Məhkəmə qərarları › İş №2(107)-41/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-41/2025

03.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-41/2025 03.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza tədqiqatı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli e-2(019)- 644/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1,2685 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Balakən rayonu Qazma kəndində 1,2685 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış da verilmişdir. Lakin o, sözügedən torpaq sahəsindən istifadə edə bilmir, çünki həmin torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt olunmuşdur. Dəfələrlə tərəfindən cavabdehlərə şifahi olaraq xəbərdarlıq edilmişdir, lakin nəticəsi olmamışdır. Cavabdehlər öz qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüququnu pozurlar. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı etiraf etməyərək göstərdi ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qazma kəndində yerləşən 1,2685 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı qohumdurlar,Balakən rayonu Qazma kəndində yaşayır. xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.3350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əsasən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Tərəflərin mülkiyyətinə Balakən rayonu, Qazma kəndi ərazisindən verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri həmin ərazidə vətəndaşların ümumilikdə istifadə etdikləri torpaq sahələri hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunur. Həmin ərazidə vətəndaşların naturada istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlər arasında kəskin konfiqurasiya fərqləri mövcuddur. Bu səbəbdən Cavabdeh2 və Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən,həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin kordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 və Cavabdeh1 istifadəsində olan 0,67 ha hissəsində ləğv edilməsi,cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Hazırda iş 2-1(116)-3365/2023 nömrə ilə Şəki İnzibati Məhkəməsinin icraatındadır. Yəqin ki, İnzibati Məhkəmənin qərarı ilə mövcud nöqsanlar aradan qaldırılacaqdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 06 dekabr 2023-cü il tarixli e- 2(019)-644/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1,2685 ha torpaq sahəsinin 0,67 hektar hissəsindən (ekspert rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən qaydada) çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun xərcinin 50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ödənilməsi, dövlət rüsumu xərcinin 50 manatı İddiaçı özünə aid edilməsi, 100 (bir yüz) manat ekspertiza xərcinin 50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 50 manatı İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində onun Balakən rayonu Qazma kəndi ərazisində 1,2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır.Həmin torpaq sahəsinin 0,67 hektar hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. Onlar, iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə imkan vermirlər. Odur ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə gəldiyi nəticəni açağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə qeyd etmişdir ki, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir.

8. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1,2685 ha torpaq sahəsinin 0,67 hektar hissəsindən (ekspert rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən qaydada ) çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

9. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ödənməli, dövlət rüsumu xərcinin 50 manatı isə İddiaçı özünə aid edilməli, 100 (bir yüz) manat ekspertiza xərcinin 50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 50 manatı İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2, 238.1, 238.3, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti vermişlər.

12. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Qazma kəndində yaşayırlar. İddiaçı Cavabdeh2 qardaşı arvadıdır. Mübahisələndirilən torpaq sahələri təxminən 2000-ci illərdən tərəflərin istifadəsindədir. Cavabdehlər həmin ildə orada fındıq ağacları əkmişlər. Məhkəmə iclasında iddiaçı da bunu təsdiq etmişdir.

13. Sonradan həmin torpaq sahələri alqı-satqı qaydasında tərəflərin mülkiyyətinə verilmişdir. Belə ki, xx.xx.2018-ciil tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.3350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda xx.xx.2021-ci iltarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlərin istifadəsində olan iddiaçının mübahisələndirdiyi torpaq sahələri əvvəllər də onların istifadəsində olmuş və həmin ərazidə fındıq ağacları əkmişlər. Lakin cavabdehlərə məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədlərində onların faktiki istifadələrində olan ərazinin koordinatları işlənməmişdir. İddiaçının faktiki istifadəsində isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən həcmdə torpaq sahəsi vardır. Lakin iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən onun heç vaxt istifadəsində olmayan torpaq sahəsini cavabdehlərdən tələb edir.

14. Belə olan halda isə Balakən rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Beləki, hazırki mübahisə torpaq sahəsinin qanunsuz istifadə olunması ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olmasını iddia edir.

15. Məlumat üçün bildirir ki, tərəflərin mülkiyyətinə Balakən rayonu, Qazma kəndi ərazisindən verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri həmin ərazidə vətəndaşların ümumilikdə istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedicı sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunur. Həmin ərazidə vətəndaşların naturada istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlər arasında kəskin konfiqurasiya fərqləri mövcuddur.

16. Mövcud xəritəmaterialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı iltarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmış vətəndaşların torpaq sahələri pay normalarına uyğun olaraq elektron baza məlumatlarında öz əksini tapmış və həmin ərazidə olan mübahisələr aradan qaldırılmışdır.

17. Torpaq sahələrindən istifadə ilə bağlı tərəflər arasında mübahisə mövcuddur, tərəflər arasında mübahisə isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsində yeni istifadəyə verilmiş TEKUİS məlumat bazasında öz həllini tapmışdır. Mübahisənin bu istiqamətdə həll edilməsi ilə bağlı ekspert qarşısında sual qoyulmamışdır. Həmin hal ekspert rəyində əksini tapmamışdır. Ümumiyyətlə məhkəmə iddiaçının torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olubolmamasının müəyyən edilməsi ilə bağlı cavabdehə məxsus hüquqmüəyyənedici sənədlərin cizgilərinin iddiaçıya məxsus torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşməsini araşdırmamış, bu barədə ekspert qarşısında sual qoymamışdır. Çünki tərəflərin mülkiyyətinə Balakən rayonu, Qazma kəndi ərazisindən verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri həmin ərazidə vətəndaşların ümumilikdə istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedicı sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunur. Həmin ərazidə vətəndaşların naturada istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlər arasında kəskin konfiqurasiyafərqləri mövcuddur.

18. Eyni zamanda hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olub olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi, iddiaçıya verilmiş torpaq sahələrinin cizgilərinin cavabdehlərə verilmiş torpaq sahələrinin koordinatlarının üst-üstə düşübdüşməməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə araşdırma aparılmamış və birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halı nəzərə almadan iddianın təmin edilməsini qanuni hesab etmişdir.

19. Bundan əlavə Cavabdeh2 və Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Hazırda iş 2-1(116)-3365/2023 nömrə ilə Şəki İnzibati Məhkəməsinin icraatındadır.

20. Hazırki vəziyyətdə isə İddiaçı adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əsaslılığı Şəki İnzibati Məhkəməsinin 2-1(116)-3365/2023 nömrəli işdə mübahisələndirilir.

21. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-3365/2023 nömrəli iş yekunlaşdıqdan sonra hazırki mülki işin obyektiv, tam və ədalətli həllinə nail olmaq mümkün olmadığından cavabdehlər birinci instansiya məhkəməsinə Şəki İnzibati Məhkəməsinin 1(116)- 3365/2023 nömrəli iş yekunlaşana qədər e-2(019)-644/2023 saylı mülki işin icraatının dayandırılması barədə vəsatət vermişdir. Lakin məhkəmə vəsatətə baxaraq xx.xx.2023cü il tarixli e-2(019)-644/2023 saylı qərardadı ilə vəsatəti təmin etməmişdir.

22. Göstərilənlərə əsasən hesab edirlər ki, birinci instansiya məhkəməsi MPM-in 88ci, 101.7, 103.1, 218.1-ci, 254-cü maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

23. Balakən rayon məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, cavabdehin təqdim etdiyi sübutlara müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

24. Balakən rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir.

25. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin, işdən də göründüyü kimi, maddi hüquq normasını düzgün tətbiq etməməklə iş mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.

26. Birinci instansiyası məhkəməsi hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi, iddiaçıya verilmiş torpaq sahələrinin cizgilərinin cavabdehlərə verilmiş torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə araşdırma aparılmamış və yuxarıda qeyd olunan halı nəzərə almadan iddianın təmin edilməsini qanuni hesab etmişdir

27. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsini həll etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

28. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e-2(019)-644/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e-2(019)-644/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e-2(019)-644/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh1, cavabdehlərin vəkili Nümayəndə2, iddiaçının vəkili Nümayəndə1 kollegiyanın iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

37. “X2rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Apellyator şikayətində Balakən Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e-2(019)-644/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.

41. Ona görə də məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e-2(019)-644/2023 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması üçün əsas yoxdur.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

44. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30 sentyabr 2022-ci il tarixdə verilmiş **********57 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 01 iyun 2021-ci il tarixdə verilmiş **********78 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21 iyun 2018-ci il tarixdə verilmiş **********58 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən 0.3350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 mülkiyyətlərindədir.

45. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********57 reyestr, ********** qeydiyyat nömrəli 30 sentyabr 2022-ci il tarixli çıxarışla iddiaçının mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.67 ha hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilir və istifadə edilən hissə cavabdehlərin sənəd üzrə mülkiyyətlərinə işlənilməmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

47. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən onun heç vaxt istifadəsində olmayan torpaq sahəsini cavabdehlərdən tələb etməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin mülkiyyətçi tərəfindən istifadə edilməməsi, həmin torpaq sahəsinin digər şəxslər tərəfindən zəbt edilməsinə əsas vermir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının torpaq sahəsinin zəbt olub olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi, iddiaçıya verilmiş torpaq sahələrinin cizgilərinin cavabdehlərə verilmiş torpaq sahələrinin koordinatlarının üst-üstə düşübdüşməməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə araşdırma aparılmaması, bu barədə ekspert qarşısında sual qoyulmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilibedilməməsinin dəqiqləşdirilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, həmin qərardadın icrası üzrə alınmış ekspert və mütəxəssis rəyləri iş materiallarına əlavə edilmişdir.

49. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli 3-21- 3-47/2-3864/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın planı və ölçüsü sənədinin koordinatlarına əsasən Balakən rayonu,Qazma kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yeri müəyyən edilmişdir.

50. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu, Qazma kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təiynatlı torpaq sahəsinin 0.67 ha hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 0.67 ha hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunan vəziyyəti və ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

51. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6321 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Eldar Həsilovun tərtib etdiyi 19 oktyabr 2023-cü il tarixli,3-21-3-47/2-3864/2023 saylı mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir;

52. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı ərazi İdarəsi tərəfindən verilmiş hüquqdların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu, Qazma kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yeri naturada müəyyən edilmişdir.

53. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 0.67 ha hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 0.67 ha hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunan vəziyyətdə və ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir

54. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi, apellyasiya şikayətində qeyd edilənlərin dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə kollegiyasının 22 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, qərardadın icrası üzrə verilmiş ekspert və mütəxəssis rəyləri iş materiallarına əlavə edilmişdir.

55. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Qazma kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə və faktiki istifadə vəziyyəti tərtib edilmiş yerquruluş planı 1-də göstərilmişdir.

56. 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Qazma kəndində yerləşən X5 xüsusi mülkiyyətində olan 1.3350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə və faktiki istifadə vəziyyəti tərtib edilmiş yerquruluş planı 2-də göstərilmişdir.

57. 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Qazma kəndində yerləşən Cavabdeh1 Oqtay oğlunun xüsusi mülkiyyətində olan 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə və faktiki istifadə vəziyyəti tərtib edilmiş yerquruluş planı 3-də göstərilmişdir.

58. Hər üç torpaq sahəsinin həm sənəd üzrə, həmdə faktiki istifadə vəziyyəti barədə məlumatlar tərtib edilmiş yerquruluşu planı 4-də göstərilmişdir.

59. 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; Cavabdeh1 Oqtay oğlunun xüsusi mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və X5 xüsusi mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 0.3350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti barədə məlumatlar idarənin xidməti istifadəsində olan DWG və TEKUİS xəritələrində istinad olunmaqla tərtib edilmiş yerquruluşu planı 4-də göstərilmişdir. Həm DWG, həm də TEKUİS xəritələrində torpaq sahələrinin yerləşmə vəziyyəti eyni ölçüdə deyildir. Həmin ərazidə vətəndaşların ümumilikdə istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunur və ərazidə vətəndaşların naturada istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlər arasında olan kəskin konfiqurasiya fərqləri mövcuddur.

60. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2025-ci il tarixli 10/42 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:

61. 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə və faktiki istifadə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1-də göstərilmişdir.

62. 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən X5 xüsusi mülkiyyətində olan 1.3350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə və faktiki istifadə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluş planı 2-də göstərilmişdir.

63. 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən X5 xüsusi mülkiyyətində olan 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə və faktiki istifadə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluş planı 3-də göstərilmişdir.

64. Hər üç torpaq sahəsinin həm sənəd üzrə, həm də faktiki istifadə vəziyyəti barədə məlumatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 4-də göstərilmişdir.

65. 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu, Qazma kəndində yerləşən 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Cavabdeh1 Oqtay oğlunun xüsusi mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və X5 xüsusi mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0.3350 ka kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti barədə məlumatlar idarənin xidməti istifadəsində olan DWG və TEKUİS xəritələrinə istinad olunmaqla mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 4-də göstərilmişdir. Həm DWG, həm də TEKUİS xəritələrində torpaq sahələrinin yerləşmə vəziyyəti eyni ölçüdə deyildir.Həmin ərazidə vətəndaşların ümumilikdə istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunur və ərazidə vətəndaşların naturada istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlər arasında kəskin konfiqurasiya fərqləri mövcuddur.

66. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2(107)-384/2024 nömrəli qərardadında qoyulmuş 5-ci suala ekspertin cavabından, rəyin həmin hissədə Balakən Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli e-2(019)-644/2023 nömrəli qərardadının 2-ci sualına Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6321 nömrəli rəyində verilmiş cavabı təkzib edib-etməməsini müəyyən etmək mümkün olmadığından məhkəmə kollegiyasının 18 mart 2025-ci il tarixli 2(107)-41/2025 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə kollegiyasının qərardadının icrası üzrə alınmış rəylər mülki iş materiallarına əlavə edilmişdir.

67. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 02 iyul 2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2(107)-384/2024 nömrəli qərardadının icrası üzrə, qərardadın 5-ci sualına Məhkəmə Tikinti Texniki Ekspertizasının 11 fevral 2025-ci il tarixli 10/42 nömrəli rəyi ilə verilmiş cavabı Balakən Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli e- 2(019)-644/2023 nömrəli qərardadının icrası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6321 nömrəli rəyinin qərardadının 2-ci sualına cavabını təkzib etmir.

68. Məlumat üçün bildirlər ki, İddiaçı adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********57 olan çıxarış sənədinində göstərilən 1.2685 ha torpaq sahəsinin 0.67 ha hissəsi cavabdehlər X8 və Cavabdeh1 tərəfindən naturada istifadə edilir.

69. 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Qazma kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə 0.67 ha hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birlikdə istifadə edirlər. İddiaçı adına hquqları dövlət reyestrində qeydiyyta alınmış reyestr nömrəsi **********57 olan çıxarış sənədinində göstərilən 1.2685 ha torpaq sahəsindən naturada cavabdehlər X8 və Cavabdeh1 tərəfindən istifadə edilən 0.67 ha torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

70. Cavabdehlər X8 və Cavabdeh1 tərəfindən İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.67 ha hissəsi istifadə edilir və istifadə edilən hissə cavbdehlərin sənəd üzrə mülkiyyətlərinə işlənilməmişdir.

71. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2025-ci il tarixli 10/2922 nömrəli ekspert rəyində göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2025-ci il tarixdə təqdim edildmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:

72. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2(107)-384/2024 nömrəli qərardadının icrası üzrə, qərardadın 5-ci sualına Məhkəmə Tikinti Texniki Ekspertizasının 11 fevral 2025-ci il tarixli 10/42 nömrəli rəyi ilə verilmiş cavabı Balakən Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli e-2(019)-644/2023 nömrəli qərardadının icrası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 3- 16-16/2-10/6321 nömrəli rəyinin qərardadının 2-ci sualına cavabını təkzib etmir.

73. Məlumat üçün bildirlər ki, İddiaçı adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********57 olan çıxarış sənədinində göstərilən 1.2685 ha torpaq sahəsinin 0.67 ha hissəsi cavabdehlər X8 və Cavabdeh1 tərəfindən naturada istifadə edilir.

74. 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Qazma kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə 0.67 ha hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birlikdə istifadə edirlər. İddiaçı adına hquqları dövlət reyestrində qeydiyyta alınmış reyestr nömrəsi **********57 olan çıxarış sənədinində göstərilən 1.2685 ha torpaq sahəsindən naturada cavabdehlər X8 və Cavabdeh1 tərəfindən istifadə edilən 0.67 ha torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

75. Cavabdehlər X8 və Cavabdeh1 tərəfindən İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.67 ha hissəsi istifadə edilir və istifadə edilən hissə cavabdehlərin sənəd üzrə mülkiyyətlərinə işlənilməmişdir.

76. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin hər iki tərəfin mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olmasını iddia etməsi, tərəflər arasındakı mübahisənin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsində yeni istifadəyə verilmiş TEKUİS məlumat bazasında öz həllini tapması, mübahisənin bu istiqamətdə həll edilməsi ilə bağlı ekspert qarşısında sualın qoyulmaması, həmin halın ekspert rəyində əksini tapmaması, tərəflərin mülkiyyətinə Balakən rayonu, Qazma kəndi ərazisindən verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin həmin ərazidə vətəndaşların ümumilikdə istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedicı sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunması, həmin ərazidə vətəndaşların naturada istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlər arasında kəskin konfiqurasiyafərqlərinin mövcudd olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının 22 avqust 2024-cü il tarixli qərardadı ilə ekspert və mütəxəssis qarşısında tərəflərin mülkiyyətlərində olan hər 3 torpaq sahəsinin sənəd üzrə və faktiki istifadə vəziyyətlərinin müəyyən edilməsinə dair suallar qoyulmuş, həmçinin ekspertə tərəflərin mülkiyyətlərində olan hər 3 torpaq sahəsinin sənəd üzrə, həm də faktiki istifadə vəziyyətləri barədə məlumatların əks olunduğu sxemlərin tərtib edilməsi tapşırılmış, ekspert qarşısında qoyulmuş həmin sualların hər biri cavablandırılmışdır.

77. Bundan əlavə məhkəmə kollegiyasının 18 mart 2025-ci il tarixli 2(107)-41/2025 nömrəli qərardadının icrası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2025-ci il tarixli 10/2922 nömrəli ekspert rəyi ilə, həmçinin həmin rəyin verilməsində istinad edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 02 iyul 2025-ci il tarixli mütəxəssis rəyi ilə İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.67 ha hissəsinin cavabdehlər X8 və Cavabdeh1 tərəfindən istifadə edildiyi, istifadə etdikləri 0.67 ha torpaq sahəsinin isə cavabdehlərin mülkiyyətlərində olmadığı müəyyən edilmişdir.

78. Həm birinci instansiya məhkəməsindəki məhkəmə araşdırması dövründə təyin edilmiş məhkəmə ekspertizasının, həmçinin məhkəmə kollegiyasının qərardadlarının icrası üzrə aparılmış ekspertiza tədqiqatlarının nəticələrinin eynilik təşkil etməklə onların arasında hər hansı bir ziddiyyətin olması halı müəyyən edilməmişdir.

79. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasının 31 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6321 nömrəli, 11 fevral 2025-ci il tarixli 10/42 nömrəli, 22 avqust 2025-ci il tarixli 10/2922 nömrəli rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdehlər bununla bağlı sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizaların rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

80. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin birinci instansiya məhkəməsinə Şəki İnzibati Məhkəməsinin 1(116)-3365/2023 nömrəli iş yekunlaşana qədər e-2(019)-644/2023 saylı mülki işin icraatının dayandırılması barədə vəsatət vermələri, lakin məhkəmənin vəsatətə baxaraq xx.xx.2023-cü il tarixli e-2(019)-644/2023 saylı qərardadı ilə vəsatəti təmin etməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh2 və Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı “İddiaçı adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin koordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı qəbul edilib və qanuni qüvvəsini alanadək məhkəmə kollegiyasının icraatında olan işin icraatı 2 dəfə, yəni 22 fevral 2024-cü il tarixli və 07 oktyabr 2025-ci il tarixli qərardadlarla dayandırılmışdır.

81. Lakin yekunda Şəki İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli 2-1(116)- 539/2025 nömrəli qərarı ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı “İddiaçı adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, həmin çıxarış əsasında verilmiş 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan ölçü sənədinin koordinatlarının Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan 0.67 ha hissəsində ləğv edilməsi, cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli 2-1(116)-539/2025 saylı qərarı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2025-ci il tarixli 2-1(107)-597/2025 saylı qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.

82. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin MPM-in 88, 101.7, 103.1, 218.1-ci maddələrinin tələblərini pozması, işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmaması, cavabdehin təqdim etdiyi sübutlara müfəssəl hüquqi qiymət verməməsi, qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozması, o cümlədən, düzgün tətbiq etməməsi, sübutları tam araşdırmaması, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, məhkəmə təyin edilərək alınmış ekspert rəylərinə uyğun olaraq iddiaçının mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.67 ha hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, ekspertiza tədqiqatları ilə iddiaçının mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.67 ha hissəsinin cavabdehlər tərəfindən naturada istifadə edilməsi müəyyən edildiyi halda, cavabdehlər tərəfindən bunu inkar edə biləcək, iddia tələbinə etirazlarını əsaslandıra biləcək dəlillər təqdim edilməmişdir.

83. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

85. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə mübahisələndirilən hissədə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, mübahisələndirilən hissədə iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

86. Apellyasiya şikayətində göstərilənlər isə əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisələndirilən hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

87. Apellyasiya şikayətinin təmin edilməməsi nəzərə alınaraq, məhkəmə kollegiyasının qərardadlarının icrası üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizalarının cəmi dəyəri olan 200 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli e-2(019)-644/2023 saylı qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizasının cəmi dəyəri olan 200 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar