Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-372/2022 17.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(014)-839/2021 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 3696,20 ABŞ dolları məbləğində əsas kredit borcu, 3760,17 ABŞ dolları məbləğində faiz borcu və 2295,91 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 9752 ABŞ dolları 28 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 məxsus Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracda satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 9752 ABŞ dolları 28 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 14 may 2015-ci il tarixli 015L**********32 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 15 may 2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 29ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasına və ödəniş planına 29 oktyabr 2015-ci il tarixli və 25 fevral 2016-cı il tarixli sazişlərlə dəyişiklik edilmişdir. Cavabdeh2 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh1 Cavabdeh2 İddiaçı QSC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15 may 2019-cu il tarixdən banka qaytarmamışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC ilə bağladığı 15 may 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Baş X7 idarəsi tərəfindən verilmiş AA 118078 saylı 15 may 2015-ci il tarixli çıxarışa əsasən Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 08 yanvar 2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizə Elelktron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuş və 16 yanvar 2019-cu il tarixdə həmin idarədə qeydiyyata alınmışdır. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 3696,20 ABŞ dolları məbləğində əsas kredit borcu, 3760,17 ABŞ dolları məbləğində faiz borcu və 2295,91 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 9752 ABŞ dolları 28 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 məxsus Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracda satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 9752 ABŞ dolları 28 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(014)-839/2021 saylı qətnaməsi ilə (hakim F.Nəsibov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3696,20 ABŞ dolları əsas borc, 3760,17 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu, cəmi 7456,37 ABŞ dolları (yeddi min dörd yüz əlli altı ABŞ dolları otuz yeddi sent) ödəniş gününə məzənnə üzrə manatla borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 10000 (on min) manat olmaqla açıq hərrac yolu ilə satılması, satışdan əldə edilən pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsaitin borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq ümumi qaydada tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 100 (yüz) manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülməsi: Xidmət göstərən: "xxxx" MMC, VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: "xxxx" ASC, iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 14 may 2015-ci il tarixli 015L**********32 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 15 may 2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 29 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasına və ödəniş planına 29 oktyabr 2015-ci il tarixli və 25 fevral 2016-cı il tarixli sazişlərlə dəyişiklik edilmişdir. Cavabdeh2 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh1 Cavabdeh2 İddiaçı QSC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15 may 2019-cu il tarixdən banka qaytarmamışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC ilə bağladığı 15 may 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Baş X7 idarəsi tərəfindən verilmiş AA 118078 saylı 15 may 2015-ci il tarixli çıxarışa əsasən Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 08 yanvar 2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizə Elelktron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuş və 16 yanvar 2019-cu il tarixdə həmin idarədə qeydiyyata alınmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının 22 iyun 2021-cı il tarixli ƏEM/İ 86-642/21 saylı rəyindən görünür ki, Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 22 iyun 2021-ci il tarixinə bazar dəyəri 12500 manat, likvid dəyəri 10000 manat təşkil edir. Ekspertiza xərci 100 manatdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilmiş və həmin məbləğ azaldılmış, yəni 2295,91 ABŞ dolları 10 ABŞ dolları miqdarında müəyyənləşdirilmişdir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının 22 iyun 2021-cı il tarixli ƏEM/İ 86-642/21 saylı rəyindən görünür ki, Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 22 iyun 2021-ci il tarixinə bazar dəyəri 12500 manat, likvid dəyəri 10000 manat təşkil edir. Ekspertiza xərci 100 manatdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3696,20 ABŞ dolları əsas borc, 3760,17 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu, cəmi 7456,37 ABŞ dolları (yeddi min dörd yüz əlli altı ABŞ dolları otuz yeddi sent) ödəniş gününə məzənnə üzrə manatla borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalı, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 10000 (on min) manat olmaqla açıq hərrac yolu ilə satılmalı, satışdan əldə edilən pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSCyə olan borcunun ödənilməsinə yönəldilməli, satışdan əldə olunacaq vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq ümumi qaydada tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülməli: Xidmət göstərən: "xxxx" MMC, VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: "xxxx" ASC, iddia ərizəsinin qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci, 298-ci, 317.1-ci, 319-cu, 385.1-ci, 414-416-cı, 442-ci, 443.1-ci, 445.1, 445.3, 448-ci, 449.4-cü, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1.3-cü, 33-cü, 34.1-ci, 41-ci, 59-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, kredit götürüldükdən bir müddət sonra onların maddi imkanı ağırlaşdığından, yəni Azərbaycan manatının devolvasiyaya uğraması nəticəsində, ölkə daxilində yaşayış üçün tələb olunan bəzi gündəlik məhsulların qiymətlərinin, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarından aldıqları malların qiymətlərinin dolların qiymətinin qalxması ilə əlaqədar həmin malların da qiymətlərinin qalxdığından və alıcılıq qabiliyyətinin yox həddinə düşməsi nəticəsində sahibkarlıq fəaliyyətini dayandırmağı səbəbindən onlar götürülmüş krediti qrafik üzrə ödəmək iqtidarında olmamışlar. Bütün bunlar barədə iddiaçı cəmiyyətə (banka) məlumat verilməsinə baxmayaraq cavabdehlər düşdükləri vəziyyətlə əlaqədar iddiaçı tərəfindən heç bir güzəşt olunmamışdır. Borclular tərəfindən götürülmüş kreditiin qaytarılması məqsədi ilə kredit müqaviləsi müddətinin faiz dərəcəsi tətbiq edilmədən uzadılması və aylıq ödənişin azaldılmasını təklif etsələr də, iddiaçı bütün bunlarla razılaşmamışdır. Məhkəmə iclaslarından xəbəri olmadığına görə iddiaçıya qarşı müqavilədə dəyişikliklərin edilməsinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edə bilməmişdir. İşə baxan məhkəmə işin yuxarıda göstərdiyi həqiqi hallarını məhkəmə iclaslarında iştirakını təmin etmədən tam və hərtərəfli araşdırmamış, düşdükləri ağır maddi vəziyyət işə baxan məhkəmə tərəfindən də nəzərə alınmamış, ədalətsiz qətnamə qəbul etmiş, tətbiq edilməli olduğu yuxarıda qeyd etdiyi maddi hüquq normalarını tətbiq etməmiş və tətbiq etdiyi maddi hüquq normalarını da səhv təfsir etmiş, nəticədə iş üzrə onların ağır olan vəziyyətini olduqca ağırlaşdırmışdır. İşə baxan məhkəmə iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, iddianın qismən təmin edilməsini ətraflı əsaslandırmamış, sübutları əlaqəli şəkildə şərh etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədə dəyişiklik edilməsi təklifini qəbul etməyən qarşı tərəf kredit müqaviləsinin şərtlərini pozduğu halda, buna hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən bir tərəfli mövqe tutmuşdur. Bununla da işə baxan məhkəmə nəticədə qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz qətnaməsini qəbul etmişdir. Qarşı tərəflə aralarında bağlanmış müqavilənin şərtlərində tərəflərin qarşılıqlı razılaşması əsasında müqavilədə dəyişiklik edilməsi, bu razılıq olmadığı halda, mübahisənin məhkəmə qaydasında həll edilməsi barədə dəqiq şərtlər göstərilməsinə baxmayaraq işə baxan məhkəmə yalnız müqavilənin mövcud olmasına, iddiaçı tərəfin tələbinə əsaslanaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. İşə baxan məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən götürülmüş kreditin qarfikə uyğun qaytarılmamasına əsaslanmışdır. Halbuki, onun 2-ci devolvasiyadan sonra maddi vəziyyəti kəskin şəkildə ağırlaşdığından iddiaçı tərəflə müqavilədə dəyişiklik edilərək güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanmasına və tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılaşma əsasında həlli istiqamətində tərəflərin arasında barışığa nail olmaq üçün şərait yarada bilərdi. Lakin kredit müqaviləsi üzrə götürülmüş vəsaitin qaytarılması qənaətinə gəlməsi işin yuxarıda qeyd olunan həqiqi hallarına uyğun gəlmir. Yuxanda qeyd edilənləri nəzərə alaraq, 2(014)-839/2021 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X4 məhkəmə kollegiyasından Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(014)-839/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması brədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, iş görməli, xidmət göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəri ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Cavabdeh2 apellyasiya şikayətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021ci il tarixli 2(014)-839/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 14 may 2015-ci il tarixli 015L**********32 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 15 may 2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 29 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasına və ödəniş planına 29 oktyabr 2015-ci il tarixli və 25 fevral 2016-cı il tarixli sazişlərlə dəyişiklik edilmişdir. Cavabdeh2 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə 15.05.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh1 Cavabdeh2 İddiaçı QSC qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15 may 2019-cu il tarixdən banka qaytarmamışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC ilə bağladığı 15 may 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Baş X7 idarəsi tərəfindən verilmiş AA 118078 saylı 15 may 2015-ci il tarixli çıxarışa əsasən Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 08 yanvar 2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizə Elelktron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuş və 16 yanvar 2019-cu il tarixdə həmin idarədə qeydiyyata alınmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin 22 iyun 2021-cı il tarixli ƏEM/İ 86-642/21 saylı rəyindən görünür ki, Kamaz 5511 yük markalı 90EA644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 22 iyun 2021-ci il tarixinə bazar dəyəri 12500 manat, likvid dəyəri 10000 manat təşkil edir. Ekspertiza xərci 100 manatdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, iddiaçı tərəf qəbul edilmiş qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətinin dəlillərində bildirmişdir ki, məhkəmə iddianın qismən təmin edilməsini ətraflı əsaslandırmamış, sübutları əlaqəli şəkildə şərh etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədə dəyişiklik edilməsi təklifini qəbul etməyən qarşı tərəf kredit müqaviləsinin şərtlərini pozduğu halda, buna hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən bir tərəfli mövqe tutmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, iş materiallarında olan iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilə, kredit razılaşmaları və zaminlik müqaviləsindən görünür ki, həqiqətən də cavabdehlərin Bank qarşısında borc öhdəlikləri vardır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 15.05.2015-ci il tarixli kedit razılaşması üzrə 3696,20 ABŞ dolları əsas borc, 3760,17 ABŞ dolları faiz borcu, 2295.91 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər bağlamış olduqlar müqavilədə faizlərin ödənilmə qaydasını razılaşdırmış və həmin şərtlərə uyğun cavabdeh öhdəliklərini yerinə yetirmişdir. Cavadehin dəlilləri faktiki olaraq müqavilənin şərtlərinin dəyişdirilməsinə yönəlmişdir ki, belə dəyişməyə isə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında yol verilə bilər. Digər tərəfdən cavabdehin müqavilənin şərtlərinin dəyişilməsinə dair iddiası mövcud deyildir. Faiz borcunun ödənilməsi tərəflərin bağlamış olduqları müqavilənin şərtlərinə və qanuna uyğun olmuşdur. Maddi imkanın olmamasına görə öhdəliyini icra edə bilməməsinə münasibətdə isə qeyd edilməlidir ki, kredit götürərkən cavabdehə öz maddi imkanları məlum idi, həmin vaxtdan sonra maliyyə vəziyyətinin daha da ağırlaşması onu müqavilə üzrə yaranmış öhdəliyin icrasından azad etmir. Apellyasiya şikayətində göstərilən digər dəlilə baş vermiş devalivasiya ilə əlaqədar ödəniş qabiliyyətinin olmamasına dair qeyd ediməlidir ki, tərəflər müqavilədə devalivasiya baş verərkən öhdəlikdən azad olunma ilə bağlı hər hansı razılıq əldə etməmişlər. Digər tərəfdən devalivasiyanın baş verməsi cavabdehi öhdəlikdən azad etmir və müqavilə şərtlərinə hər hansı dəyişiklik edilməsinə əsas yaratmır. Tərəflər müqavilə ilə kredit məbləğini, faizləri, öhdəliyin icra müddətini və bununla qarşılıqlı bağlı olan digər şərtləri razılaşdırmışlar. Müqavilənin şərtlərin əməl edilməməsi isə cavabdehin öhdəliyi pozması və lazımınca icra edilməməsi kimi qəbul olunur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş həmin dəlil birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə iclaslarından xəbəri olmadığına görə iddiaçıya qarşı müqavilədə dəyişikliklərin edilməsinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edə bilməməsidir. Kollegiya şikayətin həmin dəlilini də əsassız hesab edir. İş materiallarının 87-ci sənifəsində olan xəbərnamədən görünür ki, apelyator məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmışdır. Yəni şikayətin dəlilləri məhkəmə kollegiyasiyasının iclasında təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(014)-839/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(014)-839/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-372/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-372/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver