Məhkəmə qərarları › İş №2(107)-414/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-414/2020

13.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-414/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, “İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli2(075)-1748/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx.xx.2019-cu il tarixli 2(075)-1748/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Şəki şəhəri 31-ci rayon, S.Rəhman küçəsi 23A saylı ictimai yaşayış binasının İ blok, İİİ mərtəbəsində yerləşən 28,41 kv.metr yaşayış sahəsi olan 2 otaqlı, 5 nömrəli xidməti mənzil Cavabdeh tərəfindən onun öz hesabına boşaldılması və həmin mənzilin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə təhvil verilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri 31-ci rayon, S.Rəhman küçəsi 23A saylı ictimai yaşayış binasının İ blok, İİİ mərtəbəsində yerləşən 28,41 kv.metr yaşayış sahəsi olan 2 otaqlı, 5 nömrəli xidməti mənzilin Cavabdeh (bundan sonra mətndə cavabdeh) tərəfindən onun öz hesabına boşaldılaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, Şəki şəhərinin S.Rəhman küçəsində (əvvəlki 126-cı kvartalında inşa edilmiş) yerləşən 23A saylı 20 mənzilli ictimai yaşayış binası hal-hazırda sahənin əsas vəsaitləri üzrə balansına daxildir. Belə ki, bu bina Şəki Şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1987-ci il tarixli 10 nömrəli iclas protokolunun qərarı əsasında (hazırda 23A saylı 20 mənzilli ictimai yaşayış binası) Şəki Mənzil İstismar Sahəsinin (əvvəlki Mənzil İstismar Kontoru) balansına verilmişdir. Bina şəhərdə inşa edilərkən həmin ərazi şəhərdə 126-cı kvartal adlanırdı. Lakin, sonralar həmin ərazidə apanlan tikinti-abadlaşdırma işləri nəticəsində 126-cı kvartalın adı dəyişdirilərək, S.Rəhman adına küçə olmuşdur. Nəticə etibarı ilə S.Rəhman küçəsindəki 23A saylı ictimai yaşayış binasının hüquqi varisi İddiaçıdir, öz növbəsində isə Şəki Mənzil İstismar Sahəsi də İddiaçı tabeliyində olan dövlət müəssisəsidir. İddiaçı Başçısının xx xxxxxx 1999-cu il tarixli 1/42 nömrəli sərəncamı ilə Şəki şəhəri, 31-ci rayon, S.Rəhman küçəsi, 23a nömrəli ictimai yaşayış binasının 1 blok, İİİ mərtəbəsində, 28,41 kv. metr yaşayış sahəsi olan iki otaqlı, 5 nömrəli boşalmış xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirinin 13.09.98-ci il tarixli, 0606 nömrəli əmrinə əsasən Şəki şəhər hərbi komissarlığının 4-cü bölməsinə rəis təyin olunmuş 5 beş nəfər ailə üzvülü cavabdehin Şəki şəhərində xidməti dövrü üçün istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi polkovnik-leytenant Yalçın Sadıqlı İddiaçınə xx.xx.2019-cu il tarixli 1068 saylı məktubla müraciət edərək Şəki şəhəri 31-ci rayon, S.Rəhman küçəsi 23A saylı ictimai yaşayış binasının İ blok, İİİ mərtəbəsində yerləşən 28,41 kv.metr yaşayış sahəsi olan 2 otaqlı, 5 nömrəli xidməti mənzilin Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin balansında olmasına baxmayaraq, istifadə edə bilmədiklərini bildirmiş, buna səbəb olaraq həmin mənzilin hazırda ehtiyatda olan polkovnik-leytenant Cavabdeh xidməti dövr üçün xidməti istifadəsinə verildiyini, lakin onun həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğuna baxmayaraq xidməti dövr ərzində xidməti istifadəsi üçün ona verilmiş mənzili təhvil vermədiyini göstərmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin əməkdaşları mənzilin boşaldılması ilə əlaqədar xx xxxxxx 2019-cu il tarixdə qeyd edilən ünvanda olduqları vaxt cavabdehin ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığı və qeyd olunan xidməti mənzildə isə başqa kirayəşinlərin yaşadığı məlum olmuşdur. Mənzildə yaşayan kirayəşinlər qapını açmamış və buna görə də onların kimliyi müəyyən edilməsi mümkün olmadığı bildirmişdir. Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində hərbi xidmət keçən zabitlərin kirayəşin yaşamaqlarını nəzərə alaraq, həmin xidməti mənzilin ehtiyacı olan zabitlərin xidməti istifadəsinə verilməsinə ciddi ehtiyac olduğu bildirilmişdir. Cavabdehin adına Şəki şəhəri 31 -ci rayon S.Rəhman küçəsi 23A saylı ictimai yaşayış binasının İ blok, İİİ mərtəbəsində yerləşən 28,41 kv.metr yaşayış sahəsi olan 2 otaqlı, 5 nömrəli mənzilə xx xxxx 1999-cu il tarixli, 438 saylı order verilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 042 nömrəli, xx xxxxxx 2008-ci il tarixli əmrinə, həmçinin Şəki rayonu Hərbi Komissarlığı üzrə xx xxxxxx 2008-ci il tarixli 12 nömrəli - 1 saylı əmrinə əsasən polkovnik-leytenant Cavabdeh “hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “B” bəndinə (yaşa görə) müvafiq olaraq İİ çağırış bölməsinin rəisi vəzifəsindən azad edilmiş və həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün iş və vəzifəsini təhvil vermiş hesab edilmişdir. Şəki rayon Hərbi Komissarlığının qeyd olunan əmrində həmçinin göstərilmişdir: “2008-ci ildə məzuniyyətdən istifadə etmədiyi üçün ona (45) sutkalıq məzuniyyət verilsin və xx xxxx 2008-ci il tarixdə Şəki rayon Hərbi Komissarlığının şəxsi heyəti siyahısından, bütün növ təminatlardan çıxarılsın.” Bundan əlavə qeyd olunan əmrdə, cavabdehin xx xxxx 2008-ci ilədək pul təminatı ilə təmin edilməsi, 2008-ci il üçün maddi yardımın ödənilməsi, 2008-ci il üçün birdəfəlik pul mükafatı almağa layiq olduğu, işdən çıxarkən birdəfəlik və işdən çıxma müavinətləri və 5 aylıq maaş (rütbəsi və vəzifəsi əsas götürülərək) miqdarında pul ödənilməsi qeyd olunmuşdur. 2008-ci ildə Şəki rayon Hərbi Komissarılığının səhlənkarlığı ucbatından Hərbi Komissarlığın əməkdaşı cavabdeh vəzifəsindən azad edilərkən onun yaşadığı xidməti mənzilin boşaldılması təmin edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzildə yaşamış ehtiyatda olan cavabdehin xx.xx.2013- cü il tarixdə qızı - X6, xx.xx.2014-cü il tarixdə isə oğlu - X7 qeydiyyatdan çıxmışlar. Cavabdeh isə xx.xx.2019-cu il tarixdə “Asan Xidmət” X5 küçəsi, ev 14 ünvanına qeydiyyata düşməklə yeni şəxsiyyət vəsiqəsi almışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xidməti istifadəsində olan Şəki şəhəri 31-ci rayon, S.Rəhman küçəsi 23A saylı ictimai yaşayış binasının İ blok, İİİ mərtəbəsində yerləşən 28,41 kv.metr yaşayış sahəsi olan 2 otaqlı, 5 nömrəli xidməti mənzildə cavabehin qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən yaşamaq hüququnun olmadığı üçün, cavabeh, Şəki Rayon Hərbi Komissarlığından işdən azad olduğu gündən xidməti mənzili boşaldıb hərbi komissarlığa təhvil verməli idi. Cavabdehə qüvvədə olan qanunvericiliyin tələbləri dəfələrlə izah edilməsinə və yaşamış olduğu mənzil xidməti mənzil olduğu üçün mənzilin boşaldılması üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh hal-hazıradək mənzili boşaltmaqdan imtina etmişdir. Cavabdeh ailəsi ilə birlikdə Şəki rayonunun ərazisində yaşamadığı halda qüvvədə olan qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xidməti mənzilini başqa vətəndaşlara kirayə vermişdir. Bildirdi ki, Şəki şəhəri 31-ci rayon, S.Rəhman küçəsi 23A saylı ictimai yaşayış binasının İ blok, İİİ mərtəbəsində yerləşən 28,41 kv.metr yaşayış sahəsi olan 2 otaqlı, 5 nömrəli mənzil İddiaçı balansında olmuş, hal-hazırda balansdadır. İddianı müdafiə edir və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, Şəki şəhəri, 31-ci rayon, S.Rəhman küçəsi, 23a nömrəli ictimai yaşayış binasının 1 blok, İİİ mərtəbəsində, 28,41 kv. metr yaşayış sahəsi olan iki otaqlı, 5 nömrəli xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirinin 13.09.98-ci il tarixli, 0606 nömrəli əmrinə əsasən Şəki şəhər hərbi komissarlığının 4-cü bölməsinə rəis təyin olunmuş 5 beş nəfər ailə üzvünə onun Şəki şəhərində xidməti dövrü üçün istifadəsinə verilmişdir. Göstərmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin 042 nömrəli, xx xxxxxx 2008-ci il tarixli əmrinə, həmçinin Şəki rayonu Hərbi Komissarlığı üzrə xx xxxxxx 2008-ci il tarixli 12 nömrəli - 1 saylı əmrinə əsasən “hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “B” bəndinə (yaşa görə) müvafiq olaraq İİ çağırış bölməsinin rəisi vəzifəsindən azad edilmiş və həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün iş və vəzifəsini təhvil vermiş hesab edilmişdir. Lakin həmin vaxtdan sonra da ona verilmiş xidməti mənzildə yaşamışdır. Hazırda özü Bakı şəhərində yaşasa da, sözügedən mənzildə qızı yaşayır. Hesab edir ki, iddia əsassızdır. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Apelyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh аpelyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. О, аpelyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, o yaşayış yeri olaraq Şəki şəhərini seçmiş, xidmətdən azad olunduğu vaxtdan həmin mənzildə yaşayır, o xidmət dövründə baş vermiş xəstəliyi ilə bağlı İİ dərəcə əliliduir. Bu səbəbdən tez-tez Bakı şəhərinə müayinə və müalicəyə gedir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Birinci instansiya məhkəməsi qeyd edilən hallar diqqət yetirməmiş qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli mənzildə hazırda onlar yaşayır, məhkəməyə təqdim edilən aktlar və digər sənədlərin hüquqi əsasları yoxdur. Mübahisəli mənzildə hazırda qızı yaşayır. Özü isə müalicə və müyinə üçün tez-tez Bakı şəhərinə gedir. Bakı şəhərində Rusiya Federasiyasında yaşayan bacısına faktiki olaraq məxsus olan Bakı şəhəri Yasamala rayonunda yerləşən 2 otaqlı evi vardır. Hazırda həyat yoldaşı və özü həmin mənzildə yaşayırlar. X2 vətəndaşı olduğundan, adına daşınmaz əmlakın qeydiyyatı mümkün olmadığından həmin mənzil onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bu qeydiyyat formaldır, əslində mənzil bacısınındır. Həyat yoldaşı qeyd edilən Bakı şəhərində olan mənzildə qeydiyyatdadır. Onun həyətanı torpaqla təmin edilmək hüququ var, lakin onun bu hüququ təmin edilməyib. Qanuna görə bu hüququ təmin edildikdən sonra qeyd edilən mənzili o təhvil verə bilər. Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Əhmədiyyə Bəşirov bildirdi ki, sübutlarla cavabdehin Bakı şəhərində yaşaması, Şəki şəhərində yerləşən xidməti mənzili xeyli müddətdir ki, kirayəyə verməklə dövlət mənzil fonduna təhvil verməməsi təsdiq edilir. Cavabdeh yaşadığı ərazi üzrə torpaq sahəsi ilə təmin edilmək üçün müraciət edə bilər və qanunda göstərilən hüququndan istifadə etməlidir. Bundan əlavə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin əməkdaşlarının qeyd edilən mənzilə ehtiyacı vardır. Ona görə də həmin mənzil qaytarılmalıdır. O,apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin (bundan sonra mətndə MPM): 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, İddiaçı Başçısının xx xxxxxx 1999-cu il tarixli 1/42 nömrəli sərəncamı ilə Şəki şəhəri, 31-ci rayon, S.Rəhman küçəsi, 23a nömrəli ictimai yaşayış binasının 1 blok, İİİ mərtəbəsində, 28,41 kv. metr yaşayış sahəsi olan iki otaqlı, 5 nömrəli boşalmış xidməti mənzili Azərbaycan Respublikası Müdafiə Nazirinin 13.09.98-ci il tarixli, 0606 nömrəli əmrinə əsasən Şəki şəhər hərbi komissarlığının 4-cü bölməsinə rəis təyin olunmuş 5/beş/nəfər ailə üzvülü Cavabdeh Şəki şəhərində xidməti dövrü üçün istifadəsinə verilməsi qərara alınmışdır. Şəki rayon Hərbi Komissarlığı üzrə xx xxxxxx 2008-ci il tarixli, 12 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin 042 nömrəli xx xxxxxx 2008-ci il tarixli əmrinə əsasən polkovnikleytenant Cavabdeh “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq 2-ci çağırış bölməsinin rəisi vəzifəsindən azad edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün iş və vəzifəsini təhvil vermiş hesab edilməsi, 2008-ci ildə məzuniyyətdən istifadə etmədiyi üçün ona 45 (qırx beş) sutkalıq məzuniyyət verilməsi, xx xxxx 2008-ci il tarixdə Şəki rayon Hərbi Komissarlığının şəxsi heyəti siyahısından, bütün növ təminatlardan çıxarılması, xx xxxx 2008-ci ilədək pul təminatı təmin edilməsi, 2008-ci il üçün maddi yardım ödənilməsi, 2008- ci il üçün birdəfəlik pul mükafatı almağa layiqdir, işdən çıxarkən birdəfəlik və işdən çıxma müavinətləri beş aylıq maaş (rütbəsi və vəzifəsi üzrə əsas) miqdarında ödənilməsi əmr edilmişdir. Şəki şəhər İcra Hakimiyəti Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışla şəhərin S.Rəhman küçəsində (əvvəlki 126- cı kvartalında inşa edilmiş) yerləşən 23A saylı 20 mənzilli ictimai yaşayış binası halhazırda sahənin əsas vəsaitləri üzrə balansına daxildir. Belə ki, bu bina Şəki Şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1987-ci il tarixli 10 nömrəli iclas protokolunun qərarı əsasında (hazırda 23A saylı 20 mənzilli ictimai yaşayış binası) Şəki Mənzil İstismar Sahəsinin (əvvəlki Mənzil İstismar Kontoru) balansına verilmişdir. Bina şəhərdə inşa edilərkən həmin ərazi şəhərdə 126-cı kvartal adlanırdı. Lakin, sonralar həmin ərazidə apanlan tikinti-abadlaşdırma işləri nəticəsində 126-cı kvartalın adı dəyişdirilərək, S.Rəhman adına küçə olmuşdur. Nəticə etibarı ilə S.Rəhman küçəsindəki 23A saylı ictimai yaşayış binasının hüquqi varisi İddiaçıdir, öz növbəsində isə Şəki Mənzil İstismar Sahəsi də İddiaçı tabeliyində olan dövlət müəssisəsidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin əməkdaşlarının tərtib və təsdiq etdikləri aktdan müəyyən edilir ki, Şəki şəhəri, Sabit Rəhman küçəsi 23 a nömrəli binanın, 5 saylı mənzilin qapısı xx.xx.2019-cu il tarixdə həmin mənzilin boşaldılması məqsədi ilə döyülmüş,mənzildə Cavabdeh qızı Mirzəyeva Aygül qızının yaşadığı məlum olmuş, qonşular Cavabdeh Bakı şəhərində ailəsi ilə birlikdə yaşadığını bildirmiş, həmin mənzilin başqa şəxslərə kirayəyə verildiyini bildirmişlər. Birinci instasniya məhkəməsi iddianı təmin edərkən qətnaməni əsaslandırmışdır ki, Şəki şəhəri 31-ci rayon, S.Rəhman küçəsi 23A saylı ictimai yaşayış binasının İ blok, İİİ mərtəbəsində yerləşən 28,41 kv.metr yaşayış sahəsi olan 2 otaqlı, 5 nömrəli xidməti mənzil İddiaçı Başçısının xx xxxxxx 1999-cu il tarixli 1/42 nömrəli sərəncamı və Azərbaycan Respublikası Müdafiə Nazirinin 13.09.98-ci il tarixli, 0606 nömrəli əmri ilə cavabdehin Şəki şəhərində xidməti dövrü üçün istifadəsinə verilmişdir. Şəki rayon Hərbi Komissarlığı üzrə xx xxxxxx 2008-ci il tarixli, 12 nömrəli əmri ilə cavabdehin həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün iş və vəzifəsini təhvil vermiş hesab edilmiş və Şəki rayon Hərbi Komissarlığının şəxsi heyəti siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Hazırdə isə S.Rəhman küçəsindəki 23A saylı ictimai yaşayış binasının hüquqi varisi və balans saxlayıcısı İddiaçıdir, bu səbəbdən də iddia əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd edir. Cavabdehin hərbi xidmətdən tərxis olunduğu vaxt qüvvədə olan Azərbaycan respubliaksı Mənzil Məcəlləsinin: -104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. -105-ci maddəsinə əsasən Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: -müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; -xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; -vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; -müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; -qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; -yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin: 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. 3-cü bəndinə əsasən istər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilir. 5-ci bəndinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir. 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti. materialları almaqda kömək göstərməlidirlər. Məhkəmə kollegiyası işin faktiki hallarına yuxarıda qeyd edilən hüquq normalarının tələblərini tətbiq edərək hesab edir ki, hərbi qulluqçu olaraq cavabdehə Şəki şəhərində xidməti dövrü üçün verilmiş mübahisə predmeti olan mənzil hərbi qulluqçunun mənzil təlabatının ödənilməsi üçün qanunun tələblərinə uyğun olaraq verilmişdir. Cavabdeh hərbi qulluqçu olaraq 2008-ci il tarixdə xidmətdən tərxis edildiyindən ona xidməti dövr üçün yaşamağa verilmiş mənzil də xidmət etdiyi orqana qaytarılmalı idi. Lakin cavabdeh qeyd edir ki, onun xidməti mənzili təhvil verməmək hüququ olmuşdur. Belə ki, ona yaşadığı ərazi üzrə torpaq sahəsi və ya mənzillə təmin edilməmiş, kirayə haqqı ödənilməmişdir. Xidməti mənzildən hərbi qulluqçunun çıxarılmaması şərtlərindən birincisi, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etməsi və həmin hərbi qulluqçunun yaşayış sahəsinə təlabatının olması və onun başqa yaşamaq üçün evi və ya mənzili olmamasıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh özü ifadəsində qeyd etdi ki, mübahisəli mənzildən o və ailə üzvləri qeydiyyatdan çıxmış, özü və həyat yoldaşı hazırda Bakı şəhəri, Yasamal rayonunda onun mülkiyyətində olan 2 otaqlı mənzildə yaşayır. Cavabdeh özü etiraf etmişdir ki, qeyd ediən mənzil onun mülkiyyətindədir, lakin bu mənzil əslində X3 şəhərində yaşayan bcısınındır. Özü şəhi şəhərində başqa ünvanda qeydiyyatda olsa da, həyat yoldaşı Məmmədova Kəmalə də Bakı şəhərində olan mənzildə qeydiyyatdadır. Mübahisəli mənzilə isə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəki rayon bölməsinin əməkdaşlarının ehtiyacının olmasının təsdiq edilməsinə ehtiyac yoxdur. Bu baxımdan cavabdeh “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan imtiyazlardan istifadə edib-etməməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Cavabdeh həmin imtiyazlardan istifadə etməyibdə qeyd edilən normada göstərilmiş qaydada aidiyyəti üzrə müraciət edib hüquqlarını təmin ediə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia üzrə iddiaçının tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kоllegiyаsı bu qənаətə gəldi ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-1748/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlansın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflərə rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar