Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-393/2023 06.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 İdarəsinə qarşı işdən çıxarılma barədə əmrin ləğvi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edildi, qüvvə, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X3 İdarəsinə qarşı işdən çıxarılma barədə əmrin ləğvi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qətnaməsindən cavabdeh X3 İdarəsinin apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsi barədə Şəki Rayon Məhkəməsinin 31 yanvar 2023-ci il tarixli 2(075)-2047/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməsi barədə 1 iyul 2022-ci il tarixli 136-k saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X3 İdarəsininin İddiaçı işdən azad edilməsi barədə verdiyi 1 iyul 2022-ci il tarixli 136-k saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər X1 Çeşməli kənd 39 saylı kitabxana filialının müdiri vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Cavabdeh X3 İdarəsi Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)- 2047/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin həmin məhkəmənin 16 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti həmin şiakyətin verilməsi müddətinin keçməsi əsası ilə geri qaytarılmışdır.. Cavabdeh X3 İdarəsinin Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)- 2047/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti 30 dekabr 2022-ci il tarixdə yenidən Şəki Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin 30 dekabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qərardadı ilə apellyasiya şikayətinin elektron qaydada verilməsinin xüsusi şərtlərinə əməl edilmədiyindən geri qaytarılmışdır. Cavabdeh X3 İdarəsi tərəfindən 12 və 13 yanvar 2023-cü il tarixlərdə apellyasiya şikayətləri, 16 və 17 yanvar 2023-cü il tarixlərdə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət məhkəməyə göndərilmiş, məhkəmənin 18 yanvar 2023-cü il tarixli, 2(075)-2047/2022 saylı qərardadı ilə apellyasiya şikayətinin elektron qaydada verilməsinin xüsusi şərtlərinə və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə əməl edilməyərək verildiyi üçün geri qaytarılmışdır. Qətnamədən cavabdeh X3 İdarəsinin apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi qanunun tələblərinə əməl edilməklə yenidən 23 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 31 yanvar 2023-ci il tarixli 2(075)-2047/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X3 İdarəsininə qarşı işdən çıxarılma barədə əmrin ləğvi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qətnaməsindən cavabdeh X3 İdarəsinin apellyasiya şikayəti verməsi müddətinin bərpa edilməsi və apellyasiya şikayətinin işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin 10 fevral 2023-ci il tarixli 2(075)-2047/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 31 yanvar 2023-ci il tarixli 2(075)- 2047/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh X3 İdarəsi Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)- 2047/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı cavabdeh X3 İdarəsindən işdən azad edilməsi barədə 1 iyul 2022- ci il tarixli 136-k saylı əmri ləğv edilmiş, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə çıxarılmışdır. Qətnamə 15 noyabr 2022-ci il tarixində kağız daşıyıcı – sadə poçt zərfi vasitəsi ilə cavabdeh X3 İdarəsinə təqdim edilmişdir. Qətnamədən 13 dekabr 2022-ci ildə apellyasiya şikayəti verilmiş, Şəki Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli qətnaməsinin surəti 11 noyabr 2022-ci il tarixdə tərəflərə, o cümlədən iş üzrə cavabdeh X3 İdarəsinə göndərilmişdir. Belə ki, qətnamə 11 noyabr 2022-ci il tarixdə proses iştirakçılarının, o cümlədən X3 İdarəsinin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh X3 İdarəsi isə həmin qətnamədən 13 dekabr 2022-ci il tarixində apellyasiya şikayəti verərək qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüşdür. Apellyasiya şikayətinin qaytarılması barədə qərardadda qeyd olunduğu kimi, Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli qətnaməsinin 11 noyabr 2022-ci il tarixində cavabdehə təqdim edildiyini qəbul edilmiş olsa belə, apellyasiya şikayətinin verilməsi üçün sonuncu gün (11 dekabr qeyri-iş gününə düşdüyü üçün) 12 dekabr 2022-ci il tarixi müəyyən edilir. Beləliklə, qeyd olunan halda, prosessual müddət yalnız 1 gün müddətində ötürülmüş hesab olunmuşdur. Avropa Məhkəməsinin müxtəlif qərarlarında təsbit olunmuş ədalətli yanaşma və araşdırma prinsiplərinin tələbləri kimi ötürülmüş 1 günlük prosessual müddət bərpa edilməli, mülki iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qətnamənin elektron kabinetə yerləşdirildiyi tarixdən hesablandıqda belə prosessual müddətin 1 gün müddətində ötürüldüyünü nəzərə alaraq, Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli 2(075)-2047/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin cavabdeh X3 İdarəsinə münasibətdə bərpa edilməsi və şikayətin mülki işin materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki iş materialından görünür ki, Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli 2(075)-2047/2022 nömrəli qətnaməsinin surəti 11 noyabr 2022-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə, o cümlədən iş üzrə cavabdeh X3 İdarəsinə göndərilmişdir. Həmçinin, 4 noyabr 2022-ci il tarixli 2(075)-2047/2022 nömrəli qətnamə 11 noyabr 2022-ci il tarixdə proses iştirakçılarının, o cümlədən X3 İdarəsinin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh X3 İdarəsi isə həmin qətnamədən 13 dekabr 2022-ci il tarixində apellyasiya şikayəti verərək qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti 1 gün ötürmüşdür. Mülki iş materiallarını araşdırıb, cavabdeh X3 İdarəsinin vəsatətini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh X3 İdarəsinin vəsatətinin dəlilləri əsaslı hesab edilməklə müddətin 1 günlük ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 31 yanvar 2023-ci il tarixli 2(075)-2047/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 31 yanvar 2023-ci il tarixli 2(075)-2047/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 31 yanvar 2023-ci il tarixli 2(075)-2047/2022 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Cavabdeh X3 İdarəsinin Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(075)-2047/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-393/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-393/2023
06.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver