Məhkəmə qərarları › İş №2(107)-388/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-388/2023

08.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-388/2023 08.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: İstifadə hüququna xitam, istifadə hüququnun itirilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X18 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1498/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Raul adlı azyaşlı uşağı ilə birlikdə Cavabdeh2 Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzilin yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanda yerləşən yaşayış mənzili onun xüsusi mülkiyyətindədir. O, həmin mənzili 2018-ci ilin mart ayında X12 tərəfindən bağışlama müqaviləsi əsasında əldə etmiş, tam mülkiyyət hüququnun ona məxsusluğu barədə adına ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. Asan-Mingəçevir Xidmət Mərkəzi tərəfindən verilmiş ******* nömrəli arayışdan məlum olur ki, ona məxsus olan sözügedən mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun azyaşlı uşağı xx.xx.2019-cu il tarixdə doğulmuş X16 qeydiyyatdadırlar. Cavabdeh1 onun qızı, Cavabdeh2 isə nəvəsidir. Qızı Arzu 25 ildən artıqdır ki, ailə qurması səbəbi ilə başqa ünvana köçüb getmişdir. Hazırda onunla eyni blokda 3-cü mərtəbədə yaşayış mənzili vardır və ailəsi ilə birlikdə orada yaşayır. Onun mənzili ilə heç bir bağlılığı yoxdur, onun ailə üzvü deyildir. Onun evinə qeydiyyata düşməsi isə onu yanlış məlumatlarla aldatması ilə bağlı olmuşdur. Digər Cavabdeh2 və onun azyaşlı oğlu Raul cavabdeh Arzu Əhmədovunun təkidi ilə guya müvəqqəti olaraq sosial yardım almaq adı ilə onun mənzilinə qeydiyyata düşmüşlər. Günay həyat yoldaşından boşandıqdan sonra valideynlərinin yanına qayıtmış və hazırda onlarla birlikdə yaşayır. Onun mənzilində heç bir bağlılığı yoxdur. Cavabdehlərin onun mənzilində qeydiyyatda olmaları onun hüquqlarının, xüsusilə əmlak üzərində sərəncam hüququnun həyata keçirilməsində əsaslı maneədir. Qanunvericilik mülkiyyətçiyə hüquq verir ki, özünə məxsus əmlak üzərində öz mülahizəsinə əsasən, istənilən hərəkət edə bilsin. Hesab edir ki, mülkiyyətçi kimi o kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi irəli sürmək hüququna malikdir və bu hüquqdan istifadə etməyi tamamilə haqlı tələbdir. Belə ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, mülkiyyətçi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığından mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Deməli, hər-hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması, həmin hüququn xitam edilməsi ilə nəticələnir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Cavabdeh1 birinci instansiya məhkəməsində məhkəmə iclasında ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və bildirmişdir ki, İddiaçı onun anası, Cavabdeh2 isə nənəsidir. Qeyd edilən mənzil atası Nuruş Məmmədova məxsus olmuş, vəfat edəndən sonra anası İddiaçı adına keçirilərək ona mülkiyyət barədə çıxarış verilmişdir. Sonradan İddiaçı mənzili oğlu X11 bağışlamışdır. Lakin bir müddət sonra münasibətləri pozulduğundan, yenidən 2018-ci ildə mənzil bağışlama yolu ilə İddiaçı adına keçirilmişdir. O, təxminən 15 ildən çoxdur ki, həyat yoldaşından qeyri-rəsmi ayrılmış və anası ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Anası qoca qadındır, ona qulluq tələb olunur və o, ona qulluq etmişdir. Mənzilin bütün kommunal xərclərini anasının adından o, ödəmişdir. İkinci Cavabdeh2 ailəsindən ayrıldıqdan sonra İddiaçı məxsus mənzilə gəlmiş və hamısı birlikdə yaşamışlar, indi də yaşamaqda davam edirlər. Cavabdeh2 cehiz əşyaları da həmin mənzilə yığılmışdır. Həmin mənzildə müxtəlif tədbirlər (ad günü və s.) keçirmişlər və bu barədə foto və video çəkilişlər vardır. İddiaçı 2022-ci ilin fevral ayında Rusiya Federasiyasına getmiş, indiyə kimi də orada yaşayır. Mübahisəli mənzildə isə onlar yaşayır və kommunal xərclərini də ödəyirlər. Hazırkı vaxta qədər anası bir dəfə də olsun onun və qızının evdən çıxmasını tələb etməmişdir. Hesab edir ki, hazırkı iddia onun iradəsindən kənar verilmişdir. Ona görə də anası özünü məhkəmədə təmsil etmək üçün etibarnamə verməmişdir. Ola bilsin ki, verdiyi etibarnaməni də başqa adla ondan almışlar. Bununla belə anası etibarnaməni qısa müddətə, yəni 6 aylıq vermişdir. Hazırda anasının onlara qarşı belə bir tələbinin olmasına inanmır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh2 digər cavabdeh olan Cavabdeh1 ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 3 saylı MİS-də nəzarətçı vəzifəsində işləyir. ünvan 1 ünvanın mülkiyyətçisi İddiaçıdır. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Həmin mənzil kommunal və digər xərcləri də hər dəfə cavabdehlər tərəfindən İddiaçı adına ödənilmişdir.

6. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 3 saylı MİS-də bağban vəzifəsində işləyir. ünvan 1 ünvan 3 saylı MİS-nin ərazisinə daxil olduğu üçün o, hər dəfə həmin ərazidə təmizlik işləri aparan zaman cavabdehlərin həmin mənzildə yaşadığını görmüşdür. Hətta bir neçə dəfə cavabdehlər MİS-in işçilərinə çay belə vermişlər.

7. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1498/2022 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddianın rədd edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının təmin ediməməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Hazırda cavabdehlər iddiaçıya məxsus mənzildə yaşayırlar. Onlara məxsus bütün əşyalar mübahisəli mənzildə yerləşir. Mübahisəli mənzil üzərində iddiçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Hazırda iddiaçı cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarına kompensasiya verilmədən xitam olunmasını xahiş edir.

9. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin hazırda həmin mənzilə faktiki sahibliyi də cavabdehlər həyata keçirir.

10. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehlərin mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmalarına istinad edərək, onların həmin vaxt mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının yarandığını göstərdiyindən, məhkəmə mübahisəli mənzilin tərkib hissəsindən cavabdehlərin istifadə hüquqlarının yaranıb–yaranmaması ilə bağlı məsələni işin mübahisə edilməyən faktiki halı kimi qəbul edir və araşdırmır.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almışdır ki, ilk növbədə kompensasiya verilmədən cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb–qalxmaması məsələsi müəyyən edilməlidir.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin mübahisəli mənzillə hər hansı bir bağlılıqları olduğuna görə mübahisəli mənzillə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Ona görə də cavabdehlər yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəli mənzil hesabına təmin edirlər. Eləcə də, cavabdehlər iddiaçının ailə üzvüdürlər və hazırda da fasiləsiz olaraq mübahisəli mənzildə yaşayırlar. Bununla da cavabdehlərin iddiaçıya məxsus mənzilə olan ehtiyacı aradan qalxmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi kompensasiya ödənilmədən mümkün deyildir.

13. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.

14. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin mənzilindən və ya evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və yaxud kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

15. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından da görünür ki, cavabdehlər hazırda yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəli mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində qalmışlar. Eləcə də, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmaqda davam edir və onlar könüllü surətdə evdən çıxmamışlar. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüquqlarını əmələ gətirən əsas aradan qalxmadığından, onların istifadə hüquqlarına xitam verilməməlidir.

16. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırda cavabdehlər fasiləsiz olaraq iddiaçının mənzilində yaşadıqları və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmədikləri, həmçinin hazırda həmin yaşayış sahəsinə ehtiyacları olduğu müəyyən edildiyindən, onların istifadə hüquqlarına kompensasiya verilmdən xitam verilməməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

18. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. ünvan 2 ünvanda yerləşən yaşayış mənzili iddiaçının xüsusi mülkiyyətindədir. O, həmin mənzili 2018-ci ilin mart ayında X12 tərəfindən bağışlama müqaviləsi əsasında əldə etmiş, tam mülkiyyət hüququnun ona məxsusluğu barədə adına ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. Asan Mingəçevir Xidmət Mərkəzi tərəfindən verilmiş ******* nömrəli arayışdan məlum olur ki, ona məxsus olan sözügedən mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun azyaşlı uşağı xx.xx.2019-cu il tarixdə doğulmuş X16 qeydiyyatdadırlar. Cavabdeh1 onun qızı, Cavabdeh2 isə nəvəsidir. Qızı Arzu 25 ildən artıqdır ki, ailə qurması səbəbi ilə başqa ünvana köçüb getmişdir. Hazırda onunla eyni blokda 3-cü mərtəbədə yaşayış mənzili vardır və ailəsi ilə birlikdə orada yaşayır. Onun mənzili ilə heç bir bağlılığı yoxdur, onun ailə üzvü deyildir. Onun evinə qeydiyyata düşməsi isə onu yanlış məlumatlarla aldatması ilə bağiı olmuşdur. Digər Cavabdeh2 və onun azyaşlı oğlu Raul cavabdeh Arzu Əhmədovunun təkidi ilə guya müvəqqəti olaraq sosial yardım almaq adı ilə onun mənzilinə qeydiyyata düşmüşlər. Günay həyat yoldaşından boşandıqdan sonra valideynlərinin yanına qayıtmış və hazırda onlarla birlikdə yaşayır. Onun mənzilində heç bir bağlılığı yoxdur. Cavabdehlərin onun mənzilində qeydiyyatda olmaları onun hüquqlarının, xüsusilə əmlak üzərində sərəncam hüququnun həyata keçirilməsində əsaslı maneədir. Qanunvericilik mülkiyyətçiyə hüquq verir ki, özünə məxsus əmlak üzərində öz mülahizəsinə əsasən, istənilən hərəkət edə bilsin. Hesab edir ki, mülkiyyətçi kimi o kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi irəli sürmək hüququna malikdir və bu hüquqdan istifadə etməyi tamamilə haqlı tələbdir. Məhkəmədə iddiaçının üzürlü səbəbdən özünün və nümayəndəsinin iştirak edə bilməməsi barədə xəbərdarlığı və məhkəmə baxışının təxirə salınması barədə ərizə nəzərə alınmamış və birtərəfli yanlış məlumatlar əsasında tələmtələsik qərar qəbul edilmişdir. Halbuki, mübahisənin mahiyyətindən iddiaçının və ya nümayəndəsinin iştirakının zəruri olduğu bəlli idi. Bununla da AR MPM-nin 185 və 188-ci maddələrinin tələbləri pozulmuşdur. Digər tərəfdən AR MPM-nin 9.1 və 9.3-cü maddələrinin tələbləri də nəzərə alınmamışdır. Həmin maddələrə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prossesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Onun 80 yaşı var. Səhhəti ilə bağlı problemlər yaranmışdır. Ona baxılmasına və zəruri qulluq qayğı göstərilməsinə ciddi ehtiyacı olmuşdur. Qızı və nəvəsi ona baxmaqdan boyun qaçırdıqlarına görə Rusiyada yaşayan oğlu onu müalicə olunmaq üçün gəlib 2022-ci ilin fevralayında yanına apardı. Gedərkən o, baş verə biləcək hər-hansı qəza vəziyyəti ilə bağlı mənzilinin açarını nəvəsi Günaya vermişdir. Cavabdehlərin guya onun mənzilində daimi yaşamaları mənzilə sahibliyi həyata keçirmələri görüntüsü yaratması məhz açarın qısa müddətdə onlarda olması ilə bağlı olmuşdur. Onlar hətta yalançı şahid gətirməkdən, 3 saylı MİS-dən saxta akt tərtib etməkdən də çəkinməmişlər. MİS-də nəzarətçi işləyən X8 və bağban işləyən X3 ildə bir dəfə mənzil pulu yığarkən və arada-sırada ağaclara baxarkən onun mənzilində cavabdehlərin daimi yaşadıqlarını bildirməsi nə dərəcədə etibarlı şahid ifadəsidir? Eləcə də məzmununu bilmədiyi 31 saylı MİS-in hansı əsaslasa tərtib etdiyiakt görəsən sübut kimi məhkəmə tərəfindən neçə cavabdehlərin xeyrinə qiymətləndirilmişdir?! AR Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, AR MM-nin 228.5-cimaddəsinə əsasən, əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruriedən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Hazırda o öz xüsusi mənzilində oğlu və onun ailəsi ilə birlikdə və onların maddi və mənəvi himayəsi və dəstəyi altında yaşayır. Cavabdehlərə məxsus heç bir əşya və ya əmlak onun mənzilində yoxdur. Cavabdeh qızı Arzu öz ailəsinə məxsus evdə, nəvəsi Günay və oğlu Raul onlarla birlikdə yaşayırlar. Cavabdehlərin onun mənzilində yaşamaq ehtiyacları olmamışdır, onların onun mənzilində yaşayış sahəsinə ehtiyacları olduğu üçün yaşadıqları görüntüsü yaratması isə müvəqqəti xarakterdə baş vermiş və onun səhhəti ilə bağlı müvəqqəti olaraq Moskva şəhərinə müalicəyə getməyi ilə əlaqədar olmuşdur. Beləliklə, məhkəmənin şikayət verilən həmin qətnaməsinin sonuncu səhifəsinin 2-ci abzasında gəldiyi nəticə (hazırda cavabdehlər fasiləsiz olaraq iddiaçının mənzilində yaşadıqları və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmədikləri, həmçinin hazırda həmin yaşayış sahəsinə ehtiyacları olduğu müəyyən edildiyindən) detallarına qədər yanlışdır, real faktları əks etdirmir, işin hallarına uyğun gəlmir, hətta sübuta ehtiyacı olmayan işin hallarını təkzib edir. Göstərilənlərə əsasən, o, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1498/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsininin ləğv edilməsi, iş üzrə idda tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1498/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1498/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında göstərmişdir ki, ailə qurmamışdan əvvəl mübahisəli mənzildə yaşamış, 1988-ci ildə X13 ilə ailə qurmuş, ailə qurub, ər evinə köçmüşdür. X13 ilə birgə nikahlarından digər övladları ilə yanaşı Cavabdeh2 adlı övladı anadan olmuş, 2000-ci ildə İlham Əhmədovla birgə nikahları dövründə ünvan 3 ünvanında yerləşən mənzili satın almışlar və ailəlikcə köçüb orada yaşamışlar. Lakin əri X13 ilə nikahları pozulmasa da İlhamla aralarındakı münasibətləri pisləşdiyindən 15 ildən çox müddətdir ki, anasına məxsus Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzildə yaşayır. Qızı Cavabdeh2 da 2019-cu ildə ailə qurmuş, onların birgə nikahlarından Raul adlı övladları anadan olmuş, 2021-ci ildə isə ailəsindən ayrıldıqdan sonra Cavabdeh2 da azyaşlı uşağı Raulla birlikdə İddiaçı məxsus evə gəlmiş və orada birlikdə yaşamaqdadırlar.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1498/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında digər cavabdeh-anası Cavabdeh1 məhkəmə kollegiyasının iclasında göstərdiklərini təsdiq etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1498/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Rеspublikası Kоnstitusiyasının; 13-cü maddəsinin İ hissəsinə əsаsən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olan); 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

26. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

30. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunu:

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əssən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1498/2022 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)- 1498/2022 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1498/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli mənzillə hər hansı bir bağlılıqları olduğuna görə mübahisəli mənzillə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Ona görə də cavabdehlər yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəli mənzil hesabına təmin edirlər. Eləcə də, cavabdehlər iddiaçının ailə üzvüdürlər və hazırda da fasiləsiz olaraq mübahisəli mənzildə yaşayırlar. Bununla da cavabdehlərin iddiaçıya məxsus mənzilə olan ehtiyacı aradan qalxmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi kompensasiya ödənilmədən mümkün deyildir. Hazırda həmin mənzilə faktiki sahibliyi də cavabdehlər həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin mənzilindən və ya evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və yaxud kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdehlər hazırda yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəli mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində qalmışlar. Eləcə də, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmaqda davam edir və onlar könüllü surətdə evdən çıxmamışlar. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüquqlarını əmələ gətirən əsas aradan qalxmadığından, onların istifadə hüquqlarına xitam verilməməlidir.

39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğunun, həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacının məhz bu mülkiyyətçinin mənzilindən və ya evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalmasının əsas olması nəticəsinə gəlsə də cavabdehlərin mübahisəli mənzilin mülkiyyətçisi ilə birgə yaşayıb-yaşamamalarını, cavdehlərdən Cavabdeh1 mübahisəli mənzilin yerləşdiyi eyni yaşayış evində əri İlham Əhmədovla birgə nikah dövründə əldə etdiyi 4 otaqdan ibarət mənzilinin olmasını, Cavabdeh1 1988-ci ildə ailə qurub mübahisəli mənzili daimi əsaslarla tərk edib ər evinə köçməsini, digər Cavabdeh2 mübahisəli mənzildə doğulub boya-başa çatmadığını, anası Cavabdeh1 və atası İlham Əhmədovun digər bir ünvanda yaşadıqları dövrdə xx.xx.1992-ci ildə doğulub, ata-anasının ailə üzvü kimi onlarla birlikdə yaşamasını diqqətə almadan, ümumiyyətlə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının olması ilə bağlı məsələyə yanlış qiymət verməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ın mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz.

41. Kollegiyanın qəanətinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 azyaşlı övladı Raulun mübahisəli mənzildən istifadə hüququnun olması öz təsdiqini tapmamışdır.

42. Belə ki, işdə olan DƏDRX-dən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.

43. Məhkəmə kollegiyasının sorğusu ilə təqdim edilmiş, iş materialına əlavə edilmiş 12 mart 1976-cı il tarixli, 5330 nömrəli orderin və Mingəçevir şəhər X15 İcraiyyə Komitəsinin 23 dekabr 1986-cı il tarixli qərarından çıxarışın surətlərindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil mənzil ilə təmin olunmaq üçün X9 verilmiş, X7 vəfatından sonra isə arvadı İddiaçı adına sənədləşdirilmişdir.

44. Məhkəmə kollegiyasının sorğusu ilə təqdim edilmiş, iş materialına əlavə edilmiş Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi 11 saylı Mənzil İstismar Sahəsinin 15 dekabr 2004-cü il tarixli, 1473 saylı arayışının surətindən görünür ki, Cavabdeh1 1988-ci il ildə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanından pasport qeydiyyatından çıxıb Ağdam rayonuna köçmüşdür.

45. Məhkəmə kollegiyasının sorğusu ilə təqdim edilmiş, iş materialına əlavə edilmiş 01241 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzil 26 yanvar 2005-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır.

46. Məhkəmə kollegiyasının sorğusu ilə təqdim edilmiş, iş materialına əlavə edilmiş 25 sentyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzil Cavabdeh1 əri, Cavabdeh2 isə atası X13 tərəfindən X2 alınmışdır.

47. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında izahat verərək, göstərmişdir ki, o, 1988-ci ildə X13 ilə ailə qurmuş, ailə qurub, ər evinə köçmüşdür.

48. Cavabdeh1 izahatından və məhkəmə kollegiyasının sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin 23 aprel 2023-cü il tarixli məktubuna əlavə edilmiş Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi 11 saylı Mənzil İstismar Sahəsinin 15 dekabr 2004-cü il tarixli, 1473 saylı arayışından müəyyən edilmişdir ki, Cavabdeh1 1988-ci il ildə mübahisə predmeti olan mənzili daimi əsaslarla tərk etmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış yerinə köçmüşdür. Bununla da onun mübahisəli mənzilə istifadə hüququ itirilmişdir.

49. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi ilə xitam verilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən onunla birlikdə istifadə etmək hüququna malik olmaları, 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilmələri, digər qohumların, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanların mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilmələri nəzərdə tutulmasına baxmayaraq cavabdehlərdən Cavabdeh1 1988-ci ildə ər evinə köçməsindən sonra, Cavabdeh2 isə ümumiyyətlə İddiaçı ilə birlikdə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzildə yaşamaları halı müəyyən edilməmişdir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 mübahisəli mənzili daimi əsaslarla tərk etdiyi 1988-ci ildə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətində olmadığından mübahisənin həllində Həmin Məcəllənin 53-54-cü maddələrinin tələbləri əsas götürülməlidir.

52. Bundan sonra kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

53. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

54. Göründüyü kimi cavabdehlərdən Cavabdeh1 1988-ci ildə daimi yaşamaq üçün ər evinə köçənədək mübahisəli mənzildən istifadə hüququ yaranmış, lakin sonradan o, həmin mənzili könüllü olaraq tərk edib, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyündən onun mübahisəli mənzilə istifadə hüququ itirilmişdir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində məhkəmə iclasında və məhkəmə kollegiyasının iclasında 15 ildən çoxdur ki, həyat yoldaşından qeyri-rəsmi ayrılaraq anası ilə birlikdə mübahisəli mənzildə yaşadığını göstərməsinə baxmayaraq, onun ailə qurub mübahisəli mənzildən ər evinə köçməsindən, əri ilə birlikdə ünvan 6 ünvanında yerləşən 4 otaqlı mənzili əldə etməsindən sonra mübahisəli mənzildə məhz anası ilə birlikdə yaşamasına, həmçinin Cavabdeh2 həmin tarixdən məhz nənəsi ilə birlikdə yaşamasına, Cavabdeh1, Cavabdeh2 azyaşlı uşağı Raulla birlikdə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzildə məhz hansı tarixdən yaşamalarına, İddiaçı tərəfindən onlara mübahisəli mənzildə daimi əsaslarla yaşamaları üçün razılıq verilməsinə, həmin mənzildə İddiaçı ilə birgə təsərrüfat aparmalarına dair nə birinci instansiya məhkəməsinə nə də ki, məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim etməmişlər. Əksinə məhkəmə kollegiyasının sorğusuna cavab verən Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 3 saylı Mənzil İstismar Sahəsinin 28 mart 2023-cü il tarixli, 81 saylı məktubundan İddiaçı məxsus mənzildə mülkiyyətçinin deyil, məhz cavabdehlərin yaşamaları, yəni onların mülkiyyətçi olmadan orada yaşamaları, Cavabdeh1 2018-ci ildən Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsi və uzun müddətdir ki, orada yaşaması, Cavabdeh2 isə 2021-ci ildən həmin mənzilə qeydiyyata düşməklə orada yaşaması müəyyən edilmişdir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 3 saylı Mənzil İstismar Sahəsinin məktubuna əlavə etdiyi 14 iyul 2022-ci il tarixli aktdan İddiaçı yaşamaq üçün oğlunun yanına Rusiya Federasiyasına getməsinin müəyyən edilməsinə baxmayaraq, Cavabdeh1 uzun müddət, yəni məhz hansı tarixdən həmin mənzildə yaşamasına dair heç bir məlumat verilməmişdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 1988-ci ildən mübahisəli mənzili daimi əsaslarla tərk etməsi, bunun nəticəsində mübahisəli mənzildən istifadə hüququnun itirilməsindən sonra onun yenidən həmin mənzildən istifadə hüququnun yaranması, həmçinin Cavabdeh2 azyaşlı uşağı Raulla birlikdə mübahisəli mənzildən istifadə hüququnun yaranması, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları yaranmışdırsa hansı tarixdən, hansı əsasla bu hüquqlarının yaranması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin və Cavabdeh2 azyaşlı uşağı Raulun Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının olmasında onların həmin mənzildə qeydiyyatda olmalarına, cavabdehlərin izahatlarına, şahid ifadələrinə istinad etsə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin iclasında ifadələri alınmış şahidlər cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamaları barədə ümumi fikirlər ifadə etsələr də, cavabdehlərin mənzildən istifadə hüquqlarının olmasını təsdiq edə biləcək hallar barədə heç bir fikir ifadə etməmişlər. Beləliklə cavabdehlərin izahatlarında göstərdiklərinin digər sübutlarla təsdiq edilməsi halı müəyyən edilməmişdir.

58. Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmaları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

59. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcudluğu müəyyən edilməyən istifadə hüququnun kompensasiya verilmədən xitamının mümkünsüzlüyü nəticəsinə gəlməkdə səhvə yol vermişdir.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmədə iddiaçının üzürlü səbəbdən özünün və nümayəndəsinin iştirak edə bilməməsi, məhkəmə baxışının təxirə salınması barədə ərizənin nəzərə alınmaması, birtərəfli yanlış məlumatlar əsasında tələmtələsik qərar qəbul edilməsi, AR MPM- nin 185 və 188-ci maddələrinin tələblərinin pozulması, AR MPM-nin 9.1 və 9.3-cü maddələrinin tələblərinin nəzərə alınmamasına dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materialından görünür ki, iddiaçının vəkili birinci instansiya məhkəməsində 14 iyul 2022-ci il və 29 iyul 2022-ci il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş, 04 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak etməsi ilə bağlı da iddiaçının vəkilinə bildiriş təqdim edilmişdir. İddiaçının vəkilinin məhkəmə iclasının təxirə salınmasına dair ərizəsi 04 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında müzakirə edilmiş, lakin cavabdeh tərəfin işə mahiyyəti üzrə baxılmasına dair xahişləri nəzərə alınaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

61. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 185 və 188-ci maddələrinin tələblərinin pozulması halları müəyyən edilməmişdir.

62. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1498/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi rədd edilməlidir.

63. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1498/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar