Məhkəmə qərarları › İş №2(107)-429/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-429/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-429/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Ərizəçi nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi vəsiyyət üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsinin və sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ərizəsinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi İsmayıllı rayon Əhən kənd sakinləri X19 və X12 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F Kod 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X19, X7 məxsus olması və X4 miras qalan JN-097F Kod 40704018 nömrəli şəhadətnamə üzrə 0.08 hektar həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində xx xxxxxx 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi rədd edilmişdir. İşin halları Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon X18 xx xxxxxx 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X19 və X12 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X19, X7 məxsus olması və X4 miras qalan JN-097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.08 hektar həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində xx xxxxxx 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə ərizəçinin iştirakı olmadan baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında ərizəçinin nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, həmkəndlisi və qohumu X1 İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Əhən X36 üzrə nümayəndəliyində təsdiq edilmiş və reyestrdə 02 nömrə ilə qeydə alınmış xx xxxxxx 2011-ci il tarixli vəsiyyətnamə ilə iki otaqlı fərdi yaşayış evini, JN- 097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə anası X19 ilə özünün birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsini və həmin həyətyanı torpaq sahəsində olan tövləni ərizəçiyə vəsiyyət etmişdir. Mərhumların istifadəsində olan həyətyanı torpaq sahəsi ümumilikdə 0.142 hektar olmuş, onun 0.08 hektarı şəhadətnamə üzrə adlarına qeydə alınmış, qalan 0.062 hektarı sənəd üzrə bələdiyyə mülkiyyətində qalmışdır. X19 xx xxxxxx 2003-cü ildə vəfat etmiş, ondan qalan mirası birinci növbəli vərəsəsi olan, onunla birlikdə yaşayan ailə qurmamış qızı X10 faktiki qəbul etmişdir. Gülarə Xankişiyeva xx xxxxxx 2013-cü ildə vəfat etmişdir. Ərizəçi vəsiyyət üzrə vərəsə kimi Gülarə Xankişiyevadan miras qalan, Gülarə Xankişiyeva və Gülzaman Rzayevanın birgə mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evini, habelə tövlə binasını faktiki qəbul etmiş və idarə etmiş, vergiləri, kommunal xidmətlər üçün haqları ödəmişdir. Eyni zamanda miras qoyanın faktiki istifadəsində olan 0.062 hektar torpaq sahəsi ərizəçinin faktiki olaraq istifadəsinə keçmişdir. X19 və X5 adlarına verilmiş JN-097F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0.045 hektar hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 0.045 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınması öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Şahid1 Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə X19 və X5 adlarına verilmiş JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 m2 hissədə ləğv edilməsi və ləğv edilməsi tələb olunan 437,8 m2 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi Şahid1 adına qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daha sonra Şahid1 ümumi və yaşayış sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evinə, 0.0438 hektar həyətyanı torpaq sahəsinə, ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsinə 2017-ci ildə çıxarışlar almış və mülkiyyətində olan həmin torpaq sahələrini və iki otaqlı fərdi yaşayış evini bacısı Şahid2 bağışlamışdır. 2019cu ildə ərizəçi həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İşə yenidən baxılmış və məhkəmə prosesi zamanı Şahid1 iddiasını geri götürdüyündən iş üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli yeni qərar qəbul edilmişdir. Hazırda ərizəçi Şəki İnzibati Məhkəməsinə müraciət edərək Şahid1 adına 31,5 kv.m sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dair xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı və Şahid1 adına həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan 0.085 hektar torpaq sahəsinə dair xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışların ləğv edilməsi öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələb etmiş və iş üzrə məhkəmə iclası xx xxxxxx 2020ci il tarixə təyin edilmişdir. Torpaq islahatları zamanı X19 və X12 adlarına verilmiş JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X2 anasının soyadına uyğun olaraq “Rzayeva”, adı isə “Gülarə” əvəzinə “Güllər” yazılmışdır. Əslində həmin şəhadətnamə X7 məxsusdur. Həmin faktların məhkəməyə qədər və məhkəmədən kənar təsdiqi mümkün deyildir. O, İsmayıllı rayon X18 xx xxxxxx 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X19 və X12 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F Kod 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X19, X7 məxsus olması və X4 miras qalan JN097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.08 hektar həyətyanı torpaq sahəsi, iki otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Əhən X36 üzrə nümayəndəliyində xx xxxxxx 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı tərəf İsmayıllı Rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, ərizəçi yeznəsi Nümayəndə qardaşıdır. X32 və Gülarə Xankişiyeva qonşuları olmuşlar. X25 və Xankişi adlı uşaqları olmuşdur. Xankişi Rzayevin rəsmi nikahda olmayan oğlu Əlirza Süleymanov Bakı şəhərində yaşayır. Əlirza Süleymanov hər il Əhən kəndinə gedibgəlir. JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Gülzaman və Gülarənin mülkiyyətində olan 0.08 hektar həyətyanı torpaq sahəsini və həmin həyətyanı torpaq sahəsində olan tövləni əvvəllər Gülarə, Gülarənin vəfatından sonra əvvəlcə o istifadə etmişdir. O, daha sonra oranı bacısı Gülsirəyə bağışlamış, oradan Gülsirə və ailəsi istifadə etmişlər. Ərizəçi köçəri həyat sürmüş, müəyyən əşyalarını, istifadə etdiyi odunları tövləyə yığmışdır. Daha sonra Gülsirənin əri İsa tövləni sökmüşdür. Birinci instansiya məhkəməsinin iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, o, mübahisəli torpaqdan istifadə edir, vergiləri və kommunal xidmətlər üçün haqları ödəyir. Ərizəçinin öz torpaq sahəsi var və oradan istifadə edir. Birinci instansiya məhkəməsinin iclasında şahid X38 ifadə verərək göstərmişdir ki, torpaq sahəsindən əvvəl X16 istifadə etmiş, 1998-ci ildə Azərbaycana gələndən sonra özü istifadə etmişdir. Ərizəçinin öz torpaq sahəsi var və oradan istifadə edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Ərizəçi аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsi ərizəni rədd etməklə ədalətsizlik etmiş, qanuni hüquqlarını pozmuşdur. İsmayıllı Rayon Məhkəməsi işin faktiki hallarının heç birinə, təqdim olunmuş sübutlara əhəmiyyət verməyərək tələbini təmin etməmişdir. Məhkəmə bütün sənədlərdə və izahatlarda qeyd edilməsinə baxmayaraq, vəsiyyət üzrə vərəsəsi kimi qanuni əsaslarla müraciət etdiyi halda İsmayıllı rayon Əhən kənd sakinləri mərhumlar X19 və X12 birgə mülkiyyətində 0,08 ha həyətyanı torpaq sahəsinin olması barədə JN - 097F Kod 40704018 olan “Torpağm mülkiyyətə verilməsinə dair” şəhadətnamənin həmin mərhumlar X19 və X8 məxsus olması faktının təsdiqi üçün lazım olan bütün sübutlar mövcud olduğu halda məhkəmə həmin faktı da əsassız olaraq təmin etməmişdir. Eyni zamanda, məhkəmə bəzi şahidlərin ifadələrini təhrif etmiş, şahidlərin ifadəsində göstərilən və iş üçün əhəmiyyəti olan bəzi detallar qətnamədə öz əksini tapmamışdır. Şahid1 ifadəsində iş üçün əhəmiyyəti olmayan və ya onun əleyhinə olan fikirlər qeyd edilmiş, lakin iş üçün əhəmiyyəti olan fikirlər qeyd edilməmişdir. Belə ki, Şahid1 adından ifadəsində qeyd edilir ki, “Gülzaman Rzayevanın nəvəsi kimi qeyd edilən Bakı şəhər sakini Əlirza Süleymanovun hər il Əhən kəndinə mübahisəli evə gəlib -getməsi, JN - 097F Kod 40704018 olan şəhadətnamə üzrə 0,08 ha həyətyanı torpaq sahəsindən və həmin həyətyanı torpaq sayhəsində olan tövlədən əvvəl Gülarənin, sonra da Mirzağanın istifadə etməsi” qeyd edilir. Lakin Mirzağa ifadəsində göstərmişdir ki, Gülzaman Rzayeva və Gülarə Xankişiyevanın vəfatından sonra torpaq, ev və tövlədən Alı istifadə etmiş, sonradan onun X33 müraciətindən sonra 2016-cı ildə qəbul olunmuş qətnamə əsasında mübahisəli torpaq sahəsi və ev Mirzağanın mülkiyyətinə keçmiş, bundan sonra Mirzağa həmin əmlakı bacısı Gülsirəyə bağışlamışdır. Bundan sonra adı çəkilən tövlə binası Gülsirənin əri İsa tərəfindən sökülmüşdür. Mirzağanın adını çəkdiyi digər tövlə binası isə həmin ərazidən kənardadır. Məhkəmə isə hissəni düzgün araşdırmamış və fikirlər çaşbaş salınmışdır. Həmçinin, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. Bununla da, məhkəmə tərəfindən AR MPM-nin 385-390-cı maddələrinin tələbləri pozulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi haqsız, ədalətsiz, qanunsuz qəbul olunmuş qətnamədir və birbaşa mülkiyyətə dair konstitision hüquqlarının pozulmasına səbəb olan qanunsuz hüquqi aktdır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)- 685/2020 nömrəli qətnaməsinin ləğv edilərək ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan JN 097F, KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon X18 xx xxxxxx 1998-ci il tarixli 61 saylı qərarı ilə 0.08 hektar həyətyanı torpaq sahəsi İsmayıllı rayonu Əhən kənd sakini X19 və X12 birgə mülkiyyətinə verilmişdir. İşdə olan xx xxxxxx 2020-cil tarixli AZ-İ № 006656 nömrəli arayışdan müəyyən edilir ki, X19 xx xxxxxx 2003-cü ildə vəfat etmişdir. İşdə olan xx xxxxxx 2020-cil tarixli AZ-İ № 627522 nömrəli arayışdan müəyyən edilir ki, X10 xx xxxxxx 2013-cü ildə vəfat etmişdir. İşdə olan İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində xx xxxxxx 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayonun Əhən kəndində yaşayan X10 özünə məxsus olan Əhən kəndində 2 (iki) otaqlı 28,8 kv yaşayış evini, tövləsini, JN097F KOD 40704018 nömrəli dövlət şəhadətnaməsi ilə verilən həyətyanı torpaq sahəsini Əhən kəndində yaşayan Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2-1(84)- 764/2016 saylı qərarından müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə X11 və X13 adlarına verilmiş JN-097F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 m2 hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 437,8 m2 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi iddiaçı Şahid1 adına qeydə alınması öhdəliyi qoyulmuşdur. İşdə olan xx xxxxxx 2017-ci il tarixli **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ümumi sahəsi 31.5 kv/m olan fərdi yaşayış evi və 0.0438 hektar həyətyanı torpaq sahəsi Şahid1 adına qeydə alınmışdır. İşdə olan xx xxxxxx 2017-ci il tarixli **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsi Şahid1 adına qeydə alınmışdır. İşdə olan xx xxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən edilir ki, Şahid1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Əhən kəndində yerləşən ümumi və yaşayış sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evini, 0.0438 hektar həyətyanı torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan Şahid2 mülkiyyətinə vermişdir. İşdə olan xx xxxxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən edilir ki, Şahid1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Əhən kəndində yerləşən ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan Şahid2 mülkiyyətinə vermişdir. İşdə olan xx xxxxxxxx 2017-ci il tarixli **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və 407-4018/68 inventar nömrəli texniki pasportdan müəyyən edilir ki, ümumi sahəsi 31.5 kv/m olan fərdi yaşayış evi və 0.1288 hektar həyətyanı torpaq sahəsi Şahid2 adına qeydə alınmışdır. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1637/2019 saylı qərardadından müəyyən edilir ki, iddiaçı Şahid1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “X6 və X13 adlarına verilmiş JN-097F KOD 40704018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin 0.045 hektar hissəsinin ləğv edilməsi, həmin 0.045 hektar torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. İşdə olan İsmayıllı rayon Notariat Ofisinin xx xxxx 2020-ci il tarixli 868 nömrəli məktubundan müəyyən edilir ki, Ərizəçi mərhum anasının xalası X4 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 (altı) aylıq müddət buraxıldığından, miras əmlakın faktiki qəbulu üçün faktların sübutu mümkün olmadığından miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********74 nömrəli məktubdan müəyyən edilir ki, Ərizəçi JN-097F nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşdə olan Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-764/2020 nömrəli bildirişindən müəyyən edilir ki, iddiaçı Ərizəçi cavabdeh daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X29rşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Şahid1 adına 31,5 kv.m sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dair vahid mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydə alınaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı və Şahid1 adına həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan 0.085 hektar torpaq sahəsinə dair Şahid1 mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********51 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə saat 12:00 Şəki Məhkəmə Kompleksinin binasına təyin edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli **********43 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə JN-097F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.08 hektar torpaq sahəsinin 0.04378 hektar hissəsi və üzərində yerləşən fərdi yaşayış evi Şahid1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsi qalan 0.036 hektar hissədə qüvvədədir. İşdə olan İsmayıllı RİHB-nin Əhən kənd X36 üzrə nümayəndəsinin xx xxxxxxx 2020cu il tarixli 171 nömrəli arayışından müəyyən edilir ki, Əhən kənd sakini olmuş mərhum X10 xx xxxxxx 2013-cü ildə vəfat edənə kimi Əhən kəndində yaşamışdır. X5 anası X19 ilə ölənə kimi birgə yaşamışlar və qızı X4 başqa varisi olmamışdır. X5 vərəsəsi olmamışdır. İşdə olan İsmayıllı RİHB-nin Əhən kənd X36 üzrə nümayəndəsinin xx xxxxxxx 2020cu il tarixli 172 nömrəli arayışından müəyyən edilir ki, Əhən kəndində həyətyanı torpaq sahələri özəlləşdirmə üçün ölçülərkən torpaq sahəsinin JN-097F plan və ölçüsü sənədlərində (kadastrda), X28 tərəfindən verilmiş siyahıda X5 adında və soyadında texniki səhv olaraq X20 yazılmışdır. İşdə olan “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş bildirişlərdən və istifadə olunmuş elektrik enerjisinə görə haqların ödənilməsinə dair mədaxil qəbzlərindən müəyyən edilir ki, abonentin adı X9 qeyd edilmiş və haqlar ayrı-ayrı vaxtlarda X14 adından ödənilmişdir. İşdə olan 23 may, xx xxx 2018-ci il və xx xxxx 2020-ci il tarixli tədiyyə bildirişlərindən və xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, Əhən Bələdiyyəsi tərəfindən torpaq vergisinin ödənilməsi üçün Ərizəçi adına bildiriş göndərilmiş və Ərizəçi öz adından xx xxxx 2020-ci il tarixdə torpaq vergisini ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1166-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.2 və 308-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, JN- 097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayonu Əhən kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi X19 və X12 birgə mülkiyyətlərinə verilmişdir. X19 xx xxxxxx 2003-cü ildə vəfat etmişdir. Əhən kənd sakini X3 Rayon İcra Hakimiyyəti Başçısının Əhən X36 üzrə nümayəndəliyində təsdiq edilmiş və reyestrdə 02 nömrə ilə qeydə alınmış xx xxxxxx 2011-ci il tarixli vəsiyyətnamə ilə iki otaqlı 28.8 kv.m fərdi yaşayış evini, tövləsini, JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə həyətyanı torpaq sahəsini ərizəçiyə vəsiyyət etmişdir. X10 xx xxxxxx 2013-cü ildə vəfat etmişdir. Daha sonra İsmayıllı rayonun Əhən kənd sakini Şahid1 X19 və X12 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN097F, KOD 40704018 topağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0.045 hektar hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 0.045 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınması öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə X11 və X13 adlarına verilmiş JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 m2 hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 437,8 m2 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi Şahid1 adına qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daha sonra Şahid1 ümumi və yaşayış sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evinə, 0.0438 hektar həyətyanı torpaq sahəsinə dair xx xxxxxx 2017-ci il tarixli **********36- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsinə dair xx xxxxxx 2017-ci il tarixli **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlar almışdır. Şahid1 həmin çıxarışlar əsasında mülkiyyətində olan ümumi sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evini, 0.0438 hektar həyətyanı torpaq sahəsini xx xxxxxx 2017-ci il tarixdə, 0.085 hektar həyətyanı torpaq sahəsini isə xx xxxxxxxx 2017-ci il tarixdə notarial qaydada bacısı Şahid2 bağışlamışdır. Şahid2 isə bağışlama müqavilələri əsasında ümumi sahəsi 31.5 kv/m olan fərdi yaşayış evinə, 0.1288 hektar həyətyanı torpaq sahəsinə dair xx xxxxxxxx 2017-ci il tarixli **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və xx xxxxxxxx 2017-ci il tarixli 407- 4018/68 inventar nömrəli texniki pasport almışdır. Ərizəçi 2019-cu ildə üçüncü şəxs qismində həmin iş üzrə cəlb edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə prosesi zamanı Şahid1 iddiasını geri götürdüyündən icraata xitam verilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu il tarixli yeni qərar qəbul edilmişdir. Ərizəçi yenidən Şəki İnzibati Məhkəməsinə müraciət edərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Şahid1 adına 31,5 kv.m sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dair xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı və həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan 0.085 hektar torpaq sahəsinə dair xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışların ləğv edilməsi öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasını tələb etmiş və iş üzrə məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Birinci instansiya məhkəməsi qərara almışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə JN-097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.08 hektar həyətyanı torpaq sahəsinin 0.04378 hektar hissəsi və üzərində yerləşən fərdi yaşayış evinin Şahid1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, daha sonra Şahid1 ümumi və yaşayış sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evinə, 0.0438 hektar həyətyanı torpaq sahəsinə dair xx xxxxxx 2017-ci il tarixli **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsinə dair xx xxxxxx 2017-ci il tarixli **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlar alaraq həmin əmlakları bacısı Şahid2 bağışladığından, Şahid2 isə bağışlama müqavilələri əsasında ümumi sahəsi 31.5 kv/m olan fərdi yaşayış evinə və 0.1288 hektar həyətyanı torpaq sahəsinə dair xx xxxxxxxx 2017-ci il tarixli **********30- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış aldığından və hazırda JN097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0.036 hektar hissəsi qüvvədə qaldığından ərizə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan ərizəçi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Ərizəçi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar