Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-380/2024 20.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdehlər - Cavabdeh оğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tаrixli, 2(051)-2216/2023 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tаrixli, 2(051)-1908/2023 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə X1 Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 39 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından 22.11. 2021-ci il təvəllüdlü Məsud adlı uşağın İddiaçı yanında qalması müəyyən edilmiş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment və həmin uşaq 3 yaşına çatanadək ana üçün hər ay 50 manat məbləğində vəsait alınıb İddiaçı verilməsi qət edilmişdir
2. İş materiallarında olan DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Sahil küçəsi 91 saylı ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.
II. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun yəni İddiaçı azyaşlı xx.xx.2021-ci il təvəllüdlü Məsud adlı uşağı ilə birlikdə bərabər Mingəçevir şəhəri Sahil küçəsi 91 saylı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2021-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Məsud adlı uşağı dünyaya gəlmişdir. Bir neçə ay əvvəl Cavabdehla münasibətləri pozulmuş və nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. 11.2021-ci il təvəllüdlü Məsud adlı uşaq onun yanında qalmışdır. Cavabdehlə ayrılsalar da onun və qızının yaşamağa başqa bir yeri yoxdur. Övladı həmin mənzildə anadan olmuş və həmin mənzildə qeydiyyatdadır. Lakin ailə münasibətlərində yaranmış münasibətlər nəticəsində sözügedən mənzildən lazımi qaydada istifadə edə bilmir. Övladı ilə birlikdə yaşadıqları mənzildən ayrı düşməyi onlara problemlər yaradır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən mənzil onun əri olan Cavabdeh adınadır. Qanunvericiliyin tələbindən də bilindiyi kimi onun və övladının sözügedən mənzildən istifadə hüququ vardır. Odur ki, məhkəmədən onun azyaşlı xx.xx.2021-ci il təvəllüdlü Məsud adlı uşağı ilə birlikdə bərabər Mingəçevir şəhəri Sahil küçəsi 91 saylı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə nikahlarını xx.xx.2021-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Məsud adlı uşağı dünyaya gəlmişdir. Bir neçə ay əvvəl Cavabdehla münasibətləri pozulmuş və məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Göstərilən mənzil onun xüsusi mülkiyyətindədir. İddiaçının göstərilən mənzilə heç bir istifadə hüququ yoxdur və iddiaçının həmin mənzilə köçürülməsinə razı deyildir. İddianın rədd olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi şəxslə eyni məzmunlu izahat vermiş və iddianın rədd olunmasını xahiş etmişdir.
7. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 11 dekabr 2023-cü il tаrixli, 2(051)-2216/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə, öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdehin arasında mövcud olmuş ailə münasibətləri faktiki pozulduğundan, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında razılaşma və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçının mübahisəli mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsas yoxdur.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
10. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiаçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ...sözügedən qətnamədən tam narazıdır və qətnamənin ləğv olunması qənaətindədir. Belə ki, o, cavabdehlə ilə nikahlarını xx.xx.2021-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü Məsud adlı uşağı dünyaya gəlmişdir. Bir neçə ay əvvəl Cavabdehla münasibətləri pozulmuş və nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il təvəllüdlü Məsud adlı uşağı iddiaçının yanında qalmışdır. Cavabdehlə ayrılsa da onun və övladının yaşamağa başqa bir yeri yoxdur. Övladı həmin mənzildə anadan olmuş və həmin mənzildə qeydiyyatdadır. Lakin ailə münasibətlərində yaranmış münasibətlər nəticəsində sözügedən mənzildən lazımi qaydada istifadə edə bilmir. Övladı ilə birlikdə yaşadıqları mənzildən ayrı düşməkləri onlara problemlər yaradır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın rədd edilməsinə əsas səbəb kimi hakim onları cavabdehin ailə üzvü (və ya keçmiş ailə üzvü) kimi hesab etməməsidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin şərhi də mövcuddur. Belə ki, ərin arvadını və uşağını saxlamaq vəzifəsidir. Ailə Məcəlləsində, Mənzil Məcəlləsinin 30-cu maddəsində bu hallar öz əksini tapsa da qətnamədə əksi göstərilmişdir. Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi kimi onların maddi vəziyyətini, başqa yaşayış yerinin olmamasını, onun açıq ürək əməliyyatı olmağını və cavabdehin onların başqa yaşayış yeri ilə təmin etməməsini nəzərə alaraq biz mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ var. Göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tаrixli, 2(051)-2216/2023 saylı qətnaməsinin tam ləğv edilməsi, iddianın təmin olunması və iddiaçının azyaşlı xx.xx.2021-ci il təvəllüdlü Məsud adlı uşağı ilə bərabər Mingəçevir şəhəri Sahil küçəsi 91 saylı fərdi yaşayış evindən istifadə hüququ tanınması, həmin mənzilə köçürülmələri barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh оğlu apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tаrixli, 2(051)-2216/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək vermiş olduğu apellyasiya şikayətini müdafiə edərək onn təmin edilməsini, məhkəmə kollegiyasının iclasında isə övladının xəstə olması ilə əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiаçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
19. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
20. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
22. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur;
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respblikasının Mənzil Məcəlləsi
24. Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri - 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (...). - 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (...).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. Maddə 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarı; .... Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı; ... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tаrixli, 2(051)-2216/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
38. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
39. Müəyyən edilmişdir ki, tərəflər nikahlarını xx.xx.2021-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuşlar. İddiaçı cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri Sahil küçəsi 91 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Məsud adlı uşağq doğulmuşdur. Onlar bir müddət mehriban yaşadıqdan sonra münasibətləri korlanmış və Mingəçevir Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tаrixli, 2(051)-1908/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Qətnaməyə əsasən uşaq ananın (iddiaçının) yanında saxlanılmışdır. İddiaçı uşağı ilə birlikdə cavabdehə məxsus evi tərk etmiş, hazırda öz valideynlərinin yanında yaşayır. İddiaçı hazırkı idddia tələbləri ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
40. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının gəlin köçdüyü Mingəçevir şəhəri Sahil küçəsi 91 saylı evi mülkiyyət hüququ əsasında Cavabdehnın adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iş üzrə hüquq münasibətləri xx.xx.2021-ci il tarixdə, yəni tərəflərin nikaha daxil olmalarından sonra yaranmışdır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
43. Birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə mübahisəli yaşayış evinin mülkiyyətçisinin arasında mövcud olmuş ailə münasibətləri faktiki pozulduğundan, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə iddiaçının arasında razılaşma və ya ailə münasibətləri mövcud olmadığından, sonuncunun mübahisəli mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsası yoxdur.
44. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin hüquqi əsası yoxdur, hazırda o, mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü olmadığından, həmçinin hazırkı mülkiyyətçinin razılığı olmadığından, onun keçmiş ailə üzvü kimi mübahisəli mənzildən müəyyən müddətə istifadə etmək hüququ da yaranmır. Bununla da iddiaçının mənzilə hər hansı hüququ olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
46. Ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında ərin əmək qabiliyyətli arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
47. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi Cavabdehnın keçmiş arvadıdır.
48. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir.
49. Qanuni qüvvəyə minmiş qətnaməyə əsasən, tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşaq iddiaçının (ananın) himayəsində saxlanılmışdır. Qanunun tələbinə görə, həmin azyaşlı uşağın yaşayış yeri anasının yaşayış yeri sayılır (21-ci bənd).
50. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı vəziyyətdə yaşayış evinin mülkiyyətçisi olan cavabdehin keçmiş arvadı olduğuna görə, iddiaçının mübahisə predmeti olan yaşayış evindən istifadə hüququ yaranmamışdır.
51. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
52. Baxılan iş üzrə, yaşayış evinin mülkiyyətçisi olan cavabdehin sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, o, iddiaçıya yaşayış evindən istifadə hüququna razılıq verməyə borclu olsun. İddiaçının keçmiş ailə üzvü kimi cavabdehə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün də qanuni əsaslar müəyyən edilməmişdir .
53. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
55. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
56. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
59. Ona görə də, iddiаçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tаrixli, 2(051)- 2216/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiаçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tаrixli, 2(051)-2216/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov