Məhkəmə qərarları › İş №2(107)-431/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-431/2023

30.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-431/2023 30.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə evə köçürülmə” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilk iddia “yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə evə köçürülmə” tələbi, qarşılıqlı iddia “mənzildən istifadə hüququna xitam verilməsi” tələbi, maddi hüquq normasının düzgün tətbiq edilməməsi ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, X2, İlk iddia üzrə İddiaçı və vəkili Vəkil2, cavabdeh İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə evə köçürülmə” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-1671/2022 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və oğlu X3 2007-ci ildən indiyə kimi yaşadıqları Mingəçevir şəhəri Natəvan döngəsi 3 saylı fərdi yaşayış evində hüquqlarının müəyyən olunması evə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri Natəvan döngəsi 3 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə mərhum qaynatası X8 məxsus olmuşdur. X5 Natiq Ramiz oğlu ilə 27 noyabr 2007-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqları gündən yoldaşının yaşadığı və atasına məxsus olan evə gəlin köçmüş və cehizləri də həmin evə yığılmışdır. Onların birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü Hüseyn adlı uşaqları anadan olmuşdur. X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 2021-ci ilin sonlarında ona cavabdehlər tərəfindən şər-böhtan atılaraq evdən çıxarılmışdır. Hazırda oğlu ilə birlikdə valideynlərinin evində məskunlaşmışdır. Bundan əlavə o, 2007-ci ildən həmin evə köçmüş və həmin vaxtdan indiyə kimi həmin evdə qeydiyyatdadır. O evə köçəndə ev tam hazır olmamış və onun da həmin evdə köməyi olmuşdur. Qaynatası onu evə qeydiyyata salmışdır. Sözügedən evə çıxarış isə xx.xx.2008-ci ildə alınmışdır. Hazırda cavabdehlər onu evdən çıxarmış və evə buraxmırlar. Həmin evdən başqa yaşamağa evləri yoxdur və əşyaları da həmin evdədir. Lakin cavabdehlər ona sözügedən mənzildən istifadə etməsinə imkan vermirlər. Ona görə də onun və oğlu X3 2007-ci ildən indiyə kimi yaşadıqları Mingəçevir şəhəri Natəvan döngəsi 3 saylı fərdi yaşayış evində hüquqlarının müəyyən olunması evə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İlkin iddia tələbi tam əsassız və qanunsuzdur. Belə ki, ünvan 1 ünvanı Cavabdeh2 mülkiyyətimdədir və sözügedən ünvanda Sədayə Rzayev və oğlu Cavabdeh1 yaşayır. Həmin mənzil Cavabdeh2 mülkiyyətimdədir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Sözügedən mənzil Cavabdeh2 ərimdən vərəsəlik qaydasında keçmişdir. Cavabdehin ona məxsus evdən heç bir hüququ yoxdur. Cavabdeh İddiaçı xeyli müddətdir Cavabdeh2 məxsus mənzildə yaşamır. Cavabdehin onun mənzilində qeydiyyatda olması onun istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Cavabdeh2 məxsus mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də onun Cavabdeh2 məxsus mənzildə hər-hansı istifadə hüququ olması barədə rəsmi sənəd mövcud deyil. İstifadə hüquqları olmayan şəxsin Cavabdeh2Cavabdeh2 məxsus mənzilə köçürülmək istəməsi qanunun tələblərinə uyğun deyil. Cavabdehin Cavabdeh2 məxsus evdə qeydiyyatda olması istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Cavabdeh iddia ərizəsində də göstərdiyi kimi hazırda başqa yaşayış yeri var və Cavabdeh2 mülkiyyətində olan evdə yaşamır. Onun başqa yaşayış yeri olmaqla bizimlə birgə yaşaması mümkün deyil. Bundan əlavə İddiaçı sözügedən evə gəlin gələrkən və qeydiyyata düşərkən onun sözügedən evdən istifadə hüququnun yaranması üçün hər hansı razılıq olmamış, bu razılıq notarial qaydada təstiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı evin faktiki sahibi olan Cavabdeh2 keçmiş gəlini olmuşdur. Qaynananın keçmiş ailə üzvü olan gəlinini saxlamaq öhdəliyi yoxdur və bu öhdəliyin olması ilə bağlı aralarında heç bir vaxt razılaşma olmamışdır. Ona görə də ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını və İddiaçı ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-1671/2022 saylı (sədrlik edən hakim Ə.Hüseynov) qətnaməsi ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə evə köçürülmə” tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh2 İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh1 və İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydə alınmış, İddiaçı X12in 2005-ci il tarixdən mülkiyyətində olan torpaq sahəsində olan və onun tərəfindən inşa olunmuş Mingəçevir şəhəri, Natəvan döngəsi 3 ünvanında yerləşən evə gəlin köçmüşdür. ünvan 2ş evi üzərində X4 tam mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ramiz Rzayev xx.xx.2021-ci ildə vəfat etdikdən sonra sözügedən əmlak bütövlükdə miras əmlakı kimi Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bununla əlaqədar ümumi sahəsi 166.80 kvadrat metr olan Mingəçevir şəhəri, Natəvan döngəsi 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 və İddiaçı arasında nikah pozulmuş və xx.xx.2010-cu il təvəllüdlü Hüseyn adlı uşaq İddiaçı yanında qalması müəyyən olunmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh1 və İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydə alınmış, İddiaçı X12in 2005-ci il tarixdən mülkiyyətində olan torpaq sahəsində olan və onun tərəfindən inşa olunmuş Mingəçevir şəhəri, Natəvan döngəsi 3 ünvanında yerləşən evə gəlin köçmüşdür. ünvan 2ş evi üzərində X4 tam mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ramiz Rzayev xx.xx.2021-ci ildə vəfat etdikdən sonra sözügedən əmlak bütövlükdə miras əmlakı kimi Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bununla əlaqədar ümumi sahəsi 166.80 kvadrat metr olan Mingəçevir şəhəri, Natəvan döngəsi 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 və İddiaçı arasında nikah pozulmuş və xx.xx.2010-cu il təvəllüdlü Hüseyn adlı uşaq İddiaçı yanında qalması müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını və tərəflərin təqdim etdiyi sübutları müqayisəli şəkildə təhlil edərkən müəyyən etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2007-ci ildən yaranmışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında sözügedən mülki hüquq münasibətləri 2007-ci ildən yarandığından, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün İddiaçı ilə Cavabdeh2 arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşmanın, həmçinin iddiaçının onun ailə üzvü olub– olmaması məsələsi müəyyən edilməlidir. Məhkəmə iddiaçının Cavabdeh2 (əvvəllər X8) məxsus torpaq sahəsi üzərində tikilmiş evdən istifadə hüququnun tanınmasına qiymət verərkən, həmçinin nəzərə alır ki, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olması da müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli ev üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehlərin mübahisəli ev üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi də müəyyən olunmalıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, hazırda Cavabdeh2 məxsus olan, əvvəllər isə X8 məxsus olmuş Mingəçevir şəhəri, Natəvan döngəsi 3 ünvanda olan 500 m2 torpaq sahəsi 2005-ci ildə onlar tərəfindən alınmış və onların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində 2005-ci ildən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuş və həmin torpaqda inşa olunmuş fərdi yaşayış evi 2008-ci ildə dövlət qeydiyyatından keçməklə çıxarış verilmişdir. Mülkiyyətdə olan torpaq sahəsi Ramiz Razayevə və Cavabdeh2 mülkiyyətində olduğundan onların onun həmin mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyətə qanuni gözlənti hüququ vardır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 keçmiş gəlinidir. Sözügedən evin mülkiyyətçisi olan Cavabdeh2 keçmiş gəlini olan İddiaçı saxlamaq vəzifəsi yoxdur. Bundan əlavə məhkəmə işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxır. Məhkəməyə ilkin iddia üzrə İddiaçı 2007-ci ildən mübahisəli evə qeydiyyata düşməsini bildirsə də və sözügedən evə hər hansı hüququnun olmasını bildirsə də bu barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə Cavabdeh2 təqdim etdiyi və məhkəmə sorğusu ilə əldə olunmuş sənədlərlə sübut olunmuşdur ki, 2005-ci ildən mübahisəli torpaq sahəsi və orada tikilmiş fərdi yaşayış evi Sadayə Rzayevanın və ərinin mülkiyyətində olmuş, sözügedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi 2008-ci ilə aid olsa da onların göslənilən mülkiyyət hüquqları vardır. İddiaçı ilə mülkiyyətçilərin arasında heç bir razılaşma olmamış, və razılaşma notarial qaydada təstiq edilməmişdir. Bundan əlavə evin özəllədirilməsində İddiaçı razılığı olmamış və o, özəlləşmədə iştirak etməmişdir. Bununla bağlı İddiaçı sübut təqdim edə bilməmiş və məhkəmə sorğularına verilmiş cavablarda bu hallarla bağlı heç bir sənəd aşkarlanmamışdır. Məhkəmə bütün sübutları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlmişdir ki, ilkin iddianın heç bir hüquqi əsası yoxdur və iddia rədd edilməlidir. Qarşılıqlı iddia isə yuxarıda qeyd edilən əsaslara görə tam qanuni olmaqla Cavabdeh2 mülkiyyətində olan evdə keçmiş gəlini İddiaçı heç bir istifadə hüququ yoxdur. Bu səbəbdən də onun tələb olunan istifadə hüquqlarına xitam verilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.1 və 228.2-ci maddələri, Ailə Məcəlləsinin 13 və 15–ci maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə İddiaçı apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1671/2022 saylı xx.xx.2022 tarixli qətnaməsi ilə onun Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə evə köçürürlmə tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh2 ona qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair dair iddiası təmin edilərək onun ünvan 3 ünvanında istifadə istifadə hüququna xitam verilmişdir. AR MM-nin 5.3, 14.1, 14.2.1-ci maddələrində aydın şəkildə məhkəmə tərəfindən araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmiş və bu azmış Mülki məcəllənin göstərişləridə pozmuşdur. Halbuki məhkəmə sübutlara obyektiv qərərsiz hərətərfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüququi normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Onların iş üzrə şahidi xəstə olduğu üçün iştirak edə bilməmişdir, bu haqda birinci instansiya məhkəməsinə bildirsəkdə işin şahid dindirilməsi üçün vaxt verməmişdir. Halbuki ki, “Hiro Balani ispaniyay qarşı” iş üzrə 9.12.1994 ci il tarixli qərar Kuznetsov və digərləri Rusiya qarşı 21.01,2007-ci il tarixli qərar və H.B.Belçikayaya qarşı iş üzrə qərarlarında Avropa insan Hüquqları üzrə Məhkəməsi göstərmişdir ki, insan hüquqları haqda Avropa Konvensiyanın 6 maddəsinin 1 bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Milli məhkəmələr tərəfindən öz qərarları əsaslandırmaq tələbinə əməl olunması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqeylərini bərabərlik prinsipi göstərilməklə dinlənilməsini sübuta yetirilməməsinə nəticələnir. Qətnamədə qeyd olunmuşdu ki, həmin mübahisəli fərdi yaşayış evi Cavabdeh2 və onun ərinin vəsaiti hesabına inşa edildiyindən, müəyyən iqtisadi dəyərə malik olduğundan, onun həmin mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ yar anmışdır. Lakin həmin mübahisəli yaşayış evinin tək Cavabdeh2 və onun ərinin vəsaitinin hesabina inşa edildiyini qeyd etsede, hənin faktı sübut etməmişdir. Qətnamədə qeyd edilmişdir ki, həmin mənzilə qeydiyyatın çıxarış alana qədər olsada özəlləşmədə onun iştirakına bağlı heç bir sənəd təqdim etməmişdir. Halbu ki, o, ora köçərkən yarımçıq yaşayış evinə köçmüş və onun hesabına həmin ev tikilib tamamlanmışdır. Onun həmin evə çıxarış almağı qeydiyyata düşməyi torpağın mülkiyyətçisinin razlığı olduğunu sübut edir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)- 1671/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh İddiaçı vəkili Vəkil1 məhkəməyə etiraz göndərərək qeyd etmişdir ki, ünvan 1 ünvanı Cavabdeh2 mülkiyyətimdədir və sözügedən ünvanda yaşayır. Həmin mənzil onun mülkiyyətimdədir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Sözügedən mənzil ona ərindən vərəsəlik qaydasında keçmişdir. Cavabdehin Cavabdeh2 məxsus evdən heç bir hüququ yoxdur. Cavabdeh xeyli müddətdir Cavabdeh2 məxsus mənzildə yaşamır. Cavabdehin onun mənzilində qeydiyyatda olması Cavabdeh2 istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Cavabdeh2 məxsus mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də onun Cavabdeh2 məxsus mənzildə hər-hansı istifadə hüququ olması barədə rəsmi sənəd mövcud deyil. İstifadə hüquqları olmayan şəxsin ona məxsus mənzilə köçürülmək istəməsi qanunun tələblərinə uyğun deyil. Cavabdehin uzun müddətdir Cavabdeh2 məxsus mənzildə yaşamaması və başqa yaşayış yerinin olması onun Sədarə Rzayevaya məxsus evdən istifadə hüquqlarına xitam verilməsinə əsas olmalıdır. Cavabdehin evdə qeydiyyatda olması istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Cavabdeh iddia ərizəsində də göstərdiyi kimi hazırda başqa yaşayış yeri var və Sadəyə Rzayevanın mülkiyyətimdə olan evdə yaşamır. Onun başqa yaşayış yeri olmaqla onunla birgə yaşaması mümkün deyil. İddiaçı qətnamədən apellyasiya şikayəti versə də heç bir qanuni əsası yoxdur. Belə ki, İddiaçı nə istifadə hüququ olmamış nə də hazırda bu hüquq mövcud deyil. Bundan əlavə məhkəmə iclasında sənədlər təqdim edilmiş və müəyyən edilmişdir ki, torpaq 2005-ci ildə alınmış və sənədləri mövcuddur. Evin sənədləri var və evə qeydiyyata düşmək istifadə hüququnnun yaranması üçün əsas deyil. İddiaçı iddiasının və şikayətinin heç bir hüquqi əsası yoxdur. Ona görə də apellyasiya şikayətinin rədd edilməsini və Mingəçevir şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022ci il tarixli, 2(051)-1671/2022 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-1671/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarı; Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228.5-ci mаddəsinə dаir» Azərbvаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 27 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir: «MM-in 228.1 və 228.2-ci mаddələrinin mənаsındаn göründüyü kimi yаşаyış binаsının tərkib hissəsindən istifаdə hüququnun yаrаnmаsı üçün аşаğıdаkı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yаzılı rаzılаşmаnın bаğlаnılmаsı; - həmin rаzılаşmаnın notаriаt qаydаsındа təsdiq edilməsi; - istifаdə hüququnun dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlınmаsı. "X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarma uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il il tarixli Qərarı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-1671/2022 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-1671/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, hər iki iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi ilk iddanı rədd qarşılıqlı iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə mülkiyyətçilərin arasında heç bir razılaşma olmamış, və razılaşma notarial qaydada təstiq edilməmişdir. Bundan əlavə evin özəlləşdirilməsində İddiaçı razılığı olmamış və o, özəlləşmədə iştirak etməmişdir. Qarşılıqlı iddia isə yuxarıda qeyd edilən əsaslara görə tam qanuni olmaqla Cavabdeh2 mülkiyyətində olan evdə keçmiş gəlini İddiaçı heç bir istifadə hüququ yoxdur. Bu səbəbdən də onun tələb olunan istifadə hüquqlarına xitam verilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməkdə haqlı olsa da, qarşılıqlı iddianı təmin etməkdə haqlı olmamış, eyni zamanda maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Birinci instanasiya məhkəməsi iddiaçının mübahisəli evə istifadə hüququnun olmadığını bildirərək eyni zamanda İddiaçı mübahisəli evdən istifadə hüququna xitam verilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-1671/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, hər iki iddia tələbləri təmin edilməməlidir. Kollegiya ilk növbədə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzillə bağlı istifadə hüququ yaranmadığından iddia tələbi təmin edilə bilməz. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 və İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydə alınmış, İddiaçı X12in 2005-ci il tarixdən mülkiyyətində olan torpaq sahəsində olan və onun tərəfindən inşa olunmuş Mingəçevir şəhəri, Natəvan döngəsi 3 ünvanında yerləşən evə gəlin köçmüşdür. ünvan 2ş evi üzərində X4 tam mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ramiz Rzayev xx.xx.2021-ci ildə vəfat etdikdən sonra sözügedən əmlak bütövlükdə miras əmlakı kimi Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bununla əlaqədar ümumi sahəsi 166.80 kvadrat metr olan Mingəçevir şəhəri, Natəvan döngəsi 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 və İddiaçı arasında nikah pozulmuşdur. "X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarma uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il il tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir." X7 Məhkəməsinin Plenumu hüquq münasibətlərinin 2001-ci ildə yox, köçürülməsi tələb olunan ev üzərində hüquqların qeydiyyata alındığı 2011-ci ildə qüvvədə olan maddi hüquq normasının tətbiq edilməli olduğu qənaətinə gəlmişdir İşdə olan sənədlərlə müəyyən edilir ki, ünvan 2ş evi üzərində X4 tam mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi İddiaçı xx.xx.2007-ci il tarixdə X4 evinə köçərkən onun gözlənilən mülkiyyət hüququ olmuş, ünvan 2ş evi üzərində X4 tam mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kollegiya hesab edir ki, ünvan 2ş evi üzərində X4 tam mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından İddiaçı Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə əsasən X9 ilə yazılı müqavilə imzalamalı idi. Kollegiya hesab edir ki, hazırkı mübahisəyə Mülki Məcəlləsinin 228-ci maddəsinin müdəaları tədbiq edilməlidir. «MM-in 228.1 və 228.2-ci mаddələrinin mənаsındаn göründüyü kimi yаşаyış binаsının tərkib hissəsindən istifаdə hüququnun yаrаnmаsı üçün аşаğıdаkı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yаzılı rаzılаşmаnın bаğlаnılmаsı; - həmin rаzılаşmаnın notаriаt qаydаsındа təsdiq edilməsi; - istifаdə hüququnun dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlınmаsı. Göründüyü kimi iddiaçı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının evdən istifadə hüququ ilə bağlı keçmiş qaynatası X9 ilə hər hansı yazılı müqavilə imzalamamış, eyni zamanda iddiaçının evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Ona görə də kollegiya qeyd edir ki, ilk iddia tələbi əsassızı olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası qarşılqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İddiaçı mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Kollegiyanın qəanətinə görə cavabdeh İddiaçı mübahisəli mənzildən istifadə hüququ mövcud olmamışdır. Belə ki, cavabdehin mübahisəli mənzilə dair iddiaçı yaxud hər hansı şəxslə müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni mübahisəli evdən hansısa formada istifadə hüququnun olması təsdiq olunmamışdır. Belə ki, cavabdeh İddiaçı istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla mülkiyyətçi arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Digər tərəfən kollegiya hesab edir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə tələbi, onun mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olmaması səbəbilə rədd edilmişdirsə, deməli qarşılıqlı iddia tələbi də onun mübahisəli evə istifadə hüququnun olmaması səbəbilə rədd edilməlidir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)-1671/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, hər iki iddia tələbləri təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(051)- 1671/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar