Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-430/2023 30.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “torpaq sahəsinə payların müəyyən edilməsi, payın naturada ayrılması, torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tаrixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları JN-0256, KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə X15, X10, X8, X16 ünvan 1i ərazisindən 0,91 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında ümumi birgə mülkiyyətə verilmiş torpağın ümumi sahəsinin 0,91 ha olmaqla ayrı-ayrı ərazilərdə yerləşməsi, ona görə də torpaq sahəsinin üç ədəd müxtəlif planşetlərdə əks edilməsi müəyyən edilir. Sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən, 256 F nömrəli konturda (planşetdə) 457,25 kv.m, 256 G nömrəli konturda (planşetdə) 2995,22 kv.m və 256 D nömrəli konturda (planşetdə) 5646,15 kv.m olması göstərilmişdir. 09 sentyabr 2011-ci il tarixli, 2v-217 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X12 vərəsələri bunlardır: atası Cavabdeh, arvadı İddiaçı3, oğlu İddiaçı2, oğlu İddiaçı1. Onlar Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-0256, KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna X31 əsasən ünvan 1i ünvanında yerləşən, məqsədli istifadə növü kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0,91 ha torpaq sahəsindən X17 ümumi birgə mülkiyyət hüququ ilə məxsus paydan (256 G nömrəli planşet üzrə sahəsi 2995,22 kv.m) bərabər paylar almalıdırlar. 09 sentyabr 2011-ci il tarixli, 2v-218 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, 29 mart 2010-cu tarixdə vəfat etmiş X9 vərəsələri, atası 13 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X20 olan aşağıdakı şəxslərdir: nəvəsi İddiaçı2; nəvəsi İddiaçı1. Onlar Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-0256, KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna X31 əsasən ünvan 1i ünvanında yerləşən, məqsədli istifadə növü kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0,91 ha torpaq sahəsində X10 ümumi birgə mülkiyyət hüququ ilə məxsus payın 1/2 hissəsindən (256 G nömrəli planşet üzrə sahəsi 2995,22 kv.m) bərabər paylar almalıdırlar. 09 sentyabr 2011-ci il tarixli, 2v-219 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, 29 mart 2010-cu tarixdə vəfat etmiş X9 vərəsəsi- əri Cavabdehdur. O, Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-0256, KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna X31 əsasən ünvan 1i ünvanında yerləşən, məqsədli istifadə növü kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0,91 ha torpaq sahəsində X10 ümumi birgə mülkiyyət hüququ ilə məxsus payın 1/2 hissəsindən (256 G nömrəli planşet üzrə sahəsi 2995,22 kv.m) pay almalıdır. 17 sentyabr 2011-ci il tarixli, 2v-235 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, 13 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X12 vərəsələri bunlardır: atası Cavabdeh, arvadı İddiaçı3, oğlu İddiaçı2, oğlu İddiaçı1. Onlar Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-0256, KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna X31 əsasən ünvan 1i ünvanında yerləşən, məqsədli istifadə növü kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0,91 ha torpaq sahəsindən X17 ümumi birgə mülkiyyət hüququ ilə məxsus paydan (256 F nömrəli planşet üzrə sahəsi 457,25 kv.m və 256 D nömrəli planşet üzrə sahəsi 5646,15 kv.m) bərabər paylar almalıdırlar. 17 sentyabr 2011-ci il tarixli, 2v-236 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, 29 mart 2010-cu tarixdə vəfat etmiş X9 vərəsələri, atası 13 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X20 olan aşağıdakı şəxslərdir: nəvəsi İddiaçı2; nəvəsi İddiaçı1. Onlar Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-0256, KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna X31 əsasən ünvan 1i ünvanında yerləşən, məqsədli istifadə növü kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0,91 ha torpaq sahəsində X10 ümumi birgə mülkiyyət hüququ ilə məxsus payın 1/2 hissəsindən (256 F nömrəli planşet üzrə sahəsi 457,25 kv.m və 256 D nömrəli planşet üzrə sahəsi 5646,15 kv.m) bərabər paylar almalıdırlar. 17 sentyabr 2011-ci il tarixli, 2v-237 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, 29 mart 2010-cu tarixdə vəfat etmiş X9 vərəsəsi- əri Cavabdehdur. O, Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 02 nömrəli qərarı ilə verilmiş JN-0256, KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna X31 əsasən ünvan 1i ünvanında yerləşən, məqsədli istifadə növü kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0,91 ha torpaq sahəsində X10 ümumi birgə mülkiyyət hüququ ilə məxsus payın 1/2 hissəsindən (256 F nömrəli planşet üzrə sahəsi 457,25 kv.m və 256 D nömrəli planşet üzrə sahəsi 5646,15 kv.m) pay almalıdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu, Talalar kəndində yerləşən 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/16 hissəsi X4, 7/16 hissəsi X18, 1/16 hissəsi İddiaçı3, 2/16 hissəsi İddiaçı2, 2/16 hissəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. 06 oktyabr 2011-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı X21(hazırki iş üzrə cavabdeh) ümumi paylı mülkiyyət üzrə özünə məxsus olan Balakən rayonu, Talalar kəndində yerləşən , ümumi sahəsi 0.2995 ha olan əkin məqsədli istifadə növlü torpaq sahəsindəki özünün müvafiq olaraq 7/16 payından 0,12 ha hissəsini alıcı X2. JN-047F, KOD 40113018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə X15, X10 və X16 ünvan 1i ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 10/5929 nömrəli ekspert rəyində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən ünvan 1ində yerləşən X6, Cavabdeh, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi paylı mülkiyyətində olan 2995.22 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 965.00 kv.m olmaqla həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Balakən rayonu, Talalar kəndində yerləşən 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə uyğun olmayan ölçülərlə 965.00 kv.m olduğuna görə və iddiaçılar İddiaçı3, İddiaçı2 aid ümumilikdə 5/16 hissə paylarının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar, cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv.m və 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/16 hissəsinə İddiaçı3, 2/16 hissəsinə İddiaçı2 və 2/16 hissəsinə İddiaçı1 paylarının müəyyən edilməsi, ünvan 1ində yerləşən 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 aid ümumilikdə 5/16 hissəsinin naturada ayrılması, Cavabdeh həmin hissədən çıxarılması, payın naturada ayrılması mümkün olmadıqda əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında paylarına müvafiq olaraq bölünməsi, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarına əsasən, ünvan 1ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv.m, 2995.22 kv.m və 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh və onun ailə üzvləri X19, X13 və X12 mülkiyyətinə verilmiş, hüquqları torpağa mülkiyyət hüququna dair JN seriyalı 256 nömrəli (kod: ********) dövlət aktı və şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X20 13 sentyabr 2009-cu il tarixdə, X19 29 mart 2010-cu ildə vəfat etmiş, sonuncunun mirasına vərəsəlik açılmış, əri Cavabdeh, nəvələri İddiaçı2 və İddiaçı1 qanun üzrə bərabər paylı vərəsə sayılmışlar. X3 isə qanun üzrə vərəsələri atası Cavabdeh, uşaqları İddiaçı2, İddiaçı1 və arvadı İddiaçı3dır. Hazırda, ünvan 1ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv.m, 2995.22 kv.m və 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X13 4/16, Cavabdeh 7/16, İddiaçı3 1/16, İddiaçı2 2/16, İddiaçı1 2/16 hissə paya sahibdirlər. Miras əmlak bölündükdən sonra, 457.25 kv.m və 2995.22 kv.m torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı aparılmış, cavabdeh özünə məxsus payın bir hissəsini (0.12 ha) satmışdır. İddiaçı 0.12 ha həyətyanı və 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün DƏDKR publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, Ərazi İdarəsinin əməkdaşları baxış və ölçmə işlərinin aparılması üçün cavabdeh tərəfindən sözügedən torpaq sahəsinə buraxılmamış, bu səbəbdən də hüquqların dövlət qeydiyyatına alınması qeyrimümkün olmuşdur. İddiaçılar payların naturada müəyyən edilməsi üçün cavabdehə müraciət etmişlər, sonuncu bundan imtina etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar həll edilməsi mümkün olmadığından iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Balakən Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(019)- 54/2023 nömrəli iş üzrə qəbul etdiyi 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilmiş, ünvan 1ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv.m və 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/16 hissəsinə İddiaçı3, 2/16 hissəsinə İddiaçı2 və 1/16 hissəsinə İddiaçı1 paylarının müəyyən edilməsi, 100 manat dövlət rüsumu xərcinin 50 manat hissəsinin cavabdeh X11 tutulub İddiaçı3, İddiaçı1 və İddiaçı2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 25 manatının iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2, 25 manatının isə cavabdeh X11 tutulub dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, ünvan 1ində yerləşən 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X6 4/16 hissə, Cavabdeh 7/16 hissə, İddiaçı3 1/16 hissə, İddiaçı2 2/16 və İddiaçı1 2/16 hissə payları müəyyən edilmiş, lakin 0.12 ha həyətyanı, 457.25 kv.m və 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə birgə mülkiyyətçilərin payları müəyyən edilməmişdir. İddiaçılar payların naturada müəyyən edilməsi üçün cavabdehə müraciət etmişlər, sonuncu bundan imtina etmişdir.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar həll edilməsi mümkün olmadığından iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə, ekspert rəyinə əsasən Balakən rayonu, Talalar kəndində yerləşən 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 aid ümumilikdə 5/16 hissə paylarının naturada real bölgüsünün mümkün olmamasını, bu səbəbdən torpaq sahəsindən onlara aid hissənin naturada müəyyən olunmamasını, cavabdeh Sücəddin Əliyev həmin torpaq sahəsindəki payının satılması ilə bağlı alğı-satqı müqaviləsi bağlamasına baxmayaraq hazırda da sözügedən torpaq sahəsinin ümumi paylı mülkiyyətçisi olmasını, iddiaçıların məhz onun adına verilmiş MA seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı məhkəməyə təqdim edərək 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 5/16 hissə paylarının olmasını bildirmələrini, ümumi paylı mülkiyyətçi olaraq cavabdehin də həmin torpaq sahəsindən istifadə, sahiblik və sərəncam hüquqlarının olmasını, iddiaçıların öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmələrini, bu tələblə məhkəməyə müraciət etmədən torpaq sahələrinin hərracda satılması tələbi ilə məhkəməyə müraciət etmələrini, maddi hüquq normalarının tələblərini, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının naturada ayrılması, cavabdehin onlara aid torpaq sahəsindən çıxarılması, əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında paylarına müvafiq olaraq bölünməsinə aid hissədə təmin edilməməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 213.5, 214.1, 215.1, 215.5, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 238.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. İddiaçı3 apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, iddianın “ünvan 1ində yerləşən 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 aid ümumilikdə 5/16 hissəsindən Cavabdeh çıxarılması” hissənin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh ünvan 1ində yerləşən 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 aid ümumilikdə 5/16 hissəsindən çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisə predmeti olan Balakən rayonu, Talalar kəndində yerləşən, ümumi sahəsi 0,2995 ha olan əkin məqsədli istifadə növlü torpaq sahəsində cavabdeh X14 payı 7/16 hissədən, yəni 0,12 hektardan ibarət olmuş, həmin hissədə digər paylı mülkiyyətçilərin razılığı ilə naturada ayrılaraq, 06 oktyabr 2011-ci il tarixli, AN seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən, satıcı X21 tərəfindən alıcı X1. Belə olan halda, yəni alğı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirildiyi andan cavabdeh X21 həmin torpaq sahəsi üzərində, sahiblik, istifadə və sərəncam hüququnu itirmişdir. Cavabdeh həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüququna malik olmadığı halda, həmin torpaq sahəsini zəbt etməsi, qanunsuz olaraq istifadə etməsi iddiaçıların mülkiyyət hüququnun və məhkəmə müdafiəsi hüququnun kobud şəkildə pozulmasına səbəb olur ki, bununla da birinci instansiya məhkəməsi tərəfindən Konstitusiyanın normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi Balakən rayonu, Talalar kəndində yerləşən, ümumi sahəsi 0,2995 ha olan əkin məqsədli istifadə növlü torpaq sahəsində cavabdeh X14 paylı mülkiyyətçi olması nəticəsinə gəlsə də, işin faktiki hallarını araşdırmamış, sonuncunun özünə məxsus payını satmasına hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi üzrə cavabdeh öz payına düşən hissəni iddiaçıların da şifahi razılığı ilə müəyyən edərək başqa şəxsə satmışdır. Cavabdeh tərəfindən tərəflər arsında barışıq yaratmağa cəhd edilsə də, heç bir nəticə əldə olunmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir hissəsinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İddiaçı3 isə apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin bir hissəsini, yəni 0,2995 ha torpaq sahəsinin 5/16 hissəsindən cavabdehin çıxarılmasının təmin edilməməsi ilə bağlı hissəsi mübahisələndirir. Ona görə də, Məhkəmə birinci instansiyası məhkəməsinin aktını yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə13. Mülkiyyət 13.3.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsi M a d d ə 6 5 . Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.
Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
M a d d ə 6 8 . Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
İş materiallarından görünür ki, apellyasiya baxışının predmeti olan hissədə iddiaçıların irədi sürdüyü tələblər – iş üzrə tərəflərin hər birinin 5/16 hissədə paylı mülkiyyətində olan və ünvan 1ində yerləşən 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylara uyğun naturada ayrılması, cavabdehin həmin hissədən çıxarılması, payın naturada ayrılması mümkün olmadıqda əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında paylarına mütanasib bölünməsindən ibarətdir. Sözügedən iddia tələblərinin təmin edilməməsi barədə nəticəyə gələn Rayon Məhkəməsi, mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəylərinə görə, mübahisəli torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə uyğun olmayan ölçülərlə 965.00 kv.m olduğuna, habelə tərəflərin 5/16 hissədə paylarının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağına və təsərrüfat sahəsi yararsız hala düşəcəyinə görə, torpağın naturada real bölgüsü mümkün deyildir. İddiaçı İddiaçı3 Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına qarşı apellyasiya şikayətində ifadə olunmuş dəlilləri ondan ibarətdir ki, mübahisəli torpaq sahəsinin cavabdehə məxsus 7/16 hissəsi, onun və digər mülkiyyətçilərin (iddiaçıların) razılığı ilə naturada ayrılmış, daha sonra isə həmin hissə notarial qaydada təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Absələddin Köklərova özgəninkiləşdirilmişdir. Alğı-satqı müqaviləsi bağlandığı andan isə cavabdeh özünə məxsus olmuş hissəyə (5/16) sahiblik, istifadə və sərəncam hüququnu itirmişdir. Göstərilənlərlə bağlı Məhkəmə qeyd edir ki, paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara müvafiq naturada ayrılması - ayrılmış paya uyğun torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi, həmin sahənin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasından ibarətdir. Lakin mübahisəli torpaq sahəsində cavabdehə məxsus olan 7/16 hissənin sərhədlərinin yerə (naturaya) keçirilməsi iş materialları ilə təsdiq olunmur. Həmin sahənin döngə nöqtələrinin koordinatlarına aid məlumat, habelə torpaq sahəsinin planı və ölçüsü iş materiallarında mövcud deyil. Bu baxımdan Məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilərinin ümumi razılığına əsasən cavabdehə məxsus 7/16 hissənin naturada ayrılması barədə iddiaçı tərəfin bildirdikləri əsassızdır. Məhkəmə həmçinin bildirir ki, paylı mülkiyyətdə olan torpaq sahəsindəki cavabdehə məxsus 7/16 olan hissəsi naturada ayrıldıqdan sonra, onun 3-cü şəxsə özgəninkiləşdirilməsi mümkündür. Digər tərəfdən, torpaq sahəsinin cavaddehə məxsus 7/16 hissəsinə dair cavabdeh və Absaləddin Köklərov arasında, xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi bağlansa da, Absaləddin Köklərovun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Başqa sözlə desək, ümumi mülkiyyət hüququndakı cavabdehin payı Absaləddin Köklərova keçməmişdir, cavabdeh paylı mülkiyyətdə olan mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olaraq qalmışdır. Cavabdeh paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçisi kimi, həmin əmlak üzərində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir. Cavabdehin bu hüquqları iddiaçılar tərəfindən məhdudlaşdırıla bilməz və ya o, bu hüquqdan məhrum ola bilməz. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli **********553 nömrəli mütəxəssis rəyində, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli 10/5929 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş üzrə tərəflərin ümumi paylı mülkiyyətində olan 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 965.00 kv.m olmaqla həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Həmin 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə uyğun olmayan ölçülərlə 956.00 kv.m olduğuna görə və iddiaçılara aid ümumilikdə 5/16 hissə paylarının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Belə olan halda Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin 5/16 hissəsinin naturada ayrılması barədə iddiaçı tərəfin iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Bunlardan başqa, Məhkəmə bildirir ki, iddiaçılar torpaq sahəsinin paylara mütanasib naturada bölünməsini, payın naturada ayrılması mümkün olmadıqda əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında paylarına müvafiq olaraq bölünməsini tələb etsə də, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl edilməmişdir. Həmin normanın tələbinə görə, iddiaçılar əmlakların naturada bölünməsi mümkün olmadıqda açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələb olunmazdan öncə ilk növbədə cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunmalı idi. Bu baxımdan da Məhkəmə hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə iddiaçıların cavabdehə qarşı irəli sürdüyü tələb, Rayon Məhkəməsinin bu tələbin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəliləri isə əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apelyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ: İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 yanvar 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı3 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.