Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-375/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(019)- 57/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0.0320 ha hissəsindən və İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0.2982 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0.0891 ha hissəsindən çıxarılması, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 50,0 manat ekspertiza xərcinin 25,0 manatının Cavabdeh və 25,0 manatının İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Muradov Hidayət Musa oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh çıxarılması, həmin torpaq sahələrinə iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yaşayır. Ailəsi ilə birlikdə Balakən rayonunda kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi almaqla şərait yaratmışdır. Balakən rayonunda xüsusi mülkiyyətində olan torpaq sahələri vardır. Mübahisəli torpaq sahələri xüsusi mülkiyyətindədir. Ümumi sahəsi 0.7453 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2013-cü tarixdə AN-İNNd ******* nömrəli alqısatqı müqaviləsi əsasında Mirəliyev Həsən Vahid oğlu və onun ailə üzlərindən almış, ümumi sahəsi 0.2980 ha olan torpaq sahəsi 2014-cü ildə əmisi Vəliyev İlqar Əhməd oğlu və onun arvadı Vəliyeva Rahilə Yusif qızı tərəfindən xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında ona bağışlanmışdır. Hər iki torpaq sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən 0.7453 ha torpaq sahəsinə RX seriyalı ******* nömrəli çıxarışı, 0.2984 ha torpaq sahəsinə dair isə RX seriyalı ******* nömrəli çıxarışı almışdır. Cavabdeh torpaq sahələri onun torpaq sahələrilə qonşudur. Torpaq sahələrini aldığı vaxtdan hazıra kimi 0.2980 ha olan torpaq sahəsinə öz malqarasını saxlamaqla zəbt edir, digər 0.75 ha torpaq sahəsini torpaq sahəsinin şərq tərəfindən, meyvə ağacları olan, 0.08 ha hissəsi dəmir torla hasara almaqla zəbt edir və istifadə edir. O, bununla bağlı reyestr xidmətinin müraciət etmiş və oranın əməkdaşları ilə torpaq silələrinə baxış keçirilmişdir. Hər iki torpaq sahələrinin ona məxsus olduğunu və 0.77453 ha torpaq sahəsinin şərq tərəfində 0.08 ha hissəsinin cavabdeh tərəfindən dəmir tora alınmaqla həqiqətən də zəbt olunmasını təsdiq etmişlər. Cavabdeh isə bunu qəti olaraq inkar etmiş və həmin yerin həmçinin digər 0.2980 ha torpaq sahəsinin ona məxsus olduğunu, oradan çıxmayacağını, öz mallarını otarmaq üçün başqa yerinin olmadığını bildirmiş, hətta nalayiq sözlərlə onları söyüb təhqir etmişdir. Bu hal cavabdeh tərəfindən dəfələrlə təkrarlanmışdır. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlara şifahi qaydada müraciət etmişdir. Lakin mübahisələrinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi-vəkili Muradov Hidayət Musa oğlu iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyib, iddianın əsassız olduğunu göstərərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhəkəməsi, yuxarıda sadalanan qərarı qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. O ekspertin rəyi ilə tam narazıdır. Həmin torpaq sahəsi daimi onun istifadəsində olub. Ekspertin rəyini qərəzli hesab edir. Sonuncu məhkəmə iclasında iştirak edə bilmədiyinə görə təkrar ekspertiza barədə məhkəməyə vəsatət verə bilməmişdir. Lakin məhkəmə ekspert rəyinə əsaslanaraq işə baxıb yekun nəticə vermişdir. Məhkəmə sübutları araşdırarkən işin bu hallarına diqqət yetirməmiş, məhkəmə iclasında onun iştirakını təmin etməmiş, tədqiq edilən sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməmiş və səhv hüquqi nəticəyə gəlmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)- 57/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx xxxxxx 2013-cü il tarixli, AN-İ№0393070 daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Mirəliyev Həsən Vahid oğlu və Mirəliyev Röyal Həsən oğlu Balakən rayonu Qazma kəndində mülkiyyətində olan 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 5000 (beş min) manata İddiaçı satmışlar. İşdə olan xx xxxxx 2014-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, Vəliyev İlqar Əhməd oğlu və Vəliyeva Rahilə Yusif qızı onlara məxsus olan Balakən rayonu Qazma kəndində mülkiyyətində olan 0.2984 ha torpaq sahəsindən onlara düşən paylarını İddiaçı bağışlamışlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********68 olan, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndi 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 25 №li reyestr kitabının 73 №li vərəqində xx.xx.2014-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13 olan, ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndi 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 25 №li reyestr kitabının 93 №li vərəqində xx.xx.2015-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********68 olan, 001383 qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazma kəndi 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********68 olan, 003912 qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazma kəndi 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyindən görünür ki, 1.RX seriyalı, ******* nömrəli Çıxarışın planı və ölçüsü sənədlərində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0320 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir (sxem 1); 2. RX seriyalı, ******* nömrəli Çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0891 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir (sxem 2). İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 10/2091 saylı rəyindən görünür ki, RX seriyalı ******* nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0320 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. RX seriyalı ******* nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0891 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx xxxxxxxx 2020-ci il tarixli, 10/2091 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə, «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, , Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 238.1, 238.2, 238.3 və 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40 və 45-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 117.1, 118.1, 119.1 və 124.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində Balakən rayonunun Qazma kəndində 0.7453 ha və 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçıadına qeydə alınmış və ona daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********68 olan, ********** qeydiyyat nömrəli və reyestr nömrəsi **********13 olan, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 10/2091 saylı rəyi ilə müəyyən olunur ki, RX seriyalı ******* nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0320 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur, RX seriyalı ******* nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0891 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.İddiaçı xüsusi mülkiyyətində olan 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0320 ha hissəsi və 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0891 ha hissəsi Cavabdeh qanunsuz sahiblik və istifadəsindədir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyriqanuni olmalıdır. Birinci instansiya məhkəməsi bildirmişdir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh, RX seriyalı, ******* nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0320 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 1) və RX seriyalı, ******* nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0891 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 2) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə iddia qismən təmin edilməklə, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan sözügedən 0,7453 havə 0.2984 ha torpaq sahələrinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0320 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 1) və 0.0891 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 2) hissələrindən çıxarılmalı və iddiaçının həmin sahələrə mülkiyyət hüququ bərpa edilməli, iddiacavabdehin 0,7453 havə 0.2984 ha torpaq sahələrinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0320 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 1) və 0.0891 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 2) hissələrindən artıq torpaq sahələri hissəsindən çıxarılması və 0.0320 havə 0.0891 hahissələrindən artıq torpaq sahələri hissələrinə mülkiyyət hüququnun bərpa edilməsi hissəsində təmin edilməməlidir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, mübahisə predmeti olan 0.7453 ha və 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin İddiaçı mülkiyyətində olmasını, cavabdehinheç bir hüququ olmadan həmin 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0320 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem 1) və 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0891 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem 2) qanunsuz istifadə etməsinivə ona qeyri-qanuni sahiblik etməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə tam sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməməsini, bununla da onun mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq, hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0.0320 ha hissəsindən və İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0.2982 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0.0891 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququ bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə məhkəmə tikintitexniki ekspertizası məhkəmənin təşəbbüsü ilə keçirildiyindən, 50,0 manat ekspertiza xərcinin 25,0 manatı Cavabdeh və 25,0 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək,mübahisə predmeti olan 0.7453 ha və 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin İddiaçı mülkiyyətində olmasını, cavabdehinheç bir hüququ olmadan həmin 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0320 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem 1) və 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0891 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem 2) qanunsuz istifadə etməsinivə ona qeyri-qanuni sahiblik etməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə tam sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməməsini, bununla da onun mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0.0320 ha hissəsindən və İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0.2982 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0.0891 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququ bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə məhkəmə tikintitexniki ekspertizası məhkəmənin təşəbbüsü ilə keçirildiyindən, 50,0 manat ekspertiza xərcinin 25,0 manatı Cavabdeh və 25,0 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətində məhkəmə iclasında onun iştirakını təmin edilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, həmin hal mülki işin materiaları ilə təkzib edildiyindən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxxx 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Rövşən Rəfiyev
Məhkəmə qərarları › İş №2(107)-375/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-375/2021
24.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver