Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-376/2022 30.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə və tərcüməçilər X18 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə və Qax Rayon Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının tanınması və cavabdehə DƏDRX tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(024)-748/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(024)-748/2021 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin olunmuş, Cavabdeh adına verilmiş reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi 300600788, qeydiyyat tarixi 31.08.2006 olan Çıxarış etibarsız hesab edilmiş, iddianın qalan hissəsi əsassız hesab edilərək rədd edilmişdir. İşin halları İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə və Qax rayon Notariat ofisinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək miras əmlakın qəbul edilməsi faktının tanınması və cavabdehə Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31.08.2006-cı il tarixli, ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilməsinə baxmayaraq iddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin etibarnamə üzrə nümayəndəsi və Qax rayon Notariat ofisinin xüsusi notariusu məhkəmə iclasına gəlməmiş, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə gəlmiş, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin etibarnamə üzrə nümayəndəsi və Qax rayon Notariat ofisinin xüsusi notariusu isə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə və üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin etibarnamə üzrə nümayəndəsi və Qax rayon Notariat ofisinin xüsusi notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, babası X7 06.11.2005-ci il tarixdə ölmüşdür. Mərhum babasından Qax rayonu Alatəmir kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Eyni zamanda nənəsi X19 31.03.2011-ci il tarixdə ölmüşdür. Atası X12 isə 06.03.2012-ci ildə ölmüşdür. Babası özünə məxsus olan evi 04.12.1997-ci il tarixdə cavabdehə vəsiyyət etmişdir. Eyni zamanda babası həmin evi 23.12.2001-ci il tarixdə mərhum nənəsi X24 vəsiyyət etmişdir. Həmin evdə isə uşaqlıqdan hal-hazıra qədər o yaşamış və babasına, nənəsinə və atasına o baxmışdır. Onlar rəhmətə gedəndə isə onları o dəfn etmişdir. Bütün kənd camaatı buna şahiddir. Cavabdeh 04.12.1997-ci il tarixli vəsiyyətnamə əsasında 31.08.2006-cı il tarixdə DƏDRX-dən çıxarış almışdır. O atasının qanun üzrə birinci növbə vərəsəsidir və hesab edir ki, babasından qalan və qanunla atasına düşən payı o qəbul etməlidir və etmişdir. Bu səbəbdən hesab edir ki, cavabdehə babası tərəfindən 04.12.1997-ci ildə edilmiş vəsiyyətnamə ilə əldə edilmiş DƏDRX-dən 31.08.2006-cı il tarixdə verilmiş ******* saylı Çıxarış etibarsızdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən miras əmlakın qəbul edilməsi faktının tanınması və cavabdehə Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31.08.2006-cı il tarixli, ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək miras əmlakın qəbul edilməsi faktının tanınması və cavabdehə Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31.08.2006-cı il tarixli, ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərmişdir ki, cavabdehin babası mərhum X7 Qax rayonu Alatəmir kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evini 04.12.1997-ci il tarixdə Cavabdeh vəsiyyət etmişdir. Cavabdeh də həmin vəsiyyətnamə əsasında 31.08.2006-cı il tarixdə adma DƏDRX-dən çıxarışı almışdır. Həmin ev cavabdehə məxsusdur. İddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh həmin evi 1997-ci il tarixdə vəsiyyətnamə əsasında əldə etmişdir. Babası 2005-ci il tarixdə, nənəsi X19 2011-ci il tarixdə vəfat etmişdir. Konstantin Qiorqiyeviç vəfat etməzdən əvvəl həmin evi həyat yoldaşı X20 vəsiyyət etmişdir. Buradan aydın görünür ki, Konstantin Qiorqiyeviç vəfat etdikdən sonra onun yeganə vərəsəsi onun həyat yoldaşı X16. X25 Konstantin Qiorqiyeviçin vərəsəsi olduğu başa düşülən haldır. Lakin İddiaçı hazırki mübahisədən rolu nədən ibarət olduğu məhkəmə tərəfindən açıqlanmamışdır. Buradan aydın görünür ki, hazırki iddianı qaldırmaqda İddiaçı heç bir subyektiv hüququ yoxdur. Bundan əlavə iş materillarına əlavə edilmiş Qax Rayon Məhkəməsinin 2006-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsi ilə Qax rayon Məhkəməsinə müraciət edərək, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş və Qax Rayon Məhkəməsinin qətnaməsi ilə idia tələbi təmin edilmişdir. Həmin qətnamə hazırda qüvvədədir və qətnamədən şikayət verilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq və həmin qətnamə ləğv edilmədən Qax Rayon Məhkəməsi çıxarışı ləğv etməklə ədalətsiz qətnamə qəbul etmişdir. Konstantin və Elenaya ölən günə qədər Vitalinin atası İadon və Naziyə qulluq etmişdirlər. Konstantin vəfat edən vaxt onun dəfninə İadon köməklik edib. Həmin vaxt Kaxa həqiqi hərbi xidmətdə olmuşdur. Konstantin vəfat etdikdən sonra Konstantinin həyat yoldaşı Elena Qax rayonu Alatəmir kəndində yerləşən miras əmlakdan Vitalinin xeyrinə imtina etmişdir. Lakin Qax Rayon Məhkəməsində bu barədə vəsatət qaldırılmasına baxmayaraq həmin sənədləri notariat kontorundan tələb etməmişdir. Elena vəfat edən zaman onun dəfn xərclərini Vitali qarşılayıb və həmin vaxt İddiaçı 1000 manat məbləğində pul verib. Bu faktı şahidlər təsdiq edə bilər. İddiaçı Qax Rayonu Alatəmir kəndində özünə məxsus ayrıca evi var. Ona görə də, Qax Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(024)-748/2021 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(024)-748/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qax Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(024)-748/2021 nömrəli qətnaməsi iddianın Cavabdeh adına verilmiş reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi 300600788, qeydiyyat tarixi 31.08.2006 olan Çıxarışın etibarsız hesab edilməsi barədə təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, miras əmlakın qəbul edilməsi faktının tanınması və cavabdehə Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31.08.2006-cı il tarixli, ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia həmin hissədə də rədd edilməlidir. İşə əlavə edilmiş Qax rayon İHB-nm kənd İƏD-nin verdiyi 27.08.2021-ci il tarixli 1058 saylı arayışdan görünür ki, mərhum X9 Qax rayonu Böyük Alatəmir kəndində yaşamış və 06 noyabr 2005-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra sağ qalan qızları-X1, X8, X10, oğulları X11, X4 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 26 sentyabr 2019- cu il tarixli, № 05/76-537/69 və № 05/76-538/69 arayışların və Xİİ-5KT № 379076 saylı və АЗ № 373094 saylı doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X15 və X14 atası X12, anası isə X13. İşə əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi və 30 avqust 2021-ci il tarixli, № 05/76-434/69 saylı arayışdan görünür ki, X9 və X17 nikahları 09 avqust 2000-ci ildə rəsmi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İİ № 189505 saylı ölüm haqqında şəhadətnamənin təkrarının təsdiq olunmuş surətindən görünür ki, X7 06.11.2005-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İ № 485865 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 06.03.2012-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İ № 442435 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 31.03.2011 -ci il tarixdə ölmüşdür. İş materiallarında olan reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi 300600788, qeydiyyat tarixi 31.08.2006 olan Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Böyük Alatəmir kəndində yerləşən 0.1450 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 27.8 kv.m yaşayış sahəsində ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin verdiyi 02.11.2021-ci il tarixli, 05/07-5190/11 saylı məktubdan görünür ki, 23 dekabr 2001-ci il tarixli, 2V-200 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin 28.10.2021-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin məhkəməyə təqdim etdiyi notariat işinə əlavə edilmiş 23 dekabr 2001-ci il tarixli vəsiyyətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X7 harada yerləşməsindən və nədən ibarət olmasına baxmayaraq ölən gündə ona məxsus olan bütün əmlaklarını, o cümlədən Qax rayonu Alatəmir kəndində yerləşən fərdi yaşayış evini həyat yoldaşı X22 vəsiyyət etmişdir. İş materiallarında olan Qax RİHB-nm Qaxingiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 23.08.2021-ci il tarixli 1039 saylı arayışından görünür ki, İddiaçı Qax rayonu Böyük Alatəmir kəndində yaşayır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220.0.1, 1243.1, 1243.2, 1243.3, 1245 və 1246-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına istinad etmişdir. Azərbaycan Respublikasınım Mülki Məcəlləsinin 1220.0.1-ci maddəsinə əsasən Vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə həmişə dəyişdirə və ya ləğv edə bilər: Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə eldiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasmın yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, X7 06.11.2005-ci il, arvadı X23 31.03.2011-ci il tarixdə ölmüş, ölümündən sonra Konstantin Kosiaşvilinin qızları - X1, X8, X10, oğulları X11, X4 ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən X12 06.03.2012-ci il tarixdə ölmüşdür. Konstantin Kosiaşvili sağlığında özünə məxsus olan Qax rayonu Alatəmir kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evini 04.12.1997-ci il tarixli vəsiyyətnamə əsasında Cavabdeh vəsiyyət etmişdir. Bundan sonra Konstantin Kosiaşvili 23 dekabr 2001- ci il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasına baxmayaraq ölən gündə ona məxsus olan bütün əmlaklarını, o cümlədən Qax rayonu Alatəmir kəndində yerləşən fərdi yaşayış evini həyat yoldaşı X22 vəsiyyət etmiş və həmin tarixdə Qax rayon DNK-da bu barədə 2V-200 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə tərtib edilmiş, həmin vəsiyyətnamə 28.10.2021-ci ilədək dəyişdirilməmiş və ya ləğv edilməmişdir. Lakin buna baxmayaraq Cavabdeh həmin evin özünə vəsiyyət edilməsinə dair vəsiyyətnamənin qüvvədən düşməsinə baxmayaraq həmin vəsiyyətnamə əsasında **********11-10301, qeydiyyat nömrəsi 300600788, qeydiyyat tarixi 31.08.2006 olan Seriya MH № ******* saylı həmin Çıxarış əsasında Qax rayonu Böyük Alatəmir kəndində yerləşən 0.1450 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 27.8 kv.m yaşayş sahəsində ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı məhkəmədən miras əmlakın qəbul edilməsi faktının tanınması və cavabdehə Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31.08.2006-cı il tarixli, ******* saylı çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh adına verilmiş Çıxarışın etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, mərhum Konstantin Kosiaşvili tərəfindən özünə məxsus yuxarıda qeyd edilən fərdi yaşayış evi 1997-ci ildə nəvəsi Vitali Koiaşviliyə vəsiyyət edilsə də, sonradan Qax rayon DNK-da 2001-ci ildə həmin vəsiyyətnamənin yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib edildiyi üçün qüvvədən düşmüş vəsiyyətnamə əsasında Cavabdeh adma verilmiş **********11-10301, qeydiyyat nömrəsi 300600788, qeydiyyat tarixi 31.08.2006 olan Seriya MH № ******* saylı həmin Çıxarış qanunvericiliyin tələbləri pozulmaqla verildiyi üçün etibarsız hesab edilməlidir. Məhkəmə tələbin mirasın faktiki qəbulu ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı mərhum X5 nəvəsidir və Konstantin Kosiaşvilinin oğlu, yəni İddiaçı atası Karlo Kosiaşvili miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü üçün Konstantin Kosiaşvilidən miras qalmış əmlakdan Karlo Kosiaşviliyə düşəcək miras pay üzərində iddiaçının irsi transmissiya üzrə pay hüququ olsa da, mərnum Konstanin Kosiaşvilinin hazırda sağ qalmış X1, X8, X10, oğulları X6 ibarət 1-ci növbə vərəsələri qalmışdır. Eyni zamanda da iddiaçı Konstantin Kosiaşvilidən miras qalmış əmlakı faktiki qəbul etməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, İddiaçı mərhum X2 miras qalmış Qax rayonu Alatəmir kəndində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki qəbul etməsi sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh adına verilmiş reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi 300600788, qeydiyyat tarixi 31.08.2006 olan Çıxarış etibarsız hesab edilməli, iddianın qalan hissəsi isə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın Cavabdeh adına verilmiş reyestr nömrəsi **********11- 10301, qeydiyyat nömrəsi 300600788, qeydiyyat tarixi 31.08.2006 olan Çıxarışın etibarsız hesab edilməsi barədə təmin olunmuş hissəsində gəldiyi nəticə ilə razılaşmır. Birincisi ona görə ki, cavabdehin adına verilmiş çıxarış vəsiyyətnamə əsasında verildiyindən onun etibarsızlığına dair iddianın təmin edilməsi hər bir halda mübahisələndiriləndir. Məhkəməyə müraciət etmək hüququnu müəyyən edən həm Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, həm də Azərbaycan Respublikası MPMnin 4-cü maddəsinin mənasına görə öz hüquqları və azadlıqlarını müdafiə etmək, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəməyə müraciət etmək üçün şəxs müvafiq subyektiv hüquqa malik olmalıdır. İddiaçının isə Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə və Qax Rayon Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının tanınması və cavabdehə DƏDRX tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi tələbi ilə bağlı belə bir subyektiv hüquqa malik olması iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli və “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarlarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşə əlavə edilmiş Qax rayon İHB-nm kənd İƏD-nin verdiyi 27.08.2021-ci il tarixli 1058 saylı arayışdan görünür ki, mərhum X9 Qax rayonu Böyük Alatəmir kəndində yaşamış və 06 noyabr 2005-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra sağ qalan qızları-X1, X8, X10, oğulları X11, X4 ibarət vərəsələri qalmışdır. Konstantin Qiorqiyeviç vəfat etməzdən əvvəl 23 dekabr 2001-ci il tarixli vəsiyyətnamə ilə Qax rayonu Böyük Alatəmir kəndində yerləşən 0.1450 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 27.8 kv.m yaşayış sahəsində ibarət fərdi yaşayış evini həyat yoldaşı X20 vəsiyyət etmişdir. İddiaçı X3 nəvəsi olsa da, X20 münasibətdə sonuncu ilə heç bir qohumluq əlaqəsi yoxdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın Cavabdeh adına verilmiş reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi 300600788, qeydiyyat tarixi 31.08.2006 olan Çıxarışın etibarsız hesab edilməsi barədə təmin olunmuş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qax Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(024)-748/2021 nömrəli qətnaməsi iddianın Cavabdeh adına verilmiş reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi 300600788, qeydiyyat tarixi 31.08.2006 olan Çıxarışın etibarsız hesab edilməsi barədə təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, miras əmlakın qəbul edilməsi faktının tanınması və cavabdehə Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31.08.2006-cı il tarixli, ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Qax Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(024)-748/2021 nömrəli qətnaməsi iddianın Cavabdeh adına verilmiş reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi 300600788, qeydiyyat tarixi 31.08.2006 olan Çıxarışın etibarsız hesab edilməsi barədə təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Miras əmlakın qəbul edilməsi faktının tanınması və cavabdehə Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31.08.2006-cı il tarixli, ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia həmin hissədə də rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-376/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-376/2022
30.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver