Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-389/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-823/2019 saylı qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara məxsus İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0,17 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən çıxarılması, çəkilmiş torun sökülməsi və mülkiyyət hüquqlarına olan maneəçiliklərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-823/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0,17 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən çıxarılması, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0,17 hektar, kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsində çəkilmiş təmir torun sökülməsi və mülkiyyət hüququna olan maneəçiliklərin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdehlər tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi mübahisələndirilən torpaq sahəsi ölkədə torpaq islahatı aparılan zaman vətəndaşların mülkiyyəti verilmiş torpaq sahəsidir. Eyni ilə iddiaçılar kimi biz cavabdehlərə də həmin vaxt kənd sakinləri kimi, pay torpaq sahəsi mülkiyyətlərinə verilmiş, müvafiq hüquq müəyyən edici sənədlər, torpağa mülkiyyət hüququna dair dövlət Aktına hazırlanaraq onlara də verilmişdir. Həmin vaxt, yəni 1999-cı ildə bizə pay kimi verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri islat aparan mütəxəsislər tərəfindən yerində ölçülərək onlara verilmişdir. Yəni, onlar mübahisələndirilən torpaq sahəsini özbaşına tutmamışlar, torpaq sahəsi yerində ölçülərək verilmişdir. Həmin vaxtdan, artıq 20 ildir onlar torpaq sahəsini öz mülkiyyətləri kimi istifadə etmişlər, hər biri 10 000 (on min) manata yaxın xərc çəkərək orada meyvə bağı yetişdirmiş, artıq ağaclar bar verir, bağın illik məhsuldarlığı 5-6 min manat təşkil edir və iddia ərizəsindən göründüyü kimi, 2018-ci ilin axırlarında rayon ərazisində torpaq sahələri yenidən ölçülənədək iddiaçılarla aralarında torpaq sahəsi ilə əlaqədar heç bir mübahisə olmamışdır. Torpaq sahələri müas aparatlarla yenidən ölçülən zaman hər hansı bir sürüşdürülmə olmuşsa onda onların günahı yoxdur. Yuxarıda qeyd elədiyi kimi torpaq sahəsi ölkədə torpaq islahatı aparılan zaman, səlahiyyətli şəxslər tərəfindən yerində ölçülərək verilmiş və artıq 20 ilə yaxın bir zaman ərzində onlar öz mülkiyyətləri kimi mübahisələndirilən torpaq sahəsində hər biri ayrı-ayrılıqda 10000 manatdan cox xərc çəkərək meyvə bağı salaraq istifadə etmişlər. Qətnamənin mətnindən aydın olmur ki, məhkəmə hansı bir təkzib edilməz sübutla belə nəticəyə gəlmişdir ki, iddiaçıların torpaq sahələri onların tərəfindən zəbt edilmişdir. Məhkəmənin heç bir mütəxəsis rəyi almadan , mübahisə üzrə ekspertiza təyin etmədən belə bir nəticəyə gəlməzi düzgün olmamışdır. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-823/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-823/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, İsmayıllı rayon İsmayıllı kəndi ərazisindən 0,82 hektar torpaq sahəsi iddiaçıların birgə mülkiyyətinə verilmişdir. İddiaçılar onların mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirərək cavabdehlərin torpaq sahəsindən çıxarılmalarını, çəkilmiş torun sökülməsini və mülkiyyət hüquqlarına olan maneəçiliklərin aradan qaldırılmasını tələb edirlər və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər mübahisəli torpaq sahəsinin ölçülərək onlara verildiyini, mübahisəli torpaq sahəsini zəbt etmədiklərini bildirərək və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gələməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci mаddəsinə görə «Fiziki və yа hüquqi şəxsin mülkiyyətində оlаn tоrpаq sаhəsinə оnun mülkiyyətçisinin icаzəsi оlmаdаn girməyə icаzə verilmir». Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən faktiki olaraq iddiaçı tərəfindən göstərilən, naturada ölçülmüş torpaq sahəsi ilə elektron baza məlumatlarında göstərilən JN-5xx xxx 40719028 nömrəli dövlət aktına əsasən iddiaçı Teymurova (Məmmədova) Mahiyyə Şahbaba qızının mülkiyyətinə verilmiş torpaq sahəsinin cizgiləri arasında uyğunsuzluq vardır. Mübahisəli ərazidən götürülmüş döngə nöqtələrinin koordinatlarına əsasən elektron kadastr məlumatları bazasında araşdırılan zaman məlum olmuşdur ki, xx xxxxxx 2002-ci il tarixli JN-552 KOD ******* nömrəli DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmir. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Beləliklə iddia tələbi işin halları işin məhkəmə iclasında tədqiqi ekspert rəyi öz təsdiqini tapmır. Bundan əlavə iddiaçı iddianı təsdiq edən hər hansı başqa bir dəlili də məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə apellyasiya şikayəti təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-823/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gələməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-823/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-823/2019 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara məxsus İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0,17 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən çıxarılması, çəkilmiş torun sökülməsi və mülkiyyət hüquqlarına olan maneəçiliklərin aradan qaldırılmasına dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-389/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-389/2020
02.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver