Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-390/2022 16.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(075)-2408/2021 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(075)-2408/2021 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin olunmuş, Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsinə əsasən İddiaçı alınaraq X3 verilməli olan 1030 manat və Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(075)- 669/2021 saylı qətnaməsinə əsasən İddiaçı alınaraq X5 verilməli olan 1330 manat olmaqla, cəmi 2360 (iki min üç yüz altmış) manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsinə əsasən ondan alınaraq X3 verilməli olan 1030 manatın və Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsinə əsasən ondan alınaraq X5 verilməli olan 1330 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, o, Şəki rayonu Göybulaq kəndində yaşayır və məktəb direktoru işləyir. Kənd camaatı arasında olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək ona həvalə edilmişdir. Lakin həmin gün məktəbdə işi olduğundan naxıra gedə bilməmiş, bu barədə naxıra mal göndərənləri məlumatlandırmış və başqa naxırçı olan Cavabdeh 30 manat pul verərək onu əvəz etməsini tapşırmışdır. Sonradan həmin gün naxırda bir inəyin maşın vurduğunu, bir inəyin isə canavar parçaladığını eşitmişdir. Belə ki, heyvanlardan birini maşın vurmuş, heyvan ağır yaralandığı üçün yiyəsi kəsib satmışdır. Digəri isə dağda qalmışdır və onu canavar yemişdir. Kənd camaatının qaydasına görə naxırdan gəlməyən heyvanın yiyəsi həmin gün gecə saat 12:00- dək növbətçiyə məlumat verməlidir. Lakin ikinci, yəni dağda qalan və canavar yeyən inəyin yiyəsi 5 gün sonra ona məlumat vermişdir. Həmin gün naxırda olmadığından hesab edir ki, onun heç bir təqsiri yoxdur. Bildirmişdir ki, inək maşın vurduqdan bir həftəyə yaxın müddət ərzində sağ olmuş, sonradan ölmüşdür. O özü şəxsən naxıra getmədiyi halda hansı əsasla dəymiş zərər qarşısında öhdəliyi yarana bilər. Bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. Onun başqa bir naxırçı olan Cavabdeh 30 manat verərək onu naxıra göndərməyi hazırki iş üzrə iddiaçı qarşısında öhdəlik götürməyi üçün əsas ola bilməz. Belə olan halda ona dəymiş zərəri də Cavabdeh ödəməlidir. Çünki, həmin gün naxıra göndərilən heyvanları o qəbul etməmiş, ona naxıra göndərilən heyvanlar təhvil verilməmiş və həmin heyvanların sağ qayıdıb-qayıtmaması ilə bağlı üzərinə hər hansı bir şəkildə öhdəlik götütməmişdir. Belə olduğu halda onun heç bir məsuliyyəti yaranmamışdır. O, məktəb direktorudur və yalnız kömək məqsədi ilə naxıra getmək üçün naxırçı tapmış və naxırçı Cavabdeh 30 manat pul vermiş, özü naxıra getmədiyi halda hansı əsasla məsuliyyət daşıdığı da əsaslı hesab edilə bilməz. Lakin, həmin hadisə ilə Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2 (075)-685/2021 saylı qətnaməsinə əsasən ondan dəymiş maddi zərərin əvəzi olaraq 1000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun alınaraq X3 verilməsi və Şəki Rayon Məhkəməsnin 20 aprel 2021-ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsinə əsasən ondan dəymiş maddi zərərin əvəzi olaraq 1300 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun alınaraq X5 verilməsi qərara alınmışdır. Əslində, həmin hadisə Cavabdeh təqsirindən baş verdiyinə görə həmin məbləğlər Cavabdeh tərəfindən ona ödənilməlidir. İddianı müdafiə edir və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, Göybulaq məktəbində gözətçi işləyir. İddiaçı onun gözətçi işlədiyi məktəbin direktorudur. Kənd camaatı arasında olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. Həmin gün naxıra nəzarət İddiaçı idi. Bildrmişdir ki, kəndin naxırını kəndçiləri Təmraz Qeybullayev adlı şəxs otarır. Lakin hər gün bir nəfər Təmraza köməkçi kimi naxıra gedir. Təmraz biraz xəstə kimi adamdır. 19 noyabr 2020-ci il tarixdə Məhəmməd ona işinin olduğunu bildirmiş və Təmrazla onu naxıra növbətçi göndərmişdir. Bildirmişdir ki, Məhəmmədin əvəzinə naxıra getməsinə razıklıq verib və həmin gün naxıra getmişdir. Lakin Məhəmməd ona pul verməyib, o pulu Təmraza vermişdir. Göstərmişdir ki, 6 ildir ki, Məhəmməd öz növbəsində onu pulsuz naxıra göndərir. O da bu müddət ərzində məcburiyyət qarşısında qalaraq Məhəmmədin əvəzindən naxıra getmişdir. Heç vaxt belə problem yaranmamışdır. Bildirmişdir ki, camaat heyvanları naxıra qatanda heyvanları saymırlar. Onun inəyi maşın vurmağından həmin günü xəbəri olmuşdur. Digər inəkdən isə Namiq ona zəng edib xəbər edəndə xəbəri olmuşdur. Bildirmişdir ki, Namiq ona axşam saatlarında zəng edərək bilidirmişdir ki, inəyi qayıtmayıb. Səhəri günü Namiq demişdir ki, inəyini canavar parçalamışdır. Qəzada ölən inəkdə Məhəmmədin günahı yoxdur. Lakin canavar parçalayan inəkdə Məhəmmədin günahı var. Belə ki, Namiq dəfələrlə onun qapısına getsədə aralarında razılıq olmamışdır. İddianı qəbul etmir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh və onun vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan yəni cavabdeh, tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Hazırkı işdə isə cavabdehin qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə zərər vurması halı müəyyən olunmur. Birmənalı olaraq malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərəri sübut etmək vəzifəsi zərərçəkənin üzərinə qoyulur. Bu halda iddiaçı yəni zərərçəkən cavabdehin təqsirini təsdiq edən sübut təqdim etməli idi. Ona görə də, Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(075)- 2408/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(075)-2408/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(075)-2408/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(075)-685/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi təmin edimiş, İddiaçıya dəymiş maddi zərərin əvəz olaraq 1000 manat və 30 manat dövlət rüsumu, həmçinin Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)- 463/2021 saylı qətnaməsinə əsasən X1 verilməli olan 1009 manat və 25 manat dövlət rüsumu olmaqla, cəmi 2064 manat alınaraq X3 verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(075)-669/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi təmin edimiş, İddiaçı 1300 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1330 manat alınaraq X5 verilməsi qətt edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(107)-1404/2021 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(075)- 669/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(075)- 669/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 777.1, 777.2, 779.1, 780.2, 1096.1, 1097.1, 1097.3 və 1114.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 780.2-ci maddəsinə əsasən əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək İddiaçı həvalə edilmişdir. Lakin həmin gün məktəbdə işi olduğundan naxıra gedə bilməmiş, bu barədə naxıra mal göndərənləri məlumatlandırmış və başqa naxırçı olan Cavabdeh 30 manat pul verərək onu əvəz etməsini xahiş etmişdir. Sonradan həmin gün naxırda bir heyvanı maşın vurduğunu, bir heyvanın isə öldüyünü eşitmişdir. Belə ki, heyvanlardan birini maşın vurmuş, digəri isə dağda qalmışdır və onu canavar yemişdir. Həmin gün naxıra onun tapşırığına əsasən Cavabdeh getdiyindən və özü naxıra getmədiyindən hesab edir ki, qeyd edilən heyvanların sahiblərinə zərər dəyməsində onun heç bir təqsiri yoxdur. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir və iddianı müdafiə edir. Cavabdeh isə Məhəmmədin onun işlədiyi məktəbin direktoru olmasını, 6 il onun əvəzindən naxıra getməsini, 19.11.2020-ci il tarixdə ona pul verməməsini, onu məcbur edib naxıra göndərməsini bildirərək iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı naxırdakı inəkləri cavabdehə həvalə edərək onu naxıra göndərmişdir. Cavabdeh tapşırığın icrasını təmin etməmiş və nəticədə inəklərdən birini maşın vurmuş, digəri isə örüşdə qalaraq onu canavar parçalamışdır. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 780.2-ci maddəsinə əsasən vəkalət alan cavabdeh üçüncü şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyaraq iddiaçıya vurduğu zərərin əvəzini ödəməyə borcludur. Həmçinin Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi təmin edimiş, İddiaçı ona dəymiş maddi zərərin əvəz olaraq 1000 manat və 30 manat dövlət rüsumu, alınaraq X3 verilməsi qət edilmişdir. Bundan başqa Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi təmin edimiş, İddiaçı 1300 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1330 manat alınaraq X5 verilməsi qət edilmişdir. Göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında şifahi tapşırıq müqaviləsi mövcud olmuş, lakin Cavabdeh şifahi tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş və səhlənkarlığı üzündən X3 və X5 maddi ziyan dəymişdir. X2 və X4 iddiaları üzrə çıxarılan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə cəmi 2360 manat pulun İddiaçı alınaraq onlara verilməsi qət edilmişdir. Lakin həmin maddi ziyanlar həmin gün İddiaçı şifahi tapşırığını yerinə yetirməli olan Cavabdeh səhlənkarlığı nəticəsində baş vermişdir. Odur ki, İddiaçı vurulmuş maddi zərərin əvəzini Cavabdeh geriyə tələb (reqres) etmək hüququ vardır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsinə əsasən İddiaçı alınaraq X3 verilməli olan 1030 manat və Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsinə əsasən İddiaçı alınaraq X5 verilməli olan 1330 manat olmaqla, cəmi 2360 (iki min üç yüz altmış) manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı naxırdakı inəkləri cavabdehə həvalə edərək onu naxıra göndərmişdir. Cavabdeh tapşırığın icrasını yetərincə təmin edə bilmədiyindən inəklərdən birini maşın vurmuş, digərini isə canavar parçalamışdır. Məhkəmə kolelgiyası hesab edir ki, göstərilən hallar tapşırığın icrasında ən azından kobud ehtiyatsızlıq halının mövcudluğunu deməyə əsas verir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(075)-2408/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Hazırki iş üzrə iddia tələbi Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)- 685/2021 saylı qətnaməsinə əsasən ondan alınaraq X3 verilməli olan 1030 manatın və Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsinə əsasən ondan alınaraq X5 verilməli olan 1330 manatın Cavabdeh alınaraq ona verilməsi barədə olduğundan və iddianın qiyməti cəmi 2360 manat olduğundan Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 402.1-ci maddəsinin tələbinə əsasən cavabdehin hazırki iş üzrə kassasiya şikayəti vermək hüququ yoxdur. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(075)-2408/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-390/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-390/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver