Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-431/2024 17.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Tikinti, Turizm və Ticarət Ko. LTD” MMC-nin cavabdehlər Cavabdeh1 Muxtar qızına və Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, tikilinin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina, apellyasiya icraatına xitam) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Tikinti, Turizm və Ticarət Ko. LTD” MMC-nin cavabdehlər Cavabdeh1 Muxtar qızına və Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, tikilinin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(025)-53/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh1 Muxtar qızına qarşı “torpaq sahəsinin qeyri-qanuni zəbtdən azad edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli **********32 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında "xxxx" Tikinti, Turizm və Ticarət Ko. LTD şirkəti MMC-nin mülkiyyətində olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən 8,5428 ha torpaq sahəsinin, təxminən 0,60 ha hissəsinin Şamılı kənd sakini Cavabdeh1 Muxtar qızı tərəfindən özbaşına zəbt edilərək, qanunsuz əkinə istifadə etməsinə son qoyaraq, ərazinin boşaldılıb geri qaytarılması və uzun müddət qanunsuz istifadə zamanı çəkilən xərcin əvəzi ödənilmədən aidiyyəti üzrə (mülkiyyətçi kimi şirkətə) geri qaytarılması; Qəbələ rayonu, Şamılı kənd sakini Cavabdeh1 Muxtar qızının şirkətin mülkiyyətində olan 8.5428 ha torpaq sahəsinin təxminən 0,60 ha hissəsinin əsassız və qeyri-qanuni zəbt edib, uzun müddət qanunsuz istifadə etməsi əməlinə, qanunvericiliyin tələblərinə uyğun müvafiq qərar qəbulməsini xahiş etmişdir.. Məhkəmə tərəfindən 21 noyabr 2022-ci il tarixdə keçirilən iclasda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ rayon Şamılı Bələdiyyəsi mülki iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi (rəhbəri) Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 Muxtar qızının həyat yoldaşı Cavabdeh2 iş üzrə cavabdeh qismində tanınmasını xahiş etmiş və məhkəmə tərəfindən sonuncu cavabdeh kimi tanınmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi (rəhbəri) Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hüquqların Dövlət qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli **********32 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında "İnterkontenintal Tikinti, Turizm və Ticarət Ko.LTD şirkəti MMC-nin şirkətinin mülkiyyətində olan, Qəbələ rayonu Şamılı kəndində yerləşən k/t təyinatlı 8.5428 ha torpaq sahəsinin 0.6593 ha hissəsinin, Şamılı kənd sakini Cavabdeh1 Muxtar qızı, Cavabdeh2 Sirac oğlu tərəfindən özbaşına zəbt edilərək, həmin ərazidə qanunsuz əkinə, tinqi əkilməsinə son qoyaraq, apardıqları qanunsuz yarımçıq tikintinin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılıb geri qaytarılması və uzun müddət qanunsuz istifadə zamanı çəkilən xərcin əvəzi ödənilmədən aidiyyəti üzrə (mülkiyyətçi kimi şirkətə) geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(025)-53/2023 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia qismən təmnin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı mülkiyyətinə verilmiş 8,5428 ha torpaq sahəsinin 0,6593 ha hissəsindən cavabdehlərCavabdeh1 Muxtar qızı və Cavabdeh2çıxarılsın, cavabdehlər tərəfindən zəbt edilmiş 0,6593 ha torpaq sahəsində inşa edilmiş yarımçıq tikili cavabdehin hesabına sökülsün və cavabdehlər Cavabdeh1 Muxtar qızı və Cavabdeh2 tərəfindən tutulmuş ərazi boşaldılaraq İddiaçınə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 Muxtar qızı və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən nazarı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Cavabdeh2 məhkəməyə teleqram göndərərək Qəbələ Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(025)-53/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək belə qənаətə gəlir ki, Cavabdeh2 apellyasiya şikayətindən imtina etməsi barədə etdiyi müraciət qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiya məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apelyasiya şikayətindən imtina etməsi iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də, hazırki iş üzrə Cavabdeh2 apelyasiya şikayətindən imtina ərizəsi qəbul edilməli və Cavabdeh2 münasibətdə işin apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 Qəbələ Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(025)-53/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh2 münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-431/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-431/2024
17.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver