Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-398/2020 04.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiаçı - İddiaçı; Cavabdeh - Cavabdeh1 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1471/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1471/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən məcburi qaydada çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, İ.B.Qutqaşenli küçəsi, ev 111 nömrəli evdən cavabdehlər Cavabdeh1 və X1 məcburi çıxarılması və 1 sot torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1965-ci ildə ünvan 1 ünvanında anadan olmuşdur. 1988-ci il 15 aprel tarixində Qəbələ şəhər sakini Mustafayev Dəmir Əmir oğlu ilə rəsmi kaha girərək ailə həyati qurmuşdur. Birgə nikahlarından 3 övladları anadan olmuşdur, uşaqları artıq böyüyüb, boya-başa çatmışlar. Qızları ailə həyatı qurublar. X4rla birgə yaşayır. xx xxxxxx 2014-cü il tarixində cavabadehlər onları evdən çıxarılması tələbinə dair Qəbələ Rayon Məhkəməsində iddia qaldırmışlar, iddiaları təmin olunmamışdır. Sonradan natura qaydasında irəli sürdülər, və istəklərinə nail oldular. xx xxxxxxxx 2019-cu il tarixində məcburu icra tədbirləri həyata keçirildi. 30 il yaşadığı, gəlin köçdüyü və övladlarının yataq otağını, mətbəxini, 1 sot həyətyanı torpağını tamami ilə əlindən alaraq, Qəbələ Rayon Probasiya Şöbəsinin işçiləri, natura şəklində belə bölünməlidir deyərək, onları təhlükəli qəzalı vəziyyətdə olan evə köçürdülər, qaynatası Mustafayev Əmir Dəmir oğlu hələ sağ olarkən, övladları arasında heç bir vəsiyyətnamə etmədən əmlak bölgüsü aparmışdır. Qaynatasının ilk nikahdan olan həyat yoldaşı X6 xx xxxxx 1958-ci il tarixində nikahı rəsmi qeydə alınmışdır, nikahından 3 övladı olmuşdur. 1960-ci ildə qaynatası ailəsinə ev tikdirmişdir. X6 xx xxxxxx 1971-ci ilə vəfat etmişdir. Yenidən qaynatası xx xxxx 1972-ci ildə ikinci dəfə X5 ilə ailə həyatı qurub. Bu nikahdan 2 övladı olmuşdur. Həmin arvadına 0.7 ha torpaq sahəsində 1990-cı ildə ev tikdirmişdir. Qaynatası Mustafayev Əmir xx xxxx 2003-cü ildə vəfat etmişdir. Qaynatası 1960-cı ildə tikilən evi ona və ailəsinə vermişdir. Evin yarısını isə Cavabdeh şəxs Cavabdeh1 və ailəsinə vermişdir. 2016-cı də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X2 payların naturada ayrılması (cavabdehlərin və iddiaçıların iştirakı olmadan) texniki cəhətdən mümkündür. Qəbələ Rayon Məhkəməsinin Hakimi Vahid Sadıqov 2(025)- 103/2017 saylı qərar qət edilmişdir. Şəki Apelliyasiya və Ali Məhkəmədə Qəbələ Rayon Məhkəməsinin qərarını dəyişmədi. Sonra iş verildi məcburu icraata. İcraçılarda onların iştirakımız olmadan cavabdehlərlə onların arasında olan hasarı söküb, Cavabdeh1 (tələbkar) həyətinə yığdılar. Hasarı onlar öz xərci ilə çəkdirmişdilər. 1500 manat ziyan verdilər. 0.7 ha torpaq sahəsi mərhum qaynatasınındır. Həmin torpaqdan onlara 0.1 sot torpaq düşmürmü? Onu da qeyd etmək istəyir ki, 30 il yaşadığı ev 1 sot torpaq tam qanuni əsaslarla mərhum qaynatası və mərhum qaynasından miras qalmış torpaq və evdir, cavabdehlər Cavabdeh1, Mustafayev Xəzanə torpağın mülkiyyətinə verilməsi dair Şəhadətnamə JN-374F öz ailə üzvlərinin adını yazdırmışdır. Buna görə ki, Qəbələ Rayon iqrar İslahat Komissiyasının qərarı xx xxxxxx 2001-ci il tarixli qaynatamm bağ torpaqları (bələdiyyə torpaqları) cavabdeh Gündüzün olmalıdır və olub da və satıb. İndidə 1960-cı ildə tikilən evi satmaq qərarına gəlib. Onun uşaqlarının, yoldaşının adı həmin şəhadətnaməyə yazılmayıb. Mustafayev Dəmir 1963-ci il, Mustafayev Mehdi 1989-ci il, Mustafazadə Turan 991-ci il, Mustafazadə Günay 1990-cı il. Mustafayev Xəzanə deyirki hamsı oğlu Gündüzündür. Köçmüş olduqları təhlükəli yaşayış otağında yaşamaq mümkün deyil. Daşınmaz əmlakın və Qəbələ şəhər İnzibati Ərazi Dairəsininin üzrə tikinti texniki ekspert nümayəndələri, dövlət adamları təhlükəli evə baxış keçirsinlər. 2014-ci ildə X8 Şəhər Məhkəməsinə vəsatət yazmışdır ki, həmin ev təhlükəlidir və uçmaq üzrədir. X9 təhlükəli evdə yaranan vəziyyətlə bağlı Qəbələ Şəhər Hakimiyyətinin bu işlərə baxan komissiyasına müraciət etmişdir. Həmin vəsatət sübut ondadır. O, Mustafayev Əsmər xx xxxxxxx 2019-cu il tarixində Qəbələ Şəhər Hakimiyyətinin tikinti texniki mütəxəssisinə müraciət etmiş ki, onlara verilmiş ev təhlükəlidir, Gigiyenik cəhətdən xəstəlik mənbəyidir. Baxış keçirilməsi üçün Qəbələ Rayon Məhkəməsi sorğu yollamalıdır, onlarda həmin evə baxış keçirməlidir. Birinci instаnsiyа məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etmərək göstərmişdir ki, İddiaçı ona və həyat yoldaşına qarşı məhkəmədə iddia qaldırmışdır. Həyətdən 1 sot torpaq sahəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən onların (payçı ailə üzvləri ilə birlikdə) payları müəyyən olunmuşdur. Həmin qətnamədən sonra cavabdeh tərəf olaraq (hazırkı iddiaçının əri) Mustafayev Dəmir Əmir oğlunun nümayəndəsi İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(107)-2302/20l7 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və qətnamə qüvvəsində saxlanılmışdır. Bundan daha sonra isə iş üzrə cavabdeh Mustafayev Dəmir Əmir oğlu adı çəkilən qətnamədən kassasıya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(102)-6365/18 nömrəli qətnaməsi ilə onun kassasiya şikayəti təmin edilməmişdir. Bunları qeyd etməkdə məqsədi odur ki, qanuni məhkəmə qətnamələrinə şübhə ilə yanaşan cavabdehin (hazırda da iddiaçının) məqsədi birmənalı olaraq qətnamənin qanuni qüvvəsini alaraq icraya yönəldilməsini, bundan sonra da icra olunmasını yubatmaq olmuşdur. Belə ki, bu cürə hərəkətləri ilə qətnamənin icraya yönəldilməsini yubatmaq üçün dəridən-qabıqdan çıxan Dəmir Mustafayev və onun arvadı İddiaçı əvvəlcə Qəbələ Rayon Məhkəməsində, sonra da bir faydasının olmadığını gördükdə Şəki İnzibati-İqtisadi məhkəməsində onlara qarşı müxtəlif iddialar qaldıraraq mübahisəli vəziyyət yaratmaqla qətnamənin icrasının dayandırılmasına nail olmuşlar. Hətta onlar qətnamənin icrasını daha da yubatmaqdan ötrü bu qətnamələrdən yuxarı instansiyalarında şikayətlər yazmaqla vaxtı uzatmışlar. Sonda isə bunların heç bir nəticəsi olmadığını görüb qətnamənin icrasına möhlət istəmişlər. Ərizələri məhkəmədə təmin olunmaqdıqda qərardadlardan şikayətlər yazaraq qətnamənin icrası vaxtını uzatmışlar. Bütün sadaladıqları və iddiaçının yol verdiyi hərəkətlər ona ancaq qətnamənin icrasını yubatmaqda faydalı olmuşdur, başqa heç nəyə. Nəhayət, uzun mübarizədən sonra qətnamə Qəbələ rayon icra və probasiya şöbəsi tərəfindən günün bir günü icra (yarımçıq da olsa) olunmuşdur. Bu da iddiaçını və ərini sakitləşdirməmişdir. Buna əyani sübut isə, hazırkı onların məhkəmədə ona və həyat yoldaşına qarşı qaldırdığı əsassız iddiadır. Sadəcə qətnamə və qərardadların surətlərini təqdim edəndə həmin məhkəmə aktlarının məzmunundan hər məsələ və sualın bircə cavabı məlum və aydın olacaqdır. Məlum olur ki, iddiaçının bütün tələbləri əsassız və qanunsuzdur. Həmin tələblərin heç bir qanuni əsası və bazası mövcud deyildir. Buna görə də hesab edir ki, bu tələblər rədd olunmalıdır. Cavabdeh etirazının hüquqi əsası olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci, 78-ci və 82.1-ci maddələrinə istinad etmişdir. Sonda isə cavabdeh məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və yazılı etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Birinci instаnsiyа məhkəməsində işə digər cavabdeh X1 iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi mərhum qayınatası Mustafayev Əmir Dəmir oğlu tərəfindən mərhum qayınanası X6 ilə birgə nigah dövründə inşa edilmişdir. Əlindən alınmış fərdi yaşayış evi onun gəlin köçdüyü ev və 1 sot həyətyanı torpaq mərhum qayınatasından qalmışdır. Həmin həyətdə öz zəhməti ilə hamam, sanitar qovşağı, anbar, su bulağı, asvalt cığır, qapı, evə pilləkən, pilləkənin dam örtüyü düzəltmişdir. 1960-ci ildə tikilmiş evin açıq eyvanının kənarlarını hördürmüş, mətbəx tikdirib ora su xətti, qaz çəkdirmişdir. Evin kommunal xərclərini həmişə özü ödəmişdir. Məhkəmənin qərarı və məcburi icranın yerinə yetirilməsi ailəsinin yaşamaq hüquqlarını pozur. Hazırda mətbəxdə yaşayır. Ona verilmiş ev qəzalı vəziyyətdədir. Həmin evdə əşyaları yığılmışdır. Ona görə də, ərinə verilmiş qəzalı vəziyyətdə olan evə baxış keçirilməsi, yeni ev tikmək üçün cavabdehlərdən kompensasiya alınaraq ona verilməsi, RX seriyalı ******* saylı dövlət reyesterindən çıxarışın ləğv edilməsi, tələblərinin mümkünlüyü barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1471/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1471/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(025)-1471/2019 saylı qətnaməsi dəyişdirilmdən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş icraata xitam verilməsi barədə Məlumatdan görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 saylı qətnaməsi ilə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçılar X3 (ev 1/5, torpaq 6/25), Qafarova Könül Əmir qızı (ev 1/5. torpaq 6/25), Cavabdeh1 (ev 1/5, torpaq 6/25), Cavabdeh2 Feruz qızı (torpaq 5/25) və cavabdeh Mustafayev Dəmir Əmir oğlunun (ev 2/5 torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, Qəbələ şəhəri, İ.B. Qutqaşmlı küçəsi, 497 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar X3, Qafarova Könül Əmir qızı, Cavabdeh1 və Cavabdeh2 Feruz qızının birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə paylarının məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2017-ci il tarixli. 2508 nömrəli, rəyində göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(107)-2302/2017 saylı Qətnaməsi ilə cavabdeh Mustafayev Dəmir Əmir oğlunun nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(102)-6365/2018 saylı Qərarı ilə Mustafayev Dəmir Əmir oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, hal-hazırkı tərəflər arasında eyni predmet üzrə mülki işə baxılaraq Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 saylı qətnaməsi ilə RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçılar X3 (ev 1/5, torpaq 6/25), Qafarova Könül Əmir qızı (ev 1/5. torpaq 6/25), Cavabdeh1 (ev 1/5, torpaq 6/25), Cavabdeh2 Feruz qızı (torpaq 5/25) və cavabdeh Mustafayev Dəmir Əmir oğlunun (ev 2/5 torpaq 2/25) ümumi paylı mülkiyyətində olub, Qəbələ şəhəri, İ.B. Qutqaşmlı küçəsi, 497 saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar X3, Qafarova Könül Əmir qızı, Cavabdeh1 və Cavabdeh2 Feruz qızının birlikdə fərdi yaşayış evindən 3/5 hissədə, 0,07 ha həyətyanı torpaq sahəsindən isə 23/25 hissədə paylarının məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2017-ci il tarixli. 2508 nömrəli, rəyində göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(107)-2302/2017 saylı Qətnaməsi ilə cavabdeh Mustafayev Dəmir Əmir oğlunun nümayəndəsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(025)-103/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(102)-6365/2018 saylı Qərarı ilə Mustafayev Dəmir Əmir oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin əvvəllər Qəbələ şəhəri, İ.B.Qutqaşmlı küçəsi, 497 (hazırki 111) saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi ilə bağlı mübahisələrinin olması və yuxarıda qeyd olunduğu kimi çoxsaylı məhkəmə aktlarına əsasən öz həllin tapılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məkhəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının iddia tələbi ilə onun apellyasiya şikayətinin dəlilləri bir-birini tamamlamır. Belə ki, iddiaçı, iddia tələbində Qəbələ rayonu, İ.B.Qutqaşınlı küçəsi, ev 111 nömrəli evdən cavabdehlər Cavabdeh1 və X1 məcburi qaydada çıxarılması və 1 sot torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apelyasiya şikayətində ərinə verilmiş qəzalı vəziyyətdə olan evə baxış keçirilməsi, yeni ev tikmək üçün cavabdehlərdən kompensasiya alınaraq ona verilməsi, RX seriyalı ******* saylı dövlət reyesterindən çıxarışın ləğv edilməsi, tələblərinin mümkünlüyü barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında bu uyğunsuzluq barədə iddiaçının nəzərinə çatdırılsa da, o, bunun ağlabatan izahını verə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1471/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-1471/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-398/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-398/2020
04.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver