Məhkəmə qərarları › İş №2(107)-364/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-364/2020

03.03.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-364/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlundan, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçılar - İddiaçı1 və İddiaçı2; Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) iddiaçılar İddiaçı1nın və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələri tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı1 dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumunun özünə aid edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada 100 manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 ailəsi ilə birlikdə köçüb həmin evin ikinci mərtəbəsində yaşamalarına və həmin otaqlardan istifadə etmələrinə dair məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Heç bir baxış keçirilmədən, həmin otaqlarda yaşayış olub-olmadığını araşdırmadan qərar vermişlər. Halbuki o, uzun illərdir ki, həmin evin ikinci mərtəbəsində ailəsi ilə birlikdə yaşadıqları halda onları evin ikinci mərtəbəsindən çıxarmışlar. Cavabdehlərin evin ikinci mərtəbəsinə köçürülmələrinə dair qərar verilsə də, onların oradan çıxarılmaları qət edilməmişdir. Halbuki onlar həmin evdən çıxarılmışlar. O, 1963-cü il tarixdə ünvan 1-də anadan olmuşdur. Həmin evdə boya başa çatmışdır. 1995-ci il tarixdə İddiaçı2 ilə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar. 55 ildir ki, ata evində yaşayır, onun 23 ilini ailəli olaraq yaşamışdır. İddiaçı2 ilə evləndikdən sonra onun cehiz əşyaları evin ikinci mərtəbəsinə gətirilmişdir. Onlar orada yaşamışlar. Cavabdehlər ikinci mərtəbəyə köçürülsələr də, evin birinci mərtəbəsindən də istifadə edirlər. Onlar, yəni iddiaçılar, onların qızları və yaşlı anaları ilə birlikdə evin birinci mərtəbəsində dar otaqda yaşayırlar. Lakin cavabdehlər həm ikinci mərtəbədən, həm də birinci mərtəbədən istifadə edirlər. Onları isə ikinci mərtəbədən istifadə etməyə qoymurlar. Ona görə də, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, uşaqlıqdan mübahisəli evdə yaşamışdır. O, xx xxxxxxx 1997ci il tarixdə digər Cavabdeh2 ilə rəsmi nikah bağlamaqla ailə qurmuş və onlar ailə qurduqları vaxtdan ünvan 2 saylı ünvanda yerləşən evin ikinci mərtəbəsində yaşamışlar. Dilarə həmin evə gəlin düşərkən evin ikinci mərtəbəsində olan otaqlara öz cehiz əşyaları ilə köçmüş və orada yaşamışlar. Onlar doqquz ay orada yaşayandan sonra iddiaçılarla aralarında olan narazılığa görə məcbur olub 2002-ci ilə kimi kirayədə yaşamışlar. 2002-ci ildə yenidən həmin evə qayıdıb orada yaşamağa başlamışlar. İddiaçılarla aralarında baş vermiş narazılıqlar əsasında iddiaçılar onları evin birinci mərtəbəsində olan otaqlarda yaşamağa məcbur etmişdir. Bu səbəbdən, iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilərək o və həyat yoldaşı Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 2 saylı ünvanda yerləşən evin ikinci mərtəbəsində olan otaqlarına köçürülmələri və həmin otaqlarda onlara istifadə hüququnun verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. O və həyat yoldaşı Cavabdeh2 ünvan 2 saylı ünvanda yerləşən evin ikinci mərtəbəsinə köçürülmüşlər və hazırda orada yaşayırlar. Qeyd olunanlara əsasən iddiaçıların iddiası əsassız olduğundan iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 digər Cavabdeh1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi və iddiaçıların iddiası əsassız olduğundan iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 аpelyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikаyətini onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini qanunsuz, ədalətsiz və əsassız hesab edir. İşin hallarından da göründüyü kimi, hazırkı vəziyyətdə iddiaçıların və cavabdehlərin mübahisəli fərdi yaşayış evinə olan hüquqları eynidir. Lakin, iş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evinin ikinci mərtəbəsini naturada onlara bölünmüş əmlak kimi istifadə edir və evə digər hüququ olan şəxslərə evin həmin sahəsindən istifadəyə maneçilik törədirlər. Halbuki, iş materiallarında olan məhkəmə qərarlarından da göründüyü kimi, cavabdehlərin həmin evə istifadə hüquqları tanınmış və sonuncular qeyd olunan evin 2-ci mərtəbəsinə köçürülmüşdürlər. Qeyd olunan qətnamələrdə evə digər hüququ olan şəxslərin istifadə hüquqlarına xitma verilməmiş və onlar həmin hissədən çıxarılmamışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıları həmin sahədən zorla çıxarmışdırlar. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(033)-58/2013 saylı qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2(107)- 379/2013 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(102)- 136/2014 saylı qərarından da göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evinin ikinci mərtəbəsinə köçürülməsinin səbəbi evin kürsü mərtəbəsinin yaşayış üçün yararsız olması olmuşdur. Qeyd olunan fərdi yaşayış evi kürsü və yaşayış mərtəbəsi olmaqla, ümumilikdə 2(iki) mərtəbədən və cəmində 2 (iki) otaqdan ibarətdir. iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli, 11529 nömrəli ekspert rəyi ilə bu hal bir daha öz təsdiqini tapmışdır. Belə ki, xx xxxxxxxx 2019-cu il tarixli, 11529 nömrəli ekspert rəyində qeyd olunur ki, "... yaşayış (yataq otağı kimi istifadə olunan) otağının daxili hündürlüyünün isə 1.1. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir." Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsindən belə başa düşülür ki, sanki evin yaşayış mərtəbəsi naturada ayrılaraq iş üzrə cavabdehlərə verilmiş və onlardan başqa həmin hissədən (yaşayış otaqlarından) heç kimin istifadə etmək hüququ yoxdur, o cümlədən, həmin evə istifadə hüququ olan digər şəxslər yalnız yaşayış üçün yarasız olan hissədən istifadə edə bilərlər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə 100 manat ekspertiza xərcinin də onlardan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Halbuki, iddiaçılar evin kürsü mərtəbəsinin yaşayış üçün yarasız olması ilə bağlı iş materiallarında sübutlar olması səbəbindən, təkrarən bununla bağlı ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verməmişlər. Ekspertizanı məhkəmədən tələb edən şəxslər cavabdehlər olmuşlar ki, həmin məbləğ də cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə, maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsi və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)- 456/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli, 2271/2006 nömrəli qətnaməsindən görünür ki, X3 Cavabdeh1 və qeyrilərindən evdən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 2-64/2007 nömrəli qətnaməsindən görünür ki, X3 Cavabdeh1 qarşı vərəsəlik hüququndan məhrum edilməsinə dair iddiası rədd edilmiş, iddianın Cavabdeh1 və Cavabdeh2 evdən çıxarılması hissəsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(033)58/2013 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə X4 məxsus ünvan 2 saylı ünvanda yerləşən evin ikinci mərtəbəsində olan otaqlarına köçürülmələri və həmin otaqlarda onlara istifadə hüququnun verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2(107)379/2013 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X10, onun nümayəndəsi İddiaçı1, cavabdeh X1, qətnamə maraqlarına toxunan şəxslər X8, X6, İddiaçı2 Fikrət qızı və X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(102)-136/2014 nömrəli qərarından görünür ki, cavabdeh X10, nümayəndəsi İddiaçı1 və vəkili Bağırov Amid Vahab oğlunun kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2(107)-379/2013 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(033)1000/2018 nömrəli qətnaməsindən görünür ki, ərizəçilər İddiaçı1 və İddiaçı2 Zaqatala şəhəri S.Qocayev küçəsində yerləşən 35 nömrəli fərdi yaşayış evindən, o cümlədən, həmin evin birinci mərtəbəsindən faktiki istifadə etmələrinə dair hüquqi əhəmiyyətli olan fakt müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(107)3212/2018 nömrəli qətnaməsindən görünür ki, maraqlı şəxslər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(033)-1000/2018 nömrəli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11529 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli rəyində göstərilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən yardımçı (köməkçi) tikililərin daxili hündürlüyünün İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1. bəndinin tələblərinə uyğun olduğu, yaşayış (yataq otağı kimi istifadə olunan) otağının daxili hündürlüyünün isə 1.1. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Eyni zamanda, yaşayış (yataq) otağının daxili sahəsi 21,2 kv.m., eni 4,25 metr ölçüdə olduğundan, otağın bu göstəricilərinin İnşaat Norma və Qaydaları 2.08.01.89un 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olduğu müəyyən edilir. Lakin, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin vəziyyətini əks etdirən texniki pasport mülki iş materiallarında olmadığından, evin birinci mərtəbəsinin yaşayış üçün nəzərdə tutulub-tutulmamasını müəyyən etmək mümkün deyildir. Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(107)-379/2013 saylı qərardadına əsasən keçirilmiş xx xxxx 2013-cü il tarixli, 9911 nömrəli məhkəmə ekspertizanın rəyi verildikdən sonra, hazırki qərardad əsasında keçirilmiş ekspertiza baxışı dövründə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində olan yaşayış (yataq) və yardımçı (köməkçi) tikililər üzrə hər hansı dəyişiklik aparılmaması müəyyən edilir. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsinin yerli baxış protokolundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyət darvazasından daxil olduqda həyətin sağ tərəfində fərdi yaşayış evi yerləşir, həmin ev 2 mərtəbəlidir. Birinci mərtəbənin girişi ayrı, ikinci mərtəbənin girişi ayrıdır. Birinci mərtəbədə iddiaçılar yaşayır. Birinci mərtəbədə evə daxil olduqda giriş sahəsi, yataq otağı və iki mətbəxdən ibarətdir. Fərdi yaşayış evinin ikinci mərtəbəsində bir giriş sahəsi və iki otaq mövcuddur. Orada cavabdehlər yaşayırlar. Məhkəmə kollegiyası da tərəflərin iştirаkı ilə mübаhisəli fərdi yаşаyış evinə bаxış keçirərkən müəyyən etdi ki, iddiаçılаr və cаvаbdehlərin yаşаdığı ev Zaqatala şəhərinin S.Qocayev küçəsində yerləşir. Həyət dаrvаzаsındаn dаxil оlduqdа həyətin sаğ tərəfində fərdi yаşаyış evi yerləşir. Ev fаktiki оlаrаq dаşdаn və digər kоnstruksiyаdаn inşа edilmişdir. Həmin ev iki mərtəbəli оlmаqlа birinci mərtəbənin girişi аyrı, ikinci mərtəbənin girişi isə аyırıdır. Birinci mərtəbəyə giriş həyətyаnı sаhədən, ikinci mərtəbəyə giriş isə bir mаrşlı yeddi pilləli pilləkən vаsitəsilədir. Evin birinci mərtəbəsində iddiаçılаr yаşаyır, həmin mərtəbə girişdən, iki mətbəxdən və bir yataq otağından ibаrətdir. Həmçinin, mübаhisəli evin ikinci mərtəbəsinə bаxış keçirilərkən müəyyən оlundu ki, evin ikinci mərtəbəsində yаşаyış üçün nəzərdə tutulmuş sаhə birinci mərtəbədəki yаşаyış sаhəsi ilə eynidir. Evə bаxış zаmаnı evin birinci mərtəbəsində və ikinci mərtəbəsində yerləşən, iddiаçılаr və cаvаbdehlərin yаşаyış üçün istifаdə etdikləri оtаqlаrın sаhəsi və hündürlüyü üzrə heç bir ölçülər аpаrılmаdı. Çünki, iş mаteriаllаrınа əlаvə edilmiş əvvəllər təyin оlunаrаq keçirilmiş məhkəmə tikinti-texniki ekspertizаlаrın müvаfiq rəylərində mübаhisə predmeti оlаn evin birinci mərtəbəsinin ölçülərinə dаir müvаfiq qeydlər göstərilmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərə mübahisəli fərdi yaşayış evinin ilkin vəziyyətini əks etdirən texniki pasportun təqdim edilməsini təklif etsə də, tərəflər texniki pasportu təqdim edə bilmədiklərini, daşınmaz əmlakın dövlət reyestri idarəsində saxlanılan evə dair sənədlər qovluğunda da saxlanılmadığını bildirdilər. İş materiallarına əlavə edilmiş məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Zaqatala rayon Zaqatala bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 34 saylı məktubundan görünür ki, X7 vergi ödəyicisi kimi Zaqatala bələdiyyəsində qeydiyyatdadır. Zaqatala şəhəri General Ərəblinskiküçəsi 82 saylı ünvanda yerləşən 0,03 ha fərdi mənzil tikinti təyinatlı torpaqsahəsinin və 130 kv.m əmlakın (evin) vergisini ödəyir. xx.xx.2020-ci ilə qədər onun əmlak və torpaq vergisi borcu yoxdur. Cavabdeh1 əmlak və torpaq vergi ödəyicisi kimi Zaqatala Bələdiyyəsində qeydiyyata alınmamışdır. X2 və Cavabdeh1 mülkiyyətində digər yaşayış evinin və ya torpaq sahəsinin olub olmaması barədə Zaqatala Bələdiyyəsində məlumat yoxdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 xx xxxxxxx 1997-ci il tarixdə digər Cavabdeh2 ilə rəsmi nikah bağlamaqla ailə qurmuş və onlar ailə qurduqları vaxtdan ünvan 2 saylı ünvanda yerləşən evin ikinci mərtəbəsində yaşamışlar. Onlar doqquz ay orada yaşayandan sonra iddiaçılarla aralarında olan narazılığa görə məcbur olub 2002-ci ilə kimi kirayədə yaşamışlar. 2002-ci ildə yenidən həmin evə qayıdıb orada yaşamağa başlamışlar. İddiaçılarla aralarında baş vermiş narazılıqlar əsasında iddiaçılar onları evin birinci mərtəbəsində olan otaqlarda yaşamağa məcbur etmişdir. Bu səbəbdən, iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilərək Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 2 saylı ünvanda yerləşən evin ikinci mərtəbəsində olan otaqlarına köçürülmələri və həmin otaqlarda onlara istifadə hüququnun verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 ünvan 2 saylı ünvanda yerləşən evin ikinci mərtəbəsinə köçürülmüşlər və hazırda orada yaşayırlar. İddiaçı1 isə 1995-ci il tarixdə İddiaçı2 ilə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar. Onlar nikaha daxil olduqdan sonra əvvəllər bir müddət ünvan 2 saylı ünvanda yerləşən evin ikinci mərtəbəsində yaşamışlar. Sonradan isə cavabdehlər həmin evin ikinci mərtəbəsinə köçürüldükdən sonra, onlar həmin birinci mərtəbəsində yaşamağa başlamışlar. İş materiallarında olan məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh1 mübahisəli evdə doğularaq yaşamış, Cavabdeh2 isə Nazimlə nikahlarını xx xxxxxxx 1997-ci ildə qeyd etdirməklə evlənmişlər. Evləndikləri gündən də gəlin kimi Fikrət Rəcəbovun mülkiyyətində olan mübahisəli evdə yaşamışdır. Həmçinin, gəlin kimi mübahisəli evə köçürülərkən evin mülkiyyətçisi tərəfindən heç bir qeyd şərt irəli sürülməmiş və evin ikinci mərtəbəsindəki otaqlara köçürülmüşlər. Bir müddət ikinci mərtəbədə yaşasalarda, sonradan aralarında baş vermiş narazılıqlar əsasında onları evin kürsü mərtəbəsində olan otağa köçürmüşlər. Mübahisəli evin kürsü mərtəbəsi isə yaşayış üçün istifadəyə yararsız olmuşdur. İşin bu müəyyən edilmiş halı isə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla bir mənalı olaraq sübut olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(033)-58/2013 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə X4 məxsus ünvan 2 saylı ünvanda yerləşən evin ikinci mərtəbəsində olan otaqlarına köçürülmələri və həmin otaqlarda onlara istifadə hüququnun verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı iş üzrə iddiaçılar ünvan 1 ünvanında yerləşən Cavabdeh1 və Cavabdeh2 köçürüldükləri fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələrini tələb edirlər. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçılar bu tələbi irəli sürməkdə haqlı deyildir. Belə ki, iddiaçıların iddia ərizəsindən görünür ki, iddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrindən narazıdır. Həmin qətnamələrin düzgün olmaması qənaətindədir. Halbuki, həmin qətnamələr qanuni qüvvəsini almışdır. Həmin iş üzrə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, məhkəmə kollegiyasının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı da müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 köçürüldükləri fərdi yaşayış evinin ikinci mərtəbəsində iki otaq yerləşir. Həmin otaqlara da cavabdehlər məhkəmə qətnaməsi ilə köçürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların həmin fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələri mümkün deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən Cavabdeh1 və Cavabdeh2 köçürüldükləri fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqlara köçürülmələrini tələb etməsi əsaslı hesab edilə bilməz. Çünki, onların hazırda yaşadıqları mübahisəli evin birinci mərtəbəsi ilə bağlı ekspert rəy vermiş, rəydə yaşayış otağının daxili sahəsi 21,2 kv.m., eni 4,25 metr ölçüdə olduğundan, otağın bu göstəricilərinin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbindən çıxış edərək hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, formal mülahizə xarakteri daşıyır. Digər tərəfdən, müəyyən edilmişdir ki, İddiaçı1 ünvan 4 saylı ünvanda yerləşən 0,03 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 130 kv.m olan yaşayış evi vardır. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması da həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş həmin evə iddiaçıların sahiblik və istifadə hüquqları (mülkiyyət hüquqununun ünsürləri) yaranmışdır. Bu baxımdan da məhkəmə kollegiyası qeyd edir ki, əgər Haşıyov Rəcəbov və İddiaçı2 başqa yaşayış sahəsinə malikdirlərsə, onda onların mülkiyyət hüququ ilə başqasına məxsus olan evdən istifadə hüququ istisna olunur. İddiaçı Hacıyov Rəcəbov mübahisə predmeti olan yaşayış evinin mərhum atasından miras qaldığını və bu səbəbdən vərəsə kimi həmin evə hüququnun olduğunu bəyan edir, lakin məhkəmə kollegiyası qeyd edir ki, mirasın qəbulu və bölgüsü hazırkı mübahisənin predmeti olmamışdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası işin hallarını, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı 2 iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün yetərli deyildir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-456/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar