Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-37/2024 22.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, onun torpağına gələn suyun kəsilməsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq varisliyinə yol verilməmə, xitam) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2(019)-72/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0,0450 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində yerləşən dəmir qapının sökülməsi, onun torpaq sahəsinə gələn suyun bağlanması ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayon Qaysa kəndində yaşayır, Balakən şəhəri, Z.Əliyeva küçəsində Cavabdeh 09 oktyabr 2018-ci ildə 0,045 ha həyətyanı torpaq sahəsini almışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********36 Qeydiyyat nömrəsi 36180062 olan Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır. Həmçinin həmin torpaq sahəsinə dair AN 321859 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədini də almışdır. O, torpaq sahəsini aldıqdan sonra cavabdeh özünə təzə həyət qapıları almış və həyət qapılarını 80 sm onun torpaq sahəsinə yerləşdirmiş, həmçinin 4 metr eni, 12 metr uzunluğunda onun torpaq sahəsini zəbt edərək ondan istifadə etməyə qoymur. Dəfələrlə cavabdehlə aralarında aparılan məhkəmədən kənar pretenziya qaydasında danışıqlar öz müsbət nəticəsini verməmişdir. Odur ki, ona məxsus torpaq sahəsinin boşaldılması, dəmir qapının sökülməsi, onun torpaq sahəsinə gələn suyun bağlanması ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2(019)-72/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, onun torpağına gələn suyun kəsilməsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiasının təmin edilməməsi, 100 manat dövlət rüsumu xərcinin İddiaçı özünə aid edilməsi, 50 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X2 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə məhkəmə kollegiyasında baxılarkən Cavabdeh ölməsi və barəsində mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verməməsi müəyyən edilmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş, Cavabdeh aid elektron sorğu məlumatlarından görünür ki, o, 24 yanvar 2024-cü il tarixdə ölmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh ölməsi nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi məsələsi üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddia tələbinin məzmunundan göründüyü kimi həmin tələb bilavasitə mərhum Cavabdeh ilə bağlı olmaqla sonuncunun Balakən şəhəri, Z.Əliyeva küçəsi ünvanında yerləşən 0,0450 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində yerləşən dəmir qapının sökülməsi, onun torpaq sahəsinə gələn suyun bağlanması ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulmasından ibarətdir. Yəni iddia tələbi bilavasitə Cavabdeh qarşı yönəlməklə, iddianın təmin ediləcəyi təqdirdə həmin şəxs tərəfindən icra edilməli olan tələblərdir. Tələb Cavabdeh qarşı yönəlməklə varisin onun əvəzindən həmin tələblər üzrə məsul olması imkanları nəzərdə tutulmamışdır. Bir sözlə mübahisə edilən hüquq münasibəti Cavabdeh ilə bağlı olmaqla onun vəfatından sonra məhkəmənin icraatında olan hazırkı iddia tələbi üzrə hüquq varisliyinə yol verilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.5-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xityam verilməsi nəzərə alınaraq iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələ də həll edilməklə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalı, birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat və məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 100 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2(019)-72/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, onun torpağına gələn suyun kəsilməsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki işin icraatına xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-37/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-37/2024
22.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver