Məhkəmə qərarları › İş №2(107)-40/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-40/2020

27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-40/2020 27.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı İddiaçı Mütəllif oğlunun, iddiaçının vəkili Vəkilnun və Cavabdehnun iştiraklarıilə, İddiaçı Mütəllif oğlunun Cavabdeh qarşı ziyan və əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-225/2019 nömrəli qətnaməsindən İddiaçı Mütəllif oğlu və onun vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-225/2019 nömrəli qətnаməsi ilə(hakim Hümbət Səlimov) İddiaçı Mütəllif oğlunun Cavabdeh qarşı ziyan və əldən çıxmış faydatələbinədair iddiası əsassız hesab edilərək təmin edilməmişdir. İşin halları İddiaçı Mütəllif oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat ziyan xərcinin, bir ədəd balalı inəyin və 37500 manat əldən çıxmış faydanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artarılması barədə məhkəməyə ərizə verərək Fındıq kollarının dəyəri olan 19500 (on doqquz min deş yüz) manat pulun, torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 5000 (beş min) manat pulun, çəkisi 400 (dörd yüz) kiloqram olan bir ədəd inəyin və ya onun dəyəri olan 3000 (üç min) manat pulun, 37500 (otuz yeddi min beş yüz) manat əldən çıxmış faydanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında İddiaçı Mütəllif oğlu iddianı müdafiə edərək göstərmişdir ki, o Balakən rayonunun Qazma kəndində yaşayır. Cavabdeh də həmkəndlisidir. Özü kənd təsərrüfatı ilə məşğul olur. Balakən rayonu Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 06 saylı qərarı ilə Cavabdeh, onun atası Hacıyev Məhəmməd Yüzbaşı oğluna və ailə üzvlərinə Balakən rayonu Qazma kəndi ərazisindən 1.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh xx xxxxxxx 2001-ci ildə ölmüşdür. 1.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 4xx xxx 40103018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Onlara verilmiş 1.98 ha torpaq sahəsinin 1.30 ha hissəsi onun ata yurdundan verilmişdir. Həmin torpaq sahəsində 1979-cu ildə 130 ədəd fındıq ağacları əkmişdir. Torpaq islahatı aparılarkən istifadəsində artıq torpaq olduğuna görə cavabdehin atası Hacıyev Məhəmməd Yüzbaşı oğlu özü ona bildirmişdir ki, artıq torpağı onun ailəsinin adına işləsinlər, əvəzində onunla halallaşar. Hacıyev Məhəmməd Yüzbaşı oğluna və ailəsinə onun sağlığında torpağın əvəzində iki ədəd inək vermidir. Eyni zamanda Hacıyev Məhəmməd Yüzbaşı oğlu xx xxxxxxx 2010-cu ildə ailə üzvlərinin qarşılıqlı razılığı və imzaları ilə JN 475 F cizgidə göstərilən 1.30 ha torpaq sahəsini ona bağışlamışdır. Həmin torpaq sahəsi formal olaraq cavabdehə və onun ailəsinə verilmişdir. Çünki həmin torpaq sahəsinə girmək üçün yol ona məxsus torpaq sahəsindən keçir, ora girməyə başqa yol yoxdur.1979-cu ildən 1.30 ha torpaq sahəsində 130 ədəd fındıq ağacları əkmiş, həmin fındıq ağaclarının hər biri hazırda orta hesabla 8 kq fındıq məhsulu verir. İldə oradan 1 ton fındıq əldə edir. Həmin ağaclardan gələcəkdə ən azından 15 il xeyir götürə bilərdi. Yəni həmin bağdan bundan sonra ən azı 15 ton fındıq əldə edə blərdi. 15 ton fındığın bugünkü bazar qiyməti orta hesabla 2 manat 50 qəpikdir. Bu da 37500 (otuz yeddi min beş yüz) manat edir. Eyni zamanda əvvəllər həmin torpaq sahəsi boş əkin ərazisi olmuşdur. Həmin torpaq sahəsini abadlaşdırmış, ora 130 ədəd fındıq ağacları əkmiş, bağın ətrafına məftil sim çəkdirmişdir.Həmin bağ sahəsinə qulluq etmiş və həmin işlərin görülməsinə 5000 (beş min) manat xərcləmişdir. Beləliklə cavabdehin ona ödəməli olduğu pul vəsaitinin həcmi cəmi 42500 manat ziyan xərci təşkil edir. Buna görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndi ərazisindən ona, Hacıyev Məhəmməd Yüzbaşı oğluna, Abdullayeva Çiçək Abdusalam qızına, Hacıyeva Şəhla Məhəmməd qızına, Hacıyeva Şəfəq Məhəmməd qızına, Hacıyeva İlhamə Məhəmməd qızına və Hacıyeva Rübabə Yəhya qızına 1.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə onlara JN-475 nömrəli KOD 40103018 Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi kolxoz torpağı olmaqla bölgü aparılarkən onlara verilmişdir. İddiaçı Zeynəddin Muradov həmin torpaq sahəsinə görə onlara bir baş inək vermiş, həmin inəyi geri götürmüş və bunun qarşılığında onlara başqa yerdən torpaq sahəsi verəcəyini bildirmişdir. İddiaşı ilə bu razılaşma atası Hacıyev Məhəmməd Yüzbaşı oğlunun arasında olmuşdur. Atası Məhəmməd isə 06 oktyabr 2001-ci il tarixdə ölmüşdür. İddiaçı verdiyi sözünə əməl etməmiş və onlara başqa yerdən torpaq sahəsi verməmişdir. Buna görə də torpağını tələb edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı Mütəllif oğlu və onun vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri İddiaçı Mütəllif oğlu və onun vəkili Vəkil apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri əsaslandıraraq göstərmişlər ki, qətnamə qanunsuz ədalətsiz və əsassız hesab edir. Balakən Rayon Məhkəməsi hazırki qətnaməni qəbul edərkən işin faktiki hallarını nəzərə almamış, baxdığı anoloji işlərdəki hüquqi mövqeyindən bu işdə təkrarlamamış, verilmiş vəsatətləri heç bir tutarlı əsas gətirmədən təmin etməmiş və sonda hazırki qanunsuz, ədalətsiz və əsassız qətnaməsini qəbul etmişdir. Halbuki, Balakən Rayon Məhkəməsinin, o cümlədən digər məhkəmələrin baxdığı analoji işlərdən də məlum olduğu kimi, adətən bu qəbildən olan işlərdə məhkəmə müvafiq məhkəmə ekspertizası təyin etməklə torpaq sahəsini sadə yazılı əqd əsasında alan şəxsin həmin torpaq sahəsinə çəkdiyi xərci və orada əkdiyi ağacların dəyərini müəyyən edir və həmin dəyəri ödəmək vəzifəsini torpaq sahəsini tələb edən şəxsin üzərinə qoyur. Göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunverciliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)- 225/2019 nömrəli qətnаməsinin ləğv edilməsini, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsında İddiaçı Mütəllif oğlu və onun vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclаsında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(019)-225/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq üçüncü şəxslər Hacıyeva Çiçək Abdusalam qızı, Hacıyeva Rübabə Yəhya qızı, Hacıyeva (Şabanova) İlhamə Məhəmməd qızı və Hacıyeva Şəfəq Məhəmməd qızı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxslər Hacıyeva Çiçək Abdusalam qızı, Hacıyeva Rübabə Yəhya qızı və Hacıyeva (Şabanova) İlhamə Məhəmməd qızı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-225/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Həmçinin Hacıyev Məmməd Yüzbaş oğlunun xx.xx.2000-ci ildə verdiyi vəkalətnamədəki imzaların ona məxsus olmadığını bildirdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı Mütəllif oğlunun və onun vəkili Vəkilnun apelyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-225/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Hacıyev Məhəmməd Yüzbaşı oğlu tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli vəkalətnamədən görünür ki, onun adında JN 475 nömrəli akta əsasən ona verilmiş torpaq sahəsini öz ailəsinin razılığı ilə xalası oğlu İddiaçı Mütəllib oğluna bağışlamışdır. İşdə olan Balakən rayonu VVADQ şöbsi tərəfindən 05 may 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 176151 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyev Məhəmməd Yüzbaşı oğlu xx xxxxxxx 2001-ci ildə ölmüşdür. İşdə olan JN-4xx xxx 40103018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Hacıyev Məhəmməd Yüzbaşı oğluna, Hacıyeva Çiçək Abdusalam qızına, Hacıyeva Şəhla Məhəmməd qızına, Cavabdeh, Hacıyeva Şəfəq Məhəmməd qızına, Hacıyeva İlhamə Məhəmməd qızına və Hacıyeva Rübabə Yəhya qızına Balakən rayonu Qazma kəndi ərazisindən 1.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21, 1096.1 və 1096.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndinə istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Balakən rayonu Qazma kəndində yerləşən 1.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Hacıyev Məhəmməd Yüzbaşı oğluna, Abdullayeva Çiçək Abdusalam qızına, Hacıyeva Şəhla Məhəmməd qızına, Cavabdeh Məhəmməd oğluna, Hacıyeva Şəfəq Məhəmməd qızına, Hacıyeva İlhamə Məhəmməd qızına və Hacıyeva Rübabə Yəhya qızına 1.98 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmiş və bu barədə onlara JN-475 nömrəli KOD 40103018 Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. İddiaçı cavabdehə və onun ailə üzvülərinə verilmiş torpaq sahəsinin torpaq islahatı aparılana kimi onun istifadəsində olmasını, həmin dövrdə orada 130 ədəd fındıq ağacları əkməsini, torpaq sahəsinin cavabdehə verilməsi nəticəsində ona ziyan dəyməsini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işin hallarını, torpaq sahəsinin cavabdehə və ailə üzvülərinə Balakən rayon Aqrar İslahat Komitəsinin qərarı ilə verilməsini, həmin torpaq sahəsi dövlət mülkiyyətində olan dövrdə iddiaçının orada kolxoz üçün ağac əkib əmək haqqı almasını, iddiaçının cavabdehə yanı balalı inək verməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən 30 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tаrixli, 2(107)- 1531/2019 nömrəli qərаrdаdına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli №30388 olan ekspert rəyində göstərilmişdir ki;

1. Ekspertizaya təqdim edilmiş mülki işin 7-ci səhifəsində olan xx xxxxxxx 2000-ci il tarixli vəkalətnamədə “h.Рубабə” yazılarının qarşısındakı imza Hacıyeva Rübabə yahya qızı tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş mülki işin 7-ci səhifəsində olan xx xxxxxxx 2000-ci il tarixli vəkalətnamədə “h.Чичəк”, “h.Менди”, “h.Илhамə” yazılarının qarşısındakı yazılarının qarşısındakı imzalar – Cavabdeh tərəfindən yox, Hacıyeva Çiçək Abdulsalam qızı tərəfindən yox, Hacıyeva (Şabanova) İlhamə Məhəmməd qızı tərəfindən yox başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. (Aparılmış tədqiqatın dəyəri 140 (yüz qırx manat)) Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının və onun vəkilinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı və onun vəkili də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаnmаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı Mütəllif oğlu və onun vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-225/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat Cavabdehndаn tutulmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Mütəllif oğlu və onun vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-225/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını dəyəri olan 140 (bir yüz qırx) manat Cavabdehndаn tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar