Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-422/2022 05.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı Subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: sahibkarlar arasında subroqasiya hüququ) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı Subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1298/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 sentyabr 2019-cu il tarixli qərara əsasən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini E.Məmmədovun 31 may 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, həmin iş üzrə təkrarən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 iyun 2020-ci il tarixli qərarda onun əməlində inzibati xəta olması müəyyən edilməmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 mart 2022-ci il tarixli qərardan görünür ki, 30.06.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar 26.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən ləğv edilmişdir. 02.02.2022-ci il tarixdə materialın araşdırılması DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X2 həvalə edilmişdir. Toplanmış materiallarla müəyyən olunmuşdur ki, Niyazi Muxtarovun idarə etdiyi avtobus qarşısında tormoz edən naməlum «VAZ» markalı avtomobillə toqquşmamışdır. Bundan əlavə, Cavabdeh göstərilən tarixdə və vaxtda yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə oian Daewoo BS090 markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtobusu içərisində 24 nəfər sərnişin Bakı-Quba-Dağıstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə 40-50 km/saat sürətlə hərəkət etdirərkən Xırdalan qəbiristanlığı yanında ondan solda eyni istiqamətdə orta zolaqda 40-50 km\saat sürətlə hərəkətdə olan X3 idarə etdiyi Ford Transit markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil ondan solda hərəkətdə olan Niyazi Muxtarovun idarə etdiyi İsuzu markalı H029237 dövlət qeydiyyat nişanlı avtobusun sağa ona doğru manevr etdirdiyini görüb Əhliman Qasımov idarə etdiyi Ford Transit markalı avtomobilin Niyazi Muxtarovun idarə etdiyi İsuzu markalı H029237 dövlət qeydiyyat nişanlı avtobusla toqquşmasının qarşısını almaq məqsədi ilə avtomobili sağa doğru manevr etdirmiş və həmin vaxt Cavabdeh idarə etdiyi Daewoo BS090 nlarkalı ** LF *** dövlət qeydiyyat nişanlı avtobusun hərəkət zolağına çıxmışdır. Həmin vaxt Daewoo BS090 markalı avtobusun qabaq hissəsi ilə Ford yük markalı avtomobilin arxa hissəsi arasında toqquşma baş vermişdir. Bundan sonra Daewoo BS090 markalı avtobus gedərək su arxına düşdükdən sonra yola çıxaraq dayanmış vəziyyətdə olan İsuzu markalı avtobusun arxa hissəsinə dəymişdir. Material üzrə təyin edilmiş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23.02.2022-ci il tarixli 8/344 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İsuzu markalı, H 029237 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə niayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ford Transit markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə niayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Daewoo BS090 avtobus markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Toplanmış materila əsasən belə nəticəyə gəlmək olar ki, Ford Transit markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 baş vermiş YNH-i ilə əlaqədar verdiyi izahatlarda səmimi olmamışdır. Ona görə ki, o ilkin izahatında avtomobili yolun sağ zolağı ilə hərəkət etdirdiyini, təkrar izahat verərkən isə orta zolaqla hərəkət etdirdiyini bildirmişdir. Eyni zamanda digər sürücülərin izahatlarından görünür ki, həmin YNH-i baş verməzdən əvvəl yolun sol zolağı ilə hərəkətdə olan İsuzu markalı, H 029237 dövlət qeydiyyat nişanlı avtobusu sürücü X9 özündən qabaqda eyni zolaqla hərəkətdə olan naməlum VAZ markalı avtomobilin sürücüsünün avtomobilə tormuz etdiyini görüb idarə etdiyi avtobusu sağa manevr etdirmişdir. Əgər sürücü X9 idarə etdiyi İsuzu markalı avtobusu sağa manevr edirib avtobusu yolun orta zolağına çıxardırsa, onda həmin vaxt orta zolaqda hərəkətdə olan Əhliman Qasımovun idarə etdiyi Ford Transit markalı avtomobil həmin İsuzu markalı avtobusla toqquşmasın deyə sağa manevr etmiş və Cavabdeh idarə etdiyi Daewoo BS090 markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtobusun hərəkət zolağına çıxmışdır və həmin vaxt Daewoo BS090 markalı avtobusla Ford Transit markalı avtomobil arasında toqquşma baş vermişdir. Bundan əlavə, baş vermiş YNH-nə səbəbkar tsuzu markalı, H 029237 dövlət qeydiyyat nişanlı avtobusun sürücü X9 olmuşdur. Çünkü o özündən qabaqda hərəkətdə olan naməlum VAZ markalı avtomobillə ara məsafəsi saxlasa idi, həmin avtomobilin sürücüsü avtomobilə tormuz edən zaman avtobusu sağa manevr etdirmək əvəzinə tormuz edib saxlamalı idi. X12 İsuzu markalı avtobusu sağa manevr etdirib orta zolağa çıxarması Ford Transit markalı avtomobillə Daewoo BS090 markalı avtobusun toqquşmasına və sonra özünün idarə etdiyi İsuzu markalı avtobusun gedib yolun sağ kənarındakı su arxına düşməsinə səbəb olmuşdur. İsuzu markalı avtobusun su kanalına düşməsi həmin avtobusun əsas ehtiyat hissələrinin zədələnməsinə səbəb olmuşdur. Yəni Daewoo BS090 markalı avtobusun İsuzu markalı H 029237 dövlət qeydiyyat nişanlı avtobusun arxa hissəsi ilə toqquşması zamanı İsuzu markalı avtobusun yalnız arxa panelinin zədələnməsi baş vermişdir. Digər qeyd edilən hissələrin zədələnməsi İsuzu markalı avtobusun Daewoo BS090 markalı avtobusla toqquşmasından əvvəl su arxına düşməsi və metal lyuka dəyməsi nəticəsində baş vermişdir. Bu fakt İsuzu markalı avtobusun sürücüsü Niyazi Muxtarovun öz izahatı və hadisənin iştrakçıları olan digər sürücülərin və şahidlərin izahatları ilə də öz təsdiqini tapmışdır. Toplanmış materiala əsasən İsuzu markalı avtobusun su arxına düşməsində və Ford Transit markalı avtomobillə Daewoo BS090 markalı avtobusun toqquşmasında da səbəbkar sürücü Niyazi Muxtarovdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 avqust 2019- cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Daewoo BS 090” markalı ** LF *** dövlət nömrə nişanlı avtomobil BakıQuba yolunun 11-ci km-liyi ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə "xxxx" ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan hadisə ilə bağlı Baş İstintaq və Tədqiqat idarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin 04 sentyabr 2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobilə 72.181.85 manat maddi zərər dəymişdir. MİC ********** saylı sığorta şəhadətnaməsinə və AKS 200180 saylı 25 noyabr 2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 71.756.85 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından 3.525.20 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Buna görə də “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Odur ki, Cavabdeh 68.231.65 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 68.261.65 manatın tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 04 oktyabr 2021-ci il tarixli, 2(014)- 1298/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, 08 avqust 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “Daewoo BS 090” markalı ** LF *** dövlət nömrə nişanlı avtomobillə “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobil Bakı-Quba yolunun 11-ci kilometrliyində toqquşaraq yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 3(060)-3381/2019 saylı qərarı Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 3(105)- 525/2021 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 3(060)- 3381/2019 saylı qərarı ləğv edilmişdir. Bundan başqa iddiaçının istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 sentyabr 2019-cu il tarixli qərar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini E.Məmmədovun 31 may 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, həmin iş üzrə təkrarən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 iyun 2020-ci il tarixli qərarda onun əməlində inzibati xəta olması müəyyən edilməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən sığorta ödənişi edilməsinə baxmayaraq ödənilmiş süğorta ödənişinin subroqasiya qaydasında tələb etməsi üçün, yəni iş üzrə cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsində göstərilən hal hazırda mövcud deyildir, yəni cavabdehin məsuliyyət daşımasını təsdiq edən qərarlar ləğv edilmişdir, buna görə də iddia rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci və 936.2-ci maddələrinə, Azərbaycan Respublikasının İcbari Sığortalar Haqqında Qanunun 25.1, 25.1.1, 25.1.2 və 25.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 88, 119.1, 124.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edirlər. iş materiallarında olan ekspert rəyi yetərincə sübut qismində dəyərləndirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası növündə keçirdiyi ekspertiza nəticəsində gəldiyi qənaətin əks olunduğu 21632 nömrəli 30 avqust 2019-cu il tarixli rəyin nəticəsində qeyd olunur ki, “Daewoo markalı BS 090” markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bütün bunlar bir daha sübut etmiş olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmuşdur. Yuxarıda qeyd olunan ekspert rəyindən aydın olur ki, 08 avqust 2019cu il tarixdə Bakı-Quba yolunun 11-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsində təqsirli olan tərəf məhz Cavabdehdur. Ağdaş Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarı digər sübutların fonunda tutarlı sübutlar kimi qiymətləndirmiş və onların olmadığı üçün Cavabdeh təqsirinin olmadığı qənaətinə gəlmişdir. Lakin inzibati məsuliyyətə cəlb edilmə mülki-hüquqi məsuliyyət daşımanın ilkin və məcburi şərti kimi çıxış etmir. Əks halda preyudisiallıqdan söhbət gedə bilər ki, bu hal da qanunvericilikdə birbaşa öz əksini tapmalıdır. Cavabdehin mülki-hüquqi məsuliyyət daşıması həmçinin tərəfilərindən iddia ərizəsinə əlavə edilən cinayət işinin rədd edilməsi haqqında qərarda və yol-nəqliyyat hadisəsinin təfərrüatları barədə arayışda (Forma 4) da öz təsbitini tapır. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1298/2021 saylı iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməsini, 68231,65 (altmış səkkiz min iki yüz otuz bir manat, altmış beş qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 68261,65 (altmış səkkiz min iki yüz altmış bir manat, altmış beş qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh vəkili X6 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının: 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddəsinə əsasn bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 384.0.4-cü maddəsinin tələbinə görə işə apellyasiya instansiyası məhkəməsi məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9.-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1298/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini işdə iştirak edən tərəfin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1298/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya məhkəməsinin icraatı zamanı məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçı «Meqa Sığorta” ASC hüquqi şəxs (VÖEN **********), Cavabdeh (VÖEN **********), həmçinin X10 da fərdi sahibkar statusuna (VÖEN **********) malik olması müəyyən edilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mövcud olmuş münasibətin kökündə məhz kommersiya fəaliyyəti durur. Bu baxımdan məhkəmə kollegiyası tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əssasən hesab edir ki, mübahisə üzrə tərəflərdən iddiaçı «Meqa Sığorta” ASC hüquqi şəxs, cavabdeh fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hüquq münasibətinin xarakterinə gəldikdə kollegiya bildirir ki, mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblər iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən CƏDVƏL). Beləliklə, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra- Vergi Məcəlləsi) 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə olan halda məhkəmə tərkibi vurğulayır ki, iddiaçı hüquqi şəxs və əsas tələb üzrə Cavabdeh fərdi sahibkar statusuna malik fiziki şəxs olmaqla, hazırki mübahisə onların ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən (yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən) irəli gəldiyindən bu mübahisəyə mahiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını, tələbin mahiyyətini, işdə olan sübutları tam araşdırmamış, işdə olan sübutlara müqayisəli şəkildə düzgün hüquqi qiymət verməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1298/2021 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «Meqa Sığorta” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1298/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı Subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-422/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-422/2022
05.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver