Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-4/2025 08.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh X5 qarşı yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış evindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh X5 qarşı yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 6 aprel 2022ci il tarixli 2(016)-09/2022 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3ində, 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı2, İddiaçı3 və İddiaçı1 bərabər hissəli payları olmaqla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin fərdi yaşayış evinin bir otağında mərhum X2 qardaşı cavabdeh X3 əşyaları yerləşir. Hazırki iddia tələbi həmin əşyaların fərdi yaşayış evindən çıxarılması ilə bağlıdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı "yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan və Ağsu rayonu, Kalva kəndində yerləşən yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu rayonu, Kalva kəndində yerləşən 78,5 kvadrat metr yaşayış evi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıların xüsusi mülkiyyətindədir. Belə ki, həmin yaşayış evinə zəlzələ nəticəsində ziyan dəymişdir. Həmin yaşayış evi 2 otaqdan ibarətdir və bir otağına qohumu Cavabdeh əşyalarını yığdığından həmin otaqdan istifadə etmələri mümkünsüz olmuşdur. Cavabdehin Bakı şəhərində evi vardır və orada yaşayır. Həmçinin kənddə xeyli sahəsi olan torpaq sahəsi vardır. Dəfələrlə ona əşyalarını çıxarmasını bildirsələrdə, çıxarmamışdır. Hazırda həmin əşyaların otaqda mövcud olması fərdi yaşayış evinin təmir edilməsinə maneçilik yaradacaqdır. Belə ki, əşyaların otaqda yerləşməsi səbəbindən həmin otağa girmək mümkün deyildir və əşyaların çıxarılmaması səbəbindən onlara məxsus fərdi yaşayış evinin təmir edilməsi mümkünsüz olacaqdır. Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan və Ağsu rayonu, Kalva kəndində yerləşən yaşayış evindən əmlakları ilə birlikdə çıxarılmasını tələb edirlər.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, ailədə 10 nəfər olmuşlar. Evin tikintisinə 1973-cü ildə başlanmış, 1976-cı ildə tikintisi başa çatmışdır. Həmin evi atası tikmiş, qardaşı Ağaşirin və o tikintidə atalarına köməklik etmişlər. Evə ayrı-ayrı giriş-çıxış qapısı qoyulmuş, ötən müddətdə də bu barədə sözsöhbət olmamışdır. Ailələri mehriban şəraitdə yaşamışlar. Həyətdə iki dəfə artezian quyu vurdurmaqla 1000 manatdan çox pul xərcləmişdir. 1979-cu ildə ailə qurmuş, hazırda yaşadığı və əmlakları olduğu otaqda yaşamışdır. Atası həmin evdə və həmin otaqda yaşamasını bildirmişdir. Sonradan ona torpaq sahəsi ayrılması barədə ərizə vermişdir. 1988-ci ilə kimi həmin evdə ailəsi ilə birlikdə yaşamışlar. Üç uşağı da həmin evdə doğulmuşdur. Sonradan təxminən 1989-cu ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və hazıradək Bakı şəhərində yaşayır. Əmlakları isə kənddə yerləşən həmin otaqda qalmaqla açarı özündə olmuşdur. Hazırda Bakı şəhərində qeydiyyatdadır. Mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə qardaşına verilmiş, həmin bölgü zamanı ona da kəndin başqa ərazisində 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində ev tikmək üçün təməl beton tökmüş, lakin imkanı olmadığından evi tikə bilməmişdir. Şəhərdə yaşasada yay aylarında dincəlmək üçün kəndə qayıdır. Lakin son vaxtlar iddiaçılar orada yaşamağa imkan vermirlər. Bu səbəbdən kəndə gələndə həmin evdə qala bilmir. Evə görə verilmiş çıxarış saxtadır. Onun məlumatı olmamışdır.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağsu rayonu, Kalva kəndində 1973-1976-cı illərdə Səfərov Ağakişi övladları Ehdibar və Ağaşirin ilə birgə onların yaşamaları üçün giriş-çıxış qapısı ayrı olan ev tikmiş, həmin evin bir hissəsində birinci Ağaşirin ailə quraraq yaşamağa başalmış, bundan sonra Ehdibar da ailə quraraq evin digər hissəsində yaşamağa başlamış və üç uşağı da həmin evdə doğulmuşdur. Sonradan təxminən 1989-cu ildə Ehdibar ailəsi ilə birlikdə daimi əsaslarla yaşamaq üçün Bakı şəhərinə köçmüş və hazıradək orada yaşayır. Hazırda qeydiyyatda olduğu ünvanda Bakı şəhərindədir. Lakin bəzi əmlakları isə kənddə yerləşən həmin otaqda qalmaqdadır və açarı da özündədir. Mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə Səfərov Ağaşirin və ailə üzvlərinə verilmiş, həmin bölgü zamanı Ehdibara da kəndin başqa ərazisində 0,12 ha torpaq sahəsi verilmişdir. Ehdibar həmin torpaq sahəsində ev tikmək üçün təməl beton tökmüş, lakin tikib başa çatdırmamışdır. Mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə Səfərov Ağaşirin və onun ailəsinə verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışı ilə Ağsu rayonu, Kalva kəndində yerləşən ümumi sahəsi 78,5 kv.m olan fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi İddiaçı2, İddiaçı3 və İddiaçı1 adlarına qeydiyyat nömrəsi ********** olan bərabər hissəli ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda Ağsu rayonu, Kalva kəndində yerləşən ümumi sahəsi 78,5 kv.m olan fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir və Cavabdeh əşyalarının həmin evdə qalması iddiaçıların mülkiyyətlərində olan daşınmaz əmlakə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Bu səbəbdən onlar Cavabdeh qarşı iddia qaldıraraq onların mülkiyyətində olan və Ağsu rayonu, Kalva kəndində yerləşən yaşayış evindən Cavabdeh əmlakları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Cavabdeh əvvəllər mübahisəli evdə yaşasa da, 1989-cu ildən sonra daimi əsaslarla köçərək həmin evi tərk etmişlər. Hazırda o, ailəsi ilə birgə Bakı şəhərində yaşayır. İddiaçı iddia tələbində qeyd etmişdir ki, cavabdeh ailəsi ilə birgə 1989-cu ildə daimi əsaslarla yaşamaq üçün Bakı şəhərinə getmiş və hal-hazırda orada yaşayır. İş materiallarından və şahid ifadələrindən aydın olur ki, cavabdeh 6 aydan çoxdur ki, mübahisə predmeti olan evdə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir. Cavabdehin əmlakının mübahisə predmeti olan evdə qalması iddiaçılara xüsusi mülkiyyətlərində olan evdən maneəsiz istifadə etməyə imkan vermir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir.
7. Bundan başqa cavabdeh torpağın mülkiyyətə verilməsinə dair JN-072F, kod- 40911018 olan şəhadətnaməyə əsasən Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışının qanunsuz tərtib edildiyini və saxta olduğunu bildirsə də buna dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Eyni zamanda mülki işin məhkəmə icraatında olduğu müddət nəzərə alınsa bu müddət ərzində həmin sənədlər cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
8. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tam təsdiq olundu ki, mübahisə predmeti olan daşınmaz əmlak iddiaçıların xüsusi mülkiyyətidir və cavabdehin Cavabdeh əşyalarının həmin ünvanda qalması iddiaçıların mülkiyyətlərində olan daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur.
9. Cavabdeh tərəf isə məhkəmə iclasında torpağın mülkiyyətə verilməsinə dair JN- 072F, kod-40911018 olan şəhadətnaməyə əsasən Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışının qanunsuz tərtib edildiyini və saxta olduğunu bildirsə də məhkəməyə buna dair mötəbər sübutlar təqdim etməmişdir.
10. Ağsu Rayon Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2(016)-09/2022 saylı qətnaməsi ilə (hakim Babək Qasımov) Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən iddiaçılar İddiaçı2, X8 və X1 xüsusi mülkiyyətində olan və Ağsu rayonu, Kalva kəndində yerləşən yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 152-ci maddələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Torpağın mülkiyyətə verilməsinə dair JN-072F, kod-40911018 olan şəhadətnamə Torpağın mülkiyyətə verilməsinə dair JN-509F, kod-40911018 olan şəhadətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış
13. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X7 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh X7 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağsu rayonunun Kalva kəndində doğulub böyümüş, valideynləriylə birlikdə yaşamış, əsgərlikdən qayıtdıqdan sonra Orta Texniki təhsilini Bakı şəhərində almış və yenidən Kalva kəndinə qayıdaraq ixtisasına uyğun işlə təmin olunmaqla uzun müddət rayonda işləmişdir. Mərhum valideynləri kənddə onunla böyük qardaşı Səfərov Ağaşirin üçün fərdi həyət evi tikməkdən ötrü 1970-ci ilin əvvəlində 0,10 ha torpaq sahəsi götürmüş, sonradan həmin torpaq sahəsinin yola bitişik hissəsində və torpaq sahəsinin tam ortasında, ailəliklə onlara 16 metr uzunluğu 10,5 metr enində iki hissədən ibarət kürsülü ev inşa etmişdilər. Evin inşası 1973cü ildən başlamış 1975-76 illərdən isə böyük qardaşıyla aralarında püşk ataraq kimə evin hansı hissənin düşməsini həll etdikdən sonra evin sol hissəsi (arxadan baxıldıqda) qardaşına, sağ hissəsi isə ona düşmüşdür. Beləliklə, o da ailə quraraq elə 1976-ci il tarixdən köçüb ona aid olan hissədə yaşamağa başlamışdır. Uşaqlarının hamısı bu evdə doğulublar. 1990-cı illərdə iş yerləri bağlandığına görə Bakı şəhərində işləməyə başlamışdır. Evinə isə hər zaman gedib-gəlmiş və təsərrüfatla məşğul olmuşdur. Ev əşyaları da evindədir. Hazırki iş üzrə cavabdeh - İddiaçı2, 2019-cu il tarixində mənə qarşı "yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair" iddia ərizəsi ilə Ağsu rayon məhkəməsinə müraciət etmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı ona bəlli olmuşdur ki, qardaşının adına həm torpaq sahəsinə dair şəhadətnamə və həm də evin dövlət reyestrindən Çıxarış verilmişdir və əlavə olaraq onun da evinə aid hissəsini həmin Çıxarışa saldıraraq, ona faktiki mülkiyyət hüququ ilə məxsus olan əmlakını ələ keçirmişdir. Məhkəmə prosesləri zamanı evin hüquqmüəyyənedici sənədləri digər cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsindən tələb olunub gətirilmiş və araşdırılmışdır. Bəlli olmuşdur ki, evin texniki pasportunda göstərilən cizgiləri ilə evin daxili cizgilərində uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin kəndin təsərrüfatbaşına kitabında qeydi ilə bağlı kitab tapılmamışdır. Torpaq sahələrinin vətəndaşlara pay verilməsi ilə bağlı Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998inci il tarixli 07 saylı qərarına əsasən, qardaşı Ağaşirin Səfərovun adına JN-072F KOD 40911018 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə verilmişdir. Qeyd elədiyi kimi, atası 0,10 ha torpaq sahəsini 1970-inci ilin əvvə lində o zaman mövcud olmuş kənd sovetindən almışdır. 1973-cü il tarixindən evin inşası başlanmış və 1998-ci ilədək bizim qardaşıyla birgə mülkiyyətində olduğu halda, həmin torpaq sahəsi qardaşına pay torpağı kimi ayrılmışdır. Onun sahibliyi və istifadəsində olan evin bir hissəsi ümumilikdə təxminən 110 kv.m.sahə təşkil edir. Aqrar İslahat Komissiyasının qərarına qədər bu ev qardaşıyla hər ikisinin faktiki mülkiyyətində olub. Odur ki, qardaşı-X2 adına, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli ÇİXARİŞ'ın, sonradan vərəsəlik qaydasında iddiaçı-İddiaçı2 adına, xx.xx.2016 tarixində, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli ÇİXARİŞ qismən etibarsız hesab edilməli, ona aid hissəyə dair ÇİXARİŞın verilməsi cavabdeh-Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməlidir.
15. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2(016)-09/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2(016)-09/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 10-cu hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
21. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123– cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2(016)-09/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. İşin müəyyən edilmiş halları bundan ibarətdir ki, JN-072F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Ağsu rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə X4 4 nəfər ailə üzvü ilə birlikdə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3ində, 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən xx.xx.2001-ci il tarixdə ölmüş X2 vərəsələri İddiaçı3, İddiaçı2 və İddiaçı1 bərabər hissələrdə pay almalı olduqları, miras əmlakın ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsindən X4 çatan hissədən və ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evindən ibarət olduğu qeyd edilmişdir. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3ində, 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı2, İddiaçı3 və İddiaçı1 bərabər hissəli payları olmaqla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin fərdi yaşayış evinin bir otağında mərhum X2 qardaşı cavabdeh X3 əşyaları yerləşir. Hazırki iddia tələbi həmin əşyaların fərdi yasşayış evindən çıxarılması ilə bağlıdır. İşə apellyasiya qaydasında baxılarkən X7 cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X2 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi evin bir hissəsinə münasibətdə qismən ləğv edilməsinə, sonradan vərəsəlik qaydasında xx.xx.2016 tarixində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, RX seriyalı ******* nömrəli çıxarış qismən etibarsız hesab edilməsinə və bu tələbə uyğun olaraq Ağsu rayonunun Kalva kəndində 0.10 ha torpaq sahəsi üzərində 1970-ci ilin əvvəlində, torpaq sahəsinin yola bitişik hissəsindən ibarət kürsülü evin, küçə istiqamətindən sağ yarısına və 60 kv.m yaxın həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibatı Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-880/2023 nömrəli qərardadı ilə iddia tələbi “sonradan vərəsəlik qaydasında xx.xx.2016 tarixində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, RX seriyalı ******* nömrəli çıxarış qismən etibarsız hesab edilməsinə və bu tələbə uyğun olaraq Ağsu rayonunun Kalva kəndində 0.10 ha torpaq sahəsi üzərində 1970-ci ilin əvvəlində, torpaq sahəsinin yola bitişik hissəsindən ibarət kürsülü evin, küçə istiqamətindən sağ yarısına və 60 kv.m yaxın həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-880/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X2 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 6 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinin bir hissəsinə münasibətdə qismən ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-349/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-880/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(107)-188/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(116)-880/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ağsu rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(016)-704/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, Ağsu rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli və 2V70 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-349/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2386/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-188/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarında qeyd etmişdir ki, Ağsu rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə X4 4 nəfər ailə üzvü ilə birlikdə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı özü də iddia ərizəsində bu faktı təsdiq etmiş və həmin torpaq sahəsinin Ağsu rayon AİK tərəfindən qardaşı X4 pay torpağı kimi ayrıldığını bildirmişdir. Bundan başqa, yaşayış evinə münasibətdə tərtib edilmiş 150 inventar nömrəli, sentyabr 1988-ci il tarixli texniki pasportdan Ağsu rayonu, Kalva kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquq subyekti olaraq X2 adının qeyd edildiyi görünür. Dövlət Arxivi tərəfindən təqdim olunmuş 1995-2001-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarışa əsasən, həmin fərdi yaşayış evi üzrə təsərrüfat başçısı qismində Səfərov Ağaşirinin, təsərrüfat üzvləri qismində isə 3-cü şəxslərin (yəni vərəsələrin) adları qeyd olunmuşdur. Həmin sənədlərdə iddiaçının adının qeyd olunduğuna dair hər hansı məlumat mövcud deyildir. İddiaçı həmin torpaq sahəsinin əvvəllər ona və böyük qardaşı Səfərov Ağaşirinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrıldığını, sonradan həmin torpaq sahəsində inşa edilmiş evin bir hissəsinin ona məxsus olduğunu iddia etməsinə rəğmən, həmin tələbinin əsası kimi istinad edə biləcəyi hər hansı hüquqmüəyyənedici sənəd onun tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, iddiaçı iddia olunan məzmunda tələb irəli sürmək üçün hər hansı hüquqmüəyyənedici sənədə istinad etməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, göründüyü kimi, cavabdehin mübahisə predmeti olan fərdi yaşayış evinə heç bir hüququnun olmaması, həmçinin belə bir hüququn olması iddiasına subyektiv hüququnun olmaması qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmişdir.
28. Hazırki iş üzrə birinci instansiya məhkəməsi cavabdehin mübahisəli evə hüququ olub-olmaması məsələsini xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə uyğun olaraq “istifadə hüququ” baxımından da araşdırmış və haqlı olaraq cavabdehin 1989-cu ildən sonra daimi əsaslarla köçərək həmin evi tərk etməsi ilə qeyd edilən Məcəllənin 60-cı maddəsinin tələbi baxımından evə istifadə hüququnu itirdiyi qənaətinə gəlmişdir.
29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2(016)-09/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh X7 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 6 aprel 2022-ci il tarixli 2(016)-09/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.