Məhkəmə qərarları › İş №2(107)-366/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-366/2024

24.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-366/2024 24.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, ləğv, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması barədə Mingəçevir Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(051)-950/2023 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)- 950/2023 saylı qətnaməsi ilə ilk iddianın və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-1206/2023 saylı qərardadı ilə apelyasiya şikayəti qeyri-mümkün hesab edilib Mingəçevir Şəhər Məhkəməsinə geri qaytarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 yenidən Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-950/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(051)-950/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(051)-950/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(051)-950/2023 nömrəli qərardadı ləğv edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(039)-950/2023 saylı qətnaməsi 01 avqust 2023- cü ildə Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Lakin Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 apelyasiya şikayətini rəsmi qaydada qəbul etdiyi gündən bir ay sonra yəni, xx.xx.2023-cü il tarixdə verməli olduğu halda xx.xx.2023-cü il tarixdə vermişdir. Bununla da cavabdehin nümayəndəsi və vəkili qətnamədən şikayət vermə müddətini ötürmüş və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 hazırki qərardaddan verdiyi şikayətində qeyd etmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-1206/2023 saylı qərardadı ilə apelyasiya şikayətinə vəkil tərəfindən apelyasiya şikayətini imzalamaq səlahiyyətləri təsdiq edən etibarnamə əlavə olunmadığı üçün qeyri-mümkün hesab edilib Mingəçevir Şəhər Məhkəməsinə geri qaytarılmışdır. Göründüyü kimi o, Cavabdeh1 vəkili olmuş, nümayəndəsi olmamışdır. Cavabdeh1 şəxsiyyət vəsiqəsində problem olduğu üçün etibarnamə verə bilməmiş, bu səbəbdən də apellyasiya şikayətini imzalamaq hüququ olmamışdır. Cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)- 950/2023 saylı qətnaməsi göndərilməmişdir. Hüseynova X2 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-950/2023 saylı qətnaməsi 15 noyabr 2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir. Cavabdeh1 şəxsiyyət vəsiqəsini 12 noyabr 2023-cü il tarixdə almışdır. Cavabdeh1 Vəkil2 15 noyabr 2023-cü il tarixdə etibarnamə vemişdir, həmin gündən onun adından apellyasiya şikayətini imzaetmək hüququ qazanmış, 15 noyabr 2023-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-950/2023 saylı qətnaməsindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilmiş, Cavabdeh1 qətnaməni aldığı gün apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, həqiqətən də Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsi qəbul edilərkən Vəkil2 Cavabdeh1 nümayəndəsi deyil, yalnız vəkili olmuşdur. Belə olan halda, həmin vaxt Vəkil2 məhkəmə sənədini Cavabdeh1 çatdırmaq öhdəliyi olmamışdır. İş materiallarında qətnamənin surətinin cavabdehə göndərilməsi barədə məktub və reyestr olmasına baxmayaraq, göndərilmiş zərfin ünvançıya çatdırılması barədə xəbərnamə aşkar edilmir. İş materiallarında olan qəbzlərdən görünür ki, 15 noyabr 2023cü ildə Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərardadı cavabdehə təhvil verilərkən həmin məhkəmənin 4 iyul 2023-cü il tarixli qətnaməsi də eyni zamanda Cavabdeh1 verilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh1 tərəfindən ilk apellyasiya şikayəti 30 avqust 2023-cü ildə verildiyindən məlumdur ki, cavabdeh ən geci həmin vaxt qətnamədən xəbərdar olmuşdur. Cavabdehin apellyasiya şikayəti verilməsi 1 aylıq müddəti həmin vaxtdan hesablanarsa, apellyasiya şikayəti verilən vaxt sonuncunun 29 gün müddəti qalmışdı. Cavabdehin həmin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadı alması müəyyən edilmir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasından isə 15 noyabr 2023-cü ildə məlumatı olmuş və həmin gün də yeni apellyasiya şikayətini vermişdir. Beləliklə, cavabdehin hələ 28 gün müddəti qalmışdır. Vəkil2 nümayəndə olaraq məhkəmə sənədlərini Cavabdeh1 çatdırması öhdəliyini yaradan etibarnamə də həmin tarixdə - 15 noyabr 2023-cü ildə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlər vəkil tərəfindən şikayətdə qeyd olunan dəlillərin əsaslılığını və həqiqiliyini təsdiq edir. Göstərilənlərə əsasən, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin verilmə müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Göründüyü kimi, 15 noyabr 2023-cü ildə verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 ay müddəti ötürmədən verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(051)-950/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(051)-950/2023 nömrəli qərardadı ləğv edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(051)-950/2023 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən hazırki şikayət verildikdən sonra sonuncu tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)- 950/2023 nömrəli qətnaməsindən təkrar apellyasiya şikayəti də verilmiş və hər iki şikayət Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırki qərardadla Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsindən 15 noyabr 2023-cü il tarixdə verilmiş apellyasiya şikayətinin müddəti ötürmədən verildiyi təsdiq edildiyindən və baxılması üçün Mülki Kollegiyaya verildiyindən həmin apellyasiya şikayətinin təkrarı olan 13 dekabr 2023-cü ildə daxil olmuş apellyasiya şikayəti təkrar sənəd hesab edilməlidir. Ona görə də, həmin təkrar sənəd barədə əlavə prosessual hərəkət edilməsinə zərurət görülmür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(051)-950/2023 nömrəli qərardadı ləğv edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar