Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-402/2024 29.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilə köçürülmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Mingəçevir şəhər X23 24 yanvar 1985-ci il tarixli 21 nömrəli qərarı ilə S.Bolqariya küçəsi 29 nömrəli evin 3 nömrəli mənzilinə icarə hüququ X7 X8 dəyişdirilmişdir. İddiaçı və Cavabdeh1 mərhum əri X24 icarədar X5 uşaqlarıdır. Digər cavabdehlər Cavabdeh1 uşaqlarıdır.
Birinci instansiya məhkəməsində icraat:
2. Məmmədova X17 Sevil Fazil qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi 29 saylı evin, 32 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Sonra İddiaçı iddia ərizəsində göstərilən tələbin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək cavabdehlərin Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi 29 saylı evin, 32 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh1 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı-cavabdeh İddiaçı məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 24 yanvar 1985-ci il tarixli 21 saylı qərarına əsasən Mingəçevir şəhəri S.Bolqariya (hazırda N.ünvan 1anov) küçəsi 29 saylı evin, 32 saylı mənzili 2 nəfər ailə üzvüylə anası X8 verilmişdir. X33 24 fevral 2018-ci ildə vəfat etmişdir. Ölməzdən qabaq isə ona 10 avqust 2017-ci ildə özünə məxsus bütün əmlakını vəsiyyət etmişdir. Mənzildə o, qardaşları və qardaşı övladları qeydiyyatdadırlar. X29 və onun arvadı Cavabdeh1, oğlanları Elçin və Orxan isə 1993-cü ildən Rusiya Federasiyasına gedib qayıtmamışlar. Sərdar Hüseynov isə xəstə düşdükdən sonra Azərbaycana gəlmiş, təxminən 2 ay onun yanında yaşadıqdan sonra 07 dekabr 2022- ci ildə vəfat etmişdir. Ancaq onun arvadı Cavabdeh1 və oğlanları Elçin və Orxan isə Rusiya Federasiyasında yaşayırlar. Sözügedən mənzildə onlara məxsus hər hansı əşyaları yoxdur. Otuz ilə yaxın müddətdir ki, onlar Rusiya Federasiyasında daimi yaşayırlar və orada da evlənmişlər. Odur ki, məhkəmədən ilkin iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.
6. Cavabdeh-iddiaçı Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və göstərdi ki, 1988-ci ilin sentyabr ayında mərhum əri X24 ilə toy edərək ailə münasibətlərinə daxil olmuşlar. Gəlin olaraq Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzilə köçmüşdür. Əriylə xalaoğlu-xalaqızıdırlar. Oğlanları 06 fevral 1990-cı il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1992-ci il təvəllüdlü Cavabdeh3 həmin mənzildə doğulub, böyümüşlər. Mərhum qaynanası X19 ilə birgə təssərrüfat idarə etmişlər. Onlar işləmək üçün mövsimi olaraq Rusiya Federasiyasına gedib-gəlirdilər. 2019-cu ildən etibarən o, birdəfəlik Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi 29 saylı evin 32 saylı mənzilində yaşamağını davam etdirdi. Onların başqa bir mənzili yoxdur, əri bütün qazancını onlara və bacı-qardaşına, anasına xərcləmişdir. Mariya Hüseynovanın övladlarının hamısının evləri olmuşdur. Onlar isə ümid etmişlər ki, Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi 29 saylı evin 32 saylı mənzili yalnız onlara məxsusdur. 2022-ci il tarixdə əri X24 ağır xəstə oldu. Sözügedən mənzildə Sərdarın müalicəsi davam etmiş, o qulluq etmişdir. Ərinin ögey bacısı İddiaçı ərinin xəstə vaxtında onlarla dalaşırdı. “Bu ev mənimdir, sizi evdən çıxaracağam”-deyirdi. Qaynanası-xalası 24 fevral 2017-ci il tarixdə vəfat etmişdir. X44 uzun sürən xəstəlikdən sonra 07 dekabr 2022ci il tarixdə vəfat etmişdir. Ərini yaşadıqları Mingəçevir şəhərində dəfn etmişlər. Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzili dövlət fondu mənzilinə aiddir. Mənzilin kirayədarı qaynanası-xalası olmuşdur. İddiaçı kirayədarın ailə üzvləri sırasında deyil, sadəcə qeydiyyatdadır. İddiaçı özünəməxsus mənzili var idi. X38 vəfatından sonra İddiaçı onunla mübahisə edib, dalaşır, onu zorla qeydiyyatda olduğu, yaşadığı və istifadə hüququ olan mənzildən çıxarmaq istəyirdi. Onun başqa yaşayış yeri olmadığı və illərlə qaynanası və əri, uşaqları ilə birgə təsərrüfat idarə etdiyi mənzildən çıxmadı. 2023-cü ilin fevral ayının 12-də mənzilə gələn qazın gəlməsi dayandırıldı, bir az borcu qalmışdı. Həmin vaxt onu soyuqda qoydular. Aralarında mübahisə oldu, məcbur olub Bərdə rayonunda yaşayan bacısıgilə getdi. Səhərigün Mirvari onun əşyalarının bir hissəsini maşına yığıb, Bərdə rayonuna, bacısı yaşadığı evə göndərmişdir. X45 Nazirliyinin 102 xidmətinə zəng etdi. Şikayəti ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə dəvət olundu, ərizəsini aldılar, onu mənzilə köçürəcəklərini dedilər. O, evə köçürülmədi. Ona dedilər ki, mübahisə edilən mənzil dövlət fondudur, icra hakimiyyətinə məxsusdur, icra hakimiyyətinə müraciət etsin, müvəqqəti mühafizə orderi versinlər. Mingəçevir şəhər İcra Hakimiyyətində olanda yaşadığı mənzilə köçürülməsini xahiş etdi, ərizəsi alındı, yenə də Mingəçevir şəhər Polis Şöbəsinə göndərdilər. Orada da ona dedilər ki, məhkəməyə müraciət etsin. Əşyalarının bir qismi hələ də orada qalıb, Bərdə rayonuna göndərdiyi əşyalarını gətirib, yaşadığı evə yığacaqdır. İddiaçı öz evi olmuş, orada yaşamışdır. Hesab edir ki, onu qanunsuz olaraq, zor tətbiq edərək yaşadığı, istifadəsində olan mənzildən məhrum etmişdir. Həmin mənzildə istifadə hüququ vardır. İddiaçı 12 fevral 2023-cü il tarixdə onu zorla yaşadığı mənzildən məhrum etmişdir. Odur ki, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
7. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, İddiaçı qonşusudur. 1964-cü ildən qonşudurlar, Mirvari ilə birlikdə böyümüşlər. O, Sevili əri öldükdən sonra, mərasim üçü günü görmüşdür. O, Sevili görəndə qolunda televizor var idi və gedirdi. Bu vaxt nalayiq ifadələr işlədirdi. Qaynanası, baldızı rəhmətə gedəndə Sevil orada olmayıb, onu görməmişdir. Mirvari isə orada idi. Mirvari əvvəldən sözügedən mənzildə yaşayır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, İddiaçı qonşusudur. 2003-cü ildən orada yaşayır, həmin ildən Mirvari də sözügedən mənzildə yaşayır. Sevil adlı şəxsi isə tanımır, yalnız dəfndə görmüşdür. Sərdar da xəstə idi, Rusiyada yaşayırdı. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı qonşusudur. Sevil sözügedən mənzilə gəlin gəlmişdir. Sərdar Rusiyadan ata evinə xəstə gələndə ona Mirvari baxırdı. Yoldaşı Sevili orada görməmişdir.
8. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 24 yanvar 1985-ci il tarixli 21 saylı qərarına əsasən Mingəçevir şəhəri S.Bolqariya (hazırda N.ünvan 1anov) küçəsi 29 saylı evin, 32 saylı mənzili X8 verilmişdir. Mariya Hüseynova 24 fevral 2018-ci ildə vəfat etmişdir. Mənzildə İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və digər şəxslər qeydiyyatdadırlar. Cavabdeh1 1988-ci ilin sentyabr ayında mərhum X24 ilə toy edərək ailə münasibətlərinə daxil olmuşlar. Gəlin olaraq Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzilə köçmüşdür. 06 fevral 1990-cı il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1992-ci il təvəllüdlü Cavabdeh3 həmin mənzildə doğulub, böyümüşlər. Sonradan yəni, 1997-ci il tarixinin sentyabr ayından Cavabdeh1 və X24 övladları ilə birgə Rusiya Fedarasiyasına köçmüşlər. 2014-cü il tarixində oradan deportasiya olunsa da, 2016-cı il tarixdən yenidən RF-yə qayıtmışdır. 2019-cu il tarixindən Azərbaycan Respublikasına qayıtdıqdan sonra anasının yanına Bərdə şəhərində yaşamağa balamışdır. Sərdar Hüseynov ağır xəstəliyə tutulduq sonra həmin evə gəlmiş ona qulluq etmişdir. Sərdar Hüseynov 07 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 həmin 2023-cü ilin fevral ayına kimi həmin mənzildə yaşamışdır. Hazırda tərəflər arasında mübahisə vardır. Cavabdeh1 ilkin iddianı qəbul etmir. İddiaçı da qarşılıqlı iddiaya etiraz edir.
10. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan, S.Bolqariya (hazırda N.ünvan 1anov) küçəsi 29 saylı evin, 32 saylı mənzil ünvanında yerləşən mənzildə İddiaçı yaşamaqla faktiki sahibliyi həyata keçirir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı anasına Mingəçevir şəhər ZDS İcraiyyə Komitəsinin 24 yanvar 1985-ci il tarixli 21 saylı qərarı ilə verilmiş mənzilə gözlənilən mülkiyyət hüququnun olması onun hazırki iddia tələbini irəli sürmək hüququnu istisna etmir. Belə ki, iddiaçı 1988-ci il tarixdən mərhum əri X24 ilə toy edərək ailə münasibətlərinə daxil olmuşlar. Gəlin olaraq Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzilə köçmüşdür. Sonradan yəni, 1997-ci il tarixinin sentyabr ayından iddiaçı əri və uşaqları birlikdə həmin mənzildən könüllü köçərək Rusiya Federasiyasında yaşamağa başlamışdır. 2014-cü il tarixində oradan deportasiya olunsa da, 2016-cı il tarixdən yenidən RF-yə qayıtmışdır. 2019-cu il tarixindən Azərbaycan Respublikasına qayıtdıqdan sonra anasının yanına Bərdə şəhərində yaşamağa balamışdır. Göründüyü kimi cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmamış və könüllü surətdə evdən çıxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçının faktiki olaraq sahiblik etdiyi mənzilə olan ehtiyacı aradan qalxmışdır
11. Məhkəmə hesab edir ki, mənzil 02 yanvar 1986-cı il tarixdə 986 saylı order əsasında əldə edildiyindən, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir.
12. Beləliklə məhkəmə ilkin iddia ilə bağlı göstərilənlərə yekun olaraq qiymət verir ki, cavabdehlərin sözügedən mübahisəli mənzilə istifadə hüquqları yaransa da, sonradan mənzili uzun müddətli tərk etmələri mənzilin tərkib hissəsindən istifadə etmələrinə ehtiyaclarının aradan qalxması ilə nəticələnmiş və artıq istifadə hüququ itirilmişdir. Mövcud olmayan hüquq münasibətinə xitam verilməsi isə qeyri-mümkündür. Belə olan halda ilkin iddia təmin edilməməlidir.
13. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, ilkin iddiaya münasibət zamanı müəyyən olundu ki, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə cavabdehin mənzilə istifadə hüququ yaransa da, sonradan mənzili uzun müddətli tərk etmələri mənzilin tərkib hissəsindən istifadə etmələrinə ehtiyaclarının aradan qalxması ilə nəticələnmiş və artıq istifadə hüququ itirilmişdir. Odur ki, Cavabdeh1 istifadə hüququ olmadığından mənzilə köçürülməsinə dair qarşılıqlı iddiası təmin olunmamalıdır.
14. Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) ilk iddia rədd olunmuş, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi, ev 29, mənzil 32 ünvanında yerləşən mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiasının əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh1 İddiaçı qarşı Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi, ev 29, mənzil 32 ünvanında yerləşən mənzilinə köçürülmə tələbinə dair qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-54-cü, 60, 85 və 87-ci maddələrinə istinad etmişdir.
16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən 10 aprel 2023-cü il tarixdə verilmiş arayış Azərbaycan Respublikası Dövlət X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışı X5 ölümü haqqında şəhadətnamə X9 ölümü haqqında şəhadətnamə 2 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 81 №-li arayış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışı xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023cü il tarixli məktubu Cavabdeh2 doğumu haqqında şəhadətnamə Cavabdeh3 doğumu haqqında şəhadətnamə
17. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Məhkəmə hansı sənədə istinad edir ki, 2019-ci il tarixdən Azərbaycan Respublikasına qayıtmış və Bərdə rayonunda anasının yanında yaşamışdır. Halbuki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014- cü il tarixdə çıxış istiqamətində, xx.xx.2016-cı il tarixdə giriş istiqamətində məlumat qeydə alınmışdır.
19. Məhkəmə göstərib ki, cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmamış və könüllü surətdə evdən çıxmışdır. Məhkəmə hansı sənədə istinad ermişdir? Məhkəməyə təqdim olunmuş sənədləri məhkəmə işə əlavə etməmiş, qətnamədə göstərməmişdir. Belə ki, ilk iddia üzrə iddia ərizəsi 07 mart 2023-cü il tarixdə daxil olmuşdur, məhkəməyə təqdim olunmuş cinayət işinin başlanmasını rədd edilməsi haqqında 09 fevral 2023- cü il tarixli qərarından görünür ki, o, 31 yanvar 2023-cü il tarixdə Mingəçevir Şəhər Polis şöbəsinə müraciət edərək İddiaçı onu zorla yaşadığı evdən çıxarılması ilə bağlı şikayət etmişdir. Bundan başqa Daxili İşlər Nazirliyinin 102 xidmətinə fevral, mart və aprel aylarında İddiaçı onu yaşadığı mənzildən zorla çıxarması ilə bağlı şikayətləri olmuşdur. Bundan başqa Mingəçevir şəhər İcra Hakimyyətində olmuş, ərizə ilə müraciət edərək, onun qeydiyyatda olduğu və zorla çıxarıldığı mənzilə köçürülməsinin təmin edilməsini xahiş etmişdir. Mübahisə edilən Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzilin dövlət fondu mənzili olduğu və həmin mənzilin İcra Hakimiyyətinin balansında olduğunu hesab edib İcra Hakimiyyətinə müraciət etmişdir.
20. Mübahisə edilən mənzil Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzilidir. Nə Məhkəmə bu mənzillə bağlı hər hansı sənəd əldə etməmiş, nə də ilk iddia üzrə iddiaçı. Belə ki, qətnamədə göstərilmişdir: İşdə olan Azərbaycan Respublikası Dövlət X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 24 yanvar 1985-ci il tarixli 21 saylı qərarında M.Cavabdeh1 adına ev bölgüsü qeyd edilmişdir. M.Cavabdeh1 adına hansı ev bölgüsü aparılmışdır? Məhkəmə dövlət adından qərar verir, mübahisə edilən mənzillə bağlı hansı sənədləri əldə etmişdir? İddia ərizəsinə əlavə edilmiş AR Dövlət X13 tərəfindən verilmiş Çıxarışın (Rus dilində) ksereo surətindən görünür ki, yaşayış mənzillərinin dəyişməsi olmuş dəyişilən mənzillər: Mingəçevir şəhəri S.Bolqariya küçəsi ev 55/1, mənzil 43 və Mingəçevir şəhəri S.Bolqariya küçəsi ev 29, mənzil 3-ün dəyişilməsindən gedir. Mübahisə edilən Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzili göstərilməmişdir.
21. Məhkəmə İddiaçı mübahisə edilən mənzilində hansı hüququnun olmasını müəyyənləşdirməmiş, qətnamədə göstərmişdir ki, işdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən Mingəçevir şəhəri, N.ünvan 1anov küçəsi,ev 29, mənzil 32 ünvanında qeydiyyatdadır. Halbu ki, Cavabdeh1 1989-cu ildən həmin mənzildə qeydiyyatdadır. Heç bir əsas olmadan məhkəmə İddiaçı mübahisə edilən mənzilə mülkiyyətinin gözləntisi hüququ olmasını qeyd edir. Məhkəməyə elektron kabinet vasitəsi ilə göndərilmiş ərizə və ona əlavə olunmuş sənədlərdə təsdiq olunur: 2011-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsində baxılan mülki iş materiallarında olan iddia ərizəsindən müəyyən olunur ki, İddiaçı yaşayış yeri Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi 29 saylı evin 41 saylı mənzili göstərilmişdir. Həmin iş materiallarında olan məhkəmə bildirişləri də “Mingəçevir şəhəri N.ünvan 1anov küçəsiev 29, mənzil 41 ünvanda yaşayan İddiaçı” göndərilmişdir. 2 yanvar 1984-cü il tarixli 1039 saylı Orderdən görünür ki, Mingəçevir şəhəri S.Bolqariya (indiki N.ünvan 1anov küçəsi) 29 saylı evin 41 saylı mənzili Mingəçevir şəhər XDS İcrayə Komitəsi Mənzil Uçotu və Bölgüsü Şöbəsi tərəfindən X15 verilmişdir. Onun ailə üzvləri: İddiaçı, Hüseynov Mətləb, Məmmədova Gültəkin. olmuşdur. Göründüyü kimi Məmmədova X10 şəhəri N.ünvan 1anov küçəsi 29 saylı evin 41 saylı mənzilinə hüquqlar əldə etmişdir.
22. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda göstərilir ki, X27 və onun oğlanları Cavabdeh2 və Hüseynov X11 şəhəri, N.ünvan 1anov küçəsi, ev 29, mənzil 32 ünvanında yaşamırlar. Əlbətdə yaşamırlar, onu zorla çıxarıb çölə atandan sonra necə yaşaya bilər və yaşadığı halda mənzilə köçmə barədə ərizə verərdimi. Bundan başqa aktda imza edən şəxslər göstərir ki, “Qonşuların deməyinə görə uzun müddət Rusiya Federasiyasında yaşamışlar. Aktda imza edənlər yalnız özünə məlum olanları təsdiq edə blərlər, 2010-cu ildən sonra gələn qonşu haradan müəyyən edir ki, X27 və onun oğlanları Cavabdeh2 və Cavabdeh3 1994-cü ildən mübahisə edilən mənzildə yaşamırlar. Aktla tanış olanda görünür ki, maraqlı şəxsin diqtəsi ilə akt tərtib olunmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt məhkəməyə təqdim edildikdən sonra, Cavabdeh1 aktda imza etmiş şəxslərlə görüşmüş və onların səslərini telefona yazdırmışdır, akta imza etmiş şəxslərdən iki nəfəri bildirirlər ki, onlara dedilər ki, “Mirvarinin bu mənzildə yaşamasını təsdiqlənməlisən, biz onu təqdiqləmişik. Biz sənin o, mənzildə yaşamadığını bildirməmişik”. Həmin səs yazmalarını məhkəməyə təqdim etmişlər. Məhkəmə ona qiymət verməmişdir. Aktda imza etmiş şəxslər məhkəməyə gəlmək istəmədikləri üçün Mirvari tərəfindən onlara deyilib ki, “siz akta imza etmisiniz, məhkəməyə getməsəniz sizə cinayət işi qaldıracaqlar”. Bundan başqa məhkəməyə ərizə göndərib, polis şöbəsində araşdırma ilə bağlı materialların məhkəməyə gətirilməsinə kömək etməsini xahiş etmişlər, məhkəmə vəsatəti təmin etməmişdir. 4 ay ərzində məhkəmə hər hansı sənədləri əldə etməmişdir.
23. İddiaçı mübahisə edilən mənzilində hər hansı hüququ yoxdur, Cavabdeh1 isə istifadə hüququ olduğu halda yaşadığı mənzildən zorla çıxarılmış, məhkəmə isə aşkar olunan hüquq pozuntusuna şərait yaratmışdır. Yaşamağa yeri olmadığı üçün mübahisə edilən mənzilə köçürülmə barədə ərizə ilə məhkəməyə müraciət edilmiş, hakim Elza Cəbaryılzadə mülki iş ilə müvəqqəti təminat tədbiri barədə ərizənin mahiyyıət üzrə eyni olduğu üçün ərizəni təmin etməmiş, Cavabdeh1 çöllərdə qoymuşdur. Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzili dövlət fondu mənzilidir, o həmin mənzildə qeydiyyatdadır, istifadə hüququ var və orada yaşamışdır, onu yaşadığı mənzildən məhrum etmişlər.
24. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)- 950/2023 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissədə ləğv edilməsi və Cavabdeh1 Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi, ev 29, mənzil 32 ünvanında yerləşən mənzilinə köçürülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs olaraq işə cəlb edilmiş şəxslər Mənzil İstismar Sahəsinin nümayəndəsi, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, X25, X16 və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. X25 və X16 məhkəməyə eyni məzmunlu teleqram göndərərək göstərmişdir ki, Cavabdeh1 anası Mariya Məmmədovaya məxsus ünvan 1anov küçəsi 29 mənzil 32-də yaşamayıb. Həmin mənzildə bacısı İddiaçı yaşayıb və idarə edib. Cavabdeh1 həmin mənzilə heç bir hüququ yoxdur. Məhkəmə iclasına gələ bilmir. Nəzərə alınmasını xahiş edir. Mingəçevir Şəhər 2 saylı Mənzil İstismar Sahəsinin rəisi X26 məhkəməyə teleqram göndərərək göstərmişdir ki, məhkəmə iclasında iştirak edə bilmir. 17 aprel 2023-cü il tarixli akt qonşular tərəfindən imzalanmışdır. Qonşuların ad və soyadları aktda göstərilmişdir. Aktda yazılanları təsdiq edir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
28. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 10-cu hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
29. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123– cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarı
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
32. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)- 950/2023 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsini xahiş etsə də, ilk və qarşılıqlı iddianın təmin və rədd edilməsi bir-birindən asılı olduğundan məhkəmə kollegiyası mübahisənin predmetinin bölünməz olması əsası ilə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə razılaşmır. Belə ki, məhkəmə hər iki iddianın rədd edilməsi nəticəsinə gəlsə də, qətnaməni işin faktiki hallarına uyğun əsaslandırmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
34. Birinci instansiya məhkəməsi iddiaçının və cavabdehlərin mübahisəli mənzilə hansı əlaqələrinin və hüquqlarının olduğunu aydınlaşdırmamış, həmçinin qəbul ediləcək qətnamə hüquq və vəzifələrinə toxunacaq digər şəxsləri işə cəlb etmədən qərar qəbul etmişdir. Kollegiya ilk olaraq İddiaçı mübahisəli mənzilə hansı hüququnun olması ilə bağlı qeyd edir ki, Mingəçevir şəhər X23 24 yanvar 1985-ci il tarixli 21 nömrəli qərarı ilə Mingəçevir şəhəri S.Bolqariya küçəsi 29 nömrəli evin 3 nömrəli mənzilinə icarə hüququ X7 X8 dəyişdirilmişdir. Kollegiyanın verdiyi sorğuya cavab olaraq Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən göndərilmiş doğum aktı qeydlərindən görünür ki, İddiaçı anası X21 olmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzilə əlaqələri ilə bağlı da Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən göndərilmiş doğum aktı qeydlərindən görünür ki, birinci Cavabdeh1 mərhum əri X9 anası X19 olmuşdur. Cavabdeh1 ilə mərhum X24 xx.xx.1989-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birinci Cavabdeh1 uşaqlarıdır. Hazırki mübahisə mənzildən istifadə münasibətlərindən yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, iddiaçının bildirdiyi faktik hallara əsasən iddia tələbi 01 oktyabr 2009cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Həmin Məcəllənin 60-cı maddənin 10-cu hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Ona görə də, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olduğu müəyyən olunur.
35. Kollegiya Cavabdeh1 apellyasiya şikayətinin bu qətnamənin 20-21-ci bəndlərində göstərilən dəlillərinə münasibət bildirərək qeyd edir ki, Mingəçevir şəhər X23 24 yanvar 1985-ci il tarixli 21 nömrəli qərarında Mingəçevir şəhəri S.Bolqariya küçəsi 29 nömrəli evin 3 nömrəli mənzili göstərilmişdir ki, mülki işin 189-cu vərəqində olan X6 adına verilmiş 2 yanvar 1984-cü il tarixli 1039 nömrəli Order də Mingəçevir şəhəri S.Bolqariya küçəsi 29 nömrəli evin 41 nömrəli mənzili ilə bağlı verilmişdir. Həmin orderdə X6 ailə üzvlərindən biri olaraq İddiaçı də adı göstərilmişdir. (Orderin İddiaçı adı göstərilən arxa hissəsində həmin adın üzərindən xətt çəkilməklə pozulmuşdur.) O cümlədən, Azərbaycan Respublikası Dövlət X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışı Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi 29 saylı evin, 32 saylı mənzili barədə verilmiş və 24 yanvar 1985-ci il tarixli 21 nömrəli qərara istinad edilməklə həmin qərarla M.Cavabdeh1 (X5) adına ev bölgüsü edildiyi göstərilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlar onu deməyə əsas verir ki, mübahisəli Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi 29 saylı evin, 32 saylı mənzili 24 yanvar 1985-ci il tarixli 21 nömrəli qərarla icarə hüququ ilə X8 verilmiş mənzildir. Orderdə İddiaçı da adı qeyd edildiyi Mingəçevir şəhəri S.Bolqariya küçəsi 29 nömrəli evin 41 nömrəli mənzili də mübahisəli mənzillə eyni yaşayış binasında yerləşməklə qonşuluqdadır. Şahidlərin ifadələrindən, 2 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 81 №-li arayışdan, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan, o cümlədən tərəflərin izahatları və üçüncü şəxs kimi işə cəlb edilmiş X25 və X4 məhkəmə göndərdiyi teleqramlardan müəyyən olunur ki, iddiaçı anası icarədar X1 onunla birlikdə mübahisəli mənzildə yaşamış və X5 24 fevral 2018-ci ildə ölümündən sonra da həmin mənzildə yaşamağa davam edir. Kollegiya onu da qeyd edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim edilmiş 10 avqust 2017-ci il tarixli Vəsiyyətnamədən görünür ki, X19 ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən, istənilən daşınar və daşınmaz əmlaklarını Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi 29 saylı evin, 32 saylı mənzilində qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. Beləliklə, xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin tələbinə əsasən iddiaçının mübahisəli mənzildə istifadə hüququ vardır.
36. Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququna gəldikdə isə kollegiya aşağıdakıları qeyd edir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda Cavabdeh1 və uşaqları olan digər cavabdehlərin 1994-cü ildə mübahisəli mənzildən getdiyi qeyd olunmuşdur ki, cavabdeh məhkəmə iclaslarında həmin faktı mübahisələndirməklə mübahisəli mənzildən ailə üzvləri olan digər cavabdehlər və mərhum əri ilə birlikdə müvəqqəti yaşamaq üçün 1999-cu ildə Rusiya Federasiyasının Perm şəhərinə getdiyini, uşaqlarının həmin şəhərdə orta məktəbdə oxuduqlarını, yay tətillərində Azərbaycana, o cümlədən mübahisəli mənzilə də gəldiklərini bildirmişdir. O qeyd etmişdir ki, sonuncu dəfə mərhum əri xəstə olarkən Azərbaycana gəlmiş, ərinin qulluğunda durmuş və onun dəfnini təşkil etmişdir. Daha sonra isə hazırki iş üzrə iddiaçı onu 2023-cü ilin fevral ayının 12-də, yəni ərinin ölümündən təqribən iki ay sonra mənzildən qovmuş və bir daha həmin mənzilə buraxmamışdır. Bununla bağlı, polisdə araşdırma aparılmışdır. Kollegiya hesab edir ki, hətta cavabdehin həqiqətən həmin mənzildən 1999-cu ildə getdiyini hesab etsək belə, onun həmin vaxtdan sonra mübahisəli mənzildə yaşamadığı nəzərə alındıqda, xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələbinə əsasən cavabdehlər mübahisəli mənzilə istifadə hüquqlarını itirmişlər. Cavabdeh apellyasiya şikayətinin bu qətnamənin 22-23-cü bəndlərində göstərilmiş dəlilləri ilə mübahisəli mənzildə yaşamamasını iddiaçının onu həmin mənzildən çıxarması ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, cavabdehlər mübahisəli mənzildə yaşama (mənzildən istifadə) hüquqlarını 1999-cu ildə həmin mənzildən gedərkən itirmişlər. Cavabdeh iddiaçının onu həmin mənzildən çıxarmasını bildirsə də, həmin çıxarmaya qədər hansı tarixdə həmin mənzilə gəlməsi və hansı tarixə qədər həmin mənzildə yaşaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, cavabdeh xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktı mübahisələndirməklə aktı imza edənlərin onun mübahisəli mənzildə yaşamadığı barədə bir söz demədiklərini iddia edir ki, hətta bu hal doğru hesab edilsə belə, cavabdeh aktda deyilənlərin əksinə 1999-cu ildən sonra həmin mənzildə yaşadığını sübut etməli olduğu halda, bunu edə bilməmişdir. Kollegiya onu da qeyd edir ki, kollegiyanın verdiyi sorğuya cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsindən göndərilmiş 17 yanvar 2024-cü il tarixli məktubda göstərilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 səhhətləri ilə bağlı müddətli həqiqi hərbi xidmətdən azad edilərək ehtiyata keçirilmişlər. Onlarən 1999-cu ildən sonrakı dövr ərzində mübahisəli mənzildə yaşamaları barədə heç bir sübut mülki iş materiallarında mövcud deyildir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh3 23 mart 2017-ci ildə, Cavabdeh2 isə 30 sentyabr 2021-ci ildə Azərbaycan Respublikasından getmiş və geri qayıtmamışlar. Göründüyü kimi, cavabdehlərin 1999-cu ildə mənzildən getdikdən sonra mübahisəli mənzildə yaşaması iş materialları ilə sübut olunmur.
37. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Nəzərə alınmalıdır ki, xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi mənzildən istifadə hüququnun yaranması əsasları ilə yanaşı, istifadə hüququna xitam verilməsi və istifadə hüququnun itirilməsi kimi hüquqi nəticələri və bunun üçün əsasları da müəyyən etmişdi. Belə ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirilmiş hesab edilir (Maddə 60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (Maddə 87). Başqa sözlə, mənzildən istifadə hüququ oradan istifadəyə olan ehtiyacdan doğan davamlı istifadəyə əsaslanır və yarandıqdan sonra onun davam etməsi müəyyən şərtlərə bağlıdır. Yəni şəxsin mənzildən üzürsüz səbəbdən qanunla müəyyən olunan müddətdən çox faktiki istifadə etməməsi, istifadə hüququnun aradan qalxmasına səbəb olur. Buna görə də, şəxsin mənzildən istifadə hüququnun yarandığı müəyyən edildikdən sonra, həmin hüququn itirilməsinə səbəb olan hüquqi faktların mövcud olub-olmaması müəyyən edilməlidir. Bu baxımdan mübahisənin həlli üçün əhəmiyyətli olan işin hallarından görünür ki, cavabdehlər iddia ərizəsində mübahisə edilən mənzildən 1999-cu ildə daimi məqsədlərlə getmişlər. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları həmin vaxt itirilmişdir. Hazırki vəziyyətdə, yəni cavabdeh 2022-ci ildə Rusiya Federasiyasından qayıtdıqdan sonra onun mübahisəli mənzilə istifadə hüququnun yaranması əsasları isə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən müəyyən edilir. Həmin Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə isə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin Rusiya Federasiyasından qayıtdıqdan sonra yenidən mübahisəli mənzildə yaşaması sübut olunmur. Ona görə də, hazırki vəziyyətdə - cavabdeh Rusiya Federasiyasından qayıtdıqdan sonra - qanunvericiliyə əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Göründüyü kimi, Cavabdeh1 mübahisəli - Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi 29 saylı evin, 32 saylı mənzildən 1999-cu ildə daimi yaşamaq üçün Rusiya Federasiyasının Perm şəhərinə getməklə onunla yaşayış sahəsi ilə bağlı icarə müqaviləsi onun getdiyi gündən pozulmuş hesab edilir. O, 2022-ci ildə yenidən həmin mənzilə qayıdıb orada yaşamaq istəməklə həmin mənzildən yenidən istifadə hüququ əldə etməmişdir. İddiaçı cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiası yaranmamış hüququn itirilməsinin mümkün olmaması əsası ilə rədd edilməlidir. Cavabdehin mübahisəli mənzilə köçürülməsi tələbinə dair qarşılıqlı iddiası isə əsassız olduğundan rədd edilməlidir.
38. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmadığından, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi, ev 29, mənzil 32 ünvanında yerləşən mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiası cavabdehlərin həmin hüququnun olmamasına görə təmin edilməməli, Cavabdeh1 İddiaçı qarşı Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi, ev 29, mənzil 32 ünvanında yerləşən mənzilinə köçürülmə tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 2(051)-950/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi, ev 29, mənzil 32 ünvanında yerləşən mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiası cavabdehlərin həmin hüququnun olmamasına görə təmin edilməsin. Cavabdeh1 İddiaçı qarşı Mingəçevir şəhəri N.ünvan 1anov küçəsi, ev 29, mənzil 32 ünvanında yerləşən mənzilinə köçürülmə tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.