Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-392/2022 21.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması, subyektiv hüquq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, İddiaçı1, Cavabdeh iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(075)-1968/2021 saylı qətnaməsindən İddiaçı2 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi, evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə yönələn maneələrin aradan qaldırılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 İddiaçı2 ilə 1982-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan ərinin ata baba yurdu olan Şəki şəhəri F.X.Xoyski küçəsindəki evlərinə gəlin köçmüşdür. O və həmin ünvanda doğulan 4 övladı həmin evə pasport qeydiyyatına düşməklə 2004-cü ilədək qeyd edilən mübahisəli evdə yaşamışlar. Belə ki, 2004-cü ildə hazırkı qeydiyyatda olduqları mübahisə predmeti olan evi ailəlikcə tərk edərək Bakı şəhərinə getmişlər. 2 oğlan və 2 qız övladları vardır. Uşaqlarının hamısı ailəlidirlər. Bakı şəhərinə getdikdən sonra təxminən 10 il müddətində kirayələrdə yaşamışlar. Lakin sonradan ünvan 2 ünvanında 2 otaq, mətbəx və aynabənddən ibarət ev inşa etdirərək təxminən 2014-cü ildən həmin ünvanda yaşamağa başlamışlar. Həyat yoldaşı Kənan xəstədir, uşaqları isə kirayələrdə yaşayırlar. Göstərmişdir ki, Cavabdeh əri Kənanın qardaşı oğludur. Cavabdeh onları qeyd edilən mübahisəli evə qoymur və həmin evdə yaşamağa imkan vermir. Həmçinin o, evin sənədləşməsi ilə bağlı onlara maneələr yaradır. Beləki, evin müəyyən hissəsi ərinin adına rəsmiləşdirilməsi üçün Notariusa və Reyestr Xidmətinə müraciət etmişlər. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları evə baxış keçirmək və ölçmə işləri aparmaq istədikdə cavabdeh qapını açmır və inzibati orqanın işinə maneə yaradır. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi Şəki ŞRPŞ-yə 08.09.2021-ci il tarixli müraciət ünvanlayaraq əməkdaşlarına maneələr yaradıldığını bildirmiş və köməklik olunmasını xahiş etmişdir. Şəki ŞRPŞ-nin əməkdaşları həmin ünvana gəlsələr də cavabdeh öz qanunsuz əməllərini davam etdirmiş və qapını açmamışdır. Həmçinin məhkəmə iclasında ona ünvanlanan suallara cavabında bildirmişdir ki, 2007-ci ildə onlarla Cavabdeh arasında qeyd edilən evlə bağlı mübahisə yaranmışdır. Belə ki, o məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq ünvan 5 ünvanda yerləşən yaşayış evinin 29,58 kv.metr sahəsi olan bir otağından X14 ailəliklə çıxarılması və özünün və ailə üzvlərinin həmin evdə yaşamaqla istifadə hüquqlqrının bərpası və evin 29,58 kv metr sahəsi olan bir otağına köçürülmələrini məhkəmədən xahiş etmişdir. Lakin Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli 2- 222/2007 saylı qətnaməsi ilə onun ünvan 5 ünvanda yerləşən yaşayış evinin 29,58 kv.metr sahəsi olan bir otağından Cavabdeh ailəliklə çıxarılması və özünün və ailə üzvlərinin həmin evdə yaşamaqla istifadə hüquqlqrının bərpası və evin 29,58 kv.metr sahəsi olan bir otağına köçürülmələri tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. X27 Məhkəmsinin 02 oktyabr 2007-ci il tarixli 2(107)22(08- 7)2007 saylı qətnaməsi ilə onun Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli, 2- 222/2007 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli 2-222/2007 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd eilən məhkəmə qətnamələrinin məzmununda göstərilmişdir ki, güya biz həmin evdə olan miras payımıza uyğun olaraq Cavabdeh 1000 dollar pul almışıq. Əslində isə onlar miras payı müqabilində cavabdehdən hər hansı pul məbləğləri almamışlar. Həmin qəbzləri Cavabdeh onlara məcburi olaraq yazdırmışdır. Belə ki, Namiq başlarının üstündə duraraq qəbzləri onlara fiziki və psixi zor tətbiq edərək yazdımışdır. Cavabdeh uzun müddətdir onların orada yaşamaqlarına ciddi şəkildə maneələr yaratmaqla onları öz, evlərindən çıxarıb və onların qanunla qorunan istifadə hüquqlarınıda həyata keçirməyə mane olur. X15 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla həm də qazidir. Suqovuşan istiqamətində gedən döyüşlərdə xəsarət almışdır. Onlar hazırda cavabdehin qanunsuz əməllərinə görə öz evlərinə girə bilmir və digər konstitusion hüquqlarından istifadə edə bilmirlər. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(075)-1456/2021 saylı qətnaməsi ilə Şəki şəhərində vəfat etmiş X3 İddiaçı2 babası olması hüquqi faktı müəyyən edildikdən sonra həmin evdən əri Kənanın payının müəyyən edilməsi məqsədilə DƏDRX-nin 12 saylı ərazi İdarəsinə müraciət etmişlər. Reyestrin əməkdaşları sözü gedən evə baxaraq ölçü işləri aparmaq istəmişlər. Lakin cavabdeh evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə maneə olmuş, evin qapısını onlara açmamışdır. Buna görə də Notariat ofisində onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(075)-1968/2021 saylı qətnaməsi ilə (hakim C.İmanov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə yönələn maneələrin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Eyni zamanda Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(075)- 1968/2021 saylı qərardadı ilə iddia tələbinin evə köçürülmələrinin təmin edilməsi hissəsi üzrə işə xitam verilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(075)-1456/2021 saylı qətnaməsinə əsasən 1940-cı ildə Şəki şəhərində vəfat etmiş X3 İddiaçı2 babası olması hüquqi faktı müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli, 2-222/2007 saylı qətnaməsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı1 ünvan 6 ünvanda yerləşən yaşayış evinin 29,58 kv.metr sahəsi olan bir otağından X14 ailəliklə çıxarılması, özünün və ailə üzvlərinin həmin evdə yaşamaqla istifadə hüquqlarının bərpası və evin 29,58 kv metr sahəsi olan bir otağına köçürülmələri tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 oktyabr 2007-ci il tarixli, 2(107)22(08-7) 2007 saylı qətnaməsinin təsdiq edilmiş surətinə əsasən İddiaçı1 Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli, 2-222/2007 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli 2-222/2007 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İddiaçı2 yazmış olduğu 16 avqust 2004-cü il tarixli qəbzin təsdiq edilmiş surətindən görünür ki, o mərhum babası Abdurəhim Hacısəlim oğlunun adına ünvan 8, 43 saylı miras mülkdən ona və bacısı X11 çatacaq pay hesabına Cavabdeh 1000 (bir min) ABŞ dolları almışdır. İddiaçı1 yazmış olduğu 16 avqust 2004-cü il tarixli Şəki Rayon Məhkəməsinə ünvanladığı ərizəsinin təsdiq edilmiş surətinə əsasən ünvan 8, 43 saylı evin həyat yoldaşının babası Abdurəhim Hacısəlim oğlunun adına olan hisəsindən həyat yoldaşı İddiaçı2 və baldızı X11 çatacaq hissəsinin öz aralarında qiymətləşdirdiklərindən dəyərini, yəni 1000 (bir min) ABŞ dolları Cavabdeh almışlar. İddiaçı2 16 avqust 2004-cü il tarixdə Şəki Rayon Məhkəməsinə ünvanladığı ərizəsinin təsdiq edilmiş surətinə əsasən ünvan 8, 43 saylı evin Əbdürəhim Hacısəlim oğlunun adına olan hissəsindən ona və bacısı X11 çatacaq hissəsinin öz aralarında qiymətləşdirdiklərindən dəyərini, yəni 1000 (bir min) ABŞ dolları Cavabdeh almışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 3537 nömrəli Qeydiyyat Vəsiqəsindən əsasən ünvan 9 ünvanında yerləşən ev Əbdürəhim Hacısəlim oğlu, Nur Məmməd, Fərrux, Tofiq, Nahiyyə, Əhmədin adına qediyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş inventar nömrəsi 4928 olan Şəxsi Mülkiyyət Hüququ ilə X10 və Qiymətləndirilməsinə aid Pasporta əsasən ünvan 9 ünvanında yerləşən ev Əbdürəhim Hacısəlim oğlunun və digərlərinin adına qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Evlərin İdarəsi üzrə X16 Sahibliyinin 17 fevral 1963-cü il tarixli 4928 saylı kartoçkasından görünür ki, ünvan 9 ünvanında yerləşən ev Əbdürəhim Hacısəlim oğlunun və digərlərinin adına qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş inventar nömrəsi 4929 olan Şəxsi Mülkiyyət Hüququ ilə X10 və Qiymətləndirilməsinə aid Pasporta əsasən, ünvan 9 ünvanında yerləşən ev Əbdürəhim Hacısəlim oğlunun və digərlərinin adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Evlərin İdarəsi üzrə X16 Sahibliyinin 17 fevral 1963-cü il tarixli 4929 saylı kartoçkasından görünür ki, ünvan 9 ünvanında yerləşən ev Əbdürəhim Hacısəlim oğlunun və digərlərinin adına qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş inventar nömrəsi 4926 olan Şəxsi Mülkiyyət Hüququ ilə X10 və Qiymətləndirilməsinə aid Pasporta əsasən ünvan 9 ünvanında yerləşən ev Əbdürəhim Hacısəlim oğlunun və digərlərinin adına qeydiyyatda olmuşdur. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Evlərin İdarəsi üzrə X16 Sahibliyinin 17 fevral 1963-cü il tarixli 4926 saylı kartoçkasına əsasən ünvan 9 ünvanında yerləşən ev Əbdürəhim Hacısəlim oğlunun və digərlərinin adına qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş inventar nömrəsi 4927 olan Şəxsi Mülkiyyət Hüququ ilə X10 və Qiymətləndirilməsinə aid Pasporta əsasən ünvan 9 ünvanında yerləşən ev Əbdürəhim Hacısəlim oğlunun və digərlərinin adına qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Evlərin İdarəsi üzrə X16 Sahibliyinin 17 fevral 1963-cü il tarixli 4927 saylı kartoçkasına əsasən ünvan 9 ünvanında yerləşən ev Əbdürəhim Hacısəlim oğlunun və digərlərinin adına qeydiyyatda olmuşdur. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 11.11.2021-ci il tarixli, 4500 saylı məktubuna əsasən DƏDRX tərəfindən qeyd edilən mübahisəli evə dair çıxarış verilmədiyindən və əmlaka dair hər hansı sənəd olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olması göstərilmişdir. İşdə olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 07.09.2021-ci il tarixli **********05 saylı məktubuna əsasən ünvan 9 ünvanında yerləşən evdə ölçü işlərinin aparılmasına maneçilik törədildiyindən ərizənin icrası mümkün olmaması və ölçü işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə müraciətə təkrar baxılacağı göstərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddianın “Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə yönələn maneələrin aradan qaldırılması” tələbinə dair hissəsi təmin edilməməli, iddianın onların “Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi” hissəsi üzrə işin icraatına xitam verilməsi nəzərə alınmalıdır. Hazırki iddia tələbinin “Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi” hissəsi üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 bundan əvvəl yəni, 2007-ci ildə də eyni predmet barəsində, eyni əsaslar üzrə və eyni tərəfə qarşı məhkəmədə iddia tələbi irəli sürmüşlər. İddiaçıların həmin vaxt qaldırmış olduqları iddia hazırkı iddianın “Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi” hissəsi ilə eyniyyəti təşkil edir və tələbləri Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli, 2-222/2007 saylı qətnaməsi qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə apellyasiya qaydasında mübahisələndirilsə də sonda dəyişdirilmədən saxlanılmış, qanuni qüvvəsini almışdır. Göründüyü kimi hazırkı iddia tələbi tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə artıq mübahisələndirilmiş və bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. İddiaçılar Şəki Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(075)-1456/2021 saylı qətnaməsini əsas götürərək cavabdehin yaşadığı evdə “evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə yönələn maneələrin aradan qaldırılması” tələbi ilə iddia irəli sürmüşdür. Lakin əvvəlki məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, iddiaçıların qeyd edilən mübahisəli ev üzərində mülkiyyət hüquqları mövcud deyildir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçıların həmin evə dair istifadə hüquqları belə yoxdur. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların “evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə yönələn maneələrin aradan qaldırılması” tələbləri üzrə subyektiv hüquqları yoxdur və onların iddiaları əsaslı deyildir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, buna görə də iddia qeyd olunan hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstiyusiyasının 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ, İV hissələri, Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsi, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli Qərarı, Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» qərarı, Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarı, X28 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası, Mülki Məcəlləsinin 152.1. 169.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 10 ünvanında qeydiyyatda olan xx.xx.1949-cu il təvəllüdlü İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 notariat ofisinə müraciət edərək İddiaçı2 mərhum babası X4 qalmış miras əmlakdan atası X7 düşən hissədən özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Onun ərizəsi əsasında qohumluğun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şəki filialına və Şəki Rayon Qeydiyyat Şöbəsinə sorğular verilmişdir. Miras qoyan X5 vərəsəsi X6 doğumu barədə heç bir məlumat olmadığına dair rəsmi cavab verilmişdir. Belə olan halda miras qoyan şəxslə qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda miras qoyan şəxslə qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsaların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Bu səbəbdən Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu Sərdar Nəsibov, Notariat hərəkətinin aparılmasından imtina haqqında 15 aprel 2021-ci il tarixində 1038 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Bundan sonra İddiaçı2 nümayəndəsi İddiaçı1 cavabdeh Şəki regional ASAN Xidmət Mərkəzində notariat ofisinə qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizədə İddiaçı2 nümayəndəsi İddiaçı1 cavabdeh Şəki Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciətində, 1940-cı ildə Şəki şəhərində vəfat etmiş X3 onun, yəni İddiaçı2 babası olması hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, İddiaçı2 onun qonşusudur. O ərizəçinin ata anasını, hətta babasını tanıyır. Belə ki, o, Şəki şəhərində məhəllələr, soylar və ləqəblər kitabının müəllifidir. Belə olub qonşusu İddiaçı2 da vəfat etmiş qohumlarının kimliyi barədə araşdırma aparmışdır. Həqiqətən də X8 İddiaçı2 atası X6 atasıdır. X1 İddiaçı2 babasıdır. Mülki iş materiallarını araşdırıb, İddiaçı2 nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı2 tələbi əsaslı olmuşdur. Şəki Rayon Məhkəməsinin hakimi Elçin Mehdiyev 17 avqust 2021-ci il tarixində 2(075)- 1456/2021 saylı qətnamə qəbul edərək, iddianı təmin etmiş və 1940-cı ildə Şəkidə vəfat etmiş X3 İddiaçı2 babası olması hüquqi faktı müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsi qəbul edildikdən sonra, İddiaçı2 babası X2 qalmış miras əmlakdan atası X7 düşən hissə üzrə özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şəki regional ASAN Xidmət mərkəzindəki notariat ofisinə təkrar müraciət etmişdir. Şəki regional ASAN Xidmət mərkəzinin icraatında olan vərəsəlik işi ilə bağlı İddiaçı2 ünvan 11 ünvanında yerləşən daşınmaz əmlakın, 27.08.2021-ci il tarixli 3184 saylı Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX yanında DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın alınması üçün məktub verilmişdir. Lakin Şəki regional ASAN Xidmət mərkəzindəki notariat ofisinin məktub verməsinə baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi 7 sentyabr 2021-ci il tarixində **********05 saylı məktubu iddiaçılardan İddiaçı1 göndərmiş, Şəki regional ASAN Xidmət mərkəzindəki notariat ofisinin onlara ünvanlandırdığı, mərhum X5 paylı mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi barədə müraciətin nəticəsi barədə məlumat vermişdir. Həmin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin məktubunda, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən edilmiş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparıldığı deyilir. Məktubda, müraciətin icrası ilə əlaqədar ərazi idarəsinin mütəxəssisi müayinə ölçü işlərinin aparılması üçün 7 sentyabr 2021-ci il tarixində Şəki şəhəri, F.X.Xoyski küçəsi 43 ünvanında olduğu lakin müayinə ölçü işlərinin aparılmasına maneəçilik törədildiyi, bu səbəbdən ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Eyni zamanda həmin fərdi yaşayış evində müayinə ölçü işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə təkrar müraciətin əsasında ərizənin icrasına qanunvericiliyin tələblərinə uyğun baxılacağı bildirilmişdir. Şəki regional ASAN Xidmət mərkəzindəki notariat ofisinin icraatında olan vərəsəlik işi ilə bağlı, mərhum X5 mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə dövlət reyesrindən çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi müayinə-ölçü işlərinin aparılmasına maneəçilik törədildiyindən 8 sentyabr 2021-ci il tarixində **********16 saylı məktubla Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət edərək müayinə ölçü işlərinin aparılmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin Şəki Şəhər-Rayon Polis Şöbəsi bununla bağlı hər hansı bir hərəkət edə bilməyəcəklərini və mülki iş olduğundan məhkəməyə müraciət etməli olduqlarını iddiaçıya bildirmişdir. Şəki Rayon Məhkəməsinin hakimi 7 dekabr 2021-ci il tarixində qəbul etmiş olduğu 2(075)-1968/2021 saylı qətnaməsində işin faktiki halları nəzərə alınmamış, sübutlar yetərincə qiymətləndirilməmiş, çoxsaylı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, Şəki şəhəri, F.X.Xoyski küçəsi 43 ünvanında yerləşən mərhum X5 paylı mülkiyyətində olan miras qalmış əmlak üzrə İddiaçı2 Şəki regional ASAN Xidmət mərkəzindəki notariat ofisinə müraciəti əsasında vərəsəlik işi açılmışdır. Bununla bağlı Notariatın müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin evdə müayinə ölçü işləri həmin orqanın əməkdaşları tərəfindən aparılmağa cəhd edilsədə, həmin ünvanda qeydiyyatda olub yaşayan, ancaq həmin evin mülkiyyətçisi olmayan Cavabdeh ölçü işlərinin aparılmasına imkan verməmiş və həmin evin qapısını açmamışdır. Sonuncu Şəki Rayon Məhkəməsinin qəbul etdiyi 2(075)-1968/2021 saylı qətnamə ilə həmin evin sənədləşdirilməsi ilə bağlı aidiyyatı qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə yönələn maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. Eyni zamanda hal-hazırda Şəki regional ASAN Xidmət Mərkəz Notariat ofisinin icraatında X4 qalmış Şəki şəhəri, F.X.Xoyski küçəsi 43 ünvanındakı ev dair, miras əmlakdan İddiaçı2 atası X7 düşən hissə üzrə özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi üçün vərəsəlik işi vardır. Həmin vərəsəlik işi üzrə Şəki şəhəri, F.X.Xoyski küçəsi 43 ünvanında yerləşn ev daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmadığından İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Bu səbəbdən Notariat ofisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinə məktub ünvanlayaraq həmin evin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Dövlət reyestrinin əməkdaşları həmin mənzildə ölçmə işləri aparmaq məqsədilə getmiş lakin həmin ünvanda yaşayan Cavabdeh onların evdə ölçü işləri aparmasına maneə yaratmışdır. Bu səbəbdən dövlət orqanı əməkdaşlarının həmin evə daxil olması üçün maneələrin aradan qaldırılması məqsədilə məhkəmədən qətnamə qəbul edilməsi xahiş edilsə də, Şəki Rayon Məhkəməsi 7 dekabr 2021-ci il tarixli 2(075)-1968/2021 saylı ədalətsiz, qeyri-obyektiv, işin hallarına əsaslanmayan qətnamə qəbul etmişdir. İddiaçı2 babası, X2 qalmış miras əmlakdan atası X7 düşən hissə üzrə özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin icraatında vərəsəlik işi vardır. Notariat ofisinin icraatında olan vərəsəlik işi ilə bağlı Notariat ofisinin müraciəti əsasında miras əmlakının dövlət qeydiyyatına alınması üçün ƏMDX DƏDRX-nin mübahisələndirilən avtomobilə dair, hansı vəsaitlərin konkret olara saylı Şəki ərazi idarəsinə müraciət edilmişdir. Notariusun müraciəti əsasında ölçü işləri aparmaq məqsədilə reyestr xidmətinin əməkdaşları həmin evə daxil olmaq istəsələr də, həmin evdə yaşayan cavabdeh X24 reyestr xidmətinin əməkdaşlarına evə daxil olmağa maneə olmuş və onlara imkan verməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində hal-hazırda qətnamənin şikayət verildiyi hissəsi təmin edilməmiş və evə daxil olaraq ölçü işlərinin aparılmasına qarşı yaradılmış maneələrin aradan qaldırılması tələbi rədd edilmişdir. Buna səbəb kimi cavabdehin həmin evdə yaşadığı və istifadə hüququ qeyd edilmişdir. Cavabdeh həmin ünvanda yaşayır ancaq oranın mülkiyyətçisi deyil. Sadəcə olaraq həmin evdən istifadə edir. Bu səbəbdən onun Notariusun icraatında olan vərəsəlik işi üzrə aparılan tədbirlərə maneə yaratmaq hüququ yoxdur. Eyni zamanda hal-hazırda notariusun icraatında vərəsəlik işi vardır. Həmin vərəsəlik işinin icra edilməsi üçün həmin evdə ölçü işləri aparılmalı və ev dövlət qeydiyyatına alınmalıdır. Həmin ev dövlət qeydiyyatına alındıqdan sonra İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Adı çəkilən evdə Cavabdeh heç bir mülkiyyət hüququ yoxdur. O yalnızca həmin mənzildən istifadə edir. Onun heç bir hüququ yoxdur ki, İddiaçı2 vərəsəlik hüquqlarının həyata keçirilməsinə maneəçilik yaratsın. Eyni zamanda həmin ev paylı mülkiyyətdə olmaqla beş nəfərin mülkiyyətindədir və həmin şəxslər vəfat etmişdirlər. Son olaraq bildirir ki, hal-hazırda Notariat ofisinin icraatında olan vərəsəlik işi Cavabdeh ucbatından icra olunmur. Halbuki həmin iş üzrə vərəsələrdən biri də o özüdür. Vərəsəlik işi üzrə həm İddiaçı2 həm də Cavabdeh vərəsə olduğundan, onların hər ikisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Məhkəmə işə baxarkən Cavabdeh məhkəməyə ərizə verərək, İddiaçı2 2004-cü ildə ondan 1000 ABŞ dolları alaraq ona düşən miras payından imtina etdiyini bildirərək və buna dair sənədlər məhkəməyə təqdim etmişdir. Lakin bildirir ki, iddaçı İddiaçı2 babasından atasına qalmış miras əmlakı özü faktiki olaraq qəbul etmişdir. Həmin evin paylı mülkiyyətçilərindən biri olan babası X9 1940-cı ildə vəfat etmiş, onun vərəsəsi olan atası X13 isə 1960-ci ildə vəfat etmişdir. İddiaçı həmin evdə yaşayaraq artıq mirası faktiki qəbul etmişdir. Bu səbəbdən o mirası faktiki qəbul etmiş hesab edilməlidir. Lakin məhkəmə sonuncu 2021-ci il 7 dekabr tarixli qətnaməsində bu halı nəzərə almamış və Cavabdeh Salan oğlu İddiaçı2 vərəsəlik hüququ olmadığına dair iddiasını sübuta yetirə bilməmişdir. Cavabdeh tərəf tərəflər arasındakı mübahisə üzrə iddiaçının həmin evə köçürülməsi ilə bağlı 2007-ci il tarixində Şəki Rayon və Şəki Apellyasiya məhkəmələrinin qətnaməsinin olduğunu bildirmiş və həmin iddianın təmin edilmədiyini əsas gətirmişdir. Məhkəmədə elə sonuncu qətnamə qəbul etdiyi zaman sırf 2007-ci il tarixində qəbul edilmiş qətnamələrə istinad etmişdir. Lakin bildirir ki, hazırki, baxılan iş üzrə iki tələb mövcud olmuşdur. Onlardan biri şəxsin evə köçürülməsi, digəri isə reyestr xidməti əməkdaşlarının evə daxil olaraq xidməti vəzifələrinin icra edilməsinə şarait yaradılmasıdır. İddianın mənzilə köçürülmə hissəsinin təmin edilməsini mübahisləndirmirlər. Ancaq hazırda notariusun icraatında vərəsəlik işi olduğundan, bu səbəbdən məhkəmə ölçü işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması tələbini təmin etməli idi. Hakimin verdiyi bu qərar işin hallarına uyğun gəlmir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2(075)-1968/2021 saylı qətnaməsinin ləğv edilməsi, həmin iddia üzrə vərəsəlik işinin icra edilməsi məqsədilə, ünvan 14 ünvanda yerləşən evə aidiyyatı qurumların əməkdaşlarının daxil olaraq, öz xidməti vəzifələrinin yerinə yetirilməsinə, ölçü işlərinin aparılmasına yönələn maneələrin aradan qaldırılması dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(075)-1968/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(075)-1968/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(075)-1968/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı; "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаi münаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаrici) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(075)-1968/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2(075)-1968/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı1 İddiaçı2 ilə 1982-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan ərinin ata baba yurdu olan Şəki şəhəri F.X.Xoyski küçəsindəki evlərinə gəlin köçmüşdür. O və həmin ünvanda doğulan 4 övladı həmin evə pasport qeydiyyatına düşməklə 2004-cü ilədək qeyd edilən mübahisəli evdə yaşamışlar. Belə ki, 2004-cü ildə hazırkı qeydiyyatda olduqları mübahisə predmeti olan evi ailəlikcə tərk edərək Bakı şəhərinə getmişlər. 2 oğlan və 2 qız övladları vardır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(075)-1456/2021 saylı qətnaməsindən görünür ki, 1940-cı ildə Şəki şəhərində vəfat etmiş X3 İddiaçı2 babası olması hüquqi faktı müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan İddiaçı2 yazmış olduğu 16 avqust 2004-cü il tarixli qəbzin təsdiq edilmiş surətindən görünür ki, o mərhum babası Abdurəhim Hacısəlim oğlunun adına ünvan 8, 43 saylı miras mülkdən ona və bacısı X11 çatacaq pay hesabına Cavabdeh 1000 (bir min) ABŞ dolları almışdır. İşdə olan İddiaçı1 yazmış olduğu 16 avqust 2004-cü il tarixli Şəki Rayon Məhkəməsinə ünvanladığı ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 8, 43 saylı evin həyat yoldaşının babası Abdurəhim Hacısəlim oğlunun adına olan hissəsindən həyat yoldaşı İddiaçı2 və baldızı X11 çatacaq hissəsinin öz aralarında qiymətləşdirdiklərindən dəyərini, yəni 1000 ABŞ dolları Cavabdeh almışlar. İşdə olan İddiaçı2 16 avqust 2004-cü il tarixdə Şəki Rayon Məhkəməsinə ünvanladığı ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 8, 43 saylı evin Əbdürəhim Hacısəlim oğlunun adına olan hissəsindən ona və bacısı X11 çatacaq hissəsinin öz aralarında qiymətləşdirdiklərindən dəyərini, yəni 1000 ABŞ dolları Cavabdeh almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı apellyasiya şikayətinin dəlillərində Şəki regional ASAN Xidmət mərkəzində notariat ofisinin icraatında vərəsəlik işi olduğunu qeyd etmişdir. Notariat ofisinin icraatında olan vərəsəlik işi ilə bağlı Notariat ofisinin müraciəti əsasında miras əmlakının dövlət qeydiyyatına alınması üçün ƏMDX DƏDRX-nin mübahisələndirilən mənzilə dair, hansı vəsaitlərin konkret olaraq 12 saylı Şəki ərazi idarəsinə müraciət edilmişdir. Notariusun müraciəti əsasında ölçü işləri aparmaq məqsədilə reyestr xidmətinin əməkdaşları həmin evə daxil olmaq istəsələr də, həmin evdə yaşayan cavabeh X24 reyestr xidmətinin əməkdaşlarına evə daxil olmağa maneə olmuş və onlara imkan verməmişdir. Məhkəmə kollegiyası İddiaçı2 apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas deyil. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın mübahisələndirilən hissədə təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli əmlaka dair vərəsəlik şəhadətnaməsi almamışdır. Nə qədər ki, ona həmin əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməmişdir, onun hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmır. Həmçinin iş materiallarında olan Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli, 2-222/2007 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ünvan 6 ünvanda yerləşən yaşayış evinin 29,58 kv.metr sahəsi olan bir otağından X14 ailəliklə çıxarılması, özünün və ailə üzvlərinin həmin evdə yaşamaqla istifadə hüquqlarının bərpası və evin 29,58 kv metr sahəsi olan bir otağına köçürülmələri tələbinə dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(075)- 1968/2021 saylı qərardadı ilə iddia tələbinin evə köçürülmələrinin təmin edilməsi hissəsi üzrə işə xitam verilmişdir. İddiaçı tərəf həmin qərardadı mübahisələndirməmişdir. İşin tədqiqi nəticələrindən görünür ki, iddiaçıların qeyd edilən mübahisəli ev üzərində mülkiyyət hüquqları mövcud deyildir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçıların həmin evə dair istifadə hüquqları yoxdur. Həmçinin iş materiallarında olan İddiaçı2 yazmış olduğu 16 avqust 2004-cü il tarixli qəbzin təsdiq edilmiş surətindən görünür ki, o mərhum babası Abdurəhim Hacısəlim oğlunun adına ünvan 8, 43 saylı miras mülkdən ona və bacısı X11 çatacaq pay hesabına Cavabdeh 1000 (bir min) ABŞ dolları almışdır. İşdə olan İddiaçı1 yazmış olduğu 16 avqust 2004-cü il tarixli Şəki Rayon Məhkəməsinə ünvanladığı ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 8, 43 saylı evin həyat yoldaşının babası Abdurəhim Hacısəlim oğlunun adına olan hisəsindən həyat yoldaşı İddiaçı2 və baldızı X11 çatacaq hissəsinin öz aralarında qiymətləşdirdiklərindən dəyərini, yəni 1000 (bir min) ABŞ dolları Cavabdeh almışlar. İşdə olan İddiaçı2 16 avqust 2004-cü il tarixdə Şəki Rayon Məhkəməsinə ünvanladığı ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 8, 43 saylı evin Əbdürəhim Hacısəlim oğlunun adına olan hissəsindən ona və bacısı X11 çatacaq hissəsinin öz aralarında qiymətləşdirdiklərindən dəyərini, yəni 1000 (bir min) ABŞ dolları Cavabdeh almışdır. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların “evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə yönələn maneələrin aradan qaldırılması” tələbləri üzrə subyektiv hüquqları yoxdur və onların iddiaları əsaslı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, İddiaçı2 apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(075)-1968/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(075)-1968/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-392/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-392/2022
21.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver