə köçürülməsi, həmin yaşayış evi və yaşayış sahəsinə istifadə hüququnun tanınması və istifadə qaydasının müəyyən edilməsini xahiş etməsi, sonradan daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınmış və vərəsəlik qaydasında Cavabdeh2 adına rəsmiləşdirilmiş fərdi yaşayış evinin Ağdaş şəhəri N.Nərimanov küçəsində yerləşən 21 nömrəli ev olması nəzərə alınaraq, məhkəmə kollegiyası mübahisəli fərdi yaşayış evinin məhz Ağdaş şəhəri N.Nərimanov küçəsində yerləşən 21 nömrəli ev olmasını qəbul edir. İddia ərizəsində həmin evin ünvanının ünvan 6ləndirir. Həmçinin işdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsindən iddiaçının atasının adının Arzu olması müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının atasının adının Aşur kimi qeyd edilməsini məhkəmə kollegiyası texniki yanlışlıq kimi qəbul edir.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin və mərhum ev sahibinin onu qeyd-şərtsiz ailə üzvü kimi qəbul etmələri, onu həmin evə paspot qeydiyyatına aldırmaları, onun, ailə üzvü kimi digər cavabdehlərlə təsərrüfatı birgə idarə etmələri, həmin yaşayış sahəsindən burada yaşayan digər ailə üzvləri ilə bərabər surətdə, uşaqlarıyla birlikdə istifadə etmək hüququ əldə etməsi, onun həmin yaşayış evində istifadə hüququnun yaranmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından tərəfələr arasında buna dair yazılı müqavilənin bağlanması halı müəyyən edilməmişdir.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

58. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə görə vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.

59. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.

60. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

61. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun həmin evə gəlin köçən zaman mübahisəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmaması, yaşayış evinin mülkiyyətçisi olmadığına görə onun həmin evdə yaşamağı ilə bağlı notariat qaydasında rəsmiləşdirilmiş müqavilə bağlamasının mümkün olmaması, həmin vəziyyətdə müqavilə bağlansaydı belə heç bir hüquqi qüvvəsinin olmayacağı, etibarsız müqavilə hesab edilə biləcəyi, mübahisə olunan evdə yaşayarkən həmin ev müvafiq dövlət qeydiyyatına alınmadığına görə, anoloji münasibətləri tənzimləyən hüquq norması kimi 01 оktyаbr 2009-cu il tаrixədək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin mаddələrinin nоrmаlаrını tətbiq etməli olması, bununla da onun kirayəçinin ailə üzvü kimi eyni hüquq və vəzifələrə malik olması, mübahisəli yaşayış sahəsinin 01 oktyabr 2009-cu il tarixədək mülkiyyətçisinin olmasını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilmədiyindən həmin yaşayış sahəsinin xüsusi mülkiyyətdə olmasının sübut edilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə 2007-ci ildə, yəni cavabdehlərdən Cavabdeh1 ilə 30 noyabr 2007-ci il tarixdə nikaha daxil olmasından sonra köçməsi işin mübahisəsiz halıdır.

63. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

64. Hazırki mülki iş üzrə isə tərəflər arasında hüquq münasibətləri 2001-ci ildən sonra yarandığından, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğun həll etməklə doğru mövqedən çıxış etmişdir. Hazırkı vəziyyətdə qanunun analagiyasına istinad edilməsi zərurəti müəyyən edilməmişdir.

65. İşdə olan 1988-ci ilin sentyabr ayında tərtib edilmiş, inventar nömrəsi 1961 olan texniki pasportdan görünür ki, Ağdaş şəhəri N.Nərimanov küçəsində yerləşən 21 nömrəli evi X3 məxsusdur.

66. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının həmin evə köçdüyü zaman mərhum X4, onun 29 mart 2008-ci il tarixdə vəfatından sonra isə cavabdehlərdən Cavabdeh2 gözlənilən mülkiyyətində olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarılmasından sonra məhz bu qanuni gözləntiyə istinadən fərdi yaşayış evi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydlər aparılmışdır. Bu səbəbdən iddiaçının mübahisəli fərdi yaşayış evinə köçdüyü zaman və sonradan mülkiyyətə gözləntisi olan şəxslərlə müqavilə bağlamaq hüququ istisna edilməmişdir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin həmin yaşayış sahəsindən istifadə hüququ qazandıqdan bir neçə il sonra mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmasına dair dəlili şikayətin mübahisəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində yalnız 2023-cü ilin noyabr ayında Cavabdeh2 adına qeydiyyata alınmasına dair dəlili ilə təkzib edilmişdir.

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1la ailə qurduqdan və həmin evə köçdükdən sonra aralarında ər və arvad hüquq və vəzifələrinin yaranması, onunla birgə nikahlarından doğulmuş hər iki övladlarının da həmin mübahisəli yaşayış evində anadan olmalarına dair dəlilinə də münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi mübahisəli fərdi yaşayış evinə mərhum X4, sonuncunun 29 mart 2008-ci il tarixdə vəfatından sonra isə onun birinci dərəcə vərəsəsi olan Cavabdeh2 gözlənilən mülkiyyət hüquqları olmuşdur. Cavabdehlərdən Cavabdeh1 hazırkı vəziyyətdə mübahisəli fərdi yaşayış evinə mülkiyyət yaxud gözlənilən mülkiyyət hüquqlarının olması iş materialları ilə müəyyən edilməmişdir.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

70. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

71. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1411/2023 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1411/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar