Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-369/2024 03.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbinin direktoru Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(014)- 1319/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı 15 sentyabr 2007-ci il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Həmin məktəbin 9-cu sinif şagirdi Sona Həsənovanın anası Şəbnəm Həsənova məktəb rəhbərliyinə, daha sonra Ağdaş rayon prokurorluğuna və Ağdaş rayon Polis şöbəsinə müraciət edərək həmin məktəbin fiziki tərbiyə müəllimi İddiaçı qızına əxlaqsız hərəkətlər etdiyini bildirərək İddiaçı işdən azad olunmasını və cəzalandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin direktoru Nümayəndə 31 may 2023-cü il tarixli, 115 nörməli əmrinə əsasən İddiaçı işdən azad edilmiş, ona əmək kitabçası təqdim edilməklə, son haq-hesabı qanunvericiliyə uyğun şəkildə hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbində uzun müddətdir ki, fiziki tərbiyə müəllimi işləyir. Həmin məktəbdə işlədiyi dövr ərzində heç bir nöqsana yol verməmiş və ən yüngül intizam tədbiri olan xəbərdarlıq da almamışdır. Lakin 2022-ci ildən etibarən ona qarşı dərs dediyi şagirdlərdən birinin valideyni tərəfindən qarayaxma kampaniyası başlanılmış və bu barədə müxtəlif dövlət orqanlarına, o, cümlədən hüquq mühafizə orqanlarına həmin valideyn tərəfindən müraciətlər olmuşdur. Həmin müraciət əsasında toplanmış materiala hüquqi qiymət verilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbdə işlədiyi müddətdə hər zaman vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirərək müəssisənin maraqlarına xidmət etməyə çalışmışdır. Ancaq xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin direktoru Nümayəndə tərəfindən qanunsuz və əsassız olaraq verilən 115 nömrəli əmrlə işdən azad olunmuşdur. Sözügedən orqanla aralarında bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verilmişdir. 15 ildən artıq müddətdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbində çalışır. Onun işdən azad olmağı barədə qəbul edilən 115 nömrəli əmrin heç bir hüquqi əsası mövcud deyildir, tamamilə qərəzli olaraq qəbul edilmişdir. İşdən azad olunmamışdan öncə hər hansı vəzifə öhdəliyini pozmağı ilə bağlı olaraq ona heç bir xəbərdarlıq edilməmiş, işdən azad olunmağı isə barəsində qəbul edilən əmrdən sonra öyrənmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əgər yerinə yetirdiyi fəaliyyətlə əlaqədar olaraq tərəfindən hər hansı vəzifə öhdəliyi pozulmuşdursa, bununla bağlı işlədiyi orqan tərəfindən ilkin olaraq ona xəbərdarlıq edilməlidir. Ancaq bununla bağlı fəaliyyət göstərdiyi orqan tərəfindən ona xəbərdarlıq olunmamış, işdən azad olunmağı barədə əmri də sonradan öyrənmişdir. Bundan başqa Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində göstərilən hallar yalnız sübut olunduqca işəgötürən tərəfindın işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verə bilər. Yuxarıda göstərdiyi xüsusatlar, həmçinin işdən azad olunmağı barədə qəbul edilmiş əmri sonradan öyrənməyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbi ilə aralarında bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilməsinin bariz sübutudur. Bununla da onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin direktoru Nümayəndə tərəfindən barəsində verdiyi 115 nömrəli əmrin ləğv olunaraq yenidən işə bərpa olunmağı və məcburi işburaxma günləri üçün ödənilməmiş əmək haqqının ödənilməsi zəruridir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbində uzun müddətdir ki, fiziki tərbiyə müəllimi işləyir. Həmin məktəbin 9-cu sinif şagirdi Sona Həsənovanın anası Şəbnəm Həsənova məktəb rəhbərliyinə, daha sonra Ağdaş rayon prokurorluğuna və Ağdaş rayon Polis şöbəsinə müraciət edərək həmin məktəbin fiziki tərbiyə müəllimi İddiaçı qızına “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə mesajlar yazaraq, eyni zamanda məktəbdə olarkən dəfələr qızına sevgili olmasını təklif etdiyini bildirərək qızına qarşı müəllim adına xələl gətirən hərəkətlər etdiyini bildirərək bu qəbul edilməz vəziyyətə son qoyulmasını, İddiaçı işdən azad olunmasını və cəzalandırılmasını xahiş etmişdir. Məktəb rəhbərliyi tərəfindən dərhal araşdırma aparılmış, X5 Təhsil İdarəsinə məlumat verilmiş, məktəbdə çalışan müəllimlərin və digər işçilərin iştirakları ilə iclaslar təşkil olunmuş, baş vermiş hadisənin məktəbin və orada çalışan işçilərin nüfuzuna xələl gətirildiyi, müəllimin şagirdləri ilə “Whatsapp” sosial vasitəsi ilə yazışmalarının qəbuledilməz olduğu bildirilmiş, eyni zamanda İddiaçı işdən azad olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin direktoru Nümayəndə 31 may 2023-cü il tarixli, 115 nörməli əmrinə əsasən İddiaçı işdən azad edilmiş, ona əmək kitabçası təqdim edilməklə, son haq-hesabı qanunvericiliyə uyğun şəkildə hesablanmışdır.
5. Göründüyü kimi iddiaçının işdən azad olunmasının hüquqi əsası Pedaqoji şuranın xx.xx.2023-cü il tarixli iclasında da (həmin protokol hazırda qüvvədədir) öz təsdiqini tapmış İddiaçı yüksək müəllim adına ləkə gətirən davranışı olmuşdur.
6. Eyni zamanda, İlk Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli iclas protokolu (hazırda qüvvədədir) ilə də müəyyən edilmişdir ki, İddiaçı vəzifə öhdəliklərinin icrası zamanı əxlaqsız hərəkətlərə yol vermişdir.
7. Bundan başqa, iddiaçının hərəkətləri ilə bağlı istintaq orqanı araşdırma apararaq cinayət işinin başlanmasının rədd olunmasına dair nəticəyə gəlsə də, iddiaçının əmək intizamını pozması qənaətinə gələrək, bu barədə müvafiq təqdimatla müraciət etmişdir.
8. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
9. Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(014)-1319/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”na istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ağdaş rayon Təhsil Sektoru Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbi üzrə 158 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddətinin uzadılmasına dair əmr Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbdə məktəb rəhbərliyinin və digər işçilərin iştirakı ilə xx.xx.2023-cü il tarixli, 07 nömrəli iclas protokulundan və həmin iclas protokolunun Çıxarış Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 06 nömrəli iclas protokolu və həmin iclas protokolunun Çıxarışı Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəb üzrə fəaliyyət göstərən şəxslər tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktı Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin İlk Həmkarlar Komitəsinin sədri R.İsgəndərova tərəfindən həmin məktəbin direktoru Nümayəndə ünvanlanmış məktub Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X5 Təhsil İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2023-cü il tarixli, 3- 29-40/2-1039/2023 saylı məktub Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbi tərəfindən İddiaçı ünvanlanmış 13 iyun 2023-cü il tarixli, 22 nömrəli məktubu İddiaçı tərəfindən yazılmış və imzası ilə təsdiqlənmiş əlyazma Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin xx.xx.2022-ci il tarixli 02 saylı Pedaqoji şura protokolundan Çıxarışı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 115 nömrəli əmrin surəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin direktoru Nümayəndə tərəfindən verilmiş 31 may 2023-cü il tarixli, 115 nörməli əmr Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 24 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı Fərəcova-Həsənova Şəbnəmin məhkəməyə ünvanladığı teleqram
12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən ona görə işdən azad edilmişdir ki, o, fiziki tərbiyə müəllimi işləyərkən şagirdlərə (Aysun Fərəcova və Sona Həsənova) qarşı əxlaqsız hərəkətlər edərək müəllim adına yaraşmayan hərəkətlər edərək işəgötürənin qanuni mənafelərinə və hqüquqlarına xələl gətirmişdir. İddiaçının Sona Fərəcovaya qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsinə müraciət etmiş və bununla bağlı 24 sentyabr 2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı əxlaqsız hərəkətlər etməsi sübuta yetirilməmişdir. Həmçinin cavabdeh tərəfindən İddiaçı şagirdə qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Həmçinin Pedaqoji şuranın xx.xx.2023-cü il tarixli iclas protokolunda, İlk Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli iclas protokolunda qeyd edilənlərə əsasən İddiaçı əxlaqsız hərəkətlərə yol verərək və əmək intizamını pozması qənaətinə gəlmək kifayət qədər absurd yanaşmadır. Belə ki, mübahisənin predmeti İddiaçı əxlaqsız hərəkətlərə yol verməməsi və əmək intizamını pozmaması səbəbinə görə cavabdehin qəbul etdiyi əmrin ləğv edilməsidir. Həm əmrin, həm də iclas protokolunun eyni şəxsin rəhbərliyi altında hazırlanması həmin sübutun mötəbərliyini istisna edir. Həmçinin qeyd edilən hərəkətlərin cinayət məsuliyyəti yaratması ilə bağlı araşdırma istisna edir. Həmçinin qeyd edilən hərəkətlərin cinayət məsuliyyəti yaratması ilə bağlı araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin istintaq orqanı tərəfindən göndərilən təqdimatda Anarın əmək intizamını pozması bildirməsi ilə bağlı onu bildirirəm ki, həmin təqdimatın heç bir preyudisiallığı ola bilməz və digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Bundan əlavə bildirirəm ki, İddiaçı whatsap sosial platformasında şagirdlərlə əlaqə saxlaması əxlaqsızlıq kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən dövrdə dərslər online formada keçirirlmiş və bununla bağlı zərurət olduğuna görə əlaqə whatsap əlaqə vasitəsindən istifadə etməsi normaldır.
14. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(014)- 1319/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbinin direktoru Nümayəndə “izahat və şərhlər” adlı apellyasiya şikayətinə qarşı etiraz göndərərək göstərmişdir ki, İddiaçı yenidən məktəbə qayıtması məktəbdə təhsil alan 1100 nəfərə yaxın şagirdin və bir o qədər valideynin, çoxsaylı pedaqoji kollektivin narahatçılığına və narazıçılığına səbəb olacaqdır və məktəbdə yaranmış sağlam mühit pozulacaqdır. Onun dərslə təmin olunması qeyri-mümkündür. Odur ki, onun iddia tələbi təmin ediləməməlidir.
16. O cümlədən, X2 məhkəməyə teleqram göndərərək göstərmişdir ki, onun Ağdaş Rayon Prokurorluğuna olan müraciəti əsasında Ağdaş Rayon Polis Şöbəsində ərizəsinə baxlmiş və polis şöbəsinin qərarı əsasında cinayət işinin başlanması rədd edilmişdir. Lakin onun qərardan verdiyi şikayət əsasında Ağdaş Rayon Polis Şöbəsinin qərarı Ağdaş Rayon Məhkəməsi tərəfindən ləğv edilmiş və yenidən araşdırılması üçün polis şöbəsinə göndərilmişdir. Hazırda iş Ağdaş Rayon Polis Şöbəsində araşdırılır. Nəticəsi məlum deyil. O, bu apellyasiya işi üzrə tərəf olmasa da müəllimin işdən çıxarılmasına səbəb Sonaya qarşi İddiaçı tərəfindən edilən seksual zorakı xarakterli hərəkətlər olmuşdur. Belə ki qızı Sona 6-cı sinifdə oxuyarkən Anar müəllim tərəfindən ona qarşı əxlaqsız hərəkətlər edilmş və müəllim tərəfindən sevgili olmaqla bağlı ona təklif olunmuş və hətta təzyiq göstərilmişdir. Hətta o qızının üzündən tutaraq dodaqlarından öpmüş və heç kəsə deməməsi üçün qorxutmuşdur. Bu vaxt qızı paltar dəyişmə otağında olmuş və müəllim onu bir neçə saat orada saxlayaraq çıxmasına icazə verməmişdir. Həmin vaxtlar qızı sağlamığında müəyyən problemlər yarandığından o bunun baş vermə səbəbini başa düşməmiş, qızı həmin vaxtlar əsəbi olur və öz otağına çəkilərək ağlayırdı. Qızından bunun səbəblərini öyrənməyə çalışsa da məktəbdə müəllimlərindən, sinif yoldaşlarından hətta Anar müəllimin özündən sgrğulasa da heç nəyə nail olmayaraq yeniyetmə yaşlarından səbəb olduğu qərarına gəlmişdi. İndi onlara aydın olur ki əslində bu müəllimin əxlaqsız hərəkətləri ilə bağlı olmuş, qızı qorxduğundan bunu evdə deyə bilməmiş və ağlayaraq sakitləşməyə çalışmışdır. Sonradan qızının keçirdiyi stresslər səbəbindən sağlamlığında ciddi onkoloji problemlər yarandı. Və uzun müddət müalicələr etdirdi, qeyd edilən hərəkətlər məktəbin şagirdlərindən bir neçəsinə edilməsinə baxmayaraq onlar qorxaraq bu məsələni gizlətmişlər. O, məktəbin direktoruna, müəllimlərinə və Təhsil Nazirliyinə, o cümlədən müxtəlif dövlət orqanlarına yazılı və şifahi müraciət etmişdir. Onun məktəbdə müəllim kimi işləməsi uşaqlar üçün böyük təhlükədir. Qızı Sona uzun müddət qorxusundan məktəbə gedə bilmədi. Və Anar müəllim məktəbdən uzaqlaşdırıldıqdan sonra məktəbə getməyə başladı. İddiaçı məktəbdən uzaqlaşdırılması ilə bağlı məsələyə Ağdaş Rayon Polis Şöbəsinin təqdimatı əsasında X5 Təhsil İdarəsi tərəfindən baxılmış, eyni zamanda pedoqoji şurada məsələyə baxılaraq onun müəllim adına, əxlaqına yaraşmayan hərəkətlərinə qiymət verilərək işdən uzaqlaşdırılmışdır. Onun qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Anar müəllimin yenidən işə bərpa olunması uşaqların sağlamlağı, tərbiyəsi və təhsili üçün yol verilməzdir. Bu qızının yenidən dərslərdən məktəbdən uzaqlaşmasına səbəb olacaqdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbinin direktoru Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(014)-1319/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2 və 3-cü bəndlərində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, iş götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci bəndinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 189-cu maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
20. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın: - 3.8-ci bəndinə əsasən müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir. - 3.15-ci bəndinə əsasən müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət edir. - 6.1-ci bəndinə əsasən hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. - 6.3.6-cı bəndinə əsasən rəhbər bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. İddiaçı Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(014)- 1319/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin ....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 4-8-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir. İddiaçı 15 sentyabr 2007-ci il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbində fiziki tərbiyə müəllimi işləmiş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X5 Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektoru Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin direktoru Nümayəndə 31 may 2023-cü il tarixli, 115 nörməli əmrinə əsasən İddiaçı işdən azad edilmişdir. İddiaçının işdən azad olunmasının hüquqi əsası Pedaqoji şuranın xx.xx.2023-cü il tarixli iclasında da (həmin protokol hazırda qüvvədədir) öz təsdiqini tapmış İddiaçı yüksək müəllim adına ləkə gətirən davranışı olmuşdur. Eyni zamanda, İlk Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli iclas protokolu (hazırda qüvvədədir) ilə də müəyyən edilmişdir ki, İddiaçı vəzifə öhdəliklərinin icrası zamanı əxlaqsız hərəkətlərə yol vermişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Pedaqoji şuranın xx.xx.2023-cü il tarixli iclas protokolunda, İlk Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli iclas protokolunda qeyd edilənlərə əsasən İddiaçı əxlaqsız hərəkətlərə yol verərək və əmək intizamını pozması qənaətinə gəlmək kifayət qədər absurd yanaşmadır. Həm əmrin, həm də iclas protokolunun eyni şəxsin rəhbərliyi altında hazırlanması həmin sübutun mötəbərliyini istisna edir. Kollegiya qeyd edir ki, mülki işin 53-56-cı vərəqlərində olan Pedaqoji şuranın xx.xx.2023-cü il tarixli iclasında sədr qismində məktəbin direktoru Nümayəndə çıxış etmiş, lakin mülki işin 59-cu vərəqində olan İlk Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli iclasında sədr qismində Rübabə İsgəndərovanın iştirak etdiyi göstərilmişdir. Göründüyü kimi, hər iki protokol eyni şəxslər tərəfindən hazırlanmamışdır. Apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Beləliklə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(014)-1319/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(014)-1319/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev