Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-404/2024 13.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2(033)-937/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bağın alqı-satqısı üçün ödənilmiş 27000 (iyirmi yeddi min) manat məbləğin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 171 (bir yüz yetmiş bir) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2(033)-937/2023 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) İddiaçı Cavabdeh qarşı bağın alqı-satqısı üçün ödənilmiş 13500 (on üç min beş yüz) manat məbləğin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 130.50 (bir yüz otuz manat əlli qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi və artıq ödənilmiş 40.50 (qırx manat əlli qəpik) manat dövlət rüsumunun dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən nazarı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyator İddiaçı imzası ilə onun nümayəndəsi və vəkili Nümayəndə elektron kabineti vasitəsilə ərizə daxil olmuş və göstərilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2(033)-937/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina edir. Daha sonra vəkil Nümayəndə elektron imzası ilə eyni məzmunlu ərizə daxil olmuşdur. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək belə qənаətə gəlir ki, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtina etməsi barədə verdiyi ərizə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiya məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətindən imtina etməsi iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də, hazırki iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətindən imtina ərizəsi qəbul edilməli və İddiaçı münasibətdə işin apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə Zaqatala Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2(033)-937/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-404/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-404/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver