Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-422/2024 05.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 qarşı torpaq sahəsindən məcburi çıxarılma, süni maneələrin aradan qaldırılmasına və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 qarşı torpaq sahəsindən məcburi çıxarılma, süni maneələrin aradan qaldırılmasına və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbinə dair Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-14/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarılma, süni maneələrin aradan qaldırılmasına və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli, 04 nömrəli qərarı ilə onların mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndi ərazisində 0,51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına 10 dekabr 1999-cu il tarixdə Dövlət Aktı qeydiyyat kitabında 11518 nömrə ilə qeydiyyata alınmış JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpaq sahəsinə Dövlət Aktı verildikdən sonra və Aqrar İslahat Komissiyasının üzvlərinin iştirakı ilə DT və XK-nin Ağdaş rayon şöbəsinin mütəxəssisləri tərəfindən həmin torpaq sahəsinin koordinat nöqtələri müəyyən edilərək onlara tanıdılmışdır. Son zamanlara kimi həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdirlər. Lakin bir müddət əvvəl torpaq sahəsinə gedən zaman cavabdeh onlara bildirmişdir ki, həmin torpaq sahəsini notariat qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən başqa şəxsdən almışdır və torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasənda adına qeydə aldırıb. Mübahisənin həlli məqsədi ilə o, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və 29 mart 2022-ci il tarixdə Ağdaş rayonu Qolqəti bələdiyyəsinin sədrinin iştirakı ilə 17 saylı Yevlax Ərazi İdarəsinin texnikləri həmin əraziyə baxış keçirmiş və ümumi birgə mülkiyyətlərində olan 0,51 hektar torpaq sahəsinin koordinat nöqtələri müəyyən edilmiş, bir daha ona tanıdılmışdır. Ölçmə zamanı müəyyən olunmuşdur ki, həmin 0,51 hektar torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Həmin torpaq sahəsindən könüllü çıxmasını cavabdehə dəfələrlə etdikdə o, həmin torpaq sahəsini alan zaman həmin ərazinin ona göstərilməsinə əsaslanaraq həmin torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsini özbaşına tutuaraq istifadə etməklə mülkiyyətçi kimi onların qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə ki, o, mülkiyyətçi kimi həminm torpaq üzərində hüquqlarını istəyinə uyğun sərbəst həyata keçirə bilmir. Cavabdeh qeyd edilən özbaşına və qanunsuz hərəkətlərini bügun də davam etdirir. Ona görə də onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli, 04 nömrəli qərarına və JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Ağdaş rayonu, Korarx kəndi ərazisində onların ümumi birgə mülkiyyətinə verilmiş 0,51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmasına, həmin torpaq sahəsində yaradılan süni maneələrin aradan qaldırılmasına və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı1 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək sözügedən torpaq sahəsini Azər Qasımovdan aldığını və həmin vaxt Azər Qasımovun torpaq sahəsini ona göstərək həmin torpaq sahəsinin artıq onun olduğunu bildirdiyini, həmin torpaq sahəsində ağaclar əkdiyini bildirmişdir. İddiaçıların iddiasının əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahatında 2021-ci il tarixdə özünə məxsus 3,0572 ha torpaq səhəsini Cavabdeh satdığını, həmin torpaq sahəsini X7 aldığını, İddiaçı1lə torpaq sahələrinin qonşu olduğunu, mütəxəssislər tərəfindən torpaq sahəsinə baxış keçirildiyini və koordinatlarının müəyyən edildiyini, 21 sot sürüşmə olduğunu bildirmişdir.
6. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-14/2023 nömrəli qətnaməsi ilə (hakim C.Sultanov), iddia tələbinin qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş 0,51 hektar torpaq sahəsinin 0,40 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən istifadəsinə yaradılan süni maneələrin aradan qaldırılması və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manatın Cavabdeh müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cü il tarixli 04 saylı qərarına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə 0,51 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onun adına Torpağa mülkiyyət hüququna dair JN-129 KOD 90321028 saylı Dövlət Aktı verilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,40 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir.
8. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş 0,51 hektar torpaq sahəsinin 0,40 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı, həmin torpaq sahəsindən istifadəsinə yaradılan süni maneələr aradan qaldırılmalı və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat Cavabdeh müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3, 110, 111.1 və 111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin həmin qətanməsindən narazıdır və aşağıda göstərdiyi işin faktiki hallarına görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
12. Bildirir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cu il tarixli, 04 saylı qərarı ilə Ağdaş rayonunun Korarx kəndi ərazisindən X5 mülkiyyətinə 3.0572 hektar, həmin kənd sakini X3 mülkiyyətinə isə 0.9060 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə adlarına müvafiq olaraq xx.xx.1999-cu il tarixli JN- 130 və JN-131 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı işlənmişdir. Həmin torpaq sahələri mütəxəssislər tərəfindən Dövlət aktının plan ölçüsündə göstərilən döngə nöqtələrinə (koordinatlarına) uyğun olaraq naturada onlara tanıdılaraq təhvil verilmişdir.
13. X16 həmin torpaq sahələrini dövlət notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq mülkiyyətçilərindən satın almışdır və DƏDKR Publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən bu barədə adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir.
14. O, 10 iyun 2021-ci il tarixdə Mingəçevir şəhər notariat ofisində rəsmiləşdirilmiş 4Ə-1134 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 3.0572 hektar və həmin tarixdə həmin notariat ofisində rəsmiləşdirilmiş 4Ə-1136 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən isə 0.9060 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X2 almışdır.
15. Həmin alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahələri DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında adına qeydə alınmış, həmin İdarə tərəfindən adına 0.9060 hektar torpaq sahəsinə görə **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, iyun 2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü, 3.0572 hektar torpaq sahəsinə görə isə **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 30 iyun 2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənərək verilmişdir.
16. Bildirir ki, qanunvericiliyin tələbinə görə hər hansı torpaq sahəsi özgəninkilədirilən zaman və digər hallarda alqı-satqı zamanı və başqasının adına qeydə alınan zaman DƏDKR publik hüquqi şəxsin Ərazi İadrələrinin mütəxəssisi tərəfindən yerində baxış keçirilməklə və müassir xüsusi GPS elektron aparatla döngə nöqtələri (koordinatları) müəyyən edildikdən sonra həmin torpaq sahəsinin planı və ölçüsü işlənilir. O, həmin torpaq sahəsini alanda da belə olmuşdur. O, birinci instansiya məhkəməsində izahat verərkən bunları məhkəmənin nəzərinə çatdırsa da, işə baxan məhkəmə işin həmin faktiki hallarını tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırmamış, qətnaməsində bütün bunlara münasibətini bildirməmiş və hüquqi qiymət verməmiş, qətnaməsində düzgün əsaslandırmamış işin faktiki halları iddia ərizəsində qeyd edilən formada olmadığı halda, iddiaçı tərəfin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmasını və ekspertin rəyini əsas göstərməklə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbini qismən təmin etməklə xüsusi mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını və aşağıda göstərdiyi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
17. Mübahisəli 0.9060 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 25.06. 2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünə və 3.0572 hektar torpaq sahəsinə isə **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən xüsusi mülkiyyət hüququ əsasında onun xüsusi mülkiyyətində olduğundan görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunmalıdır.
18. İş materiallarından görünür ki, xüsusi mülkiyyətində olan torpaq sahələri islahat zamanı subyektlərə ölçülərək naturada tanıdılmış, subyektlər tərəfindən həmin torpaq sahəsi üçüncü şəxsə və üçüncü şəxs tərəfindən ona satılan zaman həmin torpaq sahələri yenidən müayinə edilmiş, yüklü və mübahisə olunmadığı barədə arayışlar əsasında özgəninkiləşdirilmiş, həmi torpaq sahələrini aldıqdan sonra DƏDKR PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən adına qeydə alınaraq çıxarışlar və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Göründüyü kimi işə baxan məhkəmə iddianı qismən təmin etmək qənaətinə gələrkən qeyd edilən maddi hüquq normasına istinad etməmiş, iddia tələbini qismən təmin etməklə həmin normanın tələbini pozmuşdur.
19. Qeyd edilən torpaq sahələri onun adına qeydə alınan zaman ona verilmiş torpaq sahəsinin plan və ölçülərinin bir nüxsəsi DƏDKR PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsində saxlanılsa da, iş üzrə mütəxəsis rəyi və ekspert rəyi hazırlanarkən həmin sənədlər nəzərə alınmamışdır.
20. Necə olur ki, torpaq sahəsi təkrar-təkrar müayinə edilərək torpaq sahəsinin elektron xəritə məlumatlarına əsasən plan və ölçüləri tərtib edən DƏDKR PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri ekspertizanın keçirilməsi ilə bağlı verdikləri rəylərdə onun iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin 0.40 hektar hissəsini zəbt etdiyini aşkar edirlər. Halbuki, həmin torpaq sahələrinin döngə nöqtələri yuxarıda qeyd etdiyi kimi həmin idarə tərəfindən naturada ölçülərək elektron məlumat bazasına yerləşdirilmiş və torpaq sahələrinin planı və ölçüləri işlənmişdir. İşə baxan məhkəmə həmin halları nəzərə almamış və nəticədə normanın tələbini pozmuşdur.
21. İş materiallarından göründüyü kimi xüsusi mülkiyyətində olan torpaq sahələri ona satılmazdan əvvəl DƏDKR PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən üçüncü şəxsin adına qeydə alınmışdır. Onunla arasında alqı-satqı rəsmiləşdirildikdən sonra həmin torpaq sahələri onun adına qeydə alınmışdır. Həmin torpaq sahələri ona satılan zaman İdarə tərəfindən həmin torpaq sahəsi üzərində hər hansı yüklülüyün və mübahisənin olmaması barədə arayış verilmişdir. Arayışı vermiş İdarə tərəfindən torpaq sahələrinə plan və ölçü işlənməsinə və mübahisə olmadına baxmayaraq işə baxan məhkəmə İdarənin mütəxəssislərinin sonuncu rəyində onun iddiaçıların torpaq sahəsinin 0.40 hektar hissəsindən istifadə etməyinə verdiyi rəyi əsas göstərməklə onu mülkiyyətçi kimi torpaq sahəsinin bir hissəsindən faktiki olaraq məhrum etmişdir.
22. İddiaçı tərəf torpaq sahəsinin tərəfindən zəbt edilməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, yalnız torpağa mülkiyyət hüququna dair dövlət aktını təqdim etmiş, bunun əksi olaraq o həmin torpaq sahələrinə dair üçüncü şəxsin və özünün adına işlənmiş çıxarışları və torpaq sahələrinin elektron məlumat bazasına əsasən hazırlanmış plan və ölçülərini məhkəməyə təqdim etsə də, işə baxan məhkəmə həmin sübutlarından düzgün istifadə etməmişdir.
23. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin tərəfindən zəbt edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş. O cavabdeh kimi iddia tələbinə etiraz etmişdir və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməklə sübut etsə də işə baxan məhkəmə iddianı qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.
24. Xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair çıxarışları və elektron məlumat bazasına əsasən hazırlanmış torpaq sahələrinin planı və ölçülərinə ekspert və mütəxəssis rəyləri ilə birlikdə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, düzgün araşdırmamış, yalnız mütəxəssis rəyinə əsaslanaraq verilmiş ekspert rəyinə əsaslanmaqla birtərəfli mövqe tutaraq iddia tələbini qismən təmin etməklə digər tərəf kimi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, bir-biri ilə ziddiyyət təşkil edən sübutların müəyyən edilmiş qüvvəsi yoxdur.
25. İddiaçı iddia ərizəsinə dövlət aktından başqa digər sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmin sübutlar olmadığı halda işə baxan məhkəmə qətnaməsini yalnız elektron məlumat bazasına əsasən hazırlanmış torpaq sahələrinin planı və ölçüləri ilə ziddiyyət təşkil edən ekspert və mütəxəssis rəylərinə əsaslandırmaqla normanın həmin tələblərini pozmuşdur.
26. İşə baxan Ağdaş Rayon Məhkəməsi iddianı qismən təmin edilməsi barədə qətnaməsini iddiaçıların ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin özgəninkiləşdirilməsi ilə bağlı bir neçə dəfə müayinə edilməsi, ən əsası üçüncü şəxsdən torpaq sahəsini alan zaman və alqı-satqıdan sonra elektron məlumat bazası əsasında adına çıxarış və torpaq sahələrinin planı və ölçüləri verilməsi kimi faktiki halları tam, obyektiv və hərtərəfli aydınlaşdırmamışdır. İşə baxan məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan həmin hallar qərəzsiz, tam, hərtərəfli və obyektiv araşdırılsaydı iddianın təmin edilməsi yox, iddiaçı tərəfin belə bir tələblə müraciət etməsinə heç bir subyektiv hüququ olmadığından iddia tələbi əsassız olduğundan rədd edilməsi nəticəsinə gələrdi.
27. İşə baxan məhkəmənin iddia tələbinin qismən təmin etməsi qənaətinə gəlməsi həmin torpaq sahələrinə DƏDKR PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İdarənin elektron məlumat bazası əsasında adına verilmiş çıxarışlar və torpaq sahələrinin planı və ölçüləri ilə onun iddiaçıların 0.40 hektar torpaq sahəsindən istifadə etməyi sübut edilmir.
28. İşə baxan məhkəmə iddia tələbinin təmin edilməsi barədə qəbul etdiyi qətnaməsi, xüsusi mülkiyyətində olan torpaq sahələrinə DƏDKR PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən İdarənin elektron məlumat bazası əsasında ona naturada tanıdılması və adına həmin elektron bazaya əsasən çıxarışlar və torpaq sahələrinin planı və ölçüləri verilməsi kimi işin faktiki hallarına uyğun gəlmir.
29. Odur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 qarşı torpaq sahəsindən məcburi çıxarılma, süni maneələrin aradan qaldırılmasına və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbi”nə dair 2(014)- 14/2023 nömrəli iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-14/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının iclasında iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-14/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-14/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
39. “X8rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-14/2023 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Həmçinin Cavabdeh Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-14/2023 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilən hissəsinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 45.Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 22 fevral 1999-cü il tarixli 04 saylı qərarına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə 0,51 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onların adına Torpağa mülkiyyət hüququna dair JN-129 KOD 90321028 saylı Dövlət Aktı verilmişdir. İddiaçılar mülkiyyətlərində olan 0,51 hektar torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsələr də, mütəxəssis və ekspert rəyləri ilə iddiaçıların mülkiyyətində olan 0,51 hektar torpaq sahəsinin bütünlükdə deyil, yalnız 0,40 ha hissəsinin Cavabdeh tərəfindən naturada istifadə edilməsi müəyyən olunmuşdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
47. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli 0.9060 hektar və 3.0572 hektar torpaq sahələrinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən onun xüsusi mülkiyyətində olduğuna görə mülkiyyət hüququnun toxunulmaz olması və dövlət tərəfindən qorunmalı olmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə onun mülkiyyət hüquqlarının pozulması ilə bağlı iddia tələbi təqdim edilməmiş, iddiaçıların üzərində mülkiyyət hüquqlarının bərpasını xahiş etdikləri torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahələrinin ölçülərinin üst-üstə düşmədiyi müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ona satılan zaman həmin torpaq sahələrinin yenidən müayinə edilməsi, yüklü və mübahisə olunmadığı barədə arayışlar əsasında özgəninkiləşdirilməsi, adına çıxarışlar və torpaq sahəsinin planı və ölçüsünün verilməsi, torpaq sahələri onun adına qeydə alınan zaman ona verilmiş torpaq sahəsinin plan və ölçülərinin bir nüxsəsi DƏDKR PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsində saxlanılsa da, iş üzrə mütəxəsis rəyi və ekspert rəyi hazırlanarkən həmin sənədlərin nəzərə alınmaması, elektron məlumat bazası əsasında adına çıxarış və torpaq sahələrinin planı və ölçüləri verilməsi kimi faktiki halları tam, obyektiv və hərtərəfli aydınlaşdırmaması, elektron məlumat bazası əsasında adına verilmiş çıxarışlar və torpaq sahələrinin planı və ölçüləri ilə onun iddiaçıların 0.40 hektar torpaq sahəsindən istifadə etməsinin sübut edilməməsi, torpaq sahələri ona satılan zaman İdarə tərəfindən həmin torpaq sahəsi üzərində hər hansı yüklülüyün və mübahisənin olmaması barədə arayışın verilməsi, arayışı vermiş İdarə tərəfindən torpaq sahələrinə plan və ölçü işlənməsinə və mübahisə olmadına baxmayaraq işə baxan məhkəmənin İdarənin mütəxəssislərinin sonuncu rəyində onun iddiaçıların torpaq sahəsinin 0.40 hektar hissəsindən istifadə etməyinə verdiyi rəyi əsas göstərməklə onu mülkiyyətçi kimi torpaq sahəsinin bir hissəsindən faktiki olaraq məhrum etməsi, ekspertin rəyini əsas göstərməklə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbini qismən təmin etməklə xüsusi mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını pozması, iddiaçıların ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin özgəninkiləşdirilməsi ilə bağlı bir neçə dəfə müayinə edilməsi, ən əsası üçüncü şəxsdən torpaq sahəsini alan zaman və alqı-satqıdan sonra elektron məlumat bazası əsasında adına çıxarış və torpaq sahələrinin planı və ölçüləri verilməsi kimi faktiki halların tam, obyektiv və hərtərəfli aydınlaşdırılmamasına dair dəlillərini əsaslı hesab etmir.
49. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli, 10/7694 nömrəli ekpsert rəyindən görünür ki, - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmiş JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0,51 ha torpaq sahəsi, həmçinin Cavabdeh mülkiyyətinə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş 0,9060 ha və ********** qeydiyyat nörməli dövlət reyestrindən çıxarışa əsasən verilmiş 3,0572 ha torpaq sahələr naturada müəyyən edildi. - Qeyd edilən hər üç torpaq sahəsinin sərhədləri sənəd üzrə üst-üstə düşmür. İddiaçının mülkiyyətinə JN-129 kod 90321028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 0,51 ha torpaq sahəsinin 0,40 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. İddiaçı və cavabdehə məxsus olan torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (tərəflərin naturada göstərdiyi torpaq sahəsi hüquqi və texniki sənədlərdəki torpaq sahələri ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır) mövcuddur.
50. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasına dair 15 avqust 2023-cü il tarixli, 10/4562 nömrəli ekpsert rəyindən görünür ki, - Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Ağdaş rayonu, Korarx kəndi ərazisində İddiaçı1 və İddiaçı2 mülkiyyətinə JN-0129 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə verilmiş 0,51 ha torpaq sahəsi, həmçinin Cavabdeh mülkiyyətinə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0.9060 ha ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 3.0572 ha torpaq sahələri DWG xəritəsinə, dövlət aktına və çıxarışlara əsasən koordinatları, döngə nöqtələri, ölçüləri, konfiqurasiyası sənəd və məkan göstəriciləri müəyyən edilmişdir. - Torpaq sahələrinin sərhədləri koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası DVJ xəritəsinə və torpaqların elektron kadastr uçotu xəritələrinə əsasən müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. - Torpaq sahələrinin faktiki istifadə vəziyyətini əks etdirən yerquruluşu planı tərtib edilmişdir. Torpaqların elektron kadastr uçotu xəritələrinə və DVJ xəritələrinə əsasən iddiaçının və cavabdehin istifadə etdiyi torpaq sahələri hər biri xəritə üzrə ayrı-ayrılıqda müəyyən edilmişdir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən naturada istifadə edilən 0,40 ha torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün ekspertə yalnız məhkəmə qərardadın nüsxəsi deyil, hər iki tərəfin mülkiyyətlərində olan torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin də əlavə edildiyi mülki iş materialları təqdim edilməklə, ekspertiza tədqiqatı zamanı hüquqların dövlət qeydiyyatını həyata keçirən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəylərinə də istinad edilməklə ekspertiza tədqiqatları zamanı iddiaçıların mülkiyyətlərində olan 0,51 ha torpaq sahəsinin məhz 0,40 ha hissəsinin cavabdeh tərəfindən naturada istifadə edilməsi müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şiykayətindəki dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahələri qonşuluqda yerləşir. Məhkəmə təyin edilərək alınmış ekspert rəylərinə uyğun olaraq iddiaçılara məxsus torpaq sahəsinin 0,40 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, ekspertiza tədqiqatı ilə iddiaçılara məxsus torpaq sahəsindən 0,40 ha hissəsinin cavabdeh tərəfindən naturada istifadə edilməsi müəyyən edildiyi halda, cavabdeh tərəfindən bunu inkar edə biləcək, iddia tələbinə etirazını əsaslandıra biləcək dəlillər təqdim edilməmişdir.
53. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının dövlət aktından başqa digər sübutlarını məhkəməyə təqdim etməməsi, iddiaçı tərəfin torpaq sahəsinin tərəfindən zəbt edilməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməməsi, bunun əksi olaraq onun həmin torpaq sahələrinə dair üçüncü şəxsin və özünün adına işlənmiş çıxarışları və torpaq sahələrinin elektron məlumat bazasına əsasən hazırlanmış plan və ölçülərini məhkəməyə təqdim etsə də, işə baxan məhkəmənin həmin sübutlarından düzgün istifadə etməməsi, bir-biri ilə ziddiyyət təşkil edən sübutların müəyyən edilmiş qüvvəsinin olmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı məhz iddiaçıların iddia tələblərinin əsasını təşkil edən ən mühüm dəlildir. İddiaçılar həmin dəlili məhkəməyə təqdim etməklə məhz mülkiyyətlərində olan torpaq sahəsi üzərində hüquqlarının bərpasını xahiş etmişlər. İddiaçıların torpağa mülkiyyət hüququna dair dövlət aktından başqa digər bir dəlil təqdim etməmələri, yaxud da təqdim etmək imkanında olmamaları məhkəmənin bununla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş imkanlardan istifadə etməklə iddianın əsaslılığını araşdırmasını istisna etmir. Hansı ki, işə baxan birinci instansiya məhkəməsi bu hüququndan istifadə edərək, iş üzrə daha ətraflı araşdırmanın aparılmasını təmin etmək məqsədi ilə ekspertizalar təyin etmiş, alınmış rəylər işdə olan digər sübutlarla əlaqəli şəklidə tədqiq edilmiş, işdə zidiyyətli sübutların olması halı müəyyən edilməmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizaların rəyləyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
55. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-14/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.