Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-397/2022 13.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahələrinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, ekspertiza məsələləri, iddiaya cavab verməli olmayan şəxs) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh2, Cavabdeh1 vəkili (nümayəndəsi) X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 iştirakları ilə, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tаrixli, 2(054)-413/2021 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, onun xüsusi mülkiyyətində olan 6,4199 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,00 hektardan ibarət hissəsinin Cavabdeh1, 1,6227 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,70 hektardan ibarət hissəsinin isə Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 1,6227 hektar və 6,4199 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri xx.xx.2018-ci il tarixli ********** nömrəli və ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə, həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən onun xüsusi mülkiyyətindədir. Qeyd edilən torpaq sahələrinin bir hissəsi cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan onun iradəsi ziddinə zəbt edilmişdir. O özü və digər şəxslərin vasitəsilə cavabdehlərdən onun xüsusi mülkiyyətində olan torpaq sahələrini qaytarmalarını dəfələrlə xahiş etmişdir. Lakin cavabdehlər onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini heç bir qanuni əsas olmadan istifadə edir və ona öz mülkiyyətində olan torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməyə imkan vermirlər. Ona görə də o, xüsusi mülkiyyətində olan torpaq sahələrinin zəbt olunmuş hissəslərinin cavabdehlərdən alınaraq ona qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tаrixli, 2(054)-413/2021 saylı qətnaməsi ilə (hakim K.Süleymanov) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, xx.xx.2018-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində qeyd edilən 6,4199 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sxemdə göstərildiyinə uyğun zəbt olunmuş 0,53 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh2 Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, xx.xx.2018-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində qeyd edilən 6,4199 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sxemdə göstərildiyinə uyğun zəbt olunmuş 0,68 hektar və xx.xx.2018-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində qeyd edilən 1,6227 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sxemdə göstərildiyinə uyğun zəbt olunmuş 0,15 hektar - cəmi 0,83 hektardan ibarət hissələrindən çıxarılması, həmin torpaq sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 10,00 manat dövlət rüsumu məbləğinin iddiaçının özünə aid ediməsi, iş üzrə müayinə və tədqiqat xərci olan 95,00 manat məbləğin 37,00 manatdan ibarət hissəsinin Cavabdeh1, 58,00 manatdan ibarət hissəsinin isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 1,6227 hektar və 6,4199 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır və qeyd edilən torpaq sahələrinə dair onun adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan, xx.xx.2018-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 6,4199 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,53 hektardan ibarət hissəsi Cavabdeh1 tərəfindən, 0,68 hektardan ibarət hissəsi Cavabdeh2 tərəfindən, xx.xx.2018-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 1,6227 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,15 hektardan ibarət hissəsi isə Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı özünün xüsusi mülkiyyətində olan 6,4199 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,53 hektardan ibarət hissəsinin Cavabdeh1, həmin torpaq sahəsinin 0,68 hektardan ibarət və 1,6227 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,15 hektardan ibarət hissələrinin isə Cavabdeh2 alınaraq iddiaçıya qaytarılması, cavabdehlərin həmin torpaq sahələrindən çıxarılması və torpaq sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq həmin torpaq sahələrinə dair onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə, eyni zamanda, mütəxəssis rəyinə və rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxeminə istinad edir. Cavabdehlər iddia tələbini qəbul etmirlər, iddiaçıya məxsus torpaq sahələrini və ya həmin torpaq sahələrinin bir hissəsini zəbt etmədiklərini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq həmin ərazidə özlərinin ailə üzvlərinə məxsus torpaq sahələrinin olmasına dair sənədlərin müvafiq qaydada təsdiq edilməmiş surətlərini məhkəməyə təqdim etmişlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə digər hər hansı sübut təqdim etməmişlər. Məhkəmə Cavabdeh1 iddia tələbinə etiraz olaraq izahatında göstərdiyi, ona qarşı olan iddia tələbi üzrə mübahisə predmetinə aid olan və iddiaçının boşaldılmasını tələb etdiyi 0,53 hektar torpaq sahəsinin onun oğlu tərəfindən satın alınmış torpaq sahələrinə aid ərazidə yerləşdiyi barədə, eyni zamanda, onun və digər Cavabdeh2 iddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahələri onlardan alınarsa, mülkiyyətlərində olan torpaq sahəsinin miqdarının əskik olacağı barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin dəlillər iddiaçının öz mülkiyyəti üzərində dövlət qeydiyyatına alınmış hüquqlarının məhdudlaşdırılmasına, onun özünün xüsusi mülkiyyətində olan əmlak üzərində mülkiyyət hüquqlarını tam və sərbəst şəkildə həyata keçirməsinə maneə olmasına səbəb ola və bu xüsusatlar özü-özlüyündə cavabdehlərin etirazlarının haqlı və dəlillərinin əsaslı olması kimi qəbul edilə bilməz. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinin faktiki olaraq bir hissəsinin Cavabdeh1, bir hissəsinin isə Cavabdeh2 tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdehlər özləri də mübahisəli ərazinin onların istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahələrinin özlərinə aid olduğunu iddia etmişlər. Mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemi ilə də həmin torpaq sahəsinin sənəd üzrə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələri olduğunu təsdiq edilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olmuşdur ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, mübahisə predmetinə aid olan 6,4199 hektar və 1,6227 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin həmin torpaq sahələrinin bir hissəsindən qanunsuz olaraq istifadə etmələri iddiaçının əmlak hüquqlarının pozulması, onun öz torpaq sahələri üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinin bir hissəsindən istifadə etmələrinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlmişdir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinin mütəxəssis tərəfindən verilmiş rəyə əlavə edilən torpaq sahəsinin yerləşmə sxeminə əsasən zəbt olunduğu müəyyən edilən hissələrindən çıxarılmalıdırlar. İddiaçının xüsusi mülkiyyətində olan 6,4199 hektar və 1,6227 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdehlər tərəfindən qeyriqanuni zəbt edilmiş hissələri boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsini Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 77.1, 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin digər hissəsi İbrahim Bəkirova aid olduğu üçün bu hissəni mübahisələndirmir. Məhkəmə bu qətnaməni qəbul edərək 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsaslanmışdır. Halbuki mülki işin materialında eyni ilə 9 saylı Qəbələ ərazi idarəsinin 14 oktaybr 2021-ci il tarixli Mütəxəssis rəyində mövcuddur ki, həmin rəydə iddiaçının çıxarış sənədlərinin plan və ölçülərindən göstərilən koordinatların, mülkiyyətçinin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə qismən üst-üstə düşdüyü bildirilir. Eləcə də həmin rəyin 2-ci cavabında iddiaçının torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi faktını müəyyən etməyin mümkün olmadığı bildirilir. Məhkəmə 2 mütəxəssis rəyinin sonuncusuna qiymət vərərək əsassız qərar qəbul edib. İşin faktiki hallarını araşdırmayıb. Hazırki tələblə bağlı bu vəziyyətdə mütəxəssis rəyindən yox ekspert rəyindən istifadə etməklə mübahisənin obyektiv həllinə nail olmaq olardı. Bundan başqa o torpağın mülkiyyətçisi deyildir. İddiaçının ehtimal etdiyi və zəbt olunması ehtimalı tələbinin subyekti onun oğludur. Bu torpaqlar onundur. Məhkəmə bu halı bildiyi halda oğlunu mübahisəyə cəlb etmədən, ona aid torpaq sahələrinin sənədlərini qəbul etmədən, torpaq sahəsinin də yerində olub olmamasını müəyyən etmədən qərar qəbul etmişdir. Ən əhəmiyyətli hal ondan ibarətdir ki, onların torpaq sahəsini ayıran mövcud kanal vardır ki, bu sərhəd torpaqlarıni bir-birindən ayırır. Mütəxəssis (2-ci rəyi) isə iddiaçının torpaq sahəsinin kanalın içinə girərək kanal qarışığı onların torpaqlarının içinə daxil olmaqla əsassız rəy verib. Bu halı məhkəmə gördüyü halda, peşəkar ekspert müayinəsindən istifadə etmək əvəzinə eyni idarənin fərqli rəylərinə qiymət vermişdir. Nəticə etibarı ilə 1-ci rəyi heç qətnaməsində əks belə etdirməmiş, hansı səbəbdən 2-ci mütəxəssis rəyini əsaslı 1-ci mütəxəssis rəyini isə əsassız olmasına önəm vermədən bu halı qiymətləndirmədən əsassız bir qənaətə gələrək əleyhinə qərar qəbul etmişdir. Oğuz rayon Məhkəməsi işin faktiki hallarını tam və hərtəfli aydınlaşdırmamışdır. 1-ci İddiaçının iddia etdiyi torpaq sahəsinin (zəbtin) mülkiyyətçisi düzgün olaraq müəyyən edilməmişdir. 2-ci İddia olunan digər torpaq sahəsinin mülkiyyətçisi X8r. Burada cavabdeh əsil cavabdehlə əvəz olunmalı idi. 3-cü İddia olunan digər torpaq sahəsinin mülkiyyətçisinin əmlakı bu barədə olan huquq müəyyənedici sənədləri məhkəmənin təşəbbüsü ilə alınmamışdır. 4-cü Məhkəmə 1-ci mütəxəssis rəyini və 2-ci mütəxəssis rəyini qəbul edərkən digər rəyin nədəki subut olaraq qəbul edilməyini, həmçinin bu subut növünün rəddi ilə bağlı Qətnamədə nə üçün yer ayırmadığını bildirməmişdir. Oğuz rayon Ərazi İdarəsi tərəfindən: 5-ci Biri-birinin əleyhinə qəbul edilmiş, tam ziddiyətli, 14 gün fərqli müddətdə verilmiş 2 rəyin nə üçün fərqli və ziddiyyətli əsaslarla qəbul edilməsi məhkəmənin öz təşəbbüsü ilə ekspert rəyinin verilməsi üçün zəruri qərardadı nədən qəbul etməmişdir. Hazırki vəziyyət onu tələb edirdi. 6- cı iddiaçının iddia etdiyi torpağın zəbt hissəsi adlanan yeri kanalın (3 metr enliyində) üstündən keçib oğlumun torpaqlarının üstünə düşür. Bunlar işin faktiki hallarıdır. Məhkəmə iş üçün əhəmiyyətli halları subut etməmişdir. Əvvəl əsil cavabdeh müəyyən edilməmiş, ziddiyyətli mütəxəssis rəylərini tamamlayan peşəkar təcrubəli ekspert rəyindən istifadə edilməmişdir. Zəbt etdikləri hesab edilmiş ərazinin kimin zəbt etdiyini, 1-ci mütəxəsis rəyində əks olunan hallarla bağlı mütəxəsis Məhkəməyə çağırılmalı olduğu halda onun mövqeyi heç bir əsaslanma olmadan rədd edilmişdir. 2-ci rəyə münasibətdə qoyulan suallar əhatəli olmamışdır. Zəbt ərazisi və dairəsi, mülkiyyətşisi ona aid huquqi sənədlər aydınlaşdırılmamışdır. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun deyildir. İşdə 2 ekspert rəyi var. Hər biri bir-birinə ziddir. 1-ci rəydə nə zəbt var, nə də çıxarışda əks olunan kordinatlar faktını vəziyyətlə üzləşmir. 2-ci rəydə isə tam 1-ci rəyin əleyhinə fikirlər formalaşıb. Məhkəmə bu ziddiyyəti qətnaməsində aydınlaşdırmayıb. Digər mülkiyyətçinin huquqlarını pozub. Məhkəmə onların çıxarışlarını qəbul etməmişdir. Tərəflərindən ziddiyyətli mütəxəssis rəyinin almasını nəzərə alıb, fərqli bir idarənin, ekspertin rəyinin alınması, iddiaçının iddia etdiyi torpaq sahəsinin yerinin, koordinatının müəyyən edilməsi, onların torpaqlarının (oğlumun) yerinin, koordinatının müəyyən edilməsini obyektiv müayinə edəcək ekspertizanın təyin edilmə istəklərinə qiymət verilməmişdir. Qeyd edilənlərə əsasən Oğuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(054)-413/21 saylı Qətnaməsinin Cavabdeh1 münasibətdə ləğv edilməsi, iş üzrə yeni Məhkəmə qətnaməsi çıxarılaraq İddiaçı ona münasibətdə qəbul edilmiş iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili (nümayəndəsi) X3 məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Oğuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(054)-413/21 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə olan hissəsinin ləğv edilməsini xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, sözügedən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 deyil. İddiaçının iddia etdiyi torpaq sahəsinin (zəbtin) mülkiyyətçisi düzgün olaraq müəyyən edilməmişdir. İddiaçı vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 izahat verərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 məhkəmə iclasında izahat verərək, İddiaçının iddia etdiyi torpaq sahəsinin (zəbtin) mülkiyyətçisi olduğunu, həmin torpaq sahəsinin onun özü və ailəsi tərəfindən istifadə edildiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, qeyd edilən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindən olan torpaq sahəsi ilə qonşuluqda yerləşir. Özünə məxsus torpaq sahəsini özü və ailə üzvləri birlikdə istifadə edərək əkib becərirlər. İş üzrə cavabdeh olan atası Cavabdeh1 mübahisəli torpaq sahəsinə hər hansı bir aidiyyəti yoxdur. O, yaşlı olmaqla bərabər ümumiyyətlə torpaq sahəsini becərmək iqtidarında deyildir. Hazırkı iş üzrə cavabdeh isə onun özü olmalı idi. Amma birinci instansiya məhkəməsi tərəfindən işə cəlb edilməmiş, fikri dinlənilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən, yəni Cavabdeh1 aid olan hissədə mübahisələndirir. Belə ki, o Oğuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(054)-413/21 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə təmin olunmuş hissəsində ləğv edilməsini, iş üzrə yeni məhkəmə qətnaməsi ilə, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları Cavabdeh1 münasibətdə tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə Cavabdeh1 münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Oğuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(054)-413/21 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia Cavabdeh1 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 1,6227 hektar və 6,4199 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçının xüsusi mülkiyyətindədir və qeyd edilən torpaq sahələrinə dair onun adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 6,4199 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.19 ha hissəsini Cavabdeh1 istifadə etmir. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli **********, ********** nömrəli və ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədləri və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədlərindən məlum olmuşdur ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 2,2547 hektar, 0,5239 hektar və 1,5956 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri X4 xüsusi mülkiyyətindədir. İş materiallarından olan xx.xx.2022-ci il tarixli 10/4670 saylı ekspert rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Oğuz rayonu Kərimli kəndində yerləşən 1.6227 ha torpaq sahəsinin və Oğuz rayonu, Kərimli kəndində yerləşən 6.4199 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatlar ilə sərhədlərinin döngə nöqtələri müəyyən edilmişdir. İddiaçı xüsusi mülkiyyətindən olan Oğuz rayonu, Kərimli kəndində yerləşən 1.6227 ha torpaq sahəsinin və Oğuz rayonu, Kərimli kəndində yerləşən 6.4199 ha torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. İddiaçıya məxsus torpaq sahələri ilə cavabdehlər Cavabdeh1 və İbroxim Bəkirovun istifadə etdiyi torpaq sahələri üst-üstə düşmür. İddiaçıya məxsus 6.4199 ha torpaq sahəsinin 1.19 ha hissəsi Cavabdeh1 istifadəsindədir. İddiaçıya məxsus 1.6227 ha torpaq sahəsinin 0.45 ha hissəsi İbroxim Bəkirovun istifadəsinədir. X4 xüsusi mülkiyyətində olan Oğuz rayonu Kərimli kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. İddiaçı X5 məxsus torpaq sahələri ilə 3-cü şəxs X4 istifadə etdiyi torpaq sahələri üst-üstə düşmür. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. Ekspert rəyində mübahisəli torpaq sahəsinin apelyator tərəfindən tutulduğu göstərilsə də, işin bu halı iş materialları və tərəflərin izahatları ilə təkzib edilir. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, cavabdeh qeyd edilən torpaq sahəsini istifadə etmir. İddiaçıya məxsus torpaq sahəsi apelyatorun oğluna məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşir. Həmin torpaq sahəsini isə X9 və onun ailə üzvləri istifadə edir. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs kimi cəlb edilmiş 3-cü şəxs X1 iclasında izahat verərək qeyd etmişdir ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 2,2547 hektar, 0,5239 hektar və 1,5956 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri onun mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindən olan torpaq sahəsi ilə qonşuluqda yerləşir. Özünə məxsus torpaq sahəsini özü və ailə üzvləri birlikdə istifadə edərək əkib becərirlər. İş üzrə cavabdeh olan atası Cavabdeh1 mübahisəli torpaq sahəsinə hər hansı bir aidiyyəti yoxdur. O, yaşlı olmaqla bərabər ümumiyyətlə torpaq sahəsini becərmək iqtidarında deyildir. Hazırkı iş üzrə cavabdeh isə onun özü olmalı idi. Amma birinci instansiya məhkəməsi tərəfindən işə cəlb edilməmiş, fikri dinlənilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Kollegiya hesab edir ki, apellyatorun şikayətində qeyd etdiyi, yəni torpağın mülkiyyətçisi olmaması, iddiaçının ehtimal etdiyi və zəbt olunması ehtimalı tələbinin subyekti onun yox, oğlunun olması, oğlu X6 3-cü şəxs kimi cəlb etmədən, ona aid torpaq sənədlərini qəbul etmədən, torpaq sahəsinin də yerində olub olmamasını müəyyən etmədən qərar qəbul etməsinə dair dəlillər əsaslıdır. Belə ki, cavabdehin nümayəndəsi (vəkili) X3 və 3-cü şəxs X4 izahatları ilə, eyni zamanda iş materiallarında olan xx.xx.2021-ci il tarixli **********, ********** nömrəli və ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədləri və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədlərindən məlum olmuşdur ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 2,2547 hektar, 0,5239 hektar və 1,5956 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri X4 xüsusi mülkiyyətindədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan 6,4199 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılmasını tələb etdiyi şəxs Cavabdeh1 olmalı deyil, torpağın faktiki istifadəçisi X9 olmalı idi. Yəni sözügedən iddia tələbi Cavabdeh1 münasibətdə deyil, əsl cavabdeh X7 münasibətdə olmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Belə ki, Mülki-Prosessual Məcəllənin 55.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmin Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti bu hissədə də əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə mübahisələndirilən hissə üzrə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Oğuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(054)-413/21 saylı qətnaməsi qismən, yəni Cavabdeh1 Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, xx.xx.2018-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində qeyd edilən 6,4199 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sxemdə göstərildiyinə uyğun zəbt olunmuş 0,53 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi və iş üzrə müayinə və tədqiqat xərci olan 95,00 manat məbləğin 37,00 manatdan ibarət hissəsinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin hesabına ödənilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissələrdə rədd edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Oğuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(054)-413/21 saylı qətnaməsi qismən, yəni Cavabdeh1 Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, xx.xx.2018-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində qeyd edilən 6,4199 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sxemdə göstərildiyinə uyğun zəbt olunmuş 0,53 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İş üzrə müayinə və tədqiqat xərci olan 95,00 manat məbləğin 37,00 manatdan ibarət hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin hesabına ödənilsin. İddia tələbi həmin hissələrdə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-397/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-397/2022
13.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver