Məhkəmə qərarları › İş №2(107)-406/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-406/2020

21.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-406/2020 21.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilin boşaldılması və mənzilə köçürülməsi tələbinə dair" mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 1513/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1513/2019 nömrəli qətnaməsi ilə (hakim H.S.Mirzəliyev) iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri Əliağa Vahid küçəsi, 6 saylı evin 37 saylı mənzilindən çıxarılması, İddiaçı isə həmin mənzilə köçürülməsiqət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan, Mingəçevir şəhəri Əliağa Vahid küçəsi, 6 saylı evin 37 saylı mənzilindən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiаçı İddiaçı iddiаnı müdаfiə edərək izаhаtındа göstərmişdir ki, xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 29.9 kv.metr olan 37 saylı mənzili X3 almışdır. Həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı çıxarışa əsasən mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin, qeyd edilən mənzil Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh illərdir ki, həmin mənzildə yaşamamış, mənzil tamamilə baxımsız vəziyyətdə qalmışdır. 14 saylı MİS-nin işçiləri ilə birlikdə həmin ünvana baxış keçirilmiş və illərdir həmin mənzildə yaşayış olmadığı məlum olmuşdur. Lakin, məcburi köçkün olan Bağırova X6 formal olaraq həmin ünvana qeydiyyata alınmışdır. Cavabdehin qeyd olunan mənzildə yaşamaması qonşular arasında keçirilmiş sorğu ilə də təsdiq olunmuşdur. Cavabdeh hazırda Bakı şəhərində yaşayır. Özünün mülkiyyətində mənzil olduğu halda kirayəşin yaşamağa məcbur olmuşdur. Mülkiyyətçi kimi onun hüquqları pozulmuş və mənizilindən istifadə edə bilməmişdir. Buna görə də Cavabdeh onun mülkiyyətində olan, Mingəçevir şəhəri Əliağa Vahid küçəsi, 6 saylı evin 37 saylı mənzilindən çıxarılması və özünün mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iddiaçının vəkili X1 da İddiaçı izahatına oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1513/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, o, məlum hadisələrlə əlaqədar 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüş və həmin vaxtdan da ünvan 2 mənzil 37 ünvanında yerləşən boş, bir otaqlı mənzildə məskunlaşaraq yaşamağa başlamışdır. Qeyd edir ki, o, mənzildə məcburi köçkün kimi məskunlaşıb yaşamağa başlayarkən mübahisəli mənzil heç kimin adına olmamış və heç kimə order verilməmişdir. Müraciəti əsasında X15 Hakimiyyəti tərəfindən verilmiş cavabda onun qeyd edilən mənzildə məskunlaşa və zəbt olunmuş torpaqlar erməni təcavüzkarlarından azad olunana qədər həmin mənzildə yaşaya bilməsi göstərilmişdir. İddiaçı iddia ərizəsində guya onun illərlə həmin mənzildə yaşamadığını qeyd etmişdir ki, bu tamamilə həqiqətə uyğun deyil və o, mütəmadi və daimi olaraq həmin mənzildə yaşayır, yalnız müalicə məqsədi ilə müəyyən vaxtda bir neçə gün mənzildə olmamış və bu onun yaşamadığı anlamına gəlmir. Qonşular tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş aktda da onun qeyd edilən mənzildə 1993-cü ildən hal-hazıradək yaşaması qeyd edilmişdir. Həmçinin o, məcburi köçkün kimi mənzildə yaşadığı halda qeyri-qanuni olaraq X9 mənzillə bağlı order verilmiş və onun qanuni olaraq məcburi köçkün kimi məskunlaşması nəzərə alınmamışdır. 14 saylı MİS tərəfindən xx xxx 2019-cu il tarixdə tərtib edilmiş akt sübut kimi qəbul edilə bilməz və MİS-nin əməkdaşları tərəfindən mənzilə baxış keçirilmədən formal olaraq belə bir akt tərtib edilmişdir. O heç bir vaxt mənzili daimi olaraq tərk etməmiş və bu mənzil məcburi köçkün kimi onun daimi yaşayış yeri olmuşdur. Onun mənzillə təmin edilmədiyi halda belə bir qətnamə qəbul edilməsi bu yaşlı vaxtında küçəyə atılması deməkdir. Həmçinin, iddiaçı iddia ərizəsində mənzilin guya onun tərəfindən zəbt edildiyini göstərmişdir ki, bu tamamilə əsassızdır və o, qanuni əsaslarla 1993-cü ildə bu mənzildə məcburi köçkün kimi məskunlaşaraq yaşayır. İddiaçı bu mənzili Yusifovdan alarkən sözügedən mənzildə məcburi köçkünün məskunlaşıb yaşadığını bilirdi və məlumatlı idi. Mənzildə tərəfindən təmir işləri aparılmış, yaşayış üçün yararlı hala salınmış, kanalizasiya sistemi yaxın vaxtlarda dəyişdirilmiş, eyni zamanda işıq və su sistemi yenilənmişdir. İşə baxılarkən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində işə cəlb edilməmişdir. Göründüyü kimi, o, Komitə tərəfindən evlə təmin edilməmiş və hal-hazırda mənzildən çıxarılması əsassızdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1513/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi X10 apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apelyasiya icraatı zamanı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1513/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia ərizəsinə əlavə olunmuş RX ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Mingəçevir şəhəri Əliağa Vahid küçəsi, 6 saylı evin 37 saylı mənzili xx xxxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş 14 saylı MİS-nin xx xxx 2019-cu il tarixli aktından görünür ki, Mingəçevir şəhəri Əliağa Vahid küçəsi, 6 saylı evin 37 saylı mənzilinə baxış keçirilərkən mənzildə uzun müddətdir ki, yaşayış olmadığı müəyyən olunmuşdur. Lakin, Bağırova X7 və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində formal olaraq həmin mənzilə qeydə alınmışdır. Cavabdeh hazırda Bakı şəhərində yaşayır. Qeyd olunan mənzil İddiaçı mülkiyyətindədir və İddiaçı həmin mənzilə qeydiyyatdadır. Təqdim edilmiş X15 Hakimiyyəti yanında Yaşıllaşdırma və X11 xx.xx.2020-ci il tarixli 4 nömrəli arayışından görünür ki, 2012-2020-ci illər ərzində ünvan 2 mənzil 37 ünvanında yaşayış olmadığına görə həmin İdarəyə heç bir ödəniş edilməmişdir. Təqdim edilmiş “xxxxxx” ASC “xxxxxxxxxxxxxxxxxx” MMC-nin X4 xx.xx.2020-ci il tarixli 2 nömrəli arayışından görünür ki, ünvan 2 mənzil 37 ünvanında xx.xx.2011-ci ildən xx.xx.2017-ci il tarixədək su və kanalizasiya xidmətindən istifadə olunmamışdır. Eyni zamanda, xx.xx.2017-ci il tarixdə bu ünvana Mingəçevir Su-kanal İdarəsi tərəfindən mexaniki sayğac qoyulmuş və xx.xx.2020-ci il tarixə sayğacdan 35 m3 su istifadə olunmuşdur. Təqdim edilmiş Mingəçevir şəhər 14 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 51 nömrəli arayışından görünür ki, İddiaçı qeydiyyatsız kirayədə ünvan 4 ünvanında yaşayır, ünvan 2 mənzil 37 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri Ə.Vahid küçəsi, 6 saylı evin 37 saylı mənzilindən çıxarılmalı, İddiaçı mülkiyyətində olan həmin mənzilə köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29.9 kv.m olan 37 saylı mənzili X3 almışdır. ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışa əsasən həmin mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Lakin, qeyd edilən mənzildə Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh məskunlaşmışdır. İddiaçı mülkiyyətində mənzil olduğu halda kirayəşin yaşamağa məcbur qalmışdır. İddiaçı cavabdehdən onun mənzilini boşaltmağı tələb etsə də, cavabdeh həmin mənzildə 1993-cü ildən məcburi köçkün kimi məskunlaşmasını, indiyədək başqa mənzillə təmin olunmamasını əsas gətirərək mübahisəli mənzili boşaldıb iddiaçıya təhvil verməkdən imtina edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2005-ci il tarixli 2-540/2005 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiası təmin edilmiş, Cavabdeh Mingəçevir şəhəri Ə.Vahid küçəsi, 6 saylı evin 37 saylı mənzilindən çıxarılması, qətnamənin icrasının Ağdam rayonu işğaldan azad olunanadək və ya Cavabdeh müvəqqəti yaşamaq məqsədi ilə yeni evə köçürülənədək dayandırılması qət edilmişdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. (Nazirlər Kabineti, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Həmin maddədə həmçinin qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları”nın 4-cü bəndinə əsasən, müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmalıdırlar. ««Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. X13 Məhkəməsi “Cəfərov Azərbaycana qarşı” iş üzrə xx xxxxxx 2010-cu il tarixli Qərarında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edərək göstərmişdir ki, bu işdə ərizəçinin xeyrinə çıxarılmış qətnamə təxminən altı il icra edilməmiş qalıb; beləliklə, ərizəçinin öz mülkiyyət hüquqları ilə bağlı məhkəmə işində uğur qazanmasından yararlanmasının qarşısı alınıb... Məcburi köçkünlərin qətnaməyə əməl etməmələri səbəbindən yaranmış situasiya qətnamənin icrasında fiziki şəxs olan ərizəçiyə kömək etmək üçün dövlət tərəfindən tədbir görülməsini zəruri etmişdi... İcranın təxirə salınması barədə qərara gəldikdə, Məhkəmə qeyd edir ki, o, artıq buna bənzər işə baxıb, həmin işdə mənzildən çıxarılma barədə qətnamənin icrası həmin qətnaməni çıxarmış məhkəmə tərəfindən təxirə salınmışdı (bax: Akimova Azərbaycana qarşı, ərizə № 19853/03, 45-50-ci bəndlər, xx xxxxxxxx 2007-ci il). Məhkəmə həmin işdə müəyyən etmişdi ki, qətnamənin icrasının təxirə salınması haqqında çıxarılmış qanuni əsası olmayan və əsaslandırılmayan qərar Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozub... Məhkəmə qeyd edir ki, bu işdə qətnamənin icrasının təxirə salınması haqqında qərar Prezidentin x xxxx 2004-cü il tarixli sərəncamına əsaslanıb. Lakin Prezidentin sərəncamında daxili məhkəmələrə mənzildən çıxarılma haqqında məhkəmə qərarlarının icrasını qeyri-müəyyən müddətə təxirə salmaq səlahiyyəti verən hər hansı konkret mülki prosessual normalar yoxdur, bu işdə isə məhz bu baş verib. Bundan başqa, xx xxx 1999cu il tarixli Qanunda nəzərdə tutulurdu ki, məcburi köçkünlərin müstəqil surətdə məskunlaşması digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozarsa, dövlət orqanları onların başqa yerdə məskunlaşmasını təmin etməlidirlər. Müvafiq olaraq, belə məlum olur ki, Prezidentin müvafiq sərəncamı daha üstün qüvvəyə malik olan qanunvericilik aktına ziddir; belə olan halda bu Prezident sərəncamına əsaslanaraq qətnamənin icrasını təxirə salmış qərarın qanuniliyi ilə bağlı sual yaranır. Lakin Konvensiyanın 6-cı maddəsinin məqsədləri baxımından bu cür təxirə salmanın daxili qanunvericiliyə əsasən “qanuni” olub-olmaması məsələsi Məhkəmənin araşdırmasının predmeti deyil. Məhkəmə bir daha bildirir ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, Konvensiyanın 6-cı maddəsi ilə təmin olunan hüquqlar xəyali hüquq olardı. Bundan başqa, inandırıcı səbəblər göstərilmədən yekun məhkəmə qətnaməsinin rəsmən qeyri-müəyyən müddətə təxirə salınması hüquqi müəyyənlik prinsipinə ziddir (Qərarın 34-35-ci bəndləri). Avropa Məhkəməsi həmin Qərarında daha sonra qeyd etmişdir ki, Məhkəmə bununla razılaşmağa hazırdır ki, Azərbaycanda çoxlu sayda məcburi köçkünün olması xx xxxx 2003-cü il tarixli qətnamənin icrasında müəyyən çətinliklər yaradıb. Bununla belə, qətnamə qüvvədə qalıb, amma altı ildən arıq vaxt ərzində onun yerinə yetirilməsi üçün dövlət orqanları tərəfindən adekvat tədbirlər görülməyib. Dövlət orqanlarının sözügedən qətnamənin icrası üçün daim və səylə tədbirlər gördükləri sübuta yetirilməyib. Belə olan halda Məhkəmə hesab edir ki, Hökumət qətnamənin icrasının əhəmiyyətli dərəcədə gecikdirilməsini əsaslandırmaq üçün hər hansı ağlabatan səbəb göstərməyib (Qərarın 36cı bəndi). Göründüyü kimi, qanunvericilik məcburi köçkünlərin məskunlaşdırılması, o cümlədən onların yaşayış yeri ilə təmin olunması öhdəliyini dövlətin üzərinə qoymuşdur. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Lakin Cavabdeh məcburi köçkün kimi mübahisəli mənzildə məskunlaşarkən o vaxtlar müvafiq order əsasında həmin mənzilin qanuni istifadəçi, sonralar isə mülkiyyətçisi olmuş B.Yusifovun hüquqlarını və qanuni maraqlarını pozmuşdur. Hazırda Cavabdeh mübahisəli mənzili boşaltmamaqla həmin mənzilin indiki mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüququnu pozmaqda davam edir. Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İstinad edilən qanun normalarına müvafiq olaraq İddiaçı ona məxsus mənzildən Cavabdeh çıxarılmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin tələbi təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə işüzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sadalanan prosessual hüquq normalarına görə mübahisəli mənzilin iddiaçıya məxsus olduğunu və bu mənzilin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu təsdiqləyən müvafiq sübut təqdim etmişdir. Cavabdehin isə həmin mənzil üzərində hər hansı hüququ yoxdur və orada məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1513/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 1513/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar