Məhkəmə qərarları › İş №2(107)-367/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-367/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-367/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X7 və Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(063)-46/2020 nömrəli qətnaməsindən Cavabdeh, onun vəkili, həmçinin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(063)-46/2020 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh borca görə 55193 (əlli beş min yüz doxsan üç) manat 87 (səksən yeddi) qəpik, cəriməyə görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 56223 (əlli altı min iki yüz iyirmi üç) manat 87 (səksən yeddi) qəpik məbləğində pulun tutularaq İddiaçı MMC-yə verilməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh İddiaçı MMCyə qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə Cavabdeh 230 (iki yüz otuz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehə qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 55193,87 manat əsas borcun, 6181,71 manat cərimə məbləğinin, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə isə 61405,59 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və cavabdeh isə iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə cavabdehdən 170000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx xxxxxxx 2018ci il tarixli, AQRO 49/10/18 saylı anbarda saxlama müqaviləsi (bundan sonra “müqavilə”) bağlanmışdır. İddiaçı cavabdehə ümumilikdə 25945 ədəd yeşik xurma meyvələrinin saxlama xidmətlərini göstərmişdir (malların girişi və çıxışı cədvəli əlavə olunur.) Müqavilənin şərtlərinə görə cavabdehə minimum saxlama xidmətlərinə görə 41512 manat borc, gündəlik saxlama xidmətlərinə görə 22701.87 manat borc və ümumilikdə isə 64213.9 manat məbləğində borc hesablanmışdır. Cavabdeh qeyd olunan borcun yalnız 9020 manat məbləğini ödəmiş, qalan 55193.9 manat borcunu isə bu günə qədər ödəməmişdir. Cavabdeh saxladığı 25945 ədəd yeşik xurma məhsullarını xx xxxxxx 2019-cu il tarixədək soyuducu anbardan tam olaraq çıxartmış və xidmətlərin göstərilməsindən heç bir şikayət və etiraz verməmişdir. Cavabdeh öz öhdəliklərini pozub, xidmətdən istifadə edib lakin bunun müqabilində xidmət haqqının ödənilməsindən boyun qaçırmışdır. İddiaçı 45/2019 saylı, xx xxxx 2019-cu il tarixli məktub ilə cavabdehə borcun ödənilməsi barədə pretenziya göndərilmişdir. Lakin cavabdeh pretenziya məktubunu xx xxxx 2019-cu il tarixdən qəbul etməsinə baxmayaraq yenə də öz öhdəliklərini bu günə qədər icra etməmişdir. Məhz bu səbəbdən iddiaçı borcun cavabdehdən tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı haqlı olaraq xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, yəni 112 gün olan müddətdə borcun ödənilmədiyi hər gün üçün cavabdehə cərimə hesablamışdır. Müqavilənin 7.3-cü bəndinə əsasən “mal sahibi müqavilədə nəzərdə tutulmuş müddətdə xidmətlərin dəyərini ödəmədikdə, gecikdirilmiş hər gün üçün xidmətlərin dəyərinin 0,1 faiz miqdarında anbar sahibinə cərimə ödəyir”. Belə ki, 112 gecikdirilmiş günlər üçün cavbdehə 6181,71 manat cərimə hesablanmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdehin atası X6 1995-ci ildən indiyə kimi Rusiya Federasiyasında meyvə ticarəti ilə məşğul olmuşdur. Belə ki, X6 Azərbaycan Respublikasında yetişdirilən meyvələri toplayaraq Rusiya Federasiyasında satır. Uzun illər meyvələrin uzun müddət saxlanması qeyri-mümkün olmuşdur. Lakin 2017-ci ildən İddiaçı MMC-nin yaradılması ilə artıq bu problem aradan qalxmışdır. 2017-ci ildə 600 min tonluq xurmanı İddiaçı MMC-yə soyuducularda saxlanması üçün verilmiş və həmin il heç bir problem olmamışdır. Malların anbarda saxlanması üçün isə 150000 manat məbləğində ödəniş edilmişdir. Mallar yalnız ödəniş edildikdən sonra anbardan çıxarılmışdır. Mallar keyfiyyətli qaytarıldığı üçün onlarda həmin müəssisəyə qarşı inam yaranmışdır. 2018-ci ilin oktyabr ayında da cavabdeh 17000 yeşik xurmanı bir soyuducuya, 9000 yeşik xurmanı da digər soyuducuya yerləşdirilmişdir. Lakin təssüflər olsun ki, dekabr ayında Azərbaycana gəldikləri zaman məlum olmuşdur ki, malların 17000 yeşiyi yanıb, yararsız hala düşmüşdür. Belə olanda onlar etirazını bildirmiş, X2 Böyükağa Mustafayevlə görüşdürmüşlər. Böyükağa X1 malları götürüb aparıb satmasını, nə qədər ziyan eləsə onlar tərəfindən ödəniləcəyini bildirmişdr. Böyükağa Mustafayev bunu deyəndə sadəcə malların anbardan çıxmasını istəmişdir. Belə ki, malları anbardan çıxarıb aparmışlar, lakin mallar o dərəcədə xarab olmuşdur ki, hamısı itkiyə getmişdir. Bundan sonra M.Rəhimovun şəriki Seymur, Böyükağa ilə iki dəfə Bakı şəhərində görüş təşkil etmiş, həmin görüşlərdə köməklik ediləcəyinə söz verilmiş, yanan malların pullarını qaytaracaqlarına söz vermişdir. Lakin sonradan Böyükağa Mustafayevin qəbuluna gəlikdə, o, onları qəbul etməyərək gedib hara şikayət etmələrini deyib yola salmışdır. Sonra isə onun adına pretenziya məktubu ünvanlayaraq 51967 manat məbləğində pulun iddaçıya ödəməli olduğunu bildirmişlər. Cavabdeh ilə iddiaçı arasında xx xxxxxxx 2018-ci il tarixində “anbarda saxlama” müqaviləsi bağlanmışdır. İddiaçı MMC vurulmuş zərəri ödəməkdən yayınmaq üçün bildirmişdir ki, onlar malları İddiaçı MMC-dən çıxardanda tam yararlı vəziyyətdə olmuşdur. Halbuki elə olmamış, tam əksinə bunu təsdiq edəcək şahidləri də vardır ki, həmin mallar yararsız olmuşdur. Bunu təsdiq edəcək digər məqam ondan ibarətdir ki, həmin mallar çıxardılarkən onlardan müqavilə üzrə yaranmış xidmət haqqını almamışlar. Halbuki, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavənin 4.3-cü bəndində qeyd edilir ki, “minumum saxlama müddəti bitdikdən sonra gündəlik saxlama xidmətlərinin ödənişi hər həftənin cümə günündən gec olmayaraq ödənilməlidir”. Həmçinin, müqavilənin 6.4-cü bəndində minumum saxlama müddəti müəyyən edilmişdir. Belə ki, müqavilənin qeyd edilən bəndinə əsasən “əgər mal sahibi 2 aydan tez müddətdə mallarını tam və ya qismən geri götürərsə götürülmüş malların 2 aylıq saxlama haqqını hər bir halda ödəməlidir”. Beləliklə, 2 ay müddət müəyyən edilmiş minumum saxlama müddətidir. Yəni həmin müddətlərin keçməsinə baxmayaraq iddiaçı malları tərəflərindən ödəniş edilmədən ona təhvil vermişdir. İddiaçı hansı məqsədlə malları ödəniş edilmədən ona təhvil vermişdir. Təbii ki, həmin məqsəd yuxarıda qeyd edilən məqsəddir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən vicdana uyğun olmayan davranışı nəticəsində 100000 USD məbləğində zərər vurulmuşdur. Qeyd edilən 26000 ədəd xurma yeşiyinin qarşılıqlı iddia üzrə cavabdehə təhvil verilməsini, qarşılıqlı iddia üzrə cavabdehin özünün xx xxxx 2019-cu il tarixində iddiaçıya ünvanladığı pretenziya məktubu təsdiq edir. Belə ki, qeyd edilən pretenziya məktubunda qeyd edilir ki, 26000 ədəd xurma yeşiyi onlar tərəfindən saxlanca qəbul edilmişdir. Lakin həmin yeşiklərdəki xurma məhsulları qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən vicdansız davranış nəticəsində tamamilə yararsız vəziyyətə düşmüşdür. Anbarda saxlama müqaviləsinin 4.13-cü bəndinə əsasən malların saxlama anbarından çıxarılması tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı malların anbardan çıxarılması aktı əsasında təsdiq edilir. Qeyd edilən akt onun tərəfindən imzalanmamışdır. Belə olduğu hallarda onun tərəfindən təqdim edilən 26000 ədəd yeşik xurma ona yarasız halda təqdim edilmişdir. Lakin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən indiyə kimi ona vurulmuş 100000 USD məbləğində zərər ödənilmir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirdi və ilk iddianın məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh, aqroparkda saxladığı 25945 ədəd yeşik xurma meyvələrini xx xxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlərində imzalanmış təhvil-təslim aktlarına əsasən heç bir iddia və şikayət vermədən, keyfiyyət və kəmiyyət üzrə İddiaçı MMC-dən təhvil almış, iddiaçı isə göstərilən tarixlərdə həmin malları keyfiyyət və kəmiyyət üzrə cavabdehə təhvil vermişdir. Təhvil-təslim aktlarının əsli xx xxxxxxxx 2019-cu il tarixdə məhkəmə iclasında iş üzrə materiallara əlavə olunmuşdur. Anbarda saxlama müqaviləsində İddiaçı MMC-nin ödənişə görə malların təhvil verilməməsi hüququ olmamışdır. Yəni, müqavilədə malların təhvil verilməsi xidmət haqqının ödənişi ilə şərtləndirilməmişdir. Cavabdeh ödəniş üçün əlində pulunun qalmadığını, mallarını ona təhvil verilməsini və mallarını Rusiyada satdıqdan sonra pul qazanacağını və Azərbaycana qayıdanda ödəniş edəcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh mallarını hissə-hissə təhvil almış və Rusiyada satmışdır. Lakin, cavabdeh müqavilə üzrə öz öhdəliklərini kobud surətdə pozmuş, xidmət haqqının ödənilməsini təmin etməmiş və İddiaçı MMC-yə ziyan vurmuşdur. Cavabdehin qarşılıqlı iddia ərizəsində göstərilən digər halları isə yalnız borcun ödənilməsindən yayınmağa yönəldilmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh, onun nümayəndəsi və vəkili məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdiklərini, ilk iddianı qəbul etmədiklərini bildirdilər və qarşılıqlı iddianın məzmununa uyğun izahat verdilər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Cavabdeh onun oğludur, oğlu İddiaçı MMC ilə müqavilə bağlamış və müqaviləyə görə xurmanı həmin cəmiyyətin anbarında saxlamalı olmuşdur. Xurmanı anbardan təhvil alarkən həmin malların hamısı xarab olmuş, satışa yararsız olmuşdur. Həmin vaxt narazılıqlarını bildirdikdə cəmiyyətin müdiri Böyükağa və cəmiyyətin işçisi Vüqar adlı şəxs onu qəbul edərək malları götürməyi, aparıb satmağı və dəymiş ziyanı ödəyəcəklərini bildirmişlər. Bundan sonra, onlar da malı anbardan çıxarıb yük maşınlarına yükləməklə Rusiya Federasiyasına aparılmasını təşkil etmişlər. Lakin mallar satışa yararsız olduğundan satılması mümkün olmamışdır və məcbur olub həmin malları zibilxanaya tökmüşlər. Bu barədə Böyükağa müəllimə məlumat vermişlər, o, da qayıdandan sonra məsələni özü həll edəcəyini bildirmişdir. Azərbaycan Respublikasına qayıdandan sonra iş yoldaşı Seymur Böyükağa müəllimlə görüşmüş, lakin Böyükağa müəllim öz vədlərini yerinə yetirməmiş, sonra da onlara məlum olmuşdur ki, məhkəməyə müraciət olunmuşdur. Əlavə olaraq bildirdi ki, Böyükağa ilə razılıqdan sonra malların çıxarılması barədə sənədləri Xəyal, bəzi malların çıxarılması barədə sənədləri isə özü imzalamışlar. Mallar çıxarılarkən şəkil çəkilmişdir. 2019-cu ilin mart ayında cəmiyyətin bir çox işçiləri ilə telefon danışıqları olmuşdur. Cəmiyyətin rəhbərliyi ilə aralarında danışıqların dəqiq hansı tarixdə olmasını xatırlamır, təxminən 2019-cu ilin yanvar ayının 10-da ola bilərdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Məzahir Rəhimovla birlikdə ortaq (şərik) olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına xurma aparıb satılması ilə məşğul olmuşlar. X4 Rəhimli İddiaçı MMC ilə müqavilə bağlamış və 24 nömrəli kameranı kirayə götürmüşdür. Malları kameraya yığandan sonra 2-3 dəfə mallara baxış keçirmək istəsələr də onları ora buraxmamışlar. Sonradan mala baxış keçirilərkən malların pis vəziyyətdə olduğunu görmüşdür. Malların yararsız olması ilə bağlı cəmiyyətin işçisi Vüqar adlı şəxslə görüşmüşlər, Vüqar, Məzahirin Cəmiyyətin rəhbəri ilə görüşdüyünü bildirmiş və malların çıxarılmasını təklif etmişdir, buna görə də onlar hissə-hissə olmaqla malları çıxarmağa başlamışlar. X9 şəhərinə apardıqdan sonra mallar satışa yarasız olmuş, buna görə də Məzahir Cəmiyyətin rəhbəri ilə videogörüntü əlaqəsi yaradaraq malları Böyükağa müəllimə göstərmişdir. Böyükağa müəllim mallara baxmaq üçün nümayəndə göndərməyi təklif etmiş, qayıdandan sonra məsələnin həll ediləcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, şüşburun sortu olan xurmalar kamerada yerləşdirilmişdir, cəmiyyətin rəhbəri ilə 2019-cu ilin yanvar ayında danışıqları olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh, onun vəkili, həmçinin nümayəndəsi Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh, onun vəkili, həmçinin nümayəndəsi Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə işin hallarının tam .obyektiv və hərtərəfli araşdırılmadan, ekspert rəyi düzgün qiymətləndirilmədən, hansı tərəfin təqdim etdiyi sübutların əsaslı olub olmamasına qiymət verilmədən qəbul olunduğuna görə maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan əsassız və qanuna zidd hesab edilməklə ləğv olunmalıdır. Ucar rayon məhkəməsini xx xxxxxx 2019-cu il tarixli 2(063)-561/2019-nömrəli qərardadına əsasən iş üzrə məhkəmə texniki-bioloji ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 467 nömrəli ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: İddiaçı MMC-yə məxsus soyuducu anbarının 24 saylı kameranın havalandırma sisteminə( hidrotermorejiminə) uyğun olaraq,üzərinə xurma meyvələri yığılmış poddonların ştabellərə yüklənməsi qaydasını izah edən məlumatların ( cizginin sxemin və s.) olmadığından konkret olaraq həmin kamerada nə qədər ölçüləri 600 x 400x100 mm olan yeşikllərin saxlanılmasının müəyyən edilməsi mümküh deyildir.Ekspert tərəflərdən və məhkəmədən həmin təqdim olunmalı sənədləri ( cizgi sxemi və s) dəfələrlə tələb etmiş olsada bunlar ekspertizaya təqdim olunmamışdır. Məhz ona görədə havalandırma sisteminin və kamerada nə qədər məhsulun saxalana biləcəyi sualına cavab verilməsi mümkün olmadığı göstərilmişdir.Bu cizgilər sxemi və s. ekspertizaya təqdim olunmuş olsaydə onda həmin qaydaların pozulması halları tam dəqiqləşəcəkdi. 2-ci, üçüncü və dördüncü suallar üzrə Ekspertizaya təqdim edilmiş İddiaçı MMC-nin soyuducu anbarının texniki sənədlərində göstərilmişdir saxlanıla bilən hidrotermorejimini ( nisbi rütubəti 90-95 % olmaqla 00 C-(+1)0C temperatur dərəcəsi arasında saxlanmaq mümkün olması) nəzərə aldıqda,İddiaçı MMC-ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli AQRO 49/10/18 saylı anbarda saxlama müqaviləsinin 4.6 -cı bəndinə əsasən İddiaçı MMC tərəfindən qəbul edilmiş xurmanın müqavilədə göstərilən müddətdə həmin soyuducuda saxlanması texniki cəhətdən mümkündür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli AQRO 49/10/18 saylı anbarda saxlama müqaviləsinin 3.2-ci bəndinə əsasən İddiaçı MMC tərəfindən saxlanca qəbul edilmiş və iş materiallarına əlavə edilmiş aktlara əsasən vizual baxışdan keçirilmiş xurmaların həmin soyuducuda (kamerada) nisbi rütbətli 90-95% olmaqla,00C-(+1)0C temperatur dərəcəsi arasında 2-3 ay müddətində saxlanıla bilər. İddiaçı MMC-nin soyuducu anbarının 24 saylı kamerada mübahisə dövrünə aid xurma mallarının saxlanılması hidrotermorejimi barədə (avtomatik olaraq qeydə alınmış) məlumatların olmadığından həmin zaman saxlama rejiminə ( temperatur,nəmlik və s.) riayət olunubolunmamasını müəyyən etmək mümkün deyildir. İddiaçı MMC-nin soyuducu anbarının 24 saylı kamerada mübahisə dövrünə aid xurma mallarının saxlanılması hidrotermorejimi barədə (avtomatik olaraq qeydə alınmış) məlumatların olmadığından həmin zaman saxlama rejiminə (temperatur.nəmlik və s.) riayət olunub-olunmamasını müəyyən etmək mümkün deyildir. Bu cavabdanda göründüyü kimi İddiaçı MMC-nin soyuducu anbarının 24 saylı kamerada mübahisə dövrünə aid xurma mallarının saxlanılması hidrotermorejimi barədə (avtomatik olaraq qeydə alınmış) məlumatlar təqdim edilməmişdir. Bunu təqdim etmiş olsaydılar onda saxlama rejimi qaydalarına əməl etmədikləri yəni temperatur, nəmlik və s. riayət olumadığı aşkarlanmış olardı. Həmin sübutların isə məhz məhkəmə və ya İddiaçı MMC-nin rəhbərliyi tərəfindən ekspertizaya təqdim olunması zəruri idi. Belə halda həmin sübutların İddiaçı MMC-nin xeyrinə şərh olunması əsassızdır. İşdə olan Azərbaycan Respublikasa Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasəı Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/312 nömrəli ekspert rəyindən görünür ki, 3-cü sual üzrə xurma bitkisi ikiləpəlilər sinfinə, Ebenakimilər fəsiləsinə aid olub şərq xurması və ya Yapon xurması (Diospyros kaki L) soyuducu kameralarda 0- +10C temperatur və 85-90 % nisbi rütubət şəraitində saxlanılmalıdır. Bu şəraitdə sortdan aslı olaraq məhsul kamerada 2-3 ay müddətində saxlanıla bilər. Temperatur yüksəldikcə meyvələrin yetişməsi sürətlənir və saxlanma müddəti qısalır, Nisbi rütubətin 85%-dən aşağı olması şəraitində meyvələr qurumaqla qabıq qırışır. Nisbi rütubətin 90%-dən çox olduğu zaman isə üzəri kiflə örtülməklə çürüyür.Şərq xurması havada etilen qazının mövcudluğuna çox həssasdır,Bu səbəbdən saxlanma kameralarında xurma ilə qonşuluqda özündən enerji buraxan meyvələrin (alma, armud və s.) olmamasına diqqət yetirilməlidir. Yetişmə dövründə biokimyəvi proseslər fəal şəkildə baş verir və nəticədə meyvələrin kimyəvitərkibində kəmiyyət dəyişikliklərə səbəb olur. Məhsul kameradan təhvil alınan zaman üzərinin kiflə örtülməsi nisbi rütubətin 90% dən çox olmasına dəlalət edir. 4-cu sual üzrə Bəzi qurğularda saxlanma zamanı tənzimlənən hidrotermorejim avtomatik olaraq qeyd edilir. Əgər belə yazılı məlumat yoxdursa və saxlanmaya qoyulmuş məhsul mövcud deyilsə bu suala cavab verilməsi mümkün deyildir. Yenə də həmin məlumatlar məhz “İddiaçı" MMC-də olduğundan bunuda ekspertizaya onlar təqdim etməlidilər. İddiaçı MMC tərəfindən məhkəməyə 3-cu sual üzrə xurma bitkisi ikiləpəlilər sinfinə, Ebenakimilər fəsiləsinə aid olub şərq xurması və ya Yapon xurması ( Diospyros kaki L) soyuducu kameralarda 0- +10C temperatur və 85-90 % nisbi rütubət şəraitində saxlanılmalıdır. Bu şəraitdə sortdan aslı olaraq məhsul kamerada 2-3 ay müddətində saxlanıla bilər. Temperatur yüksəldikcə meyvələrin yetişməsi sürətlənir və saxlanma müddəti qısalır, Nisbi rütubətin 85%-dən aşağı olması şəraitində meyvələr qurumaqla qabıq qırışır. Nisbi rütubətin 90%-dən çox olduğu zaman isə üzəri kiflə örtülməklə çürüməsi hallarını nəzərə almamış (şəkillər və video çəkilişdən həmin məhsulların kiflə örtülməklə çürüməsi hallarının açıq görünməsinə baxmayaraq) xurmaların saxlandığı kameraya qonşu olan kameralarda özündən enerji buraxan meyvələrin (alma, armud və s.) olmamasına diqqət yetirilməmişdir. Sonradan isə onlara məlum olmuşdur ki , İddiaçı MMC tərəfindən həm də meyvələrin saxlanması qaydalarını pozaraq qonşu kameralarda digər meyvə məhsullarını saxlamışlar. Bu da ekspertizanın göstərdiyi rəylə üst üstə düşür. Məhz bu səbəblərdən də İddiaçı MMC tərəfindən ekspertizaya zəruri olan sənədlər və məlumatları təqdim etməmişlər. 4-cu sual üzrə bəzi qurğularda saxlanma zamanı tənzimlənən hidrotermorejim avtomatik olaraq qeyd edilməsinə baxmayaraq belə yazılı məlumatın əldə olunması münasibət bildirilməmiş, saxlanmaya qoyulmuş məhsul mövcud deyilsə belə həmin məhsulun vəziyyətini əks etdirən foto şəkillər və ya video çəkilişlərlə bunlar qiymətləndirilməmişdir. "İddiaçı” MMC tərəfindən məhkəməyə iddianın xeyli vaxtdan sonra verilməsinin səbəbləri araşdırılmamış, tərəflərin danışıqlarını əks etdirən elektron daşıyıcılarda olan məlumatların araşdırılamaqla qiymətləndirilməsinə münasibətlər bildirilməmişdir. O, müqavilə əsasında məhsulun saxlanması məqsədilə MMC-yə heç bir pul ödəməmişdir. Məhsullar xarab olduğuna görə də onlardan pul də istənilməmişdir. Bu barədə tərtib olunmuş sənədlər saxtadır. Onlar 170.000 yeşikdə soyuducu anbarına qoyduqları məhsulun soyuducunun düzgün işləmədiyinə görə zay olmasını görüb məhsulun pulunu tələb etmişlər. İddiaçı MMC-nin direktoru Böyükağa Mustafayev və müavini Vüqar İmranov onlara dəymiş 170000 manat ziyanı ödəyəcəyini öhdəsinə götürdüklərinə görə şikayətləri olmamışdır. X8, onun müavini Vüqar İmranov adlı şəxslər onlara vəd verdilər ki, məhsulu təhvil alsınlar heç bir anbar pulu ödənməyəcək məhsulun nə qədərini sata bilərlirsə satsınlar, qalan ziyanı onlar tam ödəyəcəklər. Ona bu barədə heç bir sənədə imza etdirməyiblər. Oranın işçisi olan Kənan adlı şəxs ( deməsinə görə hüquqşünasdır) orada yoxlama olduğuna görə ona hansısa kağızlara imza etdirmişdir, sonradan bilmişdir ki, həmin səndələr məhsulun yaralı halda təhvil almasını əks etdirən aktlar imiş. Bundan sonradan sübut kimi istifadə etməyə başlamışlar. Göründüyü kimi İddiaçı MMC tərəfindən irəli sürülmüş iddia əsasız və qanuna zidd olduğundan təmin olunmadan ləğv olunmalı və onların irəli sürdükləri iddia isə təmin olunmalıdır. Ona görə də, Ucar Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(063)-46/2020 nömrəli qətnaməsinin ilkin iddianın təmin edilən hissəsində ləğv edilməsini, ilkin iddianın həmin hissədə də təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili, həmçinin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(063)-46/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh, onun vəkili, həmçinin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(063)-46/2020 nömrəli qətnaməsi mübahisələndirilən-ilk iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx xxxxxxx 2018-ci il tarixli, AQRO-49/10/18 nömrəli anbarda saxlama müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq və qüvvədə olan saxlama normalarına riayət etməklə anbar sahibi mal sahibinin təqdim etdiyi xurma meyvələrini saxlanılmasını öhdəsinə götürür, mal sahibi isə həmin xidmətlərin dəyərini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq vaxtında və tam ödənilməsini yerinə yetirməlidir. Tərəflər arasında xx xxxxxxx 2018-ci il tarixli, AQRO-49/10/18 nömrəli anbarda saxlama müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx xxxxxxx 2018-ci il tarixli, 01 nömrəli əlavə bağlanmışdır. İşdə olan tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 01 nömrəli dəyişiklikdən görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, AQRO- 49/10/18 nömrəli anbarda saxlama müqaviləsinə və müqavilənin 01 nömrəli əlavəsinin 1-ci bəndinə dəyişiklik edilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli, ƏÜL seriyalı, 075882 nömrəli, xx xxxxxx 2018-ci il tarixli, ƏÜL seriyalı, 088197 nömrəli və xx xxxxxx 2019-cu il tarixli, ƏÜL seriyalı, 088215 nömrəli kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə 2000 manat, xx xxxxxx 2018-ci il tarixdə 3520 manat və xx xxxxxx 2019-cu il tarixdə 3500 manat pul ödənilmişdir. İşdə olan təhvil-təslim aktlarından görünür ki, cavabdeh, aqroparkda saxladığı 25945 ədəd yeşik xurma meyvələrini keyfiyyət və kəmiyyət üzrə İddiaçı MMC-dən təhvil almış, iddiaçı isə göstərilən tarixlərdə həmin malları keyfiyyət və kəmiyyət üzrə cavabdehə təhvil vermişdir. İşdə olan xx xxxx 2019-cu il tarixli, 45/2019 nömrəli pretenziyadan görünür ki, cavabdehdən müqavilə şərtlərinə əməl edilməsi məqsədi ilə cərimə sanksiyası tətbiq etməmək üçün yaranmış 51967.81 manat əsas borcun bu bildirişin rəsmi qaydada təqdim edildiyi gündən 5 təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, göstərilmiş müddətdə borcun ödənilməsi təmin edilmədikdə borcun və cərimənin ödənilməsi məcburi qaydada tutulması üçün məhkəmə orqanlarına müraciət ediləcəyi göstərilmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-561/2019 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə texniki-bioloji ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 467 nömrəli ekspert rəyindən görünür ki, 1. Birinci sual üzrə. İddiaçı MMC-yə məxsus soyuducu anbarının 24 saylı kameranın havalandırma sisteminə (hidrotermorejiminə) uyğun olaraq, üzərinə xurma meyvələri yığılmış poddonların ştabellərə yüklənməsi qaydasını izah edən məlumatların (cizginin, sxemin və s.) olmadığından konkret olaraq həmin kamerada nə qədər ölçüləri 600 x 400 x 100 mm olan yeşiklərin saxlanılmasının müəyyən edilməsi mümkün deyildir. 2. İkinci, üçüncü və dördüncü suallar üzrə. Ekspertizaya təqdim edilmiş İddiaçı MMC-nin soyuducu anbarının texniki sənədlərində göstərilmişdir saxlanıla bilən hidrotermorejimini (nisbi rütubəti 90-95% olmaqla, 00C-(+1)0C temperatur dərəcəsi arasında saxlanmaq mümkün olması) nəzərə aldıqda, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, AQRO 49/10/18 saylı anbarda saxlama müqaviləsinin 4.6-cı bəndinə əsasən İddiaçı MMC təfindən qəbul edilmiş xurmanın müqavilədə göstərilən müddətdə həmin soyuducuda saxlanılması texniki cəhətdən mümkündür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, AQRO 49/10/18 saylı anbarda saxlama müqaviləsinin 3.2-ci bəndinə əsasən İddiaçı MMC təfindən saxlanca qəbul edilmiş və iş materiallarına əlavə edilmiş aktlara əsasən vizual baxışdan keçirilmiş xurmaların həmin soyuducuda (kamerada) nisbi rütubəti 90-95% olmaqla, 00C-(+1)0C temperatur dərəcəsi arasında 2-3 ay müddətində saxlanıla bilər. İddiaçı MMC-nin soyuducu anbarının 24 saylı kamerada mübahisə dövrünə aid xurma mallarının saxlanılması hidrotermorejimi barədə (avtomatik olaraq qeydə alınmış) məlumatların olmadığından həmin zaman saxlama rejiminə (temperatur, nəmlik və s.) riayət olunub-olunmamasını müəyyən etmək mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/312 nömrəli ekspert rəyindən görünür ki, 3-cü sual üzrə. xurma bitkisi İkiləpəlilər sinifinə, Ebenakimilər fəsiləsinə aid olub Şərq xurması və ya Yapon xurması (Diospyros kaki L.) soyuducu kameralarda 0-+1 0C temperatur və 85-90% nisbi rütubət şəraitində saxlanılmalıdır. Bu şəraitdə sortdan asılı olaraq məhsul kamerada 2-3 ay müddətində saxlanıla bilər. Temperatur yüksəldikcə meyvələrin yetişməsi sürətlənir və saxlanma müddəti qısalır. Nisbi rütubətin 85%-dən aşağı olması şəraitində meyvələr qurumaqla qabıq qırışır. Nisbi rütubətin 90%-dan çox olduğu zaman isə üzəri kiflə örtülməklə çürüyür. Şərq xurması havada etilen qazının mövcudluğuna çox həssasdır. Bu səbəbdən saxlanma kameralarında xurma ilə qonşuluqda özündən etilen buraxan meyvələrin (alma, armud və s.) olmamasına diqqət yetirilməlidir. Yetişmə dövründə biokimyəvi proseslər fəal şəkildə baş verir və nəticədə meyvələrin kimyəvi tərkibində əhəmiyyətli dəyişikliklərə səbəb olur. 4-cü sual üzə. Bəzi qurğularda saxlanma zamanı tənzimlənən hidrotermorejim avtomatik olaraq qeyd edilir. Əgər belə yazılı məlumat yoxdursa və saxlanmaya qoyulmuş məhsul mövcud deyilsə bu suala cavab verilməsi mümkün deyildir. İşdə olan MAPS şöbəsinin xx xxxxx 2019-cu il tarirxli arayışından və AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 442, 448.1, 462.1, 467, 827, 830.1 və 830.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Həmin Məcəllənin 830.1-ci maddəsinə əsasən əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Həmin Məcəllənin 830.2-ci maddəsinə əsasən anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə anbarda saxlama müqaviləsi bağlanmış, iddiaçı müqavilə şərtlərinə uyğun xidmət göstərməklə müqavilədən irəli gələn öhdəliyini yerinə yetirmiş, cavabdeh isə borcunun qalan hissəsini iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə şərtlərindən də görünür ki, mal sahibi müqavilədə nəzərdə tutulmuş müddətdə xidmətlərin dəyərini ödəmədikdə, gecikdirilmiş hər gün üçün xidmətlərin dəyərinin 0,1 faiz miqdarında anbar sahibinə cərimə ödəyir və tərəflər arasında başqa razılaşma yoxdursa bu müqavilənin qüvvədə olma müddəti malların qəbul edildiyi tarixdən və mal sahibinin malların geri götürülməsi tarixədək olan müddəti əhatə edir (7.3 və 10.1-ci bəndlər). Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, cərimənin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimənin məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı müqavilə bağlayarkən cəriməni əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə bu nəticəyə gəlir ki, müqavilədən irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və iddia həmin hissədə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh, aqroparkda saxladığı xurma meyvələrini təhvil-təslim aktlarına əsasən heç bir iddia və pretenziya vermədən, keyfiyyət və kəmiyyət üzrə İddiaçı MMC-dən təhvil almış, iddiaçı isə göstərilən tarixlərdə həmin malları keyfiyyət və kəmiyyət üzrə cavabdehə təhvil vermişdir. Mülki prosessual qanunvericiliyinin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh öz tələbində xurmaların iddiaçıya məxsus anbarda yanmasını və dəymiş zərərin ödənilməsini iddiaçı tərəfin öz üzərinə götürməsini göstərsə də öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etdiyi sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı əvvəlcə cavabdehə pretenziya göndərmiş, sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddiaçı məhkəməyə müraciət edənə qədər qarşılıqlı iddia ərizəsində göstərilənlərlə bağlı, həmçinin, müqavilə şərtləri ilə bağlı etirazını bildirməmişdir. Həmçinin, məhkəmə şahidlərin ifadələrini tədqiq edərək bu nəticəyə gəlir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Birinci instansiya məhkəməsi, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq hesab etmişdir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh borca görə 55193.87 manat, cəriməyə görə 1000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 56223.87 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə verilməli, ilk iddianın qalan hissəsi təmin edilməməli, Cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməli, həmçinin, qarşılıqlı iddia ərizəsi təmin edilmədiyindən Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu da ona aid edilməli, habelə mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla mülki iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 230 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin, onun nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh və onun nümayəndəsi (vəkili) də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh, onun vəkili, həmçinin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(063)-46/2020 nömrəli qətnaməsi mübahisələndirilən-ilk iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ucar Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(063)-46/2020 nömrəli qətnaməsi mübahisələndirilən-ilk iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh, onun vəkili, həmçinin nümayəndəsi Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar