Məhkəmə qərarları › İş №2(107)-385/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-385/2023

03.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-385/2023 03.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə birinci növbə vərəsələrin payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: payının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, məcburi payın tamamlanması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X10 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 və onun nümayəndəsi və vəkili X18 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə birinci növbə vərəsələrin payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(051)-1558/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. X29 16 oktyabr 2021-ci ildə ölmüşdür. Onun İddiaçı, X5, X19, X25, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı və Cavabdeh3 olmaqla birinci növbəli yeddi vərəsəsi qalmışdır. Ondan Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsində yerləşən 21 saylı evin 33 saylı mənzil, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi 22 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və “LF 7132E-330” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlak qalmışdır. Mərhum X1 şəhəri, Sahil küçəsi 4-cü döngə, 18A ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsini ölümündən əvvəl xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı bağışlamışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X11 miras qalmış, Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsində yerləşən 21 saylı evin 33 saylı mənzilin, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi 22 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin və “LF 7132E-330” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi üzərində onun, qalan ½ hissəsi üzərində isə onun, uşaqları X12, X19, X13 və cavabdehlər Cavabdeh1, Məmmədova (Abdullayeva) Xanbaba qızı və Cavabdeh3 miras paylarının müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X11 miras qalmış Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 21 saylı evin 33 saylı mənzildən, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi 22 ünvanda yerləşən 0.04 ha torpaq sahəsindən və “LF 7132E-330” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobildən onun və uşaqlarının paylarının tam müəyyən olunması, miras əmlakların yalnız onun və uşaqları tərəfindən qəbul edilməsi və həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun və uşaqlarının adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclası zamanı iddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 2004-cü ildə faktiki nikah münasibətlərinə girməklə X29 ilə ailə qurmuşdur. Nikahlarını 08 dekabr 2006-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 iyun 2005-ci ildə Nurlana, 20 iyun 2012-ci ildə Hüseyn və 11 may 2015-ci ildə Aqşin adlı uşaqları doğulmuşdur. Birgə nikahdan doğulan Oruc adlı oğlu isə 2011-ci ildə 2 yaşında vəfat etmişdir. Bir müddət Rusiya Federasiyasında, bir müddət də Mingəçevir şəhərində qohum evində yaşamışlar. Mərhum əri İİ qrup müharibə əlili olmuşdur. Sonradan ərinə dövlət tərəfindən mənzil bağışlanmışdır və həmin mənzildə yaşamağa başlamışlar. Mingəçevir Bələdiyyəsi xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsini X20 hədiyyə vermişdir. 2018-ci ildə dövlət tərəfindən ərinə “Nazlifan” markalı minik avtomobili pulsuz olaraq verilmişdir. Həmçinin nikahdan əvvəl ərinin atası tərəfindən ərinə 0,10 ha həyətyanı torpaq sahəsi bağışlanmışdır. Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsində yerləşən 21 saylı evin 33 saylı mənzili və Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi 22 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi, “LF 7132E-330” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil mərhum əri Xanbaba Abdullayevin mülkiyyətində olmuşdur. 0,1 ha həyətyanı torpaq sahəsi isə əvvəlcə ərinin mülkiyyətində olmuş, lakin ölümündən əvvəl 2021-ci ilin sentyabr ayında həmin torpaq sahəsini ona bağışlamışdır. X14 16 oktyabr 2021-ci ildə vəfat etmişdir. Qeyd olunan mənzil, torpaq sahəsi və avtomobil mərhum ərindən miras qalmışdır. Bundan sonra o və uşaqları miras qalmış mənzil, torpaq sahəsi və avtomobili faktiki olaraq qəbul etmişlər. O, ərindən miras qalmış mənzilə, torpaq sahəsinə və avtomobilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin mərhum ərinin birinci nikahdan olan uşaqları mirasın bölüşdürülməsi ilə bağlı mübahisə yaratdığına görə Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və ona məhkəməyə müraciət etməli olduğunu tövsiyə etmişdir. O da məhkəməyə müraciət etməli olmuşdur. Mərhum əri birinci ailəsindən ayrılan zaman uşaqlarına hər cür şərait yaratmış, onları mənzillə təmin etmişdir. Bundan başqa mərhum əri Xanbaba Abdullayevin birinci ailəsindən olan uşaqları nə miras qoyanın sağlığında, nə də miras açıldıqdan sonra heç vaxt onlara məxsus mənzildə yaşamamış, torpaq sahəsindən və avtomobildən istifadə etməmişlər. Bununla da cavabdehlər miras əmlakı faktiki olaraq qəbul etməmişlər. Həmçinin cavabdehlər X21, Cavabdeh2 və Cavabdeh3 X3 miras qalmış əmlakı qanunla müəyyən olunmuş müddət ərzində notariusa ərizə verməklə də qəbul etməmişlər və bu barədə notariat kontoruna ərizəni qanunla müəyyən olunmuş müddət ərzində təqdim etməmişlər. Belə ki, cavabdehlər notariat ofisinə ərizələrini 28 mart 2022-ci il tarixdə vermişlər. X38 16 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər isə qanunla nəzərdə tutulmuş 3 aylıq müddəti ötürməklə 28 mart 2022-ci il tarixdə, yəni 5 ay 12 gündən sonra ərizələrini notariat ofisinə təqdim etmişlər. Belə olan halda iddiaçılar mirasın qəbulu müddətini ötürmüşlər. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsinin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Belə olan halda cavabdehlər miras əmlakları nə qanuni, nə də ki faktiki qəbul etməmişlər. Bununla da cavabdehlər mirasdan pay almaq hüquqlarını itirmişlər. Odur ki, 16 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X11 miras qalmış Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 21 saylı evin 33 saylı mənzilinin, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi 22 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və “LF 7132E-330” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobildən onun və uşaqlarının paylarının tam müəyyən olunması, miras əmlakların yalnız onun və uşaqları tərəfindən qəbul edilməsi və həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun və uşaqlarının adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, əsasən təmsil etdiyi şəxslə eyniməzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi.

6. Məhkəmə iclası zamanı Cavabdeh2 iddianı qismən qəbul etdi və göstərdi ki, mərhum atası X29 onun anasından ayrıldıqdan sonra iddiaçı ilə evlənmişdir. Onların birgə nikahlarında qeyd edildiyi kimi üç nəfər uşaqları doğulmuşdur. Lakin atasının sağlığında iddiaçı onu və digər cavabdehlərin atası ilə görüşməsinə və münasibət saxlamasına imkan verməmişdir. Ona görə də o, bir dəfə də olsun atasının yaşadığı mübahisəli evə getməmişdir. Həmişə də iddiaçı onu evə buraxmayacağı ilə təhdid etmişdir. Çünki atası ağır xəstə olanda o, atasının yanına getmək istəmiş, lakin iddiaçı icazə verməmişdir. Ondan sonra atası xx.xx.2021-ci il tarixdə vəfat edəndə də o, Bakı şəhərindən gəlmiş, lakin iddiaçı atasının dəfn mərasiminə buraxmayacağı ilə bağlı digər qohumları vasitəsilə onu xəbərdar etmişdir. Ona görə də o, dava-dalaş çıxmasın deyə, yas mərasiminə getməmişdir. Bununla da o, atsının qəbirni ziyarət etməklə kifayətlənmişdir. İddiaçı atasının dəfnində yalnız qardaşı Azərin iştirak etməsinə icazə vermişdir. Atasının ölümündən 40 gün keçmiş bibisi oğlu Əziz ona zəng vurmuş və mənzilin iddiaçının adına keçməsi üçün gəlib ərizə verməsini demişdir. Sonra iddiaçı qardaşı Azərdən xəbər göndərmişdir ki, 0,04 ha torpaq sahəsini onlara verir, mənzil isə onun olsun. Atasının dəfninə, yas mərasimlərinə gəlməyə iddiaçı imkan verməmişdir. Ona görə də o, edilən təkliflə razılaşmamışdır. 2022-ci ilin mart ayında digər cavabdehlərlə birgə mirasın qəbulu barədə ərizə vermişdir. Ondan başqa iddiaçı atasının ağır xəstəliyindən istifadə edərək, ölümündən 1-2 ay əvvəl onu notariusa aparaq 0.10 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsinin özünə bağışlanmasına nail olmuşdur. Halbuki, həmin vaxt atası ağır xəstə olmuşdur. Ona görə də o, həmin torpaq sahəsinin də miras toplusuna daxil edilməsini istəyir. Odur ki, məhkəmədən ona çatası miras payının verilməsini xahiş edir.

7. Məhkəmə iclası zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Vəkil2 iddianı qismən qəbul etdi, əsasən Cavabdeh2 ilə eyniməzmunlu izahat verdi və məhkəmədən təmsil etdiyi şəxslərə çatası miras payının verilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi.

8. Üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçı ilə X6 xx.xx.2006-cı il tarixdə nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından X30, xx.xx.2005-ci il tarixdə X5, xx.xx.2012-ci il tarixdə X19, xx.xx.2015-ci il tarixdə X25 adlı uşaqları doğulmuşdur. X30 xx.xx.2011-ci il tarixdə ölmüşdür. X15 birinci arvadı olmuş X16 ilə birgə nikahından isə xx.xx.1991-ci il tarixdə Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, xx.xx.1994-cü il tarixdə Cavabdeh3, xx.xx.1997-ci il tarixdə Cavabdeh1 doğulmuşdur. X29 xx.xx.2021–ci il tarixdə ölmüşdür. X3 Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzil, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobil miras qalmışdır. X15 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı və 6 nəfər uşağı: Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Nurlana Allahverdiyeva, Hüseyn Abdullayev, Aqşin Abdullayev daxil olmuşdur. Mərhumun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan İddiaçı, X5, X19, X25 xx.xx.2022-ci il tarixdə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 isə xx.xx.2022-ci il tarixdə X3 miras qalmış əmlakı qəbul etmək barədə notariat ofisinə ərizə vermişlər. İddiaçı cavabdehlerin miras əmlakı faktiki qəbul etmədiklərini və mirasın qəbulu üçün müəyyən edilmiş 3 aylıq müddəti ötürdüklərini qeyd edərək, miras əmlakların yalnız onun və uşaqları tərəfindən qəbul edilməsini xahiş etmişdir. Bununla da vərəsələr arasında miras əmlakla bağlı mübahisə yaranmışdır.

10. Məhkəmə, həmçinin müəyyən etdi ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində X15 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsini X1 Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı bəxşiş etmiş və onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdehlər isə bağışlanmış əmlakın da miras toplusuna daxil edilməsini və onlara çatmalı olan məcburi payın həmin əmlak hesabına tamamlanmasını tələb edirlər.

11. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış münasibət mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan və miras qoyan, X6 xx.xx.2021–ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququna dair normaları tətbiq edilməlidir.

12. Məhkəmə, həmçinin hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik qaydalarını tənzimləyən normalar tətbiq edilməlidir.

13. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, X3 Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzil, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobil miras qalmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, X6 tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsini cavabdehlər mübahisələndirərək, həmin əmlak hesabına onlara çatmalı olan məcburi payın tamamlanmasını tələb etmişlər.

14. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, mərhumun anası X42 xx.xx.1976-cı il tarixdə, atası X26 xx.xx.2009-cu il tarixdə, mərhumun oğlu X30 isə xx.xx.2011-ci il tarixdə 2 yaşında öldüyündən, yəni Xanbaba Abdullayevin öldüyü məqamda sağ olmadıqlarına görə X6nun ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı, qızları Cavabdeh1, Cavabdeh2, X5, oğulları Cavabdeh3, X19, X25 daxil olmuşdur.

15. Məhkəmə iddiaçının miras qoyanın birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 miras əmlakı faktiki qəbul etmədikləri və xx.xx.2022-ci il tarixdə miras əmlakı qəbul etmələrinə dair ərizə ilə notariat ofisinə müraciət etməklə mirasın qəbulu müddətini ötürdükləri ilə bağlı istinad etdiyi halları və cavabdehlərin mərhum tərəfindən iddiaçıya bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi hesabına onlara çatmalı olan məcburi payın tamamlanması barədə tələblərini nəzərə alaraq, həmin halları işin mübahisə edilən faktiki halları hesab edir.

16. Məhkəmə mübahisənin qanunamüvafiq şəkildə həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir.

17. Miras qoyan X15 birinci növbəli qanun üzrə vərəsəsi olan İddiaçı və digər birinci növbəli vərəsələr olan X5, X19, X25 həm miras qoyanın sağlığında, həm də onun ölümündən sonra miras əmlaka daxil olan mənzildə yaşamışlar, həmçinin miras əmlaka sahiblik və onu idarə etməklə miras əmlakın faktiki qəbul edilməsinə yönələn hərəkətləri həyata keçirmişlər. Yəni iddiaçı qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq, mübahisəli əmlaklardan təyinatına uyğun olaraq istifadə etməklə miras əmlakı faktiki qəbul etmişdir. İddiaçı və uşaqları, o cümlədən miras əmlakı rəsmi qaydada qəbul etmək üçün xx.xx.2022-ci il tarixdə notariat kontoruna ərizə də vermişlər. Digər birinci növbəli qanun üzrə vərəsələr olan cavabdehlər isə miras açıldıqdan sonra iddiaçı ilə aralarında narazılıq yarandığı üçün faktiki şəkildə miras əmlakın qəbul edilməsi ilə bağlı hərəkətlər yerinə yetirə bilməmişlər. Tərəflər arasında miras əmlakın qəbuluna dair razılıq əldə edilmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28 mart 2022-ci il, Cavabdeh3 29 mart 2022-ci il tarixdə, yəni miras açıldığı vaxtdan 5 ay sonra notariat kontoruna ərizə verməklə mirası qəbul etmişlər.

18. Qanunverici mirasın qəbulunun formal və qeyri-formal üsullarını fərqləndirmiş, o cümlədən mirasın qəbul edilməsi üçün miras açıldığı vaxtdan sonra 6 aylıq müddət müəyyən etmişdir. Həmin müddət mirasın qəbulunun formal üsulu üçün nəzərdə tutulmuş müddətdir.

19. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı və onun uşaqları olan digər birinci növbəli vərəsələr miras əmlakı həm formal, həm də qeyri-formal yolla qəbul etmişlər. Belə ki, onlar X3 miras qalmış Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzildən təyinatına uyğun olaraq istifadə etməklə sahibliyi həyata keçirmiş, həmçinin miras mülkün qorunub saxlanmasını və abadlaşdırılmasını təmin etməklə mirası faktiki idarə etmişlər. Həmçinin iddiaçı uşaqları ilə birlikdə miras açıldıqdan 4 ay sonra notariat ofisinə mirasın qəbuluna dair ərizə ilə müraciət etmişlər. Digər tərəfdən cavabdehlər isə iddiaçı ilə mübahisəli münasibətdə olduqlarına görə miras əmlakı faktiki yolla qəbul etmək imkanlarına malik olmadıqları üçün miras açıldıqdan 5 ay sonra mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə verməklə mirasın qəbul edilməsinin formal üsulunu həyata keçirmişlər. Bununla da onlar mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün qanunda nəzərdə tutulmuş 6 aylıq müddəti ötürməmişlər. Eləcə də işin müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdehlər arasında ilk növbədə qarşılıqlı razılıq əsasında mirasın bölüşdürülməsi ilə bağlı müzakirələr olmuşdur. Sonradan razılıq əldə edilmədiyinə görə hər iki tərəf notariusa müraciət etmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdehlər də mirasın qəbul etməsi istiqamətində real davranış nümayiş etdirmişlər.

20. Məhkəmə, cavabdehlərin mərhum tərəfindən iddiaçıya bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi hesabına onlara çatmalı olan məcburi payın tamamlanması barədə tələbləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

21. X6 tərəfindən ünvan 4 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi xx.xx.2021-ci il tarixdə arvadı İddiaçı bağışlanmışdır. Həmin torpaq sahəsinin bağışlanmasından 1 ildən artıq müddət keçmişdir. X5, X19, X25, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, Cavabdeh3 X15 qanun üzrə birinci növbəli vərəsələri olduqlarına görə məcburi pay hüququna malik olan şəxslər sırasına daxildirlər. Həmin əmlak mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Ona görə də, cavabdehlərin miras qoyan tərəfindən bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları vardır.

22. Bağışlanmış əmlak hesabına məcburi payın tamamlanması tələbinin təmin edilməsi üçün zəruri şərtlər məcmu halında mövcud olduğundan, məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına X4, X8, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 məcburi payları tamamlanmalıdır.

23. Məhkəmə, həmçinin qeyd edir ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair bağlanmış bağışlanma müqaviləsi də məcburi payın tamamlanması hissəsində qismən etibarsız hesab edilməli, həmin müqavilə əsasında daşınmaz əmlakın reyestrində qeydə alınmış reystr qeydi də qismən ləğv edilməli və X6na məxsus həmin torpaq sahəsinin məcburi payın tamamlanması hissəsi də miras toplusuna daxil edilməlidir.

24. Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(051)- 1558/2022 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin olunmuş, X3 miras qalmış, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzilə, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobilə münasibətdə İddiaçı, X5, X19, X25, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızı, Cavabdeh3 X6nun birinci növbəli qanun üzrə vərəsələri tanınmaları, X3 miras qalmış, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzildən, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobildən İddiaçı, X4, X8, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3, hər birinin paylarının 1/7 hissədə müəyyən edilməsi, X6nun məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, X4, X8, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 X6 tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi paylarının tamamlanması, X6 tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə- 1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilməsi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydinin birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X3 miras qalmış ½ hissəsindən İddiaçı məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə payı nəzərə alınmaqla, cəmi payının 8/14 hissədə, X4, X8, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 hər birinin miras paylarının 1/14 hissədə müəyyən edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 667, 1133, 1134, 1145, 1146, 1151, 1159, 1193, 1200, 1243, 1246, 1255 və 1321-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

26. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X29 ilə İddiaçı nikahları xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində bağlanmış və 315 nömrə ilə qeydə alınmışdır.

27. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X29 ilə İddiaçı birgə münasibətindən xx.xx.2005-ci il tarixdə X5, xx.xx.2012-ci il tarixdə X19, xx.xx.2015-ci il tarixdə X25 adlı uşaqları doğulmuşdur.

28. İş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X29 xx.xx.2005-ci il tarixdə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2021-ci ilin iyul ayının 22-də 71 nömrə ilə qeyd edilmişdir.

29. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 xx.xx.1991-ci il tarixdə X29 ilə X7 birgə nikahından doğulmuşdur.

30. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışın surətindən görünür ki, X34 və X9 nikahı haqqında 19 noyabr 2008-ci il tarixdə 459 nömrəli aktın qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.

31. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1994-cü il tarixdə X29 ilə X7 birgə nikahından doğulmuşdur.

32. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.1997-ci il tarixdə X29 ilə X7 birgə nikahından doğulmuşdur

33. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 006825 nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, 3-cü qrup Qarabağ Müharibəsi əlili X15 3 nəfərdən ibarət ailə üzvü ilə birlikdə 2 otaqdan ibarət 42,5 kv. m. yaşayış sahəsi olan C.Əliyev küçəsində 21 nömrəli evin 33 nömrəli mənzilində yaşamağa hüququ var.

34. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********96-05101- 093008 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən ümumi sahəsi 74.35 kvadrat metr olan mənzil üzərində X15 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

35. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir Bələdiyyəsi xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha torpaq sahəsini X20 hədiyyə vermişdir

36. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********04 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0.04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi üzərində X15 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

37. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarına uyğun olaraq Qarabağ müharibəsi əlili X24 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 2018-ci il 12 aprel tarixli **********9 nömrəli əmrlə “Nazlifan” markalı, mühərrik nömrəsi LF479Q3- B*180100044*, şassi nömrəsi LLV1C2A13J0380693 olan minik avtomobili pulsuz olaraq verilmişdir.

38. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobil X15 mülkiyyətindədir.

39. İş materiallarında olan Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 4Ə-1943 reyestr nömrəli bağışlama müqaviləsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********84 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində X15 tam mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır

40. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində X15 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsini X1 Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı bəxşiş etmiş və onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

41. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X1 şəhəri, Sahil küçəsi 4-cü döngə, 18A ünvanında yerləşən 0,10 ha torpaq sahəsini İddiaçı hədiyyə etmişdir.

42. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********84 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

43. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X29 xx.xx.2021–ci il tarixdə ölmüşdür.

44. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X11 qalmış miras əmlakın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək, İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı qeyd edilərək, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir

45. İş materiallarında olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q262/15 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X15 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 240 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “ünvan 5 ünvanı qeyd olunmuşdur.

46. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 Oruc Hacıbaba oğlu ilə X23 birgə nikahından doğulmuşdur.

47. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamlərin təsdiq edilmiş surətindən görünür ki, X26 xx.xx.2009-cu il tarixdə, X42 xx.xx.1976-cı il tarixdə ölmüşdür.

48. İş materiallarında olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q262/15 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci il tarixədək aparılmış yoxlama zamanı arvadı İddiaçı, qızları Cavabdeh1, X12, oğulları X19, X25, X30 (ölüb) barədə məlumatlar aşkar edilmişdir.

49. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X30 xx.xx.2011-ci il tarixdə ölmüşdür.

50. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X14nun ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir.

51. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X5 atası X15 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir.

52. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X19 atası X15 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir.

53. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X25 atası X15 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir.

54. İş materiallarına əlavə edilmiş Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021- ci il tarixdə ölmüş X11 qalmış miras əmlaka dair Mingəçevir şəhər “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2022-ci il tarixdə V-107/2021 saylı vərəsəlik işi açılmışdır

55. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 atası X15 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir.

56. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 atası X15 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir.

57. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 atası X15 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir.

58. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

59. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehlər Cavabdeh1, X22 və Cavabdeh3 X3 miras qalmış əmlakı qanunla müəyyən olunmuş müddət ərzində qəbul etməmişlər və bu barədə notariat kontoruna ərizəni qanunla müəyyən olunmuş müddət ərzində təqdim etməmişlər. Belə ki, cavabdehlər notariat ofisinə ərizələri 28 mart 2022-ci il tarixdə vermişlər. X38 16 oktyabr 2021-ci il tarixdə rəhmətə getmişdir. Cavabdehlər isə qanunla nəzərdə tutulmuş 3 aylıq müddəti ötürməklə 28 mart 2022-ci il tarixdə, yəni 5 ay 12 gündən sonra ərizələri notariat ofisinə təqdim etmişlər. Belə olan halda iddiaçılar mirasın qəbulu müddətini ötürmüşlər. Eyni zamanda da cavabdehlər miras əmlakı faktiki olaraq da qəbul etməmişlər. Bu hallarıməhkəmə iclasında cavabdeh Cahan Abdullayeva da təsdiq etmişdir. Eynizamanda cavabdeh Cahan Abdullayeva məhkəmə iclasında verdiyi izahatında miras qalmış əmlakları qəbul etmək niyyətinin olmadığını, yalnız prinsipə miras qalmış əmlaklardan pay istədiyini bildirmişdir. Bundan başqa məhkəmə iclasında cavabdeh Cahan Abdullayeva atasının ölümündən xəbərinin olduğunu, həmin gün, yəni 16 oktyabr 2021-ci il tarixdə atasının məzarı üstünə getdiyini bildirmişdir. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halların heç birini nəzərə almamış, cavabdehlərin qanunla nəzərdə tutulmuş qaydada mirası qəbul etmə müddətinin ötürmələrinə heç bir hüquqi qiymət verməmişlər. Belə olan halda Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv olunmalı və iddia tələbi tam təmin olunmalıdır.

60. Mingəçevir Şəhər Məhkəməsi 29 dekabr 2022-ci il tarixli, 2(051)-1558/2022 saylı qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumun 14 oktyabr 2022-ci il tarixli qərarına istinad edərək, həmin qərarda mirasın qəbulunun formal və qeyri-formal üsullarının fərqləndirildiyini, mirasın qəbul edilməsi üçün miras açıldığı vaxtdan sonra 6 aylıq müddət müəyyən edildiyini, həmin müddətin isə mirasın qəbulunun formal üsulu üçün nəzərdə tutulmuş müddət olduğunu qeyd etmişdir. Hesab edirəm ki, Mingəçevir Şəhər Məhkəməsi həmin hissə ilə bağlı düzgün qərara gəlməmişdir. Çünki, Mülki Məcəllənin 1246-cımaddəsində vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə biləcəyi göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 14 oktyabr 2022-ci il tarixli qərarında 6 aylıq müddətin mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddət olduğunu qeyd etmişdir. Yəni Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1246-cımaddəsində nəzərdə tutulmuş 3 aylıq müddəti dəyişməmiş, sadəcə olaraq mirasın qəbulunun rəsmiləşdirilməsi kimi 6 aylıq müddət müəyyən olduğunu qeyd etmişdir. Hesab edirəm ki, işə baxan Mingəçevir Şəhər Məhkəməsi qeyd olunan Qanunvericiliyin tələbinə düzgün qiymət verməmişdir

61. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(051)- 1558/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

63. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

64. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili X32 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(051)-1558/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq

65. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1243.2-ci maddəsinin tələblərinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

68. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

69. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(051)- 1558/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilməmiş hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində gəldiyi nəticə ilə ümumilikdə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir.

71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

72. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məcburi payın tamamlanmasının bu qətnamənin 24-cü bəndində göstərilən qaydada müəyyənləşdirilməsi bu qətnamənin 65-66-cı bəndlərində göstərilən maddi hüquq normalarına və qərarların tələblərinə uyğun olmamışdır. Belə ki, məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır. Bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla (məcburi payla) bağlı ixtilafların həlli üçün kifayət deyil. Həmin norma ilə yanaşı Məcəllənin 1151.1, 1195, 1196 və 1200-cü maddələri birlikdə nəzərə alınmalıdır. Ona görə də, məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.”

73. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasına təqdim etdiyi Mingəçevir şəhər Mobil MMC-nin 40 və 41 nömrəli 3 aprel 2023-cü il tarixli rəylərindən görünür ki, Mingəçevir şəhəri, QRES qsəbəsi, 9-cu Natəvan döngəsi 22 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin bazar qiyməti 2800 manat və ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin bazar qiyməti 25.000 manat, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metallik rəngli avtomobilin bazar qiyməti 3500 manat, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzilin orta bazar qiyməti 38.000 manat müəyyən edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili X32 da məhkəmə kollegiyasına miras əmlakların dəyərləri ilə bağlı qiymətləndirmə rəyləri təqdim etsə də, məhkəmə kollegiyasının hazırki iclasında cavabdeh tərəf digər tərəfin - İddiaçı nümayəndəsi və vəkili Nümayəndə təqdim etdiyi rəylərdə göstərilmiş qiymətlərlə razılaşmışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Nümayəndə təqdim etdiyi rəylərdə göstərilmiş qiymətləri sübut kimi qəbul etmişdir.

74. Hazırki iş üzrə qətnamədən görünür ki, birinci instansiya məhkəməsi X4, X8, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 X6 tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi paylarının tamamlanmasını qət etmiş və hər birinin həmin əmlakdan miras paylarını 1/14 hissədə müəyyən etmişdir. Cavabdehlər qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Hazırki apellyasiya baxışı iddiaçının verdiyi apellyasiya şikayəti əsasında başlandığından, hazırki apellyatorun ziyanına qətnamə qəbul edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, X4, X8, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 bağışlanmış torpaq sahəsi hesabına məcburi paylarının tamamlanması forması hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi saxlanılmalı, lakin payların konkret rəqəmlərlə ifadə edilmiş dəyərləri müəyyən edilməlidir.

76. Eyni zamanda, birinci instansiya məhkəməsi İddiaçı həmin bağışlanmış əmlakdan cəmi payını 8/14 hissədə müəyyən edərkən də payların konkret rəqəmlərlə ifadə edilmiş dəyərini göstərmədiyindən, həmin payın da dəyəri göstərilməlidir.

77. Beləliklə, 74-cü bənddə göstərilmiş bağışlanmış əmlakın 73-cü bənddə qeyd edilmiş qiyməti 25.000 manat olduğundan, bu qiymətlə hər iki tərəf razılaşdığından və 74cü bənddə göstərilmiş şəxslərin həmin torpaq sahəsindən hər birinin payı 1/14 hissədə müəyyən edildiyindən, həmin şəxslərin həmin torpaq sahəsindən payının dəyəri 1786 (25.000/14≈1786) manat müəyyən edilir. Həmin əmlakdan İddiaçı payı isə 8/14 müəyyən edildiyindən həmin payın dəyəri 14.286 manat təşkil edir (25.000x8/14≈14.286). İddiaçı da apellyasiya şikayətində hazırki iş üzrə cavabdehlərin miras əmlakı qəbul etmədiyini iddia etmiş, qətnamənin cavabdehlərin məcburi payının tamamlanması hissəsini mübahisələndirməmişdir.

78. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi X6 tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilməsi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydinin birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilməsini qət etmişdir. Halbuki, hazırki iş üzrə iddia tələbində belə bir tələb mövcud olmamışdır. 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göründüyü kimi, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbindən kənara çıxmışdır.

79. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu qətnamənin 78-ci bəndində göstərilən hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(051)-1558/2022 nömrəli qətnaməsi həmin hissədə ləğv edilməli, ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən İddiaçı payı olaraq müəyyən edilmiş 8/14 hissəyə 14286 manat ifadəsi (8/14=8x1786=14.286), X4, X8, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə 1786 rəqəmi əlavə edilməklə qətnamə həmin hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2(051)-1558/2022 nömrəli qətnaməsi “X6 tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilməsi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydinin birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilməsi” hissəsində ləğv edilsin. Həmin hissə qətnamədən xaric edilsin. ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən İddiaçı payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, X4, X8, X13, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1786 manat” ifadəsi əlavə edilməklə qətnamə həmin hissədə dəyişdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar