Məhkəmə qərarları › İş №2(107)-407/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-407/2025

15.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-407/2025 15.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh M.Davudova adına X3rşı əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X13 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh M.Davudova adına X22 Teatrının nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh M.Davudova adına X3rşı əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1594/2024 nömrəli qətnaməsindən cavabdeh M.Davudova adına X22 Teatrı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh M.Davudova adına X3rşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X22 Teatrının 18 fevral 2023, 09 fevral 2024, 06 aprel 2024, 10 may 2024, 22 may 2024, 29 may 2024-cü il tarixli 63 saylı əmrlərinin ləğv edilməsini, onun işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi və vəkil xidmətinə ödənilmiş 600 manat və 60 manat mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 13 fevral 2023-cü ildə ilk 3 ayı sınaq müddəti müəyyən edilməklə X22 Teatrına yardımçı heyət artisti vəzifəsinə işə qəbul olunmuşdur. Özü ali təhsilli olmaqla bərabər Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Əsərləri teatrda oynalınır. 06 mart 2023-cü ildə işəgötürənin əmri ilə Teatrın ədəbi dram hissəsinin rəhbəri vəzifəsinə keçirilmişdir. 29 may 2024-cü ildə isə işəgötürənin 29 may 2024-cü il tarixli 63 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 «ç» bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 31 may 2024-cü il tarixdə işdən çıxarılmanın əsası olan Əmək Məcəlləsinin 70 «ç» bəndinin götürülməsi, şiddətli töhmətin götürülməsi və işəbərpa tələbinə dair təklifi işəgötürənə ünvanlamışdır. İşdənçıxma əmrinin surətini aldıqdan sonra işəgötürən tərəfindən barəsində intizam xarakterli 09 fevral 2024,06 aprel 2024, 10 may 2024, 22 may 2024-cü il tarixli əmrlər verildiyindən məlumatlı olub, 04 iyun 2024-cü il tarixdə intizam tənbehinə dair verilmiş əmrlərin ləğv edilməsinə dair yenidən təklif göndərmişdir. Mediasiya sessiyası davam etdirilə bilməməsi səbəbindən mediasiya prosesi yekunlaşmışdır. Qeyd edir ki, barəsində qəbul edilmiş inztizam xarakterli 18 fevral 2023, 09 fevral 2024, 06 aprel 2024, 10 may 2024, 22 may 2024-cü il tarixli əmrlərin, işəgirmə barədə əmrlərin, əmək müqaviləsinin surətinin, əmrlərin verilməsinə əsas olmuş sənədlərin, İddiaçı alınmış izahatların, əmrlərin verilməsinə əsas kimi göstərilmiş təqdimat və məlumatın, Həmkarlar Təşkilatının 17 may 2024 və 24 may 2024-cü il tarixli Protokolunun surətinin verilməsinə dair vəkil sorğusu göndərilsə də 25 iyun 2024-cü il tarixdə imtina verilmişdir. İşəgötürən 29 may 2024-cü il tarixdə 63 saylı əmrin verilməsinə əsas olaraq 18 fevral 2023, 09 fevral 2024, 06 aprel 2024, 10 may 2024, 22 may 2024-cü il tarixli əmrlərin olmasını qeyd edərək göstərmişdir ki, «İddiaçı 18 fevral 2023-cü il tarixdə sosial şəbəkələrdə teatr rəhbərliyini nəzərdə tutaraq təhqiredici və atmacalı sözlər yazmaqla paylaşımlar etmiş», «xx.xx.2024-cü il tarixdə İddiaçı rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmədiyi üçün töhmət elan edilmişdir. Teatrda baş rejissorun truppa üzrə köməkçisi X1 Elçin Müsaməddin oğlunun Novruz bayramı ərəfəsində və sonradan da natamam yerinə yetirməsi haqqında xx.xx.2024-cü il tarixdə məlumat yazmışdır. Deyilənləri nəzərə alaraq İddiaçı yenidən yazılı şəkildə xəbərdarlıq elan edilmişdir», «X22 Teatrının baş rejissoru X17 da həmçinin xx.xx.2024-cü il tarixdə məlumat yazaraq İddiaçı verilən tapşırıqları vaxtında yerinə yetirilməməsindən dəfələrlə şikayətlənmişdir», «Bundan əlavə 09 may 2024-cü il tarixdə X22 Teatrının iki əməkdaşına «Prezident mükafatı» verilmişdir. Ancaq İddiaçı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamım təhrif edərək Prezident Administrasiyasına təhrif olunmuş qaydada teleqram ünvanlanmış və həmin teleqramda teatrımızın iki əməkdaşına «Prezident təqaüdü» verilməsini qeyd etmişdir. Bu da teatr əməkdaşlarının və teatrda çalışan xalq artistlərinin haqlı narazılığına səbəb olmuşdur. Eyni zamanda sözügedən mətn Prezident.az saytında X22 Teatrının adından dərc olunmuşdur. Bununla bağlı teatrda baş rejissorun truppa üzrə köməkçisi X16 rəhbərliyə məlumat yazmış və müzakirə olunması üçüncü il tarixdə X22 X5 müraciət olunmuşdur. X22 X4 cü il tarixli 07 saylı protokolu nəzərə alınmaqla İddiaçı xx.xx.2024-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi qərara alınmışdır», «İddiaçı öz şəxsi facebook səhifəsində xx.xx.2024 cü il tarixdə keçirilmiş Həmkarlar Təşkilatının iclası və iclasda iştirak elən Həmkarlar Təşkilatının üzvləri, teatr ağsaqqalan və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətmişdir. Onlar barəsində qoçular, özlərini Stalinə bənzədənlər, sivili dünyanın qəbul etmədiyi Hitleri özünə kumir sayanlar, demokratiya pərdəsi altında hər cür sıxma boğmadan istifadə edənlər və s kmi sözlər yazmış və 17 maym2024-cü il tarixdə keçirilən iclası flyasko adlandırmışdır. Teatrın baş rejissoru X17 bu haqda təqdimat yazaraq bunu həm teatr rəhbərliyinə, həm də iclasda iştirak edən, ölkə ərazisində tanınmış incəsənət xadimlərinə hörmətsizlik kimi qiymətləndirmişdir. Həmin məsələnin müzakirə edilməsi üçün yenidən teatrın Həmkarlar Təşkilatına müraciət olunmuş, İddiaçı izahat verməsi və Həmkarlar Təşkilatının iclasında iştirak etməsi təklif olunmuşdur. Lakin İddiaçı qərəzli şəkildə iclasda iştirak etməkdən və ümumiyyətlə izahat verməkdən imtina etmişdir. X22 X4 xx.xx.2024-cü il tarixli iclasında birmənalı olaraq İddiaçı işdən azad olunmasına yekdilliklə səs verilmişdir». Məhz bundan sonra işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 «ç» bəndinə əsasən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Barəsində qəbul edilmiş 09 fevral 2024, 06 aprel 2024, 10 may 2024, 22 may 2024- cü il tarixli əmrlərin surətini almamışdır. Ancaq həmin əmrlərində qanunsuz olmasını göstərərək ləğv edilməsini istəyir. O hər hansı əmək müqaviləsində nəzərdə tutulan öhdəliyi pozmamışdır. Əmək funksiyalarımı yerinə yetirmişdir. Müdiriyyət onu məhz qərəzi ucbatından qərəzli olaraq işdən azad etmişdir.Məhz həmin qərəz ucbatından onun xəbəri olmadan barəsində olan intizam tənbeh tədbirlərinə dair qəbul etdiyi əmrlərin surətini ona vermir. Hesab edir ki, onun əməlində hər hansı pozuntu mövcud deyildir. Odur ki, məhkəmədən X22 Teatrının 18 fevral 2023, 09 fevral 2024, 06 aprel 2024, 10 may 2024, 22 may 2024, 29 may 2024-cü il tarixli 63 saylı əmrlərinin ləğv edilməsini, onun işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi və vəkil xidmətinə ödənilmiş 600 manat və 60 manat mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, işəgötürən işçilərə təzyiq göstərir. xx.xx.2024-cü il tarixində iddiaçıya töhmət vermişlər. Bir gün keçməmiş, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı barəsində təqdimat verilmişdir. Bütün bunlar işəgötürənin iddiaçıya qarşı olaraq qərəzli mövqeyindən irəli gəlir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 əvvəlki məhkəmə iclasları zamanı verdiyi izahatlarında göstərmişdir ki, qarşı tərəf tərəfindən əmrlər onlara verilməyib. Bu barədə onlarda sənəd var. Qarşı tərəf iddia edir ki, onun tərəfi tapşırıqları yerinə yetirməyib. Lakin hansı tapşırıqlar olduğu bilinmir. Bu barədə onlarda sənəd yoxdur. Artistlərə verilən mükafat olduğuna görə və onun tərəfi səhvən təqaüd yazdığına görə iddiaçıya töhmət vermişlər. Onun tərəfi bir əmələ görə iki dəfə tənbeh edilib. Onun tərəfi orada işçi olaraq işə götürəndən asılı münasibətlərdə idi. İşəgötürən sənədlərə qol çəkdirib həmin sənədləri qərəzli olaraq hələ də özündə saxlayır. Onun tərəfinə isə həmin sənədlər verilməmişdir. Şikayət vermə müddətin ötməsinə səbəbkar qarşı tərəf olmuşdur. İşəgötürən həmkarlar iclasında iştirak etməməli idi. Burada 6 mart 2023-cü il tarixli əmrin imzası yoxdur. 24 oktyabr 2023-cü il tarixli əmr təsdiq edilməmişdir və kserekopiyadır. 18 fevral 2023-cü il tarixli əmr, ümumiyyətlə, yoxdur. 18 dekabr tarixli əmr vardır. Orada 18 fevral yazıldığına görə o da iddia ərizəsində belə yazmışdır. Tərəfin işdən çıxarılmasına 18 fevral 2023-cü il tarixli əmr əsas kimi göstərilmişdir. Qarşı tərəf ya səhvini düzəltsin, ya da 18 fevral tarixli 2023-cü il əmri verilməli idi. Bu əmrlər həqiqəti əks etdirmir. Çünki konkret hansı tapışırıqları yerinə yetirmədiyi əks olunmamışdır. Bu barədə heç bir sənəd verilməmişdir. İddiaçı 13 fevral 2023-cü ildə yardımçı heyət üzrə işə qəbul olunub. 6 mart 2023-cü ildə ədəbi hissəyə müdir vəzifəsinə qəbul olunub. 29 may 2024-cü ildə əmək müqaviləsinə xitam verilir. Xitama 4 ədəd əmr əsas götürülür. Onun tərəfinin hansı əmək funksiyasını pozduğu göstərilmir. Ona bir əmələ görə iki dəfə cəza verilib. Rəhbərliklə münasibətləri pozmaq istəmədiyindən əvvəki əmrləri mübahisələndirməmişdir. Aktlar saxta olmaqla 3 nəfərlə akt tərtib etmişlər. İzahatlarla müəyyən olundu ki, daxil baxış olmazsa, tamaşa ola bilməz. Necə bunun protokolu yoxdur ki, ona maaş verilmişdir. Ya protokol yazılmış, ya da rəhbərlik işi düz qurmamışdır. Qeyd kitabçasının olmasının zəruriliyinə dair qanunvericilikdə heç bir şey yoxdur. 18 protokolun olmamasına dair heç bir sənəd yoxdur. Sadəcə bir aktda göstərilib. 09 dekabr 2023-cü il tarixli vəzifə təlimatı vardır ki, orada bədii şuranın olduğu vurğulanmışdır. Qarşı tərəf isə bildirir ki, bədii şura yoxdur. Olmayan şuranın hansı protokolu tələb edilə bilər. Qarşı tərəfin söylədiyi 4 protokoldan başqa protokollar da vardır. Protokolların olub-olmamasından asılı olmayaraq teatrın iş fəaliyyəti pozulmayıb. Protokolların tərtib edilməsi ilə bağlı işəgötürən vaxtında tədbir görməli idi. Həmkarlar təşkilatı işçinin mənafeyini qoruyan orqandır. Həmin orqanın sədri işçiyə şiddətli töhmət verilməsi ilə bağlı qol çəkir. Həmkarların həmin iclasında töhmətə səbəb teleqramın səhv vurulması göstərilir. Onun tərəfi deyir ki, bu texniki səhv idi. Protokolda qeyd edilib ki, səhvini dərhal düzəltməyə cəhd etdiyini bildirdi. Yəni səhvini boynuna aldı. Həmkarların digər digər iclasında isə facebook-dakı yazılara görə müzakirə olur. Həm teleqram məsələsi, həm də fərz edək ki, facebook-dakı məsələ, bunlar ƏM-nin 70-ci maddənin “ç” bəndindəki əsasları yaratmır. 29 mayda isə işəgötürən işdən çıxarma barədə əmri verir. Teatrda ağsaqqallar və ağbirçəklər adlı ayrıca ictimai birlik varsa, siyahısını versinlər. Neçə nəfərin iştirakı olduğu bilinməyən səsvermə ilə Elçinə şiddətli töhmət verilir. Buradan həmkarların yox, rəyasət heyətinin iclası olduğu məlum olmur. Həmkarlardırsa, bütün üzvlər iştirak etməlidir. Həmkarlar iclasında 9 yoxsa 11 nəfər iştirak edir, müəyyən olunmur. İclas keçirilməsi üçün yetərsay olmalıdır. Deyirlər ki, həmkarların 120 nəfər üzvü var. Yetərsay üçün 80 nəfər olmalı idi. Yetərsay olmadan belə iclas keçirilə bilməz idi. Heç bəlkə də gündəlik müzakirə belə edilməyib. Bu iclas qanunvericiliyə ziddir. Şura üzvü sözü yazılmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir.

5. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında vəkilinin verdiyi izahatı təsdiq etdiyini bildirmiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. İddiaçı əvvəlki məhkəmə iclasları zamanı verdiyi izahatlarında göstərmişdir ki, aydınlıq gətirmək istəyir. O dramteatrda işləyirdi. Bundan başqa yazıçılar birliyinin üzvüdür. Həmçinin gənclər şurasının sədridir. Uğurlu işinə görə o direktor müavini vəzifəsinə gətirilib. O əsərindən bir parça paylaşmışdır. Onlar isə bunu öz üzərlərinə götürmüşlər. Qərəzli şəkildə onu vəzifəsindən azad ediblər. Bütün tamaşalarda protokol yazılıb. Tapşırıq üzrə işini görür. Bütün tamaşaların protokolu vardır. Protokollar olmasa tamaşalar istismara buraxılmır. Özünəməxsus Facebook sosial şəbəkəsində paylaşdığı yazı “İnsan girovu” əsərindən hissədir. Utopik əsərdir. Necə istinad olur ki, bu sözlər İntiqam Soltanadır? O, onun rəsmi və şəxsi facebook hesabıdır. Əsərindən paylaşım edir. Əgər o, iş görə bilmirdisə, onu nəyə görə yüksəldiblər? İşlədiyi dövrdə rəsmi səhifədə paylaşımlar etmiş və reklamları etmişdir. Bununla da mətbuat katibi vəzifəsini yerinə yetirmişdir. Qarşı tərəf onun cəmi 4 protokol yazdığını və qalanları yazmadığını bildirmişdir. Lakin bu gün tam aydın oldu ki, o başqa protokollar da yazıb. Əks halda tamaşa istimara verilə bilməzdi. O səhfinin düzəltməsi ilə əlaqədar poçta teleqram vurmaq üçün gedəndə icazə almışdı.

7. Cavabdeh tərəfə sonuncu baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfin nümayəndəsi sonuncu baxış iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət göndərmişdir. Məhkəmə sonuncu baxış iclasına cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Cavabdeh tərəfin nümayəndəsi Nümayəndə1 iştirak etdiyi məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, İddiaçı bəzi əmrlərə münasibətdə iddia müddətini ötürmüşdür. May ayında verilən əmrlərdən başqa qalan əmrlərə qol çəkib və xəbəri olmuşdur. O, 1 aylıq müddəti ötürmüşdür. Bütün əmrlər elan lövhəsinə vurulur. Müddətin üzrlü səbəbdən keçməsi ilə bağlı sübut varsa, təqdim etsinlər. Konstitusiya Məhkəməsinin qərarına əsaslanaraq müddəti keçmiş əmrlərin mübahisələndiriməsinə etiraz edir. Əmrdə qeyd olunan 18 fevral 2023-cü il tarixli əmr yalnışlıq la qeyd olunmuşdur. Əmrin tarixi 18 dekabr 2023-cü il tarixidir. Onlar artıq mübahisələndirilə bilməz. İddiaçı tərəf Müfəttişliyə şikayət vermişdir. Müfəttişlik qarşı tərəfin işdən çıxarılmasında qanun pozuntusu aşkar etməmişdir. Eyni zamanda prokororluğa şikayət etmiş, lakin onun şikayəti rədd edilmişdir. Mübahisələrdən biri də qarşı tərəfin mükafat əvəzinə təqaüd yazması olmuşdur. Təqaüdlə mükafat tamam fərqli anlayışlardır. Bu məsələ ilə bağlı həmkarlar iclası olmuşdur. Həmin iclasda Prezident Adminstrasiyasına icazə verilmədiyi halda iddiaçı tərəfindən teleqram vurulduğu müzakirə olunmuşdur. Halbuki direktordan icazə almadan özbaşına iş yerini tərk edərək əlavə teleqram göndərmişdir. İddiaçı Prezident Adminstrasiyasına teatr adından özü şəxsən teleqram vura bilməz. Beləliklə, o subordinasiya qaydalarına əməl etməmişdir. Həmin iclasın nəticəsində iddiaçıya cəza verdilər. Həmkarların iclasının bununla bağlı yekun protokolu vardır. Həmin iclasının video görüntüsü də mövcuddur. Bundan əlavə iddiaçı vəzifəsi üzrə tamaşa protokollarını tam hazır etməmişdir. Belə ki, hər tamaşanın protokolu yazılmalıdır. İddiaçı işdən çıxarılarkən protokollar təhvil verilməmişdir. İddiaçının qeyd kitabçasında da 4 tamaşa protokolunu tapmışlar. Digərləri yoxdur, ümumiyyətlə yazılmamışdır. Həmkarlar iclası yekunlaşdıqdan sonra özünə məxsus sosial şəbəkədə “direktorun qoçularından” adlı yazı paylaşmış, adını kaktus məcəlləsindən hissə qoymuşdur. Bu atmacadır. O yazıb ki, bugünkü iclas fiyaskodur. Yazdıqlarını əsəs kimi göstərmişdir. Elçin hamıya qarşı kobud və hörmətsizlik etmiş və əmək funksiyalarını ciddi şəkildə pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.

9. Cavabdeh tərəfin nümayəndəsi X15 iştirak etdiyi məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, Elçini yaxşı işçi hesab edib yüksəltmişdir. Tamaşa protokolları elə bir hüquqi əsas daşımır ki, tamaşa istehsalata getsin və ya getməsin. Protokolların hazırlanmasına ədəbi hissə müdiri nəzarət edir. 20-ə yaxın protokol olmalı idi. Tamaşa təkrar hazırlanırsa, dərhal protokol hazır olmalıdır.

10. Mingəçevir Şəhər Məhkəməsinin (hakim E.Cəbrayılzadə) xx.xx.2024-cü il tarixli, 2(051)-1594/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh M.Davudova adına X22 Teatrının direktorunun İddiaçı şiddətli töhmət verilməsi barədə 22 may 2024-cü il tarixli 61 saylı əmrin və işdən azad edilməsi barədə 29 may 2024-cü il tarixli 63 saylı əmrin ləğv edilməsi, İddiaçı M.Davudova adına X22 Teatrında ədəbi hissə müdiri vəzifəsinə bərpa edilməsi, cavabdeh M.Davudova adına X22 Teatrı tərəfindən 29 may 2024- cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi, vəkil xidmətinə ödənilmiş puldan 400 (dörd yüz) manat və ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdeh M.Davudova adına X22 Teatrından tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə M.Davudova adına X22 Teatrının yardımçı heyət artisti vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli bağlanmış əmək müqaviləsi ilə ədəbi hissə müdiri vəzifəsinə təyin edilmişdir. M.Davudova adına X22 Teatrının direktorunun xx.xx.2023-cü il tarixli əmri direktor müavini vəzifəsinin səalhiyyətləri xx.xx.2023-cü il tarixdən etibarən 3 (üç) ay müddətinə X22 Teatrında ədəbi dram hissəsinin rəhbəri vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli əmr ilə verilən tapşırıqların öhdəsindən gələ bilmədiyi üçün direktor müavini vəzifəsinin icrası xx.xx.2023-cü il tarixindən etibarən İddiaçı geri alınmışdır. xx.xx.2023-cü il tarixli əmr ilə İddiaçı yazılı xəbərdarlıq elan edilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı töhmət elan edilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı yazılı xəbərdarlıq elan edilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı xəbərdarlıq elan edilmişdir. X22 Teatrının direktoru X9 həmin teatrın baş rejissoru X17 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli təqdimatdan aydın olur ki, X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar Təşkilatının iclası və iclasda iştirak edən Həmkarlar Təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqir edici ifadələr işlətmişdir. Onlar barəsində qoçular, özlərini Stalinə bənzədənlər, sivil dünyanın qəbul etmədiyi Hitleri kimi özünə kumir sayanlar, demokratiya pərdəsi altında hər cür sıxma boğmadan istifadə edənlər və s. kimi sözlər yazmış və xx.xx.2024-cü il tarixdə keçirilən iclası fiyasko adlandırmışdır. Bu öz növbəsində həm teatr rəhbərliyinə, həmd də iclasda iştirak edən, ölkə ərazisində tanınmış incəsənət xadimlərinə hörmətsizlik kimi qiymətləndirilməlidir. Bu səbəbdən də İddiaçı barəsində intizam icraatının aparılmasını xahiş etmişdir. X22 Teatrının direktoru İntiqam Soltana teatrın baş rejissorun truppa üzrə köməkçisi və müvəqqəti direktor müavini səlahiyyətlərini icra edən (ictimai əsaslarla) Könül Hacıyeva tərəfindən verilən məlumatdan aydın olur ki, teatrın ədəbi hissə müdiri İddiaçı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamını təhrif edərək, Prezident Adminstrasiyasına təhrif olunmuş qaydada teleqram ünvanlamışdır. Belə ki, teatrın iki əməkdaşına Prezident mükafatı verildiyi halda səhvən Prezident təqaüdünün verilməsini yazmışdır. Sözügedən mətn Prezident.az saytında teatrın adından dərc olunmuşdur. Bu hal xalq artisti Ella Yaqubovanın haqlı narazılığına səbəb olmuşdur ki, bu haqda ciddi tədbir görülməsini xahiş etmişdir. X14 Həmkarlar Təşkilatı iclasının 07 №li protokolundan aydın olur ki, xx.xx.2024-cü il tarixində teatrın ağsaqqalları, Respublikanın Xalq və Əməkdar Artistləri və həmkarlar təşkilatının şura üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. İclasın gündəliyi-teatrın ədəbi hissə müdiri İddiaçı Azərbaaycan Respublikası Prezidentinə ünvanlandığı təşəkkür teleqramında prezidentin sərəncamının təhrif olunması ilə əlaqədar məsələ müzakirə edilir. İddiaçı “səhvini dərhal düzəltməyə cəhd etdiyini bildirdi.”-yi qeyd edilmişdir. Çıxışlar və yuxarıda göstərilənəri nəzərə alaraq məsələ toplantı iştirakçılarının yekdilliklə səs verməsi nəticəsində İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. X22 Teatrının Həmkarlar təşkilatı iclasının xx.xx.2024-cü il tarixli, 08 №li protokolundan aydın olur ki, iclasın gündəliyi: X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar təşkilatının iclas və iclasda iştirak edən həmkarlar təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətməsi. X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı işdən azad olunmasının lehinə yekdilliklə səs verildi. xx.xx.2024-cü il tarixli əmr ilə X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 29 may 2024-cü il tarixdən ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024cü il tarixli 63№li əmrdən aydın olur ki, M.Davudova adına X22 Teatrı bölməsində ədəbi hissə müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “AR ƏMnin 70. “ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda vəzifələrini kobudşəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 38 məzuniyyət gününün (lakin cavabdeh tərəf tərəfindən məhkəməyə təqdim edilmiş təsdiqlənmiş digər eyni məzmun və formada olan əmrdə isə 37 məzuniyyət günün olduğu qeyd edilmişdir) son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

12. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır.

13. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda vəzifələrini kobudşəkildə pozması əsası ilə xitam verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmr, əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

14. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsinin xitam verilməsinə əsas olmuş X14 Həmkarlar Təşkilatı iclasının 07 №li protokolundan aydın olur ki, xx.xx.2024-cü il tarixində teatrın ağsaqqalları, Respublikanın Xalq və Əməkdar Artistləri və həmkarlar təşkilatının şura üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. İclasın gündəliyi-teatrın ədəbi hissə müdiri İddiaçı Azərbaaycan Respublikası Prezidentinə ünvanlandığı təşəkkür teleqramında prezidentin sərəncamının təhrif olunması ilə əlaqədar məsələ müzakirə edilir. İddiaçı “səhvini dərhal düzəltməyə cəhd etdiyini bildirdi.”-yi qeyd edilmişdir. Çıxışlar və yuxarıda göstərilənəri nəzərə alaraq məsələ toplantı iştirakçılarının yekdilliklə səs verməsi nəticəsində İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə bu iclasa münasibətdə qeyd edir ki, İddiaçı protokoldan da göründüyü kimi texniki səhv etdiyini və həmin səhvi düzəltmək üçün cəhdlər etdiyini etiraf etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı həmin texniki səhvi bilərək etməmiş və həmin səhv texniki xəta nəticəsində meydana gəlmişdir. Belə ki, iş prosesi zamanı belə texniki səhvlərin edilməsi qaçınılmazdır və həmin texniki səhvə görə işəgötürən tərəfindən işçiyə şiddətli töhmətin verilməsi, işçinin hərəkətlərinə mütənasib olmamaqla yanaşı, işəgötürənin işçiyə olan qərəzli münasibəti hesab edilməlidir. Belə olan halda qeyd olunan texniki səhvinə görə işçiyə xəbərdarlıq etməklə kifayətlənmək olardı.

15. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində X22 Teatrı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 61 №-li Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi haqqında əmr ləğv edilməlidir.

16. Məhkəmə qeyd etmişdir ki, X22 Teatrının Həmkarlar təşkilatı iclasının xx.xx.2024-cü il tarixli, 08 №li protokolundan aydın olur ki, iclasın gündəliyi: X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar təşkilatının iclas və iclasda iştirak edən həmkarlar təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətməsi olmuşdur. Lakin İddiaçı həmkarlar təşkilatı iclasında iştirak etməsinə dair rəsmi müraciət olunsa da, o, iclasda iştirak etməkdən rəsmi imtina etmişdir. Həmkarlar təşkilatı iclasının gündəliyi İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar təşkilatının iclasında iştirak edən həmkarlar təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətməsi olsa da, həmkarlar təşkilatı iclasında ümumilikdə İddiaçı verilən tapşırıqları yerinə yetirməməsi, teatrın işçilərinə və böyüklərinə qarşı kobud və sərt davranması müzakirə olunmuş və nəticədə çıxışlar və yuxarıda göstərilənəri nəzərə alaraq məsələ toplantı iştirakçılarının yekdilliklə səs verməsi nəticəsində X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı işdən azad olunmasının lehinə yekdilliklə səs verildi. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf facebook sosial şəbəkəsində etdiyi paylaşımda konkret adlar çəkməmiş, ümumi fikirlər yazmışdır. Belə ki, onun həmin yazılarında Həmkarlar İclasını və orada iştirak edənləri nəzərdə tutmasına dair heç bir dəlil yoxdur. Bundan başqa iddiaçı tərəf həmin yazıların onun bir əsərindən (“Facebook” sosial şəbəkəsində özünə məxsusu səhifəsində - bugünki hadisə başdan-ayağa fiyasko idi. Özərlərini Stalinə bənzədənlər, sivil dünyanın qəbul etmədiyi Hitleri özünə kumir sayanlar, “demokratiya” pərdəsi altında hər cür sıxma-boğmadan istifadə edənlər, özlərini AR Konstitusiyaslndan üstün bilənlər, texniki bir səhi qərəzli mövqedən çıxış edərək qabardanlar, yzılan şəxsi statusları elanlar lövhəsində dəyərli bir ekponat kimi sərgiləyənlətlə üz-üzəyik ) olduğunu söyləmiş və həmin əsəri (Kaktuslar Məcəlləsi) də və əsərin həmin hissəsini də məhkəməyə təqdim etmişdir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, Həmkarlar Təşkilatı İddiaçı facebook sosial şəbəkəsində etdiyi paylaşıma görə iclas keçirməsi və bu səbəbə görə onun işdən azad olunmasının lehinə yekdilliklə səs verilməsi İddiaçı Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquqlarına ziddir. Məhkəmə qeyd edir ki, X22 Teatrının Həmkarlar təşkilatı iclasının xx.xx.2024-cü il tarixli, 08 №li protokolunda iclasın gündəliyi şəxsin facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar təşkilatının iclas və iclasda iştirak edən həmkarlar təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətməsi olsa da, Həmkarlar təşkilatı iclasında İddiaçı verilən tapşırıqları yerinə yetirməməsi, teatrın işçilərinə və böyüklərinə qarşı kobud və sərt davranması müzakirə olunmuşdur. Beləliklə bütün qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, işəgötürən işçiyə qarşı qərəzli mövqe nümayiş etdirmiş və sonunda əsassız əmrlərlə İddiaçımi işdən çıxarılmışdır.

18. Məhkəmə, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrinə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclası zamanı ifadə vermiş hər 3 şahid də cavabdeh tərəfin tabeçiliyində olan işçilərdir. Bundan başqa şahid qismində dinrilmiş X18 verdiyi ifadəsində işəgötürən tərəfdən çıxış etmiş, aşkar surətdə mövqeyini bildirmişdir. Belə ki, o, məhkəmə iclası zamanı “Elçin əgər işə qayıtsa, bütün teatrın ərizə yazıb işdən çıxacağını” söyləmiş və “Elçin teatra qayıda bilməz” sözlərini ifadəsində işlətmişdir. Ona görə də məhkəmə şahid ifadələrini mötəbər sübut qismində qəbul etmir.

19. Qeyd edilənlərər əsasən məhkəmə hesab etmişdir ki, X22 Teatrı tərəfindən qəbul edilmiş X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 29 may 2024-cü il tarixdən ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 63 №-li əmr ləğv edilməlidir.

20. Məhkəmə xx.xx.2024-cü il tarixli, 63 №-li əmrin verilməsinə əsas olmuş 10 may 2024cü il tarixli xəbərdarlıq verilməsinə dair əmrə münasibətdə qeyd etmişdir ki, xx.xx.2023- cü il tarixdə bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyası hissəsində işçi bu əmək funksiyasının icrasını öhdəsinə götürür: Teatrın repertuarının formalaşmasında iştirak edir, lazımi ədəbiyyat materiallarını yığır, mütəxəssislərlə məsləhətləşmə aparır. Bəstəkarlar İttifaqı, X19, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsi, Əqli Mülkiyyət Agentliyi ilə daima əlaqə saxlayır. Dramaturqlarla iş aparır. Yeni səhnə əsərləri yaratmaq üçün müəlliflərə mövzu və süjetlər tövsiyə edir, yaradıcı sifarişlərə baxır, onlar üzrə rəy verir. Bədii şurada yeni əsərlərin müzakirəsini təşkil edir, şuranın iclaslarını protokllaşdırır, tamaşa üçün qəbul edilmiş mətn və liberettoları redaktə edir. Yeni əsərlərin yaradılması və əldə edilməsi üçün müqavilələri hazırlayır. Müəlliflərin müqavilə vəzifələrinin yerinə yetirilməsinə nəzarət edir. Bütün reklam nəşrlərini redaktə edir və onların buraxılışını izləyir, mətbuatla əlaqə saxlayır, kollektivin yaradıcılıq həyatı haqqında olan informasiya materiallarını nəşr etdirmək üçün hazırlayır və nəşrə verir. Tamaşaçı auditoriyasının öyrənilməsi üzrə tədbirlərdə iştirak edir. Tamaşaçı konfransları, mühazirələr, çıxışlar təşkil edir. İddiaçı tamaşa protokollarını yazmaması barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Lakin məhkəmə əmək müqaviləsində tamaşa protokollarının yazılmasının onun əmək funksiyası olmasına dair heç bir qeyd tapa bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tamaşa protokollarının yazılmaması iddiaçı tərəfindən əmək funksiyalarının yerinə yetirilməməsi kimi qəbul edilə bilməz. Buna baxmayaraq məhkəmə xəbərdarlığın intizam tənbehi hesab edilmədiyindən həmin əmrin ləğv edilməsini məqsədə müvafiq hesab etmir. Ona görə də, iddia bu hissədə rədd edilməlidir.

21. Məhkəmə digər əmrlərə münasibətdə qeyd etmişdir ki, həmin əmrlərin məhkəmədə mübahisələndirmə müddəti keçmişdir. Ona görə də məhkəmə hesab edir ki, 18 dekabr 2023-cü il tarixli, 09 fevral 2024-cü il tarixli, 06 aprel 2024-cü il tarixli əmrlərin ləğv edilməsinə dair iddia rədd edilməlidir.

22. Məhkəmə hesab etmişdir ki, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi də təmin edilməlidir.

23. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlmişdir ki, M.Davudova adına X22 Teatrı tərəfindən iddiaçı Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad edildiyindən, M.Davudova adına X22 Teatrının 22 may 2024-cü il tarixli 61 saylı əmri və 29 may 2024-cü il tarixli 63 saylı əmri ləğv edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni M.Davudova adına X22 Teatrındə ədəbi hissə müdiri vəzifəsinə bərpa olunmalıdır. Həmçinin vəkil xidmətinə ödənilmiş puldan 400 manat və ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir.

24. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 14:00-da keçirilməsi nəzərdə tutulmuş mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci yəni 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinin 1-ci bəndinə, Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 14-cü maddəsinə, 68-ci maddəsinin 1-ci bəndinə, 70-ci maddəsinin Ç bəndinə, 71-ci maddəsinin 3-cü bəndinə, 72-ci maddəsinə, 186-cı maddəsinin 3-cü, 4-cü bəndlərinə, 296-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə, 300-cü maddəsinə, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14,2, 77.1, 121.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a)Apellyasiya şikayətinin dəlilləri

26. Qətnamədən narazı qalan cavabdeh M.Davudova adına X22 Teatrı tərəfindən apellyasiya şikayəti verilmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cüil tarixli 2(051)-1594/2024 saylı qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, qətnamə məhkəmə iclasında təqdim olunmuş sübutlar əsassında çıxarılmalıdır. Lakin hakim işdə olmayan sübutlarla və öz mülahizələri əsasında çıxarılmışdır. Qətnamə başqan axıra kimi hakimin əsassız qətnaməsini əsaslandırmağa çalışması ilə səciyələnmişdir.

28. Maddi və prossesual normalarla yanaşı işə baxılması zamanı hüququn əsas prinsipləri də pozulmuşdur. Bərabərlik və hakimin işə bitərəf qaydada baxmalı olduğu halda işə qərəzli yanaşması göz qabağındadır. Belə ki, nəzəriyədə yazının iki qaydası nəzərdə tutulması göstərilmişdir. Bundan birincisi inandırıcı yazı üslübu, ikincisi isə obyektiv yazı üslübudur. İnandırıcı üslüb vəkillərin yazdığı üslübdu, obyektiv üslub isə hakimlərin yazdığı üslübdu. Hazırda mübahisələndirdikləri qətnamə inandırıcı yazı üslubu ilə yazılmışdır.

29. Onların izahatları bir neçə cümlə yazıldığı halda iddiaçı və onun nümayəndəsinin izahatı və əsaslanması qətnamənin 2/3 hissəsini əhatə edir. Sanki hakim iddiaçıların əsassız iddiasını əsaslandırmağa çalışır. Hər bir sözü ətraflı izah edir və qətnamədə onları əsaslandırmağa çalışır. Onların sözlərini və sübutlarını isə qısaltmaqla formal qaydada yazaraq mənasını itirməyə çalışmışdır. Bu hakimin qərəzli olmasından xəbər verir.

30. Prosessual normalarının pozuntusu olaraq hakim işə baxılması ilə əlaqədar müddətləri ötürmüşdür. Buna müxtəlif bəhanələr gətirilsə də MPM-nin 172-ci maddəsində işə bərpa ilə bağlı işlərə 2 ay müddətinə baxılması nəzərdə tutulmuşdur. Müstəsnə hallarda: tərəflərin çoxluğu və işin mürəkkəbliyi ilə əlaqədar qərardadla 2 ay əlavə uzadılma nəzərdə tutulsa da hakim sözügedən hallara qəti diqqət etməmişdir və bununla da işə 6 aydan daha çox müddətə baxmaqla qərəzli olaraq işi uzatmışdır. Bu qanunvericiliyin pozulması olması ilə bərabər onlara qarşı bir oyundur. Belə ki, işə bərpa ilə bağlı işlərdə şəxs işə bərpa olunduğu zaman işləmədiyi dövr üçün (məcburi iş buraxma) əmək haqqı alır ki, bunun bilən qarşı tərəf əvvəldən düşünülmüş qaydada işi uzatmış, hətta qətnaməni də 1 ay sonra elektron sistemə yükləmişdir.

31. Bundan əlavə Mülki Prossesual Məcəllənin 227.2-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalıdır. Lakin hakim işə 7 aya yaxın bir müddətdə işə baxmaqla bərabər qətnaməni 1 ay sonra elektron sistemə vurmuşdur. Apellyasiya Məhkəməsi sözügedən halları rahatlıqla özelektron sistemində görə bilir. Bu cür kobut pozuntulara görə yuxarı instansiya məhkəməsinin tədbir görməsi və xüsusi qərar çıxarması lazımdır. Çünki yuxarıda da qeyd etdiyi kimi bu işə gec baxılmasının səbəbləri üzürlü sayıla bilməz. Qanun işə baxılmasına 2 ay müstəsna hallarda əlavə 2 ay nəzərdə tutsa da bu müddət 4 ayı keçmir. Lakin bizim iş 6 aydan çox gecikməsinin və qətnamənin 1 aydan sonra sistemə vurulmaqla hələ də rəsmi qaydada göndərilməməsi prossesual qaydaların hakim tərəfindən tətbiq olunmamasını göstərir.

32. Bundan əlavə onların izahatları təhrif olunmaqla yazılmaqla bərabər, qarşı tərəfin izahatlarının şişirdilməklə yazılması qətnamədə aydın görünür. MPM-nin 220-ci maddəsində qətnamənin məzmunu və yazılması qaydaları göstərilmişdir. Lakin hakim bu qaydaları da pozmaqla iddiaçının və onun nümayəndəsinin izahatını 2-3 dəfə yazmış, bununla da öz fikrincə qətnaməni əsaslandırmağa çalışmışdır. İddia ərizələri və apellyasiya şikayətləri forma və məzmuna riayət edilmədikdə geri qaytarılır. Lakin hakimlərin qətnaməsinin forma və məzmunana riayət edilmədən tərtib edilməməsinə nəzarət olunmaması bu cür haqsızlıqlara səbəb olur. Bunu bildirməkdə səbəb yuxarı instansiyaların şikayətləri oxumaqdan daha çox qətnamələri oxumasıdır. Hakimin qətnaməsinin isə qərəzli yazılması ziyanına qərar çıxarılmış tərəfə mənfi təsir edir.

33. İlkin olaraq iddiaçının tələbi çox genişdir. İddiaçı işdən çıxarılan günə qədər olan töhmət, xəbərdarlıq vəşiddətli töhmətlə bağlı bütün əmrlərin ləğv olunmasını tələb etmişdir. Məhkəmə xəbərdarlıqlar hissədə iddianı təmin etməmiş, buna səbəb kimi xəbərdarlığın tənbeh növü olmaması ilə əsaslandırmışdır. Əksinə şiddətli töhmət əmrini ləğv edərək (bu hissələ geniş fikir bildirəcə) isə bildirmişdir ki, İddiaçı bu hadisəyə görə xəbərdarlıq verilə bilərdi. Məhkəmənin bu cür məsləhət verməyi nadir görülsə də bildirməlidirlər ki, bundan əvvəl həmin şəxsə şifahi xəbərdarlıqları saymasalar 3 yazılı xəbərdarlıq verilmişdir. Bundan əlavə İddiaçı töhmət verilməsi barədə əmri ləğv edilməmiş və iddia həmin hissədə rədd edilmişdir. Töhməti olan bir şəxsə təkrar xəbərdarlıq verilməsi ağlabatan deyil. Bunu məhkəmə özü də qətnaməsində açıq aydın göstərmişdir. Qətnamə hissə-hissə və müxtəlif günlərdə yazılması səbəbindən qətnamənin bir hissəsinin yaddan çıxması mümkündür. Hakim öz qətnaməsində bu iki fikri bildirir. Birində təstiq edir, digərində təkzib edir.

34. İkincisi ən vacib halı məhkəmə hansısa səbəbdən göz ardı etmiş və buna diqqət etməmişdir. Halbuki onlar tərəfindən bu hall dəfələrlə bildirilmiş, lakin izahatlarında yazılmamışdır. Bu xx.xx.2024-cü il tarixli işdən çıxma əmrində bir hadisəyə görə deyil bütün hallara cəm formada qiymət verməklə işdən çıxarılmasıdır. Sözügedən əmrin əsaslanma hissəsi 10 abzas olsa da məhkəmə sanki iddiaçının yalnız sosial şəbəkədə yazdıqlarına görə işdən çıxarılmasını qeyd edir. Hətta həmkarlar təşkilatının iclasına və iclasın iştirakçılarının bildirdiklərinə irad kimi İddiaçı əmək funksiyalarını icra etməməsi, onun işçilərə qarşı hörmətsizliyi, öz iş yoldaşlarına və ağsaqqallara qarşı kobut davranışı, əmək funksiyalarını icra etməməsi-hətta öz əmək funksiyalarını qərəzli icra etməməsi, sosial şəbəkədə isə daxili məsələləri müzakirə etməklə teatrı nüfuzdan salmasını bildirmələrini göstərmişdir. Sözügedən həmkarlar təşkilatının iclası sərbəst formada olmuş, iştirakçılar özfikirlərini bildirmiş, İddiaçı işdə saxlanması (və ya işdən çıxarılması) məsələsi müzakirə olunmuşdur. Bunu məhkəmədə etiraf edir özüdə bilmədən. Bu səbəbdən də əmrdə E.Məhərrimlinin əmək funksiyalarını pozması, protokolları yazmaması, yeni əsərlərin təqdim edilməməsi, özünü kobut aparması, xalq artistləsi, əməkdar artistlər və rəhbərliklə kobut danışmaqla onları ələ salması, hətta bu məsələləri qərəzli olaraq sosial şəbəkədə paylaşmasına ümumilikdə qiymət verilmiş, həmkarlar təşkilatı sözügedən şəxsin işdən azad olması barədə rəy verməklə direktor tərəfindən qaydalara uyğun olaraq tam əsaslandırılmaqla işdən azad olunmuşdur. Sözügedən şəxs bir halla deyil yuxarıda qeyd edilən bütün səbəblərə görə işdən çıxarılmışdır.

35. Üçüncüsü qətnamənin bir böyük hissəsi Həmkarlar Təşkilatından danışılır. Məhkəmədə araşdırılan bu məsələ mübahisə obyekti olmamışdır. Belə ki, iddiaçının tələbində həmkarların rəyi mübahisələndirilməmişdir. Bu rəyi mübahisələndirilməsi inzibati qaydada yəni Azərbaycan həmkarlar ittifaqları konfederasiyasına şikayət olunmaqla edilmişdir. İddiaçı şikayətinin əsassız olması və həmkarlar təşkilatının qərarlarının qanuni olması bildirilmişdir.

36. Bundan əlavə iddiaçı çox gülünc bir yanaşma edərək həmkarlar təşkilatının iclasında 80 nəfərin olmasını yetərsay olmasını iddia edir. Həmkarların rəyasət heyyətinə müəyyən sayda üzv seçilir və həmin üzvlər iclasda iştirak edir. Bundan əlavə Həmkarlar təşkilarının sədri bu barədə arayış vermiş və geniş formada buna izah vermişdir. Həmkarların iclasında 9 nəfər üzv (sədr və katibdən əlavə) iştirak etmişdir. Məhəmədə 30 dəqiqə yalnız həmkarlarda iştirak edən üzvlərin sayı müzakirə olunmuşdur. Sonda nümayəndələri hakimə yaxınlaşmış və bir-bir imzaları saymaqla hakimə iştirakçıların sayının imzalara uyğun olmasını bildirmişdir. Lakin hakim qarşı tərəfə əlavə olaraq 15 dəqiqə də danışmağa şərait yaratmışdır. Bunu bilərəkdən və ya söz xətrinə deyən qarşı tərəf X8 olmasını bilmirsə bu onların təqsiri deyil. Bu məsələni məhkəmədə bildirmələrinə baxmayaraq hakim 3 proses və hər prosesdə 2 saat bu məsələni müzakirə etmiş hakimin müddəti keçirməsi təəccüb doğurmur. Dəfələrlə bu məsələni müzakirəsinin mənasız olmasını bildirsələr də qarşı tərəfin əsassız müzakirəsinə qulaq asan hakim işi qərəzli olaraq 7 aya baxmışdır. Bundan əlavə qarşı tərəf bildirir ki, həmkarların sədri imza etməklə məktub verir. Bəs həmkarların qərarı kimin imzası ilə olmalıdır? Söz xətrinə söz deyilməsiişin uzadılması üçündür.

37. Bundan əlavə qətnamədə və qarşı tərəfin izahatında həmkarların guya iddiaçını müdafiə etməməsi bildirilir. Lakin iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixli həmkarlar təşkilatının iclasında Prezident Adminstrasiyasına təhrif olunmaqla göndərilmiş teleqramda olan səhvi etiraf etməməsinə, həmin səhvi poçt işçisinin (məhkəmə bu məsələni İddiaçı guya iclasda etiraf etməsi kimi göstərmişdir. Halbuki əksi olmuşdur) təqsiri olmasını bildirməsinə, iclasın iştirakçılarını və direktoru iclasda təhqir etməsinə (hədələməsinə) və əvvəldən də töhməti olmasına baxmayaraq iclas iştirakçıları onu müdafiə edərək işdən çıxarılmasının əleyhinə olmuş və şiddətli töhmət verilməsi barədə rəy vermişlər. Halbuki bu şəxsin indiyə kimi 3 xəbərdarlığı və 1 töhməti olmuşdur. Bundan əlavə ağsaqqların və xalq artıstlərinin iclasda iştirakı bildirilir. Lakin sözügedən ağsaqqallar və xalq artistləri özləri də X8 üzvləridir. Bu məsələlər yuxarıda da qeyd etdiyi kimi iddiaçının şikayəti əsasında Azərbaycan həmkarlar ittifaqları konfederasiyasında araşdırılmış və şikayətdə göstərilənlər öz təstiqini tapmamışdır. Məhkəməyə isə bu barədə ayrıca tələb qoyulmamışdır.

38. Dördüncüsü tamaşanın istismara buraxılması və daxili baxış barədə protokollar tərtib edilməlidir. Bu ədəbi dram hissəsinin rəhbəri İddiaçı vəzifəsinə aiddir. Öz vəzifə ötdəliklərini icra etməməsinə görə ona əvvəllər də xəbərdarlıq və töhmət verilmiş, bu intizam tənbehləri məhkəmə qətnaməsi ilə də ləğv edilməmiş (hələ də qüvvədədir), onun tərəfindən yazılmalı olan 18 protokoldan cəmi 4 dənəsini tərtib etmiş qalan 14 protokolu isə yazmamışdır. İddiaçı guya məhkəmə iclasında əlavə protokolların yazılmasını sübut etməyə və öz elektron ünvanından teatrın elektron poçt ünvanına göndərməsini bildirsə də hakim elektron göndərilən 4 protokolun elə onlar tərəfindən bildirilən həmin 4 protokol olmasını təstiq etdi. Hakim başqa protokolların olmamasını özü də ortaya çıxarmağına baxmayaraq bu məsələnin üstündən keçmişdir. Hətta bu məsələyə don geyindirərək bildirmişdir ki, protokolun yazılmaması tamaşanın istismara buraxılmasına mane olmur. İddiaçı isə izahatında bildirir ki, “Bütün tamaşaların protokolu vardır. Protokollar olmasa tamaşalar istismara buraxılmır”. İddiaçı özü tamaşaların protokollarının olmasını bildirir və protokolların olmamasının tamaşanın istismara buraxılmamasına səbəb olmasını bildirir. Hakimin yazdığı ilə iddiaçının dedikləri arasında ziddiyyət var. İddiaçı öz vəzifəsinin nə olmasını hələ də bilmir. Bunun məhkəmələrin iş prinsipinə uyğun olaraq bildirir. Məsələn: Məhkəmə iclasının protokolları olmalıdır və bu məhkəmə iclas katibi tərəfindən tərtib edilir. Qərar çıxarılarkən protokolun tərtib olunmaması qərarın çıxarılmasını istisna etmir. Lakin bu iclas katibinin vəzifəsidir və mütləq icra etməldir. Bu kimi misalları məhkəmə iclasında istifadə etmişlər və geniş formada izah etmişlər. Lakin məhkəmə bu məsələyə təktərəfli qiymət verməklə iddiaçının əmək funksiyasını icra etməməsinə qiymət verməməklə bərabər öz qətnaməsində don getindirməyə çalışmışdır.

39. Beşincisi iddiaçı və məhkəmə bədii şura məsələsini iki məhkəmə prosesində 2 saatdan çox müzakirə etmişlər. Sonda o və teatrın əməkdaşları Teatr və teatr fəaliyyəti haqqında Qanunu və həmin qanun 12-ci maddəsini istinad etdikdən sonra bu məsələ bir az sakitləşmişdir. Lakin qətnaməyə yenə də yazılmış və guya bədii şuranın olması müzakirə olunmuşdur. Onların teatrında produser vəzifəsi var və qanunla da bu hall tənzimlənir. Bu məsələləri bilmək və tənzimləmək iddiaçı olan İddiaçı vəzifəsi olsa da o hələ də sözügedən qanunvericiliyi bilməmiş və öz dili ilə teatrın iş fəaliyyətindən xəbəri olmamasını etiraf etmişdir.

40. Altıncısı İddiaçı bildirir ki, xx.xx.2024-cü ildə müzakirə olunmuş məsələ yəni Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış məktubda texniki səhvdir. Yuxarıda da bildirdikləri kimi İddiaçı iclasda ümumiyyətlə səhv etməsini etiraf etməmiş, olmuş səhvi poçt işçisinin etməsini bildirmiş, iclas iştirakçılarını və rəhbərliyi hədələmiş, əməlindən peşiman olmaq əvəzinə özbaşına, rəhbərliyin xəbəri olmadan iş vaxtı iş yerini tərk etməklə özbaşına icazəsiz olaraq Prezidentə teatrın adından təkrar teleqram vurmuşdur. İlk səhvin olunması azmış kimi rəhbərliyin icazəsi olmadan iş yerini tərk edərək teatrın adından teleqram vurmaq əmək funksiyalarının pozulması deyilmi? Bu hadisədə bir deyil 3 pozuntu olmuşdur. Məhkəmə isə buna don geyindirərək bildirir ki, texniki səhvdir və səhvini başa düşüb. Şahidlər məhkəmədə bildirirlər ki, bu şəxs peşiman olmadı və onları təhqir etdi və qarşı tərəf özüdə etiraf edir ki, iş vaxtı icazəsiz gedib rəhbərliyin xəbəri olmdan təkrar teleqram vurmuşdur.

41. Yeddincisi iddiaçı və məhkəmə bildirir ki, guya sosial şəbəkədə bildirilən sözlər və təhqirlər onun hansısa əsərindən bir parçadır. O əsər hanı, hardadı və harada çap olunub o əsər? Deməli iddiaçı məhkəməyə balaca dəftərçə vermiş və həmin dəftərçədə karandaşla guya əsər yazılmışdır. Belə çıxır hər kəs çıxsın təhqir və böhtan eləsin və desin ki, axşam yazdığım əsərlərdən bir parçadır. Bu əsər niyə yoxdu bu günə kimi? Hakim bildirdiki bu əsərin ardı hanı? İddiçı isə cavabında bildirir ki,hər əsər axıra kimi yazılacaq deyə bir şey yoxdur. Çox gülünc deyilmi?

42. Bundan əlavə məhkəmə iclasında iddiaçı tamaşanın istismara verilməsi protokolunu yazmasını başqa cür yozaraq bədii şuranın protokollarının yazılmasını bildirir. Bunu hakimi yanıltmaqdan etməsi aydın görünsə də hakim buna reaksiya vermir. Belə ki, bədii şura yoxdursa o, onun niyə protokolunu yazsın. Bədii şuranın mövcudluğunu bu səbəbdən müzakirə edən qarşı tərəfə 7 ay daxilində ondan bədii şuranın protokolunu deyil, tamaşanın istismara buraxılması protokolu tələb olunmasnı izah edə bilməmişlər. Məhkəmə isə bu məsələyə axıra kimi laqeyit yanaşmaqla əsassız iddialara diqqət etməmişdir.

43. Səkkizinci məsələ isə həmkarlar təşkilatının iclasında bildirilir ki, direktor iştirak edə bilməz. Bu cür məhdudiyyət harda görünüb və hansı qanunvericilik aktındadır? Həmkarlar təşkilatının iclasına rəsmi çağrılıb, ona hətta sms formasında da məlumat verilib, həmkarların sədrinin adına izahat yazıb, iclasdan iştirakdan imtina edib, həmkarların iclası video yazı ilə lentə alınıb və iclasın protokolunda bu hallar hamısı göstərilib. Lakin bu məsələ hansısa səbəbdən müzakirə obyekti olmuş və guya iclasda iddiaçının iştirakı təmin olunmamış kimi yazılmışdır.

44. Doqquzuncu məsələ isə çox maraqlı bir fikri əhatə edir. xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar Təşkilatının iclası və iclasda iştirak edən Həmkarlar Təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqir edici ifadələr işlətmişdir. Onlar barəsində qoçular, özlərini Stalinə bənzədənlər, sivil dünyanın qəbul etmədiyi Hitleri özünə kumir sayanlar, demokratiya pərdəsi altında hər cür sıxma boğmadan istifadə edənlər və s. kimi sözlər yazmış və xx.xx.2024-cü iltarixdə keçirilən iclası fiyasko adlandırmışdır. Buna don geyindirməklə öz əsərindən bir parça adlandırmışdır. Yuxarıda da qeyd etdiyi kimi əsərlər yoxdur və ya karandaşla dəftərçəyə yazılmışdır. Sözü (təhqir edəndən) deyəndən sonra əsər yazmaq söz azadlığıdırsa onlar bunu bilsinlər. Söz azadlığının nə olmasını dərk etməyənlərə bildirmək lazımdır ki, bir şəxsin hüquqları başqa şəxslərin hüquqlarına toxunana qədərdir. Söz azadlığı xalq artistlərinin, əməkdar artistlərin, prezident mükafatçılarının və sadə bir şəxslərin təhqir olunmasına əsas verir? Məhkəmə xalq artistlərinin, əməkdar artistlərin, president mükafatçılarının sözlərinə deyil məhkəmə iclasında bu şəxsləri ələ salan və göz görə-görə onları yalan danışan iddiaçının sözlərinə inanmışdır. Xalq artistlərinin, əməkdar artistlərin, prezident mükafatçılarının yaşı, onların incəsənət sahəsində elədikləri nəzərə alınmadan təhqir olunmaqlarına məhkəmə tərəfindən qərəzli olaraq göz yumulmuşdur. Məhkəmə iclasında iştirak edən teatrın əməkdaşları bu şəxsin etdiklərindən narazı olduqlarını hakimə bildirmiş və bu şəxslə işləmək istəmədiklərini bildirmişlər. Lakin məhkəmə bildirir ki, bu şəxsdən narazılıq yoxdur. Məhkəməyə 100 nəfərə yaxın əmkdaş ərizə yazaraq iddiaçı ilə birlikdə işləmək istəmədiklərini, iddiaçının onlara qarşı kobut olmasını və teatr adamı olmamasını bildirmələrinə baxmayaraq məhkəmə sanki qərəz etməyə çalışmışdır.

45. Bundan əlavə iddiaçı rəhbərliyin xəbəri olmadan dəfələrlə özbaşına Mədəniyyət Nazirliyinə və Mədəniyyət Nazirliyinin Ağdaş Regional idarəsinə müxtəlif məzmunlu məktublar yazmış və bununla da əmək funksiyalarını pozmuşdur. Hətta sözügedən məktublara cavablardan da görünür ki, onlar teatr rəhbərliyinə bunu irad tutaraq rəhbərliyin xəbəri olmadan subardinasiya qaydalarını pozmaqla bu kimi məktubların yazılmasına narazılıq etmişlər.

46. Bundan əlavə iddiaçı dəfələrlə Əmək Müfəttişliyinə, Azərbaycan həmkarlar ittifaqları konfederasiyasına və Prokurorluq orqanlarına şikayətlər yazsa da hər üç orqan ona heç bir pozuntunun olmamasını bildirmişdir. Lakin məhkəmə Əmək Müfəttişliyinin nümayəndəsini maraqlı şəxs kimi işə daxil etməmiş və onların fikrini soruşmamışdır. Çünki iddiaçı və məhkəmə də bilirdi ki, iddiaçının işdən çıxarılması tam qanuni və əsaslı olmuşdur. Məhkəmənin çıxardığı qətnamənin 14-cü səhifəsində məhkəmənin müəyyən etdiyi halları yazmışdır. Müəyyən etdiyi hallar onların xeyrinə olsa da nəticə əksidir.

47. Son olaraq məhkəmə Kaktuslar Məclləsi adlı əsəri stat gətirir. Hanı o Məcəllə, hanı o əsər? Söyüş və təhqir edib sonra guya onun işləndiyi bir hekayə yazmaq inandırıcıdırmı? Yuxarıda qeyd edilənlərlə Mingəçevir Şəhər Məhkəməsinin sözügedən qətnaməsinin tam olaraq əsassız olması, iddia tələbinin heç bir hüquqi əsası olmamsı öz əksini tapır. Hakim tərəflərin təqdim etdiyi sübutlarla deyil, özünün qanunla əsaslanmayan iradəsi daxilində qətnamə çıxarmışdır. Bu isə qanunla qadağandır vəişin faktiki hallarına da ziddir. Hakim MPM-nin tələblərindən kənara çıxaraq məhkəmə iclasında araşdırılmayan sübutlara əsaslanmış və tələbdən kənara çıxaraq tam olaraq qanunsuz qətnamə qəbul etmişdir.

48. Əmək Məcəlləsinin 70, 72-ci maddələrindən də göründüyü kimi İddiaçı əmək funksiyalarını yuxarıda qeyd etdikləri qaydada dəfələrlə pozmuş, öz əmək funksiyaları yerinə yetirməmiş, iş yoldaşları ilə kobut davranmış, özbaşına dəfələrlə teatrın adından icazəsiz olaraq Mədəniyyət Nazirliyinə, Regional idarəyə və Prezidentə məktublar yazmışdır. Bu əməllərinə görə teatra irad bildirilsə də İddiaçı əməlindən peşiman olmamışdır. İddiaçı Prezidentə yazılmış teleqramın mətnini təhrif etmişdir. Bu təhriflə əlaqədar teatrda olan xalq artistlərinin narazılığı səbəbindən X8 iclası çağrılmış və iclasda İddiaçı əməlindən peşiman olmamaqla bərabər teatrın rəhbərliyini və orada olan şəxsləri hədələmiş və təhqir etmişdir. Bundan əlavə iclasda bildirmişdir ki, təkrar telaeqram vurmuşdur. Bununla da İddiaçı qəsdən təkrarən əmək funksiyalarını pozmaqla iş yerini icazəsiz olaraq tərk etməsini və özbaşına prezident adminstrasiyasına təkrar teleqram vurmasını bildirmiş və əməlindən peşimançılıq hissi keçirməmişdir. Bundan sonra öz əmələrini davam etdirməklə social şəbəkədə yuxarıda qeyd etdiyi sözləri yazmışdır. Göründüyü kimi məhkəmə işə düzgün yanaşmamış, işə birtərəfli qaydada baxaraq onların bütün hüquqlarını pozmaqla əmrləri əsassız yerə ləğv etməklə iddiaçını işə bərpa etmişdir.

49. Hakim məhkəmə iclasında təqdim edilmiş sübutları araşdırmamış, onların təqdim etdikləri sübutları qətnamədə və protokolda göstərməmişdir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında deyil öz mülahizələri əsasında bu sübutlara qiymət vermişdir. Bundan əlavə hakim dəfələrlə məhkəmə iclasını təxir etsə də sübutları araşdırmaq əvəzinə məhkəmə iclasında müzakirə olunmayan və əsası olmayan əsassız qətnamə çıxarmışdır. Yuxarıda da qeyd etdiyi kimi onların sübutları tədqiq edilsə də qətnaməni tam fərqli tərtib etmişdir. Bundan əlavə qətnamənin 14-cü səhifəsində müəyyən etdiyi halları göstərsə də tam əksinə qərar çıxarmışdır.

50. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)- 1594/2024 saylı qətnaməsinin tam ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

52. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh M.Davudova adına X22 Teatrının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)- 1594/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh M.Davudova adına X3rşı əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

53. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)- 1594/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

54. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1594/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

55. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda bu əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsasdır. 71-ci maddəsinin 2-ci bəndinə görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-cı maddəsinin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 187.1-ci maddəsinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

57. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)- 1594/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

62. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə M.Davudova adına X22 Teatrının yardımçı heyət artisti vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi ilə iddiaçı həmin təşkilatda ədəbi hissə müdiri vəzifəsinə təyin edilmişdir. M.Davudova adına X22 Teatrının direktorunun xx.xx.2023-cü il tarixli əmri ilə direktor müavini vəzifəsinin səalhiyyətləri xx.xx.2023-cü il tarixdən etibarən 3 (üç) ay müddətinə X22 Teatrında ədəbi dram hissəsinin rəhbəri vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli əmr ilə verilən tapşırıqların öhdəsindən gələ bilmədiyi üçün direktor müavini vəzifəsinin icrası xx.xx.2023cü il tarixindən etibarən İddiaçı geri alınmışdır. xx.xx.2023-cü il tarixli əmr ilə İddiaçı yazılı xəbərdarlıq elan edilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı töhmət elan edilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı yazılı xəbərdarlıq elan edilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı xəbərdarlıq elan edilmişdir. Həmçinin teatrın iki əməkdaşına Prezident mükafatı verildiyi halda İddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilmiş teleqramda yanlış olaraq həmin iki əməkdaşa Prezident təqaüdünün verilməsi yazıldığından xx.xx.2024-cü il tarixində teatrın ağsaqqalları, Respublikanın Xalq və Əməkdar Artistləri və həmkarlar təşkilatının şura üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. İclasın gündəliyi-teatrın ədəbi hissə müdiri İddiaçı Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış təşəkkür teleqramında Prezidentin sərəncamının təhrif olunması ilə əlaqədar məsələ müzakirə edilmiş, İddiaçı “səhvini dərhal düzəltməyə cəhd etdiyini bildirdi.”-yi qeyd edilmişdir. Çıxışlar və yuxarıda göstərilənəri nəzərə alaraq məsələ toplantı iştirakçılarının yekdilliklə səs verməsi nəticəsində İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır. Bununla əlaqədar X22 Teatrının xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. X22 Teatrının direktoru X9 həmin teatrın baş rejissoru X17 xx.xx.2024-cü il tarixli təqdimatla müraciət edərək, X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar Təşkilatının iclası və iclasda iştirak edən Həmkarlar Təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqir edici ifadələr işlətdiyini, onlar barəsində qoçular, özlərini Stalinə bənzədənlər, sivil dünyanın qəbul etmədiyi Hitleri kimi özünə kumir sayanlar, demokratiya pərdəsi altında hər cür sıxma boğmadan istifadə edənlər və s. kimi sözlər yazdığını, xx.xx.2024-cü il tarixdə keçirilən iclası fiyasko adlandırdığını, bunun həm teatr rəhbərliyinə, həm də iclasda iştirak edən, ölkə ərazisində tanınmış incəsənət xadimlərinə hörmətsizlik kimi qiymətləndirilməli olduğunu əsas gətirərək, İddiaçı barəsində intizam icraatının aparılmasını xahiş etmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə X22 X4 iclası keçirilmiş, xx.xx.2024-cü il tarixli, iclasın 08 №li protokolunda iclasın gündəliyinin X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar təşkilatının iclas və iclasda iştirak edən həmkarlar təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətməsindən ibarət olması qeyd edilmiş və iclasın yekunu olaraq X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı işdən azad olunmasının lehinə yekdilliklə səs verilmişdir. X22 Teatrının direktorunun xx.xx.2024-cü il tarixli əmri ilə X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 29 may 2024-cü il tarixdən ləğv edilmişdir.

63. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.

64. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxılması zamanı hüququn əsas prinsiplərinin pozulması, bərabərlik və hakimin işə bitərəf qaydada baxmalı olduğu halda işə qərəzli yanaşılması, qətnamənin qərəzli yazılması, işə 6 aydan daha çox müddətə baxılmaqla qərəzli olaraq işin uzadılmasına dair dəalillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materialları öyrənilərkən hüququn əsas prinsiplərinin, o cümlədən hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinin pozulması, hakimin işə bitərəf baxmaması, tərəflərdən hər hansı birinə qarşı qərəzli olması halları müəyyən edilməmişdir.

65. İşə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edildiyindən daha uzun müddət ərzində baxılmasına gəlincə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “İnsan Hüquqlarının və X10 X6” 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

66. Mülki işin mürəkkəbliyi, iş üzrə kifayət qədər tədqiqatın aparılması, tərəflərin sübutları hissə-hissə təqdim etmələri, hər bir məhkəmə iclasının təxirə salınması üçün dəqiq səbəblərin müəyyən edilməsi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən hazırkı mübahisə üzrə işə birinci instansiya məhkəməsində ağlabatan olmayan müddət ərzində baxılması halı müəyyən edilməmişdir.

67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onların izahatlarının təhrif olunmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, cavabdeh tərəfin nümayəndələrinin verdikləri izahatları təhrif edilmişdirsə iş materiallarından həmin şəxslər tərəfindən birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına hər hansı bir qeyd verilməsi halı da müəyyən edilməmişdir.

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tamaşanın istismara buraxılması və daxili baxış barədə protokolların tərtib edilməli olması, bunun İddiaçı vəzifəsinə aid olması, onun tərəfindən yazılmalı olan 18 protokoldan cəmi 4-nün tərtib edilməsi, qalan 14 protokolun yazılmaması, hakimin elektron göndərilən 4 protokoldan başqa protokolların olmamasını özünün ortaya çıxarması, məhkəmənin bu məsələyə təktərəfli qiymət verməklə iddiaçının əmək funksiyasını icra etməməsinə qiymət verməməsinə, İddiaçı əmək funksiyalarını dəfələrlə pozması, öz əmək funksiyaları yerinə yetirməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan (2-ci cild v.9) ədəbi dram hissəsinin rəhbərinin vəzifə təlimatından çıxarışdan görünür ki, İddiaçı əmək funksiyasına aşağıdakılar daxildir: Teatrın repertuarının formalaşmasında iştirak edir, lazımi ədəbiyyat materiallarını yığır, mütəxəssislərlə məsləhətləşmə aparır. Bəstəkarlar İttifaqı, X19, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsi, Əqli Mülkiyyət Agentliyi ilə daima əlaqə saxlayır. Dramaturqlarla iş aparır. Yeni səhnə əsərləri yaratmaq üçün müəlliflərə mövzu və süjetlər tövsiyə edir, yaradıcı sifarişlərə baxır, onlar üzrə rəy verir. Bədii şurada yeni əsərlərin müzakirəsini təşkil edir, şuranın iclaslarını protokllaşdırır, tamaşa üçün qəbul edilmiş mətn və liberettoları redaktə edir. Yeni əsərlərin yaradılması və əldə edilməsi üçün müqavilələri hazırlayır. Müəlliflərin müqavilə vəzifələrinin yerinə yetirilməsinə nəzarət edir. Bütün reklam nəşrlərini redaktə edir və onların buraxılışını izləyir, mətbuatla əlaqə saxlayır, kollektivin yaradıcılıq həyatı haqqında olan informasiya materiallarını nəşr etdirmək üçün hazırlayır və nəşrə verir. Tamaşaçı auditoriyasının öyrənilməsi üzrə tədbirlərdə iştirak edir. Tamaşaçı konfransları, mühazirələr, çıxışlar təşkil edir.

69. Göründüyü kimi iddiaçının əmək funksiyasına cavabdehin istinad etdiyi tamaşanın istismara buraxılması və daxili baxış barədə protokollarının tərtib edilməsi deyil, bədii şuranın iclaslarının protokllaşdırılması aid edilmişdir.

70. Məhkəmə kollegiyasının iclasında verilmiş suala cavabında isə cavabdehin nümayəndəsi, teatrda bədii şuranın olmadığını göstərmişdir.

71. Həmçinin cavabdeh tərəf apellyasiya şikayətində iddiaçı tərəfindən 09 dekabr 2023-cü il tarixli vəzifə təlimatı ilə üzərinə qoyulmuş məhz hansı əmək funksiyalarını dəfələrlə pozması, iddiaçının vəzifə öhdəliklərinə aid olan məhz hansı əmək funksiyalarının yerinə yetirilməməsinə dair dəqiq bir nümunə göstərməmişdir.

72. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının rəhbərliyin xəbəri olmadan iş vaxtı iş yerini özbaşına icazəsiz olaraq tərk etməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, əgər belə bir hal baş vermişdirsə belə iş materiallarından bu halla bağlı iddiaçının barəsində müvafiq sənədləşdirmə işlərinin aparılması, iddiaçının barəsində tətbiq edilən tənbeh tədbirlərinin məhz iddiaçının iş yerini özbaşına icazəsiz olaraq tərk etməsi ilə əlaqəli olması halları müəyyən edilməmişdir.

73. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar Təşkilatının iclası və iclasda iştirak edən Həmkarlar Təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqir edici ifadələr işlətməsi, xalq artistlərinin, əməkdar artistlərin, prezident mükafatçılarının təhqir olunmalarına məhkəmə tərəfindən qərəzli olaraq göz yumulması, iş yoldaşları ilə kobud davranmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, cavabdeh tərəfin istinad etdiyi, iddiaçının öz facebook səhifəsindəki paylaşımında cavabdeh M.Davudova adına X22 X4 üzvləri, teatr ağsaqqalları və teatr rəhbərlərindən hər hansı birinin adının qeyd edilməsi, həmin şəxslərdən hər hansı birinə münasibətdə təhqiramiz fikir bildirilməsi müəyyən edilməmişdir.

74. İddiaçı məhkəmə iclasında facebook səhifəsindəki paylaşımlarının öz əsərindən sitatlar olduğunu, paylaşımın cavabdeh təşkilatın rəhbərliyi və kollektivin üzvləri ilə əlaqəsinin olmadığını qeyd etmişdir.

75. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin Əmək Müfəttişliyinin nümayəndəsini maraqlı şəxs kimi işə daxil etməməsi, onların fikrini soruşmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından Əmək Müfəttişliyinin nümayəndəsinin maraqlı şəxs kimi işə daxil edilməsi, onların fikrini soruşulması zərurəti müəyyən edilməmişdir.

76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının rəhbərliyin xəbəri olmadan dəfələrlə özbaşına Prezidentə, Mədəniyyət Nazirliyinə və Mədəniyyət Nazirliyinin Ağdaş Regional idarəsinə müxtəlif məzmunlu məktublar yazmaqla əmək funksiyalarını pozmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan iddiaçının vəzifə təlimatında onun yüksək instansiyalara müraciət etməsini istisna edəcək hər hansı bir müddəa nəzərdə tutulmamışdır.

77. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hakimin məhkəmə iclasında təqdim edilmiş sübutları araşdırmaması, onların təqdim etdikləri sübutları qətnamədə və protokolda göstərməməsi, məhkəmənin təqdim edilmiş sübutlar əsasında deyil öz mülahizələri əsasında bu sübutlara qiymət verməsinə, məhkəmə iclasında araşdırılmayan sübutlara əsaslanmasına dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin hər iki tərəfinin verdiyi sübutlar tədqiq edilmiş, sübutların tədqiqi məhkəmə qətnaməsində aydın şəkildə öz əksini tapmış, birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

78. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xx.xx.2024-cü il tarixli işdən çıxma əmrinin bir hadisəyə görə deyil bütün hallara cəm formada qiymət verməklə iddiaçının işdən çıxarılması barədə olması, sözügedən əmrin əsaslanma hissəsinin 10 abzas olsa da məhkəmənin sanki iddiaçının yalnız sosial şəbəkədə yazdıqlarına görə işdən çıxarılmasını qeyd etməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

79. Həmin Məcəllənin 80-cı maddəsinin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

80. İşdə olan X22 Teatrının Həmkarlar təşkilatı iclasının xx.xx.2024- cü il tarixli, 08 №li protokolun surətindən görünür ki, iclasda iştirak edirdilər: 9 nəfər. iclasın gündəliyi: X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı öz facebook səhifəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş Həmkarlar təşkilatının iclas və iclasda iştirak edən həmkarlar təşkilatının üzvləri, teatr ağsaqqalları və teatr rəhbərləri haqqında xoşagəlməz və təhqiredici ifadələr işlətməsi. X22 Teatrının ədəbi dram hissəsinin rəhbəri İddiaçı işdən azad olunmasının lehinə yekdilliklə səs verildi.

81. Kollegiya qeyd edir ki, əgər iddiaçı tərəfindən əmək funksiyalarının pozulması halı olmuşdursa, iddiaçı tərəfindən vəzifə öhdəliklərinə aid olan əmək funksiyaları yerinə yetirilməmişdirsə, əmək vəzifələrini kobud şəkildə pozmuşdursa, cavabdeh təşkilat teatrın həmkarlar ittifaqı təşkilatına göndərdiyi təqdimatında həmin halların nədən ibarət olmasını qeyd etməklə yanaşı, işçinin əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və yaxud əmək vəzifələrinin kobud şəkildə pozulmasının nədə ifadə edilməsi həmkarlar ittifaqı təşkilatının iclasında da müzakirə edilməklə, həmkarlar ittifaqı təşkilatı özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olmuşdur.

82. Həmkarlar ittifaqı təşkilatının müzakirəsinə təqdim edilməmiş, həmkarlar ittifaqı təşkilatında müzakirə edilməmiş bir məsələ üzrə işçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsaslarla işdən azad edilməsi yolverilməzdir.

83. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 15 aprel 2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, dövlətin sosial mahiyyəti digər amillərlə yanaşı, həm də vətəndaşların əmək sahəsində hüquqlarının həyata keçirilməsinin, o cümlədən sabit məşğulluğun təmin olunmasında ifadə olunur.

84. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur.

85. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı).

86. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh M.Davudova adına X22 Teatrı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1594/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh M.Davudova adına X22 Teatrı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1594/2024 nömrəli qətnaməsi cavabdeh M.Davudova adına X22 Teatrının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar