Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-406/2025 17.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı/cavabdeh İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiasına, Cavabdeh2 cavabdeh/İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: “bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi” və “müqavilənin etibarsız hesab edilməsi” tələbi, qüvvə) X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi X4 və Cavabdeh3 iştirakları ilə, İddiaçı/cavabdeh İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiasına, Cavabdeh2 cavabdeh/İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(037)-191/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı/cavabdeh İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən 0.2132 hektar torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyatının, bu qeydiyyata əsas olmuş sənədlərin və 06 noyabr 2023-cü il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını və bir qrup şəxs halında, qulluq mövqeyindən sui-istifadə etməklə və saxta sənədlərdən istifadə etməklə İsmayıllı rayonu,Tircan kəndində yerləşən 0,2131 hektar torpaq sahəsinə hüquqları pozmuş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı/cavabdeh İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsi və Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış Bakı 6 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində təsdiq olunan 17 oktyabr 2023-cü il tarixli bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmənin e-2(037)-191/2024 saylı, 05 iyul 2024-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi/vəkil X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh3 ilkin iddia tələbi üzrə cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır.
4. Cavabdeh2 cavabdeh/İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilərək xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və İddiaçı ilkin iddiasının isə tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmənin e-2(037)-191/2024 saylı, 24 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdeh/iddiaçı Cavabdeh2 iddiaçı/cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası qəbul edilərək qarşılıqlı iddiaya iddiaçı/cavabdeh İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair e-2(037)-191/2024 nömrəli mülki işlə birlikdə baxılması qərara alınmışdır.
6. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X26 13 dekabr 2004-cü ildə notarial qaydada təsdiq olunmuş 13 dekabr 2004-cü il tarixli 4Ə-1-190-191- 192-193-194 saylı alğı-satqı müqavilələri əsasında İsmayıllı rayonu ərazisində ümumi sahəsi 0.85 hektar təşkil edən bir-birinə bitişik torpaq sahələri satın almışdır. Həmin alğısatqı müqavilələri əsasında 0.85 hektar torpaq sahəsinin Həsən Həsənovun mülkiyyətində olması dövlət aktı qeydiyyat kitabında 18 noyabr 2005-ci ildə 249 sayla qeydiyyata alınmışdır və torpağın mülkiyyətçisi olaraq Həsən Həsənova torpağa mülkiyyət hüququna dair JN-0516 saylı kod 40726018 olan Dövlət Aktı verilmişdir. X26 27 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Ərinin vərəsəsi odur. 2023-cü ildə X26dan miras qalmış, İsmayıllı rayonunda yerləşən 0,85 hektar torpaq sahəsini öz adına sənədləşdirərkən aşkar olunmuşdur ki, həmin torpaq sahəsinin Cavabdeh3 tərəfindən mərhum ərinə satılmış 0,2131 ha hissəsi tamah niyyətilə sonradan saxta sənədlər əsasında Cavabdeh2 adına sənədləşdirilmiş və Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publuk Hüquq Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 0,2131 hektar torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmış və 06 noyabr 2023-cü ildə ona dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh2 0,2131 hektar torpaq sahəsinə mülkiyyət hüququ saxta sənədlərdən istifadə etməklə əldə edilmişdir.Belə ki, 0,2131 hektar torpaq sahəsi 13 dekabr 2004-cü il tarixdə notarial qaydada təsdiq olunmuş 4Ə-1-190 reyestr sayı ilə qeydə alınmış alğı-satqı müqaviləsi ilə mərhum X26a satıldıqdan və Həsən Həsənova həmin torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0516 saylı kod 40726018 olan Dövlət Aktı verildikdən sonra başqa şəxsə satıla bilməz. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publuk Hüquq Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, Cavabdeh3 notarial qaydada təsdiq olunmuş 13 dekabr 2004-cü il tarixli alğı-satqı müqaviləsi əsasında İsmayıllı rayonu ərazisində yerləşən 0.2131 hektar torpaq sahəsini mərhum X26a satdıqdan sonra həmin torpaq sahəsini həm də Bakı 6 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində təsdiq olunan 17 oktyabr 2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsini Cavabdeh3 adından onun verdiyi 16 iyun 2023-cü il tarixli etibarnamə əsasında keçmiş arvadı Nəzakət Mehdiyeva imzalamışdır. Cavabdeh3 İsmayıllı rayon Polis şöbəsində izahat verərkən göstərmişdir ki, o İsmayıllı rayonu ərazisində yerləşən 0.2131 hektar torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında mərhum X26a satdığını Nəzakət Mehdiyevaya bildirmişdir.Buna baxmayaraq Cavabdeh3 onun adından bağışlama müqaviləsi imzalamaq üçün etibarnamə vermiş, həmin etibarnamə əsasında da bağışlama müqaviləsi imzalanmışdır. Göstərilən hərəkətləri ilə Cavabdeh3 ərinə satdığı torpaq sahəsini 19 ildən sonra öz oğlu Cavabdeh2 bağışlamış, oğlu da torpaq sahəsinin başqa şəxsə satıldığını bilə-bilə bağışlama müqaviləsini imzalamış və torpaq sahəsini öz mülkiyyətinə qəbul etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, e-2(037)-191/2024 nömrəli iş üzrə iddiaçı ona məxsus olan və İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən 0.2131 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia qaldırmış və buna əsas olaraq xx.xx.2004cü il tarixda İsmayıllı rayon dövlət notariat kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsini göstərmişdir. Mövcudluğundan heç vaxt xəbəri olmayan müqavilənin saxta olmasını sübut etmək üçün Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən tələb edərək aldığı notariat sənədlərini incələyərkən şübhələri tam təsdiq olunmuşdur. İşin içində anası Nəzakət Mehdiyevanın adından yazılmış saxta razılıq ərizəsi vardır. Razılıq ərizəsini anası yazmadığı və oradakı imzanın da ona məxsus olmadığı artıq məhkəmə tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizasının 4 iyun 2024-cü il tarixli rəyi ilə təsdiq edilmişdir. Əsaslandıqları yeganə əsasın da sıradan çıxdığını görən qarşı tərəfin vəkili bir valideyn kimi anasının razılığını ümumiyyətlə, gərəkli olmaması barədə əsassız mülahizə təqdim etmiş və öz mülahizəsini əsaslandırmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 3 mart 2023-cü il tarixli qərarına uğursuz istinad etmişdir. Həmin qərarda əqdin bağlanmasına zahirən razılıq olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarının işin hallarından bariz məlum olması və məhkəmələr tərəfindən iddialara baxarkən tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarının hərtərəfli araşdırılması, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunun müəyyən edilməsi və yalnız bundan sonra qərar qəbul etməsi şərti vardır. İİİ qrup əlil olan uşağın əmlakının saxta sənədlərlə əlindən alınmasının bu prinsiplərə uyğun olmasını iddia etmək nə qədər vicdanidir, qoy bunu iddia edənlər düşünsünlər. Əlavə olaraq, iddiaçı onun və anasının bu əqddən xəbardar olmaqlarını və bu əqdi bəyəndiklərini göstərən hansı sübutlara sahibdirlər. Bildirir ki, onun 1 yaşı olanda atası Cavabdeh3 7 illik həbsə məhkum olunmuş və bundan 7-8 ay sonra o əvvəlcə anasının valideynlərinin yaşadığı Balakən rayonuna, 1 il sonra isə anası ilə Bakı şəhərinə yerləşərək çox çətin şərtlər altında yaşamışlar. Anası onu təkbaşına böyütmüşdür və o daim maddi sıxıntılar çəkmişdir. Bu şərtlər altında yaşayan insanların mülkiyyətinin əllərindən alınmasından məmnun olmalarını iddia etmək gülüncdür. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 29-cu maddəsində isə düzünə olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər.Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri,övladlığa götürənlər və qəyyumları tərəfindən bəyənildikdə etibarlıdır.Bu maddədən görünür ki, qanunvericilikdə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların bağladıqları əqdlərə onların valideynlərinin razılıq verməsi deyil, həmin əqdlər onların adından imzalanması nəzərdə tutulmuşdur. Bildirir ki, ona və atası Cavabdeh3 İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 nomrəli qərarına əsasən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə (JN: 342, KOD ********) 2.020 ha torpaq sahəsi verilmişdir. Balaca olduğu və İsmayıllı rayonunda yaşamadığı üçün dövlət tərəfindən ona verilmiş torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. 2023-cü ildə atası ilə birgə mülkiyyət hüququ ilə ona məxsus torpağın ayrılması üçün İsmayıllı Rayon Məhkəməsində iddia qaldırmışdır. Bu zaman atası ona bu iddianı geri çəkməyi xahiş edərək öz mülkiyyətində olan bütün torpağı ona bağışlayacağını bildirmişdir. O, məhkəmə prosesini dayandırmış və atası da söz verdiyi kimi öz adına olan bütün torpağı ona bağışlamışdır. Notarial qaydada aparılmış sənədləşdirmədən sonra o öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bütün bu əməliyyatlar səlahiyyətli dövlət orqanlarının iştirakı ilə qanunlara tam riayət etməklə aparılmışdır. Sonradan ona məlumat çatmışdır ki, guya bu torpağın 0.2132 ha hissəsi 2004-cü ildə başqa adama satılmışdır. Bu barədə nə onun, nə də anası Nəzakət Mehdiyevanın məlumatı olmamışdır. Onun mülkiyyətində olan torpağa aid sənədlərin ləğv edilməsi tələbinə dair iddia qaldırıldıqdan sonra o Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə müraciət edərək həmin sənədlərin surətinin verilməsini xahiş etmişdir. Sənədlərlə tanış olarkən aşkar olundu ki, əslində onu dələduzluqda suçlayan insanlar özləri dələduzluq etmişlər. Onlar anasının adından torpağın satılmasına razılıq verməsi barədə saxta sənəd tərtib etmiş və anasının imzasını saxtalaşdırmışlar. Görünür hansısa formada sənədlərin qanuniliyinə məsuliyyət daşıyan notariusu da ələ almışlar. Bununla da onun azyaşlı olmağından istifadə edərək mülkiyyətini ələ keçirməyə çalışmışlar. Özlərini o qədər itirmişlər ki, anasının soyadının həmin sənədlərdə də Mehdiyeva olduğu göstərilsə də razılıq ərizəsində Bədəlova göstərmişlər. Məhkəmə tərəfindən müqavilə işində olan razılıq ərizəsində olan imzanın anasına məxsus olub-olmamasının müəyyən edilməsi üçün xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyində razılıq ərizəsində olan imzanın anasına məxsus olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2004-cü il tarixli müqavilədə olan imzanın Cavabdeh3 məxsus olub-olmamasının müəyyən edilməsinin nəticəsi olaraq verilmiş ekspert rəyində müqavilədə olan imzanın Cavabdeh3 məxsus olmasının qeyd edilməsi ilə razılaşmır və hesab edir ki, müqavilədə olan imza nümunəsinin Cavabdeh3 məxsus olub-olmamasının müəyyən edilməsi üçün yenidən xətşünaslıq ekspertizası təyin edilməlidir. Ona görə də qarşılıqlı iddia tələbinin təmin edilərək xx.xx.2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini və ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı iddia tələbinin isə tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(037)-191/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Hüseynov) ilkin iddia tələbi təmin edilmiş, İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən 0.2131 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış, Bakı 6 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində təsdiq olunmuş reyestrdə 4Ə-2199 nömrə ilə qeydə alınmış 17 oktyabr 2023-cü il tarixli bağışlanma müqaviləsi və həmin müqavilədən əmələ gələn hüquqi nəticələr etibarsız hesab edilmiş, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçı/cavabdeh İddiaçı özünə aid edilməsi, Cavabdeh2 cavabdeh/İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləğinin Cavabdeh2 özünə aid edilməsi, Cavabdeh2 110 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab - AZ41NAB Z********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN -**********, hesab AZ34CTRE********************) ödənilməsi, ilkin iddia tələbi üzrə Cavabdeh3 110 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu142595,büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab - AZ41NAB Z********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:
9. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə JN-342 KOD 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Tircan kəndi ərazisindən 2.20 hektar əkin torpaq sahəsi verilmişdir. İsmayıllı rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş, reyestrdə 4Ə-1-190 nömrə ilə qeydə alınmış 13 dekabr 2004-cü il tarixli müqaviləyə əsasən İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh3 JN 342 KOD 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ona məxsus olan 0.2131 hektar torpaq sahəsini Bakı şəhər sakini Həsən Həsənova iki milyon beş yüz min manata satmışdır. JN-0516 KOD 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4Ə- 1-190-191-192, 193-194 saylı alqı-satqı müqavilələri ilə satılmış 0.85 hektar əkin torpaq sahəsi Bakı şəhər sakini Həsən Həsənovun mülkiyyətinə verilmişdir. Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə2199 nömrə ilə qeydə alınmış 17 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh3 mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.2131 hektar olan torpaq sahəsinin birgə mülkiyyət üzrə ona məxsus olan hissəsini hədiyyə alan Cavabdeh2 hədiyyə vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Cavabdeh2 xüsusi mülkiyyətinə İsmayıllı rayonu, Tircan kəndi ərazisindən 0.2131 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2024-cü il tarixli № 3-16-16/2-4/507 nömrəli ekspert rəyində ekspertizaya təqdim edilmiş xx.xx.2004-cü il tarixli X3 adından olan ərizənin aşağı hissəsində “imza” qrafasındakı imza-X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli № 3-16-16/2-4/1260 nömrəli ekspert rəyində ekspertizaya təqdim edilmiş xx.xx.2004-cü il tarixli müqavilədə “imzalar” qrafasında “Бəдəлoв T” soyadı önündəki imza- Cavabdeh3 tərəfindən icra olunması müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:
10. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir.
11. Tərəflər arasında sözügedən torpaq sahəsinə dair notarial qaydada alğı-satqı müqaviləsi bağlanarkən sözügedən müqavilənin predmeti olmuş torpaq sahəsi üzərində hər hansı yüklülük və ya qadağa olmayıb və bu fakt işin mübahisə olunmayan halıdır.
12. Torpaq sahəsinə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən alqı-satqı müqaviləsində olan imzaların, ayrı-ayrılıqda Nəzakət Mehdiyeva və Cavabdeh3 tərəfindən icra olunmadığını, eyni zamanda alqı-satqı müqaviləsi bağlanan zaman müqavilənin predmeti olmuş mübahisəli torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ olan Cavabdeh2 iradə ifadəsinin qanunvericiliyin tələbinə uyğun bəyan edilmədiyini əsas gətirərək həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini bildirmişlər.
13. Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür.
14. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri).
15. Bu baxımdan hər hansı əqdin (o, cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
16. Eləcə də, Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur.
17. Həmin Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki,aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
18. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.
19. Mübahisəli torpaq sahələrinə dair sözügedən alqı-satqı müqaviləsi lazımi subyektlərin, yəni səlahiyyətli şəxslərin iştirakları ilə bağlandığından və alqı-satqı müqaviləsi onlar arasında olan iradə və onun bildirilməsi vahidliyinin mövcudluğuna əsaslanmış və qanunvericiliyin tələb etdiyi formada və məzmunda bağlanmışdır.
20. Göründüyü kimi Cavabdeh3 özünə məxsus torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaqla artıq iradəsini ifadə etmişdir.
21. Belə ki, Cavabdeh3 mübahisələndirdiyi torpaq sahələrinə dair tərəflər arasında alqısatqı müqaviləsi rəsmiləşdirilərkən, həmin torpaq sahələri üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır. Mübahisə olunan müqavilə bağlanarkən müqavilə üzrə tərəflər azad surətdə öz iradələrini ifadə etmiş və onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmiş, notarius tərəfindən onlara hüquq və vəzifələri izah olunmuşdur.
22. Belə ki, alqı-satqı müqaviləsindəki imzanın məhz Cavabdeh3 tərəfindən icra olunması iş materiallarına əlavə edilmiş ekspertiza rəylərindən də öz təsdiqini tapmışdır.
23. Bundan başqa, Cavabdeh3 müqavilə bağlanan zaman arvadı olmuş, hazırki tələb üzrə Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nəzakət Mehdiyeva tərəfindən sözügedən alqı-satqı müqaviləsindəki imzanın onun tərəfindən icra olunmamasına münasibətdə məhkəmə qeyd edir ki, alqı-satqının predmeti olmuş torpaq sahəsi nikah dövründə əldə olunsa da, əvəzli əldə edilmədiyindən ər-arvadın hər birinin mülkiyyəti hesab edilməlidir.
24. Belə ki, 06 iyul 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir.
25. Həmin Qanunun 2-ci maddəsinə əsasən torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Aqrar islahatının əsasları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən və digər normativ aktlardan ibarətdir.
26. Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir.
27. Qanunun mənasından da göründüyü kimi sözügedən torpaq sahələri Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə yaradılmış “Aqrar İslahat Komissiyasının” qərarı ilə (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və ya Torpağa mülkiyyət hüququna dair Dövlət aktı formasında) Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədi ilə əvəzsiz (hədiyyə olaraq) verilmişdir.
28. Ona görə də məhkəmə hesab etmişdir ki, alqı-satqının predmeti olmuş sözügedən torpaq sahəsi nikah dövründə verilsə belə, Azərbaycan Respublikasının Ailə və Mülki Məcəlləsində nəzərdə tutulmuş “əldə edilmə” kimi qəbul edilə bilinmədiyindən əvəzsiz (hədiyyə) olaraq nəzərə alınmalı və sözügedən torpaq sahələri tərəflərin hər birinin mülkiyyəti hesab edilməlidir.
29. Bundan başqa, alqı-satqı müqaviləsi Cavabdeh2 qanuni nümayəndəsi olan atası tərəfindən imzalanmışdır və anası tərəfindən bu əqdin bəyənildiyini təsdiq edən davranış nümayiş etdirilmişdir. Bununla yanaşı İsmayıllı rayonu, Tircan kəndi ərazisindən 2.20 hektar əkin torpaq sahəsi Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verildiyi üçün sözügdən torpaq sahəsinə mülkiyyətçilərin payları müəyyən edilməmişsə, bərabər sayılır.
30. Göründüyü kimi, mübahisəli alqı-satqı müqaviləsinin predmeti olmuş İsmayıllı rayonu, Tircan kəndi ərazisindən 2.20 hektar əkin torpaq sahəsinın yarısı yəni, 1.10 ha hissəsi Cavabdeh3 məxsus olmuş, o, isə özünə məxsus torpaq sahəsinin 0,2131 ha hissəsini alqı-satqı müqaviləsi əsasında ilkin iddia üzrə iddiaçının mərhum ərinə satmış, digər birgə mülkiyyətçi olan oğlunun isə qanuni nümayəndəsi olduğu üçün Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri pozulmamışdır.
31. Yuxarıdakı sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, sözügedən torpaq sahəsinə dair tərəflər arasında bağlanmış 13 dekabr 2004-cü il tarixli 4Ə-1-190 saylı alqısatqı müqaviləsinin etibarsızlığı üçün əsaslar mövcud olmadığından, həmin alqı-satqının predmeti olmuş torpaq sahəsinə dair sonradan bağışlama müqaviləsi də etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
32. 29 aprel 1999-cu il tarixli, JN-342 KOD 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının sürətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Tircan kəndi ərazisindən 2.20 hektar əkin torpaq sahəsi verilmişdir. Dövlət aktının bir nüsxəsi Cavabdeh3 verilmişdir.
33. İsmayıllı rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş, reyestrdə 4Ə-1-190 nömrə ilə qeydə alınmış 13 dekabr 2004-cü il tarixli müqavilənin sürətindən görünür ki, İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh3 JN 342 KOD 40726018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona məxsus olan 2.20 hektar əkin torpaq sahəsinin 0.2131 hektar hissəsini Bakı şəhər sakini X11 iki milyon beş yüz min manata satmışdır və tərəflər müqavilə şərtlərini qəbul edərək öz imzaları ilə təsdiq etmişlər
34. 18 mart 2005-ci il tarixli, JN-0516 KOD 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının sürətindən görünür ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-1-190-191-192, 193-194 saylı alqı-satqı müqavilələri ilə satılmış 0.85 hektar əkin torpaq sahəsi Bakı şəhər sakini X10 mülkiyyətinə verilmişdir. Dövlət aktı qeydiyyat kitabında 249 nömrə ilə qeydə alınaraq bir nüsxəsi X11 verilmişdir.
35. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətinə İsmayıllı rayonu,Tircan kəndi ərazisindən 0.2131 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
36. Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-2199 nömrə ilə qeydə alınmış 17 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin sürətindən görünür ki, hədiyyə verən Cavabdeh3 mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.2131 hektar olan torpaq sahəsinin birgə mülkiyyət üzrə ona məxsus olan hissəsini hədiyyə alan Cavabdeh2 hədiyyə vermişdir. X1 (Cavabdeh3 əvəzinə) və Cavabdeh2 tərəfindən imza edilmişdir.
37. Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2024-cü il tarixli, № 3-16-16/2-4/507 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2004-cü il tarixli X3 adından olan ərizənin aşağı hissəsində “imza” qrafasındakı imza-X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
38. Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli № 3-16-16/2-4/1260 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2004-cü il tarixli müqavilədə “imzalar” qrafasında “Бəдəлoв T” soyadı önündəki imza-Cavabdeh3 tərəfindən icra olunmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
39. Cavabdeh2 apellyаsiyа şikаyətini belə əsaslandırmışdır ki, məhkəmə keçirdiyi bütün iclaslarda tərəflərin bərabərliyi prinsipini pozmuş, öz mövqeyini müdafiə etməyinə şərait yaratmamış, həmişə sözünü kəsmiş, qarşı tərəfə isə gen-bol şərait yaratmışdır. Bütün məhkəmə prosesləri onun üçün ağır psixoloji təsir altında keçmişdir. Məhkəmə prosesdə mobil telefona qeydiyyat aparmaq barədə vəsatətini rədd etmiş, telefonu zala girişdə əlindən aldırmış, amma digər tərəfin 3 telefonla qeydiyyat aparmasına mane olmamışdır. Bundan başqa hakim qarşı tərəfin vəkilinin ona nalayiq ifadələrlə dəfələrlə təhqir etməsinə heç bir reaksiya verməmişdir. Məhkəmə atası - Cavabdeh3 iddiaçıları ümumiyyətlə tanımadığı, torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2004-cü il tarixli müqaviləni imzalamadığını, bütün bu işləri həmin vaxt bələdiyyə sədri işləyən yeznəsi X12 təşkil etdiyini israrla bildirsə də məhkəmə şübhəli ekspert rəyini əsas götürərək müqavilənin qanuniliyi barədə qərar vermiş, başqa ekspertlərə tapşırılmaqla təkrar ekspertiza keçirilməsi barədə vəsatətləri rədd etmişdir. Məhkəmə maddi hüquq normalarının da tətbiqində ciddi pozuntulara yol vermişdir. Belə ki, məhkəmə qətnamədə göstərmişdir ki, mübahisəli alqı-satqı müqaviləsinin predmeti olmuş İsmayıllı rayonu, Tircan kənd ərazisindəki 2.20 ha torpaq sahəsinin yarısı, yəni 1.10 ha hissəsi Cavabdeh3 məxsus olmuş, o isə özünə məxsus torpaq sahəsinin 0.2131 ha hissəsini alqı-satqı müqaviləsi əsasında ilkin iddiaçı üzrə iddiaçıya satmış, digər birgə mülkiyyətçi olan oğlunun isə qanuni nümayəndəsi olduğu üçün Mülki Məcəllənin 222ci maddəsinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 29-cu maddəsində isə qeyd edilmişdir ki, bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Bu maddədən də görünür ki, qanunvericilikdə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların adından əqdləri onların valideynlərindən biri yox, hər ikisi imzalamalıdırlar. Göründüyü kimi qanun anam - Nəzakət Mehdiyevanın mənim adımdan imzalanan müqavilədə imzasının olmasını tələb edir. Məhkəmə isə dövlət tərəfindən əvəzsiz verilən torpaq sahəsinin nigah dövründə qazanılan birgə mülkiyyət hesab edilməməsiəsası ilə ki, biz bu halı heç vaxt mübahisələndirməmişik, anamın imzasına ehtiyac olmamasını vurğulamış, yuxarıda qeyd edilən maddənin tələblərini isə görməzdən gəlmişdir. Məhkəmə eyni zamanda, əgər xx.xx.2004-cü il tarixli müqavilə qanuni şəkildə bağlanmışsa, nədən həmin rayonda yaşayan anamın notariusa imza üçün dəvət edilmədiyinə və onun adından saxtalığı sübut olunmuş sənədin tərtib edilməsinə ehtiyac duyulduğuna diqqət verməmişdir. Görünən isə odur ki, notarius qanunvericilikdə hər iki valideynin imzasının olması tələbini yaxşı bildiyi üçün anamın adından təqdim edilən saxta sənədi qəbul etmişdir. Bundan başqa məhkəmə torpaq islahatı ilə əlaqədar verilən torpaq sahələrində paylar bəlli olduğu üçün MM-in 213.2-ci maddəsinə görə bu cür mülkiyyət ümumi paylı mülkiyyət hesab olunsa da, məhkəmə hüquq mübahisəsinə MM-in paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi barədə 215-ci maddəsini deyil, MMin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi barədə 222-ci maddəsini tətbiq etmişdir. Mübahisəli xx.xx.2004-cü il tarixdə İsmayıllı rayon dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə sənədləri Ədliyyə Nazirliyindən tələb edərək incələyərkəni işin içində anam X3 adından yazılmış saxta razılıq ərizəsi aşkar edildi. Razılıq ərizəsini anamın yazmadığı və oradakı imzanın da ona məxsus olmadığı artıq məhkəmə tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizasının 4 iyun 2024-cü il tarixli rəyi ilə təsdiq edilmişdir. Məhkəmə bu saxta sənədin kimlər tərəfindən və nə məqsədlə sənədlərə əlavə edildiyini araşdırmadı. Bunun əslində işin içində olmalı olan anamın imzasını ört-basdır etmək üçün olduğuna hüquqi qiymət vermədi və bu halı digər sübutlarla tutuşdurmadı. İşin içində bütün vaxtlarda notarius tərəfindən tələb edilən yüklülük arayışının olmamasına, satıldığı iddia edilən yerin məhz həmin yer olub-olmamasına aydınlıq gətirməmişdir. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(037)-191/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
40. Cavabdeh3 apellyаsiyа şikаyətini belə əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən Azərbaycan Respublikasının qüvvədə olan mülki və mülki-prosessual qanunvericiliyini kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının qüvvədə olan MPM-nin tələblərinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməli olduğu halda bu cür davranmamış və mənim verdiyim vəsatətlərdə və məhkəmə çıxışımda iddiaçıları tanımadığımı, onlarla heç bir alqı-satqı müqaviləsi bağlamadığımı, xx.xx.2004-cü il tarixli müqavilədəki imzanı mən çəkmədiyimi bildirməyimə rəğmən şübhəli ekpert rəylərinə əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə sübutları qiymətləndirərkən müqaviləni təsdiqləyən notarius tərəfindən açıq-aşkar qanunsuzluq edilməsinə, həmin vaxt nikahda olduğum keçmiş həyat yoldaşımın adından saxta sənədin tərtib edilməsinə, qanunvericiliyin tələblərinin ziddinə olaraq azyaşlı övladımın adından satılan əmlak üçün qəyyumluq və himayəçilik orqanının rəyinin alınmamasına, yenə də həmin vaxt da qüvvədə olan qaydalara əsasən yüklülük arayışının alınmamasına hüquqi qiymət verməmişdir. Bütün bunlar isə sübut edir ki, alıcı, notarius və məndə olan məlumata gorə satıcı qismində çıxış etmiş həmin dövrdə bələdiyyə sədri işləmiş X2 və tutduqları vəzifələrindən sui-istifadə edərək, hər üçü tamah məqsədilə bu saxta alqı-satqınısənədləşdirərək əslində cinayət törətmişlər. Məhkəmə eyni zamanda kənd təsərrüfat təyinatlı torpaq sahəsinin üzərində qanunları pozmaqla kommersiya obyekti tikməyə gücü çatan insanların nədən bu müqaviləni reyestr xidmətinə təqdim edərək sənədləşdirmədiklərinə, bunun əvəzinə islahatla əlaqədar torpaq sahələrinin dövlət tərəfindən verilməsi halı istisna olmaqla, qanuvercilikdə nəzərdə tutulmayan “dövlət aktı” aldıqlarını göstərmələrinin səbəblərini araşdırmamışdır. Onlar isə bunu böyük ehtimalla əllərindəki sənədin saxta olduğunu bildikləri üçün etməmişlər. Əgər iddiaçı məhkəmənin hesab etdiyi kimi vicdanlıalıcı olsaydı yəqin ki, bu hallar olmazdı. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəliəşya üzərində qanuniəsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlıalıcı qismində qəbul olunur. Ona görə də hesab edir ki, məhkəmənin iddiaçını vicdanlı əldə edən hesab etməsi də qanuni deyildir, çünki yuxarıda qeyd edilən mövqeyə görə alıcı olaraq əldə edən aldıqları əmlakın kimin adına qeydiyyatda olduğunu, həqiqətən həmin şəxslərin notariat kontoruna gəlib-gəlmədiklərini araşdırmalı və ən əsası pulu kimə ödədiklərinə diqqət etməli idilər. Müqavilədə göstərilən ******* (iki milyon beş yüz min) manat məbləğndə satış dəyəri həmin vaxtda əhəmiyyətli məbləğ sayılırdı və bu məbləğin bank hesabı vasitəsilə ödənilməsi qaydası o vaxt da tətbiq edilirdi. İddiaçının əlində həmin pulun ona hər hansı bir formada ödənilməsi barədə heç bir sübut yoxdur. Əgər o həmin müqavilənin imzalanması vaxtı notariatda olsaydı və bu müqavilənin imzalanmasında marağı olsaydı, həmin vaxt nikahda olduğu həyat yoldaşının da imza etməsini təşkil edərdi və yaxud ən azından onun soyadının dəyişilmədiyini və “Bədəlova” deyil “Mehdiyeva” olduğunu oradakı saxta sənəd tərtib edənlərə bildirərdi. Qeyd etdiklərindən əlavə məhkəmə Mülki Məcəllənin 29-cu maddəsinin tələblərinin də pozulmasına əhəmiyyət verməmişdir. Həmin maddədə isə qeyd edilmişdir ki, bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu maddədən də görünür ki, qanunvericilikdə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların adından əqdləri onların valideynlərindən biri yox, hər ikisi imzalamalıdırlar. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilməsinin təsbit edilməsinə baxmayaraq müqaviləni valideynlərdən heç biri imzalamamışdır. MM-in bu maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. xx.xx.2004-cü il tarixli müqavilə MM-in müəyyənləşdirdiyi bir çox qaydaların pozulması ilə bağlanmışdır. Belə ki, daşınmaz əmlakın mülkiyyətçiləri müqaviləni imzalamamış, birgə mülkiyyətin iştirakçılarından biri yetkinlik yaşına çatmayan şəxs olduğuna baxmayaraq qəyyumluq və himayəçilik orqanının rəyi alınmamış, yüklülük arayışı alınmamış, sənədlər saxtalaşdırılmış və satış pulu satıcılara ödənməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməli olduğu halda şübhəli ekspert rəyinə əsasən qətnamə çıxarmış, işin ədalətli həlli üçün əhəmiyyətli olan digər məqamlara əhəmiyyət verməmişdir. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(037)-191/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X9 və Cavabdeh3 verdikləri apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətlərinin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(037)-191/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdilər.
43. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 222.1. birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3.Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. 223.2. birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi,dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlanma etibarlıdır.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
49. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
50. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
51. Cavabdehlər Cavabdeh2 və Bədəlov X13 Rayon Məhkəməsinin 04 dekabr 2024cü il tarixli, 2(037)-191/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiklərindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
53. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri əsassızdır.
54. Belə ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş, reyestrdə 4Ə-1- 190 nömrə ilə qeydə alınmış 13 dekabr 2004-cü il tarixli müqavilənin sürətindən görünür ki, İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh3 JN 342 KOD 40726018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona məxsus olan 2.20 hektar əkin torpaq sahəsinin 0.2131 hektar hissəsini Bakı şəhər sakini X11 iki milyon beş yüz min manata satmışdır və tərəflər müqavilə şərtlərini qəbul edərək öz imzaları ilə təsdiq etmişlər.
55. 18 mart 2005-ci il tarixli, JN-0516 KOD 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının sürətindən görünür ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-1-190-191-192, 193-194 saylı alqı-satqı müqavilələri ilə satılmış 0.85 hektar əkin torpaq sahəsi Bakı şəhər sakini X10 mülkiyyətinə verilmişdir. Dövlət aktı qeydiyyat kitabında 249 nömrə ilə qeydə alınaraq bir nüsxəsi X11 verilmişdir.
56. Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-2199 nömrə ilə qeydə alınmış 17 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin sürətindən görünür ki, hədiyyə verən Cavabdeh3 mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən ümumi sahəsi 0.2131 hektar olan torpaq sahəsinin birgə mülkiyyət üzrə ona məxsus olan hissəsini hədiyyə alan Cavabdeh2 hədiyyə vermişdir. X1 (Cavabdeh3 əvəzinə) və Cavabdeh2 tərəfindən imza edilmişdir.
57. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətinə İsmayıllı rayonu,Tircan kəndi ərazisindən 0.2131 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
58. Mülki qanunvericiliyinin bağışlama müqaviləsinə dair müddəalarından da göründüyü kimi, hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir. Hazırkı iş üzrə bağışlama müqaviləsinin predmeti olan torpaq sahəsi isə hədiyyə verənin, yəni Cavabdeh3 öz əmlakı kimi qiymətləndirilə bilməz. Çünki sözügedən torpaq sahəsinə dair iddiaçının mərhum əri və Cavabdeh3 arasında bağlanmış 13 dekabr 2004-cü il tarixli 4Ə-1-190 saylı alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsaslar mövcud olmamışdır. Həmin alqı-satqı müqaviləsi qanunun tələbləri nəzərə alınmaqla bağlanmış və mübahisəli torpaq sahəsi iddiaçının mərhum ərinin mülkiyyətinə keçmişdir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
60. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
62. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(037)-191/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(037)-191/2024 nömrəli qətnaməsi cavabdehlərin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.