Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-39/2023 26.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Hafız oğlu, Cavabdeh1 və Cavabdeh3 qarşı ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Hafız oğlu, Cavabdeh1 və Cavabdeh3 qarşı ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(019)-259/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarına əsasən Balakən rayonu, Qazbinə kəndində İddiaçı mərhum X3na 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. X3 23 mart 2013-cü il tarixdə vəfat etmişdir. X34 Xidmət Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmasına baxmayaraq, çıxarış olmadığı üçün notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin yalnız torpaq sahəsinə dair çıxarış təqdim edildikdən sonra mümkün olması barədə arayış verilmişdir. Həyətyanı torpaq sahəsinə dair hüquqların Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. Ərizəsinin icrası ilə əlaqədar olaraq zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyatı əməkdaşları torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmişlər. Ölçmə işlərinə maneələr olduğu üçün DƏDRX-nin Zaqatala rayon 18 saylı ərazi idarəsi tərəfindən bildiriş məktubu ilə bundan imtina olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarına əsasən ünvan 2ində mərhum X3na verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, 01 aprel 1982-ci il tarixdə anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı Balakən rayonu, Mahamalar kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh3 cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsini xahiş etmişdir.
4. Məhkəmə, iddiaçının razılığını nəzərə alıb, həmin vəsatətə iş materialları ilə birlikdə hüquqi qiymət verərək, Cavabdeh3 hazırki iş üzrə cavabdeh qismində işə cəlb etmişdir
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarına əsasən Balakən rayonu, Qazbinə kəndində mərhum X3na 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. X3 23 mart 2013-cü il tarixdə vəfat etmişdir. X2 miras qalmış əmlak ilə bağlı vərəsəlik işi ilə əlaqədar X34 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişlər. X34 Xidmət Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmasına baxmayaraq, çıxarış olmadığı üçün notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin yalnız torpaq sahəsinə dair çıxarış təqdim edildikdən sonra mümkün olması barədə arayış verilmişdir. Həyətyanı torpaq sahəsinə dair hüquqların Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. Ərizəsinin icrası ilə əlaqədar olaraq zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyatı əməkdaşları torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmişlər. Ölçmə işlərinə maneələr olduğu üçün DƏDRX-nin Zaqatala rayon 18 saylı ərazi idarəsi tərəfindən bildiriş məktubu ilə bundan imtina olunmuşdur. Ölçmə işlərinin aparılmasının zəruri olduğu torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt olunmuşdur. Cavabdehlərə ölçmə işlərin aparılmasına olan maneələrin aradan qaldırılmasına dair müraciət etsə də, bu nəticə verməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsinə dair mərhum atasının hüquqlarının DƏDRX-də qeydiyyata alınması üçün ölçmə işlərinin aparılmasına törətdiyi maneələr nəticəsində vərəsəlik və mülkiyyət hüququmdan məhrum olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarına əsasən Balakən rayonu, Qazbinə kəndində iddiaçının mərhum X3na verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə məhkəməyə 28 fevral 2022-ci il tarixli **********18 nömrəli məktubla müraciət edərək, hazırki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə X10 ünvan 2i ərazisindən 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. 0.09 ha torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib edilmiş və verilmişdir. X13 23 mart 2013- cü il tarixdə vəfat etmişdir. İddiaçı mərhum X5 oğlu olmaqla onun birinci növbəli vərəsəsidir. İddiaçı atasından miras qalmış əmlaka vərəsəlik əsasında hüquqlarını rəsmiləşdirmək istəyir. X8 adına vərəsəlik işi açılsa da, onun mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinə dair hüquqların rəsmiləşdirilməsi barədə çıxarış onun vərəsələri tərəfindən təqdim edilmədiyindən, notariat orqanında qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. X8 vərəsəsi olan və ondan miras qalmış əmlakın mülkiyyətçisi sayılan İddiaçı tərəfindən mərhum X8 mülkiyyətinə verilmiş əmlaklar, o cümlədən sözügedən 0.09 ha həyətyanı torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 Saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və ərizənin icrası ilə əlaqədar zəruri inventarlaşma işlərinin aparılması məqsədi ilə aidiyyəti əməkdaşlar tərəfindən torpaq sahəsində ölçü işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən maneələr yaradılmış, cavabdehlər tərəfindən həmin ölçmə işlərinin aparılmasına imkan verilməmişdir. Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir.
9. İşdəki sübutlardan görünür ki, İddiaçı X2 ünvan 2ində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı 23 mart 2013-cü il tarixdə ölmüş X8 birinci növbəli vərəsəsidir. O və digər ailə üzvləri atasından qalmış mirasla bağlı şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etmiş, lakin notariat orqanında atasından miras qalmış həmin 0.09 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən 0.09 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsili ilə bağlı həmin torpaq sahəsində ölçmə işlərinin aparılması həyata keçirilərkən cavabdehlər tərəfindən ölçmə işlərinin aparılmasına, inventarlaşdırma işlərinin həyata keçirilməsinə maneələr yaradılmış və həmin əməkdaşlar oradan çıxarılmışdır. Bununla da cavabdehlər tərəfindən hüquqdan suiistifadə edilməklə İddiaçı atasından qalmış mirasla bağlı vərəsəlik və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneələr yaradılmışdır. Ona görə də qanun normalarının tələbinə əsasən iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün sözügedən 0.09 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.
10. Balakən Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(019)-259/2022 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmuş, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarına əsasən ünvan 2ində İddiaçı mərhum X3na verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ölçmə işlərinin aparılmasına olan maneələr aradan qaldırılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140, 146, 152, 157, 560, 1133, 1151, 1159, 1243 və 1255-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
12. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 saylı qərarı ilə ünvan 2ində 0.09 ha həyətyanı torpaq sahəsi X8 xüsusi mülkiyyətinə verilmişdir.
13. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon VVAQ şöbəsi tərəfindən 15 iyul 1988-ci il tarixdə verilmiş İİİ-JQ seriyalı 876017 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1988-ci il tarixdə anadan olmuş, X3, anası X14 yazılmışdır
14. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 aprel 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 607705 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 23 mart 2013-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin aprel ayının 03 günündə 29 № ilə qeyd edilmişdir.
15. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 Saylı Zaqatala Ərazi İdarəsinin İddiaçı ünvanlandığı 01 dekabr 2021-ci il tarixli **********31 nömrəli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilir ki, vərəsəsi olduğu X10 məxsus ünvan 2i ünvanında 0,09 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (**********). Ərizəsinin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahələrinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin aparılması tərəflərindən təmin edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyrimümkündür.Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1 -ci maddəsinə əsasən ərizəsinin icrasından imtina olunur. Odur ki, qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır.
16. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi X34 Xidmət Mərkəzində Notariat Ofisinin 21 dekabr 2021-ci il tarixli 168 nömrəli arayışında göstərilir ki, icraatda olan xx.xx.2013-cü il tarixdə vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X8 vərəsəlik işi ilə əlaqədar X34 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən arvadı X9, İddiaçı, X17 müraciətləri əsasında vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu hissəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Təqdim olunan sənədlərdən xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 vərəsələri arasında miras ilə bağlı mübahisənin olmadığı, eyni zamanda miras toplusuna daxil olan əmlakda mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət ərzində qeydiyyatda olmaqla mirası qəbul etdikləri müəyyən olunmuşdur. Miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənəd (çıxarış) təqdim edildikdən sonra həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir
17. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsinin xx.xx.2021-ci il tarixli 2402 nömrəli arayışında göstərilir ki, həqiqətən mərhum X13 vəfat etdiyi xx.xx.2013- cü il tarixdə ünvan 3 ünvanda daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: yoldaşı X12, oğlu-İddiaçı və oğlu-X27.
18. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti başçısının Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 dekabr 2021-ci il tarixli 148 nömrəli arayışında göstərilir ki, 01 aprel 1982-ci il tarixində anadan olmuş Gürcüstan Respublikasının vətəndaşı Cavabdeh3 04 oktyabr 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qazbinə yaşayış məntəqəsinin sakini qaynatası X21 məxsus fərdi yaşayış evinə Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti qeydiyyata alınmışdır. Həmçinin Cavabdeh3 ailəsi Balakən rayonu Mahamalar kəndi üzrə daimi qeydiyyatdadır, hal - hazırda yaşayır və onun aşağıda adları qeyd olunan ailəsi vardır: yoldaşı- Cavabdeh1, oğlu- Cavabdeh2, oğlu X23 və qızı X18.
19. İşdə olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı X24 hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
20. Apellyasiya baxışında məhkəməyə təqdim edilmiş JN-242A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 saylı qərarı ilə ünvan 2ində 0.10 ha həyətyanı torpaq sahəsi X15 xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi və onun üərində olan birmərtəbəli 3 otaqlı evə dair X15 adına xx.xx.2009-cu ildə ********** qeydiyyat nömrəli Çıxarış verilmiş və həmin daşınmaz əmlak xx.xx.2011-ci ildə X1. X19 adına xx.xx.2012-ci ildə ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir.
21. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ünvan 4i ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Mübahisələndirilən həmin ərazidə 1990-cı ildən yaşayırlar. Həmin ərazi ilə bağlı qaynanası X16 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Belə ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998- ci il tarixli 08 saylı qərarı X6 adına 0.09 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 546A saylı 40108038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 1999-cu ildə X13 bizə gələrək onların qanuni istifadəsində olan torpaq sahəsinin bir hissənin onun mülkiyyətinə verildiyini, bunun üçün torpaq sahəsinin pulunun verilməsini xahiş etmişdir. Həmin vaxt qaynanası Qəndab Mirzəyeva və yoldaşı X42 Saramanova 2000 ABŞ dolları pul vermişlər. Hazırda JN 546A saylı 40108038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qaynanası X20 verilmiş 0.09 ha torpaq sahəsindən onun ölümündən sonra onun oğlu olan həyat yoldaşım Hafiz Mirzəyev və ailə üzvləri istifadə edirlər. Orada ev, naves tikmişlər, torpağın kənarına hasar çəkmişlər, orada bağ salmışlar. İddiaçı inventarlaşdırma işlərinin aparılması tələb etdiyi torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Qanuni istifadəsində olan torpaq sahəsinə JN 546A saylı 40108038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olduğundan həmin torpaq sahəsində ölçmə işlərinin aparılması cavabdehlərin iradəsinə zidd həyata keçirilə bilməz və bu hüquqdan sui-istifadə hesab oluna bilməz.
23. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırda JN 546A saylı 40108038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qaynanam X20 verilmiş 0.09 ha torpaq sahəsindən onun ölümündən sonra onun oğlu olan həyat yoldaşım Hafiz Mirzəvev və ailə üzvlərimiz istifadə edirik. Orada ev, naves tikmişik, torpağın kənarına hasar çəkmişik, orada bağ salmışıq. Hazırki iddianın təmin edilməsi Mülki Məcəllənin 560.1, 560.2, 560.3-cü və 158-ci maddələrinə ziddir.
24. Ona görə də, Balakən Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(019)- 259/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(019)-259/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
27. Cavabdehlər Cavabdeh2 Hafız oğlu, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-ci maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
29. Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 4.1- ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 7.1 və 7.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı…8.0.5.2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri…
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
32. Cavabdeh Balakən Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(019)- 259/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
34. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
35. Bu qətnamənin 1-ci bəndində göstərilən hallar işin mübahisəsiz hallarıdır. Hazırki iş üzrə iddiaçının mübahisəli torpaq sashəsinə hüququnun mərhum X3nun birinci növbəli vərəsəsi olaraq mövcud olması bu qətnamənin 8-9-cu bəndlərindən göründüyü kimi birinci instansiya mhəkəməsi tərəfindən müəyyən edilmişdir və məhkəmə kollegiyası həmin dəlillərlə razılaşır.
36. Hazırki iş üzrə apellyasiya baxışında müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 saylı qərarı əsasında ünvan 2ində X15 adına JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə 0.09 ha, JN-242A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə 0.10 ha, X8 adına JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu halın aydınlaşdırılması məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə verilmiş sorğuya cavab olaraq verilmiş 8 avqust 2022-ci il tarixli **********87 nömrəli məktubda göstərilmişdir ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tam mülkiyyət üzrə X16 adına 0,10 ha həyətyanı torpaq sahəsinə dair JN-242A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinə əsasən xx.xx.2009-cu il tarixində ********** qeydiyyat nömrəsi X6 adına qeydiyyata alınmış fərdi yaşayış evi Balakən Dövlət notariat kontorunun xx.xx.2011 ci il tarixli, 4Ə-362 nömrəli alqı-satqı müqaviləsinə əsasən X19 adına özgəninkiləşdirilmiş və xx.xx.2012-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X16 adına JN-546 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin olması ilə bağlı ərazi idarəsində, keçmiş DTİ və MHQ idarələrinin və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyasının 7 sentyabr 2022-ci ildə keçirilmiş baxış iclasında cavabdeh tərəf X16 adına JN-546 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin əslini məhkəməyə təqdim etdiklərindən eyni kod və nömrə (JN-546A KOD 40108038 saylı) altında olan X8 və X15 adına verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrdən hansının düzgün ilkin sənədlər əsasında verilməsi məsələsinə və hər üç Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyi məsələsinə aydınlıq gətirilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinin 7 sentyabr 2022-ci il tаrixli, 2(107)-970/2022 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmiş və ekspert rəyi аlınаnаdək işin icrааtı dаyаndırılmışdır. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 6 mart 2023-cü il tarixli 10/463 nömrəli rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdaklıar müəyyən olunur: Balakən rayon Aqrar islahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 saylı qərarı əsasında ünvan 2ində X8 adına JN-546 KOD 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədi ilə 0.09 ha torpaq sahəsi və Balakən rayonu, Qazbinə kəndində X20 adına JN-242 KOD 40108038 saylı Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə sənədində isə 0.10 ha torpaq sahəsi işlənmişdir. Həmin JN-546 və JN-242 saylı Şəhadətnamələrdə göstərilən torpaq sahələrinin hər hansı bir hissəsi üst-üstə düşmür. Məhkəmə kollegiyası qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli mütəxəssis rəyində Şəki Apellyasiya Məhkəməsinin 7 sentyabr 2022-ci il tаrixli, 2(107)-970/2022 nömrəli qərаrdаdı ilə müəyyən edilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilmiş Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 saylı qərarı əsasında ünvan 2ində X15 adına verilmiş JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə və X8 adına verilmiş JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrdən hansının düzgün ilkin sənədlər əsasında verilməsi məsələsinə heç bir münasibət bildirilməsə də, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 8 avqust 2022-ci il tarixli **********87 nömrəli məktubu ilə Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli mütəxəssis rəyi və onun əsasında verilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 6 mart 2023-cü il tarixli 10/463 nömrəli ekspert rəyinin müqayisəli təhlili onu deməyə əsas verir ki, X16 adına JN-546 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi mövcud olmamışdır.
37. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə İddiaçı X3na məxsus olması və hazırki İddiaçı həmin torpaq sahəsiniə olan hüquqları yuxarıda göstərilənlərlə təsdiq edilmişdir.
38. Məhkəmə kollegyiası hesab edir ki, belə olan vəziyyətdə cavabdehlərin süni şəkildə yaratdığı maneələr iddiaçıın hüquqlarını pozur və bu baxımdan iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.4-ci maddələri ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər (maddə 152.3). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4). Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.
39. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddia tələbini əsaslı saymış, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, eləcə də yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
40. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(019)-259/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(019)-259/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev