Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-409/2022 02.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(046)-1907/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(046)-1907/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia rədd olunmuş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ilə 04.09.2006-ci il tarixdə nikah bağlamışlar, birgə nikahdan 26.07.2007-ci il tarixdə X50 və 31.07.2009-cu il tarixdə X55 anadan olmuşdur. Bundan sonra cavabdehlərin yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evinə cehiz əmlakları ilə birlikdə gəlin köçmüş və faktiki ayrılana kimi onlara məxsus evdə yaşamaqla birgə təsərrüfatı idarə etmişdir. Cavabdeh1la münasiblərində dəyişikliklər baş vermiş, buna görə də Göyçay rayon Məhkəməsinin 19 noybar 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, azyaşlı uşaqları onun himayəsində saxlanılmışdır. Ər-arvad münasibətləri kəsildikdən sonra, cavabdehlər onu azyaşlı uşaqları ilə yaşadığı və cehiz əmlaklarının yerləşdiyi evə buraxmamışlar. Yaşadığı evdən çıxdıqdan sonra azyaşlı uşaqları ilə kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. Müəllimə kimi aldığı əmək haqqı özünün, övladlarının saxlanmasına, eləcə də kirayə haqqını ödəməyə kifayət etmir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçının köçmək istədiyi fərdi yaşayış evi 1956-cı ildə inşa edilməklə həmin vaxtdan iddiaçının keçmiş əri Cavabdeh1 babası X2 11 oktyabr 1976-cı ildə vəfatından sonra qısa müddət ərzində arvadı X1 olmuşdur. X24 30 mart 1977ci il tarixdə vəfat etmiş və mübahisə predmeti olan fərdi yaşayış evi həmin vaxtdan iddiaçının keçmiş əri Cavabdeh1 atası Rəfail Manafovun istifadəsində olmuşdur. Qeyd edilən hallar X52 filialından əldə edilmiş Göyçay rayonu Potu kənd XDS icraiyyə Komitəsinin Ulaşlı-Şıxlı kəndinə aid 1974-1976, 1977-1979, 1986-1990, 1991- 1995-ci illərin təsərrüfatbaşına kitabına dair 03 noyabr 2021-ci il tarixli 385 saylı arxiv arayışı ilə təsdiqlənir. Bundan başqa Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-158 F saylı şəhadətnamədə də 4102,1 kvm torpaq sahəsinin 268,1 kvm hissəsinin tikinti altında olmaqla 159,7 kvm sahədə yaşayış evinin olması göstərilmişdir. Mübahisəli evin sahibi X14 21 fevral 2016-cı il tarixdə vəfat etmiş və onun mirasına 10 avqust 2020-ci il tarixdə vərəsəlik açılaraq Göyçay rayon notariat kontoru tərəfindən verilmiş X63 hüququ haqqında şəhadətnaməyə əsasən hazırkı iş üzrə cavabdehlərə, həmçinin miras qoyanın övladları X36 və X19 bərabər hissədə pay almaq hüququ verilmişdir və qanun üzrə vərəsələrin miras əmlaka mülkiyyət hüquqları 13 avqust 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Göründüyü kimi mənzil münasibətləri yaranarkən mübahisəli ev mərhum X6 məxsus olmuş və ailə üzvləri ilə birlikdə qanuni əsaslarla həmin evdə yaşamışdır. Həmin evə dair mərhumun adına müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyat aparılmış, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Mərhumun həmin evi öz mülkiyyətinə keçirmək üçün qanuni gözləntiləri olmuşdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı əsasında hazırki iş üzrə cavabdehlərin, eləcə də ailə üzvlərinin mülkiyyətinə verilmiş, Cavabdeh1la ailə qurarkən sözügedən ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, yalnız X5 vəfatından sonra həmin ev dövlət qeydiyyatına alınmışdır. Fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən mərhum X6 çatası miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün sonuncunun İ növbəli vərəsələri Göyçay rayon notariat kontoruna müraciət etmiş, 10 avqust 2020-ci il tarixli X63 hüququ haqqında şəhadətnamə əsasında hazırkı iş üzrə cavabdehlərin, həmçinin miras qoyanın övladları X25 və X18 miras əmlakda bərabər payları müəyyən edilmişdir. Mübahisəli fərdi yaşayış evi X26, X45, X46 və X20 xüsusi mülkiyyəti kimi 13 avqust 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Mübahisəli fərdi yaşayış evinə köçərkən, həmin ev mülkiyyətdə olmasa da, sonradan hazırki iş üzrə cavabdehlərin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, yaşayış sahəsinin mülkiyyət forması dəyişmiş və həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələr də dəyişmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(046)- 1907/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(046)-1907/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(046)- 1907/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası qismən - Cavabdeh1 münasibətdə qismən təmin edilməli, İddiaçı Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən Cavabdeh1 ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququ 26 iyun 2007-ci il tarixdə anadan olmuş X50 yetkinlik yaşına çatanadək, yəni 26 iyun 2025-ci il tarixədək saxlanılmalı, İddiaçı 26.06.2007-ci il tarixdə anadan olmuş X50 və 31.07.2009-cu il tarixdə anadan olmuş Cavabdeh1 ilə birgə Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən Cavabdeh1 ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli 2(046)-1144/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 04.09.2006-cı il tarixdə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahdan 26.06.2007-ci il tarixdə anadan olmuş X50 və 31.07.2009-cu il tarixdə anadan olmuş Cavabdeh1 İddiaçı yanında qalmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X44 tərəfindən 03.11.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Göyçay rayon Potu kənd XDS İcraiyyə Komitəsinin Ulaşlı-Şıxlı kəndinə aid 1974-1976-cı illərin təsərrüfatbaşına kitabın 103-cü təsərrüfatında X7 ailə başçısı olmaqla (11.10.1976-cı ildə vəfat etməsi və təsərrüfatın arvadı Məsmənin adına keçməsi qeydi var) öhdəsində 0.30 ha həyətyanı torpaq sahəsi, 2 otaqdan ibarət yaşayış evinin 1956-cı ildə tikilməsi və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir: arvadı adı-X24 oğlu-X8 qızı-X15 qızı-X9 qızı-X10 qızı- X11. 1977-1979-cu illərin təsərrüfatbaşına kitabın 104-cü təsərrüfatında X24 ailə başçısı olmaqla (30.03.1977-ci ildə vəfat etməsi və təsərrüfatın oğlu X3 adına keçməsi qeydi var, öhdəsində 0,30 ha həyətyanı torpaq sahəsi, 2 otaqdan ibarət yaşayış evinin 1956-cı ildə tikilməsi və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir: oğlu-X12 qızı-X15, qızı-X9 qızı-X10 qızı-X11 gəlini-X21 nəvəsi-X45 nəvəsi-X42 1986-1990-cı illərin təsərrüfatbaşına kitabın 131-ci təsərrüfatında X16 ailə başçısı olmaqla öhdəsində 0,30 ha həyətyanı torpaq sahəsi, yaşayış evinin 1956-cı ildə tikilməsi, ümumi sahəsi 75 kvm, yaşayış sahəsinin 40 kvm olması və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir: bacısı-X15 arvadı-X26 bacısı-X11 oğlu-X47 qızı-X43 oğlu- X48. Göyçay rayon İHB-nın Potu kənd nümayəndəsinin Ulaşlı-Şıxlı kəndinə aid 1991- 1995- ci illərin təsərrüfatbaşına kitabın 176-cı təsərrüfatında X17 ailə başçısı olmaqla öhdəsində 0,30 ha həyətyanı torpaq sahəsi, yaşayış evinin ümumi sahəsi 75 kvm, o cümlədən yaşayış sahəsi 40 kvm və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir: bacısı-X15 arvadı- X26 oğlu-X45 qızı-X42 oğlu-X46. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN 158F saylı Şəhadətnamədən görünür ki, Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən 0.41 ha torpaq sahəsi X12, X26, X45, X46 və X20 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X63 Hüququ Haqqında 10.08.2020-ci il tarixli Şəhadətnamədən görünür ki, X5 vərəsələri X26, X45, X46 və X27r. Məhkəməyə təqdim edilmiş 13.08.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində 0.41 ha torpaq sahəsində yerləşən 89.1 kv.m fərdi yaşayış evi və həmin torpaq sahəsi X26, X45, X46 və X20 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29 və 71-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək bə onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 mülkiyyətində olan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 21.07.1998-ci il tarixli 39 nömrəli qərarı ilə Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən 0.41 ha torpaq sahəsi X12, X26, X45, X46 və X20 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsində cavabdehlərin ailə üzvü sayılan mərhum X4 şəxsi vəsaiti hesabına 1991- 1995-ci illərdə fərdi yaşayış evi inşa edilmişdir. X12 21.02.2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dan 13.08.2020-ci il tarixdə çıxarış almışlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Göründüyü kimi İddiaçı Cavabdeh1 ilə 04.09.2006-cı ildə ailə həyatı quraraq mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquq olmuşdur. İddiaçı mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 məxsus Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi Cavabdeh1 və Cavabdeh2 oğlunun mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1-ci mаddəsinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etməli olduğu halda bunu etmədiyindən Göyçay Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(046)-1907/2021 nömrəli qətnaməsi ləğv edilməlidir. Mülki işin materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 04.09.2006-ci il tarixdə nikah bağlamışlar. İddiaçı Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən sözügedən fərdi yaşayış evinə köçərək Cavabdeh1 ilə birlikdə orada yaşamışlar. Həmin vaxt sözügedən fərdi yaşayış evi Cavabdeh1 mərhum atası X5 istifadəsində olmuş, lakin sonuncu həmin evə mülkiyyət hüququna sahib olmamışdır. Sonradan Torpağın Mülkiyyətə verilməsinə dair JN 158F saylı Şəhadətnamə ilə Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən 0.41 ha torpaq sahəsi X12, X26, X45, X46 və X20 mülkiyyətinə verilmişdir. X14 21 fevral 2016-cı il tarixdə vəfat etmişdir. 28.07.2020-ci il tarixdə Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə X12, X26, X45, X46 və X20 ümumi birgə mülkiyyət hüququnun olması barədə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 10 avqust 2020-ci il tarixdə Göyçay rayon notariat kontorunda vərəsəlik açılaraq X63 hüququ haqqında şəhadətnaməyə əsasən X26, X45, X46 və X28 miras əmlakdan bərabər hissədə pay almaq hüququ verilmişdir. 13.08.2020-ci il tarixdə Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə X26, X45, X46 və X20 ümumi birgə mülkiyyət hüququnun olması barədə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Göyçay Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli 2(046)-1144/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 04.09.2006cı il tarixdə qeydə alınmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri ), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərin xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasına tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Göründüyü kimi, İddiaçı 19.11.2020-ci il tarixdə Cavabdeh1 ilə aralarındakı nikah pozulana qədər Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətçilərdən biri olan əri ilə birgə istifadə hüququna malik olmuşdur. İddiaçı nikah pozulduqdan sonra Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilsə də, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-ci maddəsinin tələbinə əsasən ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən istifadə hüququ məhkəmə tərəfindən müəyyən müddətə saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırda yaşamağa digər yeri olmadığından, himayəsidə olan uşaqları 26.06.2007-ci il tarixdə anadan olmuş X37 halhazırda 15 yaşı və 31.07.2009-cu il tarixdə anadan olmuş Cavabdeh1 hal-hazırda 13 yaşı olduğundan, yəni iddiaçı yetkinlik yaşına çatmamış övladlarına baxmalı olduğundan onun sözü gedən yaşayış evinə istifadə hüququ 26.06.2007-ci il tarixdə anadan olmuş X37 18 yaşı tamam olanadək saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh1 keçmiş ailə üzvü olduğundan, digər Cavabdeh2 isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından ailə üzvü hesab edilmədiyindən, hazırki iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməlidir, digər Cavabdeh2 münasibətdə isə iddia tələbi təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(046)-1907/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası qismən - Cavabdeh1 münasibətdə qismən təmin edilməli, İddiaçı Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən Cavabdeh1 ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququ 26 iyun 2007-ci il tarixdə anadan olmuş X50 yetkinlik yaşına çatanadək, yəni 26 iyun 2025-ci il tarixədək saxlanılmalı, İddiaçı 26.06.2007-ci il tarixdə anadan olmuş X50 və 31.07.2009-cu il tarixdə anadan olmuş Cavabdeh1 ilə birgə Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən Cavabdeh1 ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Göyçay Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(046)-1907/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası qismən - Cavabdeh1 münasibətdə qismən təmin edilsin. İddiaçı Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən Cavabdeh1 ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququ 26 iyun 2007-ci il tarixdə anadan olmuş X50 yetkinlik yaşına çatanadək, yəni 26 iyun 2025-ci il tarixədək saxlanılsın. İddiaçı 26.06.2007-ci il tarixdə anadan olmuş oğlu X50 və 31.07.2009-cu il tarixdə anadan olmuş oğlu Cavabdeh1 ilə birgə Göyçay rayon Ulaşlı Şıxlı kəndində yerləşən Cavabdeh1 ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-409/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-409/2022
02.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver