Məhkəmə qərarları › İş №2(107)-408/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-408/2024

01.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-408/2024 01.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı su çənlərinin götürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mülkiyyətə qəsdin, mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması, su çənlərinin götürülməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı su çənlərinin götürülməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(039)-202/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı su çənlərinin götürülməsi tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax şəhəri M.Füzuli küçəsi 18 saylı binanın damında, bilavasitə ona məxsus olan 39 saylı mənzilin üzərində yerləşən və cavabdehlərə məxsus olan su çənlərinin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda Yevlax şəhəri M.Füzuli küçəsi 18 saylı bina, mənzil 39-da yaşayır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, M.ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil mülkiyyətində olmaqla yanaşı həm də onun istifadəsindədir və uzun illərdir ki, onların ailəsinin yeganə yaşayış yeridir. Lakin o, həmin mənzildə faktiki olaraq yaşaya bilmir. Onun məzilinin üstündə bir neçə başqa mənzilə aid olan su çənləri yerləşir ki, həmin çənlərdən də zaman-zaman su axaraq onun evinə dolur. Artıq onun evi tam yararsız vəziyyətdədir. Nəinki ev, hətta evdəki əşyalar da tam yararsız hala düşümüşdür. Buna səbəb isə cavabdehlərə məxsus olan su çənləridir. Məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciətlər etsə də ona köməklik olunmamışdır. Hazırki tələbi mənzilinin üzərindəki su çənlərinin götürülməsidir.

Birinci instansiya məhkəməsində icraat:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etməyərək izah etdi ki, ona məxsus su çəni iddiaçının mənzilinin üstündə deyil yəni yaşayış binasının sakinlərinin ümmumi istifadəsində olan podyezdinin üzərində olduğundan həmin su çənindən iddiaçının mənzilnə heç bir su sızması olmamışdır.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izah etdi ki, binanın bütün sakinlərinin istifadəsində olan su çənləri binanın damında quraşdırılmışdır, onlara məxsus su çəni konkret olaraq iddiaçının mənzilinin üzərində yerləşmədiyindən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini iddiaçının mənzilinin üzərində hansı qonşuya məxsus olan su çəninin olduğunu bilmədən mənzilinə yaxınlıqda yerləşən qonşulara qarşı əsassız iddia qaldırmışdır, onun tərəfindən İddiaçı mənzilinə hər hansı ziyan vurulmamışdır, bu səbəbdən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etmədiyini ümumiyyətlə onların yaşadığı binanın, eləcə də iddiaçının mənzili ən üst mərtəbədə yerləşdiyindən həmin mənzilin üzərində bir neçə su çəni quraşdırılmışdır, iddiaçı ona konkret kimə məxsus su çənindən ziyan vurulduğunu bilmədən mənzilinə yaxınlıqda yerləşən qonşulara qarşı iddia qaldırmışdır, onun tərəfindən İddiaçı mənzilinə hər hansı ziyan vurulmadığından məhkəmədən iddianın rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır.

9. Yevlax Rayon Məhkəməsinin (hakim K.Əliyev) 20 noyabr 2023-cü il tarixli, 2(039)-202/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı su çənlərinin götürülməsi tələbi haqqında iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, İddiaçı 50 manat ekspertiza xərci tutularaq X2; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, tərəflər qonşudular. Yevlax şəhəri, M.Füzuli küçəsi bina 18-də sakinlər mənzillərini içməli su ilə təmin etmək üçün həmin binanın dam hissəsinə bir çox su çənləri quraşdırmışdır ki, həmin çənlərin bir neçəsi də iddiaçının mənzilinin üzərində quraşdırılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının Yevlax şəhəri, M.ünvan 2 ünvanındakı mənzilin damında olan su çəninin deşilməsi nəticəsində ona ziyan dəymişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. İddiaçı məhz cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus su çənlərinin onun mənzilinin üzərində yerləşməsini məhkəmədə iddia etsə də, bu halı təsdiq edecek sübutu məhkəməyə təqdim etməmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi, Cavabdeh3 və Cavabdeh5 iddiaçının mənzilinin üzərindəki su çənlərinin onlara məxsus olmadığını bildirmiş, tərəflər tədqiq olunan obyektə baxış keçirilməsi üçün müəyyən olunmuş vaxtda gəlmədiklərindən müvafiq ekspertizanın keçirilməsindən imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia etdiyi su çənlərinin məhz cavabdehlərə məxsus olması mövcud sübutlar əsasında müəyyən olunmur, həmin iddianın təmin olunması üçün mübahisələndirilən su çənlərinin cavabdehlərə məxsusluğu sübut olunmalıdır ki, sonuncuların üzərinə hər hansı bir vəzifə qoyulsun.

13. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı su çənlərinin götürülməsi tələbi haqqında iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 115.0.1, 107, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan İddiaçı apellyаsiyа şikаyəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, M.ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Lakin cavabdehlərin qeyriqanuni hərəkətləri nəticəsində o, öz mülkiyyətindən istifadə edə bilmir. Məhz hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi də dolayısı ilə onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

17. Əvvəla onu qeyd edir ki, məhkəmə ilk öncə 16 dekabr 2022-ci il tarixli qərardad ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Həmin qərardad əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli 10/251 saylı ekspert rəyindən görünür ki, rəyin təsviri hissəsində qeyd olunanları və əvvəllər su çəninin deşilməsi halının baş verdiyi nəzərə alınarsa, Yevlax şəhəri, M.ünvan 2 ünvanındakı mənzilin damında olan iddia ərizəsində qeyd olunmuş su çənin deşilməsi nəticəsində həmin mənzilə ziyan dəyə biləcəyi ehtimal olunur. Yevlax şəhəri, M.ünvan 2-da əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 1413 manat məbləğində olduğu müəyyən edildi.

18. Göründüyü kimi ekspert rəyi ilə çənlərdən su axması və bunun nəticəsində də ona ziyan dəyməsi təsdiq olunmuşdur. Bu halın özü onun iddia ərizəsinin təmin edilməsi üçün yetərli idi.

19. Cavabdehlər Cavabdeh1 məxsus olan 24 saylı mənzil və Cavabdeh2 məxsus olan 28 saylı mənzil onun yaşadığı blokda deyil, qonşu blokda yerləşir. Yəni onlar qonşu blokda olduqları halda onlara məxsus olan çənlər niyə onların blokda, həm də ona məxsus olan mənzilin üzərində olmalıdır ki?!

20. Bundan başqa Cavabdeh5 məxsus olan mənzil onunla eyni blokda və 5-ci mərtəbədə yerləşir. Mənzilləri qonşudur. O, özü 5-ci mərtəbədə ola-ola niyə ona məxsus olan çən öz mənzilinin deyil, onun mənzilinin üzərində olmalıdır?! Özü 5-ci mətəbədə yaşayır, çən də öz mənzilinin üstündə olsun.

21. Ümumiyyətlə bina tikilən zaman onun üzərində çənlər olmamışdır. Həmin çənlər sonradan vətəndaşların özü tərəfindən qanunsuz olaraq quraşdırılmışdır. Həmin çənlərin binanın üstünə qoyulması barədə hansısa bir rəsmi razılıq alınmamış, heç bir qurum tərəfindən buna icazə verilməmişdir.

22. O, məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdə maddi imkanım olmadığı üçün hər hansısa bir vəkillə müqavilə bağlaya bilməmişdir. Lakin birinci instansiya məhkəməsi onun ziyanına qərar verdikdən sonra o, məcbur qalaraq Vəkil ilə müqavilə bağlamış və bundan sonra vəkil rəsmi sorğu ilə Yevlax Şəhər 2 saylı Mənzil Təmir İstismar Sahəsinə müraciət edərək ona məxsus olan mənzilin üzərində yerləşən çənlərin kimlərə məxsus olması barədə arayış verilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətinə əlavə olunan Yevlax Şəhər 2 saylı Mənzil Təmir İstismar Sahəsinin 26 dekabr 2023-cü il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Yevlax şəhəri ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus olan mənzilin üzərində (binanın damında) quraşdırılan su çənləri aşağıda göstərilən vətəndaşlara məxsusdur: 1. Mənzil 24 - Cavabdeh1, 2. Mənzil 28 X8 (Elşad səhvən Elşən kimi yazılıb), 3. Mənzil 31 - Cavabdeh3, 4. Məzil 33 - Cavabdeh4, 5. Mənzil 40-Cavabdeh5.

24. Göründüyü kimi hazırkı rəsmi sənəd ilə sübut olunur ki, ona məxsus olan mənzilin üzərində quraşdırılmış çənlər cavabdehlərə məxsusdur. Bir halda ki, çənlər həmin şəxslərə məxsusdur və ekspert rəyi ilə də həmin çənlərdən su axması nəticəsində onun mənzilinə ziyan dəyməsi təsdiq olunur, bu halda o, hazırkı iddia tələbində haqlıdır və iddia ərizəsi təmin edilməlidir.

25. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(039)-202/2023 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Yevlax şəhəri Məhəmməd Füzuli küçəsi 18 saylı mənzilin damında, bilavasitə ona məxus olan 39 saylı mənzilin üzərində yerləşən və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4Fərrux qızı və Cavabdeh5 məxsus olan su çənlərinin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətinə yazılı etirazında apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(039)-202/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(039)-202/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Yevlax şəhəri Məhəmməd Füzuli küçəsi 18 saylı mənzilin damında, bilavasitə iddiaçıya məxus olan 39 nömrəli mənzilin üzərində yerləşən və cavabdehlərə məxsus olan su çənlərinin götürülməsi tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi X6, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, cavabdehin nümayəndəsi X7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax şəhər 2 saylı Mənzil Təmir İstismar Sahəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. İddiaçı Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(039)- 202/2023 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə nəzərə almamışdır.

37. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və ya müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. Tərəflər arasındakı mübahisə iddiaçının mülkiyyətinə olan qəsd, iddiaçının öz mülkiyyətindən istədiyi kimi istifadəsinə maneənin tərədilməsi üzrə yaranmışdır.

39. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax şəhəri Məhəmməd ünvan 2-da yerləşən ümumi sahəsi 70 kv/m olan mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil Yevlax şəhəri Məhəmməd Füzuli küçəsi ev 18 ünvanında yerləşən binanın sonuncu mərtəbəsində yerləşməklə iddiaçının mülkiyyətində olan mənzilin üzərində, yəni həmin binanın damında cavabdehlər tərəfindən su çənləri quraşdırılmışdır. Həmin binanın digər mənzillərində yaşayan cavabdehlər tərəfindən quraşdırılmış su çənlərindən suyun axması iddiaçının mənzilinin yararsız hala düşməsi ilə nəticələnmişdir. Həmçinin həmin çənlərin quraşdırılması üçün müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmamaqla, onların quraşdırılmasında qanunvericiliyin tələblərinə riayət edilmədiyi müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspert rəyi ilə çənlərdən su axması və bunun nəticəsində də ona ziyan dəyməsinin təsdiq olunması, rəsmi sənədlə ona məxsus olan mənzilin üzərində quraşdırılmış çənlərin cavabdehlərə məxsus olmasının sübut olunması, ekspert rəyi ilə də həmin çənlərdən su axması nəticəsində onun mənzilinə ziyan dəyməsinin təsdiq olunması, bu halda onun hazırkı iddia tələbində haqlı olmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməli olmasına dair gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

41. Belə ki, birinci instansiya məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(039)- 2742/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, qərardadın icrası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli 10/251 nömrəli ekspert rəyi əldə edilərək, iş materiallarına əlavə edilmişdir.

42. Məhkəmə tikinti texniki ekspertizasının 12 aprel 2023-cü il tarixli 10/251 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin təsviri hissəsində qeyd olunanları və əvvəllər su çəninin deşilməsi halının baş verdiyi nəzərə alınarsa, Yevlax şəhəri, M.ünvan 2 ünvanındakı mənzilin damında olan iddia ərizəsində qeyd olunmuş su çənin deşilməsi nəticəsində həmin mənzilə ziyan dəyə biləcəyi ehtimal olunur. Yevlax şəhəri, M.ünvan 2-da əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 1413 manat məbləğində olduğu müəyyən edildi.

43. Ekspertiza tədqiqatı ilə iddiaçının mülkiyyətində olan mənzilin yararsız hala düşməsinin mənzilin damında olan iddia ərizəsində qeyd olunmuş su çəninin deşilməsi ilə əlaqələndirildiyi halda birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair mövqeyini rəydə qeyd edilənləri təkzib edə biləcək hər hansı bir dəlillə deyil, yanlış olaraq cavabdehlərə məxsus su çənlərinin iddiaçının mənzilinin üzərində yerləşməsini təsdiq edə biləcək sübutun məhkəməyə təqdim edilməməsi, mübahisələndirilən su çənlərinin cavabdehlərə məxsusluğunun sübut edilməli olması ilə əsaslandırmışdır.

44. Lakin işdə olan Yevlax şəhər 2 saylı Mənzil Təmir İstismar Sahəsinin vəkil sorğusuna 26 dekabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, Yevlax şəhəri, M.ünvan 3 ünvanında yerləşən mənzilin sahibi İddiaçı mənzilinin üzərində (binanın damında) quraşdırılan su çənləri aşağıda göstərilən vətəndaşlara məxsusdur: 1. Mənzil 24 - Cavabdeh1, 2. Mənzil 28 X8, 3. Mənzil 31 - Cavabdeh3, 4. Məzil 33 - Cavabdeh4,

5. Mənzil 40-Cavabdeh5.

45. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları baxımından gəldiyi hüquqi nəticəni qanuni və əsaslı hesab etmir və belə qənaətə gəlir ki, həmin nəticə qüvvədə olan maddi hüquq normasının düzgün tətbiq olunmaması və səhv təfsir olunmasına əsaslandığından qüvvədə qala bilməz və ləğv olunmalıdır.

46. Həmçinin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 05 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, eksperizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin çənlərin sonradan vətəndaşların özü tərəfindən qanunsuz olaraq quraşdırılması, həmin çənlərin binanın üstünə qoyulması barədə hansısa bir rəsmi razılığın alınmaması, heç bir qurum tərəfindən buna icazə verilməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, iş materialına əlavə edilmiş məhkəmə texniki ekspertizasının 28 avqust 2024-cü il tarixli, 10/2305 nömrəli rəyindən görünür ki, Yevlax şəhəri, M.Füzuli küçəsi 18 nömrəli binanın damında mövcud olan su çəninin quraşdırılmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq edilmiş şəhərsalma sənədləri üzrə obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərin tələblərinə riayət olunmadığı müəyyən edilir.

48. Yaşayış binalarının üzərinə quraşdırılmış çənlərin həmin dam örtüyündə digər şəxslərə zərər yetirməyəcək yerə köçürülməsi və su çənlərinin götürülməsi nəticəsində cavabdehlərin su ilə təmin olunması məsələlərinin müəyyən olunması, tikinti texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından bu suallar üzrə tədqiqat aparılmamışdır.

49. Kollegiya qeyd edir ki, həm məhkəmə kollegiyasının, həmçinin də birinci instansiya məhkəməsinin qərardadlarının icrası üzrə əldə edilmiş ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

50. Şərh edilənlər nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmasına baxmayaraq, birinci instansiya məhkəməsi yanlış mövqedən çıxış edərək, iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı olması nəzərə alınaraq həm birinci instansiya məhkəməsindəki məhkəmə araşdırması, həm də məhkəmə kollegiyasındakı məhkəmə araşdırması ilə bağlı çəkilmiş məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir.

52. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan İddiaçı apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(039)-202/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı su çənlərinin götürülməsi tələbinə dair iddiası təmin edilməli, Yevlax şəhəri M.Füzuli küçəsi 18 saylı binanın damında, İddiaçı mülkiyyətində olan 39 saylı mənzilin üzərində yerləşən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olan su çənləri götürülməlidir.

53. Həmçinin iddianın təmin edilməsi nəzərə alınaraq, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının araşdırması dövründə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməlidir.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(039)-202/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı su çənlərinin götürülməsi tələbinə dair iddiası təmin edilsin. Yevlax şəhəri M.Füzuli küçəsi 18 saylı binanın damında, İddiaçı mülkiyyətində olan 39 saylı mənzilin üzərində yerləşən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olan su çənləri götürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar