Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-432/2024 07.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əldən çıxmış fayda, sübutetmə yükü, maddi hüquq normalarının pozulması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(035)-549/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən yükdaşımaların həyata keçirilməsi nəticəsində vurulmuş ziyana görə 17000 ABŞ Dolları və mediasiya qurumuna ödənilmiş 50 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı istehsal edilən müxtəlif təyinatlı malların irihəcimli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə İddiaçı MMC arasında əmək müqaviləsi bağlanmış və iddiaçı cəmiyyətdə yük avtomobili üzrə sürücü vəzifəsində işə qəbul edilmişdir. Həmin vaxtdan cavabdeh cəmiyyətə məxsus yük avtomobilləri ilə yüklərin ölkələrarası daşınmasını həyata keçirmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh iddiaçıya məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükü Gürcüstan Respublikasının dövlət sərhədindən keçərkən aparılan gömrük yoxlaması nəticəsində onun üzərindən qanunsuz daşınan qızıl-zinət əşyaları aşkar edilmiş və ona görə də cavabdehə qarşı Gürcüstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanaraq cinayət məsuliyyətinə cəlb edilmiş və təqsiri sübuta yetirilmişdir. Ona görə də “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkına yerləşdirilərək, həmin vaxtdan hazırki vaxtadək orada saxlanılmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2022-ci il ilin dekabr ayından hazırki vaxtadək iddiaçıya məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkında saxlanıldığından və buna görə də, həmin avtomobildən yeddi ay müddətində istifadə edilməməsi nəticəsində iddiaçıya aylıq 2000 ABŞ dolları olmaqla, cəmi 17000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Lakin, həmin vurulmuş ziyan cavabdeh tərəfindən hazırki vaxtadək iddiaçıya ödənilməmişdir. İddiaçı borcun ödənilməsini tələb etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi–vəkil X7 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikasında istehsal edilən müxtəlif təyinatlı malların irihəcimli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə İddiaçı MMC arasında əmək müqaviləsi bağlanmış və cavabdeh cəmiyyətdə yük avtomobili üzrə sürücü vəzifəsində işə qəbul edilmişdir. Həmin vaxtdan Cavabdeh cəmiyyətə məxsus yük avtomobilləri ilə yüklərin ölkələrarası daşınmasını həyata keçirmişdir. 2022-ci ilin dekabr ayında Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükü Gürcüstan Respublikasının dövlət sərhədindən keçirərkən aparılan gömrük yoxlaması nəticəsində cavabdehin üzərindən qanunsuz daşınan qızıl-zinət əşyaları aşkar edilmiş və ona görə də cavabdehə qarşı Gürcüstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanaraq cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi üzrə cavabdehin təqsiri sübuta yetirilmişdir. Ona görə də “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkına yerləşdirilərək, həmin vaxtdan hazırki vaxtadək orada saxlanılır.İddiaçı həmin avtomobillə ay ərzində minimum bir dəfə yük daşınmasını həyata keçirdikdə 2000 ABŞ dolları gəlir əldə edir. Lakin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2022-ci il ilin dekabr ayından hazırki vaxtadək iddiaçıya məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkında saxlanıldığından və buna görə də həmin avtomobildən yeddi ay müddətində istifadə edilməməsi nəticəsində iddiaçıya aylıq 2000 ABŞ dolları olmaqla, cəmi 17000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Belə ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya yeddi ay ərzində nəqliyyat vasitəsinin istifadə edilməməsi səbəbindən 14000 USD və əlavə çəkilmiş xərclərə görə 3000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabadehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabadeh onun oğludur. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh bağlanmış müqavilə üzrə yük avtomobili üzrə sürücü vəzifəsində işə qəbul edilmişdir. Həmin vaxtdan cavabdeh cəmiyyətə məxsus yük avtomobilləri ilə yüklərin ölkələrarası daşınmasını həyata keçirmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh iddiaçıya məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükü Gürcüstan Respublikasının dövlət sərhədindən keçirərkən aparılan gömrük yoxlaması nəticəsində cavabdehin üzərindən qanunsuz daşınan qızılzinət əşyaları aşkar edilmiş və ona görə də cavabdehə qarşı Gürcüstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanaraq cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi üzrə cavabdehin təqsiri sübuta yetirilmişdir. Odur ki, cavabdehin maddi imkanı və ailə vəziyyətini nəzərə alaraq tələb olunun borcdan azaldılmasını xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Zərdab Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(035)-549/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ödəniş gününə Azərbaycan Respublikası manat məzənnəsi ilə 14000 (on dörd min) ABŞ Dolları və mediasiya qurumuna ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı istehsal edilən müxtəlif təyinatlı malların irihəcimli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə İddiaçı MMC arasında əmək müqaviləsi bağlanmış və cavabdeh cəmiyyətdə yük avtomobili üzrə sürücü vəzifəsində işə qəbul edilmişdir. Həmin vaxtdan cavabdeh cəmiyyətə məxsus yük avtomobilləri ilə yüklərin ölkələrarası daşınmasını həyata keçirmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh iddiaçıya məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükü Gürcüstan Respublikasının dövlət sərhədindən keçərkən aparılan gömrük yoxlaması nəticəsində onun üzərindən qanunsuz daşınan qızıl-zinət əşyaları aşkar edilmiş və ona görə də cavabdehə qarşı Gürcüstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanaraq cinayət məsuliyyətinə cəlb edilmiş və təqsiri sübuta yetirilmişdir. Ona görə də “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkına yerləşdirilərək, həmin vaxtdan hazırki vaxtadək orada saxlanılmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2022-ci il ilin dekabr ayından hazırki vaxtadək iddiaçıya məxsus “Kogel” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Gürcüstan Respublikasında gömrük orqanının məcburi saxlanma parkında saxlanıldığından və buna görə də, həmin avtomobildən yeddi ay müddətində istifadə edilməməsi nəticəsində iddiaçıya aylıq 2000 ABŞ dolları olmaqla, cəmi 14000 ABŞ dolları və əlavə çəkilmiş xərclərə görə 3000 ABŞ dolları olmaqla, cəmi 17000 ABŞ dolları məbləğində maddi ziyan dəydiyi bildirilmişdir. İddiaçı borcun ödənilməsini tələb etlsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilə bilməz və rədd edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, 71-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 1096.1, 1097.1, 1097.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76.1, 76.2, 77.1, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə çıxarılarkən prosessual normaların tələbləri pozulmuşdur. Belə ki, iddia ərizəsindən və məhkəmə qətnaməsindən göründüyü kimi iddiaçı hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlir kimi ondan 14 min ABŞ dolları məbləğində əldən çıxmış faydanı tələb edir. Çəkilmiş xərclər formasında vurulmuş maddi zərəri isə 3 min ABŞ dolları məbləğində qiymətləndirmişdir. Ancaq sübutlar kifayət etmədiyindən məhkəmə həmin hissədə iddianı təmin etməmişdir.
12. İddiaçı dövlət rüsumunu ödəməli idi. Göstərilən əsasa görə qətnamə ləğv edilərək iddia baxılmamış saxlanılmalıdır.
13. Məhkəmə qətnamə çıxararkən iddiaçıya tərəfindən əldə çıxmış fayda hesab olunan 14 min ABŞ dolları məbləğində zərərin vurulduğunu əsaslandırmaq üçün sübut kimi iddiaçının məhkəməyə təqdim edilmiş hüquqi şəxsin direktoru tərəfindən imzalanmış arayışa əsaslanmışdır. Həmin arayışın hansı mötəbər sübutlara istinad etməklə tərtib edildiyi məlum deyildir. İddiaçı məhkəməyə belə sübutlar təqdim etməmişdir. Məhkəmədə vurulduğu ehtimal edilən zərərlə onun hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, 07 iyul 2023-cü il tarixdən 08 iyul 2023-cü il tarixə keçən gecə iddiaçının qanuni təmsilçisi özü şəxsən ondan digər sürücülərin yanında avtomaşını və açarlarını təhvil alıb. İddiaçı mülkiyyətçi kimi Gürücüstan Respublikasının gömrük dayanacağından avtomaşını götürməyə təşəbbüs göstərməsi, avtomaşının ondan asılı olmayan səbəblərə, barəsində olan cinayət işi ilə əlaqədar ona qaytarılmasından imtina edildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin həmin faktiki hallarını aydınlaşdırmamışdır.
14. İddiaçı avtomaşınla hər ay azı bir dəfə Türkiyə Respublikasına yük aparıldığını, hər dəfə 2 min ABŞ dolları gəlir əldə edildiyini təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir.
15. İddia ərizəsində və qətnamədə göstərilən “Korel”’ markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili tərəfindən idarə edilməmişdir. İdarə etdiyi avtomaşın ”Mersedes Actros” markalı, **-JB-*** dövlət nömrə nişanlı olmuşdur (qoşqu **-ZJ-***). İdddiaçının birinci instansiya məhkəməsinə sübutları təqdim etmək üçün kifayət qədər vaxtı olmuşdur. Ondan asılı olmadan əldə edilməmiş sübutlar yoxdur. Bu barədə məhkəməyə müvafiq vəsatətlə müraciət etməmişdir.
16. Odur ki, iddianın təmin edilən hissəsində qətnamənin ləğv edilərək, iddianın tam rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmənin kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddiaçı təşkilata iddia ərizəsində tələb edilən məbləğdə ziyanın dəyməsinin həqiqətdən uzaq olduğunu, oğlu Cavabdeh İddiaçı MMC-nə məxsus nəqliyyat vasitəsini idarə edərkən Gürcüstan Respublikasında saxlanılmasına görə iddiaçı təşkilata dəymiş ziyanlığın ən yüksək halda 2000-3000 manat civarında olmasını qəbul etdiyini göstərmişdir. O, həmçinin hesab etmişdir ki, qalan hissədə iddia tələbi əsassızdır. Belə ki, İddiaçı MMC-nə məxsus nəqliyyat vasitəsi Gürcüstan Respublikasında saxlanılarkən həmin təşkilatın rəhbəri ona nəqliyyat vasitəsini özlərinin onu saxlamış qurumdan təhvil götürəcəklərini bildirmiş, ona isə oğlu Cavabdeh həmin məsələ ilə bağlı qayğıları ilə məşğul olmasını təklif etmişdir.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zərdab Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(035)- 549/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə və İddiaçı MMC-nin nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasına göndərdiyi ərizəsində baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, İddiaçı MMC isə məhkəmə kollegiyasına göndərdiyi məlumatında Bakı şəhərindən məsafənin uzaq olduğunu nəzərə alaraq, məhkəmə prosesində iştirak etməsinin mümkün olmayacağını göstərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyator Zərdab Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(035)- 549/2023 nömrəli qətnaməsini qismən mübahisələndirmiş, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək, iddianın tam rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etsə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarına riayət edilməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiаçı İddiaçı MMC ilə Cavabdeh arasında 03 oktyabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də yük avtomobili sürücüsü vəzifəsində işə qəbul edilmişdir. Həmçinin 03 oktyabr 2022-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh 07 yanvar 2023-cü il tarixdə İddiaçı MMC-nə məxsus nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasından Gürcüstan ərazisinə daxil olarkən gömrük buraxılış məntəqəsində yoxlama zamanı onun idarə etdiyi nəqliyyat vasitəsinin salonunda olan soyuducuda yerləşdirilmiş, lakin gömrük orqanına bəyan edilməmiş qızılzinət əşyaları aşkar edilmiş, barəsində ibtidai araşdırma aparılmış, həmin dövrdə maşın saxlanılmış, buna görə Ağayev X4 Respublikası Tbilisi şəhər məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarı ilə Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, “Mercedes Benz” markalı yük maşının isə sahibinə qaytarılması qərara alınmışdır. Nəqliyyat vasitəsinin cavabdehin təqsirindən Gürcüstan Respublikasında gömrük orqanında məcburi saxlanma parkına yerləşdirildiyini, bununla əlaqədar həmin nəqliyyat vasitəsi ilə qazanc əldə etmək imkanından məhrum olduğunu göstərən iddiaçı təşkilat 7 ay üçün əldən çıxmış fayda kimi 14000 ABŞ dolları, həmçinin Gürcüstan Respublikasında hüquqi işlərin görülməsi, getmək, gəlmək, qalmaq və digər işlər üçün təxminən 3000 ABŞ dolları vəsaitin sərf edildiyini əsas gətirərək, cəmi 17000 ABŞ dolları vəsaitin cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı tərəfindən iddia tələbi 3000 ABŞ dollarına aid hissədə müdafiə edilməmiş və qəbul edilmiş qətnamə də iddiaçı tərəfindən 3000 ABŞ dollarına aid hissədə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən isə iddia tələbi 3000 manata aid hissədə etiraf edilmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən tərəflər arasındakı mübahisə əmək münasibətləri ilə bağlı olduğu halda tətbiq edilməli Əmək Məcəlləsinin müvafiq normalarına istinad etməməklə maddi, həmçinin prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
33. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
34. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
35. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
36. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
37. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
38. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
39. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
40. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti olan işin faktiki halları tam aydınlaşdırılmadığından Zərdab Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(035)- 549/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin qətnamə çıxararkən əldə çıxmış fayda hesab olunan 14 min ABŞ dolları məbləğində zərərin vurulduğunu əsaslandırmaq üçün hüquqi şəxsin direktoru tərəfindən imzalanmış arayışa əsaslanması, həmin arayışın hansı mötəbər sübutlara istinad etməklə tərtib edilməsinin məlum olmaması, iddiaçının məhkəməyə belə sübutlar təqdim etməməsi, məhkəmədə vurulduğu ehtimal edilən zərərlə onun hərəkətləri arasında səbəbli əlaqənin müəyyən edilməməsinə, iddiaçının avtomaşınla hər ay azı bir dəfə Türkiyə Respublikasına yük aparılmasını, hər dəfə 2 min ABŞ dolları gəlir əldə edildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsinə, idddiaçının birinci instansiya məhkəməsinə sübutları təqdim etmək üçün kifayət qədər vaxtının olmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, həqiqətən də iddiaçının cavabdehin hərəkəti nəticəsində 14000 ABŞ dolları fayda əldə etmək imkanından məhrum olması, yəni cavabdehin təqsirindən ona 14000 ABŞ dolları ziyan dəyməsini təsdiq edəcək yeganə sübutu iddiaçı təşkilatın özünün verdiyi və iş materiallarına əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli, 191 nömrəli arayışıdır.
43. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. İddiaçı təşkilatın 03 noyabr 2023-cü il tarixdə verdiyi 191 nömrəli arayış iddiaçının öz mövqeyini əks etdirən sənəd olmaqla, həmin arayışın verilməsində qanunla müəyyən olunmuş qaydada əldə edilmiş hər hansı bir məlumata, yəni sübuta istinad edilməmişdir.
45. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının mülkiyyətçi kimi Gürücüstan Respublikasının gömrük dayanacağından avtomaşını götürməyə təşəbbüs göstərməsi, avtomaşının ondan asılı olmayan səbəblərə, barəsində olan cinayət işi ilə əlaqədar ona qaytarılmasından imtina edildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan, iddiaçının nümayəndəsi tərəfindən elektron qaydada məhkəmə kollegiyasına göndərilmiş Gürcüstan Respublikası Tbilisi şəhər məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarından görünür ki, məhz həmin qərarla Cavabdeh Gürcüstan Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi təqsirləndirilməsinə dair cinayət işi üzrə Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı yük maşınının sahibinə qaytarılması qərara alınmışdır.
47. Həmçinin iddiaçının nümayəndəsinin elektron qaydada məhkəmə kollegiyasına göndərdiyi və iş materiallarına əlavə edilmiş Gürcüstan xalq müdafiə aparatının "xxxx" MMC-nin direktoruna ünvanladığı 21 sentyabr 2023-cü il tarixli, 15-8/9544 nömrəli məktubdan görünür ki, əgər maddi sübutlar-nəqliyyat vasitələri cinayət işi prosesinin araşdırılması sona çatanda "xxxx" MMC-nə qaytarılmasa, məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər, maddi sübutlar cinayət işi ilə birlikdə saxlanılacaq.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının dövlət rüsumunu ödəməli olması, iddianın baxılmamış saxlanılmalı olmasına dair dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respubliaksı Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
49. Hazırkı iddia tələbindən də göründüyü kimi tərəflər arasında yaranmış mübahisə onlar arasındakı əmək hüquq münasibətlərindən qaynaqlanmışdır.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia ərizəsində və qətnamədə göstərilən “Korel”’ markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin tərəfindən idarə edilməməsi, idarə etdiyi avtomaşının ”Mersedes Actros” markalı, **-JB-*** dövlət nömrə nişanlı olması (qoşqu **-ZJ-***) barədə dəlilinə münasibətdə qeyd edir ki, "xxxx" MMC-nə məxsus nəqliyyat vasitəsinin Cavabdeh tərəfindən idarə edilməsi və 07 yanvar 2023-cü il tarixdə Türkiyə Respublikasından Gürcüstan ərazisinə daxil olarkən gömrük buraxılış məntəqəsində yoxlamanın nəticəsi üzrə saxlanılması işin mübahisəsiz halıdır. Bu baxımdan iddia ərizəsində nəqliyyat vasitəsinin markasının və dövlət qeydiyyat nişanının fərqli qeyd edilməsi texniki yanlışlıq kimi qəbul edilməlidir.
51. Məhkəmə kollegiyası iddia tələbi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, işdə olan 05 oktyabr 2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC-də yük avtomobili sürücüsü vəzifəsində işə qəbul edilmişdir.
52. İşdə olan 03 oktyabr 2022-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh ona etibar edilmiş nəqliyyat vasitəsini və daşınan malları qorumağı, eyni zamanda işəgötürənə heç bir səbəb üzündən ziyan vurmamağı, ziyankarlığa qarşı mübariz olmağı, daşınan malların mülkiyyətçisinin (sifarişçisinin) gömrük sənədlərində (idxal və ixrac əməliyyatlarında) qeyd olunan və bəyan edilən mallardan başqa Azərbaycan Respublikası və tranzit ölkələrin gömrük sərhədindən nəzarətdən kənar və ya gizli, yaxud bəyan etməməklə malların və digər əşyaların gömrük məntəqəsindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə görə qanunvericilik qarşısında tam maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin əsaslılığına dair sübutlar təqdim edə bilməsə də cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasındakı iddianı qismən etiraf etməsinə dair göstərdikləri nəzərə alınmalıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş etibarnamədə nümayəndəsinə belə bir səlahiyyət verilməklə yanaşı iddianın qismən etirafı qanuna zidd olmamış, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamışdır.
54. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
55. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
56. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(035)-549/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 3000 manat ziyan məbləği və 20 manat mediasiya xərci tutularaq İddiaçı MMC-nə ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.
57. İddianın qismən təmin edilməsi nəzərə alınaraq ödənilmiş 50 manat mediasiya xərcinin 30 manatı iddiaçının özünə aid edilməlidir.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(035)-549/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3000 manat ziyan məbləği və 20 manat mediasiya xərci tutularaq İddiaçı MMC-nə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərcinin 30 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.