Məhkəmə qərarları › İş №2(107)-376/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-376/2025

01.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-376/2025 01.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə haqqı” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və kirayə haqqı tələbi, qismən ləğv) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə haqqı” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(075)-2337/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, Şəki şəhəri, İstiqlaliyyət prospekti, ev 121 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh və övladları X10, X3 evdən çıxarılması və evdə qaldığı və istifadə etdiyi müddətdə aprel ayı 2024-cü il tarixdən evdən çıxacağı günə qədər bazar dəyərlərinə uyğun olaraq hər ayına görə 150 manat kirayə haqqı verilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, Şəki şəhəri, İstiqlaliyyət prospekti, ev 121 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh və övladları X10, X3 evdən çıxarılması və o evdə qaldığı və istifadə elədiyi müddətdə aprel ayı 2024-cü il tarixdən evdən çıxacağı günə qədər bazar dəyərlərinə uyğun olaraq hər ayına görə 150 manat kirayə haqqı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan Şəki şəhəri, İstiqlaliyyət prospekti, ev 121 (yeni qaydalarla ünvan 1 ünvanlı evdə bir neçə il bundan qabaq qardaşı X7 və onun həyat yoldaşı Cavabdeh uşaqları ilə birlikdə şifahi qaydada onlara bildirilərək müvəqqəti yaşamağa icazə verilmişdi. İndi isə qardaşı boşandıqdan sonra onun keçmiş həyat yoldaşı Cavabdeh və qızları X5, X3 o evdə qalmasını istəmir. Bunları onlara yenə şifahi olaraq çatdırdıqda onlar evdən çıxmayacaqlarını bildirdilər. Onların orda qalması üçün heç bir rəsmi sənəd, nədə heç bir rəsmi əsasları yoxdur. Cavabdeh aprel ayı 2024-cü il tarixdə boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış mövcuddur. Cavabdeh iddiaçının qardaşı ilə birgə nikah dövründə həmin evdə yaşasalar da, sonradan, yəni 05 iyun 2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinin qətnaməsi əsasında aralarında nikah pozulmuşdur. Lakin, buna baxmayaraq cavabdeh bugünə kimi istifadə hüququnun olmadığı halda həmin fərdi yaşayış evində övladları ilə yaşamağa davam edir. Hazırki vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu fərdi yaşayış evindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin fərdi yaşayış evindən mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının fərdi yaşayış evi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Göründüyü kimi cavabdehin qeyd olunan mübahisəli evdə hər hansı formada istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Cavabdehin mübahisəli evdə qanunsuz yaşaması iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, cavabdehin müvafiq evdə yaşaması üçün hər hansısa bir sənəd yoxdur və bununla bağlı hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil rəsmi müqavilə əsasında iddiaçının sahibliyinə və istifadəsinə verildiyindən, cavabdehin isə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən və yaxud həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı haqlı olaraq, cavabdehin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə 2024-cü ilin aprel ayından etibarən cavabdehin zəbt etdiyi fərdi yaşayış evində bu günə qədər yaşadıqlarına görə hər ay 150 manat kirayə haqqı olmaqla hesablanaraq dəymiş maddi zərərin, ona verilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh hər-hansı bir müqavilə olmadan qanunsuz olaraq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evini zəbt etmiş və həmin evdə bugünə kimi yaşadıqları vaxta kimi kirayə pulu ödəməmişdir. İddiaçının tələb etdiyi pul cavabdehin fərdi yaşayış evindən qanunsuz istifadəsi nəticəsində yaranmış zərər hesab olunur. Lakin iddiaçı iddia tələbində 2024-cü ilin aprel ayından (cavabdehin iddiaçının qardaşı ilə aralarında olan nikahın pozulması üçün ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən) evdən çıxacağı günə qədər 150 manat kirayə haqqının ödənilməsini xahiş etsə də, iş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-1228/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah 05 iyun 2024-cü il tarixdə pozulmuşdur. Buna görə də iddia həmin hissədə qismən əsaslı hesab edilmişdir.

5. Şəki Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(075)-2337/2024 saylı qətnaməsi ilə (hakim E.Vəliyev) iddia qismən təmin olunmuş, Cavabdeh və övladları X5, X3 Şəki şəhəri, İstiqlaliyyət prospekti, ev 121 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, Cavabdeh Şəki şəhəri, İstiqlaliyyət prospekti, ev 121 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə ilə əlaqədar xx.xx.2024-cü il tarixdən qətnamə icra edildiyi, yəni qeyd olunan fərdi yaşayış evi boşaldıldığı tarixədək hər ay 150 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 157.5, 157.8, 158.2, 158.4, 169.1, 385.1, 386.1, 560.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 03 mart 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, İstiqlaliyyət prospekti, ev 121 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.4 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.0456 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Şəki Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2 (075)-1228/2024 saylı Cavabdeh ilə X7 arasında 05 may 2009-cu il tarixdə bağlanmış 92 nömrəli nikah pozulmuşdur. Daşınmaz Əmlakın alqı-satqı mərkəzi tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli, 08 nömrəli arayışdan görünür ki, Şəki şəhəri, İstiqlaliyyət prospektində yerləşən 121 nömrəli, 8 otaqdan ibarət orta təmirli, hamamı həyətdə olmaqla, 4 sotda yerləşən evin bir aylıq bazar məzənnəsi 300-350 manat təşkil edir.

8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə iddiaçının qardaşı X7 ilə, cavabdehin nikah bağladığı xx.xx.2009-cu il tarixində, iş üzrə mübahisəli evin mülkiyyətçisi X4, artıq 4 ilə yaxın müddət idi ki, vəfat etmişdi və iş üzrə iddiaçının valideynləri də, miras əmlakı vərəsələri olaraq hələ qəbul etməmişdi. Yəni, qanunun “mülkiyyətçinin razılığı” tələbinin yerinə yetirilməsi, hüqiqi və həm də faktik olaraq mümkün deyildi. Əlavə, iş üzrə iddiaçının bu günkü günədək 2 uşaq dünyaya-gətirməsi ilə, mübahisəli evdə yaşamağa davam etməsi halı, mübahisəli daşınmaz əmlakın vərəsələrinin, faktiki razılıqlarının olması şərtləri ilə mümkün ola bilərdi. İş üzrə iddiaçının qardaşı Ramin Əliyevin, cavabdehlə nikah bağladığı xx.xx.2009-cu il tarixində, iddiaçı mübahisəli evin mülkiyyətçisi deyildi və mübahisəli evin, iş üzrə iddiaçının adına, hansı şərtlərlə qardaşı Ramin Əliyevin vərəsəliyi nəzərə alınmadan rəsmiləşdirilməsi araşdırılmamışdır.

10. Ona görə də, Şəki Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(075)- 2337/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia əsassız olduğu üçün təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini və apellyasiya şikayətini müdafiə etdiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(075)-2337/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərərçəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

17. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Şəki Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(075)- 2337/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən Cavabdeh Şəki şəhəri, İstiqlaliyyət prospekti, ev 121 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə ilə əlaqədar xx.xx.2024-cü il tarixdən qətnamə icra edildiyi, yəni qeyd olunan fərdi yaşayış evi boşaldıldığı tarixədək hər ay 150 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

20. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

22. Lakin iş materiallarından göründüyü kimi tərəflər arasında nəinki kirayə müqaviləsi, ümumiyyətlə kirayə haqqının ödənilməsi barədə şifahi razılaşma belə mövcud deyildir.

23. Bundan başqa, iddiaçı iddia ərizəsində və məhkəmədə vermiş olduğu izahatında da qeyd etmişdir ki, ona məxsus evdə bir neçə il bundan qabaq qardaşı X7 və onun həyat yoldaşı Cavabdeh uşaqları ilə birlikdə müvəqqəti yaşamağa icazə verilmiş və bunun müqabilində hər hansı bir pul vəsaiti tələb olunmamışdır.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın Cavabdeh Şəki şəhəri, İstiqlaliyyət prospekti, ev 121 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə ilə əlaqədar xx.xx.2024-cü il tarixdən qətnamə icra edildiyi, yəni qeyd olunan fərdi yaşayış evi boşaldıldığı tarixədək hər ay 150 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilməsi hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(075)-2337/2024 saylı qətnaməsi həmin hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(075)-2337/2024 saylı qətnaməsi Cavabdeh Şəki şəhəri, İstiqlaliyyət prospekti, ev 121 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə ilə əlaqədar xx.xx.2024-cü il tarixdən qətnamə icra edildiyi, yəni qeyd olunan fərdi yaşayış evi boşaldıldığı tarixədək hər ay 150 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh Şəki şəhəri, İstiqlaliyyət prospekti, ev 121 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə ilə əlaqədar xx.xx.2024-cü il tarixdən qətnamə icra edildiyi, yəni qeyd olunan fərdi yaşayış evi boşaldıldığı tarixədək hər ay 150 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilməsi hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar