Məhkəmə qərarları › İş №2(107)-416/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-416/2020

02.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-416/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 Ələsgər oğlunun iştirakı ilə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-458/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 Ələsgər oğlu tərəfindən verilmiş Apelyаsiyа şikаyətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-458/2019 saylı qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh2 Məmmədəli oğlunun və Cavabdeh1 Ələsgər oğlunun Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, xx.xx.2011-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı4 xüsusi mülkiyyətində olan 0,12 hektar, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı3 xüsusi mülkiyyətində olan 0,12 hektar, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan 0,12 hektar və xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,12 hektar-cəmi 0,48 hektar həyətyanı torpaq sahələrindən çıxarılmaları, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq İddiaçı4, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq İddiaçı3, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq İddiaçı2 və xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq İddiaçı1 təhvil verilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 Ələsgər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, xx.xx.2011-ci il tarixli **********, **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən onların xüsusi mülkiyyətində olan, hər biri ayrı-ayrılıqda 0,12 hektardan ibarət həyətyanı torpaq sahələrindən cavabdehlərin çıxarılmaları, həyətyanı torpaq sahələrinin boşaldılaraq hər bir torpaq sahəsinin məxsus olduğu iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixli **********, **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən Oğuz rayonu Filfilli kəndi ərazisində onların hər birinin adına ayrı-ayrılıqda 0,12 hektar həyətyanı torpaq sahələri vardır. Qeyd olunan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətində olmasına baxmayaraq onlar həmin torpaq sahələrinə münasibətdə özlərinin qanuni hüquqlarından istifadə edə bilmirlər. Belə ki, onlara məxsus olan torpaq sahələri cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bununla bağlı cavabdehlərə dəfələrlə müraciət edərək onlardan həyətyanı torpaq sahələrini tərk etmələrini, torpaq sahəhələrini boşaldaraq onlara təhvil vermələrini tələb etmişlər, lakin cavabdehlər həyətyanı torpaq sahəsini tərk etməkdən imtina etmişlər. Hazırda da cavabdehlər onlara məxsus olan həyətyanı torpaq sahəsindən faktiki olaraq onların iradəsi ziddinə istifadə edirlər. Bu səbəbdən onlar qeyd olunan əmlaklar üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Birinci instаnsiyа məhkəməsinin iclasında iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələblərini müdafiə edərək həmin tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında Cavabdeh2 Məmmədəli oğlu iddia tələblərini qəbul etməyərək hazırkı iddianın predmetinə aid olan torpaq sahələrindən o və ailə üzvləri 1980-ci ildən etibarən, təxminən, 30 ildir ki, istifadə edirlər. İstifadəsində olan torpaq sahəsinin vergilərini də indiyədək o özü ödəmişdir. Həmin torpaq sahələrindən onlarla yanaşı, 15-20 nəfər kənd sakini də uzun müddətdir ki, istifadə edir. Həmin yer əvvəllər daşlıq və kolluq ərazi olmuş, onlar əl əməyi və texnika ilə öz vəsaitləri hesabına səliqəyə salaraq torpaq sahəsini yararlı vəziyyətə gətirmişlər. Qeyd olunan torpaq sahəsinə dair əvvəlki illərdə onunla Oğuz rayonu Filfilli Bələdiyyəsi arasında müvəqqəti istifadə üçün icarə müqavilələri də mövcud olmuşdur. Həmin müqavilələrdən bəzi illərə aid olanları məhkəməyə təqdim etməsi mümkün olsa da, bəzilərini saxlamadığından hazırda onları məhkəməyə təqdim edə bilmir. Qeyd olunan torpaq sahəsinin ayrı-ayrı şəxslərə satılmasından 2018-ci ilədək məlumatı olmamışdır. Bir müddət əvvəl Filfilli Bələdiyyəsi ilə yenidən icarə müqaviləsi bağlamaq istəyərkən Bələdiyyənin sədri tərəfindən ona həmin torpaq sahəsinin satıldığı və hazırda digər şəxslərin mülkiyyətində olduğu bildirilmiş, onunla yenidən müqavilə bağlanılmasının mümkün olmadığı izah edilmişdir. Ona görə də, 2016-cı ildən sonra həmin torpaq sahələrinə dair icarə müqaviləsi bağlaya bilməmişlər. Bununla belə, o, hesab edir ki, həmin ərazi kənd sakinlərinin ümumi istifadəsindədir və xüsusi mülkiyyətə verilməsi mümkün deyildir. Həmin ərazilər örüş sahələri və biçənək yerləri olduğundan alqı-satqı predmeti də ola bilməzdi və hazırki iddianın predmetinə aid olan torpaq sahələri iddiaçılara qanunsuz olaraq satılmışdır. Mübahisə predmetinə aid olan torpaq sahələrinin onun və ailə üzvlərinin istifadəsində olan hissəsinə dair onların adına hüquqmüəyyənedici sənədlər mövcud olmasa da, həmin torpaq sahəsi uzun müddətdən bəri onun və ailə üzvlərinin faktiki istifadəsində olduğuna və torpaq sahəsini onlar özləri səliqəyə salıb istifadəyə yararlı hala gətirdiklərinə görə hesab edir ki, qeyd olunan torpaq sahəsinin digər şəxsə satılması qanunsuzdur. Ona görə də hazırki iddia tələblərini əsassız hesab edir və həmin tələblərin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında Cavabdeh1 Ələsgər oğlu da Cavabdeh2 izahatının məzmununa uyğun izahat verməklə iddia tələblərini qəbul etmədiyini, iddiaçıların hazırkı iddia tələblərini əsassız hesab etdiyini bildirmiş və qeyd etdikləri nəzərə alınmaqla həmin tələblərin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 göstərdi ki, məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli müraciəti əsasında xx.xx.2011-ci il tarixli, qeydiyyat nömrəsi müvafiq olaraq **********, **********, ********** və ********** olan Çıxarış sənədlərində göstərilən torpaq sahələri naturada iddiaçılara tanıdılması, həmin torpaq sahələrinin cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilib-edilməməsinin müəyyən olunması, zəbt olunmuş torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi kimi Oğuz rayonu Filfilli kəndinə, qeyd olunan Çıxarış sənədlərində göstərilən torpaq sahələrinin yerləşdiyi əraziyə getmişdir. Lakin hazırki iş üzrə cavabdehlər qeyd olunan ərazidə ölçmə işlərinin həyata keçirilməsinə imkan verməmiş, onun öz vəzifəsini yerinə yetirərək tədqiqat işi aparmasına mane olmuşlar. Ona görə də hazırkı iş üzrə məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli müraciət məktubunda göstərilən suallar barəsində müvafiq mütəxəssis arayışının verilməsi mümkün olmamışdır. Birinci instаnsiyа məhkəməsində işə iddiаçıların iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 Ələsgər oğlu apelyаsiyа şikаyəti vermişdir. Apelyаsiyа şikayətinin dəlilləri: Apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsininqətnaməsini qanunsuz və əsassız hesab edirlər. Belə ki, mübahisə predmetinə aid olan torpaq sahələrindən o və ailə üzvləri 1980-ci ildən etibarən, təxminən, 30 ildir ki, istifadə edir. İstifadəsində olan torpaq sahəsinin vergilərini də indiyədək o özü ödəmişdir. Bir müddət əvvəl Filfilli bələdiyyəsi ilə yenidən icarə müqaviləsi bağlamaq istəyərkən bələdiyyənin sədri tərəfindən onlara müqavilələrin bağlanmasının dayandırılmasını, lakin həmin torpaq sahələrindən istifadə etmələrini heç bir narahatçılığın olmadığını bildirmiş və onlarda müqavilə üzrə həmin torpaq sahəsinin vergisini ödəmişlər. Yalnız Oğuz Rayon Məhkəməsində iddiaçılar tərəfindən iddia qaldırıldıqdan sonra onlar istifadələrində olan torpaq sahələrinin satıldığı barədə məlumatları olmuşdur. Hesab edir ki, həmin ərazi kəndin yuxarı hissəsində yerləşdiyindən onların istifadələrindədir və həmin ərazini 30 ilə yaxındır istifadə edirlər. Habelə mübahisə predmetinə aid olan torpaq sahələrinin onların adına hüquqmüəyyənedici sənədlər mövcud olmasa da, həmin torpaq sahəsinə dair ekspertiza keçirilməsini xahiş etsələr də, məhkəmə mütəxəssis cəlb edilməsi barədə qərar qəbul etmişdir. Həmçinin mütəxəssis elektron baza məlumatları əsasında torpaqların üst-üstə düşməsini müəyyən edə bilərdi, lakin etməmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahələri iddiçıların adına dövlət reyestrində qeydə alınan zaman elektron baza məlumatları işlənmiş və onlara məxsus olan ərazi dəqiq göstərilmişdir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-458/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 Ələsgər oğlu apelyаsiyа şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-458/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apelyаsiyа şikayətinin dəlillərinə hüquqi qiymət verərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apelyаsiyа şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)- 458/2019 saylı qətnaməsi ləğv edilməlidir. Müəyyən edilmişdir ki, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, ayrı-ayrılıqda hər biri 0,12 hektardan ibarət olmaqla cəmi 0,48 hektar həyətyanı torpaq sahələri xx.xx.2011ci il tarixli **********, **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən iddiaçıların xüsusi mülkiyyətindədir. Hazırki vəziyyətdə isə həmin həyətyanı torpaq sahələrindən bir hissəsindən faktiki olaraq cavabdehlər istifadə edirlər. İddiaçılar Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, hər biri ayrı-ayrılıqda 0,12 hektardan ibarət həyətyanı torpaq sahələrindən cavabdehlərin çıxarılmaları, həyətyanı torpaq sahələrinin boşaldılaraq hər bir torpaq sahəsinin məxsus olduğu iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar öz iddia tələblərinin əsası kimi xx.xx.2011-ci il tarixli **********, **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə istinad etmişlər. Cavabdehlər iddia tələblərini qəbul etməmiş və həmin tələblərin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər iddia tələblərinə etirazlarının əsası olaraq hazırki iddianın predmetinə aid olan torpaq səhələrindən uzun müddətdən bəri istifadə etdiklərini, həmin torpaq sahəsini öz vəsaitləri hesabına istifadəyə yararlı vəziyyətə saldıqlarını, həmçinin, qeyd olunan ərazilərin örüş sahələri və biçənək yerləri olduğunu və alqı-satqı predmeti olmadığını bildirmişlər. Birinci instansiya məhkəməsi iddia tələblərini təmin etmiş, qətnamədən narazı qalan cavabdehlər apelyasiya şikayəti vermişlər. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qətnaməsində göstərmişdir ki, mülki işin məhkəmə araşdırması ilə əlaqədar hazırda iddiaçıların xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin cavabdehlər tərəfindən faktiki olaraq istifadə edilən torpaq sahələrinin koordinatları ilə üst-üstə düşüb düşmədiyini müəyyən etmək məqsədi ilə mütəxəssis arayışı verilməsi üçün müvafiq orqana müraciət edilmiş, lakin həmin orqanın nümayəndələri tərəfindən əraziyə baxış keçirilməsinə və ölçmə işlərinin aparılmasına məhz hazırki iş üzrə cavabdehlərin özləri tərəfindən imkan verilməmişdir. Mütəxəssis tərəfindən iş üzrə müvafiq arayış verilməsi üçün tədqiqat (ekspertiza) aparılmasına cavabdehlər tərəfindən maneə törədildiyindən məhkəmə cavabdehlərin vəsatəti əsasında ekspertiza təyin edilən faktı, yəni hazırda iddiaçıların xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin cavabdehlər tərəfindən faktiki olaraq istifadə edilən torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyü - həmin torpaq sahələrinin eyni torpaq sahələri olması faktını təsdiq olunmuş hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmamış və iş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün məhkəmə kolegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-416/2020 saylı qərardadı ilə iddiaçıların mülkiyyətində olan sahələri naturada onlara tanıdılması, torpaq sahələrinin hansı ölçüdə cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 Ələsgər oğlu tərəfindən zəbt etmələrinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq rəyinin alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki: - Mübahisə predmeti olan torpaq sahəsinə yerində baxış keçirilən zaman iddiaçılardan heç biri iştirak etmədiyindən **********,**********,********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda göstərilən torpaq sahələri naturada iddiaçılara tanıdılması mümkün olmamışdır - Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən mübahisə predmeti olan torpaq sahələrinə yerində baxış keçirən zaman cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 Ələsgər oğlunun özlərinin göstərdiyi və onların faktiki istifadələrində olan torpaq sahələri ilə iddiaçılar İddiaçı4,İddiaçı3 İddiaçı2 və İddiaçı1 Cumar qızının mülkiyyətinə verilmiş **********46, **********45, **********44, **********47 reystr nömrəli torpaq sahələrinin üst-üstə düşən hissələrinin döngə nöqtələrinin koordinantları və ölçüsü tərtib edilmiş sxemdə göstərilmişdir. İş üzrə verilmiş mütəxəssis rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyləri sübut növü kimi qəbul edir və onlarla razılaşır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X3rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədən əsassız olaraq iddia tələblərini tam təmin etmişdir. Belə ki, mütəxəssin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki,İddiaçı4 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) torpaq sahəsinin 170,31 kv.m (18,92 m x 9 m) hissəsi Cavabdeh1 Ələsgər oğlu tərəfindən, 138,50 kv.m (21,14 m x 6,55 m) hissəsi Cavabdeh2 Məmmədəli oğlu tərəfindən, İddiaçı3 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) torpaq sahəsinin 470,22 kv.m (29,38 x 16 m) hissəsi Cavabdeh1 Ələsgər oğlu tərəfindən, 728,75 kv.m (29 m x 26,16 m) hissəsiCavabdeh2 Məmmədəli oğlu tərəfindən, İddiaçı2 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) torpaq sahəsinin 754,05 kv.m (38,76 m x 19,45 m) hissəsi Cavabdeh1 Ələsgər oğlu tərəfindən, İddiaçı1 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) torpaq sahəsinin 1170 kv.m (39,4 m x 29, 69 m) hissəsi Cavabdeh1 Ələsgər oğlu tərəfindən zəbt edilmişdir. Göründüyü kimi, İddiaçı4 mlükiyyətində olan torpaq sahəsinin hər iki cavabdeh tərəfindən bir hissəsi, iddiaçı Zəmfira Ramazanovanın mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən fərqli ölçüdə, İddiaçı2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin və İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin yalnız Cavabdeh1 tərəfindən zəbt edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi iddiaçılara məxsus torpaq sahələrinin bütövlükdə hər iki cavabdeh tərəfindən zəbt edilməsi qənaətinə gəlmiş və buna uyğun qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2),mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İşin faktiki hallarından görünür ki, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, ayrıayrılıqda hər biri 0,12 hektardan ibarət olan cəmi 0,48 hektar həyətyanı torpaq sahəsi xx.xx.2011-ci il tarixli **********, **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən iddiaçıların xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin həmin torpaq sahələrindən qanunsuz olaraq istifadə etmələri iddiaçıların hüquqlarının pozulması və onların öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməmələri ilə nəticələnmişdir. Cavabdehlər mübahisə predmeti olan torpaq sahələrinin uzun müddət onların istifadəsində olmasını və həmin torpaq sahələrinin təyinatına görə yaşayış məntəqələrinin (kəndin prespektiv inkişaf fonduna aid) torpaqlarına deyil, örüş sahələrinə aid olmasını bildirsələr də, bu barədə sübutları təqdim edə bilmədilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apelyаsiyа şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-458/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən xx.xx.2011-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı4 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) həyətyanı torpaq sahəsinin 170,31 kv.m (18,92 m x 9 m) hissəsindən Cavabdeh1 Ələsgər oğlu, 138,50 kv.m (21,14 m x 6,55 m) hissəsindən Cavabdeh2 Məmmədəli oğlu, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı3 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) həyətyanı torpaq sahəsinin 470,22 kv.m (29,38 x 16 m) hissəsindən Cavabdeh1 Ələsgər oğlu, 728,75 kv.m (29 m x 26,16 m) hissəsindən Cavabdeh2 Məmmədəli oğlu, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) həyətyanı torpaq sahəsinin 754,05 kv.m (38,76 m x 19,45 m) hissəsindən Cavabdeh1 Ələsgər oğlu, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) həyətyanı torpaq sahəsinin 1170 kv.m (39,4 m x 29, 69 m) hissəsindən Cavabdeh1 Ələsgər oğlu çıxarılmalı, cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 Ələsgər oğlu tərfindən zəbt edilmiş torpaq sahələri boşaldılaraq həmin torpaq sahələrinin mülkiyyətçiləri olan İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza tədqiqatının dəyəri olan 212.7 manat məbləğində pulun 106 manatı müştərək qaydada iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1, 106,7 manatı cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 Ələsgər oğlundan tutumalı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 Ələsgər oğlu tərəfindən verilmiş apelyаsiyа şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-458/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri qismən təmin edilsin. Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən xx.xx.2011-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı4 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) həyətyanı torpaq sahəsinin 170,31 kv.m (18,92 m x 9 m) hissəsindən Cavabdeh1 Ələsgər oğlu, 138,50 kv.m (21,14 m x 6,55 m) hissəsindən Cavabdeh2 Məmmədəli oğlu, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı3 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) həyətyanı torpaq sahəsinin 470,22 kv.m (29,38 x 16 m) hissəsindən Cavabdeh1 Ələsgər oğlu, 728,75 kv.m (29 m x 26,16 m) hissəsindən Cavabdeh2 Məmmədəli oğlu, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) həyətyanı torpaq sahəsinin 754,05 kv.m (38,76 m x 19,45 m) hissəsindən Cavabdeh1 Ələsgər oğlu, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) həyətyanı torpaq sahəsinin 1170 kv.m (39,4 m x 29, 69 m) hissəsindən Cavabdeh1 Ələsgər oğlu çıxarılsınlar. Cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 Ələsgər oğlu tərfindən zəbt edilmiş torpaq sahələri boşaldılaraq həmin torpaq sahələrinin mülkiyyətçiləri olan İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 təhvil verilsin. İş üzrə məhkəmə xərci olan torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza tədqiqatının dəyəri olan 212.7 manat məbləğində pulun 106 manatı müştərək qaydada iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1, 106,7 manatı cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 Ələsgər oğlundan tutulsun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar