Məhkəmə qərarları › İş №2(107)-389/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-389/2024

15.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-389/2024 15.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X17 və X9 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(046)- 18/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH ******* saylı çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə- Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydən və sxemdən görünür ki, elektron baza məlumatlarında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Dövlət qeydiyyatına alınmış Göyçay rayonu Qarabaqgal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinə gediş-gəliş yolu qərb hissədən nəzərdə tutulmuşdur. Çöl ölçmə işlərinin nəticəsində faktiki vəziyyəti əks etdirən sxem əlavə olunur.

3. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 28092 saylı rəydən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinə suvarılmasına xidmət edən suvarma arxının elektron baza məlumatlarında əks edilmədiyi müəyyən olundu. Lakin Sözügedən suvarma arxının naturada mövcud olduğunu müəyyən olundu. (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə öz əksini tapmışdır). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

4. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/2160 saylı rəydən görünür ki, mülki iş materiallarında olan yerquruluşu xəritəyə, çıxarışlara əlavə olunmuş Torpaq sahəsi və ölçüsünə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Dövlət qeydiyyatına alınmış Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,3104 ha torpaq sahəsinə gediş- gəliş yolu torpaq sahəsinin kənarı ilə hər iki tərəfdən nəzərdə tutlmuşdur. Lakin İddiaçı mülkiyyətinə olan torpaq sahəsinə gedən gedişgəliş yolunu Cavabdeh tərəfindən və ya digər qonşu torpaq saləri tərəfindən tutulubtutlmaması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssisləri tərəfindən ətraf torpaq sahələrinin sərhədləri ölçüldükdən sonra müəyyən oluna bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

5. İş materiallarında olan X20 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2021 tarixli rəydən görünür ki, MN ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,3104 ha torpaq sahəsinə birinci kənd daxili yoldan keçməklə cavabdehin həyətinin əks tərəfindən 280 metr hissədən gedib-gəlmək mümkündür. Kəndin pay torpaqlarının bölgü layihəsində ikinci boş sahə birbaşa mərkəzi asfalt yola çıxan boşluq kimi saxlanılmışdır. MN ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolları Cavabdeh tərəfindən zəb edilməmişdir.

6. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/4335 saylı rəydən görünür ki, X20 və Ekspertiza Mərkəzi MMC-nin mütəxəssisləri tərəfindən araşdırılmış və bu barədə xx.xx.2021 tarixli 36 saylı mütəxəssis rəyinə əsasən, MN ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolları Cavabdeh tərəfindən tutulmamışdır. Mübahisəli torpaq sahəsinə dair ərazinin koordinatları mütəxəssis rəyinə əlavə olunmadığı, torpaq sahəsinə dair verilmiş baza məlumatları (kompleks yerquruluşu xəritələri) ortofoto üzərinə aydın göstərilmədiyi üçün, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonun Qarabaqqal kəndində 0.3104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, JN -598Z nömrəli Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Göyçay Dövlət Notariat Kontorunda 25. 02 2004- cü il tarixdə 40-88 nömrəli alqı-satqı müqaviləsi bağlamış və həmin torpaq sahəsini almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar rayon Ərazi İdarəsi tərəfindən Göyçay rayonu Qarabaqqal kəndində 0.3104 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Seriya MN ******* saylı xx.xx.2009-cu il tarixli çıxarışa əsasən qeydə alınmışdır. Lakin torpaq sahəsinə gedən gediş-gəliş yolu müəyyən edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Gövçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdeh tərəfindən zəbt edilərək bağlanmışdır. Buna görə də tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində gedən gediş-gəliş yolunu zəbt etməmişdir. Həmin yol və ətrafdakı torpaq sahələri onun faktiki istifadəsindədir. Göyçay- Qaraməryəm yolunun kənarında sağ tərəfdə darvaza qoymaqla həmin ərazini bağlamış, hazırda həmin ərazidən istifadə edir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.

11. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 16 may 2022-ci il tarixli, 2(046)-18/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh tərəfindən darvaza qoyulmaqla magistral yol tərəfdən bağlanmış, İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qarabqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinə suvarma arxının kənarından gedən gediş-gəliş yolu Cavabdeh hesabına açılması, iş üzrə ekspertiza xərcləri olan 300 manat cavabdehlər Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin müvafiq hesabına keçirilməsi, dövlət rüsumu kimi ödənilmiş 10 manat cavabdehdən alınaraq İddiaçı verilməsi qət edilmişdir.

12. Birinci instansiyası məhkəməsi mövqeyini onun əsaslandırmışdır ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, müvafiq rəylər alınmış, torpaq sahəsinə tərəflərin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin (bundan sonra – Ucar ərazi idarəsi) Yerqulurluşu mühəndisi X2 iştirakı ilə yerli baxış keçirilmişdir. GPS vasitəsi ilə torpaq sahəsinin plan sxeminin koordinatlarına uyğun ölçmə işləri aparılmış, müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinə gedişgəliş yolu magistral yol tərəfdən və həmin torpaq sahəsindən keçən suvarma arxının magistral yol tərəfdən başlanğıcından cavabdeh tərəfindən darvaza qoyulmaqla bağlanmış, iddiaçıya məxsus torpaq sahəsinə qədər olan məsafə cavabdeh tərəfindən çəpərlənmişdir. İddiaçıya məxsus torpaq sahəsini yarıya bölərək həmin torpaq sahəsindən keçən su arxının kənarından iddiaçı yol kimi istifadə edə bilər. Hazırkı vəziyyətdə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedişgəliş yolu olmadığından istifadə edə bilmir. Cavabdeh isə iddiaçıya suvarma arxının kənarından yol kimi istifadə edilməsinə imkan vermir.

13. Belə olan halda iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolu açılmalı və həmin gediş-gəliş yolundan iddiaçının istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152 və 157-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(107)-63/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Göyçay Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(046)-18/2022 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia ərizəsinin təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat pul İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi elektron baza məlumatları və sənəd üzrə koordinatlar və ölçülər əldə edilməməklə verilmiş ekspert rəylərinin nəticələri ilə yerli baxış nəticəsində müəyyən edilən hallar arasında olan ziddiyyətlərin səbəblərini aydınlaşdırmamışdır. Ona görə də birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertizaların və yerli baxışın nəticələri hazırkı iş üzrə qərar qəbul edilməsi üçün kifayət hesab edilə bilməz. Çünki iddiaçının torpaq sahəsinə gedən gediş-gəliş yolu və ya yollarının cavabdeh tərəfindən zəbt edilib-edilmədiyi dəqiq müəyyən edilməmişdir. Məhkəmə isə ehtimallar əsasında qərar qəbul edə bilməz.

18. Məhkəmə qeyd etmişdir ki, dəfələrlə mütəxəssislərin tədqiqat obyektinə baxışı üçün vaxt təyin edilməklə, ona məlumat verilməsinə baxmayaraq, iddiaçı hər dəfə baxışda iştirak etməkdən və torpaq sahəsini mütəxəssislərə təqdim etməkdən imtina etmiş, iddiaçının bu hərəkətləri ekspertizanın keçirilməsini mümkünsüz etmişdir. Məhkəmə MPMin 97.5-ci maddəsinə istinadla belə qənaətə gəlmişdir ki, əlavə sübutlar əldə edilməsi iddiaçının hərəkətləri nəticəsində mümkün olmadığından məhkəmə mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Hazırkı iş üzrə mövcud olan sübutlar əsasında isə iddiaçının cavabdehə qarşı iddiası, yəni birincinin torpaq sahəsinə gedən yolun sonuncu tərəfindən tutulması sübut olunmur.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 152.1, 157.4, 170.1, 170.2, 560.1, 560.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 76.1, 76.2, 97.5-ci maddələrinə maddələri ilə əsaslandırmışdır.

c) Kassasiya instansiya məhkəməsində icraat

20. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(107)-63/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(102)-4213/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(107)-63/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinə dair ərazinin koordinatları mütəxəssis rəyinə əlavə olunmadığı, torpaq sahəsinə dair verilmiş baza məlumatları (kompleks yerquruluşu xəritələri) ortofoto üzərində aydın göstərilmədiyi üçün ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Mütəxəssis və ekspert rəyləri iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən tutulmaması barədə nəticəyə gəlsələr də qətnaməyə əsasən iddia təmin edilmişdir. Qeyd olunanlara əsasən Göyçay Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(046)-18/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

28. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

29. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

33. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

34. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

35. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:

36. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

38. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

42. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

43. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

44. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

45. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

46. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

50. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

51. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

52. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

V. Apellyasiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(046)-18/2022 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

55. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

56. Kollegiya qeyd edir ki, ətraf torpaq sahələrinin – hazırkı iş üzrə mübahisəyə görə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının müəyyən edilməsi və sərhədlərinin ölçülməsinə zərurət olduğu halda, Göyçay Rayon Məhkəməsinin 7 iyun 2021-ci il tarixli, 2(046)-33/2021 saylı qərardadı ilə iddiaçıya məxsus MN ******* saylı çıxarışa əsasən mülkiyyətinə verilmiş Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu Cavabdeh tərəfindən zəbt ediledilməməsi barədə mütəxəssis rəyinin verilməsi "X20 və Ekspertiza Mərkəzi" MMC-nə həvalə edilmişdir. Halbuki, torpaq sahələrinin elektron baza məlumatları "X20 və Ekspertiza Mərkəzi" MMC-də mövcud ola bilməzdi, həmin məlumatlar yalnız Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində və həmin publik hüquqi şəxsə tabe olan ərazi idarələrində saxlanılır.

57. Həmin səbəbdən də, mübahisəli torpaq sahəsinə dair ərazinin koordinatları mütəxəssis rəyinə əlavə olunmadığı, torpaq sahəsinə dair verilmiş baza məlumatları (kompleks yerquruluşu xəritələri) ortofoto üzərinə aydın göstərilmədiyi üçün, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır.

58. Birinci instansiya məhkəməsi torpaq sahələrinin elektron baza məlumatlarının və sənəd üzrə koordinatları və ölçülərinin əldə edilməsini təmin etmədən torpaq sahəsinə yerli baxış keçirmiş və gediş-gəliş yolunun cavabdeh tərəfindən tutulduğunun aşkar edildiyini qeyd etmişdir. Halbuki 2-ci ekspert rəyi ilə iddiaçının torpaq sahəsinə gedən iki yolun olduğu müəyyən edilmişdir, yerli baxışda isə hansı yolun zəbt olunduğunun müəyyən olunduğu aydın deyil. Eyni zamanda, 3-cü ekspert rəyində gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edilmədiyi göstərilmiş, yerli baxışda isə zəbt edildiyi müəyyən edilmişdir.

59. Göründüyü kimi, elektron baza məlumatları və sənəd üzrə koordinatlar və ölçülər əldə edilməməklə birlikdə, yuxarıda göstərilən ekspert rəylərinin nəticələri ilə yerli baxış nəticəsində müəyyən edilən halların arasında olan ziddiyyətlərin səbəbləri də aydınlaşdırılmamışdır.

60. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlmişdir ki, keçirilmiş ekspertizaların və yerli baxışın nəticələri hazırkı iş üzrə qərar qəbul edilməsi üçün kifayət hesab edilə bilməz. Çünki, iddiaçının torpaq sahəsinə gedən gediş-gəliş yolu və ya yollarının cavabdeh tərəfindən zəbt edilib-edilmədiyi dəqiq müəyyən edilməmişdir.

61. Qeyd olunduğu kimi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(107)-63/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verilmişdir.

62. İddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə apellyasiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Ali Məhkəmənin Mülki kollegiyası hazırkı iş üzrə 28 noyabr 2023-cü il tarixli, 2(102)-4213/2023 saylı qərarında qeyd etmişdir ki, ... baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən bir neçə ekspertiza keçirilsə və mübahisəli torpaq sahəsi yerində müayinə edilsə də, apellyasiya instansiyası məhkəməsi həmin hərəkətlərin nəticələrini qəbul etməmiş, yenidən ekspertiza təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etmişdir. Mütəxəssis tərəfindən rəy verilməsi mümkün olmadığı üçün iş üzrə icraat təzələnmiş və apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspertizanın keçirilməsi iddiaçının hərəkətləri nəticəsində mümkünsüz olduğundan MPM-in 97.5-ci maddəsinə əsasən işə mövcud sübutlar əsasında baxılmalı və iddianı təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad olunan maddə düzgün tətbiq edilməmişdir. Baxılan işdən göründüyü ekspertiza üzrə təyin olunmuş bir neçə yerli baxışın keçirilməsi ilkin olaraq iddiaçının deyil, cavabdehin etirazları nəticəsində mümkün olmamışdır. Bundan sonra isə iddiaçı apellyasiya instansiyası məhkəməsinə mütəxəssislərə etiraz etdiyi barədə çoxlu sayda ərizə və teleqramlar göndərmiş, mütəxəssislərin qərəzli olduğunu, onların iştirakı ilə baxış keçirilməsinə etiraz etdiyini, baxışın başqa mütəxəssislərə həvalə olunmasını xahiş etmişdir. İddiaçının ərizələrindən aşkar şəkildə görünür ki, iddiaçı həmin əsaslarla yerli baxışda iştirakdan imtina etmiş, hətta ərizələrindən birində işin məhkəməyə qaytarılaraq, rəy verilməsinin başqa rayonun mütəxəssislərinə həvalə olunmasını xahiş etmişdir. İş üzrə icraat təzələndikdən sonra təyin edilmiş sonuncu məhkəmə iclasında apellyasiya instansiyası məhkəməsi iddiaçının mütəxəssislərə etiraz barədə verdiyi ərizə və teleqramlara ümumiyyətlə münasibət bildirməmiş və işi yekunlaşdırmışdır. Halbuki MPM-ə əsasən işdə iştirak edən şəxslər ekspertə də etiraz edə bilər və əgər məhkəməyə belə bir yazılı etiraz daxil olubsa, məhkəmə yerində müşavirə etməklə etirazın baxılmamış saxlanılması, yaxud ayrıca məhkəmə aktı qəbul etməklə təmin və ya rədd olunması barədə qərardad qəbul etməlidir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının vəsatətinə (mütəxəssislərə etirazına) münasibət bildirmədən, MPM-in 97.5-ci maddəsinə əsasən iddiaçının ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etdiyi (onun keçirilməsinə mane olduğu) barədə qənaətə gəlmiş və ekspertiza qarşısında qoyulmuş suallar cavablandırılmadan, iş materialları əsasında iddianın rədd olunması barədə nəticəyə gəlmişdir.

63. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

64. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq məhkəmə kolegiyasının 05 mart 2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi və 7 saylı Bərdə Ərazi İdarələrinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertlər (mütəxəssislər) qarşısında aşağıdakı suallar qoyulmuşdur; - İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonunun Qarabaqqal kəndində 0,3104 ha torpaq sahəsinin faktiki ölçüləri onun hüquqmüəyyənedici sənədlərdə göstərilən əraziyə uyğundurmu? Həmin torpaq sahəsinin ölçü və koordinatları satıcı X1 mülkiyyət hüququna dair JN - 598 saylı dövlət aktında göstərilən torpaq sahəsinin ölçü və koordinatları ilə uyğundurmu? Əgər uyğun deyilsə, koordinatların fərqləri nədən ibarətdir? - İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonunun Qarabaqqal kəndində 0,3104 ha torpaq sahəsinin ölçü və koordinatları, Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair JN-090F saylı (kod ********) şəhadətnamədə göstərilən 0,27 ha həyətyanı torpaq sahəsi, Cavabdeh Göyçay rayon notariat kontorunda müqavilə bağlamaqla X18, X8, X19 və X4 aldığı, DƏDRX tərəfindən verilmiş AA 004145 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,4138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X10 və X6 aldığı, DƏDRX tərəfindən verilmiş AA 261856 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,3104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X7 aldığı, DƏDRX tərəfindən verilmiş AA 331081 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,1034 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra naturada ölçüləri müəyyən edilsin. Həmin torpaq sahələri sənəd üzrə və naturada üst-üstə düşürmü? - İddiaçı mülkiyyətində olan 0.3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu nəzərdə tutulmuşdurmu? Əgər nəzərdə tutulmuşdursa, sözügedən gediş-gəliş yolu Cavabdeh tərəfindən zəbt edilmişdirmi? - Zəbt edilmişdirsə, hansı hissədə?

65. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının etirazına əsasən Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri ölçmə işlərinin aparılmasına cəlb edilməmişdir.

66. Məhkəmə kollegiyasına daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 30 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5175 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki; - Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-2406/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin faktiki ölçüləri onun hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgisində qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi möcuddur. Həmin torpaq sahəsinin ölçü və koordinatları satıcı X3 mülkiyyət hüququna dair JN- 598 Z saylı dövlət aktında göstərilən cizgisində qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. - Qərardadın ikinci sualı üzrə: İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonunun Qarabaqqal kəndində 0.3104 ha torpaq sahəsinin ölçü və koordinatları, Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair JN-90F saylı (kod ********) şəhadətnamədə göstərilən 0.27 ha həyətyanı torpaq sahəsi, Cavabdeh Göyçay rayon notariat kontorunda müqavilə bağlamaqla X18 və X4 aldığı, DƏDRX tərəfindən verilmiş AA 004145 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.4138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X10 və X6 aldığı, DƏDRX tərəfindən verilmiş AA 261856 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.3104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X7 aldığı, DƏDRX tərəfindən verilmiş AA 331081 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində gösrərilən 0.1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmiş, naturada ölçüləri müəyyən edilmişdir. Həmin torpaq sahələri sənəd üzrə üst-üstə düşmür, lakin iddiaçıya məxsus olan torpaq sahəsi naturada cavabdeh tərəfindən istifadə edilir. - Qərardadın üçüncü sualı üzrə: İddiaçı mülkiyyətində olan 0,3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu DWJ (torpaq islahatının nəticələrini özün də əks etdirən kompleks yerquruluşu layihəsi) məlumatlarında qərb tərəfdən nəzərdə tutulmuşdur. Sözügedən gediş-gəliş yolu Cavabdeh tərəfindən istifadə olunmur. İddiaçı naturada göstərdiyi (şərq tərəfdən) və iddia etdiyi gediş-gəliş yolu DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) məlumatlarında nəzərdə tutulmamışdır və naturada mövcud deyil. Əlavə məlumat üçün bildirilir ki, TEKUİS-də cənub-şərq tərəfdə qeydə alınmış gedişgəliş yolu naturada mövcud deyil. - Qərardadın dördüncü sualı üzrə: Gediş-gəliş yolu cavabdeh tərəfindən istifadə olunmur.

67. Hazırkı iş üzrə mövcud olan sübutlar əsasında isə iddiaçının cavabdehə qarşı iddiası, yəni birincinin torpaq sahəsinə gedən yolun sonuncu tərəfindən tutulması sübut olunmur.

68. Həmin hal işdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-2406/2024 saylı mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5175 saylı ekspert rəyləri ilə tam təsdiq olunur.

69. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi əsaslı sayır.

70. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

71. “X11rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

72. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir.

73. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

74. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər.

75. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.

76. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmişdir.

77. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

78. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

79. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(046)-18/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.

80. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 350 manat məbləğində pul İddiaçı tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(046)-18/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən edilməsi tələbinə dair” iddiası rədd edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 350 manat məbləğində pul İddiaçı tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar