Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-390/2025 17.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İdiris oğlu və üçüncü şəxs X13 qarşı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş məftil torun sökülməsi və mülkiyyət hüququna olan maneçiliklərə son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması, qüvvə) X26 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X14 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İdiris oğlu və üçüncü şəxs X13 qarşı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş məftil torun sökülməsi və mülkiyyət hüququna olan maneçiliklərə son qoyulması tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(037)-9/2025 nömrəli qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu Talıstan kəndi ünvanında yerləşən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********38 olan RX seriyalı ******* nömrəli çıxarışla onun mülkiyyətində olan 0.08 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh İdiris oğlunun çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş məftil torun sökülməsi, mülkiyyət hüququna olan maneçiliklərə son qoyulması və hüququnun bərpası üçün çəkdiyi xərcin 570 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili/nümayəndəsi Vəkil2 vəsatət göndərərək Cavabdeh Şəki İnzibati Məhkəməsində cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon dövlət notaria kontorunda 24 oktyabr 2007-ci il tarixdə təsdiq edilmiş, 4Ə4/467 reyestr nömrəsi ilə qeyd edilmiş, 24 oktyabr 2007-ci il tarixli müqavilə əsasında X3 alınan İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, buna dair çıxarış və daşınmaz əmlakın texniki pasportu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə 1(116)-884/2025 nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər İsmayıllı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh İdiris oğlu və üçüncü şəxs X13 qarşı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş məftil torun sökülməsi və mülkiyyət hüququna olan maneçiliklərə son qoyulması tələbinə dair 2(037)- 9/2025 nömrəli mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(037)-9/2025 nömrəli qərardadı ilə 2(037)-9/2025 nömrəli mülki iş üzrə Şəki İnzibati Məhkəməsin e-2-1(116)- 884/2025 nömrəli işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon dövlət notaria kontorunda 24 oktyabr 2007-ci il tarixdə təsdiq edilmiş, 4Ə- 4/467 reyestr nömrəsi ilə qeyd edilmiş, 24 oktyabr 2007-ci il tarixli müqavilə əsasında X3 alınan İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, buna dair çıxarış və daşınmaz əmlakın texniki pasportu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda sözügedən mülki işlər eyni tərəflər arasında olmaqla, hər iki mülki iş eyni predmet barəsində mübahisəyə dair mülki işlərdir. İddiaçı Cavabdeh İdiris oğlu və üçüncü şəxs X13 qarşı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş məftil torun sökülməsi və mülkiyyət hüququna olan maneçiliklərə son qoyulması tələbinə dair iddiası üzrə Şəki İnzibati Məhkəməsin e-2-1(116)-884/2025 nömrəli işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana qədər hazırki işə mahiyyəti üzrə baxmaq mümkün deyil. Həmin qərardaddan iş üzrə İddiaçı şikаyət verərək qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(037)-9/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(037)- 9/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin icraatına qəbul edilmiş iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu Talıstan kəndi ünvanında yerləşən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********38 olan Seriya RX, ******* nömrəli çıxarışla onun mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş məftil torun sökülməsi, mülkiyyət hüququna olan maneçiliklərə son qoyulması, və hüququnun bərpası üçün çəkdiyi xərcin, 570 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, 2(037)-737/2024 nömrəli qərardadından görünür ki, Cavabdeh İdiris oğlu cavabdeh X17 ilə əvəzlənərək əsl cavabdeh qismində, cavabdeh X17 isə cavabdehlikdən çıxarılaraq üçüncü şəxs qismində işə cəlb edilmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə daxil olan mütəxəssis rəyindən bir daha aydın oldu ki, X11 məftil torla əhatəyə almış torpaq sahəsinin 0,077 hektar hissəsi onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür, qalan 0,0396 hektar hissəsi isə onun torpaq sahəsini satın aldığı, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olan X8 mülkiyyətində olan torpaq sahəsidir. X5 məftil torla əhatəyə aldığı torpaq sahəsi 0,12 hektar olmaqla əvvəlki sahibi-mülkiyyətçisi X8 mülkiyyətində olmuş, sonra həmin torpaq sahəsinin 0,08 hektar hissəsini ona 2013-ci ildə satmış, mülkiyyət hüququ dövlət reyestr xidmətində qeydiyyata alınmış, qalan 0,0396 hektar hissəsi isə Xıdırnəbi qızının mülkiyyətində qalmışdır. Yəni həmin torpaq sahəsinin iş üzrə cavabdeh X13, nədə məhkəmənin cavabdeh kimi tanıdığı X18 heç bir aidiyyatı yoxdur. O, məhkəmə Qərardadını tam qanunsuz, əsassız və ədalətsiz sayaraq, ondan apellyasiya şikayəti verir. 1.Bildirir ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan iş üzrə iddiaçı olan X22 adlı şəxsi tanımır, onu heç vaxt görməmişdir, həmin şəxs 2013-ci ildən onun mülkiyyətində olan, o, satın almamışdan əvvəl X8 mülkiyyətində olmuş həyətyanı torpaq sahəsini qanunsuz zəbt eləməyib, onlara məxsus torpaq sahəsini 2024-ci ilin ilk ayında X17 adlı şəxs zəbt eləyib və o da ona qarşı məhkəmədə iddia qaldırmışdır. Sonradan məhkəmə heç bir hüquqi, rəsmi sənəd olmadan cavabdehi X22 ilə əvəz eləmişdir.
2. Vəsatətdən göründiyi kimi, güya məhkəmənin cavabdeh kimi tanıdığı şəxs X6 Günel Raqub qızından 2007-ci ildə torpaq sahəsi satın almış və indi onun mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmaqdan imtina edilir, o, Şəki İnzibati Məhkəməsində cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinəqarşı iddia qaldırmışdır. Bunun onun iddiasına nə aidiyyatı, geyd olunan şəxs başqa bir şəxsdən, yəni onun 2013-ci ildə torpaq sahəsini satın aldığı X7 deyil, başqa bir şəxs X12 2007-ci ildə torpaq sahəsi satın almışdır. Yəni onların torpaq sahəsi satın aldıqları şəxslər ayrı, torpaq sahələri ayrı. Onun hüququnun 2024-ci ildə dövlət qeydiyyatına alınıb-alınmamasının ona, onun iddiası üzrə başladılmış mülki işə nə aidiyyatı.
3. Fərz edilsə ki, Şəki İnzibati Məhkəməsi X24inun torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması haqqında qərar qəbul etdi. Bunun onun iddiasına nə aidiyyatı. O, torpaq sahəsini 2013-ci ildə X2 almış, mülkiyyət hüququ dövlət qeydiyyatına 27 mart 23013-ci il tarixdə alınıb, torpaq sahəsi yerində ölçülərək, kardinatları müəyyən edilərək ona təhvil verilmiş, həmin vaxtdan da 2024-ci ilin ilk ayına kimi, yəni X17 qanunsuz mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, məftil tora alınan vaxta kimi o, istifadə etmişdir. X11 zəbt elədiyi 0,12 hektar torpaq sahəsinin 0,077 hektar hissəsi onun mülkiyyətimdə olan torpaq sahəsidir, qalan 0,0396 hektar hissəsidə o, torpaq sahəsini 2013-ci il tarixdə satın aldığı X8 mülkiyyətindədir. 4.Yəni, Şəki İnzibati Məhkəməsinin icraatındaolan e-2-1(116)-884/2025 nömrəli inzibati iş üzrə qəbul olunacaq, iddianın təmin olunması və ya iddianın rədd edilməsi barədə olan qərarın onun iddiasına heç bir formada aidiyyatı yoxdur. Onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb, iş üzrə alınmış “MÜTƏXƏSSİS RƏY”ində də tam aydın yazılıb ki, mübahisələndirilən iş üzrə məhkəmənin cavabdeh kimi tanıdığı X16 nümayəndəsi, üçüncü şəxs X17 tərəfindən istifadə edilən, məftil tora alınmış, faktiki naturada 0,122 hektar torpaq sahəsinin 0,396 hektar hissəsi Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyistrində **********39 saylı X1 mülkiyyətində olan torpaq sahəsi ilə, 0,077 hektar hissəsi isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********38 saylı Çıxarışla onun–İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.
5. Yəni onun iddiası, mülkiyyət hüququnun pozulması ilə əlaqədardır, tam əsaslıdır, Şəki İnzibati Məhkəməsinin icraatında olan e-2-1(116)-884/2025 nömrəli inzibati iş üzrə qəbul olunacaq hər hansı bir qərarın onun iddiası üzrə İsmayıllı Rayon Məhkəməsinin icraatında olan 2(037)-9/2025 nömrəli mülki işin nəticəsinə təsiri yoxdur.
6. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(037)- 9/2025 nömrəli Qərardadı“2(037)-9/2025 nömrəli mülki iş üzrə Şəki İnzibati Məhkəməsinin e-2- 1(116)-884/2025 nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək icraat dayandırılsın” qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı, iş üzrə icraat təzələnərək yekun məhkəmə qərarı çıxarılmalıdır. Məhkəmə Qərardadında istinad etdiyi maddi hüquq normalarını düzgün tövsüf olunmayıb, iş üzrə sübutları düzgün qiymətləndirməyib, iş materiallarında olan sənədlərə yox, cavabdeh kimi qəbul elədiyi şəxsin nümayəndəsinin fikirlərinə istinad edərək qərardad qəbul etmişdir. Yəni, məhkəmə təqdim olunmuş sübutları yuxarıda göstərdiyi kimi düzgün qiymətləndirməmiş, iş üzrə faktiki halları tam aydınlaşdırmamışdır. Yuxarıda göstərdiyi ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan inzibati işlə İsmayıllı Rayon Məhkəməsinin icraatında olan onun iddiası üzrə başladılmış mülki işin heç bir əlaqəsi yoxdur. Şəki İnzibati məhkəməsində hüququn dövlət qeydiyyatıa alınması ilə əlaqədar iş mübahisələndirilir. Vəsatətdən göründüyi kimi X22 göstərdiyinə görə 2007-ci ildə başqa bir şəxsdən, yəni X12 torpaq sahəsi almışdır. İnzibati iş həmin torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədardır. Onun iddiası üzrə olan mülki işdən göründüyi kimi o, 2013-ci ildə X7 torpaq sahəsi satın almışdır. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və həmin mülkiyyətində olan torpaq sahəsini X20 2024-ci ildə qanunsuz zəbt edərək mülkiyyət hüququna qəsd etmişdir. Torpaq sahəsini 2007-ci ildə V.Davudova satan şəxs ayrı, 2013-ci ildə torpaq sahəsini ona satan şəxs ayrı, torpaq sahələri ayrı, “MÜTƏXƏSSİS RƏY”ində tam aydın olur. Qeyd olunan prosessual maddədə göstərilən hansı bir tələb Şəki İnzibati Məhkəməsin icraatında olan inzibati üş üzrə həll olunana kimi, onun iddiası üzrə İsmayıllı Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun qərar çıxarılmasına mane olur. Odur ki, qərardadın ləğv olunması, mülki iş üzrə icraatın təzələnərək yekun qərar qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, hazırda məhkəmənin icraatında olan İddiaçı Cavabdeh İdiris oğluna qarşı İsmayıllı rayonu Talıstan kəndi ünvanında yerləşən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********38 olan Seriya RX, ******* nömrəli çıxarışla onun mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş məftil torun sökülməsi, mülkiyyət hüququna olan maneçiliklərə son qoyulmasına dair iddia tələbi ilə hazırkı iş üzrə Cavabdeh İdiris oğlunun Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayon Dövlət notariat kontorunda 24 oktyabr 2007-ci il tarixdə təsdiq edilmiş, 4Ə-4/467 reyestrm nömrəsi ilə qeyd edilmiş, 24 oktyabr 2007-ci il tarixli müqavilə əsasında X4 aldığı İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, buna dair çıxarış və daşınmaz əmlakın texniki pasportu verilməsi öhdəliyinin qoyulmasına dair iddia tələbi bir-biri ilə əlaqəli tələblərdirlər. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 06 dekabr 2024-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, birinci instansiya məhkəməsinin mütəxəssis qarşısında qoyduğu İsmayıllı rayonu Talıstan kəndində yerləşən torpaq sahəsinə yerində baxış keçirilməklə, 27 mart 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin və 09 oktyabr 2007-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışa əsasən X15 mülkiyyətində olan 0.12 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və koordinatlar müəyyən edildikdən sonra tərəflərin birbirlərinin torpaq sahələrini zəbt edib-etməməsinin və məftil torun kimin torpaq sahəsində çəkilməsinin müəyyən edilməsinə dair suallara cavab olaraq mütəxəssis göstərmişdir ki, elektron baza məlumatlarına əsasən Cavabdeh İdiris oğlunun, üçüncü şəxs X17 tərəfindən istifadə olunan, faktiki naturada ölçülmüş (məftil torla əhatələnmiş) 0.122 hektar torpaq sahəsinin 0.0396 hektar hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********39 saylı çıxarışla X8 mülkiyyətində olan torpaq sahəsi ilə, 0.077 hektar hissəsi isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********38 saylı çıxarışla İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Kollegiya qeyd edir ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 06 dekabr 2024-cü il tarixdə verilmiş mütəxəssis rəyinə əsasən iddiaçının mülkiyyətində olan 0.08 ha torpaq sahəsi ilə Cavabdeh İdiris oğlunun 24 oktyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X10 əldə etdiyi 0.12 ha torpaq sahəsinin 0.077 ha hissəsinin üst-üstə düşməsi müəyyən edildiyindən, Cavabdeh İdiris oğlunun 24 oktyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 aldığı 0.12 ha torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, buna dair çıxarış və texniki pasportun verilməsi öhdəliyinin qoyulmasına dair tələblə hazırda məhkəmənin icraatında olan tələb eyni torpaq sahəsinə aiddirlər. Ona görə də, Şəki İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh İdiris oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayon Dövlət notariat kontorunda 24 oktyabr 2007-ci il tarixdə təsdiq edilmiş, 4Ə-4/467 reyestr nömrəsi ilə qeyd edilmiş, 24 oktyabr 2007-ci il tarixli müqavilə əsasında X4 aldığı İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, buna dair çıxarış və daşınmaz əmlakın texniki pasportu verilməsi öhdəliyinin qoyulmasına dair iddiaya mahiyyəti üzrə baxılaraq qərar qəbul olunana və həmin qərar qanuni qüvvəsini alana qədər hazırki tələbə baxılması mümkün deyildir. Çünki, iddiaçının 0.08 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh İdiris oğlunun çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş məftil torun sökülməsi, mülkiyyət hüququna olan maneçiliklərə son qoyulması və hüququnun bərpası üçün çəkdiyi xərcin 570 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair iddia tələbinin taleyi İsmayıllı rayon Dövlət notariat kontorunda 24 oktyabr 2007-ci il tarixdə təsdiq edilmiş, 4Ə-4/467 reyestr nömrəsi ilə qeyd edilmiş, 24 oktyabr 2007-ci il tarixli müqavilə əsasında X4 aldığı İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, buna dair çıxarış və daşınmaz əmlakın texniki pasportu verilməsi öhdəliyinin qoyulmasına dair iddia üzrə qəbul ediləcək qərarın nəticəsindən birbaşa asılıdır. Belə olan halda, İddiaçı İsmayıllı rayonu Talıstan kəndi ünvanında yerləşən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********38 olan RX seriyalı ******* nömrəli çıxarışla onun mülkiyyətində olan 0.08 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh İdiris oğlunun çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş məftil torun sökülməsi, mülkiyyət hüququna olan maneçiliklərə son qoyulması və hüququnun bərpası üçün çəkdiyi xərcin 570 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbi üzrə Cavabdeh İdiris oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayon Dövlət notariat kontorunda 24 oktyabr 2007-ci il tarixdə təsdiq edilmiş, 4Ə-4/467 reyestr nömrəsi ilə qeyd edilmiş, 24 oktyabr 2007-ci il tarixli müqavilə əsasında X4 aldığı İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, buna dair çıxarış və daşınmaz əmlakın texniki pasportu verilməsi öhdəliyinin qoyulmasına dair tələbə baxılmasının nəticəsini gözləmədən qərar qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(037)-9/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(037)-9/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, e-2(037)-9/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.