Məhkəmə qərarları › İş №2(107)-365/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-365/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-365/2021 15.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1406/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1406/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin edilmiş, Cavabdeh 01 (bir) ədəd Samsung S8, 01 (bir) ədəd Samsung A6, 01 (bir) ədəd Samsung A8 və 01 (bir) ədəd İphone 6 model telefonların dəyəri olan 1940 (bir min doqquz yüz qırx) manat, 6200 (altı min iki yüz) manat borc pul, müstəqil qiymətləndiriciyə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 8220 (səkkiz min iki yüz iyirmi) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 ədəd Samsung S8 model, 01 ədəd Samsung A6 model, 01 ədəd Samsung A8 model, 02 ədəd İphone 6 model mobil telefonların dəyəri olan 3500 manat, 9000 manat borc, əldən çıxmış faydanın dəyəri olaraq 3000 manat, qiymətləndiriciyə ödənilmiş 50 manat və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2015- ci ilin yay aylarında Bakı şəhərində icarəyə götürdüyü mağazada mobil telefon satışı ilə məşğul olmuşdur. 2018-ci ilin sonunadək həmin mağazanı işlətmişdir. Sonradan icarəyə götürdüyü mağazanın yerləşdiyi bina təmir olunduğu üçün mağazasını bağlamışdır. Ailə vəziyyəti ilə əlaqədar 2019-cu ilin noyabr ayının əvvəllərinə kimi Bakı şəhərində qalmışdır. 2019-cu ilin noyabr ayının ortalarında isə mağazasında satılmayan Samsung A6, Samsung A8, Samsung S8, Samsung 6+, İphone 6+, İphone 6S və 2 ədəd İphone mobil telefonlarını da götürüb yaşadığı Şəki şəhərinə gəlmişdir. Şəki şəhərinə gələndən sonra tanışlarına və dostlarına gətirdiyi telefonları satmaq istəməsi və istəyən olarsa ona xəbər vermələri barədə məlumat vermişdir. O cümlədən qonşusu Cavabdeh da İphone və Samsung modelli 8 ədəd mobil telefonu olduğunu və həmin telefonları satmaq istədiyini demişdir. İmran özü də Şəki şəhərində telefon alqı-satısı ilə məşğul olmuşdur. Təxminən bir həftədən sonra 2019-cu ilin noyabr ayının sonlarında qonşusu İmran yanına gəlib ondan iki ədəd İphone 6 modelli telefon istəyərək satıb pulunu verəcəyini bildirdiyi üçün razılaşmış və ona bir ədədinin qiyməti 350 manat olan 2 ədəd İphone 6 modelli mobil telefon vermişdir. 2 gündən sonra İmran ona zəng vurub telefonları satdığını, pulunu gətirib bir ədəd Samsung S8, bir ədəd Samsung A6 və Samsung A8 modelli telefon götürmək istədiyini bildirmiş və küçələrinə çıxmasını xahiş etmişdir. O, həmin telefonları götürüb evlərinin qarşısına küçəyə çıxmışdır. Bir azdan İmran yanına gəlib əvvəl ondan aldığı iki ədəd telefondan birinin pulunu, yəni razılaşdıqları kimi 350 manat pulu verib, digər telefonun pulunu isə iki günə kimi verəcəyini demişdir. Sonra İmran ondan bir ədəd Samsung S8, bir ədəd Samsung A6 və Samsung A8 modelli telefonları alıb bir həftəyə kimi satıb pulunu verəcəyini dedikdə, əvvəllər də İmrana telefon satıb vaxtında pulunu aldığı üçün ona inanmış və bir ədəd Samsung S8 modelli telefonu 450 manata, bir ədəd Samsung A6 modelli telefonu 350 manata və bir ədəd Samsung A8 modelli telefonu 450 manata razılaşıb İmrana vermişdir. Həmin vaxt İmranla bir qədər evlərinin qarşısında söhbət etmişlər. Söhbət zamanı İmran Bakı şəhərindən gəldiyini, işsiz olduğunu, qohumlarından pul alsa burada iş qurub işləyəcəyini soruşduqda İmran da ona baxarıq deyib telefonları alıb getmişdir. Üç gündən sonra İmran ona zəng vurub çağırdığı üçün küçələrinin qarşısında onunla görüşmüşdür. Söhbət zamanı İmran ona torpaq alıbsatmaqla məşğul olduğunu və ona 10-15 min manat pul tapıb verəcəyi təqdirdə işləyib əldə etdiyi qazancdan ona da verəcəyini bildirmişdir. Həmin vaxtı İmrandan pulun qaşılığında nə girov qoya biləcəyini demişdir. İmran da ona pensiya və əmək haqqı kartını verə biləcəyini, hər ay kartlarından pulunu çıxarıb qazanc kimi götürməsini təklif etmişdir. Razılaşdığı üçün İmrana hissə-hissə 10000 manat pul tapıb verəcəyini bildirdikdə İmran razılaşmışdır. Ona görə səhəri gün xalasından 3100 manat pul alıb yaşadığı evin qarşısında küçədə həmin pulu İmrana vermiş, sonuncu pensiya kartını və kartın kodunu ona verib hər ay 460 manat pensiya pul yükləndiyini demişdir. Bundan 2 gün sonra yenə xalasından 2400 manat pul alıb İmrana zəng vurub evlərinin qarşısına çağırmış, həmin pulu ona vermişdir. Həmin vaxt İmranda əmək haqqı kartı və kartın kodunu ona verib hər ay 230 manat əmək haqqı yükləndiyini bildirmişdir. Təxminən bir həftədən sonra İmran ona zəng vurub iş qurduğunu, pulun qalan hissəsini də verməsini bildirdiyi üçün iki gündən sonra xalasından 1500 manat pul alıb evlərinin qarşısında küçədə ona vermişdir. Bir neçə gündən sonra İmran yenə ondan pul istədiyi üçün xalasından 600 manat pul almış, yaşadığı evin qarşısında İmrana vermişdir. Bundan 3-4 gün sonra Bakı şəhərinə getmiş, Bakı şəhərində olan zaman İmran zəng vurub pul istədiyi üçün İmranın “xxxx” KB ASC-yə məxsus Albalı debet kart hesabına bankın Bakı şəhəri, 28 may küçəsində yerləşən ödəmə terminalından 1400 manat pul göndərmişdir. Bir aydan sonra İmranın verdiyi pensiya və əmək haqqı kartlarından pul çıxarmağa getmişdir. Kartı bankomata salanda pensiya kartının istifadə müddətinin bitdiyini öyrənmişdir. Digər kartda isə 230 manat pul olmalı olduğu halda 161 manat olmuş və həmin 161 manat pulu kartdan çıxarmışdır. Bundan sonra İmrana zəng vurub pensiya katının bağlı, digər kartında isə dediyi kimi 230 manat deyil, 161 manat pul olduğunu demişdir. İmran da ona əmək haqqı kartından qaynına zamin durduğu üçün əmək haqqının bir hissəsini onun ödəmədiyi kredit borcuna tutulduğunu, pensiya kartını dəyişdirmək üçün sifariş verdiyini, bir aya alacağını, alanda kartını ona verəcəyini bildirmişdir. Bir aydan sonra İmranın əmək haqqı kartından pul çıxaran zaman kartda pul olmamışdır. Ona görə İmrana zəng vurub əmək haqqı kartında pul olmadığını demişdir. İmran da ona pulunu bir həftəyə kimi qaytarıb kartlarını ondan alacağını bildirmişdir. Lakin İmran həmin müddətdə pulunu qaytarmamış, 9000 manat pul borcu və aldığı telefonların dəyəri qalmışdır. Bundan başqa həmin 9000 pul və telefonların dəyəri olan 3500 manatın cavabdeh tərəfindən ona verilməməsi ona keçən 2 il ərzində 3000 manatdan çox ziyan vurmuşdur. Həmin pula o, telefon alıb satsa idi 3000 manat gəlir əldə edərdi. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən 2 ədəd İphone 6 modelli mobil telefondan birinin pulu ona verilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpelyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qanunsuz və əsassız hesab edir. Ona məhkəmənin yeri və vaxtı haqda qabaqcadan heç bir məlumat verilməmiş, onun iştirakı olmadan çıxarılmış qətnamə xx xxxxxx 2020-ci il tarixdə ona poçt vasitəsilə çatdırılmışdır. Məgər o, iş üzrə cavabdeh tərəf olaraq vaxtında bilməli deyildimi ki, ona qarşı hansı iddia qaldırılıb və ondan hansı əsasla nə tələb olunur? Başqa sözlə desək, məgər iddiaçının iddia ərizəsinin bir surətini cavabdeh tərəfə çatdırmaq lazım deyildimi? Göründüyü kimi, bu halda da MPM-nin 168-ci maddəsində nəzərdə tutulmuş '‘Ərizənin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi” tələbi də məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Prosessual hüquq normalarının məhkəmə tərəfindən kobud şəkildə pozulması eyni zamanda maddi hüquq normalarının da kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Bu nə sayaq qətnamədir ki, yalnız iddiaçı tərəfin quru və boş sözlərinə əsaslanır, məhkəmə bunları sanki quran ayələri və yaxud isbata ehtiyacı olmayan aksioma kimi təqdim edir. Bu hal işə baxan hakimin işdəki maddi marağının açıqca ifadəsidir. O, 2-ci qrup Qarabağ Müharibəsi əlilidir, xəstəliyi ilə və müalicə xərcləriylə əlaqədar ona təcili pul lazım olmuş, İddiaçı — iş üzrə iddiaçı ona köməklik edəcəyini vəd etmişdir. O gah ona bildirmişdir ki, özünün puludur və faizlə dövriyyəyə buraxır, gah demişdir ki, əvvəllər hansısa orqanlarda işləmiş xalasının puludur, gah da demişdir ki, Bakı şəhərində yerləşən lombarddan götürüb. Vüsal hissə-hissə olmaqla üç dəfəyə ona cəmi 6200 manat pul verib. Lakin hər dəfə ona verdiyi puldan ona da 150 manat “hörmət” etməsini tələb edib və ümumilikdə ondan 450 manat pul alıb. O, aylığı 475 manat və 230 manat, ümumilikdə 705 manatlıq olan iki pensiya kartını bir illiyinə Vüsala vermişdir. Vüsal onun kartlarından ümumilikdə 8000 manatdan yuxarı pul çıxarıb. Bundan əlavə o ona satmaq üçün dörd ədəd ikinci əl olmaqla işlənmiş və moddan düşmüş mobil telefon verib ki, o, bunların hər birini 200 manata satmışdır və birinin pulunu Vüsalın özünə vermişdir. Vüsal ona verdiyi puldan xeyli artığını ondan alandan sonra ona qarşı sərsəm tələblər irəli sürdü və nə yazıq ki, hazırkı məhkəmə heç fərqinə varmadan, onun iştirakını belə təmin etmədən həmin tələbləri təmin etmişdir. Hakim olan şəxs, əsla fərqinə varmamışdır ki, nəyə görə Vüsal ona verdiyi puldan qat-qat artığını ondan və yaxud məhkəmədən tələb etməlidir və onun “fəaliyyəti” nə dərəcədə qanunidir. Yuxarıda qeyd etdiyi kimi, o, 2-ci qrup Qarabağ Müharibəsi əlilidir və sözügedən pul da ona qazandığı xəstəliklərin müalicəsi üçün lazım olmuşdur. O, qanını, canını və bədən əzalarını ondan ötrü sərf etməmişdir ki, Vüsal kimilər isti yerlərdə oturub onun kimilərin dərisindən də hələ əlavə pullar çıxarsınlar və sərvət qazansınlar?! Hazırki məhkəmənin isə onun iştirakını belə təmin etmədən Vüsal kimilərin yanında yer alması utancverici haldır və yalnız təəssüf doğurur. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)- 1406/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və işə xitam verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, İddiaçı 2 dəfə 2000 manat, 1 dəfə 2200 manat olmaqla 3 dəfəyə cəmi 6200 manat pul borc almışdır. Həmçinin, ondan hər birini 300 manata olmaqla iki ədəd ikinci əl telefonu satıb pulunu vermək şərti ilə almış və onların hər birini 200 manata satmışdır. Əlavə olaraq 2 ədəd telefon almış və hər birini 250 manata satmışdır. Borc götürdüyü 6200 manat və 4 ədəd telefonun pulunu ödəmək üçün İddiaçı iki ədəd pul kartı vermişdir ki, həmin kartlardan da, İddiaçı təqribən 8000 manat pul çıxartmışdır. Kartlardan çıxarılan pullar barədə sübut təqdim edə bilmir. Çünki İddiaçı pulları hansı bankomatdan çıxarmasını bilmir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1406/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həqiqətən Cavabdeh ona pul çıxartmaq üçün iki ədəd kart vermişdir. Lakin, həmin kartın biri müddəti bitdiyinə görə bağlı olmuş, digərini isə İmran özü bağlatdırıb adına yeni kart almışdır. O, həmin kartlardan birindən cəmi bir dəfə 161 manat pul çıxarmışdır. Ona görə qalan pulunu cavabdehdən tələb edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1406/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh cəmi 8220 (səkkiz min iki yüz iyirmi) manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə Cavabdeh 01 (bir) ədəd Samsung S8, 01 (bir) ədəd Samsung A6, 01 (bir) ədəd Samsung A8 və 01 (bir) ədəd İphone 6 model telefonlara görə və borca görə cəmi 7139 (yeddi min bir yüz otuz doqquz) manat, müstəqil qiymətləndiriciyə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı ödənilməli, qətnamənin mübahisələdirilən digər hissələri dəyişdirimədən saxlanılmalıdır. İşdə olan Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X3 tərəfindən HK-1/972 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından HK-1/972 nömrəli material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan “Kristal-MM Qiymətləndirmə” tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 1106/20 saylı mütəxəssis rəyindən görünür ki, 02 ədəd İphone 6 (vahidin qiyməti 410 manat), 01 ədəd Samsung S8 (vahidin qiyməti 545 manat), 01 ədəd Samsung A6 (vahidin qiyməti 445 manat) və 01 ədəd Samsung A8 (vahidin qiyməti 540 manat) model mobil telefonların ilin əvvəlinə olan cəmi nağd satış dəyəri olan 2350 manat təşkil edir. Məlum olduğu kimi telefon satış mağazalarında mobil telefonların hissə-hissə ödənişlə (daxili kreditlə) satışı zamanı onun nağd satış qiymətinin üzərinə 10-15% məbləğ əlavə olunur. İddiaçı həmin telefonları mağazalarda olduğu kimi hissəhissə ödənişlə satmış olsa idi, 2702.50 manat vəsait əldə etmiş olardı. Qiymətləndirmə xərcləri 50 manat təşkil etmiş və İddiaçı tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 385.1, 739.1, 740.1 və 740.2-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-nin 52.5, 191.3 və 220.4-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 01 ədəd Samsung S8, 01 ədəd Samsung A6, 01 ədəd Samsung A8, 02 ədəd İphone 6 model mobil telefonları satıb dəyərini qaytarmaq adı ilə almış, yalnız 01 ədəd İphone 6 model mobil telefonun dəyərini ödəniş, digər telefonları satsa da bu günə kimi dəyərlərini ödəməmişdir. Bundan başqa Cavabdeh İddiaçı 9000 manat borc məbləğində borc pul almış, lakin bu günədək borcunu ödəməmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmiş, HK-1/972 saylı material üzrə xx xxxxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-də verdiyi izahatında iddia tələbini 01 ədəd Samsung S8, 01 ədəd Samsung A6, 01 ədəd Samsung A8, 01 ədəd İphone 6 model mobil telefonun dəyəri, həmçinin 6200 manat borc pul hissəsində qəbul etmişdir. Yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Birinci instansiya məhkəməsi Cavabdeh HK-1/972 saylı material üzrə xx xxxxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-də verdiyi izahatına hüquqi qiymət verərək, onu borcun etirafı kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Odur ki, Cavabdeh 01 ədəd Samsung S8, 01 ədəd Samsung A6, 01 ədəd Samsung A8 və 01 ədəd İphone 6 model telefonların dəyəri olan 1940 manat və 6200 manat borc pul alınaraq İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin əldən çıxmış faydanın dəyəri olaraq 3000 manat pul tələbi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının tələblərinin faktiki təmin edilmə tarixi qabaqcadan bəlli olmadığından, həmin tarixin bəlli olmaması səbəbindən gələcək dövr üçün tələb edilən gəlir məbləğini də hazırda müəyyən etmək qeyri-mümkündür. Həmçinin, iddiaçı tərəfindən 3000 manat məbləğində əldən çıxmış faydanın olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddianın əksər hissəsi təmin edildiyindən Cavabdeh müstəqil qiymətləndiriciyə ödənilmiş 50 manat və dövlət rüsumu olaraq ödənilmiş manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilmiş hissəsində maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etdiyindən gəldiyi qənaəti düzgün deyildir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı satıb pulunu vermək şərti ilə 01 ədəd Samsung S8, 01 ədəd Samsung A6, 01 ədəd Samsung A8, 02 ədəd İphone 6 model mobil telefonları iki ədədini 300 manatdan, iki ədədini isə 250 manatdan almışdır. O, həmçinin 2019-cu il ərzində iddiaçıdan ayrı-ayrı vaxtlarda cəmi 6200 manat borc pul almışdır. O, telefonların pulunun əvəzinə və aldığı borcun ödənməsi üçün iddiaçıya əmək haqqı və pensiya kartını vermişdir. İddiaçı həmin pul kartlarından pul çıxarmaq istədikdə onların birininpensiya kartının müddətinin bitməsi səbəbidən bağlı olduğunu, digərində isə-əmək haqqı kartında 161 manat pul olduğunu aşkar etmiş və 161 manat pulu kartdan çıxarmışdır. Növbəti ay isə həmin kart cavabdeh tərəfindən bağlanmışdır. İddiaçı cavabdehdən dəfələrlə tələb etməsinə baxmayaraq sonuncu borclu olduğu pulları qaytarmamış, nəticədə iddiaçı Şəki şəhər-rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X3 tərəfindən HK-1/972 nömrəli material üzrə xx xxxxxx 2020-ci ildə cinayət təqibinin başlanması rədd edilmişdir. İddiaçı xx xxxxxxxx 2020-ci ildə hazırki iddia ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. O, sübut kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətini, “xxxx” ASC KB-nin üç ədəd pul göndərməsi barədə olan qəbzini, qiymətləndirici rəyini iddia ərizəsinə əlavə etmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən HK-1/972 nömrəli material Şəki ŞRPŞ-dən götürülmüş və öyrənilmişdir. Həmin materialda olan Cavabdeh xx xxxxxx 2020-ci il tarixli izahatı iş üzrə iddianın etirafı kimi qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş həmin izahatdan görünür ki, 2018-ci ildə onunla qonşuluqda yaşayan Vüsal adlı şəxsin faizə pul verdiyini eşitmişdir. Pula ehtiyacı olanda hərdən Vüsalın yanına gedib ondan 12 faizə bəzən 500, bəzən isə 700 manat pul almış, ayın axırında isə faizi ilə birlikdə onun pulunu qaytarıb vermişdir. Vüsal pulu ona verən zaman ona verdiyi pulu lombarddan aldığını və ona pul tapdığına görə şirinlik kimi 50 manat pul verməsini bildirdiyi üçün razılaşmış, Vüsalın pulunu qaytaran zamanda pulun faizindən əlavə ona 50 manat pul vermişdir. 2019-cu ilin fevral ayının əvvəllərində müalicəsinə pul lazım olduğu üçün Vüsalın yanına gedib prezident təqaüdü kartını verib ondan 12 faizə 2200 manat borc pul almışdır. Vüsal da hər ayın axırında kartından verdiyi pulun faizini götürmüşdür. Sonradan yenə pula ehtiyacı olduğu üçün 2019-cu ilin mart ayının ortalarında Vüsalın yanına gedib pensiya kartını verib ondan 12 faizə 2000 manat pul almışdır. Aralarındakı razılığa əsasən Vüsal hər ay kartından verdiyi pulun 12 faizini, yəni 240 manat pul götürməli, qalan pulunu isə özünə qaytarıb verməli imiş. Bir aydan sonra Vüsal kartından verdiyi pulun faizini götürüb yerdə qalan 135 manat pulunu ona qaytarmışdır. Həmin vaxt Vüsal söhbət zamanı ona kartındakı 135 manat pula görə əlavə 2000 manatda götürə biləcəyini demişdir. Ona görə bir aydan sonra Vüsaldan əlavə olaraq 12 faizə yenə 2000 manat pul götürmüşdür. Dəqiq tarixini xatırlamasa da, 2020-ci ilin mart ayında Vüsal ona zəng edib pensiya kartının bağlandığını və pul ala bilmədiyini bildirmişdir. O da Vüsala bankdan ona yeni kart verəcəklərini, alanda kartını ona verəcəyini demişdir. Sonradan kartını alsa da onu Vüsala verməmişdir. Digər kartı isə özü gedib bağlatdırmış və yeni kart almışdır. 230 manatlıq kartdakı pul “xxxx” ASC-dən aldığı kredit borcuna tutulmuşdur. Digər pensiya kartındakı pulu isə kirayə və müalicəsinə vermişdir. Ona görə sonradan Vüsaldan aldığı 6200 manat pulu və onun faizini ödəyə bilməmişdir. Bundan başqa həqiqətən Vüsaldan 01 ədəd Samsung S8, 01 ədəd Samsung A6, 01 ədəd Samsung A8, 02 ədəd İphone 6 model mobil telefonlar almış, bir ədəd İphone 6 markalı telefonun pulunu vermiş, digər telefonları isə satıb öz ehtiyaclarına xərcləmişdir. Vüsal hər iki kartından verdiyi puldan artıq miqdarda faizə pul götürdüyünə, həmçinin ona əlavə pul ödəməyə imkanı olmadığına görə həm aldığı pulu, həm də ondan aldığı telefonların pulunu verməmişdir. Beləliklə, Vüsala iki kartını verib ondan cəmi 6200 manat pul almışdır. Vüsaldan 9000 manat pul almamışdır. Vüsal qalan pulları vermədiyi üçün faiz pulu kimi ümumi aldığı pulun üstünə gələrək ondan 9000 manat pul tələb edir. Birinci instansiya məhkəməsi Cavabdeh məhkəmə prosesində iştirakının təmin edilməsinin mümkün olmaması səbəbindən onun mövcud iddiaya qarşı münasibətini öyrənə bilməmiş, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52.5, 191.3 və 220.4-cü maddələrinə istinad etməklə onun Şəki ŞRPŞ-yə verdiyi izahatını iddianın etirafı hesab etməklə heç bir əsaslandırma aparmadan iddianı izahatda göstərilən etiraf həcmində olmaqla qismən təmin etmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Tərəflər arasında borc münasibətlərinin yarandığı 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2) İddianın cavabdeh tərəfindən etiraf edildiyi halda 3000 manatdan artıq məbləğdə olan borcların da, yazılı formada olmaması iddianın təmin edilməsini istisna etmir. Hazırki iş üzrə Cavabdeh Şəki ŞRPŞ-də verdiyi izahatında göstərdiyi xüsusatlar onun Şəki Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsindən verdiyi apellyasiya şikayəti ilə, həmçinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatları ilə bir daha təsdiq edilmişdir. Lakin, qeyd olunan izahatlar və apellyasiya şikayətinin heç birində Cavabdeh İddiaçı borcunun qalmasını etiraf etməmişdir. O, iddiaçıdan 6200 manat borc pul aldığını, eyni zamanda ondan satıb pulunu qaytarmaq üçün 4 ədəd telefon aldığını və ümumi borcunu iddiaçıya verdiyi pul kartlarından iddiaçının çıxarmaq yolu ilə ödədiyini bildirmişdir. Bu isə iddianın etirafı sayıla bilməz. İddiaçının cavabdehə pul göndərməsini təsdiq edən x xxxxxx 2019-cu il tarixli 200 manat göndərmə barədə, xx xxxxxx 2019-cu il tarixli 650 manat göndərmə barədə və xx xxxxxx 2020-ci il tarixli 1400 manat göndərmə barədə ödəmə kağızlarında göstərilənlər və pul kartları sübut kimi qəbul edilir. X5 Abdurahmanova verdiyi 4169........9024 nömrəli pul kartının müddətinin 2020-ci ilin yanvar ayında bitməsi, digər-6768........7094 nömrəli pul kartının müddətinin isə 2023-cü ilin yanvar ayında bitməsi göstərilmişdir ki, bu da iddiaçının həmin kartlardan 2020-ci ilin yanvar ayından sonrakı dövr ərzində pul çıxartması imkanını istisna edir. Çünki həmin vaxt kartın birinin müddəti bitmişdir, digəri isə cavabdeh tərəfindən bağlatdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının ona x xxxxxx 2019-cu il tarixdə 200 manat, xx xxxxxx 2019-cu il tarixdə 650 manat və xx xxxxxx 2020-ci il tarixdə 1400 manat göndərməsi mübahisələndirilməmişdir. İddiaçının cavabdehə verdiyi telefonların qiymətinə gəlincə isə həmin telefonların təzə və ya işlənmiş olmasını telefonlar mövcud olmadığına görə müəyyən etmək mümkün olmadığından, “Kristal-MM Qiymətləndirmə” tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 1106/20 saylı mütəxəssis rəyində göstərilənlər deyil cavabdehin etiraf etdiyi qiymətlər inandırıcı qəbul edilməlidir. İddiaçı telefonların özünü deyil onların dəyəri olan 3500 manatı tələb etdiyindən iddia telefonların dəyərinə münasibətdə qismən-2 ədəd telefonun hər birinə görə 300 manat, digər 2 ədəd telefonun hər birinə görə 250 manat olmaqla 1100 manat həcmində təmin edilməlidir. Cavabdehin iddiaçıdan 6200 manat borc pul almasına və həmin borcu qaytarmasına dair bildirdiklərinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi pul kartları və pul göndərmə barədə olan ödəmə kağızları ilə yanaşı cavabdehin özünün izahatları və apellyasiya şikayətində göstərdikləri ilə təsdiq edilir. Cavabdeh isə borclu olduğu pulların qaytarılmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun iddiaçıya verdiyi kartın birindən 161 manat pulun çıxarılması iddiaçı tərəfindən etiraf edildiyindən borcun ödənilən hissəsi kimi qəbul edilmişdir. Həmin məbləğ təmin edilməli olan ümumi məbləğdən çıxılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə tam şəkildə təqdim etməli olduğu halda bunu qismən etdiyindən qətnamənin ləğv edilmiş hissəsində iddia tam təmin edilə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etdiyi hissədə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin qismən-iddianın təmin edilmiş hissəsində ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətində ona məhkəmənin yeri və vaxtı haqda qabaqcadan heç bir məlumat verilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, onun şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı kimi ünvan 1 göstərilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 135.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Hazırki vəziyyətdə işə baxan birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş məktublar zərfin üzərinə “bu ünvanda yaşamır” qeydi edilərək geri qaytarıldığından birinci instansiya məhkəməsi xx xxxxxxxx 2020-ci ildə hazırki iş üzrə məhkəmə iclasının yeri və vaxtını özündə əks etdirən bildirişi cavabdehə çatdırılması üçün Şəki şəhər 1 nömrəli Sahə Ərazi dairəsi üzrə Nümayəndəliyə göndərmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 135.5-ci maddəsinin tələbinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə Cavabdeh məhkəmə iclaslarının yeri və vaxt barədə məlumat verilməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlardan istifadə edilmişdir. Bu səbəbdən də, apellyasiya şikayətinin həmin dəlili qətnamənin həmin əsasla ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı hazırki həcmdə təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin qisməniddianın təmin edilmiş hissəsində ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1406/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh cəmi 8220 (səkkiz min iki yüz iyirmi) manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə Cavabdeh 01 (bir) ədəd Samsung S8, 01 (bir) ədəd Samsung A6, 01 (bir) ədəd Samsung A8 və 01 (bir) ədəd İphone 6 model telefonlara görə və borca görə cəmi 7139 (yeddi min bir yüz otuz doqquz) manat, müstəqil qiymətləndiriciyə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı ödənilməli, qətnamənin mübahisələdirilən digər hissələri dəyişdirimədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1406/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh cəmi 8220 (səkkiz min iki yüz iyirmi) manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh 01 (bir) ədəd Samsung S8, 01 (bir) ədəd Samsung A6, 01 (bir) ədəd Samsung A8 və 01 (bir) ədəd İphone 6 model telefonlara görə və borca görə cəmi 7139 (yeddi min bir yüz otuz doqquz) manat, müstəqil qiymətləndiriciyə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamənin mübahisələdirilən digər hissələri dəyişdirimədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar