Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-424/2020 10.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğluvə Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qərаrdаdındаn iddiaçı Ərizəçi şikаyətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ərizəçi “işləmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(025)-1652/2019 nömrəli qərаrdаdı ilə ərizənin qəbul edilməsindən imtina edilməsi qərаrа аlınmışdır. Həmin qərardaddan Ərizəçi şikayət verərək hazırkı tələbinə xüsusi icraat qaydasında baxılmalı olduğundan birinci instansiya məhkəməsini qanunvericiliyin normalarını düzgün şərh etməmiş və prosessual hüquq normalarının tələblərinə əməl etməmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(025)-1652/2019 nömrəli qərаrdаdı ilə Ərizəçi şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi bildirdi ki, onun əmək kitabçası var, lakin əmək kitabçasında xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Tbilisi QRES”in yanında “Qafqazenerjiquraşdırma” Trestinin Gürcüstan quraşdırma idarəsində elektrik qaynaqçısı vəzifəsində işləməsi haqqında qeydlər həmin işəgötürən müəssisə tərəfindən deyil, həmin müəssisədən işdən çıxdıqdan sonra onun sonradan işlədiyi “xxxx” Dövlət Şirkətinin Qəbələ Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən əmək kitabçasına yazılmaqla sonuncu müəssisənin möhürü ilə təsdiq edilmişdir. Bununla bağlı o sonradan Gürcüstan Respublikasına getmiş və əmək kitabçasında olan qeydin həmin müəsissənin hazırkı hüquqi varisi olan “Sanenerqomontaj” Səhmdar Cəmiyyəti tərəfindən düzgünlüyü təsdiq edilmişdir. Onun işlədiyi müəsissənin hazırda qeyd edilən müəssənin hüquqi varisi olmasına dair sənədlər barədə qeydiyyat aparılmışdır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi ərizənin qəbulundan imtina etməkdə haqlı olmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçı Ərizəçi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı “xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Tbilisi QRES”in yanında “Qafqazenerjiquraşdırma” Trestinin Gürcüstan quraşdırma idarəsində işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” iddia tələbi üzrə məhkəməyə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2- 1(84)- 1038/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsinin üzərinə Ərizəçi “xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Tbilisi QRES”in yanında “Qafqazenerjiquraşdırma” Trestinin Gürcüstan quraşdırma idarəsində işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Lakin, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)- 13/2019 nömrəli qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018- ci il tarixli, 2-1(84)-1038/2018 nömrəli qərarı ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərarında Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Tbilisi QRES”in yanında “Qafqazenerjiquraşdırma” Trestinin Gürcüstan quraşdırma idarəsində elektrik qaynaqçısı vəzifəsində işləməsi haqqında qeydlər həmin işəgötürən müəssisə tərəfindən deyil, həmin müəssisədən işdən çıxdıqdan sonra iddiaçının sonradan işlədiyi “xxxx” Dövlət Şirkətinin Qəbələ Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən əmək kitabçasına yazılmaqla sonuncu müəssisənin möhürü ilə təsdiq edildiyindən əmək kitabçasında olan həmin qeydlərin mötəbər olmaması qənaətinə gəlinmişdir. İş materiallarından müəyyən edilir ki, həqiqətən iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Tbilisi QRES”in yanında “Qafqazenerjiquraşdırma” Trestinin Gürcüstan quraşdırma idarəsində işlədiyi müddətlə bağlı Gürcüstan Respublikasına məxsus “Sanenerqomontaj” Səhmdar Cəmiyyəti tərəfindən ərizəçinin işə qəbul edilməsi barədə ətraflı qeydiyyat aparılmaqla qeydlər edilmiş və ərizəçinin işləməsini təsdiq etmişdir. Belə olan halda ərizəçinin həqiqətən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli 2-1(107)- 13/2019 nömrəli qərarı ilə baxılan zaman mövcud olmayan ərizəçinin Tbilisi QRES-də işləməsi faktı üzrə qeyri-mötəbərliklə bağlı yeni hal ortaya çıxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Belə ki, ərizəçiyə məxsus əmək kitabçası olduğundan ümumiyyətlə bu məsləyə mülki qaydada hüquqi fakt təsdiqi qaydasında baxılmasını qanunvericilik qadağan edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 153.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kоllegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi ərizəni qəbul etməkdən imtina etməkdə hаqlı оlmuşdur. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən edilmişdir ki, Ərizəçi əmək kitabçasında onun 1979-1991-ci illərdə Tbilisi QRES-in “Qafqazenerjiquraşdırma” Trestinin Gürcüstan quraşdırma idarəsində işləməsi ilə bağlı qeydləri həmin müəsissənin hazırkı hüquqi varisi tərəfindən təsdiq edilmişdir. X2 Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)- 13/2019 nömrəli qərarı qəbul edilən vaxt həmin qeydlər olmamışdır. Məhkəmə kollegiyası ərizəçiyə izah edir ki, əmək kitabçasında onun işlədiyi 1979- 1991-ci illərdə Tbilisi QRES-in “Qafqazenerjiquraşdırma” Trestinin Gürcüstan quraşdırma idarəsinin hazırkı hüquqi varisi tərəfindən təsdiq edilməsi ilə yanaşı, həmin müəsissədən qeyd edilən illərdə işləməsi ilə bağlı arayış almaqla yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun müvafiq şöbəsinə yenidən müraciət etməli, qeyd edilən orqan yenidən imtina edərsə iddiaçı yenidən yeni müəyyən edilmiş hallarla bağlı (əmək kitabçasında yeni qeyd, həmçinin işlədiyi illərlə bağlı Gürcüstanda yerləşən işlədiyi idarənin hüquqi varisi olan müəsissədən işlədiyi illərlə bağlı arayış əsasında) inzibati məhkəmədə iddia qaldıra bilər. Eyni zamanda, məhkəmə kollegiyasının ərizəçini yenidən inzibati məhkəməyə yönəltməsi ilə bağlı tövsiyəsi süründürməçilik olaraq qəbul edilməməlidir. Belə ki, həqiqətən inzibati məhkəmədə əvvəlki iddiaya baxan zaman hazırkı hallar ortada olmamışdır. Lakin ərizəçi hazırda artıq əmək kitabçasında işlədiyi illərin mübahisəli olan hissəsi işlədiyi müəsissənin hüquqi varisinin qeydi ilə bu faktı təsdiq etmişdir. Ona görə də ərizəçi işləməsinə dair arayış da əldə etməklə müəyyən edilən bu yeni faktlarla əlaqədar olaraq ona inzibati məhkəmədə iddia qaldırmaq hüququ olduğu izah edilir. Оnа görə də MPM-in 398.0.1-ci mаddəsinə uyğun оlаrаq, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı dəyişdirilmədən sаxlаnmаlı, şikаyət isə təmin edilməməlidir. MPM-in 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxаrıdа qeyd оlunаnlаrа əsаsən, məhkəmə kоllegiyаsı qərаrа аldı: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(025)-1652/2019 nömrəli qərardadı dəyişdirilmədən sаxlаnsın, Ərizəçişikаyəti isə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-424/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-424/2020
10.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver