Məhkəmə qərarları › İş №2(107)-399/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-399/2025

18.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-399/2025 18.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahələrindən çıxarılma və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsi geri qaytarılıb, qüvvə) X4 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahələrindən çıxarılma və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı (bağlanmış) hesab edilməsi, mümkün olmadığı təqdirdə torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 15.000 (on beş min) manat məbləğin qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Balakən Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2(019)- 65/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Talalar kəndində yerləşən JN 0083 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmiş 83S planşet nömrəsində göstərilən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2 çıxarılması, 83D planşet nömrəsində göstərilən 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması, torpaq sahələrinə iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, torpaq sahələrinin iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ilk iddia üzrə iddiaçıların Balakən rayonu Talalalar kəndində yerləşən mülkiyyətlərində olan JN-0083 (kod4********) saylı ümumi sahəsi 1.00 ha (ekspert göstəricisinə əsasən 0.78) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qarşılıqlı iddia üzrə iddiaçıya ilkin iddia üzrə cavabdehə satılmasını təsdiq edən xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı (bağlanmış) hesab edilməsi, mümkün olmadığı təqdirdə , ilkin iddia üzrə iddiaçıların ,qarşılıqlı iddia üzrə iddiaçıdan torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 15.000 (on beş min) manat məbləğin qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2(019)-65/2025 nömrəli qərardadı ilə Cavabdeh2 xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı (bağlanmış) hesab edilməsi, mümkün olmadığı təqdirdə torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 15.000 (on beş min) manat məbləğin qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(019)-65/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X3 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e- 2(019)-65/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-155.3-cü maddələrinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə qarşılıqlı iddia ərizəsi iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilə bilər. Bu müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahələrindən çıxarılma və mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia ərizəsi 03 iyul 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, bu barədə sənədlər, o cümlədən məhkəmə bildirişi 04 iyul 2024-cü il tarixdə saat 10:17-də Cavabdeh2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh2 6 ay 25 gün sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qarşılıqlı iddia ərizəsini qanunla müəyyən edilmiş müddətdə verməməsini, qarşılıqlı iddianın verilməsi üçün əsasların əvvəldən mövcud olmasını, cavabdehin qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2(019)-65/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2(019)-65/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cаvаbdеh Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2(019)-65/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar