Məhkəmə qərarları › İş №2(107)-421/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-421/2023

30.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-421/2023 30.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin, cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı cavabdehlərin JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailəsinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsindən çıxarılmaları tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı6, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailəsinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsindən çıxarılmaları tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İddiaçı6 Emin oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailəsinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İddiaçı6 Emin oğlu iddia ərizəsində göstərmişlər ki, Qax rayonu Aqrar İslahatı Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Mülkiyyətlərində olan həmin torpaq sahəsi Qax rayon Şotavar kəndində yerləşir və 5,12 ha torpaq sahəsini təşkil edir. Torpaq sahəsinin cənub hissəsində fındıq ağacları vardır. Həmin fındıq ağacları cavabdehlərin istifadəsindədir. Cavabdehlər onlara həmin fındıq sahəsinin onların əmlak payına düşdüyünü bildirir. Fındıqları olan ərazi onların mülkiyyətində olan torpaq sahəsinə heç bir adiyyəti yoxdur. Bununla bağlı 2017-ci ilin sonlarında ƏMDK-nın Kadastr və Lahiyyə X11 şöbəsinə müraciət edərək onlara düşən pay torpaq sahəsinin (JN:0015 seriyalı, 40305028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə vürilmiş) naturada göstərilməsi və tanınması tərəflərindən xahiş olunmuşdur. Həmin təşkilatın mütəxəssisləri əraziyə gələrək müəyyən etmişlər ki, fındıq ərazisinin yerləşdiyi ərazi (torpaq sahəsi) aqrar islahat zamanı onların mülkiyyətlərinə verilmiş sahədir. Bundan sonra cavabdehlərdən dəfələrlə zəbt etdikləri, onların mülkiyyətlərində olan torpaq sahələrinin boşaldımasmı tələb etsələr də, cavabdehlər onların həmin torpaq sahələrindən istifadə etmələrinə maneə yaratmışlar. Belə ki, ƏMDKnin Kadastr Lahiyyə və X11 şöbəsinin mütəxəssisləri onların mülkiyyətlərində olan torpaq sahələrini ölçərək onun mərz nöqtələrini nişanlayaraq bizə göstərmişlər. Lakin cavabdehlər onların nişanlarını götürərək həmin ərazinin onlara məxsus olmasını iddia edir və bu gündə istifadə edirlər. Həmçinin qeyd edirlər ki, mülkiyyətlərində olan torpaq sahələrindən çıxarılması üçün bu ilin may-iyun aylarında Qax RPŞ-yə və DİN-nin 102 xidmətinə müraciət edərək cavabdehlərin həmin ərazilərdən çıxarılmasını xahiş etsələr də, Qax RPŞ-si müraciəti ilə bağlı yaranmış mübahisə mülki qaydada məhkəmə orqanlarının səlahiyyətinə aid olduğundan müraciət etmək hüquqlarının olması izah edilmişdir. Hesab edirlər ki, bu günədək cavabdehlər onların mülkiyyətlərində olan torpaq sahələrini boşaltmamış və bu qanunsuz hərəkətləri ilə onların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşlar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailələrinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İddiaçı6 Emin oğluna məxsus Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0.6763 ha hissəsindən çıxarılmaları, iddianın qalan hissəsinin rədd edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada iş üzrə 300 (üç yüz) manat ekspertiza xərcinin alınıb ("xxxx" ASC-nin Sahil filialı, KOD 201218, VÖEN **********, SFİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab- AZ64AİİB400900C**********208) saylı, 50(əlli) manat ekspertiza xərcinin alınıb (Büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X3, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ**********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, HesabAZ34CTRE********************) saylı hesaba və 60 (altmış) manat ekspertiza xərcinin alınıb Kapital bankın 1 saylı Xətai filialı, (KOD 200071, VOEN (bank) **********, Müxbir Hesab: AZ 37NABZ********************, SWİFT AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihe- Tedqiqat Mərkəzi MMC VOEN: **********, Hesab N: AZ23AİİB********************) saylı hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; JN-0015, KOD 40305028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvləri olan digər idddiaçıların ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçı hazırda cavabehlərin JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailəsinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsindən çıxarılmasını xahiş edir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və X8 mülkiyyətində olan Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunubolunmamasının müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə təkrar məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası ‘'X1” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 06 aprel 2021-ci il tarixli 138 saylı rəyinə əsasən mübahisəli ərazidə də konfiqurasiya fərqi olduğundan sözügedən JN- 0015 seriyalı kod-403050028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X9 mülkiyyətində olan Qax rayonu. Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi-X4) naturaya nisbətdə müəyyən mühəndisi yerquruluşu işləri aparılaraq nəticə olaraq ümumi 5.12 ha təşkil edən faktiki torpaq sahəsinin olması müəyyən olunduğu, həmin torpaq sahəsinin cənub tərəfindən, fındıq kolları yerləşən 0.6763 ha hissəsi cavabdehlərin faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; JN-0015, KOD 40305028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvləri olan digər idddiaçıların ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçı hazırda cavabehlərin JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailəsinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsindən çıxarılmasını xahiş edir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və X8 mülkiyyətində olan Qax rayonu Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunubolunmamasının müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə təkrar məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası ‘'X1” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 06 aprel 2021-ci il tarixli 138 saylı rəyinə əsasən mübahisəli ərazidə də konfiqurasiya fərqi olduğundan sözügedən JN- 0015 seriyalı kod-403050028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X9 mülkiyyətində olan Qax rayonu. Şotavar kəndində yerləşən 5.12 ha torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi-X4) naturaya nisbətdə müəyyən mühəndisi yerquruluşu işləri aparılaraq nəticə olaraq ümumi 5.12 ha təşkil edən faktiki torpaq sahəsinin olması müəyyən olunduğu, həmin torpaq sahəsinin cənub tərəfindən, fındıq kolları yerləşən 0.6763 ha hissəsi cavabdehlərin faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbində qismən haqlıdır. Eyni zamanda iş üzrə 300(əlli) manat və 50 (əlli) manat ekspertiza xərcləri cavabdehlərdən birgə qaydada alınaraq müvafiq hesaba ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5 və 157.4-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 76.1, 77.1, 217.4 və 218.1-ci maddələri ilə əsaslandırmışdır. Şəki Apellyasiya Məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 3 avqust 2022-ci il tаrixli, 2(107)-77/2022 saylı qətnaməsi ilə cavabdeh “Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məxsus Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0,6763 ha hissəsindən çıxarılmalarına dair iddianın təmin edilmiş hissəsinin Cavabdeh1 naturada istifadə etdiyi 0,2196 ha hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunmuş, iddia tələbi Cavabdeh1 onun naturada istifadə etdiyi koordinatları M 1:5000 olmaqla (1) X 644845.4843 Y 4583887.8262, (2) X 644968.5861 Y 4583935.2069, (3) X 644961.2359 Y 4583951.1230, (4) X 644839.0831 Y 4583902.3508; döngə nöqtələri 1-2 arası məsafə 131,9 metr, 2-3 arası məsafə 17,5 metr, 3-4 arası məsafə 131,5 metr, 4-1 arası məsafə 15,9 metr olan 0,2196 ha hissədən çıxarılması hissəsində rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 9 yanvar 2023-cü il tаrixli, 2(102)- 148/2023 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-77/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(02xx-xx/2021 iş nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə hazırki qənaətə gəlməsinin əsası kimi, iş materiallarında olan 06 aprel 2021-ci il tarixli, 138 nömrəli ekspert rəyinə istinad etmişdir. Halbuki, həmin ekspert rəyi qanuni və əsaslı deyildir. Çünki, Qax rayonunun Şotavar kəndində torpaq islahatı aparılan zaman texniki səhvlərə yol verildiyi üçün, kənddə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən dürüstləşmə işləri aparılmışdır. Həmin dürüstləşmə işlərinin nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin mənim və digər cavabdehlərin mülkiyyətində olması müəyyən edilmişdir. İşin bu halını Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu etməklə müəyyən etmək mümkündür. Lakin, iş üzrə tədqiqat aparmış ekspert və mütəxəssislər Qax rayonunun Şotavar kəndində torpaq islahatı aparılan zaman yol verilmiş texniki səhvlərin aradan qaldırdması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılmış dürüstləşmə işlərinə ümumiyyətlə toxunmamışdırlar. İş materiallarında olan Qax rayonu, Şotavar kənd YAİK-nın 01 iyul 2000-ci il tarixli, 02 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Şotavar kəndində "Eşşək ölən" adlanan sahədəki ictimai fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısının təsdiq edilməsi qərara alınmış və həmin siyahıda onun 0,5761 ha torpaq sahəsi olmağı qeyd edilmişdir. Hesab edir ki, iş üzrə ədalətli qətnamə qəbul edilməsi üçün ilk əvvəl Qax rayonu Şotavar kəndində torpaq islahatı aparılan zaman yol verilmiş texniki səhvlərin aradan qaldırılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılmış dürüstləşmə işləri və həmin dürüstləşmə nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin kimin mülkiyyətində olması müəyyən edilməli və bundan sonra təkrar ekspertiza təyin edilməlidir. Ona görə də, Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 nömrəli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birincinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı5 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirirlər, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 nömrəli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Qax rayonu Aqrar İslahatı Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarına əsasən JN:0015 seriyalı, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçılar X10, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İddiaçı6 Emin oğlunun mülkiyyətinə Qax rayon Şotavar kəndində, cənub hissəsində fındıq ağacları yerləşən 5,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qax rayonu Şotavar kənd Yerli AİK 01 iyul 2000-ci il tarixli iclasın 02 saylı protokol Qərarı ilə 141 subyektə “Eşşək ölən” adlanan sahədəki fındıq bağında əmlak və torpaq payı verilmişdir. Qərara əlavə edilmiş əmlak və torpaq sahəsi almaq hüququna malik subyektlərin siyahısında cavabdeh Rasim Maqsudov deyil, onun atası Səlim Maqsudovun (adı qeyd edilmişdir, həmin siyahının 32-ci sırasında iddiaçı X7 adı da göstərilmişdir. Göstərilən ərazidə islahat verilmiş 70 hektar fındığ bağı sahəsi olmuşdur. Məhkəmə kollegiyasının 30 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 2 oktyabr 2023-cü il tarixli 10/3982 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, 1-ci sual üzrə Təsərrüfatın kompleks yerquruluşu layihəsinə əsasən JN-0015 seriyalı KOD ********* olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, İddiaçı6 Emin oğlunun mülkiyyətinə verilmiş Qax rayonu, Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin şimal tərəfindən yol, qərb tərəfdən JN-0014 nömrəli Dövlət Aktı ilə, şərq tərəfdən JN-0016 nömrəli Dövlət Aktı ilə xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ilə cənub tərəfdən isə su arxı ilə həmsərhəddir JN-0015 nömrəli Dövlət aktında göstərilən 5.12 ha torpaq sahəsinin döngə nöqtələri arasındakı məsafə sxem 1-də göstərilmişdir. İddiaçıların naturada həmin torpaqdan istifadə qaydası ilə DWG faylında (kompleks yerquruluşu layihəsində) göstərilən JN-0015 nömrəli torpaq sahəsinin cizgiləri sxem 2-də göstərilmişdir. Sxem 2-də göründüyü kimi iddiaçının sənəd üzrə olan torpaq sahəsi ilə faktiki istifadəsi arasında qismən uyğunluq mövcuddur. Lakin JN-0015 nömrəli Dövlət aktında göstərilən torpaq sahəsinin faktiki vəziyyətdə şimal-şərq hissəsində bir hissəsi Dövlət Meşə fondu torpaqlarına düşür. Faktiki istifadə ilə sənəd arasında bu cür uyğunsuzluq olduğu üçün sualın lazımı dəqiqliklə cavablandırılması tərəfimizdən mümkün olmamışdır. 2-ci sual üzrə iddiaçılar İddiaçı1 və ailə üzvlərinin naturada istifadə etdikləri 4.46 hektar torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxem 2-də göstərilmişdir. 3-cü sual üzrə İddiaçı1 iddiasında qeyd etdiyi və cavabdehlərin istifadəsində olan 0.66 ha torpaq sahəsi TEKUİS (X5 X6) məlumat bazasında bələdiyyə mülkiyyyətinə aid torpaq sahələri kimi göstərilmişdir. Həmçinin iddiaçıların xüsusi mülkiyyətinə verilmiş JN- 0015 nömrəli Dövlət aktında göstərilən torpaq sahəsi 4.59 hektar göstərilmiş və əskik olduğu qeyd edilmişdir. 4-cü sual üzrə JN-0015 seriyalı kod ********* olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçılara məxsus 5.12 ha torpaq sahəsinin cizgiləri ilə cavabdehlər Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ilə 1937 kv.metr hissəsi, Cavabdeh2 istifadəsində olan torpaq sahəsi ilə 569 kv.metr hissəsi üst-üstə düşür. 5-ci sual üzrə JN-0015 seriyalı kod ********* olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçılara məxsus 5.12 ha torpaq sahəsinin cizgiləri ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. 6-cı sual üzrə JN-0015 seriyalı kod ********* olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçılara məxsus 5.12 ha torpaq sahəsinin cizgiləri ilə cavabdehlər Cavabdeh1 istifadəsində olan 1937 kv.metr hissəsi, Cavabdeh2 istifadəsində olan torpaq sahəsi ilə 569 kv.metr hissəsi üst-üstə düşən hissəsi mütəxəssis rəyinə əlavə edilmiş sxem 2-də göstərilməsi müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə də təsdiq edilir ki, Cavabdeh1 iddiaçılara məxsus torpaq sahəsində qanunsuz olaraq istifadə edir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Yüksək instansiya məhkəməsinin qanuni göstərişlərini nəzərə alan kollegiya Cavabdeh1 istifadə etdiyi torpaq sahəsinə dair Şotavar kənd Yerli AİK göstərilən qərarının Rayon AİK tərəfindən təsdiq olunması, cavabdeh Rasim Maqsudovun atası Səlim Maqsudova məhz onun naturada istifadəsində olan sahədən fındıq bağının verilməsi, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, plan və ölçü sənədinin, əmlak payına dair aktın olması barədə hər hansı sübut təqdim edilməsi təklif edilmiş, lakin Cavabdeh1 iş materiallarında olan arxiv arayışından başqa hər hansı bir sübut növünün olmadığını bildirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan arxiv arayışı iddiaçının öz mülkiyyəti üzərində dövlət qeydiyyatına alınmış hüquqlarının məhdudlaşdırılmasına, onların özünün xüsusi mülkiyyətində olan əmlak üzərində mülkiyyət hüquqlarını tam və sərbəst şəkildə həyata keçirməsinə maneə olmasına səbəb ola və bu arayış özüözlüyündə cavabdehlərin etirazlarının haqlı və dəlillərinin əsaslı olması kimi qəbul edilə bilməz. İddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq bir hissəsinin Cavabdeh1 oğlu tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdeh özü də mübahisəli ərazinin onun istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahəsinin özlərinə aid olduğunu iddia etmişdir. Ekspert rəyi ilə torpaq sahəsinin yerləşmə sxemi ilə də həmin torpaq sahəsinin sənəd üzrə iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əli) manatı Cavabdeh1dan tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar